Məhkəmə qərarları › İş №1(030)-11/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-11/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-11/2023 20.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Daşkəsən rayon, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Daşkəsən rayon, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə saat 19:40 radələrində Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazisində yerləşən “Söyxanlı”adlı yay otlaq sahəsində sərxoş vəziyyətdə olan Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu, Qabaqtəpə kənd ərazi dairəsi üzrə Pirverdilər kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs sonuncunun sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gələrək bu niyyətlə özünə məxsus tiyəsinin uzunluğu 110 mm, ağızlıq hissədən eni 69 mm, maksimal qalınlığı 38 mm olan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta ilə ardıcılıqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs sağ qolun said hissəsinə, qəsdən bir dəfə sol qolun said hissəsinə, qəsdən bir dəfə yumruqla boyun nahiyəsinə və qəsdən bir dəfə təpiklə döş qəfəsinə zərbələr endirməsi nəticəsində Zərərçəkmiş şəxs sol saidin qançırı kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan, sağ və sol saidin yaraları kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və döş qəfəsinin hematoması, qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 6-7 radələrində o, təsərrüfatında saxladığı xırda buynuzlu heyvanları “Söyxanlı”adlı yay otlaq sahəsində otaran zaman oğlu Şahid2 ona zəng edərək tanımadığı bir nəfər şəxsin alaçıqlarının yaxınlığına ucadan ünvansız nalayiq söyüşlər söydüyünü, itlərə daş atdığını demişdir. Bundan sonra alaçıqla olduğu yer arasında xeyli məsafə olduğu üçün təxminən bir saat sonra ailəsinin olduğu alaçığın yaxınlığına getdikdə hələ də, həmin şəxsin orada olduğunu görmüşdür. Yaxınlaşan zaman həmin söyüş söyən şəxsin əvvəllər tanıdığı Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Musanın hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Bundan sonra Musaya “nə gəzirsən mənim arxacımın yanında” soruşduqda Musa “dədəninmi yeridi bura” deyərək ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, qarşılıqlı olaraq Musanın ünvanına söyüş söyən zaman Musa sərxoş vəziyyətdə qəsdən yumruq zərbəsi ilə onu vurmağa cəhd göstərmişdir. O, Musaya sərxoş vəziyyətdə olduğunu deyib ondan çıxıb getməsini xahiş etdikdə Musa yenidən ünvanına nalayiq söyüş söyüb təkrar qəsdən ona doğru yumruq zərbəsi atmışdır. Bu zaman o, geriyə doğru çəkilib əsəbləşərək əlində olan balta ilə Musanın ona atdığı yumruq zərbəsinin qarşısını almaq üçün onun sol qoluna bir dəfə zərbə endirmişdir. Buna baxmayaraq Musa təkrar sağ qolu ilə ona yumruq zərbəsi atmaq istəyən zaman əlində olan balta ilə qəsdən onun sağ qoluna bir dəfə zərbə endirmişdir. Həmin vaxtı oğlu Muraz və avtomobildən düşüb ora gələn Vidadi onları ayırmışdır. Həmin vaxtı orada yaranmış səs-küylərinə arvadı Şahid1 gəlmişdir. Daha sonra Vidadi Musanı tutub zorla avtomobilinə mindirib oradan uzaqlaşmışdır. Hal-hazırda həmkəndli və qohum olmalarına görə Zərərçəkmiş şəxs ilə barışmışdır. Musaya qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Odur ki, barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 iyun 2023-cü il tarixdə axşam 6-7 radələrində həmkəndlisi Vidadi ilə birlikdə nahar etdikdən sonra Qabaqtəpə kəndi ərazisində yerləşən “Söyxanlı”yay otlaq sahəsini gəzməyi qərara almışlar. Bu məqsədlə o, Vidadinin idarə etdiyi minik avtomobil ilə “Söyxanlı”yay otlaq sahəsinə getmişdir. Vidadi “Söyxanlı”yay otlaq sahəsinə çatdıqda minik avtomobilini yüksək dağlıq ərazidə saxlamışdır. Bundan sonra o, minik avtomobilindən düşmüşdür. Avtomobildən düşüb otluq sahədə arxası üstə uzanıb dağları seyr etməyə başlamışdır. Həmin vaxtı Vidadi minik avtomobilindən düşməmişdir. Arxası üstə yerdə uzandığı yerdən təxminən 100 metr uzaqlıqda iki ədəd alaçıq olduğunu görmüşdür. Arxası üstə uzanıb dağları seyr edən zaman qəflətən X3 əlində balta ilə yanıma gəlib “nə gəzirəsn burda” ifadəsinə işlətdikdə o, Rizvana baxıb istirahət etmək üçün gəldiyini demişdir. Bu zaman Rizvan heç nə demədən əlində olan balta ilə qəsdən bir dəfə baş nahiyəsinə zərbə endirmək istəmiş, o, sol qolunu yerə söykənib uzanıqlı vəziyyətdə olduğu üçün dərhal sağ qolunu Rizvanın onun baş nahiyəsinə endirmək istədiyi baltanın qarşısına tutmuşdur. Baltanın kəsici hissəsi sağ qoluma dəydikdə qolunun bərk ağrımasını hiss etmişdir. O, ayağa qalxdıqda Rizvan təkrar əlində olan balta ilə qəsdən ona xəsarət yetirmək istəmiş, o, sol qolunu baltanın qarşısına tutmuşdur. Rizvanın onu vurmaq istədiyi baltanın kəsici hissəsi sol qoluna dəymiş və sol qolunun bərk ağrımasını hiss etmişdir. Həmin vaxtı Vidadi avtomobildən düşərək qaçıb Rizvanı tutub saxlamış və onları aralamışdır. Hal-hazırda həmkəndli və qohum olmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziayn ödənilmişdir. Rizvana qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Odur ki, cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus avtomobil ilə dincəlmək üçün Daşkəsən rayonu Qabaqtəpə kənd ərazisində yerləşən “Söyxanlı”yay otlaq sahəsinə getmişlər. Ora çatdıqdan sonra o, avotomobildə əyləşib telefonunda olan şəkillərə baxmış, Musa isə çəmənlikdə uzanmışdır. Bir qədər sonra isə səs-küy gəldiyini eşitmiş və yanlarına getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dava-dalaş etdiyini görmüş və onları aralamışdır. Təqsirləndirilən şəxs əlində olan balta ilə Zərərçəkmiş şəxs sağ və sol qol nahiyəsinə xəsarətlər yetirdiyini görməmişdir. Dava-dalaş yekunlaşana kimi Rizvanın sol əlində kiçik ölçülü balta olmuşdur. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Rizvan ilə birlikdə Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazisində yerləşən “Söyxanlı”yay otlaq sahəsində bir-birlərinə yaxın məsafədə alaçıq qurub yaşıyırlar. Rizvanla münasibəti normaldır. O, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün təsərrüfatla məşğul olur. Yay mövsümündə təsərrüfatında olan heyvanlara baxmaq üçün Daşkəsən rayonuna köç edir. 2023-cü ilin yay mövsümündə təsərrüfatında saxladığı heyvanlara baxmaq üçün Daşkəsən rayonu Təzəkənd kəndi ərazisində yerləşən “söyxanlı”yay otlaq sahəsinə köç etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, alaçığından təxminən 100-150 metr uzaqlıqda xırda buynuzlu heyvanlarını otaran zaman Təqsirləndirilən şəxs alçağının yaxınlığında, təpəlik ərazidə ağ rəngli “Vaz 2106” markalı avtomobil ilə iki nəfər şəxsin gələrək dayandıqlarını görmüşdür. Onun olduğu yerdən avtomobilin dayandığı yerə təxminən 100-150 metr məsafə olmuşdur. Bir qədər sonra oradan səs-küy gəldiyini eşitmiş və sonradan orada olan şəxslər arasında mübahisə və çəkişmə olduğunu görmüşdür. O, heyvanları yerbəyer edib mübahisə olan yerə gedib çatanda artıq dava edən Rizvan və Musanı orada olan Rizvanın arvadı Gülsadə, oğlu Muraz və Musanın qohumu sonradan tanıdığı Vidadinin araladığını görmüşdür. Həmin vaxt Vidadi Musanı gəldikləri avtomobilə əyləşdirib aparımışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxmini olaraq axşam satlarında Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazisində yerləşən “Söyxanlı”yay otlaq sahəsində yerləşən alaçıqlarında olan zaman çöldən səs-küy gəldiyini, itlərinə daş atıldığını eşitmişdir. Çölə çıxanda görmüşdür ki, onların alaçıqlarından təxminən 100 metr aralıda sərxoş halda olan bir nəfər şəxs ucadan söyüşlər söyür və itlərinə daş atır. Bir qədər sonra əri Rizvan Hüsyenov oraya gəlmiş və sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs söyüşlər söydüyünə və əri Təqsirləndirilən şəxs müqavimət göstərdiyi üçün əri özünü müdafiə etmək üçün balta ilə Musaya xəsarət yetirmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü 206 nömrəli il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Qabaqtəpə kənd ərazisində yerləşən “Söyxanlı”adlı yay otlaq sahəsində yerləşir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və yaxud da predmet aşkar edilməmişdir. İşdə olan “Götürmə” aparılması haqqında xx.xx.2023-cü il tarixli 249 nömrəli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs baş vermiş davadalaş zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarətlər yetirdiyi baltanı könüllü olaraq istintaqa təqdim etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Daşkəsən rayon şöbəsinin xx.xx.2023cü il tarixli 92 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizası zamanı onun bədəni üzərində sağ və sol saidin yaraları çapıcı alətin (alətlərin) təsirindən törəniblər və dərəcələrinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; döş qəfəsinin hematoması, qançırı bərk küt əşyanın təsirindən törənib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; sol saidin qançırı bərk küt əşyanın təsirindən törənib və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin törənmə müddəti qərarda qeyd olunan tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğundurlar. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ və sol saidin yaraları qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni balta ilə törənmələri mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsindən daxil olmuş 10 avqust 2023-cü il tarixli 16/749 nömrəli məhkəmə balistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən balta kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barışmış, ona dəymiş ziyan 2000 manat ziyan tamamilə ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1, 40.2 və 40.3-cü maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, vurulmuş ziyanı tamamilə ödəməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərər çəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, zərər çəkmiş şəxsin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etməsini nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************)) ödənilməlidir. İş üzrə maddi sübutlar olan Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan tiyəsinin uzunluğu 110 mm, ağızlıq hissədən eni 69 mm, maksimal qalınlığı 38 mm, dəstəyinin uzunluğu 195 mm, eni 40 mm, qalınlığı 28 mm olan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak aşkar edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 40.2.1, 40.2.2, 43.3, 321.2.1 və 381-385-ci maddələrini rəhbər tutub. məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************)) ödənilsin. İş üzrə maddi sübutlar olan Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan tiyəsinin uzunluğu 110 mm, ağızlıq hissədən eni 69 mm, maksimal qalınlığı 38 mm, dəstəyinin uzunluğu 195 mm, eni 40 mm, qalınlığı 28 mm olan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar