Məhkəmə qərarları › İş №1(029)-96/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-96/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-96/2025 03.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 Qusar rayon məhkəməsinin 02 dekabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 17 dekabr 2025-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə saat 17 radələrində Qusar rayonu Samur qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən mənzilinə qanunsuz daxil olaraq 01 ədəd protherm LYNX markalı 28 kVt kombi aparatı, 01 ədəd Gassel markalı reduktor və 01 ədəd Comfort markalı elektrik tənzimləyicisini gizli yolla talayıb aparıb satmış və Zərərçəkmiş şəxs 1300 manatdan artıq miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən mənzildə iş görmüş, işıq xətti çəkmiş və görüləsi başqa işlər qaldığına görə zərər çəkmiş şəxslə razılığa gəlmişdir ki, mənzilin açarı özündə qalsın, arabir gəlib həmin işləri də görsün. O, təxminən 15 gün həmin mənzilə getməmiş, mənzilə getdikdə isə orada kombi aparatı və digər əşyaları görüb onları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, satmaq üçün həmin əşyaların şəkillərini çəkmiş, sonra isə onları oğurlayıb satmışdır. Daha sonra onu polis şöbəsinə çağırmışlar və orada törətdiyi əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı var, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, zərər çəkmiş şəxsə məxsus mənzilin açarları özündə olduğuna görə istənilən vaxt evə daxil ola bilmiş, buna görə onun əməlində evə qanunsuz daxil olma əlamətləri olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazıəmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək göstərmişdir ki, təqsirləndirilən şəxs X1 cinayət nəticəsində ona dəymiş ziyanı tamamilə ödəmişdir və onunla barışmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Həmin cinayət işi üzrə məhkəmə iclaslarına gələ bilmir. İş üzrə ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Ona görə də, həmin cinayət işinə onun iştirakı olmadan baxaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2024-cü ildə ünvan 5 ünvanında yerləşən mənzili almış və aldığı vaxtdan qeyd olunan mənzili təmir etdirməyə başlamışdır. Təqsirləndirilən şəxs usta kimi tanıyır və onunla evinin elektrik işlərini görməsi üçün danışmış, Təqsirləndirilən şəxs onun mənzilində 2025-ci ilin mart ayının əvvəllərində usta kimi işləmiş, həmin şəxs mənzildə işıq çəkmiş və yeri betonlamışdır. O, mənzilin açarını Təqsirləndirilən şəxsa vermişdir ki, o, olmadığı zaman həmin şəxsə deyən zaman mənzilə girib orada rahat işləsin. 2025-ci ilin mart ayının ortalarında özünə məxsus mənzilə gələrkən bütün əmlakı yerində olmuş, sonuncu dəfə isə nəzarət məqsədilə xx.xx.2025-ci il tarixdə, saat təxminən 22-23 radələrində özünə məxsus mənzilə getmiş, mənzilində kombi aparatının, ona məxsus olan reduktor və elektrik tənzimləyicisinin yoxa çıxmasının şahidi olmuşdur. Qeyd olunan avadanlığı Qusarçay məişət avadanlıqları mağazasından toplam olaraq 1300 manat civarında ödəniş qarşılığında almışdır. Bu barədə Qusar RPŞ-nə yaxınlaşaraq məlumat vermiş və aparılan araşdırma zamanı həmin oğurluq əməlini Təqsirləndirilən şəxs etdiyini öyrənmişdir. İş materiallarında olan Qusar rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 01 ədəd protherm LYNX markalı 28 kVt kombi aparatı, 01 ədəd Gassel markalı reduktor və 01 ədəd Comfort markalı elektrik tənzimləyicisinin xx.xx.2025-ci il tarixə olan bazar qiyməti 1300 (min üç yüz) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 10 sentyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə saat 17 radələrində Qusar rayonu Samur qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən mənzilinə qanunsuz daxil olaraq oğurladığı 01 ədəd protherm LYNX markalı 28 kVt kombi aparatı, 01 ədəd Gassel markalı reduktor və 01 ədəd Comfort markalı elektrik tənzimləyicisi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i/v: 106-112). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 19-21). İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v: 49). İş materiallarında olan AZ-İİİ 939974 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü İslam adlı bir azyaşlı uşağı var. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə məxsus mənzilin açarları özündə olduğuna görə istənilən vaxt evə sərbəst daxil ola bilməsi, bununla da əməlində evə qanunsuz daxil olma əlamətləri olmaması barədə ifadəsinə qiymət verən məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və işin faktiki halları, o cümlədən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı evə yalnız zərərçəkmiş şəxsin razılığı ilə daxil olub təmir işləri apara bilməsi barədə verdiyi ifadələri ilə təkzib edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam aradan qaldırmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Qusar şəhəri L.Nemət küçəsi ev 189A ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, zərər çəkmiş tərəflə barışaraq ona dəymiş ziyanı tam aradan qaldırmış, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində bir azyaşlı uşağı var. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən Qusar rayon məhkəməsinin 02 dekabr 2025-ci il tarixli qərarı ilə onun haqqında axtarış elan edilmiş, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 17 dekabr 2025ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bununla da, təqsirləndirilən şəxsin azadlığı ümumilikdə 01 (bir) ay 17 (on yeddi) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə araşdırması zamanı 01 (bir) ay 17 (on yeddi) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd protherm LYNX markalı 28 kVt kombi aparatının, 01 ədəd Gassel markalı reduktorun və 01 ədəd Comfort markalı elektrik tənzimləyicisinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri, mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 dekabr 2025-ci il tarixdən 03 fevral 2026-cı il tarixədək 01 (bir) ay 17 (on yeddi) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 03 (üç) ay 04 (dörd) gün hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri L.Nemət küçəsi ev 189A ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd protherm LYNX markalı 28 kVt kombi aparatının, 01 ədəd Gassel markalı reduktorun və 01 ədəd Comfort markalı elektrik tənzimləyicisinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar