Məhkəmə qərarları › İş №1(030)-10/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-10/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-10/2023 05.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ermənistan Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 68də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 noyabr 2012-ci il tarixdən hesablanmaqla 24 iyun 2005-ci il təvəllüdlü X2, 09 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 40,00 manat olmaqla, cəmi 80,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-494/2012 saylı, 25 dekabr 2012-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Daşkəsən Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 3(030)-264/2020 saylı və 26 noyabr 2021-ci il tarixli, 3(030)- 341/2021 saylı qərarları ilə hər iki halda 20 gün müddətinə inzibati qaydada həbs edilmiş və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək cəmi 4961.00 manat məbləğində aliment borcunu ödəməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2003-cü ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə xx.xx.2006-cı ildə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 24 iyun 2005-ci il təvəllüdlü X5, 09 dekabr 2007-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Nikahda olduqları müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən ondan 15 noyabr 2012-ci il tarixdən hesablanmaqla 24 iyun 2005-ci il təvəllüdlü X2, 09 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 40,00 manat olmaqla, cəmi 80,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Daşkəsən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il və 26 noyabr 2021-ci il tarixli qərarları ilə hər iki halda 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 4961,00 manat aliment borcu yığılıb qalmışdır. O, övladlarına baxmalı olduğunu dərk edir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni hazırda fəhlə işləyir və 300-350 manat aylıq qazancı vardır. Qazandığı pulu ancaq şəxsi xərclərinə sərf etdiyi üçün alimenti ödəməmişdir. İşlə bağlı məşğulluq mərkəzində qeydiyyatdadır. Lakin məşğulluq mərkəzindən ona uyğun işin olmadığını bildirmişlər. Ona vaxt verilərsə zərərçəkmiş şəxsə olan aliment borcunu qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları isə xx.xx.2006-cı ildə rəsmiləşdirilmişdir. Onların 24 iyun 2005-ci il təvəllüdlü X5, 09 dekabr 2007-ci il təvəllüdlü X6 adında övladları anadan olmuşdur. Onlar evli olduğu müddətdə Təqsirləndirilən şəxs qızıl mədənində fəhlə kimi işləmiş və qazancı 400-500 manat təşkil etmişdir. Həmin müddətdə onlar Təqsirləndirilən şəxs ata evində Daşkəsən rayonu, Bayan kəndində birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da, ancaq öz yemək içməyinə xərcləmişdir. O, nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Onlar ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, o isə uşaqları tək başına saxlaya bilmədiyindən 2012-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-494/2012 saylı, 25 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2012-ci il tarixdən hesablanmaqla 24 iyun 2005-ci il təvəllüdlü X2, 09 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 40,00 manat olmaqla, cəmi 80,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Daşkəsən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Daşkəsən Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli qərarları ilə hər iki halda 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Daşkəsən rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən 4961,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Daşkəsən rayon məhkəməsinin 2(030)-494/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş X5 və xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay borclu Təqsirləndirilən şəxs bir uşağa görə 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2013-cü il tarixdə Daşkəsən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Tərəfimizdən borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Həmçinin tərəfimizdən borclu Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün sonuncu icra və probasiya şöbəsinə dəvət olunsa da müəyyən edilmişdir ki, o hal-hazırda qeydiyyat yeri üzrə Daşkəsən rayonu Bayan kəndində yaşamır. Ona görə də bu barədə müvafiq arayış alınmış və sonuncunun barəsində xx.xx.2021-ci il tarixdə axtarış elan olunaraq icra edilməsi üçün polis orqanına göndərilmişdir. Sözü gedən xx.xx.2021-ci il tarixli axtarış qərarı əsasında xx.xx.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs saxlanılaraq Daşkəsən rayon icra və probasiya şöbəsinə gətirilmiş və icra sənədinin icra edilməsinə dair onun izahatı alınmışdır. Borclu Əliyev X4 rayon məhkəməsinin 3(030)-341/2021 saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 20 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Daşkəsən rayon məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs izahatlarında aliment borcunu ödəməyəcəyini, bunu onun maddi imkanı ilə bağlı olmadığını qetd edərək məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir.. Bundan başqa tələbkar Əliyeva X7 rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs aliment borcundan ona qismən ödəniş etməsini, onun hal-hazırda 4961 (dörd min doqquz yüz altımış bir) manat ödənilməmiş aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Hazırda 2(030)- 494/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs 4961 (dörd min doqquz yüz altmış bir) manat ödənilməmiş aliment borcu yaranmışdır. İşdə olan Daşkəsən Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli 2(030)-494/2012 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2005-ci ildə anadan olmuş X5 və xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Təqsirləndirilən şəxs bir uşağa görə 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2013cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, iş üzrə icraata balşanmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində tələbi könüllü icra edərək Daşkəsən rayon İcra və probasiya şöbəsinə məlumat verilməsi təklif olunmuş, bu müddət ərzində, göstərilən tələbləri yerinə yetirmədikdə məcburi icra tədbirləri tətbiq ediləcəyi, bu halda icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli 2(030)-494/2012 saylı qətnaməsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 8(030)-92/2013 saylı qərardadının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(030)-264/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(030)-148/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(030)-341/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli 9828/2012 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs aliment öhdəliyini yerinə yetirmədikdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli ******* saylı məktubunun surətindən görünür ki, Əliyev X1 heç bir növ sosial müavinət və təqaüd almır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 17 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan “Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması barədə” AR ƏN Gəncə Regional İdarəsinin xx.xx.2023-cü il tarixli 12/232950048 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutularaq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-na təhvil verilməsi qərara alınmışdır. İşdə olan Daşkəsən rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 360249/23 nömrəli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Əliyev X4 rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir. İşdə olan “Müvəqqəti saxlama yerindən azad etmə barədə” 21 aprel 2023-cü il tarixli 12/232950048 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-dan azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 15 noyabr 2012-ci il tarixdən hesablanmaqla 24 iyun 2005-ci il təvəllüdlü X2, 09 dekabr 2007ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 40,00 manat olmaqla, cəmi 80,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-494/2012 saylı, 25 dekabr 2012-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Daşkəsən Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 3(030)-264/2020 saylı və 26 noyabr 2021-ci il tarixli, 3(030)- 341/2021 saylı inzibati xəta haqqında qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 gün müddətə həbs növündə inzbati tənbeh tədbiri tətbiq edilmiş, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli 9828/2012 saylı rəsmi xəbərdarlıq məktubları ilə icra sənədi üzrə yaranmış aliment borcunu 10 gün müddətinə tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə xəbərdarlıq edilməsinə, göstərilən müddətə kimi yaranmış 4961 (dörd min doqquz yüz altmış bir) manat məbləğində aliment borcunun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs cəmi 4961 (dörd min doqquz yüz altmış bir) manat məbləğində aliment borcunu ödəməməklə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iki uşağın saxlanması üçün Təqsirləndirilən şəxs təyin olunmuş 80 manat alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş 220 manat məbləğində yaşayış minimumu ilə müqayisədə aşağı olan bir vəsaitdir. Təqsirləndirilən şəxs özünün də etiraf etdiyi kimi rəsmi işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir. İstəyi olduğu təqdirdə o, ayda 80 manat aliment məbləğini sərbəst surətdə ödəmək iqtidarında olmuşdur. Lakin o, heç bir üzürlü səbəb olmadan şüurlu surətdə aliment borcunu ödəməkdən yayınmış, icra və probasiya şöbəsində verdiyi izahatında alimenti ödəməyəcəyini və bunu onun maddi imkanı ilə bağlı olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib, işə əlavə olunmuş sənədləri məhkəmə iclasında hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Daşkəsən Rayon Məhkəməsinin (030)-494/2012 saylı, 25 dekabr 2012-ci tarixli qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə cinayət işinin digər materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Bu baxımdan onun əməli Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə tövsif olunmalı və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəmənin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014- cü il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin mənasından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə həmin cinayətin tərkibini yaradır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmiş, inzibati məsuliyyətə cəlb olunmasından heç bir nəticə çıxartmamış və icra üçün yeni müddət təyin olunmasına, fərdi əməklə məğul olmasına, istədiyi təqdirdə alimenti ödəmək iqtidarında olmasına baxmayaraq, aliment borcunu ödəməmişdir. Ona görə də, onun cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri-mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Həmçinin onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu saxlanıldığı 01 (bir) gün müddəti nəzərə alınaraq AR CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 20 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 01 (bir) gün müddət, ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar