Məhkəmə qərarları › İş №1(030)-13/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-13/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-13/2023 17.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə ünvan 1ində anadan olmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində özgənin əmlakını ələ keçirmək məqsədilə X4 Ağdaş rayon polis şöbəsinin post-patrul xidməti taqımına polis nəfəri kimi işə düzəlməsində köməklik etməsindən ötrü şifahi qaydada müraciət etmiş Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 aldadaraq buna səlahiyyətləri olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək X12 rayon polis şöbəsinin post patrul taqımının polis nəfəri kimi işə düzəlməsini təmin edəcəyini yalandan vəd verib onu inandıraraq qəsdən etibarından sui-istifadə etməklə 05 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən, Ağdaş rayon polis şöbəsinin qarşısında Zərərçəkmiş şəxs1 3 500 (üç min beş yüz) manat məbləğində pulunu alaraq ona məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin fevral ayının axırlarında özgənin əmlakını ələ keçirmək məqsədilə "X17” Məhdud Məsuliyyətli Cəmiyyətə müvafiq işə düzəlməsində köməklik etməsindən ötrü şifahi qaydada müraciət etmiş Daşkəsən şəhəri, Nizami küçəsi, ev 17, mənzil 30-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 aldadaraq buna səlahiyyətləri olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 "X17” Məhdud Məsuliyyətli Cəmiyyətdə işə düzəlməsini təmin edəcəyini yalandan vəd verib onu inandıraraq qəsdən etibarından sui-istifadə etməklə 02 mart 2023-cü il tarixdə saat 17 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" adlı çay evindəki kupelərdən birində Zərərçəkmiş şəxs2 4 000 (dörd min) manat məbləğində pulunu alaraq ona məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin mart ayının axırlarında özgənin əmlakını ələ keçirmək məqsədilə "X17” Məhdud Məsuliyyətli Cəmiyyətə müvafiq işə düzəlməsində köməklik etməsindən ötrü şifahi qaydada müraciət etmiş Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, ev 7, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 aldadaraq buna səlahiyyətləri olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs3 "X17” Məhdud Məsuliyyətli Cəmiyyətdə işə düzəlməsini təmin edəcəyini yalandan vəd verib onu inandıraraq qəsdən etibarından sui-istifadə etməklə 01 aprel 2023-cü il tarixdə saat 16 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospekti ərazisində fəaliyyət göstərən “Araz” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki adsız obyektdə Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbəğində pulunu alaraq ona məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin aprel ayının axırlarında özgənin əmlakını ələ keçirmək məqsədilə "X17” Məhdud Məsuliyyətli Cəmiyyətə müvafiq işə düzəlməsində köməklik etməsindən ötrü şifahi qaydada müraciət etmiş Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 aldadaraq buna səlahiyyətləri olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs4 "X17” Məhdud Məsuliyyətli Cəmiyyətdə işə düzəlməsini təmin edəcəyini yalandan vəd verib onu inandıraraq qəsdən etibarından sui-istifadə etməklə 02 may 2023-cü il tarixdə saat 16 radələrində Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən İlham adlı şəxsin işlətdiyi marketin qarşısında Zərərçəkmiş şəxs4 2500 (iki min beş yüz) manat məbləğində pulunu alaraq ona məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o təkrarən 2023-cü ilin may ayının əvvəllərində özgənin əmlakını ələ keçirmək məqsədilə "X17” Məhdud Məsuliyyətli Cəmiyyətə müvafiq işə düzəlməsində köməklik etməsindən ötrü şifahi qaydada müraciət etmiş Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs5 aldadaraq buna səlahiyyətləri olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs5 "X17” Məhdud Məsuliyyətli Cəmiyyətdə işə düzəlməsini təmin edəcəyini yalandan vəd verib onu inandıraraq qəsdən etibarından sui-istifadə etməklə 11 may 2023-cü il tarixdə saat 15 radələrində Daşkəsən rayonu prokurorluğunun inzibati binasının yaxınlığında fəaliyyət göstərən adsız obyektdə Zərərçəkmiş şəxs5 1600 (min altı yüz) manat məbləğində pulunu alaraq ona məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin aprel ayının əvvəllərində özgənin əmlakını ələ keçirmək məqsədilə şərikli gübrə alış-verişi görməklə mənfəət əldə etməkdən ötrü şifahi qaydada müraciət etmiş Daşkəsən şəhəri, Nizami küçəsi, ev 20, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs6 aldadaraq buna səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs6la şərikli olaraq Rusiya Federasiyası və Ukrayna Respublikası ərazisindən gübrə alış-verişi edərək gəlir əldə edəcəklərini yalandan vəd verib onu inandıraraq qəsdən etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda, yəni 15 aprel 2023cü il tarixdə, saat 19 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Bizim market” adlı obyektin qarşısında 1500 (min beş yüz ) manatı, 17 may 2023cü il tarixdə, saat 19 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Bizim market” adlı obyektin qarşısında 2000 (iki min) manatı, 18 may 2023-cü il tarixdə, saat 19 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Bizim market” adlı obyektin qarşısında 2800 (iki min səkkiz yüz) manatı, ümumilikdə 6300 (altı min üç yüz) manat məbləğində pulunu alaraq ona məxsus xeyli miqdarda əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu il noyabr ayının əvvəllərindən 2022-ci ilin iyul ayına Ağdaş rayon Aşağı Ləki kənd İcra nümayəndəliyində müavin vəzifəsində işləmiş, təxminən 2022-ci ilin əvvəllərində Ağdaş rayonu Aşağı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq oğlu Sənan Abdullayevi polis əməkdaşı kimi işə düzəltmək istədiyini demiş, o da Tərlana tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə oğlu Sənanı Ağdaş rayon polis şöbəsinin post patrul xidmətinə polisi kimi işə düzəlməsinə köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra o, Tərlana oğlunun işə düzəlməsi üçün 3500 manat pul lazım olduğunu demiş, Tərlan da, razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində o, Tərlanla Ağdaş şəhərində yerləşən Kapital Bankın binasının yaxınlığında görüşmüş, həmin zaman Tərlan 3500 manat məbləğində vəsaiti ona vermişdir. Sənan Abdullayevi polis kimi işə düzəltmək adı altında Tərlandan 3500 manat məbləğində vəsaiti alan zaman sonuncunun arvadı Cəmilə də, orada olmuşdur. O, onlardan pulu götürdükdən sonra oradan uzaqlaşaraq öz işlərinin arxası ilə getmiş və həmin pulu öz şəxsi xərcləri üçün xərcləmişdir. Bundan sonra o, Tərlanın oğlu Sənanın polis əməkdaşı kimi işə düzəlməsi barədə maraqlanmış, lakin heç bir köməklik edə bilməmiş, daha sonra 2022-ci ilin təxminən may iyun aylarında ünvan 1i ərazisində yerləşən Aşağı Ləki kənd nümayəndəliyindən işdən çıxmışdır. Bundan sonra o, 2022-ci ilin iyul ayından "xxxx" Şirkətinin Daşkəsən rayonunda yerləşən “X15 MMC”-də, filizə texniki nəzarət vəzifəsində işləmiş, həmin müddətdən sonra Tərlana aylıq olaraq 300 manat pul göndərməyə başlamışdır. Bu gedişatla o, Tərlana 2500 manat pulu geri qaytarmış, hazırda Zərərçəkmiş şəxs1 1000 verəcəyi qalmışdır. Bundan başqa, Daşkəsən şəhərinə gələn zaman Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 rayon ərazisində evlərin kirayə verilməsini təmin etməklə məşğul olmuşdur. 8 ay bundan əvvəl məhz onunla münasibəti bu yönümdə yaranmışdır. Zərərçəkmiş şəxs2la münasibəti normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Vaqifin rəsmi işinin olmadığını, heç bir yerdə işləmədiyini öyrənmiş, dəfələrlə onunla söhbətləşən zaman Vaqif ona işsizlikdən gileylənmiş, normal iş axtardığını demişdir. Təxminən 3 ay bundan əvvəl, yəni 23 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2la görüşən zaman sonuncu həmişəki kimi işsizlikdən gileylənərək ondan özünü X17 MMC-də normal işə düzəltməsini xahiş etmiş, o da, Taryelə bu barədə rəhbərliyə xahiş edəcəyini söyləmişdir. Lakin, əslində heç kimə bu barədə xahiş etməyərək məqsədi Vaqifi özünə inandırmaq olmuşdur. Eyni zamanda Vaqif ona hazırda 4000 manat məbləğində vəsait düzəldə biləcəyini, işə düzəlmək üçün həmin vəsaiti ona verə biləcəyini demiş, o da heç bir problem olmadığını, bir həftəyə kimi həmin pulu düzəltməsini tapşırıb, işinin həll olunmuş kimi bilməsini söyləmişdir. Onun məqsədi əslində Vaqifdən həmin pulu alaraq şəxsi işləri üçün xərcləmək olmuşdur. 02 mart 2023-cü il tarixdə Vaqif onunla əlaqə saxlayaraq kredit götürmək üçün anası ilə birlikdə banka getdiyini söyləmiş, bir qədər sonra isə təkrar əlaqə saxlayaraq işə düzəlmək üçün anasının adına 4000 manat məbləğində kredit götürdüyünü deyib, onunla harada görüşə biləcəyini soruşmuş, o, Vaqifi Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən "xxxx" şərti adlı obyektdə gözləyəcəyini söyləmişdir. Həmin gün təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs2la "xxxx" şərti adlı obyektdə görüşmüş, Vaqiflə söhbət edərək onu özünə tam inandırdıqdan sonra 4000 manat məbləğində vəsaiti ondan almışdır. Vaqif ondan heç bir problem olmayacağını soruşduqda, o, Vaqifə narahat olmamasını, işinin həll olunmuş bilməsini demişdir. Lakin əslində isə Zərərçəkmiş şəxs2 hər şeyi yalan danışmışdır. Bundan sonra Vaqif 4000 manat məbləğində vəsaiti cibindən çıxararaq ona təqdim etmiş, həmin vaxtı yanlarında heç kim olmamış, o pulu bir daha saydıqdan sonra Vaqiflə sağollaşıb həmin yerdən uzaqlaşmışdır. Daha sonra isə Vaqifdən əldə etdiyi 4000 manat məbləğində vəsaiti şəxsi işləri və borcları üçün xərcləmiş, bir müddət keçdikdən sonra Vaqif onunla əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşduqda, o hər dəfəsində müəyyən bəhanələr gətirərək işinin həll olacağını demiş, Vaqifi aldadararaq vaxt udmağa çalışmışdır. Bir qədər müddət keçdikdən sonra Vaqif aldadıldığını anladığı üçün ona verdiyi 4000 manat məbləğində vəsaiti geri istəmiş, lakin, onun imkanı olmadığı üçün bir qədər möhlət verməsini, aldığı 4000 manat məbləğində vəsaiti geri qaytaracağını demişdir. Bundan başqa, təxminən 2023-cü il mart ayının axırlarında yaşadığı Ağdaş rayonundan Daşkəsən şəhərinə gələrkən avtomobili olmadığı üçün Ləki rayonu ərazisində keçən Bakı-Qazax avtomagistral yolunda gözləyərək Daşkəsən rayonu istiqamətində hərəkət edən avtomobil gözləmişdir. Bir qədər keçmiş yanında KİA markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış, həmin avtomobil Daşkəsən rayonu istiqamətində hərəkət etdiyi üçün avtomobilə əyləşərək Daşkəsən rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Yol boyu ordan-burdan söhbət edərkən sonradan tanıdığı Şahid3 Daşkəsən Filiz MMC-də filizə nəzarətçi işlədiyini söyləmişdir. Danışıq əsnasında Şahid3 ona Fədail adında qardaşı olduğunu, uzun müddətdir ki, işsiz qaldığını, iş üçün Daşkəsən Filiz MMC-ə CV verdiyini lakin işə düzələ bilmədiyini söyləmiş, o da Şahid3 X17 MMC-də nüfuzlu şəxslərlə münasibətinin olduğunu, Fədailin işə düzəlməsi üçün köməklik edə biləcəyimi demişdir. Bundan sonra Şahid3 onun mobil nömrəsini götürərək lazım olsa əlaqə saxlayacağını demişdir. Səhərisi gün istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, danışıq zamanı həmin şəxs ona özünü Fədail kimi təqdim edərək Şahid3 qardaşı olduğunu, işə düzəlmək üçün onunla əlaqə saxladığını demişdir. Bundan sonra o, Fədailə həmin ərəfələrdə bayram günü olması ilə əlaqədar bayramdan sonra görüşərək iş haqqında danışa biləcəyini demişdir. 27 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ilə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Araz market”in yerləşdiyi binanın 2-ci mərtəbəsindəki adsız obyektdə görüşərək söhbət etmişlər. Söhbət əsnasında o, Fədailə “X17” MMC-də nəzarətçi işlədiyini, işlədiyi müddət ərzində nüfuzlu şəxslərlə münasibət qurduğunu deyib işə düzəltmək üçün köməklik edə biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs3 isə bir neçə dəfə “X17” MMC-ə CV ilə müraciət etdiyini, lakin nəticəsiz qaldığını demiş, bundan sonra o, Fədailə yalandan vədlər verərək onu “X17” MMC-ə işə düzəldə biləcəyini söyləmişdir. Eyni zamanda işi düzəltmək üçün bəzi sənədləşmə işləri olduğunu və bunun üçün xərclər çəkilməli olduğunu demişdir. Fədail ondan nə qədər pul lazım olduğunu soruşduqda, o, Fədailə 4000 manat lazım olduğunu demiş, Fədail danışıq zamanı həmin vəsaiti düzəldə bilməyəcəyini söyləmişdir. Bundan sonra o, Fədailə heç olmasa 3500 manat düzəldib düzəldə bilməyəcəyini soruşmuş, Fədail bu zaman da, həmin vəsaiti düzəldə bilməyəcəyini söyləmiş, bundan sonra onlar sağollaşmışlar. Səhərisi gün, yəni 28 mart 2023-cü il tarixdə Fədail ilə əlaqə saxlamış, danışıq zamanı Fədailə işdə olan zaman aidiyyəti şəxslərlə əlaqə saxladığını, bununla bağlı təklifinin olduğunu demişdir. Fədail təklifin nədən ibarət olduğunu soruşduqda, o, Fədailə işə düzəlmək üçün 2500 manat ilkin olaraq, işə düzəldikdən sonra 1000 manat verib verə biləyəcəyini demişdir. Əslində isə elə bir hal olmamış, o, X17 MMC-də heç kimlə bu barədə danışmamış, məqsədi Fədaili aldadaraq onun əmlakını ələ keçirmək olmuşdur. Həmin məlumatları özündən uydurmaqla Fədaili özünə inandırmağa çalışırmış, Zərərçəkmiş şəxs3 onun təklifini eşitdikdən sonra düşünərək əlaqə saxlayacağını söyləmişdir. 2 gündən sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq təklifi ilə razılaşdığını, 2 gün ərzində 2500 manat vəsaiti düzəldərək ona verə biləcəyini söyləmişdir. 01 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq söz verdiyi kimi 2500 manat vəsaiti düzəltdiyini demiş, həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxs3 ilə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Araz” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki adsız obyektdə görüşmüş, danışıq əsnasında Zərərçəkmiş şəxs3 cibindən 2500 manat vəsaiti çıxararaq ona təqdim etmiş, o da, pulu sayaraq cibinə qoymuşdur. Fədail ondan işinin nə vaxt həll olunacağını və işə nə vaxt başlayacağını soruşduqda, 15 aprel 2023-cü il tarixdə müsahibə olacağını, həmin müsahibədən sonra işə başlayacağını demiş, eyni zamanda sənədlər siyahısı verərək bu müddət ərzində həmin sənədləri toplamasını tapşırmışdır. Zərərçəkmiş şəxs3 15 aprel 2023-cü il tarixdə onunla əlaqə saxlayaraq müsahibə keçirilmədiyini, işə nə vaxt başlayacağını soruşmuş, o isə hər dəfə Fədail ilə əlaqə saxlayan zaman müxtəlif bəhanələr gətirərək işi ilə ciddi maraqlandığını, qısa zaman ərzində həll edəcəyini demişdir. Fədail ilə danışan zaman müsahibənin təxirə salındığını, 05 may 2023-cü il tarixdə keçiriləcəyini, bundan sonra işinin həll olunacağını demişdir. 05 may 2023-cü il tarixdə Fədail onunla yenidən əlaqə saxlayaraq həmin gün də, müsahibə keçirilmədiyini, işinin nə yerdə qaldığını soruşduqda. o yenindən bəhanə gətirərək müsahibənin 15 may 2023-cü il tarixədək təxirə salındığını demişdir. Artıq Fədail onunla aqressiv danışmağa başlamış, o yalandan vədlər verərək Fədaildən 10 gün möhlət istəmiş, Fədail də, onunla razılaşaraq 15 may 2023-cü il tarixədək gözləyəcəyini demişdir. 15 may 2023-cü il tarixdə müsahibə keçirilmədiyi üçün Fədail ona zənglər etməyə başlamış, o isə daha bəhanə gətirə bilmədiyi üçün Fədailin zənglərinə cavab verməmişdir. Bundan sonra “vatsap” proqramında mesajlar yazaraq ona verdiyi 2500 manatı geri qaytarmasını tələb etmiş, o da, yalandan onun işi üçün Bakı şəhərində olduğunu, həmin işi həll edə bilməsə aldığı 2500 manatı geri qaytaracağını söyləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs6 vasitəsilə tanımışdır, Belə ki, Zərərçəkmiş şəxs4 Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Araz” marketin yaxınlığındakı avtomobil yuma obyektində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs6 ilə söhbətləşən zaman Zərərçəkmiş şəxs4 onun tanışı olduğunu, avtomobil yuma işindən çıxmaq və özünə normal bir iş axtardığını deyib, ondan Zərərçəkmiş şəxs4 X17 MMC-ə işə düz-qoş etməsini xahiş etmişdir. O, Adilə heç bir problem olmadığını deyərək Zərərçəkmiş şəxs4 X17 MMC-ə işə düzəltmək üçün rəhbərliklə danışacağını demişdir. Əslində isə onun Zərərçəkmiş şəxs4 həmin müəssisədə işə qəbul etdirimək üçün nə səlahiyyəti, nə də tanışı olmamışdır. Adilə Zərərçəkmiş şəxs4 işə düzəltmək adı altında 3000 manat məbləğində vəsait lazım olduğunu demiş, Adil də, problem olmadığını, Pərvizlə danışaraq xəbər edəcəyini söyləmişdir. 01 may 2023-cü il tarixdə Adillə əlaqə saxlayan zaman Adil ona Zərərçəkmiş şəxs4 və onun qardaşı Zərərçəkmiş şəxs5 ilə birlikdə olduğunu deyərək, söhbət etmək üçün onu “Versal” adlı kafeyə dəvət etmişlər. O, həmin yerə yollanmış, təxminən saat 19 radələrində adları çəkilən şəxslərlə həmin kafedə görüşmüş, birlikdə masa arxasında əyləşərək çay içib ordan-burdan söhbət etməyə başlamışlar. Danışıq zamanı o, Pərvizə “Pərviz Allah qoysa mən işləri həll etdikdən sonra səni X17 MMC-yə fəhlə kimi işə götüzdürəcəm, bunu həll etmək üçün isə bizə 3000 manat məbləğində vəsait lazımdır” söyləmişdir. Pərviz 3000 manat düzəldə bilməyəcəyini, sadəcə olaraq 2500 manat düzəldə biləcəyini demiş, eyni zamanda işi düzəltmək üçün 1 ay 10 gün müddətində möhlət verərək şərt kəsmiş, əks təqdirdə ona verəcəyi 2500 manatı geri istəyəcəyini, eyni zamanda bu iş alınmazsa Zərərçəkmiş şəxs6 tanıdığını söyləmişdir. O, Pərvizi özünə inandıraraq heç bir problem olmadığını, işinin həll olunduğunu deyib Pərvizi arxeyn salmışdır. Pərviz ona səhərisi gün 2500 manat vəsaiti verə biləcəyini söyləmiş, bundan sonra onlar sağollaşmışlar. Səhərisi gün, yəni 02 may 2023-cü il tarixdə Pərvizin qardaşı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisində “İlham” marketin yanında qardaşı Zərərçəkmiş şəxs4la birlikdə gözlədiyini söyləmiş, o da, Zərərçəkmiş şəxs6la birlikdə Taryelin dediyi yerə yollanmışdır. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs və qardaşı Zərərçəkmiş şəxs4 bir yerdə olduqlarını görmüş, Adillə birlikdə onlara yaxınlaşdıqdan sonra salamlaşaraq hal-əhval tutmuş, danışıq zamanı Zərərçəkmiş şəxs4 ona 2500 manat vəsaiti düzəltdiyini söyləmişdir. Bundan sonra Pərviz cibindən 2500 manat pulu çıxararaq qardaşı Taryelə vermiş, Taryel də, pulu saydıqdan sonra ona təqdim etmiş və ona eyni zamanda bu söhbətdə Zərərçəkmiş şəxs6 tanıdığını söyləmişdir. Zərərçəkmiş şəxs4 işi ilə əlaqədar qardaşı Təqsirləndirilən şəxs onunla tez-tez əlaqə saxlayaraq işin nə yerdə qaldığını soruşmuş, o da, hər dəfəsində müəyyən bəhanələr gətirərək iyun ayının 10-dək işinin həll olacağını demişdir. Lakin, Pərvizin işi həll olunmamış, çünki onlara verdiyi vəd yalandan ibarət olmuşdur. İşləmək, eləcə də, aldığı pulları qaytarmaq məqsədilə 30 may 2023-cü il tarixdə onlayn qaydada xx.xx.2023-cü il tarixə Rusiya Federasiyasının Mineralniye Vodi şəhərinə təyyarə bileti almış, 31 may 2023-cü il tarixdə yuxarıda qeyd olunan məqsədlə Bakı şəhəri Heydər Əliyev adına Hava Limanında olarkən onun barəsində edilən şikayətlərlə əlaqədar ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulduğunu aşkar etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 vasitəsilə tanımışdır. O, Zərərçəkmiş şəxs4 X17 MMC-ə işə düzəltmək adı altında 2500 manat məbləğində vəsaitini ələ keçirən ərəfədə Zərərçəkmiş şəxs5la tanış olmuşdur. Zərərçəkmiş şəxs4 2500 manat məbləğində vəsaiti aldıqdan təxminən 1 həftə sonra, yəni 09 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayaraq söhbətləşmək istədiyini demişdir. Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Araz” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki adsız obyektdə oturaraq çay içmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs5 ona işsizlikdən gileylənərək normal iş axtardığını deyib, ondan özünü X17 MMC-ə sürücü kimi işə düzəltməsini xahiş etmiş, qarşılığında isə 1600 manat məbləğində vəsait verəcəyini söyləmişdir. O, Zərərçəkmiş şəxs5la razılaşaraq 1600 manat məbləğində vəsait qarşılığında X17 MMC-ə işə götürə biləcəyini söyləmişdir. Bunu etməkdə məqsədi isə Tariyelin ona təklif etdiyi 1600 manat məbləğində vəsaiti ələ keçirmək olmuşdur. 12 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayaraq 1600 manatı düzəltdiyini demişdir. 12 may 2023-cü il tarixdə saat 19 radələrində Daşkəsən şəhəri, Məhəmməd Əsədov küçəsində yerləşən adsız obyektdə görüşən zaman Tariyel cibindən çıxardığı 1600 manat məbləğində vəsaiti ona təqdim etmişdir. O, Tariyelə narahat olmamasını, işinin həll olunduğunu söyləmişdir. Həmin vəsaiti isə şəxsi işləri üçün xərcləmək, eləcə də borclarını ödəmək üçün əldə etmişdir. Bir müddət keçdikdən sonra Tariyel həm öz işi, həm də, qardaşı Zərərçəkmiş şəxs4 işi ilə bağlı onunla əlaqə saxlamış, o, hər dəfəsində müəyyən bəhanə gətirərək işinin qısa müddətə həll olunacağını demişdir. Zərərçəkmiş şəxs6 ilə münasibəti müştəri qismində onun avtomobili ilə hərəkət edərkən yaranmış, dəfələrlə müəyyən yerlərə gedən zaman taksi kimi Zərərçəkmiş şəxs6 idarə etdiyi Opel markalı avtomobildən istifadə etmişdir. Adillə bir neçə dəfə çayxanada söhbət edən zaman o, Adilə gübrə işinə girməyi təklif etmiş, Ağdaş rayonu ərazisində tanış şəxslər olduğunu, gübrə alış-verişi ilə məşğul olduqlarını, onlardan gübrə alaraq satmaq istədiyini söyləmişdir. Onun təklifi Adilə maraqlı gəlmiş və Adil onunla razılaşmışdır. O, Adil ilə iş qurmaq barədə söhbət etsə də, Adillə iş görmək fikrində olmuş, yəni qazanc əldə edərək qazancdan Adilə də verməyi düşünmüşdür. 15 aprel 2023-cü il tarixdə Adil ilə əlaqə saxlayaraq görəcəyi gübrə işi ilə əlaqədar təcili olaraq 1500 manat vəsait lazım olduğunu söyləmiş, Adil ona hazırda özündə pul olduğunu, axşam verə biləcəyini demişdir. O, Adilə heç bir problem olmadığını, xeyirin yaxşı olacağını deyib sonuncunu buna inandırmışdır. 15 aprel 2023-cü il tarixdə Adil onunla əlaqə saxlayaraq 1500 manatı düzəltdiyini, görüşərək həmin vəsaiti ona verə biləcəyini söyləmiş, həmin günün axşamı, təxminən saat 19 radələrində Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Bizim Market”in yaxınlığında Adillə görüşərək 1500 manat məbləğində vəsaiti ondan götürmüşdür. Bundan sonra gübrə işi ilə əlaqədar tanışları ilə əlaqə saxlayıb qiyməti maraqlanmış, həmin vaxtı gübrənin qiyməti bahalaşdığı üçün qazanc əldə etməyin mümkün olmadığını müəyyən etmiş, lakin bu barədə Adilə heç nə deməmişdir. Adildən əldə etdiyi 1500 manat məbləğində vəsaiti özündə saxlayaraq gübrənin qiyməti düşdükdən sonra istifadə etmək qərarına gəlmişdir. Eyni zamanda bir qədər borcları olduğu üçün Adildən əldə etdiyi 1500 manat məbləğində vəsaiti borclarını ödəməyə istifadə etmiş, Adilə vəd etdiyi gübrə işini isə görə bilməmişdir. Həmin ərəfələrdə borcları çox olduğu üçün qaytarmaqda çətinlik çəkmiş, bu səbəbdən Adil ilə təkrar əlaqə saxlayaraq onu təkrar aldatmaq qərarına gəlmiş, 17 may 2023-cü il tarixdə Adil ilə əlaqə saxlayaraq əlinə ucuz gübrə düşdüyünü, təcili olaraq həmin gübrəni alaraq saxlamaq 5000 manat lazım olduğunu u demiş, qiymətlər qalxdıqdan sonra satıb gəlir əldə edəcəyini söyləmişdir. Eyni zamanda pulu tapa bilməsə işin pozulacağını da söyləmişdir. Həmin gün axşam saatlarında Adil onunla əlaqə saxlayaraq 2000 manat düzəldə bildiyini demişdir. Həmin gün saat 19 radələrində Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Bizim market”in yaxınlığında görüşmüşlər. Adil cibindən çıxararaq 2000 manatı ona təqdim etmiş, eyni zamanda qısa zaman ərzində 3000 manatı da, düzəldəcəyini söyləmişdir. Bundan sonra o, Adilə yalandan vədlər verərək Adili həvəsləndirmiş, yalandan işlərin çox yaxşı olduğunu, xeyli miqdarda xeyir götürəcəklərini söyləmişdir. Səhərisi gün, yəni 18 may 2023-cü il tarixdə Adil onunla təkrar əlaqə saxlayaraq 3000 manatdan 2800 manat düzəldə bildiyini, nə qədər çalışsa da, 3000 manat düzəldə bilmədiyini söyləmişdir. O, onsuz da, əvəzsiz olaraq pul əldə etdiyi üçün Adil ilə razılaşaraq həmin gün saat 19 radələrində yenidən “Bizim market”in qarşısında görüşmüş və Adildən 2800 manatı götürmüşdür. Adil ondan nə vaxt xeyir götürəcəklərini soruşduqda, Adili aldadaraq 28 may 2023-cü il tarixədək xeyir götürəcəklərini demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşmuş, o, hər dəfəsində Adilə bəhanələr gətirərək iş üçün çalışdığını demişdir. Son vaxtlar isə Adilin zənglərinə cavab verməmişdir. əməldən son dərəcə səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə ödəmiş, qalan ziyanı da qısa müddətdə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri ərazisində evlərini kirayə verən şəxslərlə danışaraq həmin evlərdə qalacaq şəxslər müəyyən etməklə məşğul olur. Təqsirləndirilən şəxsla arabir oturaraq dərtləşmiş, aralarında dostluq münasibəti yaranmışdır. Hər dəfə söhbətləşən zaman o, Taryelə işsizlikdən gileylənmişdir. Təqsirləndirilən şəxs ona özünün də, onun üçün iş axtardığını, bir sıra şəxslərlə əlaqələrinin olduğunu, onun haqqında həmin şəxslərlə danışdığını, imkan olan kimi onu işlə təmin edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs inamlı, sözünə düz birisi kimi tanımışdır. Təxminən 3 ay bundan əvvəl yəni 24 fevral 2023cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ilə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən "xxxx" şərti adlı çay evində oturan zaman Taryel ona X17 MMC-də iş tapdığını demiş, o, Taryelin həmin xəbərinə çox sevinmiş və Taryeldən işə düzəlmək üçün nə lazımdırsa edəcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona həmin işə düzəlmək üçün bəzi şəxslərə hörmət etmək lazım olduğunu demiş, bunun üçün 4000 manat məbləğində vəsait verməli olduğumu söyləmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. Taryeldən təxminən 1 həftə vaxt istəyərək həmin pulu bankdan kredit götürməklə düzəldə biləcəyini söyləmiş, Taryel də, ona heç bir etiraz etməmişdir. O evdə olan zaman valideynlərinə də, bu haqda məsləhət etdikdə, anası onun iş məsələsinə sevinmiş, eyni zamanda özü heç bir yerdə işləmədiyi üçün kredit almağı mümkün olmamışdır. Bu səbəbdən anası Şahid2 ilə danışdıqdan sonra anası ona özündə 4000 manat pul olduğunu, həmin pulu işinin düzəlməsi üçün ona verə biləcəyini söyləmişdir. 02 mart 2023-cü il tarixdə anası Şahid2 4000 manat məbləğində pulu götürdükdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb "xxxx" şərti adlı çay evində görüşmüşlər. Taryelə işi üçün lazım olan 4000 manatı düzəltdiyini deyib cibindən 4000 manat məbləğində vəsaiti çıxararaq Taryelə təqdim etmişdir. O, Taryeldən nə vaxt işə başlayacağını soruşduqda, Taryel pulu saya-saya ona 21 iş günü ərzində işə başlayacağını demişdir. Bundan sonra onlar sağollaşmışlar. 21 gün sonra, yəni 23 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq işin nə yerdə qaldığını soruşduqda, Taryel ona “Novruz” bayramı ilə əlaqədar müsabiqənin təxirə salındığını, bu səbəbdən 05 aprel 2023-cü il tarixdə müsabiqə olacağını demişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona iki vərəqədən ibarət təlimat da verərək, həmin təlimatda qeyd olunan şərtləri oxumasını tapşırmışdır. 05 aprel 2023-cü il tarixdə Taryel ilə təkrar əlaqə saxlamış, bu zaman Taryel yenidən ona bəhanələr gətirərək bəzi problemlər olduğunu, bu səbəbdən də, müsabiqəni 1 ay sonraya təyin etdiklərini demişdir. Taryelin yalan danışması ilə bağlı onda şübhələr yaranmış, Taryel ilə söhbət edərkən etdiyi söhbətin çiy söhbət olduğunu, əgər iş alınmırsa pulunu qaytarmasını xahiş etmişdir. Lakin, Taryel ona andlar içərək işin real iş olduğunu, sadəcə olaraq bəzi problemlər yarandığını demişdir. Məcbur qalaraq gözləməli olmuş, nəhayət 05 may 2023-cü il tarixdə təkrar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və işin nə yerdə qaldığını soruşmuşdur. Taryel ondan son 10 gün müddət istəyərək müsabiqənin 15 may 2023-cü il tarixədək təxirə salındığını söyləmiş, o da Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə müsabiqə keçirilməsə bir mənalı olaraq onun pulunu qaytarmasını tələb etmişdir. O, artıq Taryelin yalan danışdığını dərk etmiş, sadəcə olaraq bir ümid bəsləyərək işinin alınacağını arzu etmişdir. 15 may 2023-cü il tarixdə Taryel ilə əlaqə saxlayan zaman Taryel müsabiqənin yenidən təxirə salındığını dedikdə o, Taryeldən 4000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan 2 gün möhlət istəyərək pulunu 17 may 2023-cü il tarixdə qaytaracağını söyləmiş, 17 may 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, Taryel onun telefon zənglərinə cavab verməmişdir. Hazırda ona dəymiş maddi ziyandan 500 manat təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 2100 manat məbləğin isə ödənilməsi barədə razılaşmışlar. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Buna görə də, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin biznesin idarə edilməsi ixtisası üzrə 3cü kursun qiyabi təhsil alır. Eyni zamanda uzun müddətdir ki, iş axtarır. Bu barədə dəfələrlə müxtəlif qurumlara, o cümlədən X17 MMC-ə CV-lər tərtib edərək müraciət etmiş, lakin, bu günədək heç bir müsbət cavab almamışdır. 2023-cü ilin mart ayında qardaşı Şahid3 idarə etdiyi KİA markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Daşkəsən rayonua gələrkən Ləki rayonu ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, sonuncuya köməklik edərək onu özü ilə birlikdə Daşkəsən rayonu ərazisinə gətirmişdir. Yol boyu söhbətləşən zaman Təqsirləndirilən şəxs qardaşına X17 MMC-də filizə nəzarətçi işlədiyini söyləmiş, bu zəmində qardaşı Şamil də Taryelə onun haqqında danışaraq iş axtardığını, dəfələrlə X17 MMC-ə CV-lər tərtib edərək müraciət etdiyini, lakin müsbət cavab almadığını söyləmişdir. Taryel isə öz növbəsində özünü həmin müəssisədə hörmətli birisi kimi təqdim edərək onun X17 MMC-ə asan yolla işə girməyinin mümkün olmadığını demişdir. X6 işə hansı yolla düzələ biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs onun özü ilə söhbət etməsinin daha düzgün olduğunu demişdir. Şahid3 Daşkəsən rayonuna gəldikdə, yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs haqqında ona danışmış və mobil nömrəsini ona verərək əlaqə saxlamasını söyləmişdir. Səhərisi gün o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla əlaqə saxlamnış, bir qədər danışdıqdan sonra Təqsirləndirilən şəxs ona işə düzəlmə məsələsini həll edə biləcəyəyini vəd edərək Novruz bayramından sonra görüşmələrini istəmişdir. O, Taryelin danışığından onun həqiqətən həmin müəssisədə hörmətli bir şəxs olduğunu və onu işə düzəldə biləcəyini düşünmüşdür. Təxminən 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşmək üçün Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Araz” şərti adlı marketin qarşısına gəlmişdir. Həmin gün təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs ilə “Araz” marketin qarşısında görüşmüş, birlikdə “Araz” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki adsız obyektə daxil olaraq masalardan birində əyləşmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona X17 MMC-ə işə düzəlməyin yalnız bir yolu olduğunu, onu da, özünün həll edə biləcəyini demişdir. Taryelə tam inanaraq onu həmin müəssisəyə işə götürə biləcəyinə əmin olmuşdur. Bundan sonra X7 Filiz MMC-ə işə necə düzələcəyini soruşmuşdur. Taryel ona işə düzəlmək üçün 4000 manat məbləğində vəsait lazım olduğunu demişdir. Taryelə həmin məbləğdə vəsaiti düzəldə bilməyəcəyini söyləmişdir. Taryel bir qədər düşündükdən sonra ona hörmət etdiyini deyib 3500 manat məbləğində vəsaitə bu işi həll edə biləcəyini söyləsə də, o həmin miqdarda vəsait də, düzəldə bilməyəcəyini demişdir. Lakin, danışıq zamanı Taryelə işini düzəltdikdən sonra həmin pulu hissə-hissə verə biləcəyini demişdir. Səhərisi gün, 28 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq işi ilə bağlı dediyi şəxslə danışdığını və xeyir edən bir təklifinin olduğunu söyləmişdir. Taryel ona işə girməmişdən əvvəl 2500 manat verməli olduğunu, geri qalan 1000 manat məbləğində vəsaiti isə işləyə-işləyə 3 ay ərzində ödəməli olduğumu demişdir. Taryelin sonuncu təklifini düşünəcəyini demişdir. Bu barədə qardaşı Şamillə də, məsləhətləşdikdən sonra Şamil ona işə düzəlmək üçün başqa yol olmadığını, Taryelin təklifi ilə razılaşmasınıı söyləmişdir. 30 mart 2023-cü il tarixdə Taryel ilə əlaqə saxlayaraq təklifi ilə razılaşdığını, 2 günədək 2500 manat məbləğində vəsaiti düzəldə biləcəyini demişdir. O, qardaşı Şamildən işi üçün 31 mart 2023-cü il tarixdə 2500 manat məbləğində borc vəsait istəmiş, bundan sonra 01 aprel 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq “Araz” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki adsız obyektdə görüşmüş və 2500 manat məbləğində vəsaiti Taryelə vermişdir. Bu zaman Taryel narahat olmamasını, ən geci 05 may 2023-cü il tarixədək işə qəbul olacağını söyləmişdir. Təqsirləndirilən şəxs ona uzağı 15 aprel 2023-cü il tarixədək işə qəbulla bağlı müsabiqədə iştirak edəcəyini demişdir. 15 aprel 2023-cü il tarixdə müsabiqə keçirilməmişdir. Taryel ilə əlaqə saxlayaraq müsabiqə keçirilmədiyini demişdir. Taryel müsabiqənin ləğv olunduğunu, 05 may 2023-cü il tariəxədək işə düzələcəyini demişdir. Məcbur qalaraq həmin tarixədək Taryelin vədinə inanmalı olmuşdur. 05 may 2023-cü il tarixdə işə düzəlmə məsələsi həll olunmadığı üçün təkrar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Bu zaman Taryel ona bəzi problem olduğunu, qəbulun 10 gün sonraya təxirə salındığını söyləmişdir. Taryelə inamı itdiyindən Taryelin onu aldatdığını düşünmüşdür. 15 may 2023-cü il tarixdə işə qəbul məsələsi alınmamış, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsa da, artıq Taryel onun zənglərinə cavab verməmişdir. Sadəcə olaraq “Vastap” proqramında yazdığı smslərə cavab yazmışdır. “Vatsap” proqramında yazaraq verdiyi 2500 manat məbləğində vəsaiti geri qaytarmasını tələb etmişdir. Taryel hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı 2500 manat məbləğində vəsaiti qaytarmaq üçün Bakı şəhərinə getdiyini və işi həll edəcək vəzifəli şəxsdən həmin pulu alaraq gələcəyini demişdir. Lakin, Taryel hər dəfəsində müxtəlif bəhanə gətirərək sözdə vəzifəli şəxs ilə görüşə bilmədiyini və həmin pulu ondan ala bilmədiyini demiş, bu zəmində aralarında mübahisələr yaranmışdır. Bundan sonra o, Daşkəsən rayon polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs dələduzluğu barədə məlumat vermişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən adsız obyektdə avtomobil yuma ilə məşğul olur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 vasitəsilə tanımışdır. 28 aprel 2023-cü il tarixdə işlədiyi avtomobil yuma obyektində olarkən Zərərçəkmiş şəxs6 ilə qarşılaşmış, söhbət əsnasında işinin çox çətin olduğunu, normal bir iş axtardığını deyib, ona iş tapmasını xahiş etmişdir. Adil onun üçün normal iş axtaracağını söyləmişdir. Təxminən 2 gün sonra Zərərçəkmiş şəxs6 işlədiyi obyektə gələrək Təqsirləndirilən şəxs adlı şəxsin tanışı olduğunu, hazırda X14 rəhbər işçilərdən olduğunu, onun haqqımda Taryelə danışdığını və hazırda normal iş olduğunu demişdir. Adil ona 30 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Daşkəsən şəhərinə gələcəyini, həmin vaxtı onun da, orada olmalı olduğunu söyləmişdir. Həmçinin Adil ona X17 MMC-ə işə düzəlmək üçün 3000 manat məbləğində vəsait lazım olduğunu demişdir. 01 may 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs6 ilə Daşkəsən şəhərində görüşərək “Versal” şərti adlı kafeyə getmiş, həmin vaxtı Təqsirləndirilən şəxsla orada görüşmüşdür. Söhbət əsnasında Taryel Adil və ona onun işinin həll olunduğunu, sadəcə olaraq bəzi sənədləşmə işləri aparmaq üçün bir qədər xərc çəkmək lazım olduğunu demişdir. 02 may2023-cü il tarixdə Adil ilə əlaqə saxlayaraq işə düzəlmək üçün 3000 manat məbləğində vəsait düzəldə bilmədiyini, sadəcə olaraq 2500 manat düzəldə bildiyini demişdir. Adil Təqsirləndirilən şəxsla danışmağının məsləhət olduğunu söyləmişdir. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq işi 2500 manata həll etməsini xahiş etmiş və onlar razılaşmışlar. Həmin gün saat 16 radələrində qardaşı Tariyellə birlikdə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisində faəliyyət göstərən İlham adlı şəxsin marketinin qarşısında Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs ilə görüşmüş və qardaşı Təqsirləndirilən şəxs onlara 2500 manat məbləği götürdükdən sonra təxminən 30 gün müddətində işini düzəldəcəyini demişdir. qardaşı Tariyel və Eşqin, tanışı Adil yanında 2500 manatı çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Hər ehtimala qarşılıq həmin görüntünü mobil telefon vasitəsilə çəkərək telefonunun yaddaşında saxlamışdır. Bundan sonra sənədləşmə işləri ilə bağlı əlavə olaraq 100 manat da, xərc çəkmişdir. Təxminən 20 gün keçdikdən sonra qardaşı Tariyel işi düzəldən Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs hər dəfəsində müsbət vədlər verərək qısa zaman ərzində işin həll olacağını və onun işə başlayacağını demişdir. Eyni zamanda onun məvacibinin təxminən 650 manat civarında olacağını söyləmişdir. 25 gün keçməsinə baxmayaraq onun işi öz həllini tapmamışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman o hər dəfəsində müxtəlif bəhanələr gətirərək işin həll olacağını demişdir. Son zamanlar isə Təqsirləndirilən şəxs zənglərə cavab verməmişdir. 28 may 2023-cü il tarixdə Daşkəsən şəhərində olan zaman qardaşı Tariyel və tanışı Zərərçəkmiş şəxs6 ilə qarşılaşmış, söhbət əsnasında o Adilə Təqsirləndirilən şəxs zənglərə cavab vermədiyini dedikdə, Zərərçəkmiş şəxs6 ona Təqsirləndirilən şəxs dələduz birisi olduğunu və ona qarşı da dələduzluq edərək pul vəsaitini ələ keçirdiyini və qaçdığını demişdir. Bundan sonra onlar birlikdə rayon polis şöbəsinə gələrək bu barədə məlumat vermişdir. Hazırda ona dəymiş maddi ziyandan 500 manat təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 2000 manat məbləğin isə ödənilməsi barədə razılaşmışlar. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Buna görə də, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri ərazisində fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 və qardaşı Zərərçəkmiş şəxs4 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs4 X17saflaşdırma MMC-ə işə düzəltmək ilə bağlı Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Versal” şərti adlı kafedə söhbətləşən zaman görmüş, danışıqlara əsasən Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs4 2500 manat almaq müqabilində X17 MMC-ə fəhlə kimi düzəldəcəkdi. Taryelin danışığından çox alicənab və sözünə düz birisi olduğunu hiss etmiş, məhz münasibəti həmin vaxtdan yaranmışdır. Hətta Zərərçəkmiş şəxs4 “X17” MMC-ə işə düzəlməkdən ötrü 2500 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən İlham adlı marketin qarşısında verərkən, o da, orada olmuşdur. 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışaraq görüşmək istədiyimi demiş və axşam saatlarında Təqsirləndirilən şəxs ilə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən “Araz” marketin yerləşdiyi binanın ikinci mərtəbəsindəki adsız obyektdə masada oturaraq söhbətləşmişlər. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs onu da, X17 MMC-də işə düzəltməsini xahiş etmişdir. Taryel ondan nə işi görə biləcəyini soruşduqda, sürücü işi olsa yaxşı olar demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona hazırda MMC-də sürücü axtarıldığını deyərək, əgər istəsə onu həmin işə düz-qoş edə biləcəyini söyləmişdir. O, Taryelə minnətdarlığını bildirərək işə düzəlmək üçün nə etməli olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həmin işə düzəlmək müqabilində 1600 manat məbləğində vəsait verməli olduğunu demişdir. 11 may 2023-cü il tarixdə Unibank ASC-nin Gəncə şəhər filialından 1600 manat kredit götürərək Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və saat 15 radələrində Daşkəsən rayon prokurorluğunun yerləşdiyi inzibati binanın yaxınlığındakı adsız obyektdə görüşərək 1600 manat məbləğində Taryelə vermidşir. Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə X17 MMC-də işə başlayacağını demişdir. Təqsirləndirilən şəxs ilə “vatsap” proqramı vasitəsilə mütəmadi əlaqə saxlamışdır. İşi ilə bağlı sağlamlıq haqqında arayış, 3x4 ölçüdə 4 ədəd foto-şəkil, icra nümayəndəliyindən yaşayış yeri barədə arayış və şəxsiyyət vəsiqəsinin surətini əldə edərək Təqsirləndirilən şəxs vermişdir. 21 may 2023-cü il tarixdə əlaqə saxlayan zaman Təqsirləndirilən şəxs ona vəzifəsinin qalxdığını, işlərin daha da yaxşı olacağını söyləmiş, işimin 100 faiz həll olunacağını demişdir. 23 may 2023-cü il tarixdə Taryel ilə əlaqə saxlayan zaman o, həm öz işi həm də Pərvizin iş ilə əlaqədar Bakı şəhərində olduğunu, işləri həll edib axşama rayona gələcəyini demişdir. Son vaxtlar Təqsirləndirilən şəxs zənglərə cavab verməmiş, eləcə də smslərə gec-gec cavab yazmışdır. 25 may 2023-cü uk tarixdə Təqsirləndirilən şəxs vatsap proqramında sms yazsa da, sonuncu ümumiyyətlə onun sms-i oxumamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını və işə düzəltmək adı altında 1600 manat məbləğində vəsaitimi ələ keçirərək ona qarşı dələduzluq etdiyini dərk etmişdir. Hazırda ona dəymiş maddi ziyandan 500 manat təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 800 manat məbləğin isə ödənilməsi barədə razılaşmışlar. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Buna görə də, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, OPEL markalı, Astra modelli, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs taksilik edərkən müştəri qismində tanımışdır. Təqsirləndirilən şəxs taksi kimi daşıyan zaman ordan-burdan söhbət edərkən Təqsirləndirilən şəxs Daşkəsən Dəmir-Filiz MMC-də filizə nəzarət işində işlədiyini öyrənmişdir. Təqsirləndirilən şəxs sifarişə əsasən daşıyarkən Taryel ona əlavə iş gördüyünü və gördüyü işin çox xeyirli olduğunu söyləmişdir. Taryeldən sözügedən işin nə iş olduğunu soruşduqda, ona Rusiya Federasiyası və Ukrayna Respublikası ərazisindən gübrə gətirərək respublika ərazisində satmaqdan ibarət olduğunu və həmin işin çox xeyirli iş olduğunu söyləmişdir. Bundan sonra Taryel ona həmin işə qoşmaq istədiyini demiş, o, Təqsirləndirilən şəxs ona etdiyi təklifə çox sevinmişdir. Təqsirləndirilən şəxs hərəkətlərindən onun sözünə düz biri, o cümlədən alicənab birisi olduğunu düşündüyü üçün şərikli gübrə işinə girmək təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq həmin işə qoşulmaq üçün vəsait qoymalı olduğunu demiş və ona lazım olduqca ondan pul istəyəcəyini söyləmişdir. Bundan sonra o, həmin xeyirin nə olacağını soruşduqda, ona çox pul qazanacaqlarını, orta hesabla qoyulan pulun iki qatını götürəcəklərini vəd etmişdir. 15 aprel 2023-cü il tarixdə Taryel ona zəng edərək gübrə tapdığını, həmin gübrəni təcili olaraq almaq lazım olduğunu, bunun üçün 1500 manat məbləğində vəsait lazım olduğunu demişdir. O, qısa zamanda 1500 manat məbləğində vəsaiti taparaq ona göndərəcəyini söyləmişdir. Həmin ərəfədə özündə olan 1500 manat həmin günü axşam təxminən saat 19 radələrində Daşkəsən şəhəri ərazisində, “Bizim market”-in qarşısında əlbəəl Taryelə vermişdir. Taryel həmin pulu ondan götürən zaman işlərin çox yaxşı olacağını, maddi cəhətdən vəziyyətin düzələcəyini söyləmişdir. 17 may 2023-cü il tarixdə Taryel yenidən onunla əlaqə saxlayaraq yuxarıda qeyd olunan məqsədlə təcili olaraq 5000 manat məbləğində vəsait lazım olduğunu demiş və eyni zamanda bu partiyanın əvvəlki partiyalardan daha da vacib olduğunu, həmin məbləğdə vəsaiti təcili olaraq tapmasını söyləmiş, əks təqdirdə həmin işin pozulacağını demişdir. Bundan sonra o, ilk olaraq özündə olan 2000 manat pulu həmin gün saat 19 radələrində Taryellə Daşkəsən şəhəri ərazisində faəliyyət göstərən “Bizim market”-in qarşısında Taryelə vermişdir. Taryel geri qalan 3000 manatı nə vaxt düzəldəcəyini soruşduqda, səhərə kimi 3000 manatı düzəldəcəyini demişdir. 18 may 2023-cü il tarixdə tanışı Əsəd ilə əlaqə saxlayaraq vəziyyəti danışıb 3000 manat məbləğində vəsaiti borc istəmiş, Əsəd ona heç bir etiraz etməyərək sadəcə olaraq 2800 manat borc verə biləcəyini demişdir. Bundan sonra Əsədin olduğu yerə gedərək ondan həmin pulu götürmüş, daha sonra isə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb saat 19 radələrində Daşkəsən şəhəri ərazisində “Bizim Market”in yaxınlığında görüşmüş və Taryelə təqdim etmişdir. Bu zaman Taryel ona 29 may 2023-cü il tarixdə qoyduğu pulu, eləcə də xeyiri götürəcəyini demişdir. Təxminən 8 gün sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu soruşmuş, danışıq zamanı Taryel ona həmin işlə bağlı Bakı şəhərinə getdiyini və onunla əlaqə saxlayacağını söyləmişdir. Təxminən 2 gün sonra, yəni 28 may 2023-cü il tarixdə təkrar Tayel ilə əlaqə saxlamağa çalışmış, lakin, Taryel onun zənglərinə cavab verməmişdir. Hazırda ona dəymiş maddi ziyandan 500 manat təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 5050 manat məbləğin isə ödənilməsi barədə razılaşmışlar. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Buna görə də, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 gübrə işinə girmək üçün ondan borca 1 həftəlik pul istəmişdir. Onda maşını üçün pul olduğunu dedikdə, həmin pulu borc olaraq ondan istəmiş və o da razılaşaraq 2800 manat məbləğində pulu Daşksəsən rayonunda yerləşən Bizim marketiin qabağında Adilə vermişdir. Zərərçəkmiş şəxs6 bir daha nəyə görə borc istədiyini soruşduqda, o yenə də gübrə işinə girdiyini bildirmiş və dediyi vaxtda borcu qaytarmışdır. Bir qədər sonra isə ondan borca aldığı pulu Təqsirləndirilən şəxs verdiyini öyrənmişdir. O, əvvəllər də, Təqsirləndirilən şəxs guya işə düzəltmək adı ilə vətəndaşlardan pul alaraq dələduzluq yolu ilə ələ keçiridiyini eşitmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhərindən Daşkəsən rayonuna gələrkən yolda tanış olmuşdur. Yolda söhbət zamanı Təqsirləndirilən şəxs ona X17 MMC-da işlədiyini demişdir. O da, qardaşı Zərərçəkmiş şəxs3 işsiz olduğunu, bir neçə dəfə həmin müəssisəyə “CV” yolldağını, lakin işə qəbul ola bilmədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ora işə qəbul olmaq üçün qardaşına kömək edə biləcəyini demişdir. O, necə olacağını soruşduqda Təqsirləndirilən şəxs müəyyən şəxslərlə əlaqə yaradaraq pul verərək işə girə biləcəyini demişdir. Bundan sonra ondan əlaqə nömrəsi istəmişdir. 2 gün sonra ona zəng edərək qardaşının işini danışdığını, onu ora işə düzəldə biləcəyini demiş və müəyyən sənədlər istəmişdir. Qardaşıyla görüşərək həmin sənədləri götürüb ondan xəbər gözləməsini bildirmişdir. Bir neçə gün sonra isə “müəllimdən” razılıq aldığını deyərək, pulu verməklərini xahiş etmişdir. O, öz adına bankdan kredit götürərək 3500 manat pulu Taryelə verməsi üçün qardaşı Fədailə vermişdir. Qardaşı isə həmin puldan müəyyən hissəsini Taryelə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs5 zəng edərək işə düzəldə biləcəyini deyərək görüş təyin etmiş və pulu gətirməyini istəmişdir. O da qardaşı ilə birlikdə təqsirləndirilən şəxsin yanına gedərək 2500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra isə digər qardaşı Zərərçəkmiş şəxs4 da, Təqsirləndirilən şəxs 1600 manat pul vermiş, lakin həmin vaxt o, orada olmamışdır. Təqsirləndirilən şəxs qardaşlarından həmin pulları onları işə düzəldəcəyi adı ilə almış, lakin onların heç birini işə düzəltməmiş və pullarını geri qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər Ağdaş rayon Aşağı Ləki kənd İcra nümayəndəliyində bir yerdə işləmiş və oradan tanımışdır. Oğlu Sənanı polisə işə düzəltmək üçün əri Zərərçəkmiş şəxs1 Taryelə pul vermişdir. Belə ki, söhbət əsnasında Taryeldən xahiş etmişdir ki, oğlunu polisə işə düzəltsin. Taryeldə əlaqələri vasitəsilə oğlunu polisə işə düzəldə biləcəyini demişdir. Bunun müqabilində Ağdaş rayonunda yerləşən bankın qarşısında Taryelə 3500 manat pul vermişlər. Bundan sonra Taryel söz vermişdir ki, 2 ay ərizəndə oğlunu işə düzəldəcək. Lakin, dediyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq oğlunu işə düzəltməmiş və pulu geri qaytarmamışdır. Buna görə də, bu barədə şikayət etmişlər. Şikayətdən sonra onlara dəymiş ziyandan 2500 manatını qaytarmış, qalan pulu da hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 şərikli gübrə alış-verişi etmək adı altında Təqsirləndirilən şəxs ümumilikdə 6300 manat məbləğində vəsaiti verdiyi yer Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Bizim” marketin qarşısıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 onu X17 MMC-ə işə düzəltmək adı altında Təqsirləndirilən şəxs 2500 manat məbləğində vəsaiti verdiyi yer Daşkəsən rayonu,Yuxarı Daşkəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən “İlham” marketin qarşısıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 onu X17 MMC-ə işə düzəltmək adı altında Təqsirləndirilən şəxs 4000 manat məbləğində vəsaiti verdiyi yer Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" adlı çaç evidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 onu X17 MMC-ə işə düzəltmək adı altında Təqsirləndirilən şəxs 1600 manat məbləğində vəsaiti verdiyi yer Daşkəsən şəhəri, Məhəmməd Əsədov küçəsində fəaliyyət göstərən adsız obyektdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 onu X17 MMC-ə işə düzəltmək adı altında Təqsirləndirilən şəxs 2500 manat məbləğində vəsaiti verdiyi yer Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Araz” marketin fəaliyyət göstərdiyi binanın ikinci mərtəbəsində yerləşən adsız obyektdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 X8 rayon polis şöbəsinin post patrul xidməti taqımına polis nəfəri kimi işə düzəltmək adı altında Təqsirləndirilən şəxs 3500 manat məbləğində vəsaiti verdiyi yer Ağdaş şəhəri, 20 Yanvar küçəsi, Ağdaş RPŞ-nin yaxınlığında yerləşən kafedir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 “X17” MMCə işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman sonuncu ilə vatsap proqramında aralarında olan yazışmaları A4 formatlı kağızlara köçürməklə istintaqa təqdim etmiş, təqdim olunan əşyaya baxış keçirilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan “Götürmə aparılması haqqında” 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “Samsung A10S” markalı mobil telefonun «Qalereya» bölməsində 1 ədəd 44 saniyədən ibarət videogörüntü faylı aşkar edildi. Zərərçəkmiş şəxs4 həmin videogörüntünü göstərərək “İlham”adlı market quraşdırılmış nəzarət müşahidə kamerası tərəfindən çəkilmiş görüntü olduğunu bildirdi. Bundan sonra həmin görüntü açıldı. Görüntü açıldıqda müəyyən edildi ki, mobil telefonla “Prima” markalı televizorda əks olunan görüntü videoçəkiliş edilir.Həmin görüntüdə yolun kənarında 5 nəfər şəxsin dayandığı və söhbət etdikləri, eyni zamanda bir nəfər ayağında ağ rəngli ayaqqabısı olan şəxsin nə isə saydığı görünür. Zərərçəkmiş şəxs4 video qeyd olunan 5 nəfər şəxslərin özü, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Şahid4dur. Ayağında ağ rəngli ayaqqabısı olan şəxsin Təqsirləndirilən şəxs olduğunu, əlində isə ona verdiyi 2500 manat məbləğində vəsaiti saydığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumlğu yoxdur. İşdə olan Elektron mobil axtarış portalından əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdən 02 iyun 2023-cü il tarixədək “X17” MMCdə filizə nəzarət texniki vəzifəsində işləmişdir. İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” 28 avqust 2023-cü il tarixli 360322 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə, saat 22:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan tədbirinin seçilməsi haqqında” Daşkəsən Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 4(030)-13/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 9 gün müddətə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Ağdaş rayon İHB-nın Aşağı Ləki kənd İƏÜN-nin xx.xx.2023-cü il tarixli 5-32- 12/2-287/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində qeydiyyatdadır. İşdə olan Ağdaş rayon İHB-nın Aşağı Ləki kənd İƏÜN-ni tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan AZ İV № 667895 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən Daşkəsən Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onlara olan borcun bir hissəsini yəni 500 manatını ödəmişdir. Hazırda isə qalan borcu hissə-hissə verəcəyinə söz vermişdir. Odur ki, onun barəsində daha yüngül cəza verilməsini xahiş edirlər. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən, xeyli miqdarda, öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərin bir qisminin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərin bir qisminin ondan şikayətçi olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1i ünvanında yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:30-dək tərk etməmək, Ağdaş rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübutlar olan “Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs3 X17 MMC-ə işə düzəltməsi ilə bağlı olan vatsap yazışmalarının əks olunduğu 3 ədəd A4 formatlı kağızlar” və “Zərərçəkmiş şəxs4 könüllü olaraq təqdim etdiyi Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən İlham marketin qarşısıda Təqsirləndirilən şəxs 2500 manat məbləğində vəsaiti verən zaman sözügedən marketin nəzarət müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntünün köçürüldüyü bir ədəd CD disk” cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 28 avqust 2023-cü il tarxidən 17 noyabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) ay 19 (on doqquz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 5 (beş) ay 8 (səkkiz) gün müddət, ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və o, qəti olaraq 2 (iki) il 6 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1ində yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:30-dək tərk etməmək, Ağdaş rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar olan “Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs3 X17 MMC-ə işə düzəltməsi ilə bağlı olan vatsap yazışmalarının əks olunduğu 3 ədəd A4 formatlı kağızlar” və “Zərərçəkmiş şəxs4 könüllü olaraq təqdim etdiyi Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən İlham marketin qarşısıda Təqsirləndirilən şəxs 2500 manat məbləğində vəsaiti verən zaman sözügedən marketin nəzarət müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntünün köçürüldüyü bir ədəd CD disk” cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən, elan olunduğu, həbsdə saxlanılan şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar