Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-12/2025 28.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Namazov X2 şəhəri, Nizami küçəsində yerləşən X4 Mərkəzinin yaxınlığında saxlanılaraq Daşkəsən rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 30 iyun 2025-ci il tarixdə saat 16:42 dəqiqədə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli, cins gödəkçənin sol döş cibindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,04 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin baxış iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs vəfat etdiyinə görə işə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməli olduğunu bildirmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüşdür, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan 481352 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonunda “Ürək dayanmasından” qəfləti ölüm hadisəsi nəticəsində ölmüşdür. İşə əlavə olunmuş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatətindən görünür ki, Təqsirləndirilən şəxs vəfat etdiyinə görə işə barəsində bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, habelə işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilmələrinə aid cinayət işi üzrə cinayət təqibinə AR CPM-nın 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin qohumluq əlaqələri məlumatlarında onun yaxın qohumları barədə məlumatlar əks olunmamışdır. Həmçinin onun yaxın qohumlarından ölmüş şəxsin hüquqi varisi kimi tanınması barədə məhkəməyə müraciət edən olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(030)-12/2025 saylı cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-12/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-12/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver