Məhkəmə qərarları › İş №1(030)-14/2024

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-14/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-14/2024 20.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 5 saylı Vəkil birosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyən, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan və yaşayan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə şəxsən maddi neməti istəyərək almaqla qanunsuz hərəkətlər etmişdir. (nüfuz alveri etmişdir). Belə ki, o, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2009-cu il tarixli 142 nömrəli əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Memarlıq Bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işləyərkən 2024-cü ilin iyun ayının əvvəllərində Şahidun Daşkəsən rayonu ərazisində mövsümü yay otlaqlarının icarəyə verilməsi ilə bağlı özünə müraciəti ilə əlaqədar Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 7 ünvanında yerləşən Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında xidməti otağında görüşləri zamanı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti bölməsinin müdiri işləməklə Rayon İcra Hakimiyyətinin Başçısı ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxsin Daşkəsən rayonu ərazisində “X7” adlanan ərazidə yerləşən 950 ha torpaq sahəsinin 3 ay müddətinə və Daşkəsən rayonunda Dövlət fonduna aid olan 300 ha yay otlaq sahəsinin 15 illik icarəyə verilməsi barədə qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, Daşkəsən rayonu ərazisində “X7” adlanan ərazidə yerləşən 950 ha torpaq sahəsinin 3 ay müddətinə icarə verilməsi məsələsinin müsbət həlli ilə bağlı 4000 manat, dövlət fonduna aid yay otlaq ərazisindən 300 ha torpaq sahəsinin 15 illik icarəyə verilməsi üçün 30.000 manat olmaqla ümumilikdə maddi nemət olan 34.000 manat pul vəsaitini həmin tarixdə qeyd edilən ünvanda yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən Şahid vahid niyyətlə istəyib, sonuncunun 31.180 (otuz bir min bir yüz səksən) manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə xx.xx.2024-cü il tarixdə qeyd edilən ünvanda yerləşən xidməti otağında şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 5000 (beş min) manat, eyni niyyətlə xx.xx.2024-cü il tarixdə həmin yerdə 21.250 manat və 2.900 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4.930 manat olmaqla ümumilikdə 31.180 (otuz bir min bir yüz yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb, öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 31.180 (otuz bir min bir yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə istəməklə vahid niyyətlə alaraq nüfüz alveri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqda vermiş olduğu izahatlarını təsdiüq edir. Ramin adlı şəxs iş yoldaşlarından birinin vasitəsi ilə ona yaxınlaşmış, heyvanlarının otarılması üçün torpaq sahəsi icarəyə götürmək istədiyini bildirmişdir. Bundan sonra onunla Ramin arasında torpaq sahəsinin icarəyə verilə biləcəyi ilə bağlı söhbətlər olmuşdur. Onun torpaq sahəsi icarəyə vermək səlahiyyəti olmamışdır. Lakin, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyir və İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar torpaq sahələrini icarəyə verməklə bağlı sənədləşmə işlərini aparmışdır. 2024-cü ilin iyun ayının əvvəllərində Şahid onun iş otağına gələrək Daşkəsən rayonu ərazisində torpaq sahəsi 15 illik icarəyə götürmək istədiyini bildirmiş, ona Yeddi Qardaş deyilən yerdə 300 ha torpaq sahəsi olduğunu, lakin bu il yox gələn il həmin torpaq sahəsini icarəyə verə biləcəyini, eyni zamanda həmin torpaq sahəsini pul müqabilində ona verə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən Şahid Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında xidməti otağına gəlmiş, ona ilkin olaraq torpağa dair ilkin aparılan sənədləşmələri təqdim etmiş, Şahid üzərində olan 2900 ABŞ dolları və 21100 manat məbləğində pulu ona təqdim etmişdir. Həmin pul vəsaitlərini ondan qəbul etmişdir. Ramin otaqdan çıxandan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olmuşlar. Ramindən almış olduğu pulları sayaraq ondan götürmüşlər. O. əməlindən peşimandır, uzun müddət dövlət qulluğunda olmasının və dövlət qulluğunda fərqlənmiş olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi üzrə Daşkəsən rayonunda memarlıq və tikinti işlərinin həyata keçirilməsi, şəhər planlaşdırılmasına uyğun tikintinin aparılmasına nəzarət və İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini həyata keçirir. Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini 2023-cü ilin sentyabr ayından Vüqar Məmmədov həyata keçirir. Vüqar Məmmədov buna qədər İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsində işləmişdir. Hazırda Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini yerinə yetirir. Vüqar Məmmədovun xx.xx.2024-cü il tarixli sərəncamı ilə ona Dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə 2024-cü ilin yay mövsümü ərzində rayona məxsus Dövlət Fondu yay otlaq shaələrindən səmərəli istifadə edilməsi üçün rayon ərazisində yerləşdiriləcək təsərrüfatlarla bağlanmış icarə müqavilələrinı, onların icrasına və təşkilinə nəzarət həvalə edilmişdir. Qeyd edilən sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün rayon ərazisində 3 yerdə, Gilazar, Xancan və Rayona əsas giriş yolunda postlar qurulmuş və hər posta Rayon İcra Hakimiyyətinin İşçisi yerləşdirilmişdir. Qeyd edilən yay otlaq sahələrinə gəlmək istəyən təsərrüfat sahiblərinə ilk öncə rayon İcra Hakimiyyətinə müraciət edərək buraxılış vərəqələri verilir. Həmin buraxılış vərəqələrinin verilməsi onun səlahiyyətindədir. İmzası ilə verilən buraxılış vərəqələriini postlara göstərərək mövsümü yay otlaqlarına gedirlər. Şahid tanıyır. Aralarında düşmənçilik, ədavət və söz-söhbət yoxdur. 2024-cü ilin iyun ayının əvvəllərində Şahid xidməti otağına gələrək Daşkəsən rayonu ərazisində torpaq sahəsi 15 illik icarəyə götürmək istədiyini bildirmiş, ona Yeddi Qardaş deyilən yerdə 300 ha torpaq sahəsi olduğunu, lakin bu il yox gələn il həmin torpaq sahəsini icarəyə verə biləcəyini, eyni zamanda həmin torpaq sahəsini 27.000 manata icarəyə verə biləcəyini demişdir. Şahid da onunla razılaşmışdır. Eyni zamanda 15 illik icarə müqaviləsinin pulunu bu ay verməli olduğunu, bu il heyvanları boşluqda qalmaması üçün vəzifəli şəxsə məxsus şirkətin X7 deyilən yerdə 950 ha torpaq sahəsi olduğunu, həmin torpağı 4000 manat danışıb ona mövsümü, yəni 3 aylıq icarəyə verə biləcəyini demiş, Ramin də razılaşmışdır. Məqsədi həmin 4000 manat pulu alıb torpaq sahiblərinə vermək olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında təxminən 10-11 radələrində Şahid İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağına gələrək orada 200 manatlıq əskinaz şəklində ümumilikdə 4000 manat pulu ona təqdim etmişdir. Şahid öz imzası ilə olan buraxılış vərəqəsini təqdim etmişdir. Həmin vaxtı Ramin ondan 15 illik icarə ilə bağlı torpaq məsələsinin nə yerdə olduğunu soruşduqda artıq həmin torpaq sahəsinin onun olduğunu, bunun üçün 27.000 manat pul verməli olduğunu demiş, bundan sonra Şahid ona 1000 manat pulu beh şəklində vermişdir. Şahid yerdə qalan pulu bir neçə gün ərzində çatdıracağını demiş, Raminlə razılaşmışdır. Bundan sonra Ramin otaqdan çıxıb getmişdir. Daha sonra Şahid torpaq sahəsi ayrılması ilə bağlı ərizə almış və həmin ərizə əsasında sənədləşmə işlərinə başlamış və müvafiq sənədləri imzalaması üçün Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra edən Vüqar Məmmədova təqdim etmiş və həmin sənədlər onun tərəfindən imzalanmışdır. X5 pul söhbətlərindən xəbəri olmamışdır. Vətəndaşın ərizəsi əsasında işlərin yetirildiyini düşünmüşdür. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən Şahid Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında xidməti otağına gəlmiş, ona ilkin olaraq torpağa dair ilkin aparılan sənədləşmələri təqdim etmiş, Şahid üzərində olan 2900 ABŞ dolları və 21100 manat məbləğində pulu ona təqdim etmişdir. Həmin pul vəsaitlərini ondan qəbul etmişdir. Daha sonra əlavə 150 manat da Şahid ona özü əlavə pul vermişdir. Ondan həmin pulu nəyəsə görə istəməmişdir. Bundan sonra Şahid otaqdan çıxmışdır. Ramin otaqdan çıxandan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olmuşlar və üzərində olan pulları sayaraq götürmüşlər. Şahid istintaqa ifadəsində 2024-cü ilin iyun ayında Xidməti otağında ondan 4000 manat yay oylağına mövsümü, icarəyə üçün istədiyini və aldığını, 27.000 manat pul vəsaiti isə dövlət ehtiyat fondu torpaqlarından 15 illik icarəyə torpaq sahəsi verilməsi üçün istədiyini və aldığını həmin pulların böyük bir qisminin Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Məmmədova çatacağını bildirməsi, 150 manat isə heyvanların sayı ilə bağlı arayışa görə istəməsi və almasını göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Məmmədova pulların çatacağını bildirməmiş, 4000 manatı bildirdiyi kimi 900 ha torpaq sahəsi vəzifəli şəxsə məxsus şirkətə vermək üçün istəmiş və almışdır. 27000 manat pulu isə 15 illik dövlət fondu torpaqlarının icarəyə verilməsi üçün sənədləşmə işlərinin aparılması və dövlət rüsumlarının ödənilməsi ilə əlaqədar istəmiş və almışdır. Qeyd edilən dövlət fondu torpaqlarının sənədləşməsi və dövlət rüsumlarının ödənilməsi üçün 27000 manat pul istəməsi və almasını göstərməsi ilə bağlı hansı sənədləşmə işinə görə nə qədər və hansı quruma, eyni zamanda dövlət rüsumu nə qədər və hansı quruma verəcəyi barədə suala cavab olaraq göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə 300 ha torpaq sahəsi üçün hər ha görə 11,30 manat olmaqla 3416 manat, digər vəsaiti isə onda qalmış, özünə götürmüş, həmin pulu hər hansı vəzifəli şəxsə o cümlədən Rayon İcra Hakimiyyəti Aparatının Başçısına çatdırmayacaqdı. Həmin pulu özünə götürmüşdür. Öz şəxsi ehtiyaclarıma sərf etməyi nəzərdə tutmuşdur.İş materiallarında olan onunla Şahid arasında olan dialoqlardan görünür ki, “Vüqar görürsən ba bu birinin sənıdidi, ba yoluyuyuruq ba, buna 10 il elədiy, 161 hektar uçaskıdan, 14 min pul verib” deməsi barədə suala cavab olaraq göstərmişdir ki, həmin vaxtı Şahid inandırmaq üçün elə demişdir. Şahid başqa heç kimdən pul almamışdır. Ona təqdim olunmuş Şahidla aralarında baş tutan dialoqun tam mətni ilə bağlı olan bütün dialoqun mətni və həmin mətndə başqa şəxslərin də pul verməsi barədə xüsusatlar keçməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, bütün hamısını Şahid gözündə özünü nüfuzlu şəxs, təsir imkanları olduğunu göstərmək üçün etmişdir. Amma əslində heç kimdən heç bir qəpik də almamışdır. Yalnız Şahid torpağın icarəyə verilməsi ilə bağlı pul almışdır. Dialoqda da Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini icra edən Vüqar müəllimin adını çəkməyi görünür, bunu da yuxarıda qeyd etdiyi kimi Şahid İcra Hakimiyyətinin Rəhbərliyi ilə yaxın münasibətləri olması görüntüsünü yaratmaq üçün etmişdir. Amma İcra Hakimiyyəti Başçısı Vüqar Məmmədovun bu işlərdən heç bir xəbəri və iştirakı olmamışdır. Sənədləri yalnız ona aparıb imzalatmış, amma Vüqar Məmmədov elə bilib ki, adi vətəndaş müraciəti əsasında bu sənədləşmə aparılmışdır. Pul söhbətlərindən xəbəri olmamışdır. Eyni zamanda səs yazısından da görünür ki, 4000 manat pulu buraxılış vərəqəsinə görə yox torpağın icarəyə verilməsi üçün yer sahiblərinə və Rayon İcra Hakimiyyəti rəhbərliyinə çatacağı adı ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, heyvanlarlaq məşğul olur. Gəbəbəy rayonunda təsərrüfatı vardır. Yaylaq yeri əldə etmək üçün Daşkəsən rayonuna gəlmişdir. O, Daşkəsən rayonuna gələn zaman Daşkəsən postu deyilən yerdə heyvan aparanları görüb onlara yaxınlaşaraq yaylaq yeri necə tapa bilər deyə onlardan soruşmuş, onlar da rayonun İcra Hakimiyyətinə getməsini və orada işləyən Elman müəllimin ona kömək edə biləcəyini bildirmişlər. O, oradan birbaşa İcra hakimiyyətinə gələrək Elman müəllimlə görüşmək istədiyini bildirmişdir. Elmanın otağına onu aparmışlar orada onunla mövsümü heyvanlarının saxlanılması üçün yaylaq yerinin icarəsi ilə bağlı danışmışdır. Elman ondan ilk öncə otuz iki min manat pul istəmiş, lakin onlar iyirmi yeddi minə razlaşıblar ki, ona yaylaq yeri veriləcəkdir. O, ilk olaraq dörd min manatı Elmana vermiş, Elman isə sənədlərini düzəldib ona yaylaq yeri verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona qrşı olan pul tələbinin qanunsuz olduğunu bildikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus fərdi təsərrüfatı var. Belə ki, 500 baş xırdabuynuzlu heyvanı Gədəbəy rayonunda Rza Əliyev kəndində saxlayır. Lakin 2024-cü ilin yay aylarında heyvanları yaylağa aparmaq qərarına gəlmiş, öyrənmişdir ki, Daşəkəsən rayonuna yaylağa mövsümü heyvanları aparmaq üçün Rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə postlar qurulub və hər postda İcra Hakimiyyətinin işçiləri dayanır və müvafiq buraxılış vərəqəsi olmayan şəxsləri həmin yaylaqlara buraxmırlar. Eyni zamanda öyrənmişdir ki, həmin buraxılış vərəqəsinin verilməsi məsələsinə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri Təqsirləndirilən şəxs baxır. Ona görə də 2024-cü ilin iyun ayının əvvəllərində Rayon İcra Hakimiyyətində qəbula gələrək orada baş memar Təqsirləndirilən şəxs qəbulunda olmuş, Təqsirləndirilən şəxsla söhbət əsnasında ondan dövlət ehtiyat fondu torpaqlarından 15 illik icarə üçün torpaq sahəsi verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ona Yeddi Qardaş deyilən yerdə 300 ha torpaq sahəsi olduğunu, lakin bu il yox gələn il həmin torpaq sahəsini 30.000 manata Rayon İcra Hakimiyyətinin Başçısı ilə danışıb icarəyə verə biləcəyini, həmin torpaq sahəsinə başqa adam 20.000 manat dediyinə görə onunla razılaşmadığını bildirmiş, Təqsirləndirilən şəxs həmin məbləği biraz aşağı etməyini xahiş etmiş, Təqsirləndirilən şəxs isə bu barədə Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Məmmədovla danışıb bildirəcəyini demişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 15 illik icarə müqaviləsinin pulunu bu ay verməlidir. Həmçinin bildirmişdir ki, bu il heyvanları boşluqda qalmaması üçün vəzifəli şəxsə məxsus şirkətin 950 ha torpağı var, həmin torpağı 5000 manat danışıb ona mövsümü, yəni 3 aylıq verdirə bilər, sonra isə həmin məbləği 4000 manata danışıqlar əsasında endirmişlər və həmin puldan 1000 manatı isə Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Məmmədova çatacağını demişdir. Təqsirləndirilən şəxsla razılaşmışdır. Aralarında olan danışığı öz telefonunda səsini yazmışdır. Bundan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs ondan rüşvət tələb etməsi ilə bağlı şikayət etmişdir. Həmin şikayəti ilə bağlı Baş İdarənin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirləri qurularaq üzərinə kamera yerləşdirilmişdir. Daha sonra özünə məxsus 5000 manat pul əskinazını nömrələnməsi üçün istintaq qrumuna təqdim etmiş, Bundan sonra pul əskinazları nömrələnərək ona verilmiş və bu protokollaşdırılmışdır. xx.xx.2024cü il tarixdə səhər saatlarında təxminən 10-11 radələrində üzərində 5000 manat pulla rayon İcra Hakimiyyətinin Başçıssı Aparatının Baş Memarının xidməti otağına yaxınlaşmış və Təqsirləndirilən şəxs xidməti otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs 3 aylıq, yəni yay mövsümü üçün otlaq sahəsinin icarəyə verilməsi üçün 200 manatlıq əskinaz şəklində ümumilikdə 4000 manat pulu Təqsirləndirilən şəxs otaqda təqdim etmişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs bildirdi ki, torpaq sahibləri və Rayon İcra Hakimiyyətinin başçısı ilə danışıb razılıqlarını alıb. Bundan sonra özü şəxsən öz imzası ilə olan buraxılış vərəqəsini təqdim etmişdir. Eyni zamanda Həmin vaxtı ondan 15 illik icarə ilə bağlı torpaq məsələsinin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs artıq həmin torpaq sahəsinin onun olduğunu, bunun üçün 27.000 manat pul verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin torpağa görə istədiyi məbləği biraz aşağı endirməyin mümkün olub-olmamasını soruşmuş, Elman isə cavabında onun səlahiyyətində olmadığını, Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Məmmədovun həmin məbləğdən aşağı düşmədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs birdən İcra Başçısı dəyişərsə sənəd ləğv olunub-olunmayacağını soruşmuş, o isə cavabında qəti şəkildə bunun mümkün olmadığını bildirmişdir. Bundan sonra ona 1000 manat pulu beh şəklində vermiş, Təqsirləndirilən şəxs isə yerdə qalan 26.000 manat pulu 2 gün ərzində ona çatdırmağını demişdir. Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra torpaq sahəsi ayrılması ilə bağlı ərizə yazmışdır. Bundan sonra otaqdan çıxmış və qeyd edilənlər hamısı videogörüntü ilə qeydiyyatı aparılmışdır. xx.xx.2024-cü il tarixdə özünə məxsus 21100 manat vəsait və 2900 ABŞ dolları müvafiq nömrələnmə və üzərində sözlər yazılması üçün istintaq orqanına təqdim olunmuşdur. İstintaq orqanı pul nömrələndikdən sonra üzərində “Rüşvət 2024” sözləri yazılmış 21100 manat və 2900 ABŞ dolları pul vəsaiti ona protokollaşdırılıb verilərək üzərinə kamera yerləşdirilmiş və bu da protokollaşdırılmışdır. Həmin gün səhər saatlarında Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin Müdiri Təqsirləndirilən şəxs xidməti otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq torpağa dair ilkin aparılan sənədləşmələri ona təqdim etmişdir. Orada üzərində olan qeyd etdiyi məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs əlbəəl təqdim etmiş, bundan sonra əlavə 150 manat heyvanların arayışına görə istəmiş və həmin sənəd də ona görə idi ki, gələcəkdə həmin sənəd əsasında heyvanların sayı yaylağa daxil olanda həmin sənədlə düz olsun. Öz növbəsində 150 manat pulu da ona təqdim etmişdir. O da pulu qəbul etdikdən sonra otaqdan çıxmışdır. Otaqdan çıxandan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olmuşlar. Sonrakı proseslərdən məlumatı yoxdur. Təqsirləndirilən şəxs ilkin olaraq 2024-cü ilin iyun ayının əvvəllərində xidməti otağında ondan 4000 manat yay oylağının mövsümü, yəni 3 aylıq icarəyə verilməsi üçün istəmiş, 27.000 manat pul vəsaiti isə dövlət ehtiyat fondu torpaqlarından 15 illik icarəyə torpaq sahəsi verilməsi üçün istəmişdir. Həmin pulların böyük bir qisminin Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Məmmədova çatacağını bildirmişdir. Ona mövsümü verəcəyi 4000 manatdan 3000 manatını isə guya yer sahiblərinə verəcəyini demiş, 1000 manatının isə başçı Vüqar Məmmədova çatacağını demişdir. 150 manat isə heyvanların sayı ilə bağlı arayışa görə istəmişdir. Təqsirləndirilən şəxs dediyinə görə həmin arayışı icra nümayəndəlikləri verir. Qeyd edilən məbləğləri də yuxarıda qeyd etdiyi tarixlərdə Təqsirləndirilən şəxs xidməti otağında təqdim etmişdir. həmin rüşvətin istənilmə və verilmə danışıqlarının səs və videoyazısı qeydi aparılmışdır. Səs yazısı özü tərəfindən aparılmış, bundan sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək üçün videogörüntüdən də istifadə edilmişdir. İbtidai istintaq zamanı Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid ifadəsində göstərdiyini xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Şahid Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs ondan özünə məxsus 500 (beş yüz) baş xırda davar heyvanının Dövlət Fondu yay otlaq sahəsinə buraxılması üçün buraxılış vərəqəsinin verilməsi müqabilində 5.000 manat, eyni zamanda Daşkəsən rayon ərazisində 300 ha torpaq sahəsinin 15 ilə icarəyə verilməsi üçün 30.000 manat rüşvət tələb etdiyini göstərmişdir. İşdə olan Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış 21 iyun 2024-cü il tarixli 5-42/2-366/2024 saylı məktubundan (qoşma: 7 vərəq) görünür ki, Şahid Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq və əhalinin ət, süd, yun məhsullarına olan tələbatını ödəmək məqsədi ilə ona məxsus təsərrüfatında olan 1100 baş xırdabuynuzlu davarların yay otlağına olan tələbatını ödəmək məqsədi ilə Daşkəsən rayon inzibati ərazisində yerləşən 79 saylı ərazidən 300 ha Dövlət fondu yay otlaq sahəsinin ayrılıb 15 (on beş) il müddətinə icrayə verilməsini xahiş etmişdir. Təsərrüfat rəhbərinin müraciəti nəzərə alınaraq rayon ərazisində yerləşən 79 saylı ərazidən 300 ha Dövlət fondu yay otlaq sahəsindən ayrılıb 1100 baş xırda buynuzlu davarların saxlanılması üçün Şahid icarəsinə ayrılması nəzərdə tutulur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə müvafiq olaraq həmin torpaq sahəsinin yerquruluşu qaydasında hüdudlarının yerdı və xəritədə müəyyən edilməsini və torpaq sahəsinin xüsusiyyətiinə və torpağın ayrılma məqsədi ilə yer quruluş planın hazırlanması xahiş olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində 300 ha torpaq sahəsinin 15 ilə icarəyə verilməsi müqabilində 30.000 AZN, eyni zamanda 500 baş xırda davar heyvanının Dövlət Fondu yay otlaq sahəsinə buraxılmasına görə buraxılış vərəqəsinin verilməsi üçün Şahid 4.000 manat məbləğində rüşvət tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsində əməliyyatqeydiyyat işi ilə bağlı Şahid şəxsi ifşa etmək üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs verəcəyi 25 (iyirmi beş) ədəd 200 (iki yüz) manat dəyərində əskinaslarını, cəmi 5.000 (beş min) manat pul məbləğini protokollaşdırılması üçün təqdim etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə qeydə alınmış əməliyyat çəkilişi videogörüntülərinə xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Şahid Daşkəsən Rayon İcra Hakimiyyətinin binasına yaxınlaşır və inzibati binaya daxil olur. İnzibati binada polis nəfəri ona Elman Məmmmədovun otağını göstərir. Şahid inzibati binanın birinci mərtəbəsində sol tərəfə dönür və dəhlizin sonunda otağa daxil olur. Otağa daxil olduqda həmin otaqdan Təqsirləndirilən şəxs xidməti otağına keçid qapısı vardır. Həmin Qapıdan içəri daxil olur. Onlar arasında Daşkəsən rayon ərazisində 300 hektar torpaq sahəsinin 15 ilə icarəyə verilməsi ilə bağlı pul söhbətləri aparılır. Danışıq əsnasında Şahid üzərində olan 200 manatlıq əskinaz şəklində olan 4000 manat pul vəsaitini 950 ha torpaq sahəsinin icarəyə verilməsi üçün Təqsirləndirilən şəxs sayaraq təqdim edir. Həmin vaxtı Daşkəsən rayon ərazisində 300 hektar torpaq sahəsinin 15 ilə icarəyə verilməsi ilə bağlı Təqsirləndirilən şəxs 200 manatlıq əskinaz şəklində 1000 manat pul verir. Videogörüntüdən görünür ki, sonrakı dialoqlar da onlar arasında torpaqla bağlı davam edir. İşdə olan texniki vasitənin təhvil alınması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs Şahid məxsus 500 (beş yüz) baş xırda davar heyvanının Dövlət Fondu yay otlaq sahəsinə buraxılması üçün buraxılış vərəqəsinin verilməsi müqabilində 4.000 AZN, eyni zamanda Daşkəsən rayon ərazisində 300 ha torpaq sahəsinin 15 ilə icarəyə verilməsi üçün 27.000 AZN rüşvət tələb etməsi barədə daxil olmuş məlumata əsasən, xx.xx.2024-cü il tarixdə şikayətçi Şahid 25 (iyirmi beş) ədəd 200 (iki yüz) manat dəyərində əskinaslarını, cəmi 5.000 (beş min) manat pulu Təqsirləndirilən şəxs verən zaman əməliyyat tədbirinin keçirilməsi, yəni danışıqların audio və video yazısının aparılması məqsədilə 1 ədəd “CD” diskə yazaraq protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində 300 hektar torpaq sahəsinin 15 ilə icarəyə verilməsi müqabilində 27 000 AZN, eyni zamanda 500 baş xırda davar heyvanının Dövlət Fondu yay otlaq sahəsinə buraxılmasına görə buraxılış vərəqəsinin verilməsi üçün Şahid 4000 manat məbləğində rüşvət tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsində əməliyyatqeydiyyat işi ilə bağlı Şahid şəxsi ifşa etmək üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs verəcəyi 139 (bir yüz otuz doqquz) ədəd 50 (əlli), 143 (bir yüz qırx üç) ədəd 100 (yüz) manat və 29 (iyirmi doqquz) ədəd 100 (yüz) ABŞ dolları dəyərində əskinaslarını, cəmi 21250 (iyirmi bir min iki yüz əlli) manat və 2900 (iki min doqquz yüz) ABŞ dolları pul məbləğini protokollaşdırılması üçün təqdim etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə qeydə alınmış əməliyyat videoçəkilişinə xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Şahid Daşkəsən Rayon İcra Hakimiyyətinin binasına yaxınlaşır və inzibati binaya daxil olur. Elman Məmmmədovun otağına doğru gedir. Təqsirləndirilən şəxs otağına daxil olur. Təqsirləndirilən şəxs Şahid Daşkəsən rayonu ərazisində 15 illik torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı aparılmış ilkin sənədləşmə işlərini Ramin Məmmədova təqdim edir. Ramin Məmmədov üzərində olan 2900 ABŞ dolları, 50 və 100 manatlıq əskinaz şəklində olan ümumilikdə 21250 manat və 2900 ABŞ dollarını sayaraq Təqsirləndirilən şəxs təqdim edir. İşdə olan xx.xx.2024-cü il tarixli texniki vasitənin təhvil alınması haqqında protokoldan görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs vətəndaş Şahid məxsus 500 (beş yüz) baş xırda davar heyvanının Dövlət Fondu yay otlaq sahəsinə buraxılması üçün buraxılış vərəqəsinin verilməsi müqabilində 4.000 AZN, eyni zamanda Daşkəsən rayon ərazisində 300 ha torpaq sahəsinin 15 ilə icarəyə verilməsi üçün 27.000 AZN rüşvət tələb etməsi barədə daxil olmuş məlumata əsasən, xx.xx.2024-cü il tarixdə şikayətçi Şahid 139 (bir yüz otuz doqquz) ədəd 50 (əlli), 143 (bir yüz qırx üç) ədəd 100 (yüz) manat və 29 (iyirmi doqquz) ədəd 100 (yüz) ABŞ dolları dəyərində əskinaslarını, cəmi 21 250 (iyirmi bir min iki yüz əlli) manat və 2900 (iki min doqquz yüz) ABŞ dollar pulu Təqsirləndirilən şəxs verən zaman əməliyyat tədbirinin keçirilməsi, yəni danışıqların audio və video yazısını aparılan 1 ədəd “CD” diskə yazaraq protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid məxsus 500 (beş yüz) baş xırda davar heyvanın Dövlət Fondu yay otlaq sahəsinə buraxılması üçün buraxılış vərəqəsinin verilməsi müqabilində 4.000 manat, eyni zamanda Daşkəsən rayonu ərazisində 300 ha torpaq sahəsinin 15 il icarəyə verilməsi üçün 27.000 manat rüşvət tələb etməsi barədə məlumat əsasında əvvəlcədən üzərinə “rüşvət 2024” sözləri yazılmış 50 və 100 manatlıq əskinaslarla 21.250 manat və 2.900 ABŞ dolları məbləğində pul vəsaitinin Şahid tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya verildikdən dərhal sonra həmin xidməti otağa daxil olaraq Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarı əsasında baxış keçirilmiş, baxış zamanı həmin xidməti otaqdan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı, 01 ədəd “İphone” markalı mobil telefon, otlaq sahələrinin və ümumiyyətlə Daşkəsən rayonu ərazisində olan torpaq sahələrinin icarəyə verilməsinə dair sənədlər, otlaq sahələrinə buraxılış vərəqələri, qeyri-qanuni təşkil edilmiş polis postlarında xidmət edən şəxslərin növbətçilik cədvəlləri və sair zəruri sənədlər götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş-əməliyyat tədbirində istifadə edilməsi üçün üzərinə “rüşvət 2024” sözləri yazılmış 50 və 100 manatlıq əskinaslarla 21250 manat və 2900 ABŞ dolları məbləğində pul vəsaiti də qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İşdə olan sənədlərin texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/787 saylı rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsi” nin birinci bəndində seriya və nömrələri qeyd edilmiş cədvəllərdə olan 139 ədəd 50 (əlli) və 143 ədəd 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Rəyin “Tədqiqi hissəsi” nin ikinci bəndində seriya və nömrələri qeyd edilmiş cədvəldə olan 29 ədəd 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş pul əskinasların üzərlərində ultrabənövşəyi işıqda görünən yazıların olub-olmamasını müəyyən etmək məqsədi ilə «Spektroline BİB-150 PX/F» ultrabənövşəyi işıqlandırıcı lampa vasitəsi ilə tədqiqat aparıldı. Bu zaman təqdim edilmiş 10 ədəd A38131154, A39521274, A36368203, A01757034, A54394843, A37051525, A13076788, A21253109, A52139486, A27531284 seriya və nömrəli 50 (əlli); 26 ədəd C91653924, C86446331, C36195402, C70030826, D23044903, C67837401, C52590017, A57268172, B08121019, C56439255, C92377628, C01043165, C04147339, C74431489, C93366266, C91724642, C14293680, C36159084, C56848470, A62600010, C02063265, C34109544, A24272413, C28416478, C23869920, C47989507 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasların və 12 ədəd PG 04931326D, PB 27352361S, PB 22588374S, PB 27352362S, PB 22588051S, PB 22588356S, PB 27352363S, PB 22588099S, PB 22588071S, PB 22588060S, PB 22588381S, PB 22588360S seriya və nömrəli 100 ABŞ dolları nominallı pul əskinasları müəyyən edilmişdir. İşdə olan məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 4/1059-4/1060 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş videofonoqramlarda və 1 (bir) ədəd audiofonoqramda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olunmamışdır. Həmin ekspertizanın rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş videofonoqramlarda və 1 (bir) ədəd audiofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində müvafiq qaydada işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. İşdə olan xx.xx.2009-cu il tarixli 142 saylı əmrdən görünür ki, Məmmədov X3 Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X2 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onların törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən bu günədək yəni xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınaraq ona təyin olunacaq cərimə cəzası yüngüləşdirilərək üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “ev dustaqlığı” və vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilməklə barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Daşkəsən rayon İcra və probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə ümumi ziyan 31.180 (otuz bir min bir yüz səksən) manat məbləğində pul vəsaitinin vətəndaşa qaytarılması nəzərə alınmalıdır. Maddi sübut olan Daşkəsən rayonu ərazisində 300 ha dövlət fondu yay otlaq sahəsinin 15 illik icarəyə verilməsi və 950 ha torpaq sahəsinin 3 aylıq icarəyə verilməsi ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının vəzifə səlahiyyətlərini icra edən Vüqar Məmmədov tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həmin torpaq sahəsinin yerquruluşu qaydasında hüdudlarının və xəritədə müəyyən edilməsi və yerquruluşu planının hazırlanması üçün xx.xx.2024-cü il tarixli məktub, torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğunluğu barədə xx.xx.2024-cü il tarixli rəy, yerquruluşu planından çıxarış, torpaq sahəsinin icarəyə verilməsi barədə vətəndaşın ərizəsi, iqtisadi əsaslandırmanı təqdim edən subyekt barədə məlumatlar, Şahid öhdəsində 1100 baş xırda davarın olması barədə Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı, buraxılış vəsiqəsi, əməliyyat çəkilişini özündə əks etdirən iki ədəd CD disk, Şahid təqdim etdiyi səs yazısı olan CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə ekspertiza tədqiqatının dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesabına Z41NABZ********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib 7000 (yeddi min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdən bu günədək. yəni xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınaraq ona təyin olunmuş 7000 (yeddi min) manat cərimə cəzası yüngüləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2650 (iki min altı yüz əlli) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Daşkəsən rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə ümumi ziyan 31.180 (otuz bir min bir yüz səksən) manat məbləğində pul vəsaitinin vətəndaşa qaytarılması nəzərə alınsın. Maddi sübut olan Daşkəsən rayonu ərazisində 300 ha dövlət fondu yay otlaq sahəsinin 15 illik icarəyə verilməsi və 950 ha torpaq sahəsinin 3 aylıq icarəyə verilməsi ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış torpaq sahəsinin yerquruluşu qaydasında hüdudlarının və xəritədə müəyyən edilməsi və yerquruluşu planının hazırlanması üçün xx.xx.2024-cü il tarixli məktub, torpaq sahəsinin icarəyə verilməsinin məqsədəuyğunluğu barədə xx.xx.2024-cü il tarixli rəy, yerquruluşu planından çıxarış, torpaq sahəsinin icarəyə verilməsi barədə vətəndaşın ərizəsi, iqtisadi əsaslandırmanı təqdim edən subyekt barədə məlumatlar,Şahid öhdəsində 1100 baş xırda davarın olması barədə Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı, buraxılış vəsiqəsi, əməliyyat çəkilişini özündə əks etdirən iki ədəd CD disk, Şahid təqdim etdiyi səs yazısı olan CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar