Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-12/2024 18.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Daşkəsən rayonunda anadan olmuş, AR-nın vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, AR-nın vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, AR-nın vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Aşağı Daşkəsən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə tamah məqsədi ilə özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaq niyyəti ilə 2024-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa dəqiq məlum olmayan tarixdə "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin Daşkəsən rayonunda yerləşən Qızılca-Bayan mənzilinin 23 km PK 4-də yolun kənarında olan 1 ədəd 12,5 metr və Bayan-Quşçu mənzilinin 33 km pk 6-da yolun kənarında olan 4 ədəd 25 metr və 1 ədəd 10 metr uzunluğunda "xxxx" QSC-yə məxsus, ümumi dəyəri 5807,11 manat dəyərində R-50 tipli yarım-yararlı ümumilikdə 122,5 metr uzunluğunda dəmir relsləri gizli yolla talayaraq "xxxx" QSC-yə 5807,11 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə tamah məqsədi ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2024-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa dəqiq məlum olmayan tarixdə "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin Daşkəsən rayonunda yerləşən “Qızılca-Bayan mənzilinin 23 km PK 4-də yolun kənarında olan 1 ədəd 12,5 metr və Bayan-Quşçu mənzilinin 33 km pk 6-da yolun kənarında olan 4 ədəd 25 metr və 1 ədəd 10 metr uzunluğunda "xxxx" QSC-yə məxsus, ümumi dəyəri 5807,11 manat dəyərində R-50 tipli yarım-yararlı ümumilikdə 122,5 metr uzunluğunda resləri gizli yolla talayaraq "xxxx" QSC-yə cəmi 5807,11 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə tamah məqsədi ilə xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2024-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa dəqiq məlum olmayan tarixdə "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin Daşkəsən rayonunda yerləşən Qızılca-Bayan mənzilinin 23 km PK 4-də yolun kənarında olan 1 ədəd 12,5 metr və Bayan-Quşçu mənzilinin 33 km pk 6-da yolun kənarında olan 4 ədəd 25 metr və 1 ədəd 10 metr uzunluğunda "xxxx" QSC-yə məxsus, ümumi dəyəri 5807,11 manat dəyərində R-50 tipli yarım-yararlı ümumilikdə 122,5 metr uzunluğunda resləri gizli yolla talayaraq "xxxx" QSC-yə cəmi 5807,11 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, birlikdə razlığa gəlib Daşkəsən rayonu Bayan kəndi ərazində dəmir yolu relslərini götürmüşlər. Həmin vaxt uşağı xəstə olduğundan ona pul lazım olduğu üçün dəmir yolu relslərini oğurlamışdır. Relslər dəmir yolundan kənarda olduğundan onları yararsız olduğunu düşünüb oğurlamışlar. Dəmirləri yığdıqdan sonra onlar Şahid2lə telefonla əlaqə saxlayaraq yığdıqları dəmirləri oradan aparmaq üçün maşın lazım olduğunu demişlər. Elşən dəmirləri gətirmək üçün maşın göndərmiş və onlar həmin maşınla dəmirləri oradan çıxarmışlar. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı ödəməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2024-cü ilin yanvar ayının əvvələrində tanışları Turan və Səyyafla söhbət edən zaman Daşkəsən rayonunda olan “Bahar” restoranın yuxarı hissəsində olan dəmir yolunun kənarına yığılmış yarasız relsləri sataraq qazanc əldə edə biləcəklərini qərarlaşdırmışdırlar. Daha sonra onlar, yəni o, Səyyaf və Turan qaz balonu və digər ləvazimatları götürüb “Bahar” restoranının yuxarı hissəsində olan dəmir yoluna tərəf getmişdirlər. Orada onlar dəmir yolunun kənarında olan relsləri kəsərək aşağı çaya tərəf tullamışdırlar. Daha sonra o, Turan və Səyyaf qaz balonunu çayın kənarına endirmişdirlər. Belə ki biz yuxarı hissədə bir az uzun kəsdikləri relsləri aşağıda çayın kənarında kiçik hissəslər bölmək qərarına gəlmişdirlər. Həmin gün hava qaraldığı və onlar yolrulduğu üçün çayın kənarında olan relslərin kəsilməsi səhəri günə saxlamışdırlar. Səhəri gün onlar, yəni o, Səyyaf və Turan çayın kənarına gedərək uzun olan relsləri daha balaca, xırda hissələrə bölərək yolun kənara yığmışdırlar. Daha sonra isə həmin relsləri daşımaq üçün yük avtomobili axtarmağa başlamışdırlar. Bir müddət sonra Daşkəsən rayonunda yaşayan Etibar adlı yük avtomobili sürücüsünü taparaq sonuncuya bir sıra dəmir tullamtılarının olduğunu, həmin dəmir tullantılarının satmaq üçün daşımasını dedikdə həmin şəxs təxminən 120 manat qarşılığında razılaşmışdır. Bundan sonra Etibar yük avtomobilini yolun kənarında çayın yaxınlığında saxladı və onlar Etibara dəmir tullantılarını yüklədikdən sonra məlumat verəcəklərini demişdirlər və Etibar həmin yerdən uzaqlaşmışdır. Bundan sonra onlar dəmir tullantısı dedikləri kəsilmiş resləri həmin yük avtomobilinə yığmışdırlar. Kəsilmiş relsləri yük avtomobilinə yığdıqda sonra Etibara məlumat verərək avtomobilin yanına gəlməsini demişdirlər. Etibar yük avtomobilinin yanına gəldikdən sonra onlar həmin relsləri Daşkəsən rayonunda metal qəbulu məntəqəsinə aparmış və orada o Elşən adlı şəxsə həmin relslərin həyətlərində olduğunu pula ehtiyacları olduğu üçün satdıqlarının və yararsız olduqlarını bildirmişdir. Bundan sonra Elşən adlı şəxs relslərə baxış keçirmiş və həmin relslərin paslı, köhnə və xırda hissələrə bölünmüş olduğunu gördükdən sonra almağa razılaşmışdır. Onlar həmin relsləri Elşən adlı şəxsə sataraq cəmi 1400 manat məbləğində pul almışdırlar. Həmin pulun 120 manatını yük avtomobilinin sürücüsünə verərərk, qalan pulu isə öz aralarında bölmüşdürlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir yolunda olan dəmirlərin yararsız olduğunu düşünüb onları kəsib aparmışlar. Yol relslərini kəsməklə oğurlamışlar. O. dəmir yol xətlərini xətləri kəsmək üçün alətlər gətirmişdir. Dəmirləri Elşənin göndərdiyi avtomobilə yığaraq ona satmışlar. Neçəyə satdıqları dəqiq yadında qalmamışdır. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu, Bayan kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2024-cü ilin yanvar ayının əvvələrində tanışları Elvin və Səyyafla söhbət edən zaman Daşkəsən rayonunda olan “Bahar” restoranın yuxarı hissəsində olan dəmir yolunun kənarına yığılmış yarasız relsləri sataraq qazanc əldə edə biləcəklərini qərarlaşdırmışdırlar. Daha sonra onlar, yəni o, Səyyaf və Elvin qaz balonu və digər ləvazimatları götürüb “Bahar” restoranının yuxarı hissəsində olan dəmir yoluna tərəf getmişdirlər. Orada onlar dəmir yolunun kənarında olan relsləri kəsərək aşağı çaya tərəf tullamışdırlar. Daha sonra o, Elvin və Səyyaf qaz balonunu çayın kənarına endirmişdirlər. Belə ki onlar yuxarı hissədə bir az uzun kəsdikləri relsləri aşağıda çayın kənarında kiçik hissəslər bölmək qərarına gəlmişdirlər. Həmin gün hava qaraldığı və onlar yolrulduğu üçün çayın kənarında olan relslərin kəsilməsi səhəri günə saxlamışdırlar. Səhəri gün onlar, yəni o, Səyyaf və Elvin çayın kənarına gedərək uzun olan relsləri daha balaca, xırda hissələrə bölərək yolun kənara yığmışdırlar. Daha sonra isə həmin relsləri daşımaq üçün yük avtomobili axtarmağa başlamışdırlar. Bir müddət sonra Daşkəsən rayonunda yaşayan Etibar adlı yük avtomobili sürücüsünü taparaq sonuncuya bir sıra dəmir tullamtılarının olduğunu, həmin dəmir tullantılarının satmaq üçün daşımasını dedikdə həmin şəxs təxminən 120 manat qarşılığında razılaşmışdır. Bundan sonra Etibar yük avtomobilini yolun kənarında çayın yaxınlığında saxladı və onlar Etibara dəmir tullantılarını yüklədikdən sonra məlumat verəcəklərini demişdirlər və Etibar həmin yerdən uzaqlaşmışdır. Bundan sonra onlar dəmir tullantısı dedikləri kəsilmiş resləri həmin yük avtomobilinə yığmışdırlar. Kəsilmiş relsləri yük avtomobilinə yığdıqda sonra Etibara məlumat verərək avtomobilin yanına gəlməsini demişdirlər. Etibar yük avtomobilinin yanına gəldikdən sonra onlar həmin relsləri Daşkəsən rayonunda metal qəbulu məntəqəsinə aparmış və orada Elvin Elşən adlı şəxsə həmin relslərin həyətlərində olduğunu pula ehtiyacları olduğu üçün satdıqlarının və yararsız olduqlarını bildirmişdir. Bundan sonra Elşən adlı şəxs relslərə baxış keçirmiş və həmin relslərin paslı, köhnə və xırda hissələrə bölünmüş olduğunu gördükdən sonra almağa razılaşmışdır. Onlar həmin relsləri Elşən adlı şəxsə sataraq cəmi 1400 manat məbləğində pul almışdırlar. Həmin pulun 120 manatını yük avtomobilinin sürücüsünə verərərk, qalan pulu isə öz aralarında bölmüşdürlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir relsləri Turan və Elvin ilə birlikdə gedib oğurlamışlar və Elşənə satmışlar. Belə ki, Elşən yük maşını göndərmiş onlar da relsləri həmin maşına yığaraq ona göndərmişlər. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu, Aşağı Daşkəsən kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2024-cü ilin yanvar ayının əvvələrində tanışları Elvin və Turanla söhbət edən zaman Daşkəsən rayonunda olan “Bahar” restoranın yuxarı hissəsində olan dəmir yolunun kənarına yığılmış yarasız relsləri sataraq qazanc əldə edə biləcəklərini qərarlaşdırmışdırlar. Daha sonra onlar, yəni o, Səyyaf və Turan qaz balonu və digər ləvazimatları götürüb “Bahar” restoranının yuxarı hissəsində olan dəmir yoluna tərəf getmişdirlər. Orada onlar dəmir yolunun kənarında olan relsləri kəsərək aşağı çaya tərəf tullamışdırlar. Daha sonra o, Elvin və Turan qaz balonunu çayın kənarına endirmişdirlər. Belə ki onlar yuxarı hissədə bir az uzun kəsdikləri relsləri aşağıda çayın kənarında kiçik hissəslər bölmək qərarına gəlmişdirlər. Həmin gün hava qaraldığı və onlar yolrulduğu üçün çayın kənarında olan relslərin kəsilməsi səhəri günə saxlamışdırlar. Səhəri gün onlar, yəni o, Turan və Elvin çayın kənarına gedərək uzun olan relsləri daha balaca, xırda hissələrə bölərək yolun kənara yığmışdırlar. Daha sonra isə həmin relsləri daşımaq üçün yük avtomobili axtarmağa başlamışdırlar. Bir müddət sonra Daşkəsən rayonunda yaşayan Etibar adlı yük avtomobili sürücüsünü taparaq sonuncuya bir sıra dəmir tullamtılarının olduğunu, həmin dəmir tullantılarının satmaq üçün daşımasını dedikdə həmin şəxs təxminən 120 manat qarşılığında razılaşmışdır. Bundan sonra Etibar yük avtomobilini yolun kənarında çayın yaxınlığında saxladı və onlar Etibara dəmir tullantılarını yüklədikdən sonra məlumat verəcəklərini demişdirlər və Etibar həmin yerdən uzaqlaşmışdır. Bundan sonra onlar dəmir tullantısı dedikləri kəsilmiş resləri həmin yük avtomobilinə yığmışdırlar. Kəsilmiş relsləri yük avtomobilinə yığdıqda sonra Etibara məlumat verərək avtomobilin yanına gəlməsini demişdirlər. Etibar yük avtomobilinin yanına gəldikdən sonra onlar həmin relsləri Daşkəsən rayonunda metal qəbulu məntəqəsinə aparmış və orada Elvin Elşən adlı şəxsə həmin relslərin həyətlərində olduğunu pula ehtiyacları olduğu üçün satdıqlarının və yararsız olduqlarını bildirmişdir. Bundan sonra Elşən adlı şəxs relslərə baxış keçirmiş və həmin relslərin paslı, köhnə və xırda hissələrə bölünmüş olduğunu gördükdən sonra almağa razılaşmışdır. Onlar həmin relsləri Elşən adlı şəxsə sataraq cəmi 1400 manat məbləğində pul almışdırlar. Həmin pulun 120 manatını yük avtomobilinin sürücüsünə verərərk, qalan pulu isə öz aralarında bölmüşdürlər. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 məhkəməyə ərizə göndərərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəymiş maddi ziyanın tam ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin, Hüquq İdarəsi, Məhkəmələrlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. "xxxx" QSC tərəfindən hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində prosesdə iştirak etmək ona həvalə edilmişdir. 2024-cü ilin yanvar ayının əvvələrində "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin Daşkəsən rayonunda yerləşən Qızılca-Bayan mənzilinin 23 km PK 4-də yolun kənarında olan 1 ədəd R-50 tipli relsdən 12,5 metr və Bayan-Quşçu mənzilinin 33 km PK 6-da yolun kənarında olan 4 ədəd R-50 tipli relsdən 25 metr və 1 ədəd R-50 tipli relsdən 10 metr uzunluğunda kəsərək "xxxx" QSC-ə ümumilikdə məxsus R-50 tipli yarım-yararlı 122,5 metr uzunluğunda resləri gizli yolla talanaraq oğurlanmış və hadisə nəticəsində "xxxx" QSC-yə 5807,11 manat dəyərində maddi ziyan dəymişdir. Oğurlanmış relslər "xxxx" QSC-in balansındadır, istifadəsi, istifadədən çıxarılması və yenidən istehsal edilməsi QSC-in səlahiyyətindədir. "xxxx" QSC-yə məxsus olsa da, həmin relslər dəmir yol xətlərinin kənarına yığılmış əmlakdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, 6 nömrəli Gəncə yol sahəsinin Qırıxlı-Bayan məntəqəsinin yol ustası işləyir. Həmin ərazidə ehtiyyatda olan relslər olmuşdur. Həmin relslər yollarda olan relslərdə hər hansı nasazlıq olanda dəyişmək üçün orada saxlanılmışdır. Növbəti yoxlama zaman görmüşdür ki, orada ehtiyyatda olan relslər aparılmışdır. Bunu görən kimi dərhal dəmir yolunun rəisinə telefonla bu barədə məlumat vermişdir. Dəmir yolunun rəisi də dəmir yol polisinə məlumat vermişdir. Polislər gəlib yoxlayanda müəyyən olunmuşdur ki, oradakı ehtiyyat relslər kəsilib götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göygül rayonu, Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq "xxxx" QSC-in 6 saylı Gəncə yol sahəsində yol ustası vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Qaz rayonunda yerləşən dəmir yollarının cari təmiri üçün ezam olunmuş və xx.xx.2024-cü il tarixdə iş yekunlaşdıqdan sonra öz xidməti yerinə qayıtmışdır. Daha sonra isə Gəncə stansiyasında olan cari təmir işləri üçün Gəncə şəhərinə gəlmişdir. Həmin zaman uzun müddət ərazidə olmadığı üçün işçi Bağırov Elməddini dəmir yoluna baxış keçirməsi üçün göndərmişdir. Elməddin Bağırov əraziyə baxış keçirən zaman ehtiyyatda olan dəmir yolunun kənarına yığılmış relslərin bir hissəinin oğurlandığını bildirmişdir. Bundan sonra o həmin əraziyə baxış keçirtmiş və "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin Qızılca-Bayan mənzilinin 23 km PK 4-də yolun kənarında olan 1 ədəd 12,5 metr və Bayan-Quşçu mənzilinin 33 km pk 6-da yolun kənarında olan 4 ədəd 25 metr və 1 ədəd 10 metr uzunluğunda "xxxx" QSC-yə məxsus ümumilikdə R-50 tipli yarım-yararlı 122,5 metr uzunluğunda relslərin kəsilərək oğurlandığını müəyyən edərək bu barədə rəhbərliyə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun releslərin oğurluq olması ilə bağlı məlumatı olmamışdır. Ona Elşən zəng edərək Bayan kəndinə gedib oradan çayın kənarında dəmir gətirməsini demişdir. O dəmirləri özünə məxsus yük maşını ilə Bayandan kəndindən Daşkəsən şəhərinə Elşənin həyətinə gətirmişdir. Bayana gedib gələn zaman gecə vaxtı olmuşdur. O, maşını orada saxlayaraq oradan getmiş və maşını yığıb hazır edəndə ona zəng vuraraq yükün yığıldığını demişlər. Daşkəsəndə Elşənin qapısına maşın sürmüş və maşını orada qoyaraq getmişdir. O, nə yük yığın zaman nə də yük boşaldılan zaman maşının yanında olmadığı üçün maşına yığılanların dəqiq nə olduğunu bilməmişdir. O, həmin yerə sadəcə olaraq yük götürüb aparmaq üçün getmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus “QAZ-66” markalı avtomobil ilə Daşkəsən rayonu ərazisində yüklərin daşınmasını həyata keçirir. 2024-cü il yanvar ayında adını sonradan bildiyi Elvin adlı şəxs “Bahar” restoranın yaxınlığına çaydan və müstəlif yerlərdən yığdıqları dəmir topladıqlarını və həmin dəmir daşınmasını həyata keçirməyini demiş və o Elvinlə 120 manat qarşılığında həmin dəmir tullantılarının daşınmasına razılaşmışdır. Bundan sonra o yük avtomobilini “Bahar” restoranın yaxınlığında çayın kənarında saxladım və Elvin başqa şəxslər yük yerinə dəmir tullantılarını yığmağa başladılar və avtomobili orada saxlayaraq yaşadığı evə getmişdir. Həmin gün günortadan sonra Elvin onunla əlaqə saxlayaraq dəmir tullantılarının yüklənməsini yekunlaşdırdıqlarını və avtomobilin yanına gəlməyini demişdir. O avtomobilin yanına getmiş və mühərriki iş salaraq dəmir tullantılarını Elşən adlı şəxsin metal qəbulu məntəqəsinə apararaq yükü oraya boşaltmışdır. Bundan sonra 120 manat xidmət haqqı alaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin şəxslərdən Elvini tanımışdır. Elvin ona zəng edərək relslər olduğunu bildirmiş və satmaq üçün “QAZ 66” markalı avtomobil ilə onun yanına gətirmişdir. Dəmir yolu relsləri olduğunu gördükdə oğurluq olub-olmamasını soruşduqda Elvin ona oğurluq olmadığını uzun illərdi həyətlərində olduğunu demiş, pula ehtiaycı olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Bundan sonra Elvindən dəmirləri almışdır. 2-3 gün sonra polis əməliyyatçıları onun evinə gəlmiş, həmin relslərin oğurluq olduğunu demiş və o, relsləri aparıb dəmiryoluna təhvil vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Bundan başqa yaşadığı ünvan 3 ünvanının qarşısında olan metal qəbulu sexi ona məxsusdur. Təxminən 7-8 ildir metal qəbulu məntəqsini işlədir. Belə ki, həmin metal qəbulu məntəqəsində müxtəlif şəxslərin gətirdikləri dəmir və əlvan metalların alıb-satır. 2024-cü ilin yanvar ayının əvvələrində dəqiq xatırlamadığı gündə Elvin adlı şəxs onun metal qəbulu məntəqəsinə “QAZ 66” markalı yük avtomobili ilə dəmir tullatılar gətirdi. O, Elvingilin gətirdiyi dəmir tullantılarına baxan zaman dəmir yolu relslərinin olduğunu görmüş və həmin relsləri haradan əldə etdiklərini, oğurluq olub-olmamasını soruşduqda Elvin ona həmin relslərin təxminən 20 ildən çoxdur həyətlərində olduğunu, pula ehtiyacları olduğu üçün satdıqlarını oğurluq olmadıqlarını demişdir. Daha sonra o həmin relslərə baxmış və relslərin paslı, kiçik ölçüdə kəsilmiş, yarasız olduqlarını görmüşdür. Bundan sonra həmin relsləri almış və ümumilikdə 1400 manat məbləğində ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 9/3525 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 122,5 metr uzunluğunda R-50 tipli relslərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5807,11 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Göygöl Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(066)-44/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 251349 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Göygöl Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(066)-44/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasının 22 gününü şəkmişdir. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİİ-dən alınmış xx.xx.2024--cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən verilmiş 3457 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən verilmiş 3456 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən verilmiş 3455 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən verilmiş 3378 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən verilmiş 3379 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən verilmiş 3380 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 dispanserdə qeydiyyatda durmur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 atası Təqsirləndirilən şəxs2dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 atası Təqsirləndirilən şəxs2dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-ci il tarixdə anadan olmuş X7 atası Təqsirləndirilən şəxs3dur. İşdə olan mədaxil qəbzlərinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq” Bankı tərəfindən verilmiş BPM**********39 nömrəli mədaxil qəbzinə əsasən 4800, BPM**********12 nömrəli mədaxil qəbzinə əsasən 1000 və BPM**********96 nömrəli mədaxil qəbzinə əsasən 7,11 manat ümumilikdə cəmi 5807,11 məbləğində pul "xxxx" QSC-in hesabına ödənmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikas CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi barədə Azərbaycan Beynəlxalq Bankına aid mədaxil qəbzləri və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubları və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında dövlət və ya ictimai əhəmiyyətli dəmir relslərin gizli olaraq talayıb oğurluq etmə cinayətində təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və оnlаrа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlaın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqularının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prossesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşaqlarının olmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Daşkəsən rayonununda yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən, Göygöl, rayonları və Gəncə şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Daşkəsən rayon Bayan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, himayəsində az yaşlı uşaqlarının olmasını və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində Göygöl Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(066)-44/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş qalan 11 ay 08 gün Azərbaycan Respublikası CM-nın 68.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanmaqla 5 ay 19 gün müddət ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygöl, rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01( bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən rayonu, Gəncə şəhəri və Göygöl rayonu ərazilərinin hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01( bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Daşkəsən rayon Bayan kəndində yerləşən fərdi yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygül rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01( bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Göygöl Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(066)-44/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş qalan 11 ay 08 gün hissəsi Azərbaycan Respublikası CM-nın 68.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanmaqla 5 ay 19 gün müddət ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01( bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq qəti cəza 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən rayonu, Gəncə şəhəri və Göygöl rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN- **********; Müxbir hesab - Z41NABZ********************) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-12/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-12/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver