Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-10/2024 17.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, 10 avqust 1980-cı ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Daşkəsən rayonu Əmirvar kəndində yaşayan Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında yaşadıqları Daşkəsən rayonu Əmirvar kəndində yerləşən evdə mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol bud, sol çiyin və sol əl nahiyyələrinə ağac parçası ilə vurması nəticəsində sol budun hematoması. qançırı dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, sol çiyin oynağının və sol əlin üçüncü barmağının qançırları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən bədən xəsarətlərini qəsdən etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əsəbi olduğundan ağac parçasını Zərərçəkmiş şəxs tərəf atmışdır. Bununla da əsəbiləşib onu vurmuşdur. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Etdiyi əməldən peşman olmuşdur. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsəndə göstərmişdir ki, Daşkəsən rayonu Əmirvar kəndində ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs arvadıdır, münasibəti normaldır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Daşkəsən rayonu Əmirvar kəndində yerləşən evlərində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı yanlarında başqa heç kim olmamışdır. Mübahisə təxminən, 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbiləşib yerdə olan ağac parçası ilə Zərərçəkmiş şəxs müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs içkili olmuşdur. İçkili olduğundan əsəbiləşərək ağac parçasını ona tərəf atmışdır. Ağac parçası onun çiyininə dəymişdir. O,da bu barədə 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda barışmışlar. Heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Əmirvar kəndində ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. İşləmir. Barəsində şikayət etdiyi şəxs əri Təqsirləndirilən şəxsdur, münasibəti normaldır, ədavəti yoxdur. 2000-ci il tarixdə ailə həyatı qurmuşdur. İki övladı vardır. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs həmişə ona xoş münasibət göstərmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onula mübahisə etməyə başlamışdır. Mübahisəzamanı yanlarında heç kim olmamışdır. Övladının biri Bakıda, biri isə Gəncə şəhərində olmuşdur. Mübahisə təxminən, 5-10 dəqqə davam etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ağacla onun müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Xəsarəti olduğu üçün məhkəmətibbi ekspertizasından keçmək istəmişdir. Əri Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 67 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərsol budun hematoması, qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sol çiyin oynağının və sol əlin üçüncü barmağının qançırları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər bərk Küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli 4453 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaşın baş verdiyi yer Daşkəsən rayonu Əmirvar kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadığı evdir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ tərəfindən CM-nin 128-ci maddəsinə əsasən. Cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2024-cü il tarixdə CM-nin 73.2-ci maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və ona maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən bu məcəllənin 72-73-2 və 74-cü maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilənin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini - (ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində, islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 7 (yeddi) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin qazancından dövlət nəfinə pul tutulması aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-10/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-10/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver