Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-12/2023 01.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi, Əzizbəyov küçəsi ev 14-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəldikdən sonra, bu niyyətlə 23 aprel 2023-cü il tarixdə saat 18 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “Yanacaq doldurma məntəqəsinin” yaxınlığında nəzarətsiz qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 rəst, 7 yaşar, dəyəri 800 manat olan tünd şabalıdı rəngli erkək atını, 1 rəst, 4 yaşar, dəyəri 400 manat olan şabalıdı rəngli dişi (madyan) atını və həmin dişi (madyan) atın balası 1 rəst, 2 aylıq, dəyəri 80 manat olan zoğalı rəngli dişi atını, ümumilikdə 1280 manat dəyərində olan 3 rəst atı gizli yolla oğurlayıb 24 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində satmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 3 rəst atı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəldikdən sonra, bu niyyətlə 06 may 2023-cü il tarixdə saat 17 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “qəbirsanlığın” yaxınlığında nəzarətsiz qalmış Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus 1 rəst, 10 yaşar, dəyəri 450 manat olan qəhvəyi rəngli dişi (madyan) atını, həmin atın balaları 1 rəst, 2 yaşar, dəyəri 350 manat olan açıq qəhvəyi rəngli erkək (ürgə) atını və 1 rəst, 1 aylıq, dəyəri 150 manat olan açıq qəhvəyi rəngli erkək (ürgə) atını, ümumilikdə 950 manat dəyərində olan 3 rəst atı gizli yolla oğurlayıb 07 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində satmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 3 rəst atı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə saat 18 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndinin girəcəyinə gəlmişdir. Orada yerləşən yanacaq doldurma məntəqəsinin üst tərəfində olan sahədə nəzarətsiz buraxılmış təxminən 15 rəst atların otladığını görmüşdür. Həmin vaxtı nəzarətsiz buraxılmış 15 rəst atdan 3 rəst atı gizli yolla oğurlamaq qərarına gəlmişdir. O, ətrafda hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra atlara yaxınlaşmış, orada otlayan 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək at, 1 rəst, 4 yaşar, şabalıdı rəngli dişi (madyan) atı və həmin madyan atın 2 aylıq, zoğalı rəngli, alın nahiyəsində ağ rəngli təpəl olan dişi atı (daylaq) oğurlamaq qərarına gəlmişdir. Həmin gün saat 18 radələrində 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək atın üzərinə minmişdir. Daha sonra boynunda kəndir olan 1 rəst 4 yaşar, şabalıdı rəngli dişi (maydan) atın kəndirindən tutub özü ilə apardıqda həmin maydan atın 2 aylıq balası olan dişi at madyan atın araxsı ilə gəlmişdir. O, oğurladığı atlarla birlikdə Xoşbulaq kəndi ərazisində olarkən təxminən 3 il bundan qabaq tanış olduğu at alqı-satqısı ilə məşğul olan Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edərək yalandan özünə məxsus 3 rəst atının olduğunu və həmin atları satmaq istədiyini demişdir. Telefon danışığı zamanı Biləndər ona həmin atları satın ala bilcəyini deyərək atları Gədəbəy rayonu, Söyüdlü kəndinə gətirməyini söyləmişdir. Biləndər satmaq istədiyi atların oğurluq olduğunu bilməmişdir. O, atın belində dağ yolu ilə həmin gün saat 22 radələrində Daşkəsən rayonu, Zəylik kəndində gəlib çatmış, daha sonra Zəylik kəndindən dağlıq ərazi ilə Gədəbəy rayonu, Söyüdlü kəndinə getmişdir. 24 aprel 2023-cü il tarixdə gecə saat 03 radələrində Söyüdlü kəndi ərazisinə çatıb Biləndərin istifadə etdiyi mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı Biləndər ona hazırda “Qızıl mədənində” işdə olduğunu səhər saat 09 radələrində yaşadığı evə gələcəyini bildirmişdir. Bundan sonra o kənd ərazisində Biləndərin gəlməyini gözləmişdir. 24 aprel 2023-cü il tarixdə səhər saat 08 radələrində oğurladığı 3 rəst atla Söyüdlü kəndi istiqamətində hərəkətdə olan zaman Biləndərə zəng edib olduğu yeri başa salmışdır. Biləndər ilə aramda olan telefon danışığından təxminən 15 dəqiqə sonra Biləndər idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə olduğu yerə gəlmişdir. Biləndər avtomobildən düşüb adının “Aydın” olub-olmadığını soruşduqda o Biləndərə adının Aydın olduğunu demişdir. O, Biləndərə 3 rəst atı görsədib həmin atları 600 manata sata biləcəyini dedikdə Biləndər atlara baxmış və həmin atları bəyənmədiyini demişdir. Bundan sonra Biləndər idarə etdiyi minik avtomobilinə əyləşib yay otlaq sahəsinə doğru hərəkət etmişdir. O, oğurladığı 3 rəst atı Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzinə aparmışdır. Həmin gün saat 10 radələrində Söyüdlü kəndinin mərkəzində olan zaman adı sonradan ona məlum olan Şahid2 ona yaxınlaşaraq 3 rəst atı satıb-satmadığını soruşmuşdur. O, 3 rəst atı satdığını Qurbana deyərək bu mövzuda söhbət etməyə başlamışdır. Həmin vaxtı Biləndər də idarə etdiyi avtomobillə Söyüdlü kəndinin mərkəzinə gəlmişdir. Biləndər Qurban ilə söhbət etdiyini görüb yaxınlaşmışdır. Qurban 3 rəst atı 600 manata satın alacağını dedikdə o Qurbanla razılaşmışdır. Qurban ona “birdən atın oğurluq olduğunu” dedikdə o yalandan and içərək atların oğurluq olmadığını demişdir. Həmin vaxtı oğurladığı 3 rəst atlardan 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək atın belinə özünə məxsus yəhər qoyduğu üçün Qurban sözlərinə inanmışdır. Bundan sonra Qurban ona Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən meyvə bazarına getməyi, bazarda işləyən qəssab tanışından pul götürüb ona verəcəyini demişdir. Qurban Biləndərin idarə etdiyi minik avtomobili ilə Arıxdam kəndi ərazisində yerləşən meyvə bazarına getmiş, o isə atlarla birlikdə piyada Arıxdamda yerləşən meyvə bazarına gəlmişdir. Qurban ona 1 rəst, 7 yaşar, şabalıdı rəngli erkək atın arxa sol ayağının axsadığını dedikdə o, Qurbana atın nalının düşdüyü üçün axsaadığını söyləmişdir. Qurban erkək at axsadığı üçün 560 manat pul verəcəyini ona bildirdikdə o, 560 manat pul vəsaitini Qurbandan götürüb oğurladığı 3 rəst atı Qurbana vermişdir. O, oğurladığı 3 rəst atı Qurbana satmaqla əldə etdiyi 540 manat pul vəsaitini borclarına xərcləmişdir. 06 may 2023-cü il tarixdə saat 17 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “qəbirsanlığın” ətrafına gəlmiş, həmin qəbirsanlığın ətrafında olan sahədə nəzarətsiz buraxılmış təxminən 8 rəst atın otladığını görmüşdür. Həmin vaxtı nəzarətsiz buraxılmış 8 rəst atdan 3 rəst atı gizli olaraq oğurlamaq üçün o, ətrafda hər hansı bir şəxsin olmadığına əmin olduqdan sonra atlara yaxınlaşmışdır. Orada otlayan 1 rəst, 10 yaşar, qırmızımtıl (səməd) rəngli madyan at, həmin madyan atın balaları 1 rəst, 2 yaşar, qırmızı rəngli erkək ürgə atı və 1 rəst yeni doğulmuş 1aylıq, qırmızı rəngli erkək ürgə atı oğurlamaq qərarına gəlmişdir. Həmin gün saat 17 radələrində 10 yaşarlıq atı tutub üzərinə minmiş, daha sonra həmin atın 2 rəst erkək balaları atın arxası ilə gəlmişdir. O, oğurladığı atlarla birlikdə Xoşbulaq kəndi ərazisində olarkən Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Biləndərin istifadəsində olan mobil nömrəyə zəng edərək yalandan satın aldığı özünə məxsus 3 rəst atının olduğunu və həmin atları satmaq istədiyini demişdir. Telefon danışığı zamanı Biləndər həmin atları satın ala bilcəyini deyərək atları Gədəbəy rayonu, Söyüdlü kəndinə gətirməyinm bildirmişdir. Biləndər telefon danışığı zamanı yaşadığı evdə olmadığını deyərək satmaq istədiyi atları yaşadığı evə gətirən zaman həmin atları bacısı oğlunun götürəcəyini söyləmişdir. O, atın belində dağ yolu ilə həmin gün saat 23 radələrində Daşkəsən rayonu, Zəylik kəndində gəlib çatmış, daha sonra Zəylik kəndindən dağlıq ərazi ilə Gədəbəy rayonu, Söyüdlü kəndində getmişdir. 07 may 2023-cü il tarixdə gecə saat 05 radələrində Söyüdlü kəndinin mərkəzinə gedib Biləndərin istifadə etdiyi mobil telefona zəng etmişdir. Telefon danışığı zamanı Biləndərə Söyüdlü kəndinin mərkəzində olduğunu dedikdə Biləndər satmaq istədiyi 3 rəst atın hansı əlamətlərdə olduğunu soruşmuşdur. Mən Biləndərə 3 rəst atın əlamətlərini deyərək həmin atları 500 manata satacağını bildirmişən. Biləndər atları 400 manata satın alacağını barədə onunla razılığa gəlmişdir. Təxminən 10 dəqiqə sonra boyu təxminən 175 sm, sarışın, 27 yaşlarında olan Biləndərin bacısı oğlu Əli onun yanına gəlmişdir. O, Əli ilə söhbət edən zaman tanıdığı Gədəbəy rayon sakini Şahid7 təsadüfən yanlarına gəlmişdir. Həmin vaxtı Biləndər ona zəng edərək Daşkəsən rayonu, Zağalı kəndində yaşayan Ruslana zəng edib onun haqqında maraqlandığını, satdığı atların oğurluq yolu ilə əldə edib-etmədiyini soruşduqda Ruslanın “Aydının oğru olmadığını” dediyini söyləmişdir. O, Biləndərə atları satın aldığını oğurluq yolu ilə əldə etmədiyini deyərək telefon zəngini sonlandırdıqdan təxminən 5-10 dəqiqə keçmiş Ruslan onun istifadə etdiyi mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı Ruslan Biləndərə satacağı 3 rəst atı hardan aldığını ondan soruşduqda o, yalandan həmin atları tanımadığı bir ad çəkərək guya Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Qənirə adlı şəxsin kürəkəni Qalibdən satın aldığını deyib telefon zəngini sonlandırmışdır. Biləndərin bacısı oğlu Əli Biləndərə zəng edərək onun yanında bir nəfər Elçin adlı şəxsin olduğunu dedikdə Elçin Əlidən mobil telefonu götürüb Biləndər ilə danışmışdır. Telefon danışığı zamanı Biləndər Elçindən birdən atların oğurluq yolu ilə əldə edildiyini soruşduqda Elçin Biləndərə atların oğurluq olmadığını, əgər atlar oğurluq olarsa onu tanımağını dedi. Biləndər Əlidən mobil telefonu vasitəsi ilə onun video görüntüsünü atlar ilə birlikdə çəkməsini, həmçinin onun şəxsiyyət vəsiqəsinin şəklini çəkməsini xahiş etmişdir. Bundan sonra Əli mobil telefonu vasitəsi ilə 3 rəst at ilə birlikdə onun video görüntüsünü qeydə almışdır. Daha sonra Əli Biləndərin yaşadığı evdən 400 manat pul vəsaiti götürüb ona vermiş, o isə 3 rəst atı Əliyə vermişdir. O, Elçindən idarə etdiyi minik avtomobili ilə onu Gədəbəy şəhərində yerləşən “taksilərin duracağı”adlanan yerə aparıb düşürməyini xahiş etdikdə Elçin idarə etdiyi Vaz 21011 markalı minik minik avtomobili ilə onu Gədəbəy şəhərində yerləşən “taksilərin duracağı”adlanan yerə apramışdır. O, Gəncə şəhərinə gəlib oradanda Daşkəsən şəhərinə gəlmişdir. O, oğurladığı 3 rəst atı Biləndərə satmaqla əldə etdiyi 400 manat pul vəsaitinə ərzaq almışdır. O, oğurluq yolu ilə əldə etdiyi 3 rəst atı Biləndərə satmağından təxminən 15-20 gün sonra Biləndər onun istifadə etdiyi mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı Biləndər onun satdığı 3 rəst atın oğurluq yolu ilə əldə etdiyini, həmin atların sahibinin Xoşbulaq kənd sakini Ülvinin atları olduğunu, həmin məlumatları Ruslan və Ülvinin ona verdiyini demişdir. Telefon danışığı zamanı o, Biləndərə həqiqəti etiraf edərək həmin atları oğurluq yolu ilə əldə etdiyini dedikdə Biləndər Daşkəsən rayonu, Gürbulaq kəndində yaşayan Şahid5 1 rəst 10 yaşar qırmızımtıl (səməd) rəngli madyan atı və həmin atın 1 rəst yeni doğulmuş 1aylıq, qırmızı rəngli erkək ürgə atı 370 manata satdığını digər 1 rəst, 2 yaşar, qırmızı rəngli erkək ürgə atın isə yaşadığı ünvanda olduğunu, Kamandara satmış olduğu 2 rəst atı gedib Kamandara 370 manat pul vəsaiti verib götürməyini, daha sonra 1 rəst 2 yaşar erkək atı isə Gədəbəy rayonu, Söyüdlü kəndinə gəlib aparmağını ona tapşırmışdır. Həmin gün Ruslan istifadə etdiyi mobil nömrəyə zəng edərək nə üçün at oğurladığını soruşduqda o, Ruslana “bir səhv hərəkətdi etdim” deyərək oğurlamış olduğu 3 rəst atı Biləndərdən alıb Xoşbulaq kəndinə gətirib buraxacağını demişdir. Səhəri gün o, Biləndərə zəng edərək Kamandarın mobil nömrəsini almış, telefon danışığı zamanı Biləndər ona Kamandarın 2 rəst atı qaytarmadığını, Gürbulaq kəndinə gedib Kamandarla görüşdükdə Kamandara guya atları uşaqdan aldığını, həmin uşağın anasının atları qaytarmağını tələb etdiyini deməyini söyləmişdir. O, Gürbulaq kəndinə gedib Kamandarın yaşadığı evin qarşısında Kamandarla tanış olmuşdur. O, Kamandara Biləndərin dediyi şəxs olduğunu, Biləndərdən satın aldığı 2 rəst atı Kamandardan istədikdə Kamandar Biləndə verdiyi 370 manat pul vəsaitini geri qaytaracağı zaman atları ona verəcəyini demişdir. O, Kamandara 370 manat pul vəsaitinin olmadığını həmin pul vəsaitini 2 gün ərzində bacısından alıb verəcəyini demişdir. O, bacısından pul vəsaiti ala bilmədiyi üçün 2 gün sonra təkrar özünə məxsus 1 rəst, 8 yaşar, qırmızı rəngli erkək atına minib Kamandarın yaşadığı ünvana getmişdir. O, Kamandara özünə məxsus qırmızı rəngli erkək atla Biləndərdən aldığı 2 rəst atı dəyişməyini xahiş etdikdə Kamandar ondan çıxıb getməyini yalnız 370 manat pul vəsaitini verəcəyi təqdirdə atları ona qaytaracağını söyləmişdir. O, yaşadığı evə geri qayıdıb dost-tanışlarından borca pul vəsaiti istəsə də heç kim ona pul vəsaiti verməmişdir. Məcbur qalıb səhəri gün, yəni 29 may 2023-cü il tarixdə o, Yuxarı Daşkəsəndə yaşayan qonşusu İntiqam Musatafayevdən yəhər götürüb yenidən qırmızı rəngli erkək atını minib Kamandarın Gürbulaq kəndində yerləşən evinin qarşısına getmişdir. O, yolda olan zaman Yuxarı Daşkəsəndə yaşayan qonşusu İntiqam Musatafayevə zəng edərək özünə məxsus olan qırmızı rəngli erkək atı Gürbulaq kəndində yaşayan Kamandara satmaq istədiyini, nömrəsini Kamandara verəcəyini, Kamandarın ona zəng edəcəyi zaman “Kamandara guya həmin atın özünə məxsus olduğunu, Aydına 400 manata satdığını deməsini” xahiş etmişdir. İntiqam ona heç bir problem olmadığını, Kamandarın ona zəng edəcəyi zaman deyəcəyini söyləmişdir. O, Kamandarla yaşadığın evin qarşısında görüşüb qırmızı rəngli erkək atı 1 həftə ərzində xoşlamadığı zaman geri qaytaracağını demiş, Kamandar ondan qırmızı rəngli erkək atı kimdən aldığını soruşduqda o, erkək atı İntiqam adlı dostumdan aldığımı deyib İntiqamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni Kamandara vermişdir. Kamandar İntiqamla mobil telefon vasitəsi ilə danışan zaman İntiqam atın özünə məxsus olduğunu atı 400 manat pul müqabilində ona satdığını demişdir. Kamandar İntiqamda atın “birdən oğurluq olar” ifadəsini işlətdikdə İntiqam and içərək atın oğurluq olmadığını atı özünün 400 manata satdığını, həmin atın çox sakit at olduğunu, adam dişləmədiyini, təpik atmadığını demişdir. Bundan sonra Kamandar onunla razılaşıb 2 rəst atı ona vermişdir. O, həmin vaxtı Kamandara verdiyi qırmızı rəngli erkək atı 400 manata aldığı üçün ona 30 manat pul vəsaiti verməyini Kamandardan xahiş etmişdir. Kamandar ona 30 manat pul vəsaiti verdikdən sonra o, dişi (madyan) atı və 1 aylıq erkək balasını götürüb Gədəbəy rayonu Söyüdlü kəndinə getmişdir. 29 may 2023-cü il tarixdə Ruslanla mobil telefonu vasitəsi ilə danışdıqda oğurlamış olduğu Ülviyə məxsus 3 rəst atı gətirmək üçün Gədəbəy rayonuna getdiyi barədə məlumat vermişdir. O, atın belində Söyüdlü kəndinə çatdıqda Biləndərin istifadə etdiyi mobil nömrəyə zəng edərək Biləndərə yaşadığı evin qarşısında olduğu barədə məlumat vermişdir. Biləndərin bacısı oğlu oğurlamış olduğu 1 rəst, 2 yaşar, qırmızı rəngli erkək ürgə atı ona vermişdir. O, Biləndərə 30 manat pul vəsaiti verməli olduğu üçün İnitqamdan götürdüyü yəhəri Əliyə vermiş və qayıdıb yəhəri götürən zaman 30 manat verəcəyini demişdir. Həmin gün saat 18 radələrində Gədəbəy rayonundan dağ yolu ilə piyada Daşkəsən rayonu istiqamətində hərəkətə başlamışdır. 30 may 2023-cü il tarixdə gecə saat 01 radələrində yolda olan zaman Ruslan və Ruslanın ardı ilə özünü Ülvi kimi təqdim edən şəxs istifadə etdiyi mobil nömrəyə zəng edərək harada olduğunu soruşmuşlar. Telofon danışığı zamanı o, yolda olduğunu, atları gətirdiyini demişdir. Ruslan ona atları Xoşbulaq kəndi ərazisində yerləşən “sarı yol” deyilən əraziyə gətirib buraxmağını tapşırmışdır. 30 may 2023-cü il tarixdə gecə saat 04 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndinə çatıb 3 rəst atı “sarı yol” deyilən ərazidə yerləşən 1-ci evin qarşısından keçən qaz borusuna bağlayıb Ruslana zəng edərək atları bağladığı yeri deyib oradan qaçmışdır. Törətdiyi əməldən son dərəcə səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəmiş, qalan ziyanıda azadlığa çıxacağı halda ödəməyi öhdəsinə götürür. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində təsərrüfatında saxladığı 6 rəst atı Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən gölün yaxınlığındakı yay otlaq sahəsinə aparıb yenə də nəzarətsiz buraxaraq yaşadığı evə getmişdir. Həmin gün hava şəraiti yağışlı və dumanlı olmuşdur. 23 aprel 2023-cü il tarixdə axşam saat 19 radələrində o, 6 rəst atını gətirmək üçün yay otlaq sahəsinə getmişdir. Yay otlaq sahəsinə çatdıqda 3 rəst atının yay otlaq sahəsində otladığını, qalan 3 rəst atının isə orada olmadığını görmüşdür. O, həmin gün və səhəri gün 3 rəst atını Xoşbulaq kəndi ərazisində yerləşən yay otlaq sahələrində axtarsa da tapa bilməmişdir. Bir müddət 3 rəst atının itdiyini düşünüb axtarmış və 3 rəst atını tapa bilməmişdir. Bundan sonra 3 rəst atının naməlum şəxs və ya şəxslər tətəfindən gizli yolla oğurlandığını düşünərək bu barədə 30 may 2023cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək 3 rəst atının oğurlanması barədə məlumat vermiş və həmin gün Daşkəsən rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 rəst, 7 yaşar, 800 manat dəyərində olan, tünd şabalıdı rəngli erkək atı, 1 rəst, 4 yaşar, 400 manat dəyərində olan şabalıdı rəngli dişi (madyan) atı və həmin dişi atın balası 1 rəst, 2 aylıq, 80 manat dəyərində olan zoğalı rəngli dişi atı Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbə sakini Təqsirləndirilən şəxs tərfindən oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1280 manat maddi ziyan dəymişdir. Oğurlanmış 3 rəst atından 1 rəst, 7 yaşar, 800 manat dəyərində olan, tünd şabalıdı rəngli erkək atı istintaq zamanı ona geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atı Xoşbulaq kəndinin girəcəyində yerləşən adsız yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yay otlaq sahəsində olmuşdur. Lakin, həmin gün axşamı atı olduğu yerdə tapa bilməmişdir. Bundan sonra 3 gün axtarmış və xx.xx.2023-cü il tarixdə AR DİN 102-yə məlumat vermişdir. Lakin, yenə də özü atının axtarışlarına davam edib sonda əlaqələrindən istifadə edib atını tapmışdır. Belə ki, ona məlumat verilmişdir ki, atı Gədəbəy rayonundadır. Atını tapan zaman təqsirləndirilən şəxs atın belində satmaq istəyirmiş. 1 ay atını axtarmış və tapandan sonra atını qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxsləri də tanıyır. 07 may 2023-cü il tarxidə səhər saat 07 radələrində yuxudan oyanıb təsərrüfatında saxladığı heyvanları otaran zaman istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə Biləndər istifadə etdiyi mobil nömrə ilə zəng edərək Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbə sakini Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Söyüdlü kəndinə 3 rəst at gətirdiyini, həmin atları ona satmaq istədiyini və həmin atların Aydın tərəfindən oğurluq yolu ilə əldə olunub-olunmadığını soruşmuşdur. Telefon danışığı zamanı o, Aydına zəng edərək atları haradan aldığı barədə məlumat aldıqdan sonra bu barədə məlumat verəcəyini Biləndərə demişdir. Bundan sonra Biləndər ona atın şəklini “Watsapp” proqramı vasitəsi ilə göndərdikdə həmin atın Bəxtiyarın atı olduğunu görmüşdür. Belə ki, 2023-cü ilin mayı ayının təxminən ortalarında Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Zərərçəkmiş şəxs2 oğlu Ülvi ona zəng edərək 06 may 2023cü il tarixdə 1 rəst, 10 yaşar, tünd qəhvəyi rəngli, orta boylu, dişi (madiyan) atı, həmin atın 1 rəst, 2 yaşar, qəhvəyi rəngli, arxa ayaqlarının hamısı topuqdan aşağı ağ rəngli nişanəsi olan erkək (ürgə) atı və dişi( madyan) atın yeni doğulan 1 aylıq, qəhvəyi rəngli, alın nahiyəsində ağ rəngli nişanəsi olan erkək (daylaq) atın, ümumilikdə üç rəst atının itdiyini, həmin atları Daşkəsən rayonu ərazisində yerləşən yay otlaq sahələrində görübgörmədiyini soruşmuşdur. Telefon danışığı zamanı o, Ülviyə dediyi xüsusiyyətlərdə 3 rəst at görmədiyini söyləmiş, Ülvi itdiyini düşündüyü 3 rəst atının foto şəkillərini “Watsapp” proqramı vasitəsi ilə mobil telefonuna göndərmişdir. Həmin günün səhəri o, yay otlaq sahəsində heyvan otaran zaman Aydının 07 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Biləndərə 3 rəst at satdığı yadına düşmüşdür. Bundan sonra Biləndər Aydının atlarla birlikdə olan video görüntüsünü “Watsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. O, Biləndərə Aydının ona satmış olduğu atları Xoşbulaq kəndi ərazisindən oğurladığını, həmin atların “Baba” ləqəbli Bəxtiyar adlı şəxsin və Bəxtiyarın oğlu Ülvi adlı şəxsin atları olduğunu demişdir. Bundan sonra o bu barədə Ülviyə mobil telefonu vasitəsi ilə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə Aydın qırmızı rəngli erkək atın belində yaşadığı evə gəlmişdir. Aydın ona qırmızı rəngli erkək atı 1 həftə ərzində xoşlamadığı zaman geri qaytaracağını demişdir. O, Aydından qırmızı rəngli erkək atı kimdən aldığını soruşduqda Aydın atı İntiqam adlı dostundan aldığını deyib İntiqamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O, istifadə etdiyi mobil telefonla ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, telefon danışığı zamanı tanımadığı şəxs özünü ona Daşkəsən rayonu, Qabaqtəpə kəndindən olduğunu, hazırda Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yaşadığını, Aydına atı 400 manat pul müqabilində satdığını demişdir. Mən İntiqama atın “birdən oğurluq olar” ifadəsini işlətdikdə İntiqam andlar içərək atın oğurluq olmadığını atı Aydına 400 manata satdığını, həmin atın çox sakit at olduğunu, adam dişləmədiyini, təpik atmadığını demişdir. İntiqamla danışdıqdan sonra Aydın ilə razılaşmış və Biləndərdən aldığı 2 rəst atı Aydına vermişdir. Aydın həmin vaxtı ona verdiyi qırmızı rəngli erkək atı 400 manata aldığı üçün ona 30 manat pul vəsaiti verməyini xahiş etmişdir. Qırmızı rəngli erkək at Biləndərdən satın aldığı madyan atdan bir qədər yaxşı olduğu üçün 30 manat pul vəsaiti Aydına vermişdir. O, Aydın ilə bir qədər söhbət edən zaman Aydın ona madyan atı minərək Gədəbəy rayonu, Söyüdlü kəndinə gedib 2 yaşar erkək atı götürüb Xoşbulaq kəndinə gətirəcəyini demişdir. Bundan sonra Aydın dişi (madyan) atı və 1 aylıq erkək balasını götürüb getmişdir. Təxminən 4 gün sonra Aydının ona verdiyi qırmızı rəngli erkək atın sakit at olmadığını, adam dişlədiyini, təpik atdığını görmüşdür. Bu zaman İntiqama zəng edərək atının sakit at olmadığını deyib atını gəlib götürməyini xahiş etmişdir. İntiqam ondan 2 gün gözləməyini, 2 gündən sonra Aydının atı gəlib götürəcəyini demişdir. 2 gün keçdikdən sonra Aydın gəlib atı götürməmişdir. O, hazırda həmin atı 250 manata satmışdır. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə saat 11 radələrində yanında bir rəst qırmızı rəngli erkək atla yaşadığı ünvana gəlib onu bayıra çağırmışdır. O, yaşadığı evin qarşısında Aydın ilə görüşüb söhbət edən zaman Aydın ondan yəhər istəmişdir. Həmin vaxtı o Aydından yəhəri nə üçün istədiyini soruşduqda Aydın qırmzı erkək atı aparıb Daşkəsən rayon Gürbulaq kəndində yaşayan Kamandar adlı şəxsə satacağını, atı satdıqdan sonra çoban işlədiyi şəxsə 400 manat borclu olduğu üçün həmin şəxsin borcunu ödəyəcəyini demişdir. O, yaşadığı evin həyətində olan özünə məxsus yəhəri Aydına vermiş, Aydın yəhəri atın belinə bağladıqdan sonra atla birlikdə çıxıb getmişdir. Həmin gün saat 13 radələrində Aydın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə istifadə etdiyi ***-***-**- ** saylı mobil nömrəsinə zəng edərək atı satmaq istədiyi Kamandar adlı şəxsə atı satın aldığı şəxsi soruşsa atın ona məxsus olduğunu, 400 manata guya satdığını deməyini xahiş etmişdir. Telefon danışığı zamanı o Aydına heç bir problem olmadığını atı satın almaq istəyən şəxs əgər ona zəng etsə “atın özünə məxsus olduğunu, 400 manata satdığını”deyəcəyini söyləmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti normal olmuşdur. Aydın at satmaq üçün yanına gəlmiş, o isə həmin atı almaqdan imtina etdiyi üçün İlk dəfə Aydın atı Qurban adlı şəxsə satmaq üçün aparmış, satan zaman isə o da orada olmuşdur. Həmin atı 600 manata ona satmaq istəmişdir. O, isə razılaşmadığı üçün Aydın atı 560 manata Qurbana satmaq barədə razılıq əldə etmişdir. Bundan sonra Aydından bir dəfə 3 rəst at almışdır. Həmin atı 400 manata alıb, sonra satmışdır. Satdıqdan sonra həmin atın oğurluq olduğunu bilmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atı Xoşbulaq kəndinin girəcəyində yerləşən adsız yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yay otlaq sahəsindən itmişdir. Bu barədə AR DİN 102-yə məlumat vermişdir. 20 gündən sonra atının videogörüntüsünü ona göndərmişlər. Bu zaman ona məlum olmuşdur ki, atını oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra əlaqələrindən istifadə edərək Aydının telefon nömrəsini tapmış və atını tələb etmişdir. Danışıqdan bir müddət sonra Aydın gətirib atı geri yerinə bağlamışdır. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 may 2023-cü tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predment götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 iyun 2023-cü tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predment götürülməmişdir. İşdə olan “Könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 iş üzrə Təqsirləndirilən şəxs 3 rəst atı satın alan zaman Təqsirləndirilən şəxs 3 rəst atla birlikə Gədəbəy rayonu, Söyüdlü kəndində çəkilmiş video görüntüsünün köçürüldüyü 1 ədəd DVD diski könüllü olaraq istintaqa təqdim etdiyindən götürülərək işə əlavə edilmişdir. İşdə olan “Könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid2 iş üzrə Təqsirləndirilən şəxs satın aldığı 3 rəst atdan 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək atı könüllü istintaqa təqdim etdiyindən götürülmüşdür. İşdə olan “Könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs oğurladığı ona məxsus 1 rəst, 10 yaşar, tünd qəhvəyi rəngli dişi (madyan) at, həmin atın balaları 1 rəst, 2 yaşar, açıq qəhvəyi rəngli erkək (ürgə) at və 1 rəst, 1 aylıq, açıq qəhvəyi rəngli, alın nahiyəsində ağ rəngli nişanə olan erkək (ürgə) atı və Təqsirləndirilən şəxs oğurladığı ona məxsus 3 rəst atı 30 may 2023-cü il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “zağalı bulağı” deyilən əraziyə gətirib bağladığı yerdə 3 rəst atının mobil telefonu vasitəsi ilə çəkmiş olduğu 1 ədəd foto şəkili könüllü istintaqa təqdim etdiyindən götürülmüşdür. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, tanınmaya təqdim olunmuş üç rəst atdan bir rəst atı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanıyaraq həmin atın Təqsirləndirilən şəxs oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yay otlaq sahəsindən oğurlanmış ona məxsus at olduğunu göstərmişdir. İşdə olan cinayət işi üzrə Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd DVD diskə 01 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində bir ədəd video görüntü vardır. Baxış zamanı video görüntüyə daxil olduqda video görüntünün 5 saniyə davam etdiyi görünür. Həmin video görüntüdə orta boylu, orta yaşlı, bir nəfər kişi cinsli şəxsin əynində qara rəngli papaq, qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli 1 cüt ayaqqabı olduğu, həmin şəxsin yanında 3 rəst atın olduğu, həmin atlardan 1 rəst, 10 yaşar, qəhvəyi rəngli madyan at, həmin madyan atın yanında balası açıq qəhvəyi rəngli at olduğu, iki rəst atdan bir qədər uzaqlıqda isə 1 rəst açıq qəhvəyi rəngli atın olduğu, 1 əst madyan atın boynunda olan ipin qaz borusuna bağlandığını, həmin madyan atın belində palan olduğu görünür. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs vido görütüyə baxraq görüntünün 07 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində atları satan zaman çəkildiyini, görüntüdə əynində qara rəngli papaq, qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli 1 cüt ayaqqabı olan kişi cinsli şəxsin özü olduğunu, göröntüdə əks olunan 3 rəst atı isə Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisindən 06 may 2023-cü il tarixdə oğurladığını, həmin atların Xoşbulaq kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5482 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək atını dəyəri 800 manat, 1 rəst, 4 yaşar, şabalıdı rəngli dişi (madyan) atının dəyəri 400 manat, 1 rəst, 2 aylıq, zoğalı rəngli dişi atın dəyəri 80 manat, 1 rəst, 10 yaşar, qəhvəyi rəngli dişi (madyan) atın dəyəri 450 manat, 1 rəst, 2 yaşar, açıq qəhvəyi rəngli erkək (ürgə) atın dəyəri 350 manat, 1 rəst, 1 aylıq, açıq qəhvəyi rəngli erkək (ürgə) atın dəyəri 150 manat, ümumilikdə 6 növdə atların 2023-cü ilin aprel-may aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2230,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan “Şübhəli şəxs qismində tutulma haqqında” 10 iyun 2023-cü il tarixli 160 nömrəli protokoldan görünür ki, cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə, saat 16:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan təqdbirinin seçilməsi haqqında” 12 iyun 2023-cü il tarixli 96 nömrəli və “Tutulmuş şəxsin azad edilməsi haqqında” 12 iyun 2023-cü il tarixli 97 nömrəli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” 30 avqust 2023-cü il tarixli 360315 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 18:57-də tutularaq Daşkəsən RPŞ-nın MSY-na təhvil verilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 4(030)- 14/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 7 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Daşkəsən rayon İHB-nın Daşkəsən qəsəbə İƏÜN-nin xx.xx.2023-cü il tarixli 214 nömrəli arayışından görünür ki, Əsgərov X3 rayonu, Yuxarı Daşkəsən qəsəbəsi, Əzizbəyov küçəsi, 14 saylı evdə qeydiyyatdadır. İşdə olan Daşkəsən rayon İHB-nın Daşkəsən qəsəbə İƏÜN-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən törədilmiş oğurluq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 30 avqust 2023-cü il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:30dək tərk etməmək, Daşkəsən rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübutlar olan 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək at, 1 rəst, 10 yaşar, tünd qəhvəyi rəngli dişi (madyan) at, həmin atın balaları 1 rəst, 2 yaşar, açıq qəhvəyi rəngli erkək (ürgə) at və 1 rəst, 1 aylıq, açıq qəhvəyi rəngli erkək (ürgə) atın qanuni sahiblərinə, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalı, 1 ədəd DVD disk və 1 ədəd foto şəkil cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 30 avqust 2023-cü il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün müddət, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:30-dək tərk etməmək, Daşkəsən rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. İş üzrə maddi sübutlar olan 1 rəst, 7 yaşar, tünd şabalıdı rəngli erkək at, 1 rəst, 10 yaşar, tünd qəhvəyi rəngli dişi (madyan) at, həmin atın balaları 1 rəst, 2 yaşar, açıq qəhvəyi rəngli erkək (ürgə) at və 1 rəst, 1 aylıq, açıq qəhvəyi rəngli erkək (ürgə) atın qanuni sahiblərinə, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın, 1 ədəd DVD disk və 1 ədəd foto şəkil cinayət işi materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №1(030)-12/2023
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-12/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver