Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-1/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 və onların müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu, Pirverdilər kəndində yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxx 1960-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şəmkir X11 Mərkəzində meşə gözətçisi işləyən, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxxxx 1969-cu ildə Daşkəsən rayonu Astaf kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, Şəmkir X11 Mərkəzində meşə gözətçisi işləyən, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxx 1978-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu, Pirverdilər kəndində yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1998-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Bəhrəmbağ kəndində yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə, xx xxxxxxx 1988-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləmiyən, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nın 299, 300, 301 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində işlətdiyi Daşkəsən rayonu, Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananın həyətyanı sahəsində və yeməkxananın bayır tərəfindən keçən asfalt yolda sərxoş vəziyyətdə olan qardaşı Təqsirləndirilən şəxs4, arvadı Təqsirləndirilən şəxs5 və qızı Təqsirləndirilən şəxs6 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib, sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Astaf kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 ilə dava-dalaş edərək ilk öncə əlində olan ağac parçası ilə qəsdən Təqsirləndirilən şəxs3 bədəninin sol çanaq nahiyəsinə zərbə endirməklə Təqsirləndirilən şəxs3 sağlamlığına sol çanaq nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, daha sonra əlində olan ağac parçası ilə qəsdən bir dəfə Fəhad Tağıyevin bədəninin sol böyrək üstü nahiyəsinə, qəsdən bir dəfə də, baş zərbəsi ilə onun burun nahiyəsinə zərbə endirməklə Təqsirləndirilən şəxs2 sağlamlığına burunun kəskin hematoması, üst dodağın çapılmış yarası kimi dərəcələrinə görə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, yəni bir qrup şəxs şəklində silah qismində istifadə olunan əşyadan, yəni ağac parçasından istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 işlətdiyi Daşkəsən rayonu, Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananın həyətyanı sahəsində və yeməkxananın bayır tərəfindən keçən asfalt yolda sərxoş vəziyyətdə olan oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib, sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qardaşı sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Astaf kənd sakini Təqsirləndirilən şəxs4 ilə dava-dalaş edərək yerdən daş parçası götürüb qəsdən Təqsirləndirilən şəxs4 doğru atdıqdan sonra, yerdən götürdüyü ağac parçası ilə qəsdən bir dəfə sonuncunun baş nahiyəsinə zərbə endirməklə Təqsirləndirilən şəxs4 sağlamlığına başın alın və burun nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan ağac parçası ilə bir neçə dəfə havada Təqsirləndirilən şəxs1 doğru zərbələr atmış, yəni bir qrup şəxs şəklində silahdan qismində istifadə olunan əşyadan, yəni ağac və daş parçalarından istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 sərxoş vəziyyətdə 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 işlətdiyi Daşkəsən rayonu, Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananın həyətyanı sahəsində və yeməkxananın bayır tərəfindən keçən asfalt yolda sərxoş vəziyyətdə olan atası Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib, sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qardaşı sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Astaf kənd sakini Təqsirləndirilən şəxs4 ilə dava-dalaş edərək qəsdən bir neçə dəfə yumruqla Təqsirləndirilən şəxs4 bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə sonuncunun sağlamlığına sol kürək və sol bazu nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, yəni bir qrup şəxs şəklində qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 sərxoş vəziyyətdə 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində qardaşı Təqsirləndirilən şəxs1 işlətdiyi Daşkəsən rayonu, Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananın həyətyanı sahəsində və yeməkxananın bayır tərəfindən keçən asfalt yolda sərxoş vəziyyətdə olan qardaşı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs5 və qızı Təqsirləndirilən şəxs6 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib, sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Astaf kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 ilə dava-dalaş edərək əlində olan ağac parçası ilə qəsdən ardıcıl olaraq üç dəfə Təqsirləndirilən şəxs3 bədəninin yuxarı ətrafına, qəsdən bir dəfə baş nahiyəsinə, qəsdən bir neçə dəfə də yumruqla sonuncunun bədən nahiyəsinə zərbələr endirməklə Təqsirləndirilən şəxs3 sağlamlığına başın təpə nahiyəsinin yarası, sol çanaq nahiyəsinin hematoması kimi dərəcələrinə görə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, yəni bir qrup şəxs şəklində silah qismində istifadə olunan əşyadan, yəni ağac parçasından istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs5 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində əri Təqsirləndirilən şəxs1 işlətdiyi Daşkəsən rayonu, Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananın bayır tərəfindən keçən asfalt yolda sərxoş vəziyyətdə olan əri Təqsirləndirilən şəxs1, sərxoş vəziyyətdə olan qaynı Təqsirləndirilən şəxs4 və qızı Təqsirləndirilən şəxs6 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib, sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Astaf kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 ilə dava-dalaş edərək ilk öncə qəsdən bir dəfə sillə ilə Təqsirləndirilən şəxs2n baş nahiyəsinə və qəsdən bir dəfə də əlində olan ağac parçası ilə Təqsirləndirilən şəxs2 kürək nahiyəsinə zərbə endirmiş, yəni yəni bir qrup şəxs şəklində silah qismində istifadə olunan əşyadan, yəni ağac parçasından istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs5 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs6 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində atası Təqsirləndirilən şəxs1 işlətdiyi Daşkəsən rayonu, Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananın həyətyanı sahəsində və yeməkxananın bayır tərəfindən keçən asfalt yolda sərxoş vəziyyətdə olan atası Təqsirləndirilən şəxs1, sərxoş vəziyyətdə olan əmisi Təqsirləndirilən şəxs4 və anası Təqsirləndirilən şəxs5 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib, sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Astaf kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 ilə dava-dalaş edərək ilk öncə əlində olan ağac parçası ilə qəsdən bir dəfə Təqsirləndirilən şəxs3 kürək nahiyəsinə zərbə endirdikdən sonra yerdən götürdüyü iki ədəd daş parçası ilə qəsdən Təqsirləndirilən şəxs2 sağ bud nahiyəsinə zərbələr endirmiş, yəni bir qrup şəxs şəklində silah qismində istifadə olunan əşyadan, yəni ağac və daş parçalarından istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs6 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hamısı bir kəndlidirlər, yaranmış bir anlaşılmazlıq üstündə bu hərəkətləri etmişlər, indi barışmışlar, ikinci dəfə belə bir səhv olmamağına söz vermişdir. Səhvini başa düşmüşdür. ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməldən peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, özünü və ailəsini dolandırmaq üçün Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazi dairəinə aid Pirvedilər kəndində yerləşən özünə məxsus adsız yeməkxananı işlədir. 14 iyun 2023-cü il tarixdə saat 14 radələrində qudası Qabil işlətdiyi yeməkxanaya qonaq gəlmişdir. O, qonaqları ilə birlikdə nahar edən zaman təxminən 250 qaram spirtli içki olan araq qəbul etmişdir. Həmin gün saat 16 radələrində qardaşı Camal işlətdiyi yeməkxanaya gəlmiş və nahar edən zaman təxminən 250 qaram spirtli içki olan araq qəbul etmişdir. Daha sonra Camal yeməkxananın yaxınlığında yaşayan dostu İlqarın yaşadığı evə getmişdir. O, həmin gün saat 19 radələrində işlətdiyi yeməkxananın bayır tərəfində olan masanın üzərində “xalyar” təmizləyən zaman Camal yanına gələrək stolda oturub onunla söhbət etməyə başlamışdır. Həmin vaxtı onun yeməkxanasının içərisində və bayır tərəfdə, yəni həyatyanı sahəyə qoyduğu masalarda təxminən 10 nəfərdən artıq müştəri əyləşmişdi. Camalın yeməkxanasına gəlməyindən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 və Fəhadın oğlu Təqsirləndirilən şəxs3 yeməkxananın həyətyanı sahəsinə daxil olaraq orada olan masada əyləşmişlər. Fərhad və oğlu Ələddinin hərəkətlərindən hər ikisinin sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Ələddin ona çay gətirməyini xahiş etmişdir. Bu zaman qardaşı Camal Ələddin və Fərhadla söhbət etməyə başlamışdır. Söhbət zamanı Camal zaraftyana Fərhad və Ələddinə demişdir ki, gedib başqa yeməkxanada yeyib-içdikdən sonra çay içmək üçün nə üçün Rəsulun yeməkxanasına gəlirsiz. Bu zaman Ələddin Camala harada yeyib-içdikdən sonra harada çay içməklərinin heç kimə aidiyyəti olmadığını demişdir. Bu mövzuda Camal Fərhad və Ələddin ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Camal və Ələddin bir-birlərinin ünvanına və valideynlərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Bundan sonra o, buna dözməyib Fərhad və Ələddinin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxtı dava-dalaş baş vermişdir. Mübahisə zamanı yeməkxanada olan şəxslər onları ayırmışlar və yeməkxanasında müştəri olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Qasımov X18 və Fərhadı yeməkxananın qarşısından keçən asfalt yola çıxarmışdır. O, Ələddinin valideynləri haqqında işlətdiyi nalayiq ifadəyə görə çox əsəbiləşdiyi üçün yeməkxanasının həyətindən ağac parçası götürüb yola çıxmış və Ələddinin üzərinə hücum çəkmişdir. O, əlində olan ağac parçası ilə Ələddinin bədəninin sol nahiyəsinə, yəni çanaq nahiyəsinə zərbə endirmişdir. Bu zaman ətrafda olan şəxslər Qabaqtəpə kənd sakinləri Şahid2, Şahid4 və Şahid1 onları ayırmağa başlamışlar. Təqsirləndirilən şəxs2 onun əlində olan ağac parçasını almaq üçün üzərinə gəldikdə o, ağac parçası ilə Fərhadın bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirib bir dəfə də, baş zərbəsi ilə Fərhadın burun nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Fərhadın başında olan papaq yerə düşmüşdür. İlqar və Arif onu və Fərhadı ayırmağa çalışdıqda o, əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkmişdir. Bu zaman qardaşı Təqsirləndirilən şəxs4 və böyük qızı Təqsirləndirilən şəxs6 əllərində ağac parçası yeməkxananın həyətyanı sahəsindən Ələddin və Fərhadın üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 3 dəfə Ələddinin baş və bədən nahiyəsinə zərbələr endirmişdir. Camalın ardınca Şahid5 dava-dalaş yerinə gələrək dava-dalaş iştirakçılarını ayırmağa çalışmışdır. İlqar onun əlində olan ağac parçasını alıb kənara atdıqda, Fərhad yerdən daş parças götürüb Camala tərəf atmış, lakin həmin daş parçası Camala dəyməmişdir. Onun arvadı Təqsirləndirilən şəxs5 qaçaraq ora gəlib sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmış, həmin vaxtı qarışıqlıq yaranmışdır. O, yerdən ağac parçası götürdükdə Camal təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də, Ələddinə zərbə endirmiş və ağac parçası Camalın əlindən yerə düşmüşdür. Bu zaman Ələddinin atası Fərhad ağac parçasını yerdən götürərək Camalın alın nahiyəsinə bir dəfə zərbə endirmiş, daha sonra Fərhad onun və arvadı Afətin üzərinə yerimişdir. Bu zaman Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə zərbə endirmişdir. O, əlində olan ağac parçası ilə Fərhadı vurmaq istədikdə İlqar onun qarşısına durmuşdur. Həmin vaxtı ağac parçası əlindən yerə düşmüş və İlqar ağac parçasını götürüb kənara atmışdır. Fərhad isə əlində olan ağac parçası ilə ona tərəf zərbələr atmış, lakin həmin ağac parçalarının ona dəyib-dəymədini hiss etməmişdir. Dava-dalaş zamanı isə Camal və Ələddin bir-birlərinə yumruq zərbələri ilə vurmuşlar, Reyhan isə yerdən daş parçası götürüb Fərhada doğru atmış, lakin həmin daş parçasının Fərhada dəyib-dəymədiyini görməmişdir. Həmin vaxtı o, qaçaraq yeməkxananın həyətyanı sahəsindən ağac parçası götürüb Ələddin və Fərhadın üzərinə hücum çəkmişdir. Orada olan Afət, Reyhan və balaca qızı Rəvanə onu tutub saxlamışlar. Daha sonra o, qaçaraq yeməkxananın həyətyanı sahəsinə daxil olmuş, ardınca isə Afət, Reyhan, Camal, Səxavət və Rəvanə yeməkxananın həyətinə daxil olmuşlar. Onların orada olan səs-küylərinə yığışan şəxslər onları ayırmağa çalışmışlar. Həmçinin, bir neçə şəxs isə kənardan onların etmiş olduqları dava-dalaşa baxmışlar. Dava-dalaş zamanı orda olan təxminən 8-9 nəfrə şəxsdən yalnız 4 nəfəri onları ayırmağa çalışmışlar. Dava-dalaş zamanı orada olan şəxslərdən heç biri onu vurmamış və ya hər hansı bir yolla xəsarət yetirməmişdir. Həmçinin, dava-dalaş zamanı Ələddin və atası Fərhad onu vura bilməmişdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hamısı bir kəndlidirlər, yaranmış bir anlaşılmazlıq üstündə bu hərəkətləri etmişlər, indi barışmışlar, ikinci dəfə belə bir səhv olmamağına söz vermişdir. Səhvini başa düşmüşdür. Əməldən peşmandır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 ilə barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs4 doğma qardaşı Təqsirləndirilən şəxs1 tanıyır, onlarla qohumluq münasibəti var, həmkəndliləridir, onlarla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs3 onun doğma oğludu. Təqsirləndirilən şəxs4 onun iş yoldaşıdır. Həsənov X2 ərazi dairəsinə aid Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxana işlədir. 14 iyun 2023-cü il tarixdə saat 14 radələrində o və oğlu Ələddin yaşadıqları Daşkəsən rayonu Astaf kəndindən meşə işçilərinin iclasında iştirak etmək üçün Daşkəsən rayonu, Pirverdilər kəndində yerləşən məktəbə getmişdir. X22 Təsərrüfatı Mərkəzinin müdüri Vasif Nəbiyev tərəfindən 2 saata yaxın iclas keçirildikdən sonra iclas yekunlaşmışdır. Həmin vaxtı iclasda iş yoldaşı Camalda iştirak etmişdir. İclas bitdikdən sonra o və oğlu Ələddin həmin gün saat 16 radələrində Qabaqtəpə kəndi ərazisində yerləşən mağazadan kolbasa, çörək və 2 litr həcmində spirtli içki olan pivə alıb yol kənarındakı bulaqda dayanıb nahar etmişlər. Hahar zamanı spirtli içki olan pivə içmişlər. Daha sonra oğlu ilə birlikdə çay içmək üçün həmin gün saat 18:50 radələrində Rəsulun yeməkxanasına getmişlər. Yeməkxananın həyətyanı hissəsində Rəsul ilə qardaşı Camal masada əyləşmişlər. Həmin vaxtı oğlu və o, Rəsul ilə Camalın əyləşdiyi masanın yanındakı digər masada əyləşmişlər. Camal və qardaşı Rəsulun hərəkətlərindən hər ikisinin sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Camal onlarla söhbət etməyə başlamışdır. Söhbət zamanı Camal ona və Ələddinə demişdir ki, gedib başqa yeməkxanada yeyb-içdikdən sonra çay içmək üçün nə üçün Rəsulun yeməkxanasına gəlirsiniz. Bu zaman Ələddin Camala harada yeyib-içdikdən sonra harada çay içməklərinin heç kimə aidiyyəti olmadığını demişdir. Həmin vaxtı yeməkxananın içərisində və həyatyanı sahədə olan masalarda təxminən 10 nəfərdən artıq müştəri əyləşmişdir. Bu mövzuda oğlu Ələddin və o, Camal ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ələddin və Camal bir-birlərinin ünvanına və valideynlərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Bundan sonra Camalın qardaşı Rəsul onların ünvanlarına nalayiq söyüşlər söydükdə dava-dalaş baş vermişdir. Mübahisə zamanı yeməkxanada olan şəxslər onları ayırmışlar və yeməkxanada müştəri olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Şahid1 onu və oğlu Ələddini yeməkxananın qarşısından keçən asfalt yola çıxarmışdır. Rəsul yeməkxananın həyətyanı sahəsindəki yerdən ağac parçası götürüb yola çıxmıış və oğlu Ələddinin üzərinə hücum çəkmişdir. Rəsul əlində olan ağac parçası ilə Ələddinin bədəninin sol nahiyəsinə, yəni çanaq nahiyəsinə zərbə endirmişdir. Bu zaman ətrafda olan şəxslər Qabaqtəpə kənd sakinləri Şahid2, Şahid4 və Şahid1 Rəsul ilə Ələddini ayırmağa başlamışlar. O, Rəsulun əlində olan ağac parçasını almaq üçün Rəsulun üzərinə getdikdə Rəsul ağac parçası ilə onun bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirib bir dəfə də, baş zərbəsi ilə onun burun nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən onun başında olan papaq yerə düşmüşdür. İlqar və Arif Rəsul ilə onu ayırmağa çalışmış, Rəsul isə əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkmişdir. Həmin vaxt Camal və Rəsulun böyük qızı Təqsirləndirilən şəxs6 da, əllərində yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb Ələddin və onun üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 2 dəfə ardıcıl olaraq Ələddinin bədən nahiyəsinə, bir dəfə də, Ələddinin baş nahiyəsinə zərbələr endirmişdir. Camalın ardınca Şahid5 yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb dava-dalaş yerinə gələrək dava-dalaş iştirakçılarını ayırmağa çalışmışdır. Həmin vaxtı İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atsa da, o, yerdən daş parças götürüb Camala tərəf atmış, lakin həmin daş parçasının Camala dəyib-dəymədiyini görə bilməmişdir. Rəsulun arvadı Təqsirləndirilən şəxs5 qaçaraq ora gəlib sillə ilə onun baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmış və həmin vaxtı qarışıqlıq yaranmışdır. Rəsul təkrar yerdən ağac parçası götürmüşdür. Camal isə təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də, Ələddinin bədəninin yuxarı ətrafına zərbə endirdikdə ağac parçası Camalın əlindən yerə düşmüşdür. O, ağac parçasını yerdən götürərək Camalın alın nahiyəsinə bir dəfə zərbə endirmiş, sonra Rəsulun və Afətin üzərinə yerimişdir. Bu zaman Afət əlində olan ağac parçası ilə onun kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Rəsul əlində olan ağac parçası ilə onu vurmaq istədikdə İlqar Rəsulun qarşısına durmuşdur. Həmin vaxtı ağac parçası Rəsulun əlindən yerə düşmüş və İlqar ağac parçasını yerdən götürüb kənara atmışdır. Bu zaman o, əlində olan ağac parçası ilə Rəsula tərəf zərbələr atmış, lakin həmin ağac parçasının Rəsula dəyib-dəymədini dəqiq görə bilməmişdir. Dava-dalaş zamanı isə Camal və oğlu Ələddin bir-birlərinin bədən nahiyəsinə yumruq zərbələri vurmuşlar. Reyhan isə yerdən daş parçası götürüb ona doğru atmış, lakin həmin daş parçasının ona dəyibdəymədiyini hiss etməmişdir. Həmin vaxtı Rəsul qaçaraq yeməkxananın həyətyanı sahəsindən ağac parçası götürüb Ələddin və onun üzərinə hücum çəkdikdə orada olan Afət, Reyhan və Rəsulun balaca qızı Rəvanə Rəsulu tutub saxlamışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs4 doğma qardaşı Təqsirləndirilən şəxs1 tanıyır, onlarla qohumluq münasibəti var, həmkəndliləridi, onlarla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 atasıdı. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 iş yoldaşıdır. Əməldən peşmandır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 ilə barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, Həsənov X3 ərazi dairəsinə aid Pirverdilər kəndi ərazisində yerləşən adsız yeməkxananı işlədir. 14 iyun 2023-cü il tarixdə saat 14 radələrində o və atası Fərhad yaşadıqları Daşkəsən rayonu Astaf kəndindən meşə işçilərinin iclasında iştirak etmək üçün Daşkəsən rayonu, Pirverdilər kəndində yerləşən məktəbə getmişdir. X22 Təsərrüfatı Mərkəzinin müdiri Vasif Nəbiyev tərəfindən 2 saata yaxın iclas keçirildikdən sonra iclas yekunlaşmışdır. Həmin vaxtı iclasda Fərhadın iş yoldaşı Camal da, iştirak etmişdir. İclas bitdikdən sonra Fərhad və o, həmin gün saat 16 radələrində Qabaqtəpə kəndi ərazisində yerləşən mağazadan kolbasa, çörək və 2 litr həcmində spirtli içki olan pivə alıb yol kənarındakı bulaqda dayanıb nahar etmişdir. Hər ikisi nahar edən zaman spirtli içki olan pivə içmişdi. Daha sonra Fərhadla birlikdə çay içmək üçün həmin ün saat 18:50 rdaələrində Rəsulun yeməkxanasına getmişdir. Yeməkxananın həyətyanı sahəsində Rəsul ilə qardaşı Camal masada əyləşmişdir. Həmin vaxtı atası və o, Rəsul ilə Camalın əyləşdiyi masanın yanındakı digər masada əyləşmişdir. Camal və qardaşı Rəsulun hərəkətlərindən hər ikisinin sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Camal onlarla söhbət edən zaman ona və atası Fərhada demişdir ki, gedib başqa yeməkxanada yeyb-içdikdən sonra çay içmək üçün nə üçün Rəsulun yeməkxanasına gəlirsiniz. Bu zaman o, Camala harada yeyib-içdikdən sonra harada çay içməklərinin heç kimə aidiyyəti olmadığını demişdir. Bu mövzuda Camal, o və atası Fərhad ilə mübahisə etməyə başlamışlar. Həmin vaxtı yeməkxananın içərisində və həyatyanı sahədə olan masalarda təxminən 10 nəfərdən artıq müştəri əyləşmişdir. Mübahisə zamanı o və Camal bir-birlərinin ünvanına və valideynlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra Camalın qardaşı Rəsul onların ünvanlarına nalayiq söyüşlər söydükdə dava-dalaş baş vermişdi. Mübahisə zamanı yeməkxanada olan şəxslər onları ayırmışlar və yeməkxanada müştəri olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Şahid1 onu və Fərhadı yeməkxananın qarşısından keçən asfalt yola çıxarmışdır. Rəsul yeməkxananın həyətyanı sahəsindəki yerdən ağac parçası götürüb yola çıxıb onun üzərinə hücum çəkmişdir. Rəsul əlində olan ağac parçası ilə onun bədəninin sol nahiyəsinə, yəni çanaq nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bu zaman ətrafda olan şəxslər Qabaqtəpə kənd sakinləri Şahid2, Şahid4 və Şahid1 Rəsul ilə onu ayırmağa başlamışlar. X26 əlində olan ağac parçasını almaq üçün Rəsulun üzərinə getdikdə Rəsul ağac parçası ilə Fərhadın bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirmiş, bir dəfə də, baş zərbəsi ilə Fərhadın burun nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Fərhadın başında olan papaq yerə düşmüşdür. İlqar və Arif Rəsul ilə Fərhadı ayırmağa çalışmış, Rəsul isə əlində olan ağac parçası ilə təkrar onun üzərinə hucum çəkmişdir. Bu zaman Camal və Rəsulun böyük qızı Təqsirləndirilən şəxs6 da, əllərində ağac parçası ilə yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb onun və atası Fərhadın üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə onun kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 2 dəfə ardıcıl olaraq onun bədən nahiyəsinə, bir dəfə də, baş nahiyəsinə zərbələr endirmişdir. Camalın ardınca Şahid5 yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb dava-dalaş yerinə gələrək onları ayırmağa çalışmışdır. Həmin vaxtı İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atmışdır. Atası Fəhad yerdən daş parças götürüb Camala tərəf atmış, lakin həmin daş parçasının Camala dəyibdəymədiyini görə bilməmişdir. Rəsulun arvadı Təqsirləndirilən şəxs5 qaçaraq ora gəlib sillə ilə Fəhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmış və həmin vaxtı qarışıqlıq yaranmışdır. Rəsul təkrar yerdən ağac parçası götürdükdə Camal əlində olan ağac parçası ilə qəsdən bir dəfə də, onun bədən nahiyəsinə zərbə endirmiş və ağac parçası Camalın əlindən yerə düşmüşdür. Bu zaman Fərhad ağac parçasını yerdən götürərək Camalın alın nahiyəsinə bir dəfə zərbə endirib Rəsul və Afətin üzərinə yerimişdir. Bu zaman Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə zərbə endirmişdir. Rəsul əlində olan ağac parçası ilə Fərhadı vurmaq istədikdə İlqar Rəsulun qarşısına durmuşdur. Həmin vaxtı ağac parçası Rəsulun əlindən yerə düşmüş və İlqar ağac parçasını yerdən götürüb kənara atdı. Bu zaman Fərhad əlində olan ağac parçası ilə Rəsula tərəf zərbələr atmış, lakin həmin ağac parçalarının Rəsula dəyib-dəymədini dəqiq görə bilməmişdir. Dava-dalaş zamanı isə Camal və o, bir-birlərinin bədən nahiyələrinə yumruq zərbələri vurmuşlar. Reyhan isə yerdən daş parçası götürüb Fərhada doğru atmış, lakin həmin daş parçasının Fərhada dəyib-dəymədiyini görə bilməmişdir. Həmin vaxtı Rəsul qaçaraq yeməkxananın həyətyanı sahəsində ağac parçası götürüb onun və atası Fərhadın üzərinə hücum çəkdikdə orada olan Afət, Reyhan və Rəsulun balaca qızı Rəvanə Rəsulu tutub saxlamışdır. Daha sonra Rəsul qaçaraq yeməkxananın həyətyanı sahəsinə daxil olmuş, Rəsulun ardınca isə Camal, Afət, Reyhan, Səxavət və Rəvanə yeməkxananın həyətinə daxil olmuşlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2 tanıyır, qohumluq münasibətləri var, həmkəndlidirlər, onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 tanıyır, onunla da, münasibəti yaxşı olmuşdu. Təqsirləndirilən şəxs2 həmçinin onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs1 doğma qardaşıdır. Bir kəndiçi kimi, qonşu kimi həmişə zarafat etmişlər. Aralarında həmişə zarafatları omuşdur. Bir-biri ilə zarafat edəndə əsəbi olmuş və dalaşmışlar. Şikayəti olmadığını barışdıqlarını bildirmişdir. Əməldən peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs4 göstərmişdir ki, qardaşı Rəsul Qabaqtəpə kənd ərazi dairəsinə aid Piverdilər kəndi ərazisində yerləşən adsız yeməkxana işlədir. 14 iyun 2023-cü il tarixdə saat 14 radələrində o, yaşadığı Daşkəsən rayonu Astaf kəndindən meşə işçilərinin iclasında iştirak etmək üçün Daşkəsən rayonu, Pirverdilər kəndində yerləşən məktəbə getmişdir. X22 Təsərrüfatı Mərkəzinin müdüri Vasif Nəbiyev tərəfindən 2 saata yaxın iclas keçirildikdən sonra iclas yekunlaşmışdır. Həmin vaxtı iclasda iş yoldaşı Təqsirləndirilən şəxs2 və onun oğlu Təqsirləndirilən şəxs3 iştirak etmişlər. İclas bitdikdən sonra saat 16 radələrində qardaşı Rəsulun yeməkxanasına gedib orada nahar etmişdir. Nahar edən zaman təxminən 250 qaram spirtli içki olan araq qəbul etmişdir. Daha sonra o, qardaşı Rəsulun yeməkxanasının yaxınlığında yaşayan dostu İlqarın yaşadığı evə gedib onunla birlikdə yemək yemişdir. O, İlqar ilə birlikdə təxminən yarım litr spirtli içki olan araq qəbul etmişdir. Daha sonra o, həmin gün yaşadığı Daşkəsən rayonu Astaf kəndinə getmək üçün İlqarın evindən çıxıb piyada qardaşı Rəsulun işlətdiyi yeməkxanaya getmişdir. O, yeməkxananın həyətyanı sahəsində olan stulda əyləşmişdir. Həmin vaxtı yeməkxananın içərisində və bayır tərəfdə həyatyanı sahədə olan masalarda təxminən 10 nəfərdən artıq müştəri əyləşmişdir. Onun Rəsulun yeməkxanasına gəlməyindən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 və onun oğlu Təqsirləndirilən şəxs3 yeməkxanama gələrək yeməkxananın həyətyanı sahəsində olan digər masada əyləşmişlər. Fərhad və oğlu Ələddinin hərəkətlərindən hər ikisinin sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Ələddin Rəsula çay gətirməyini xahiş etmişdir. Bu zaman o, Ələddin və Fərhad ilə söhbət etməyə başlamış, söhbət zamanı zaraftyana Fərhad və onun oğlu Ələddinə demişdir ki, gedib başqa yeməkxanada yeyb-içdikdən sonra çay içmək üçün nə üçün Rəsulun yeməkxanasına gəlirsiniz. Bu zaman Ələddin ona harda yeyib-içdikdən sonra harada çay içməklərinin heç kimə aidiyyəti olmadığını demişdir. Bu mövzuda o, Fərhad və oğlu Ələddin ilə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı o və Ələddin bir-birlərinin ünvanına və valideynlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra qardaşı Rəsul buna dözməyib Fərhad və oğlu Ələddinin ünvanına nalayiq söyüşlər söydükdə dava-dalaş baş vermişdir. Mübahisə zamanı yeməkxanada olan şəxslər onları ayırmışlar və yeməkxanada müştəri olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Qasımov X18 və Fərhadı yeməkxananın qarşsından keçən asfalt yola çıxarmışdır. Rəsul Ələddinin valideynləri haqqında işlətdiyi nalayiq ifadəyə görə çox əsəbiləşərək yerdən ağac parçası götürüb yola çıxmış və Ələddinin üzərinə hücum çəkmişdir. Həmin vaxtı onu yeməkxananın həyətyanı sahəsində olan müştərilər tutub saxlamışdır. O, yeməkxanada olan müştərilərin əlindən çxıb yeməkxananın həyətyanı sahəsində ağaç parçası götürmüşdür. Həmin vaxtı Rəsulun böyük qızı Təqsirləndirilən şəxs6 da, əlinə ağac parçası götürmüş və hər ikisi yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb Ələddin və Fərhadın üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra o, əlində olan ağac parçası ilə qəsdən 2 dəfə ardıcıl olaraq Ələddinin bədən nahiyəsinə, bir dəfə də onun baş nahiyəsinə zərbələr endirmişdir. Onun ardınca Şahid5 dava-dalaş yerinə gələrək onları ayırmağa çalışmışdır. İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atmışdır. Fərhad isə yerdən daş parças götürüb ona tərəf atmış, lakin həmin daş parçası ona dəyməmişdir. Rəsulun arvadı Təqsirləndirilən şəxs5 qaçaraq ora gəlib sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmış və həmin vaxtı qarışıqlıq yaranmışdır. Rəsul təkrar yerdən ağac parçası götürmüşdür. O, təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də, Ələddinin bədəninin yuxarı ətrafına zərbə endirdikdə ağac parçası əlindən yerə düşmüş, bu zaman Ələddinin atası Fərhad ağac parçasını yerdən götürərək onun alın nahiyəsinə bir dəfə zərbə endirib Rəsulun və Afətin üzərinə yerimişdir. Bu zaman Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə zərbə endirmişdir. Rəsul əlində olan ağac parçası ilə Fərhadı vurmaq istədikdə İlqar Rəsulun qarşısına durmuşdur. Həmin vaxtı ağac parçası Rəsulun əlindən yerə düşmüş və İlqar ağac parçasını götürüb kənara atmışdır. Fərhad isə əlində olan ağac parçası ilə Rəsula tərəf zərbələr atmış, lakin o, həmin ağac parçalarının Rəsula dəyib-dəymədini dəqiq görə bilməmişdir. Dava-dalaş zamanı isə o və Ələddin bir-birlərinin bədən nahiyəsinə yumruq zərbələri vurmuşdur. Reyhan isə yerdən daş parçası götürüb Fərhada doğru atmış, lakin həmin daş parçasının Fərhada dəyib-dəymədiyini görməmişdir. Həmin vaxtı Rəsul qaçaraq yeməkxananın həyətyanı sahəsində ağac parçası götürüb Ələddin və Fərhadın üzərinə hücum çəkdikdə orada olan Afət, Reyhan və Rəsulun balaca qızı Rəvanə Rəsulu tutub saxlamışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2 tanıyır, qohumluq münasibəti var, həmkəndlisidi, onunla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs3 tanıyır, onunla da, münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır, əridir, onunla birlikdə yaşıyır. Təqsirləndirilən şəxs6 və Şahid6 onun və Rəsulun doğma qızlarıdır. Əməldən peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs5 göstərmişdir ki, Təqsirləndirilən şəxs4 əri Rəsulun doğma qardaşıdır, onunla münasibəti yaxşıdır. Əri Rəsul onları saxlamaq üçün Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazi dairəinə aid Pirverdilər kəndində yerləşən özünə məxsus adsız yeməkxananı işlədir. 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində əri Rəsul işlətdiyi yeməkxananın bayır tərəfində olan masanın üzərində “xalyar” təmizləyən zaman Camal yeməkxanaya daxil olub stolda oturmuş və Rəsul ilə söhbət etməyə başalamışdır. Yeməkxananın içərisində və bayır tərəfdə həyatyanı sahəyə qoyduqları masalarda təxminən 10 nəfərdən artıq müştəri əyləşmişdir. Camalın yeməkxanaya gəlməyindən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 və onun oğlu Təqsirləndirilən şəxs3 yeməkxanaya gələrək yeməkxananın həyətyanı sahəsində olan digər masada əyləşmişlər. Fərhad və oğlu Ələddinin hərəkətlərindən hər ikisinin sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Həmin vaxtı o, əri Rəsulun işlətdiyi yeməkxananın yaxınlığında yerləşən bulağa getmiş və bulaqda olan zaman yeməkxananın içərisindən ucadan səs-küy səslərinin gəldiyini eşitmişdir. O, yeməkxanasının qarşısına doğru boylandıqda görmüşdür ki, Şahid1 Ələddin və Fərhadı yeməkxananın qarşsından keçən asfalt yola çıxarır. Əri Rəsul əlində ağac parçası ilə yola çıxıb Ələddinin üzərinə hücum çəkərək əlində olan ağac parçası ilə Ələddinin bədən nahiyəsinə zərbə endirmişdir. Bu zaman ətrafda olan şəxslər Şahid2, Şahid4 və Şahid1 Rəsul ilə Ələddini ayırmağa başlamışlar. Rəsul ilə Fərhad və oğlu Ələddin arasında dava-dalaşın baş verdiyini, balaca qızı Rəvanənin isə dava-dalaşı sakitləşdirməyə çalışdığını görüb asfalt yolla onlara tərəf qaçmışdır. O, onların yanına çatdıqda Rəsul əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkmişdir. Bu zaman Camal və onun böyük qızı Təqsirləndirilən şəxs6 da, əllərində ağac parçası ilə yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb Ələddin və Fərhadın üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 2 dəfə ardıcıl olaraq Ələddinin bədən nahiyəsinə, bir dəfə də, Ələddinin baş nahiyəsinə zərbələr endirmişdir. Camalın ardınca Şahid5 yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb dava-dalaş yerinə gələrək dava-dalaş iştirakçılarını ayırmağa çalışmışdır. Həmin vaxtı İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atdıqda, Fərhad yerdən daş parçası götürüb Camala tərəf atmış, lakin həmin daş parçası Camala dəyib-dəymədiyini görə bilməmişdir. Bu zaman o, ora çatıb qəsdən bir dəfə sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra orada olan qızı Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmış və həmin vaxtı qarışıqlıq yaranmışdır. Rəsul təkrar yerdən ağac parçası götürmüş, bu zaman Camal əlində olan ağac parçası ilə qəsdən bir dəfə də Ələddinin bədəninin yuxarı ətrafına zərbə endirdikdə ağac parçası Camalın əlindən yerə düşmüşdür. Fərhad ağac parçasını yerdən götürərək Camalın alın nahiyəsinə bir dəfə zərbə endirib onun və Rəsulun üzərinə yerimişdir. O, əlində olan ağac parçası ilə qəsdən bir dəfə Fərhadın kürək nahiyəsinə zərbə endirmişdir. Rəsul əlində olan ağac parçası ilə Fərhadı vurmaq istədikdə İlqar Rəsulun qarşına durmuşdur. Həmin vaxtı ağac parçası Rəsulun əlindən yerə düşmüş və İlqar ağac parçasını götürüb kənara atmışdır. Fərhad əlində olan ağac parçası ilə Rəsula tərəf zərbələr atmış, lakin həmin ağac parçasının Rəsula dəyibdəymədini dəqiq görə bilməmişdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barışmışlar, bir-birlərindən şikayət və tələbləri yoxdur. Himayəsində azyaşlı uşağı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs6 göstərmişdir ki, atası Təqsirləndirilən şəxs1 ailəsini saxlamaq üçün Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazi dairəinə aid Pirverdilər kəndində yerləşən özünə məxsus adsız yeməkxananı işlədir. 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində Rəsul işlətdiyi yeməkxananın bayır tərəfində olan masanın üzərində “xalyar” təmizləyən zaman Camal yeməkxanaya daxil olub stolda oturub Rəsul ilə söhbət etməyə başlamışdır. Həmin vaxtı yeməkxananın içərisində və bayır tərəfdə həyatyanı sahəyə qoyduqları masalarda təxminən 10 nəfərdən artıq müştəri əyləşmişdir. Camalın yeməkxanaya gəlməyindən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 və onun oğlu Təqsirləndirilən şəxs3 yeməkxanaya gələrək yeməkxananın həyətyanı sahəsində olan digər masada əyləşmişlər. O, yeməkxananın həyətyanı sahəsində bacısı Rəvanə ilə söhbət edən zaman atası Rəsul ilə əmisi Camalın qarşlıqlı olaraq Fərhad və oğlu Ələddin ilə bir-birlərinin ünvanına uca səslə nalayiq söyüşlər söydüyünü eşitmişdir. Həmin vaxtı dava-dalaş baş vermişdir. Mübahisə zamanı yeməkxanada olan şəxslər atası Rəsul ilə Camalı Fərhad və oğlu Ələddindən ayırmışlar və yeməkxanada müştəri olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Qasımov X18 və Fərhadı yeməkxananın qarşısından keçən asfalt yola çıxarmışdır. X23 valideynləri haqqında işlətdiyi nalayiq ifadəyə görə çox əsəbiləşərək yerdən ağac parçası götürüb yola çıxmış və Ələddinin üzərinə hücum çəkmişdir. Həmin vaxtı əmisi Camalı yeməkxananın həyətyanı sahəsində olan müştərilər tutub saxlamışdır. O, ilk öncə yeməkxananın həyətyanı sahəsindən bayıra çıxmasa da, yeməkxananın bayır hissəsində baş verən dava-dalaşı görmüşdür. Rəsul əlində olan ağac parçası ilə Ələddinin bədəninin sol nahiyəsinə, çanaq nahiyəsinə zərbə endirdikdə ətrafda olan şəxslər Qabaqtəpə kənd sakinləri Şahid2, Şahid4 və Şahid1 Rəsul ilə Ələddini ayırmağa başlamışlar. Bacısı Rəvanə də, Ələddini tutub saxlamışdır. Tağıyev X15 əlində olan ağac parçasını almaq üçün Rəsulun üzərinə gəldikdə Rəsul ağac parçası ilə Fərhadın bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirmiş, bir dəfə də baş zərbəsi ilə Fərhadın burun nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Fərhadın başında olan papaq yerə düşmüşdür. İlqar və Arif Rəsul və Fərhadı ayırmağa çalışdıqda Rəsul əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkmişdir. Bu zaman o, yeməkxananın həyətyanı sahəsindən götürdüyü ağac parçası ilə Ələddin və Fərhadın üzərinə hücum etmişdir. Onun ardınca əmisi Camal da, yeməkxananın həyətindən götürdüyü ağac parçası ilə Fərhad və Ələddinin üzərinə hucm çəkmişdir. İlk öncə o, əlində olan ağac parçası ilə qəsdən bir dəfə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə 2 dəfə ardıcıl olaraq Ələddinin bədən nahiyəsinə, bir dəfə də, baş nahiyəsinə zərbələr endirmişdir. Şahid5 yeməkxananın həyətyanı sahəsindən bayıra çıxıb dava-dalaş yerinə gələrək dava-dalaş iştirakçılarını ayırmağa çalışmışdır. Həmin vaxtı İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atdıqda, Fərhad yerdən daş parças götürüb Camala tərəf atmış, lakin həmin daş parçasının Camala dəyib-dəymədiyini dəqiq görə bilməmişdir. Dava-dalaş zamanı anası Təqsirləndirilən şəxs5 qaçaraq ora gəlib sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət onun əlindən ağac parçasını götürüb davadalaşa qarışmış və həmin vaxtı qarışıqlıq yaranmışdır. Rəsul təkrar yerdən ağac parçası götürdükdə Rəvanə Rəsulun qarşısına durub onu zorla saxlamışdır. Camal təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də Ələddinin bədəninin yuxarı ətrafına zərbə endirdikdə ağac parçası əlindən yerə düşmüş, bu zaman Ələddinin atası Fərhad ağac parçasını yerdən götürərək Camalın alın nahiyəsinə bir dəfə zərbə endirib Rəsul və anası Afətin üzərinə yerimişdir. Bu zaman anası Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Rəsul əlində olan ağac parçası ilə Fərhadı vurmaq istədikdə İlqar Rəsulun qarşısına durmuşdur. Həmin vaxtı ağac parçası Rəsulun əlindən yerə düşmüş və İlqar ağac parçasını götürüb kənara atmışdır. Fərhad isə əlində olan ağac parçası ilə Rəsula tərəf zərbələr atmış, lakin həmin ağac parçalarının Rəsula dəyibdəymədini dəqiq görə bilməmişdir. Dava-dalaş zamanı isə Camal və Ələddin bir-birlərinin bədən nahiyəsinə yumruq zərbələri vurmuşlar. O, yerdən iki ədəd daş parçası götürüb Fərhada doğru atmış, lakin həmin daş parçasının Fərhada dəyib-dəymədiyini görməmişdir. Həmin vaxtı Rəsul qaçaraq yeməkxananın həyətyanı sahəsindən ağac parçası götürüb Ələddin və Fərhadın üzərinə hücum çəkdikdə o, anası Afət və bacısı Rəvanə Rəsulu tutub saxlamışdır. Daha sonra Rəsul qaçaraq yeməkxananın həyətyanı sahəsinə daxil olmuş, Rəsulun ardınca isə o, Afət, Camal, Səxavət və, Rəvanə yeməkxananın həyətinə daxil olmuşdur. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə vaxtı baş verənləri hazırda tam xatırlamadığını, lakin istintaq zamanı verdiyi ifadənin təsdiqlədiyini qeyd etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində kafeyə gedib yeməkxanaya daxil olduqda Camalın yeməkxananın həyətyanı sahəsində olan masada əyləşib spirtli içki olan pivə içdiyini, Fərhad və oğlu Ələddinin yeməkxananın bayır hissəsində dayandıqlarını görmüşdür. O, yeməkxanada yerləşən otağa daxil olub spirtli içki olan pivə sifariş etmişdir. Rəsulun oğlu Rəhim ona pivə gətirmişdir. O, oturub pivə içən zaman yeməkxananın həyətyanı sahəsində tanımadığı şəxslərin oturub yemək yediklərini görmüşdür. Həmin vaxtı yeməkxanada təxminən 10 nəfərə yaxın müştəri olmuşdur. O, yeməkxanada yerləşən otaqda pivə içən zaman yeməkxanaın həyətyanı sahəsindən səs-küy səslərinin gəldiyini eşidib dərhal yeməkxananın həyətyanı sahəsinə çıxmışdır. Həmin vaxtı Rəsul, qardaşı Camalın Fərhad və oğlu Ələddin ilə qarşılıqlı olaraq bir-birlərinin ünvanlarına uca səslə kobud küçə söyüşləri söydüklərini görmüşdür. Onlar bir-birlərinin ünvanına nalayiq söyüşlər söydükdə yeməkxanada olan şəxslər narahat olmuşlar. Bu zaman o, Fərhad və Ələddinin qarşısına durmuş və dava-dalaş baş verməməsi üçün onları yeməkxananın həyətyanı sahəsindən bayıra çıxarmışdır. O, Fərhad və Ələddini yeməkxananın qarşısından keçən asfalt yola çıxardıqda Rəsul əlində ağac parçası ilə yeməkxanın həyətyanı sahəsindən bayıra qaçıb Ələddinin üzərinə hücum çəkmişdir. Rəsul əlində olan ağac parçası ilə Ələddinin bədəninin sol nahiyəsinə, yəni çanaq nahiyəsinə zərbə endirmiş, bu zaman ətrafda olan şəxslərdən Qabaqtəpə kənd sakinləri olan İlqar, Arif, Rəsulun balaca qızı Rəvanə və o, Rəsul ilə Ələddini ayırmağa başlamışdır. Fərhad Rəsulun əlində olan ağac parçasını almaq üçün Rəsulun üzərinə getdikdə Rəsul ağac parçası ilə Fərhadın bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirib bir dəfə də baş zərbəsi ilə Fərhadın burun nahiyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən Fərhadın başında olan papaq yerə düşmüşdür. İlqar və Arif Rəsul ilə Fərhadı ayırmağa çalışdıqda Rəsul əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkmişdir. Bu zaman Camal və Rəsulun böyük qızı Reyhan əllərində ağac parçası ilə Ələddin və Fərhadın üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 3 dəfə Ələddinin baş və bədən nahiyəsinə zərbələr endirmişdir. İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atmışdır. Fərhad isə yerdən daş parças götürüb Camala tərəf atmış və həmin daş parçasının Camala dəyib-dəymədiyini görə bilməmişdir. Rəsulun arvadı Afət qaçaraq ora gəlib sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmışdır. Həmin vaxtı qarışıqlıq yaranmış və 4 nəfər şəxs onları ayırmağa çalışmışlar. Camal təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də, Ələddinə zərbə endirdikdə ağac parçası əlindən yerə düşmüşdür. Bu zaman Ələddinin atası Fərhad ağac parçasını yerdən götürərək Camalın alın nahiyəmə bir dəfə zərbə endirmişdir. Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə zərbə endirmiş, Rəsul isə təkrar yerdən ağac parçası götürüb Fərhadı vurmaq istədikdə onlar Fərhad və Rəsulu tutub saxlamışlar. Camal və Ələddin bir-birlərinə yumruq zərbələri atmışlar. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində kəndin kənarına malın qabağına çıxmışdır. Həmin vaxt Rəsul, qardaşı Camalın Fərhad və oğlu Ələddin ilə qarşılıqlı olaraq bir-birlərinin ünvanlarına uca səslə söyüş söydüklərini görmüşdür. Sonra Rəsul əlində olan ağacla Fərhadı vurmuşdur. Fərhad isə Rəsulu vurmuşdur. Camalda davaya qatılmış və əlləri ilə Fərhadgili vurmuşdur. Reyhan və Afət hadisə yerinə gələrək mübahisəyə qoşulmuş və Fərhadgili vurmuşlar. Onların əlində ağac olmasını görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 18:40 radələrində şəkər tozu almaq üçün Rəsulun həm yeməkxana, həm də, mağaza kimi işlətdiyi kafeyə getmişdir. Həmin vaxt dava dalaş olmuşdur. İbtida istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 18:40 radələrində şəkər tozu almaq üçün Rəsulun həm yeməkxana, həm də, mağaza kimi işlətdiyi kafeyə getmişdir. Oraya çatanda Rəsul, qardaşı Camalın Fərhad və oğlu Ələddin ilə qarşılıqlı olaraq bir-birlərinin ünvanlarına uca səslə kobud küçə söyüşləri söydüklərini görmüşdür. Onlar bir-birlərinin ünvanına nalayiq söyüşlər söydükdə yeməkxanada olan şəxslər narahat olmuşlar. Bu zaman həmkəndliləri Elşən Fərhad və Ələddinin qarşısına durmuş və dava-dalaş baş verməməsi üçün onları yeməkxananın həyətyanı sahəsindən bayıra çıxarmışdır. Fərhad və Ələddini yeməkxananın qarşısından keçən asfalt yola çıxardıqda Rəsul əlində ağac parçası ilə yeməkxanın həyətyanı sahəsindən bayıra qaçıb Ələddinin üzərinə hücum çəkmişdir. Rəsul əlində olan ağac parçası ilə Ələddinin bədəninin sol nahiyəsinə, yəni çanaq nahiyəsinə zərbə endirmiş, bu zaman ətrafda olan şəxslərdən o, Arif, Rəsulun balaca qızı Rəvanə və o, Rəsul ilə Ələddini ayırmağa başlamışdır. Fərhad Rəsulun əlində olan ağac parçasını almaq üçün Rəsulun üzərinə getdikdə Rəsul ağac parçası ilə Fərhadın bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirib bir dəfə də baş zərbəsi ilə Fərhadın burun nahiyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən Fərhadın başında olan papaq yerə düşmüşdür. İlqar və Arif Rəsul ilə Fərhadı ayırmağa çalışdıqda Rəsul əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkmişdir. Bu zaman Camal və Rəsulun böyük qızı Reyhan əllərində ağac parçası ilə Ələddin və Fərhadın üzərinə hücum çəkmişlər. İlk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirmiş, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 3 dəfə Ələddinin baş və bədən nahiyəsinə zərbələr endirmişdir. İlqar Rəsulun əlində olan ağac parçasını alıb kənara atmışdır. Fərhad is yerdən daş parças götürüb Camala tərəf atmış və həmin daş parçasının Camala dəyibdəymədiyini görə bilməmişdir. Rəsulun arvadı Afət qaçaraq ora gəlib sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirmiş, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışmışdır. Həmin vaxtı qarışıqlıq yaranmış və 4 nəfər şəxs onları ayırmağa çalışmışlar. Camal təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də Ələddinə zərbə endirdikdə ağac parçası əlindən yerə düşmüşdür. Bu zaman Ələddinin atası Fərhad ağac parçasını yerdən götürərək Camalın alın nahiyəmə bir dəfə zərbə endirmişdir. Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə zərbə endirmiş, Rəsul isə təkrar yerdən ağac parçası götürüb Fərhadı vurmaq istədikdə onlar Fərhad və Rəsulu tutub saxlamışlar. Camal və Ələddin bir-birlərinə yumruq zərbələri atmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 19 radələrində kafeyə gedib yeməkxanaya daxil olduqda Camalın yeməkxananın həyətyanı sahəsində olan masada əyləşib spirtli içki olan pivə içdiyini, Fərhad və oğlu Ələddinin yeməkxananın bayır hissəsində dayandıqlarını görmüşdür. O, yeməkxanada yerləşən otağa daxil olub spirtli içki olan pivə sifariş etmişdir. Rəsulun oğlu Rəhim ona pivə gətirmişdir. O, oturub pivə içən zaman yeməkxananın həyətyanı sahəsində tanımadığı şəxslərin oturub yemək yediklərini görmüşdür. Həmin vaxtı yeməkxanada təxminən 10 nəfərə yaxın müştəri olmuşdu. O, yeməkxanada yerləşən otaqda pivə içən zaman yeməkxananın həyətyanı sahəsindən səs-küy səslərinin gəldiyini eşidib dərhal yeməkxananın həyətyanı sahəsinə çıxmışdı. Həmin vaxtı Rəsul, qardaşı Camalın Fərhad və oğlu Ələddin ilə qarşılıqlı olaraq bir-birlərinin ünvanlarına uca səslə kobud küçə söyüşləri söydüklərini gördüm. Onlar bir-birlərinin ünvanına nalayiq söyüşlər söydükdə yeməkxanada olan şəxslər narahat olmuşlar. Bu zaman o, Fərhad və Ələddinin qarşısına durmuş və dava-dalaş baş verməməsi üçün onları yeməkxananın həyətyanı sahəsindən bayıra çıxarmışdır. Mübahisənin necə baş verdiyini bilməmişdir. O, onları ayırmaq üçün yaxınlaşmışdır. Həmin vaxt ola bilsin ki, onlardan kimsə kimisə vurmuşdur, amma o görməmişdir. Sonra nə olduğunu bilməmişdir. Nə Afətin, nə də Reyhanın əllərində ağac olduğunu görməmişdir. Rəsulun qolundan tutaraq yolun kənarına aparmışdır. Məhkəmə istintaqında iş materialına əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntü VİD-20230729-WA0000 olduğu görünür. Baxış zamanı video görüntüyə daxil olduqda video görüntünün 1 dəqiqə 53 saniyə davam etdiyi görünür. Həmin video görüntü Daşkəsən rayonu, Qabaqtəpə kənd inzibati ərazi dairəsinə aid Pirverdilər kəndi ərazisində Təqsirləndirilən şəxs1 işlətdiyi adsız yeməkxananın qarşısından keçən asfalt yolda baş vermişdir. Həmin görüntüdə əynində qara rəngli şalvar, ağ rəngli qısa qol köynək, əlinda ağac parçası olan Təqsirləndirilən şəxs1 əlində ağac parçası ilə yeməkxanın həyətyanı sahəsindən bayıra qaçıb əynində göy rəngli jeans şalvar, tünd zoğalı rəngli uzunqol payız köynəyi olan Təqsirləndirilən şəxs3 üzərinə hücum çəkdiyi Rəsul əlində olan ağac parçası ilə Ələddinin bədəninin sol nahiyəsinə, yəni çanaq nahiyəsinə zərbə endirdiyi, bu zaman ətrafda olan şəxslərdən əynində qara rəngli şalvar, qolu qısa jilet olan Şahid2, əynində qara rəngli şalvar, qara rəngli payız gödəkçəsi olan Şahid4 və əynində qara rəngli şalvar, boz rəngli payız gödəkçəsi olan Şahid1, əynində qara rəngli idman şalvarı, qırmızı rəngli uzunqol payız köynəyi olan Rəsulun balaca qızı Şahid6 dava-dalaş iştirakçılarını ayırdığı görünür. Əynində qara rəngli şalvar, qara rəngli uzunqol payız gödəkçəsi olan Şahid3 dava-dalaşa baxdığı, dava-dalaş zamanı əynində qara rəngli kostyum, qara rəngli şalvar, başında kepka papaq olan Təqsirləndirilən şəxs2 Rəsulun əlində olan ağac parçasını almaq üçün Rəsulun üzərinə getdikdə Rəsul ağac parçası ilə Fərhadın bədəninin sol böyrək üstü nahiyəsinə bir dəfə zərbə endirdiyi, bir dəfə də, baş zərbəsi ilə Fərhadın burun nahiyəsinə zərbə vurduğu, zərbənin təsirindən Fərhadın başında olan papaqın yerə düşdüyü görünür. İlqar və Arif Rəsul ilə Fərhadı ayırmağa çalışdıqda Rəsulun əlində olan ağac parçası ilə təkrar Ələddinin üzərinə hucum çəkdiyi, bu zaman əynində qara rəngli şalvar, yaşıl rəngli qısa qol köynək olan Təqsirləndirilən şəxs4 və Rəsulun böyük qızı əynində qara rəngli şalvar, qara rəngli payız gödəkçəsi olan Təqsirləndirilən şəxs6 əllərində ağac parçası ilə Ələddin və Fərhadın üzərinə hücum çəkdikləri ilk öncə Reyhan əlində olan ağac parçası ilə Ələddinin kürək nahiyəsinə zərbə endirdiyi, daha sonra Camal əlində olan ağac parçası ilə qəsdən 3 dəfə Ələddinin baş və bədən nahiyəsinə zərbələr endirdiyi, Camalın ardınca əynində göy rəngli cins şalvar və narıncı rəngli qısaqol köynək olan Şahid5 dava-dalaş yerinə gələrək davadalaş iştirakçılarını ayırmağa çalışdığı, İlqarın Rəsulun əlində olan ağac parçasını alıb kənara atdığı, Fərhad isə yerdən daş parças götürüb Camala tərəf atdığı, həmin daş parçasının Camala dəymədiyi, Rəsulun arvadı əynində qara rəngli xələt başında sarı rəngli yaylıq olan Təqsirləndirilən şəxs5 qaçaraq ora gəlib sillə ilə Fərhadın baş nahiyəsinə zərbə endirdiyi, orada olan Əfsusun qaçaraq yeməkxananın həyətyanı sahəsinə daxil olduğu, daha sonra Afət Reyhanın əlindən ağac parçasını götürüb dava-dalaşa qarışdığı, həmin vaxtı qarışıqlığın yarandığı, Rəsulun təkrar yerdən ağac parçası götrdüyü, Camalın təkrar əlində olan ağac parçası ilə qəsdən bir dəfə də Ələddinə zərbə endirdikdə ağac parçasının əlindən yerə düşdüyü, bu zaman Ələddinin atası Fərhadın ağac parçasını yerdən götürərək Camalın alın nahiyəsinə bir dəfə zərbə endirdiyi, Afət əlində olan ağac parçası ilə Fərhadın kürək nahiyəsinə zərbə endirdiyi, Rəsul yerdən götürdüyü ağac parçası ilə Fərhadı vurmaq istədikdə İlqarın onun qarşısında durduğu, Rəsulun əlindən yerə düşmüş ağac parçasını İlqarın yerdən götürüb kənara atdığı, Reyhanın yerdən iki ədəd daş parçası götürüb Fərhada doğru atdığı, Fərhadın əlində olan ağac parçası ilə Rəsula tərəf zərbələr atdığı, Reyhanın təkrar ora gələrək Fərhada doğru bir dəfə təpik zərbəsi atdığı, Camal və Ələddinin bir-birlərinə yumruq zərbələri atdıqları, daha sonra Rəsulun qaçaraq yeməkxananın həyətyanı sahəsində ağac parçası götürüb Ələddin və Fərhadın üzərinə hücum çəkdiyi, orada olan Afət, Reyhan və Rəsulun balaca qızı Rəvanənin Rəsulu tutub saxladıqları, daha sonra Rəsulun qaçaraq yeməkxananın həyətyanı sahəsinə daxil olduğu, Rəsulun ardınca Afətin, Reyhanın, Camalın, Səxavətin, Rəvanənin yeməkxananın həyətinə daxil olduğu, Elşənin isə Ələddini orada olan qırmızı rəngli “Vaz 2106” markalı avtomobilə əykəşdirməyə çalışdığı, ətrafda olan 5 nəfər şəxsin isə dava-dalaşı tamaşa etdiklərini görünür. Baxış zamanı müəyyən edilmişdir ki, dava zamanı Təqsirləndirilən şəxs4 digər şəxslərdən daha aktivdir və orada olan şəxslərin cəhdlərinə baxmayaraq hərəkətlərini davam etdirir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X27n Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 87 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər burunun kəskin hematoması, üst dodağın çapılmış yarası bər küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Vət. Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər ağacla vurulması nəticəsində əmələ gəlmələri mümkündür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 87 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər burunun kəskin hematoması, üst dodağın çapılmış yarası bər küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər ağacla vurulması nəticəsində əmələ gəlmələri mümkündür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X27n Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 88 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində bədəni üzərində aşkar edilmiş xəsarətlər başın təpə nahiyəsinin yarası, sol çanaq nahiyəsinin hematoması bər küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Təqsirləndirilən şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər ağacla vurulması nəticəsində əmələ gəlmələri mümkündür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X27n Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 89 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər başın alın və burun nahiyələrinin sıyrıqları, sol kürək və sol bazu nahiyələrinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşya ilə vurulması nəticəsində əmələ gəlmələri mümkündür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 avqust 2023-cü il tarixli 523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda Baş-X4 Qalıq Əlamətləri, qıcolma Sindromu, Davranış Pozuntuları XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.2 xəstəlikdən əziyyət çəkir və həmin xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən, o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İşdə olan doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. X1 və anası Təqsirləndirilən şəxs6dır. İşdə olan doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs3, anası X7r. İşdə olan doğum haqqında şəhadətnamnin surətindən görünür ki, Şahid6 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs5dır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2018-ci il tarixdən 14 saylı X11 Mərkəzinin Əmirvar meşəbəyliyinin 10 saylı meşə dolayısında gözətçi vəzifəsində işləyir. İşlədiyi dövr ərzində kollektiv arasında özünü yaxşı aparmış, onun barəsində işçilərdən heç biri narazlıq və şikayət etməmişdir, işə davamiyyəti müntəzəm olmuş və əmək intizamına riayət etmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1978-ci il tarixdən 14 saylı X11 Mərkəzinin Əmirvar meşəbəyliyinin 08 saylı meşə dolayısında gözətçi vəzifəsində işləyir. İşlədiyi dövr ərzində kollektiv arasında özünü yaxşı aparmış, onun barəsində işçilərdən heç biri narazlıq və şikayət etməmişdir, işə davamiyyəti müntəzəm olmuş və əmək intizamına riayət etmişdir. İşdə olan medallardan və 112678 saylı vəsiqədən görünür ki, X14 Azərbaycan Respublikasının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs6 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qabaqtəpə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs6 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. İşdə olan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 notariat qaydasında təsdiq edilmiş **********643 nömrəli ərizəsindən görünür ki, onlar hazırda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlu ilə barışmışlar, bununla bağlı heç bir şikayət və təblərinin olmamasının nəzərə alınmağını xahiş etmişlər. İşdə olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlunun notariat qaydasında təsdiq edilmiş **********642 nömrəli ərizəsindən görünür ki, onlar hazırda Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, bununla bağlı heç bir şikayət və təblərinin olmamasının nəzərə alınmağını xahiş etmişlər. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, və Təqsirləndirilən şəxs6 X17 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətmələri, həmçinin Təqsirləndirilən şəxs3 əməlinin bir qrup şəxs halında həmin hərəkətləri törətməsi ictimai qaydanın pozulmasının qərəzli hərəkətlər etməklə xuliqanlıq etməkdə təqsirli olması yuxarıda göstərilənlərdən başqa, işin araşdırılmış digər halları ilə tam subuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, oğlu Həsənov Rəhimin Azərbaycan Respublikasının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlu ilə barışmasını və ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hаlları və ağırlaşdıran hаlların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini və ailə vəziyyətinə təsirini, oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayır. Ona görə də, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq edərək ona təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə barışmasını və ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hаlları və ağırlaşdıran hаlların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini və ailə vəziyyətinə təsirini, az ağır cinayət törətməsini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayır. Ona görə də, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq edərək ona təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs4 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğlu ilə barışmasını və ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hаlları və ağırlaşdıran hаlların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini və ailə vəziyyətinə təsirini, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayır. Ona görə də, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq edərək ona təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs5 ilk dəfə az ağır cinayət törətməsini, qadın olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşman olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hаlları və ağırlaşdıran hаlların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini və ailə vəziyyətinə təsirini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində baş verməsini, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayır. Ona görə də, Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq edərək ona təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs5 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs6 ilk dəfə az ağır cinayət törətməsini, qadın olmasını, himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hаlları və ağırlaşdıran hаlların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs6 azyaşlı uşağının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs6 CM-nin 79-cu maddəsi tətbiq edilməklə azyaşlı uşağının 14 yaşına çatanadək cəzasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə barışmasını və ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hаlları və ağırlaşdıran hаlların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməldir. Habelə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk iş materiallarına əlavə edilməlidir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs6 Yusif qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs6 Yusif qızının xx.xx.2018-cı il tarixdə anadan olmuş uşağı X6 14 (on dörd) yaşına çatanadək, yəni 28 sentyabr 2032-ci il tarixədək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs6 Yusif qızınının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd “CD” disk iş materiallarına əlavə edilsin. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №1(030)-1/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-1/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver