Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-98/2025 29.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Xüsusi ittihamçılar X10, X11, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə X10 və X11 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X17 və X18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyini bildirmişlər. Xüsusi ittihamçılar X17 və X18 şikayəti onunla əsaslandırmışdılar ki, barəsində şikayət verdiyi X7 ilə yanvar 2005-ci il tarixində Qusar rayonu,Çiləgir kəndində keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, bir yerdə işləmişlər və onu ümumi bələdiyyə iclasında səsvermə yolu ilə sədr vəzifəsinə seçmişlər, lakin kənd sakinlərinin çoxsaylı şikayətlərinə görə 3 gün sonra o sədr vəzifəsindən kənarlaşdırılmişdır. Onun əvəzinə isə o sədr vəzifəsinə seçilmişdir. Onu işdən kənarlaşmağının səbəbkarı və günahkarı hesab edərək, sonradan ona və X15 qarşı,yalan qərəzli və böhtan xarakterli məlumatlar yazmağa başlamış və həmin şikayətləri bu günə kimi yazmaqda davam edir. X2 bələdiyyə iclaslarına dəvət olunmuş, lakin o,heç bir üzürlü səbəb olmadan iclaslarda iştirak etməmiş və bu səbəbdən də onun bələdiyyə üzvlüyünün səlahiyyətinə xitam verilmişdir. 2007-ci il ildə X3 RİHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunmuş və bundan sonra onun əsassız, böhtan xarakterli, şikayətləri daha da aktivləşmiş, onların işgüzar nüfuzuna, şərəf və ləyaqətini ləkələyən və etik normalara uyğun olmayan hərəkətlərə yol verməyə başlamış, nəyin bahasına olursa olsun onları işdən kənarlaşdırmağa cəhd göstərmişdir. 2007-ci ildə bütün haqsızlıqlara, onun hüquqa zidd hərəkətlərinə tab gətirmədən ərizə yazıb öz xahişim ilə işdən çıxmışdır. Lakin bütün bunlara baxmayaraq X7 öz çirkin əməllərindən əl çəkməmiş, yalan və böhtan xarakterli şikayətləri ilə onları rahat qoymamışdır. X7 işdən çıxan vaxtı dəfələrlə ona xəbərdarlıq etməyinə baxmayaraq, müxtəlif yalan və aldadıcı vədlər verərək sənədləri təhvil- təslim verməkdən yayınmış, Çiləgir bələdiyyəsinin möhürü və ştampı bu günə kimi təhvil verilməmişdir. Bu faktla bağlı Qusar rayon prokurorluğuna müraciət olunmuş, akt tərtib olunaraq Çiləgir bələdiyyəsinin möhürü və ştampı etibarsız hesab edilmiş və təzədən möhür və ştampı sifariş etmişlər. 2005-ci ildə X3 rayon Məhkəməsində onun qanunsuz hərəkətlərimə son qoyulması və işə əvvəlki Çiləgir bələdiyyəsinin sədr vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi ilə müraciət olunmuş və həmin iddia tələbi qanunsuz və əsassız olduğundan təmin olunmamışdır. Məhkəmənin qərarı ilə razı olmayan X1 Məhkəməsinə və Ali Məhkəməsinə şikayət etmiş və birinci instansiya məhkəmənin qərarı əsaslı və qanuni oduğundan dəyişdirilmədən saxlanmışdır. 2014-cü ildə Qusar rayonu, Çiləgir kənd sakini X5 rayon Prokurorluğuna şikayəti əsasında, ona məxsus olan torpaq sahəsinin guya onun tərəfindən kənar şəxsə satıldığı və onun adından rəsmləşdirdiyi bildirmişdir. Rayon Prokurorluğunda bir ilə yaxın onun iş fəaliyyətim yoxlanılmış, araşdırma nəticəsində şikayət məktubunda qeyd olunan məlimatlar öz əksini tapmamışdır. Araşdırma nəticəsində həmin saxta sənədlərdə Süvlüddin İskəndərov tərəfindən təhvil verilmədiyi, ləğv olunmuş möhür və ştampla rəsmləşdirilmiş və onun yerinə sənəd imzalanmışdır. X7 2025-ci ildə Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət edərək onun işlədiyi dövrdə onların tərəfindən bələdiyyə torpaqları qanunsuz kənar şəxslərə satıldığını bildirmişdir. Hal-hazırda bu faktla bağlı Xaçmaz Regional Ədliyyə İdarəsində araşdırma aparılır. Guya onlar bank ödəniş qəbzlərini təkrar istifadə etmişlər. Lakin bütün faktlar araşdırılmış, ərizədə qeyd olunanlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Məhkəmə xüsusi ittihamçılar X17 və X18 xüsusi ittiham qaydasında şikayətinə və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, əməlin məhz X7 tərəfindən törədilməsini təsdiq edən sübutlar, şahid ifadələri, konkret olaraq hansı şəxslərin ifadələri, habelə digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə hadisəyə şahid olan şəxslər göstərilsə də onların barələrində məlumatlar (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilməmişdir. Şərh olunan hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X10 və X11 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299-300, 302 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 və X11 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-98/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-98/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver