Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-11/2024 28.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Firuddin oğlunun iştirakı ilə, xx.xx.1975-ciildə Daşkəsən rayonu, Qazaxyolçular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, hazırda məhkumluğu olmayan, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Quşçu qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Firuddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məmmədov X7 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli əmrinə əsasən 29 iyun 2015-ci il tarixdən hesablanmaqla 23 iyul 2006-cı il təvəllüdlü X6, 03 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa ayda 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Məmmədova) Yeganə Fərman qızına verilməsinə dair məhkəmə qərarını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(030)-220/2016 saylı inzibati xəta haqqında qərarı ilə 10 gün, xx.xx.2017-ci il tarixli tarixli 3(030)-307/2017 saylı qərarı ilə 15 gün, xx.xx.2018-ci il tarixli, 3(030)-47/2018 saylı qərarı ilə 30 gün, xx.xx.2020-ci il tarixli, 3(030)- 202/2020 saylı qərarı ilə 15 gün və xx.xx.2023-cü il tarixli, 3(030)-232/2023 saylı inzibati xəta haqqında qərarı ilə onun barəsində 20 gün müddətinə həbs növündə inzbati tənbeh tədbiri tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 31 yanvar 2024-cü il tarixədək cəmi 6530.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Qurbanova (Məmmədova) Yeganə Fərman qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə əmrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Firuddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Firuddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırkı vaxta 6530.00 manat məbləğində aliment borcu mövcuddur. Onun daimi iş yeri olmamışdır, lakin müxtəlif yerlərdə fəhləlik edib gündəlik olaraq 10-15 manat qazana bilmişdir. Bir dəfə 500 manat məbləğində pul vəsaitininin Qurbanova (Məmmədova) Yeganə Fərman qızına çatdırılması üçün Zəki adlı şəxsə vermiş, Zəki həmin pul vəsaitini Yeganəyə versə də Yeganə o pulu götürməmişdir. Keçmiş həyat yoldaşı Yeganənin ona qarşı tələblərindən bezmişdir, yaşadığı evi satmaqdan başqa çarəsi yoxdur. Təqsirləndirilən şəxs Firuddin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qurbanova (Məmmədova) Yeganə Fərman qızı ilə 2002-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 2005-ci ildə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 23 iyul 2006-cı il təvəllüdlü X11, 03 iyul 2008-ci il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. O, nikahda olduğu müddətlərdə Qurbanova (Məmmədova) Yeganə Fərman qızı ilə yola getmədiyindən 2008-ci ildə ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları anası Zərərçəkmiş şəxs (Məmmədovanın) himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs (Məmmədova) uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək 2008-ci il tarixdə ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2008-ci il tarixli əmrinə əsasən ondan 23 iyul 2006-cı il təvəllüdlü X6, 03 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 20,00 manat olmaqla, cəmi 40,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Məmmədova) Yeganə Fərman qızına verilməsi qət edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs (Məmmədova) alimentin miqdarının az olmasını əsas gətirərək yenidən məhkəməyə müraciyyət etmiş və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2015-ci il tarixli əmrinə əsasən alimentin miqdarı artırılaraq ondan 29 iyun 2015-ci il tarixdən hesablanmaqla 23 iyul 2006-cı il təvəllüdlü X6, 03 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Məmmədova) Yeganə Fərman qızına verilməsi qət edilmişdir. O, birinci məhkəmə əmri üzrə aliment borcunu tam formada ödəmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Daşkəsən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıqlar edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə müvafiq olaraq 30 gün, 15 gün, 20 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 31 yanvar 2024-cü il tarixədək 6530,00 manat aliment borcu yığılıb qalmışdır. O, uşağına baxmalı olduğunu dərk etdiyini, sadəcə alimentin miqdarı çox olduğundan aliment borcunu ödəmədiyini, məşğulluq mərkəzinə müraciyyət etmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni fəhlə işlədiyini, aylıq gəlirinin 450,00-500,00 manat təşkil etdiyini, qazandığı pulu şəxsi xərclərinə sərf etdiyi üçün alimenti ödəmədiyini və 6530,00 manat məbləğində aliment borcundan heç bir ödəniş etmədiyini ifadəsində bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs Qurbanova (Məmmədova) Yeganə Fərman qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qazancı olmasına baxmayaraq məhkəmə tərəfindən uşaqların saxlanılması üçün təyin edilmiş alimenti qəsdən ödəməmişdir. Təqsirləndirilən şəxs ona ödəniş etməyəcəyini və ödəmək istəmədiyini bildirmişdir. Odur ki, yaranmış aliment borcunun tam olaraq ödənilməsini, ödəmədiyi halda İsaya ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Qurbanova (Məmmədova) Yeganə Fərman qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2002-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, nikahları isə 2005-ci il tarixdə rəsmiləşdirilmiş və onların bu nikahdan 23 iyul 2006-cı il təvəllüdlü X11 və 03 iyul 2008-ci il təvəllüdlü X13 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş və qazancı 500,00-600,00 manat təşkil etmişdir. Həmin müddətdə onlar Daşkəsən rayonunda birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. O, 2008-ci il tarixdə ayrılmış və xx.xx.2009-cu il tarixdə isə rəsmi boşanmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, uşaqları tək başına saxlaya bilmədiyindən 2008-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2008-ci il tarixli əmrinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2006-cı il təvəllüdlü X6, 03 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 20,00 manat olmaqla, cəmi 40,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bu aliment uşaqların saxlanması üçün yetərli olmadığından alimentin miqdarının artırılması üçün yenidən məhkəməyə müraciyyət etmiş və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2015-ci il tarixli əmrinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 29 iyun 2015-ci il tarixdən hesablanmaqla 23 iyul 2006-cı il təvəllüdlü X6, 03 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Birinci məhkəmə əmri üzrə Təqsirləndirilən şəxs ona borcu qalmamışdır. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Daşkəsən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ilə müvafiq olaraq 30 gün, 15 gün, 20 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Daşkəsən rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdimat verilən 31 yanvar 2024-cü il tarixədək Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2015-ci il tarixli əmrinə əsasən 6530,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Bundan əlavə bu müddət ərzində övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2015-ci il tarixli əmrinə əsasən Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 50,00 manat olmaqla cəmi 100,00 manat sabit pul məbləğində aliment borcunu ödəməlidir. Ona müxtəlif vaxtlarda aliment borcunu ödəmədiyi üçün xəbərdarlıqlar edilmiş, məhkəmə qərarları ilə inzibati həbslər edilmiş, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə onun 31 yanvar 2024-cü il tarixədək 6530,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Sonuncu dəfə borclu 2023-cü ilin sentyabr ayında inzibati qaydada tutulduqdan sonra izahatı alınmış o, isə həmişəki kimi müxtəlif bahanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-398/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş X6 və xx.xx.2008-ci ildə anadan olmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay borclu Təqsirləndirilən şəxs bir uşağa görə 50,00 manat olmaqla cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutulub tələbkar X2 ödənilməsi qət edilmişdir. Göstərilən məhkəmə əmri xx.xx.2015-ci il tarixdə Daşkəsən rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Tərəfimizdən borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq sonuncu yaranmış aliment borcunu ödəməmişdir. Borclu Məmmədov X10 rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və icra sənədinin icra edilməsinə dair onun izahatı alınmışdır. Borclu Məmmədov X10 Rayon Məhkəməsinin 3(030)-232/2023 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Daşkəsən Rayon Məhkəmənin 8(030)-52/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Materiallardan göründüyü kimi borclu Məmmədov X10 Rayon Məhkəməsinin 2(030)- 398/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmri ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan edilməklə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, icra sənədini icra etməməkdə davam etmiş, faktiki imkanlarından istifadə etməmiş, onun əməlində qərəzlilik müşahidə edilmişdir. Bundan başqa tələbkar Qurbanova (Məmmədova) X4 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs aliment borcundan ona qismən ödəniş etməsini, onun hal-hazırda 6430,00 manat ödənilməmiş aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Hazırda 2(030)-398/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmri üzrə Təqsirləndirilən şəxs 6530,00 manat ödənilməmiş aliment borcu yaranmışdır. İşdə olan Daşkəsən Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli 2(030)-398/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.2006-cı ildə anadan olmuş X11 və xx.xx.2008-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay Təqsirləndirilən şəxs bir uşağa görə 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub tələbkar X2 ödənilməsi qət edilmişdir. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, iş üzrə icraata balşanmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində tələbi könüllü icra edərək Daşkəsən rayon İcra və probasiya şöbəsinə məlumat verilməsi təklif olunmuş, bu müddət ərzində, göstərilən tələbləri yerinə yetirmədikdə məcburi icra tədbirləri tətbiq ediləcəyi, bu halda icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli 2(030)-398/2015 saylı icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(030)-52/2017 saylı qərardadının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli 33468/2015-33-3-005 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs aliment öhdəliyini yerinə yetirmədikdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialının 1 dekabr 2023-cü il tarixli, 3-17-2/2-71411/2023 nömrəli məktubundən görünür ki, Məmmədov X8 Mərkəzinə müraciət etməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-79112/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə AR CM-nin 241-ci maddəsinin V bəndi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarının 1.6-cı bəndinə əsasən azad edilmiş, bundan başqa Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli tarixli 3(030)- 220/2016 saylı inzibati xəta haqqında qərarından görünür ki, Məmmədov X10 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli əmri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2017-ci il tarixli tarixli 3(030)-307/2017 saylı qərarından görünür ki, Məmmədov X10 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli əmri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(030)-47/2018 saylı qərarından görünür ki, Məmmədov X10 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli əmri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(030)-202/2020 saylı qərarından görünür ki, Məmmədov X10 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli əmri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(030)-232/2023 saylı qərarından görünür ki, Məmmədov X10 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli əmri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsinin surətindən görünürü ki, Təqsirləndirilən şəxs alkoqollu içkiyə meyillidir həmçinin rayon ərazisində eləcədə Aşağı Daşkəsən qəsəbəsində mənfi xarekterizə olunur. İşdə olan “Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması barədə” AR ƏN Gəncə Regional İdarəsinin xx.xx.2024-cü il tarixli 12/242950060 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutularaq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-na təhvil verilməsi qərara alınmışdır. İşdə olan Daşkəsən rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 360461/24 nömrəli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Məmmədov X10 rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin MSY-yə təhvil verilmişdir. İşdə olan “Müvəqqəti saxlama yerindən azad etmə barədə” xx.xx.2024-cü il tarixli 12/242950060 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçildiyindən Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-dan azad edilmişdir Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli 2(030)-398/2015 nömrəli məhkəmə əmrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa ayda 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Məmmədova) Yeganə Fərman qızına verilməsi qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə əmrinin icrası ilə bağlı icra məmurunun dəfələrlə edilmiş qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək beş dəfə inzibati qaydada həbs edilmişdir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli tarixli 3(030)-220/2016 saylı inzibati xəta haqqında qərarı ilə 10 gün, xx.xx.2017-ci il tarixli tarixli 3(030)-307/2017 saylı qərarı ilə 15 gün, xx.xx.2018-ci il tarixli, 3(030)-47/2018 saylı qərarı ilə 30 gün, xx.xx.2020-ci il tarixli, 3(030)-202/2020 saylı qərarı ilə 15 gün və xx.xx.2023-cü il tarixli, 3(030)-232/2023 saylı inzibati xəta haqqında qərarı ilə onun barəsində 20 gün müddətinə həbs növündə inzbati tənbeh tədbiri tətbiq edilmişdir. Bunlarla yanaşı, icra məmurunun xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 33468/2015-33-3-005 saylı rəsmi xəbərdarlıq məktubları ilə icra sənədi üzrə yaranmış aliment borcunu 10 gün müddətinə tələbkar X2 ödənilməsi barədə xəbərdarlıqlar edilməklə göstərilən müddətə kimi yaranmış 6130 (altı min yüz otuz) manat məbləğində aliment borcunun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs açıq-aşkar surətdə qərəzlilik nümayiş etdirərək 6530,0 (altı min beş yüz otuz) manat məbləğində aliment borcunu ödəməməklə məhkəmə qərarını heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarı ilə hər bir uşağa görə 50 manat olmaqla iki uşağın saxlanılması üçün Təqsirləndirilən şəxs tutulmalı olan 100 manat alimentin bir il ərzində ödəmə məcmusu 1200 manat təşkil edir ki, 6530 (altı min beş yüz otuz) manat məbləğində aliment borcunu illərə bölündükdə beş ildən artıq müddəti əhatə edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, qeyd edir ki, bir uşağa 50 manat olmaqla aylıq 100 manat aliment yüksək məbləğ təşkil etmir. Borclu Təqsirləndirilən şəxs əmək qabiliyyətlidir, müxtəlif sahələrdə işləmək imkanına malikdir. Özünün də etiraf etdiyi kimi onun rəsmi iş yeri olmasa da, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq gündəlik gəlir əldə edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, borclu Təqsirləndirilən şəxs hər ay 100 manat aliment borcunu ödəməklə məhkəmə qərarını icra etmək üçün faktiki imkana malik olmuşdur. Lakin o, heç bir üzürlü səbəb olmadan şüurlu surətdə aliment borcunu ödəməkdən yayınmış, qanuni qüvvəyə minmiş məhkəmə əmrini qərəzli olaraq qəsdən icra etməməklə uşaqlarını maddi cəhətdən köməksiz vəziyyətdə qoymuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin ifadələrini dinləyib, işə əlavə olunmuş sənədləri məhkəmə iclasında hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-398/2015 nömrəli, 29 iyun 2015-ci tarixli məhkəmə əmrini qərəzli olaraq icra etməmə cinayətini törətməsi təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə cinayət işinin digər materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Bu baxımdan onun əməli Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə tövsif olunmalı və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəmənin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014- cü il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin mənasından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə həmin cinayətin tərkibini yaradır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmiş, inzibati məsuliyyətə cəlb olunmasından heç bir nəticə çıxartmamış və icra üçün yeni müddət təyin olunmasına, fərdi əməklə məğul olmasına, istədiyi təqdirdə alimenti ödəmək iqtidarında olmasına baxmayaraq, aliment borcunu ödəməmişdir. Ona görə də, onun cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri-mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Həmçinin onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddəti nəzərə alınaraq AR CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Firuddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 06 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət, ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs Firuddin oğlu qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Firuddin oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-11/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-11/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver