Məhkəmə qərarları › İş №1(030)-11/2025

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-11/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-11/2025 11.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X33 Hafiz oğlunun sədrliyi, X12 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Bəhrəmbağ kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Göygöl şəhəri X36 küçəsi ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində Göygöl rayonu Bəhrəmbağ kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin məftil hasarla hasarlanmış həyətinə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs8 məxsus hər birinin dəyəri 300 manat olmaqla 4 baş, 7-8 aylıq xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilinə yerləşdirib gizli yolla taladıqdan sonra Bərdə rayonunda fəaliyyət göstərən heyvan bazarında tanımadıqları şəxsə 580 (beş yüz səksən) manat məbləğində vəsaitə satıb əldə etdikləri gəliri aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs8 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Göygöl rayonu, Yeni Zod kəndi ərazisində örüş otlaq sahəsində sahibsiz şəkildə otlayan Zərərçəkmiş şəxs9 məxsus 1500 (min beş yüz) manat dəyərində 1 baş iribuynuzlu, 1 yaşlı, ekrək cinsli, qara rəngli iribuynuzlu heyvanı özünə məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib gizli yolla taladıqdan sonra Yevlax rayonu Salahlı kəndinə aparıb Şahid1 özlərinin olmasını bildirməklə 500 (beş yüz) manata sataraq əldə etdikləri gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə edərək Zərərçəkmiş şəxs9 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Göygöl rayonu Yeni Zod kəndi ərazisində 101 deyilən yerdə, örüş otlaq sahəsində, açıq ərazidə sahibsiz şəkildə otlayan Zərərçəkmiş şəxs13 məxsus 47 baş iribuynuzlu heyvandan ümumi dəyəri 3000 (üç min) manat olan 3 baş 7-8 aylıq, ekrək cinsli, ikisi qara, biri isə açıq qırmızı rəngli iribuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilə yerləşdirib gizli yolla taladıqdan sonra Bərdə rayonu, Bəhrəmtəpə deyilən yerdə Şahid1 özlərinin olmasını bildirməklə 1800 (min səkkiz yüz) manata sataraq əldə etdikləri gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə edərək Zərərçəkmiş şəxs13 3000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 oktyabr 2024-cü il tarixdə saat 03 radələrində Göygöl rayonu Bəhrəmbağ kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin məftil hasarla hasarlanmış həyətinin içərisində qapısı açıq vəziyyətə olan tövlədən içəriyə qanunsuz olaraq daxil daxil olub Zərərçəkmiş şəxs8 məxsus dəyəri 800 manat olan 2 baş boğaz, dəyəri 600 manat 2 baş erkək 8-10 aylıq quzu, dəyəri 600 manat olan 2 baş dişi 8-10 aylıq quzu olmaqla ümumilikdə 6 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilə yerləşdirib gizli yolla taladıqdan sonra Yevlax rayonu, Salahlı kəndinə aparıb Şahid1 özlərinin olmasını bildirməklə 1050 (min əlli) manat pula sataraq əldə etdikləri gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə edərək Zərərçəkmiş şəxs8 2000 (iki min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 15 oktyabr 2024-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində saat 02-03 radələrində Göygöl rayonu Bəhrəmbağ kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin həyətində yerləşən küçəyə baxan aynasından tövləyə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs8 məxsus dəyəri 1000 (min) manat olmaqla ümumilikdə 3 baş, hər üçü dişi, xırdabuynuzlu heyvanları ayaqlarını bağlamaqla eyni qaydada aynadan küçəyə çıxardıb Təqsirləndirilən şəxs1 məxsus **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yerləşdirib gizli yolla taladıqdan sonra Bərdə rayonuna aparıb heyvan bazarında tanımadığı şəxsə 400 (dörd yüz) manat pula sataraq qazanc əldə edib Zərərçəkmiş şəxs8 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 15 oktyabr 2024-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixləri arasında olan müddət ərzində saat 03 radələrində Göygöl rayonu Bəhrəmbağ kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin həyətində yerləşən küçəyə baxan aynasından tövləyə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs8 məxsus dəyəri 1000 (min) manat olmaqla ümumilikdə 3 baş, hər üçü dişi, ikisi yaşlı, biri 3-4 aylıq xırdabuynuzlu heyvanlarıı ayaqlarını bağlamaqla eyni qaydada aynadan küçəyə çıxardıb Təqsirləndirilən şəxs1 məxsus **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yerləşdirib gizli yolla taladıqdan sonra Bərdə rayonuna aparıb bazarda tanımadıqları şəxsə 450 (dörd yüz əlli) manat pula sataraq qazanc əldə edib Zərərçəkmiş şəxs8 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Göygöl rayonu, Çaylı kəndində Pənahlılar kəndində gedən yolun Çaylı kəndi ərazisindən keçən hissəsində yerləşən körpünün sol tərəfində yol kənarında otlayan Zərərçəkmiş şəxs10 məxsus 113 baş xırdabuynuzlu heyvanın içərisindən 2 baş, qızılı rəngli, dişi cinsli, diri çəkisi 50 kiloqram çəkidə, 4 yaşlı, digəri açıq boz rəngli, dişi cinsli, boğaz, diri çəkisi 50 kiloqram xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin tarixdə Yevlax rayonu Salahlı kəndinə aparıb sonuncunun tanışı Şahid1 özlərinin olmasını bildirməklə 340 (üç yüz qırx) manat pula sataraq əldə etdikləri gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs10 ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 2024-cü ilin oktyabr ayında dəqiq günü istintaqla müəyyən edilə bilməyən tarixdə saat 03 radələrində Göygöl rayonu Bəhrəmbağ kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin həyətində yerləşən küçəyə baxan aynasından tövləyə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs8 məxsus dəyəri 1000 (min) manat olmaqla ümumilikdə 4 baş xırdabuynuzlu heyvanları ayaqlarını bağlamaqla eyni qaydada aynadan küçəyə çıxardıb Təqsirləndirilən şəxs1 məxsus **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yerləşdirib gizli yolla taladıqdan sonra Bərdə rayonuna aparıb heyvan bazarında tanımadığı şəxsə 550 (beş yüz əlli) manat pula sataraq qazanc əldə edib Zərərçəkmiş şəxs8 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 yanvar 2025-ci il tarixdə saat 15 radələrində Göygöl rayonu, Qızılca kəndi ərazisində ətrafı məftil tor ilə hasarlanmış əkin sahəsinə qanunsuz daxil olub həmin yerdən Zərərçəkmiş şəxs6 məxsus 5 baş iribuynuzlu heyvandan 1300 (min üç yüz) manat dəyərində 1 baş iribuynuzlu, 1 yaş 4 aylıq, dişi cinsli, qara rəngli iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin salonuna yerləşdirib gizli yolla talayaraq Yevlax rayonu, Parteiz deyilən yerdə Şahid1 800 (səkkiz yüz) manat pula sataraq əldə etdikləri gəliri 2 hissəyə bölərək 250 (iki yüz əlli) manat pulu özünə qazanc olaraq götürməklə Zərərçəkmiş şəxs6 1300 (min üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2025-ci il tarixdə saat 14 radələrində Göygöl rayonu, Dozular kəndi ərazisində yerləşən ətrafı məftil torla hasarlanmış əkin sahəsinə qanunsuz daxil olub həmin yerdə sahibsiz şəkildə otlayan Zərərçəkmiş şəxs11 məxsus 2 baş, bir başı 3 yaşlı, ağ rəngli, çəkisi 80 kiloqram, erkək cinsli, 600 manat dəyərində, digər bir baş 3 yaşlı, qırmızı rəngli, diri çəkisi 60 kiloqram, dişi cinsli 400 manat dəyərində xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin günü Bərdə rayonunda yerləşən heyvan bazarında kimliyi istintaqla müəyyən edilə bilməyən tanımadıqları şəxsə 400 (dörd yüz) manat pula sataraq əldə olunmuş gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə edərək Zərərçəkmiş şəxs11 ümumilikdə 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 mart 2025-ci il tarixdə saat 15 radələrində Göygöl rayonu, Sərkarlı kəndi ərazisində, örüş otlaq sahəsində nəzarətsiz otlayan Zərərçəkmiş şəxs7 məxsus 8 baş iribuynuzlu heyvandan 1500 (min beş yüz) manat dəyərində 1 baş iribuynuzlu, 1 yaş 3 aylıq, erkək cinsli, qəhvəyi rəngli iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib gizli yolla talayaraq Yevlax rayonu Bəhrəmtəpə deyilən əraziyə aparıb X16 480 (dörd yüz səksən) manata satdıqdan sonra gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs7 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanış Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 05 aprel 2025-ci il tarixdə, saat 19 radələrində Daşkəsən rayonu, Bəhrəmbağ kəndi ərazisində razılaşıb Daşkəsən rayonu Bayan kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruz” markalı”, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 19 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Yaşıl Vadi” adlı hosteldən təxminən 1 km aralı məsafədə avtomobil yolunun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 baş, sarı rəngli, 1 illik, diri çəkisi təxminən 110 kq, 800 (səkkiz yüz) manat dəyərində olan, 1 baş dananı qeyd olunan avtomobilin yük yerləşdirməklə, Bərdə rayonu, Samux kəndində aparıb həmin kənddə yaşayan Şahid8 840 (səkkiz yüz qırx) manat məbləğində vəsaitə satmaqla, əldə olunmuş gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək olan müddət ərzində saat 15 radələrində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində yerləşən örüş otlaq sahəsində otlayan Zərərçəkmiş şəxs12 məxsus dəyəri 1500 (min beş yüz) manat olan 1 baş, 1 illik, erkək cinsli, diri çəkisi 110-120 kiloqram olan iribuynuzlu heyvanı gizli yolla talayaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilə yerləşdirməklə, Yevlax rayonu, Salahlı kəndinə aparıb heyvan alverçisi Şahid1 650 (altı yüz əlli) manat pula sataraq əldə etdikləri gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə eedərək Zərərçəkmiş şəxs12 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2025-ci il tarixdə saat 15 radələrində Göygöl rayonu, Yenizod kəndində “101” deyilən ərazidə otlaq sahəsində sahibsiz şəkildə otlayan Zərərçəkmiş şəxs5 məxsus 6 baş iribuynuzlu heyvandan dəyəri 1000 (min) manat olan 1 baş, təxminən səkkiz aylıq, dişi cinsli, ağ rəngli, iribuynuzlu heyvanı gizli yolla talayaraq Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin yük yerinə yerləşdirib həmin günü Bərdə rayonuna apararaq X23 670 (altı yüz yetmiş) manat pula sataraq əldə olunmuş gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 2025-ci il tarixdə saat 15 radələrində Göygöl rayonu, Yenizod kəndində “Almabağı” deyilən ərazidə ətrafı məftil torla hasarlanmış otlaq sahəsinə qanunsuz daxil olub həmin yerdə sahibsiz şəkildə otlayan Zərərçəkmiş şəxs4 məxsus 11 baş iribuynuzlu heyvandan dəyəri 1500 (min beş yüz) manat olan 1 baş, 1 yaş yarımlıq, erkək cinsli, sarı rəngli, iribuynuzlu heyvanı gizli yolla talayaraq Təqsirləndirilən şəxs1 məxsus “Chevrolet Cruze” markalı, **-CX-*** nömrə nişanlı avtomobilin salonuna yerləşdirib həmin günü Bərdə rayonuna apararaq Şahid8 1200 (min iki yüz) manat pula sataraq əldə olunmuş gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanış Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 13 aprel 2025-ci il tarixdə, saat 15 radələrində Daşkəsən rayonu, Bəhrəmbağ kəndi ərazisində razılaşıb Daşkəsən rayonu Bayan kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruz” markalı”, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Yaşıl Vadi” adlı hosteldən təxminən 4 km aralı məsafədə avtomobil yolunun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, qaramtıl-boz rəngli, 1 illik, diri çəkisi təxminən 100 kq, 800 (səkkiz yüz) manat dəyərində olan, 1 baş dananı qeyd olunan avtomobilin yük yerinə yerləşdirməklə, Bərdə rayonu, Samuxlu kəndində aparıb həmin kənddə yaşayan Şahid8 550 (beş yüz əlli) manat məbləğində vəsaitə satmaqla, əldə olunmuş gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanış Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 17 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Gəncə şəhəri ərazisində yerləşən “Dilqəm” adlı marketin yaxınlığında razılaşıb Daşkəsən rayonu Bayan kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruz” markalı”, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 13 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisindən keçən “Tülallar yolu”nun 2-ci km-də avtomobil yolunun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, qara rəngli, alın nahiyəsində ağ rəngli nişanəsi olan, diri çəkisi 110 kq olan, 1300 manat dəyərində, 1 baş, qaramtıl-boz rəngli, diri çəkisi 120 kq olan, 1400 manat dəyərində, cəmi 2700 manat dəyərində 2 baş danalarını qeyd olunan avtomobilin yük yerinə yerləşdirməklə, Bərdə rayonu, Samuxlu kəndində aparıb həmin kənddə yaşayan Şahid8 1240 (min iki yüz qırx) manat məbləğində vəsaitə satmaqla, əldə olunmuş gəliri öz aralarında pay olaraq bölüb qazanc əldə etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 2700 (iki min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir. himayəsində iki azyaşlı uşağı var. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Onlar işləmək üçün əvvəlcə Gədəbəy rayonuna daha sonra isə Tovuz rayonuna getmişlər. Allahverdinin maddi imkanı yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs3 Tovuz rayonunda işləyən zaman tanıyıblar. Oğurladıqları heyvanların satılmasında əsas vasitəçi o olmuşdur. 20 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu, Bəhrambağ kəndində Zərərçəkmiş şəxs8 məxsus 04 baş xırdabuynuzlu heyvanı gecə saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus “Chevrolet Cruze” markalı avtomobilə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitini öz aralarında bölüblər. 2 oktyabr 2024-cü il tarixdə Göygöl rayonu, Yeni Zod kəndində Zərərçəkmiş şəxs9 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs3 ilə birlikdə günorta saatlarında öz avtomobilinə qoyaraq oğurlamışlar. Həmin heyvanı aparıb Yevlax rayonunda Şahid1 satmışlar. 06 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə Göygöl rayonu Yeni Zod kəndi ərazisində sahibsiz şəkildə otlaq sahəsində otlayan Zərərçəkmiş şəxs13 məxsus iribuynuzlu heyvanlardan 03 başını avtombilinə qoyaraq oğurlamışlar. Bundan sonra həmin heyvanları gecə saatlarında aparıb Bərdə rayonunda Şahid1 dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitini aralarında bölüblər. 13 oktyabr 2024-cü il tarixdə Göygöl rayonu, Bəhrambağ kəndində 06 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gecə saatlarında öz avtomobilinə qoyaraq oğurlamışlar. Bundan sonra həmin heyvanları gecə saatlarında aparıb Yevlax rayonu, Salahlı kəndində Şahid1 heyvanların özlərinə məxsus olduğunu deyərək dəyərindən ucuz qiymətə ona satmışlar. Aldıqları pul vəsaitini aralarında bölüblər. 23 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Göygöl rayonu, Çaylı kəndi ərazisndən 02 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz avtombilinə qoyaraq oğurlamışlar. Heyvanları gecə saatlarında aparıb Yevlax rayonu, Salahlı kəndində Şahid1 heyvanların özlərinə məxsus olduğunu deyərək dəyərindən ucuz qiymətə ona satmışlar. Aldıqları pul vəsaitlərini öz aralarında bölüblər. 2024-cü ilin oktyabr ayında dəqiq günü bilinməyən vaxtda gecə saatlarında yenidən Göygöl rayonu, Bəhrambağ kəndində 04 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Qızılca kəndi ərazisndən ətrafı məftil tor ilə hasarlanmış əkin sahəsinə girərək 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanları Yevlax rayonunda qəssab işləyən X16 dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini öz aralarında bölüblər. 05 fevral 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Pənahlılar kəndi ərazisndən ətrafı məftil tor ilə hasarlanmış əkin sahəsinə girərək 02 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 14 mart 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə Göygöl rayonu, Sərkarlı kəndi ərazisində sahibsiz şəkildə otlaq sahəsində otlayan 01 baş iribuynuzlu heyvanı avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Yevlax rayonunda qəssab işləyən X2. Aldıqları pul vəsaitini ikisi arasında bölüblər. 05 aprel 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə Daşkəsən rayonu, Bayan kəndi ərazisində sahibsiz şəkildə otlaq sahəsində otlayan 01 baş iribuynuzlu heyvanı onun avtombilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonu, Samux kəndində Şahid8 satmışlar. Aldıqları pul vəsaitini aralarında bölüblər. 08 aprel 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Yeni Zod kəndi ərazisndən otlaq sahəsindən 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə onun avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 dəyərindən ucuz qiymətə ona satmışlar. Aldıqları pul vəsaitlərini öz aralarında bölüblər. 10 aprel 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Yeni Zod kəndi ərazisndən otlaq sahəsindən 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz avtombilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 13 aprel 2025-ci il tarixdə günorta saatlarında Daşkəsən rayonu, Bayan kəndi ərazisndən otlaq sahəsindən 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 Tofiq oğluna satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 17 aprel 2025-ci il tarixdə günorta saatlarında Daşkəsən rayonu, Bayan kəndi ərazisndən otlaq sahəsindən 02 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 Tofiq oğluna satmışlar. Aldıqları pul vəsaitlərini öz aralarında bölüblər. Oğurladıqları heyvanları özünə məxsus olan avtomobil ilə aparmışlar. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanların ödəməsini, himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir. İki azyaşlı uşağı var. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Tovuz rayonuna işləmək üçün gedərkən orada tanımış olmuşdur. Oğlu xəstə olduğu və maddi imkanım yaxşı olmadığı üçün onların dediyi ilə razlaşıb oğurluq etmək qərarına gəlmişdir. İki dəfə oğurluqda iştirak etmişdir. Bir oğurluq hadisəsində Sübhanla getmiş, birində isə Allahverdi və Sübhanla birlikdə gedib heyvan oğurlayıb satmışlar. Heyvanları satıb aldıqları pul vəsaitini aralarında bölmüşlər. 2 oktyabr 2024-cü il tarixdə Göygöl rayonu, Yeni Zod kəndində Zərərçəkmiş şəxs9 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə günorta saatlarında Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Yevlax rayonunda Şahid1 satmışlar. Aldıqları pul vəsaitini öz aralarında bölüblər. 13 oktyabr 2024-cü il tarixdə Göygöl rayonu, Bəhrambağ kəndində Zərərçəkmiş şəxs8 məxsus 06 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə gecə saatlarında Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Bundan sonra həmin heyvanları gecə saatlarında aparıb Yevlax rayonu, Salahlı kəndində Şahid1 heyvanların özlərinə məxsus olduğunu deyərək dəyərindən ucuz qiymətə ona satmışlar. Aldıqları pul vəsaitini aralarında bölüblər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonunda yaşayır. Sübhanla tanışlığı var. 20 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu, Bəhrambağ kəndində Zərərçəkmiş şəxs8 məxsus 04 baş xırdabuynuzlu heyvanı gecə saatlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə ona məxsus “Chevrolet Cruze” markalı avtomobilə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitini öz aralarında bölüblər. 06 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Göygöl rayonu Yeni Zod kəndi ərazisində sahibsiz şəkildə otlaq sahəsində otlayan Zərərçəkmiş şəxs13 məxsus iribuynuzlu heyvanlardan 03 başın Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Bundan sonra həmin heyvanları gecə saatlarında aparıb Bərdə rayonunda Şahid1 dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitini öz aralarında bölüblər. 13 oktyabr 2024-cü il tarixdə Göygöl rayonu, Bəhrambağ kəndində Zərərçəkmiş şəxs8 məxsus 06 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gecə saatlarında Sübhanın avtombilinə qoyaraq oğurlamışdırlar. Bundan sonra həmin heyvanları gecə saatlarında aparıb Yevlax rayonu, Salahlı kəndində Şahid1 heyvanların özlərinə məxsus olduğunu deyərək dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitini aralarında bölüblər. oktyabr 2024-cü il tarixdə yenidən Göygöl rayonu, Bəhrambağ kəndində Zərərçəkmiş şəxs8 məxsus 03 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 ilə birlikdə günorta saatlarında Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə dəyərindən ucuz qiymətə satmışlar. Bundan başqa 15 oktyabr 2024cü il tarixdən 22 oktyabr 2024-cü il tarixdək olan müddət ərzində Zərərçəkmiş şəxs8 məxsus 03 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 ilə birlikdə gecə saatlarında Sübhanın avtomobilinə qoyaraq oğurlamışdırlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 23 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Göygöl rayonu, Çaylı kəndi ərazisndən Zərərçəkmiş şəxs10 məxsus xırdabuynuzlu heyvanlardan 02 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanları gecə saatlarında aparıb Yevlax rayonu, Salahlı kəndində Şahid1 heyvanların özlərinə məxsus olduğunu deyərək dəyərindən ucuz qiymətə ona satmışlar. Aldıqları pul vəsaitlərini ikisi arasında bölüblər. 2024-cü ilin oktyabr ayında dəqiq günü bilinməyən vaxtda gecə saatlarında yenidən Göygöl rayonu, Bəhrambağ kəndində Zərərçəkmiş şəxs8 məxsus 04 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini ikisi arasında bölüblər. 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Qızılca kəndi ərazisndən ətrafı məftil tor ilə hasarlanmış əkin sahəsinə girərək Zərərçəkmiş şəxs6 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanları gecə saatlarında aparıb Yevlax rayonunda Şahid1 dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini aralarında bölüblər. 05 fevral 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Dozular kəndi ərazisndən ətrafı məftil tor ilə hasarlanmış əkin sahəsinə girərək Zərərçəkmiş şəxs11 məxsus 02 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonunda heyvan bazarında tanımadıqları şəxsə satmışlar. Aldıqları pul vəsaitlərini aralarında bölüblər. 14 mart 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Göygöl rayonu, Sərkarlı kəndi ərazisində sahibsiz şəkildə otlaq sahəsində otlayan Zərərçəkmiş şəxs7 məxsus 01 baş iribuynuzlu heyvanı Sübhanın avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Yevlax rayonunda qəssab işləyən X16 dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitini öz aralarında bölüblər. 05 aprel 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Daşkəsən rayonu, Bayan kəndi ərazisində sahibsiz şəkildə otlaq sahəsində otlayan Zərərçəkmiş şəxs3 məxsus 01 baş iribuynuzlu heyvanı Sübhanın avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanları aparıb Bərdə rayonu, Samux kəndində Şahid8 satmışlar. Aldıqları pul vəsaitini bölüblər. 05 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixdək olan müddət ərzində günorta saatlarında Göygöl rayonu, Topalhəsənli kəndi ərazisndən otlaq sahəsindən Zərərçəkmiş şəxs12 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanı gecə saatlarında aparıb Yevlax rayonu, Salahlı kəndində Şahid1 dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 08 aprel 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Yeni Zod kəndi ərazisndən otlaq sahəsindən Zərərçəkmiş şəxs5 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 Tofiq oğluna dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini aralarında bölüblər. 10 aprel 2025-ci il tarixdə günorta saatlarında Göygöl rayonu, Yeni Zod kəndi ərazisndən otlaq sahəsindən Zərərçəkmiş şəxs4 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 satmışlar. Aldıqları pul vəsaitlərini bölüblər. 13 aprel 2025-ci il tarixdə günorta saatlarında Daşkəsənl rayonu, Bayan kəndi ərazisndən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 01 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtombilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 Tofiq oğluna satmışlar. Aldıqları pul vəsaitlərini ikisi arasında bölüblər. 17 aprel 2025-ci il tarixdə günorta saatlarında Daşkəsənl rayonu, Bayan kəndi ərazisndən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 02 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs1 ilə birlikdə Sübhanın avtomobilinə qoyaraq oğurlamışlar. Heyvanı aparıb Bərdə rayonunda Şahid8 Tofiq oğluna dəyərindən ucuz qiymətə satmışlar. Aldıqları pul vəsaitlərini aralarında bölüblər. Sübhanla işləmək üçün Tovuz rayonuna getmişdik. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, dəqiq xatırlamadığı vaxtda təxminən 13-14 mart 2025-ci il tarixdə otlaq sahəsindən bir baş iribuynuzlu erkək cinsli heyvanım yoxa çıxmışdır. O, ilk öncə polisə məlumat verməyib bir neçə günü heyvanı axtarmış, lakin bir həftə ərzində onu tapa bilməmişdir. Bundan sonra məcbur qalıb heyvanının itməsi barədə 102 mərkəzinə zəng vurub məlumat vermişdir. Daha sonra onu Göygöl rayon Polis şöbəsindən çağırıb heyvanını oğurlayan şəxsləri tapdırlarını bildirmişlər. Heyvanını oğurlayan şəxsləri polis şöbəsində olarkən görmüşdür. Hazırda ona dəymiş ziyanı tam şəkildə ödəyiblər. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ziyanın ödənilməsi və şikayətçi olmadığına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, 2025-ci ilin aprel ayında onun bir baş iribuynuzlu dişi cinsli heyvanını Göygöl rayonu, Zurnabad kəndində açıq sahədən oğurlamışlar. Bununla bağlı Polis şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları heyvanı oğurlayan şəxsləri tapmışlar. Heyvanın qiyməti təxminən 1500 manat dəyərində olmuşdur. Ona vurulmuş ziyan ödənilməmişdir, ödəniləcəyi halda şikayətçi deyildir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin fevral ayında iki baş xırda buynuzlu heyvanını oğurlamışdılar. O, da bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları heyvanları oğurlayan şəxsləri tapmışlar. Ona ümumilikdə 1000 manat ziyan vurublar. Ona vurulmuş ziyan ödənilməmişdir, ödəniləcəyi halda şikayətçi deyildir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin yanvar ayında ona məxsus bir baş iribuynuzlu heyvanı Göygöl rayonu, Qızılca kəndində bağlı sahədən oğurlayıblar. O, heyvanın oğurlanması ilə bağlı Göygöl rayon Polis şöbəsinə məlumat vermişdir. Heyvanının oğurlanması nəticəsində ona təxminən 1400 manat maddi ziyan dəymişdir. Məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək dəymiş ziyanın ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir.. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin aprel ayı olardı iki baş iribuynuzlu heyvanını oğurlamışdılar. Heyvanları Daşkəsən rayonu Bayan kəndi ərazisndə açıq sahədən oğurlamışlar. Heyvanları ona qaytarıblar. Şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2025-ci ilin sentyabr ayında gecə saatlarında 04 baş xırdabuynuzlu heyvanını oğurlamışlar. Bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin vaxtdan təxminən bir ay sonra yenidən altı baş xırdabuynuzlu heyvanlarını oğurlanmışdır. O, bu barədə yenə də polisə məlumat vermişdir. Bundan sonra ardıcıl olaraq bir neçə dəfə onun xırda buynuzlu heyvanları oğurlanmışdır. Sonradan polis əməkdaşları ona zəng edərək heyvanları oğurlayan şəxsləri tutduqlarını bildirmişlər. O, polis şöbəsinə gedərək orada heyvanlarının oğurlanmasına dair izahat vermişdir. Heyvanlarını Göygöl rayonu, Bəhrəmbağ kəndindən oğurlamışlar. Heyvanların qiyməti təxminən 14000 manat dəyərində olmuşdur. Ona dəymiş ziyandan 1500 manat ödəniş olunmuşdur. Qalan ziyanlada bağlı aralarında razlıq əldə olunmuşdur. Onlardan şikayətçi olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin oktyabr ayında iki baş xırda buynuzlu heyvanı oğurlanmışdır. O, bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları heyvanları oğurlayan şəxsləri tapmışdılar. İki dişi cinsli xırdabuynuzlu heynaını Göygöl rayonu, Çaylı kəndində evin həyətindən aprmışdılar. Ona ümumilikdə 700 manat ziyan vurublar. Məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək dəymiş ziyanın ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, dəqiq xatırlamır 2024-cü ilin oktyabr ayında ona məxsus üç baş iribuynuzlu heyvanını oğurlamışlar. Heyvanlar Göygöl rayonu, Yeni Zod kəndində sahədən oğurlanmışdır. Heyvanın oğurlanması ilə bağlı Göygöl rayon Polis şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən heyvanını oğurlayan şəxslər tapılmışdır. Ona dəymiş ziyanı ödəyiblər. Onlara qarşı şikayət və tələbi yoxdur. Ziyanın ödənilməsi və şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Daşkəsən rayonu, Bayan kəndində yaşayır. Onun bir baş iribuynuzlu heyvanını oğurlamışdılar. Bu barədə polis şöbəsinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları heyvanını oğurlayan şəxsləri tutduqlarını ona bildirmişlər. Heyvanı Daşkəsən rayonu. Bayan kəndində açıq sahədən oğurlayıblar. Dəymiş ziyanını ödəyiblər. Şikayət və tələbi yoxdur. Ziyanın ödənilməsi və şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, bir baş iribuynuzlu heyvanını Daşkəsən rayon Bayan kənd ərazisində otlaq sahədən oğurlayıblar. Oğurlandığı vaxtı dəqiq xatırlamır. Dəymiş ziyanını ödəyiblər. Şikayət və tələbi yoxdur. Ziyanın ödənilməsi və şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, ona məxsus bir baş iribuynuzlu heyvanını oğurlamışlar. Heyvanın oğurlandığını bildikdən sonra bu barədə polisə məlumat vermişdir. Bundan bir müddət sonra polis əməkdaşları heyvanları oğurlayan şəxsləri tutmuşlar. Heyvanı Göygöl rayonu, Toğanalı kəndindən açıq sahədən nəzarətsiz otlayan zaman oğurlamışdılar. Dəymiş ziyanını ödəyiblər. Şikayət və tələbi yoxdur. Ziyanın ödənilməsi və şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, ona məxsus bir baş iribuynuzlu heyvanımı oğurlamışdılar. Heyvanın oğurlandığını bildikdən sonra bu barədə polisə məlumat vermişdir. Bundan bir müddət sonra polis əməkdaşları heyvanları oğurlayan şəxsləri tutmuşlar. Heyvanı Göygöl rayonu, Yeni Zod kəndindən açıq sahədən nəzarətsiz otlayan zaman oğurlamışdılarr. Dəymiş ziyanını ödəyiblər. Şikayət və tələbi yoxdur. Ziyanın ödənilməsi və şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, ona məxsus bir baş iribuynuzlu heyvanımı oğurlanmışdır. Heyvanın oğurlandığını bildikdən sonra bu barədə polisə məlumat vermişdir. Bundan bir müddət sonra polis əməkdaşları heyvanları oğurlayan şəxsləri tutmuşlar. Heyvanı Göygöl rayonu, Çaykənd kəndindən açıq sahədən nəzarətsiz otlayan zaman oğurlanmışdır. Dəymiş ziyanını ödəyiblər. Şikayət və tələbi yoxdur. Ziyanın ödənilməsi və şikayətçi olmamasına dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sübhan doğma oğludur. Təqsirləndirilən şəxs2 tanıyır əvvəllər eyni kənddə yaşamışlar. Təqsirləndirilən şəxs3 Tağır oğlunu isə tanımır. Bir dəfə Təqsirləndirilən şəxs2 oğlu Sübhan ilə birlikdə onlara gəlmiş özləri ilə bir baş iribuynuzlu erkək dana gətirmişdir. Həmin iribuynuzlu heyvanı nə üçün gətirdiklərini soruşduqda Allahverdi heyvanı satmaq üçün gətirdiyini bildirmişdir. Heyvanı əsgərlikdə olan oğluna pul lazım olduğu üçün satıb ona verəcəyini bildirmişdir. Heyvanı satmaqda ona köməklik göstərməsini istəmişdir. O tanıdığı Şahid8 telefonla zəng edərək bir baş iribuynuzlu heyvan satmaq istədiklərini ona demişdir. Bundan sonra Qədir gəlib heyvan onlardan almışdır. Heyvanın oğurluq olduğunu bilməmişdir. Oğlu ona heyvanın Allahverdiyə məxsus olduğunu demişdir. Başqa da heçnədən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Bərdə rayonunda yaşayır. Təqsirləndirilən şəxslərdən heyvan almamış nə də onları tanımır. Oğurluq olduğunu bilməmişdir. O, üç baş iribuynuzlu heyvanı Zabil adlı şəxsdən almışdır. Heyvanları Bərdə bazarında sata bilmədiyi üçün Gəncə heyvan bazarına aparmışdır. Təxminən səhər saat 06 radələrində iki nəfər şəxs ona yaxınlaşaraq heyvanların onlara məxsus olduğunu demişlər. Bundan sonra həmin heyvanların oğurluq olduğunu bilmişdir. Daha sonra o, Daşkəsən rayon Polis şöbəsinə çağırılmışdır. Heyvanları Zabil adlı şəxsdən 2100 manat pul vəsaitinə almışdır. Zabil isə heyvanları Qədir adlı şəxsdən 2000 manat aldığnı və ona 100 manat xeyirinə satdığını bildirmişdir. Başqa da heç bir əlavə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Salahlı kəndində yaşayır və təqsirləndirilən şəxsləri tanıyr. Sübhangil onların yaşadığı kəndə qışda heyvan saxlamaq üçün bir neçə dəfə gəlmişlər . Heyvanları 2024-cü ilin oktyabr ayında Sübhandan alınmışdır. Dəqiq yadında deyil, təxminən 7-8 baş iribuynuzlu heyvan almışdır. Heyvanları alıb sonra da Bərdə şəhərində heyvan bazarında satmışdır. Heyvanları ucuz qiymətə almadığı üçün oğurluq olmasından heç vaxt şübhələnməmişdir. Başqa da heç bir əlavə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Yevlax rayonu Salahlı kəndində yaşayır. O, Samir adlı şəxsdən iki baş xırdabuynuzlu heyvan almışdır. Heyvanların oğurluq olduğunu Göygöl rayon Polis şöbəsinə çağırıldıqdan sonra bilmişdir. Dəqiq xatırlamır, təxminən bir neçə il bundan əvvəl almışdır. Başqa da heç bir əlavə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 məxsus iribuynuzlu heyvanları otlaq sahəsində qoyub məktəbə getmiş və qardaşına heyvanların yanına getməyini demişdir. Məktəbdən qayıdan da qardaşı heyvanlardan bir baş iribuynuzlu heyvanının yoxa çıxdığını ona bildirmişdir. O, itmiş heyvanı axşam saat təxminən 7-8 aralığına kimi gəzmiş və tapa bilmədiyi üçün bu barədə 102 xidmətinə zənd edərək polisə məlumat vermişdir. Polisə məlumat verdikdən bir neçə gün sonra heyvanı oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq bu barədə onlara məlumat verilmişdir. Zərərçəkmiş şəxs4 onun babasıdır. Heyvanlar babasına məxsus olmuşdur. Başqa da heç bir əlavə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs13 heyvanlarını çoban kimi saxlamışdır. Dəqiq xatırlamadığım bir vaxtda Aydına məxsus üç baş iribuynuzlu heyvan otlaq sahəsədən yoxa çıxmışdır. Heyvanları axtarıb tapa bilmədiyi üçün bu barədə polisə məlumat vermişdir. Polisə məlumat verdikdən bir neçə gün sonra heyvanı oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq bu barədə ona məlumat verilmişdir. Sonrdan heyvanları oğurlayan şəxslər tərəfindən dəymiş ziyanı ödənilmişdir. Başqa da heç bir əlavə məlumatı yoxdur. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 aprel 2025-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Yeni Zod kəndi ərazisində Göygöl-Toğanalı yolunun Bənövşəli kəndinin giriş hissəsinin yaxınlığında yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 aprel 2025-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Toğanalı kəndi ərazisində Göygöl-Toğanalı yolunun ətrafında dağlıq-meşəlik ərazidə yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Qızılca kəndi ərazisində Daşkəsən rayonu istiqamətində yolun sağ hissəsindən 200 metr aralı məsafədə yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Sərkarlı kəndi ərazisində örüş otlaq sahəsidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 məxsus iri buynuzlu heyvanların oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Çaykənd kəndi ərazisində 101 adlanan ərazinin yaxınlığında yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 məxsus xırda buynuzlu heyvanların oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Dozular kəndi ərazisində kanalın alt hissəsində hasarlanmış boş sahədə yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Topalhəsənli kəndindən Tülallar kəndinə gedən istiqamətdə, qızıl mədəninə gedən yolun ətrafındakı boş otlaq sahəsində yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 aprel 2025-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Göygöl-Toğanalı avtomobil yolunun Çaykənd kəndi ərazisindən keçən hissəsi olmaqla yolun kənarında yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 məxsus xırda buynuzlu heyvanların oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Pənahlılar kəndi ərazisində yaşadığı evin yaxınlığındakı örüş otlaq yerində yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus xırda buynuzlu heyvanların oğurlanması ilə bağlı hadisə yeri Göygöl rayonu Bəhrəmbağ kəndi ərazisində yaşadığı evin həyətindəki tövlədir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2025-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Daşkəsən rayonu Bayanı kəndi ərazisində dağlıq-meşəlik ərazidə yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2025-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Daşkəsən rayonu Bayan kəndi ərazisində örüş otlaq sahəsində yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan Azərbaycan hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2025-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus iri buynuzlu heyvanın oğurlanması ilə bağlı hadisə yeri Daşkəsən rayonu Bayan kəndi ərazisində örüş otlaq sahəsində yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı predmet aşkar edilməmişdir. İşdə olan “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus iribuynuzlu heyvanları Şahid9 könüllü olaraq istintaqa təqdim etmişdir. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Daşkəsən rayon Bayan kəndi ərazisində tanınmaya təqdim olunmuş 2 baş iribuynuzlu heyvanları iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanıyaraq həmin iri buynuzlu heyvanların özünə məxsus olduğunu, eyni zamanda həmin iribuynuzlu heyvanları iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış heyvanlar olduğunu göstərmişdir. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Daşkəsən rayon Bayan kəndi ərazisində tanınmaya təqdim olunmuş 1 baş iribuynuzlu heyvanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanıyaraq həmin iri buynuzlu heyvanın özünə məxsus olduğunu, eyni zamanda həmin iribuynuzlu heyvanın iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış heyvan olduğunu göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 1772.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, qeyd edilən maddə üzrə xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsininxx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan 11 sentyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə götürmə aparılması haqqında protokol ilə Şahid9 Şahid8 aldığı 3 baş iri buynuzlu heyvanlar maddi sübut kimi tanınmış, sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 saxlanca verilməsi cinayət işi üzrə nəzərə alınmışdır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Quşqara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xasiyyətnamə üzrə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. İşdə olan Göygöl Mənzil Kommunal X11 tərəfindən təqdim olunmuş xasiyyətnamə üzrə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərəfindən təqdim olunmuş xasiyyətnamə üzrə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilir. İşdə olan Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərərdən 1500 manat məbləğində ödəniş olunmuşdur. İşdə olan Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş zərəri tam olaraq ödəmişlər. Onlara qarşı hər hansı şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş zərəri tam olaraq ödəmişlər. Onlara qarşı hər hansı iddi tələbi, şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş zərəri tam olaraq ödəmişlər. Onlara qarşı hər hansı iddi tələbi, şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş zərəri tam olaraq ödəmişlər. Onlarla barışmış, şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş zərəri tam olaraq ödəmişlər. Onlara qarşı hər hansı şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənmişdir. Onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs13 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənmişdir. Onlara qarşı hər hansı tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənmişdir. Onlara qarşı şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənmişdir. Onlara qarşı şikayəti yoxdur. Onlarla barışmışdır. İşdə olan Zərərçəkmiş şəxs10 tərəfindən notarial qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödəmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs6 tərəfindən notarial qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, heç bir şikayət və tələbi yoxdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 Süleyman Tahir oğlunun qızıdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 Süleyman Tahir oğlunun oğludur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 Sübhan Səməndər oğlunun oğludur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 Sübhan Səməndər oğlunun oğludur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 Allahverdi Hidayət oğlunun qızıdır. Beləliklə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3na və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikas CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə elan edilmiş ittiham təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər, vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi barədə zərərçəkmiş şəxslərin ərizələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətində təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə təqsirli bilinməli və оnlаrа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlaın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X29rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqularının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X7 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X8 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prossesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, vurduğu ziyanı böyük bir qismin ödəməsini və on üç zərərçəkmiş şəxsdən on biri ilə barışıq əldə etməsini,, on bir zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşaqlarının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı böyük bir qismin ödəməsini və on üç zərərçəkmiş şəxsdən on biri ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxlərin böyük əksəriyyətinin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Göygöl rayonu, Bəhrəmbağ kəndində yerləşən yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Göygöl rayonu ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, vurulmuş ziyanın özünə aid hissədə tamamilə ödəməsini, zərərçəkmiş şəxlərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşiman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Göygöl rayonu ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, vurduğu ziyanın böyük bir qismin ödəməsini, on üç zərərçəkmiş şəxsdən on biri ilə barışıq əldə etməsini, on bir zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanın böyük bir qismin ödəməsi, on üç zərərçəkmiş şəxsdən on biri ilə barışıq əldə etməsini, himayəsində az yaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşiman olmasını və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Göygöl şəhəri X36 küçəsi yerləşən yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Göygöl rayonu ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə dövründə təqsirləndirilən şəxslər müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 60 (altmış) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçiyə ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 660 (altı yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq il 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Göygöl rayonu, Bəhrəmbağ kəndində yerləşən yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Göygöl rayonu ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 ( üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq il 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Göygöl şəhəri X36 küçəsində fərdi yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Göygül rayonu ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ““polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq il 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Şəmkir rayonu ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ““polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 60 saata görə 660 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar