Məhkəmə qərarları › İş №1(030)-14/2025

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-14/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-14/2025 11.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili (müdafiəçi) Müdafiəçi iştirakı ilə, xx.xx.2006-cı il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlamışdır. 15 avqust 2025-ci il tarixdə saat 01:52 dəqiqədə Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu Quşçu kəndinin girişindən təxminən 300 metr aralı məsafədə, kəndin mərkəzinə gedən yolda piyada hərəkətdə olarkən saxlanılaraq Daşkəsən rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla sonuncunun əlində olan 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, içərisində narkotik vasitə olan qara sellofan torbanı Gəncə şəhərində avtovağzalın yaxınlığında məişət tullantıları olan ərazidən taparaq Quşçu kəndinə gətirmiş və kəndin girəcəyində gizlətmişdir. Daha sonra içərisində narkotik vasitə olan sellofan bağlamanı saxladığ Daşkəsən rayonu, Quşçu körpü adlanan ərazidən götürüb hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları onu tutaraq Daşkəsən rayonu polis şöbəsinə təhvil vermişlər. Hazırda əməlindən peşman olduğunu və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə Gəncə şəhərində olan zaman avtovağzalın yaxınlığında yerləşən məişət tullantıları olan yerdən keçən zaman göy rəngli sellofan torba diqqətini çəkmiş, yaxınlaşıb həmin torbanı götürərək içərisinə baxan zaman qara bağlama görmüşdür. Kənara çəkilib bağlamanın bir hissəsini kəsmiş və içərisində tünd yaşıl rəngli bitki mənşəli kütlə görmüş, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu düşünmüş və özü ilə götürmüşdür. Tapdığı kütləni özü ilə götürməkdə məqsədi özündə saxlayıb arabir istifadə etmək olmuşdur. Həmin kütləni götürüb əvvəllər sürücüsünü tanımadığı təsadüfi yol avtomobili ilə Daşkəsən rayonu, Quşçu kəndinə gəlmiş və həmin kəntdə kənar yerdə gizlətmiş, daha sonra yaşadığı evə getmişdir. 15 avqust 2025-ci il tarixdə saat 01:50 radələrində həmin bağlamanı gizlətdiyi yerdən götürüb Daşkəsən rayonu Quşçu kəndinin girişindən təxminən 300 metr aralı məsafədə, kəndin mərkəzinə gedən yol ilə yaşadığı ev istiqamətində hərəkətdə olan zaman bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdşı olmalarını demişlər. Polis əməkdaşları ondan üzərimdə qanunla qadağan olunmuş əşya və ya digər predmetin olub-olmadığını soruşmuş, o da əlində olan göy sellofan torbada qurudulmuş marixuananı onlara təqdim etmişdir. Bu barədə saxlandığı yerdə yəni Daşkəsən rayonunun Quşçu kəndinin girişində çəkiliş aparılmış və onu Daşkəsən rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Rayon polis şöbəsinin inzibati binasında ona hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs olduğu üçün dövlət hesabına öz arzu və seçimi ilə Müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra baxış keçirən əməkdaş elektron tərəzini baxış iştirakçılarına bir neçə dəfə nümayiş etdirmiş və aidiyyatı əməkdaş baxış zamanı üzərindən aşkar etdiyi narkotik vasitəni müvafiq qaydada qablaşdırıb baxış iştirakçılarına elan etmişdir. Qablaşdırılmış narkotik vasitə marixuananın çəkisi 494 qram aşkar olunmuş, o və baxış iştirakçıları qablaşdırılaraq möhürlənmiş paketin üzərini imzalamışlar. Əvəllər narkotik vasitə olan marixuanadan bir neçə dəfə istifadə etmiş narkotik vasitəni kiməsə satmamış və hədiyə etməmişdir. Əməlindən peşmandır, birdaha narkotik vasitə istifadə etməyəcəyi barəsə söz vermişdir. Ona heç kim təzyiq etməyib və onun heç kimdən şikayət və tələbi yoxdur. Yolda olarkən bu və ya digər şəkildə avtomobili idarə edən şəxsin onun qanunsuz olaraq narkotik vasitə əldə etməklə daşıdığı barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 2025ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Vəliyev X2 rayonu, Quşçu kənd ərazisndə kəndin girəcəyində hərəkət edən zaman şübhəli şəxs kimi saxlanılmışdır. Şəxsi saxladıqdan sonra özlərini təqdim edərək üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin əlində tutduğu sellofan bağlamda narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və aidiyyəti bölməyə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci ildən Daşkəsən RPŞ-nin Narkotiklə Mübarizə qrupunda baş əməliyyat müvəkkili vəzifəsində xidmətə başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2006-cı il tarixdə Daşkəsən rayonu Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkumluğu olmayan, işləməyən, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, üzərində narkotik vasitə saxlaması, Daşkəsən rayonu ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar 14 avqust 2025-ci il tarixdə əməliyyat-istintaq qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə meyilli olmasını nəzərə alaraq 15 avqust 2025-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili polis baş-leytenantı Şahid4, Daşkəsən rayon polis şöbəsinin KMQ əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Daşkəsən rayonu Quşçu kəndinin girəcəyindən 300 matr aralı məsafədə, kəndin məkərinzə gedən yolda piyada hərəkətdə olan zaman həmin gün saat 01:52 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli hərəkətlərlə gəzdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşmış və o dərhal “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokol tərtib etməyə başlamış, əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. O, Təqsirləndirilən şəxs özünü və protokolda iştirak edən digər şəxsləri təqdim etmiş və təqdimatdan sonra Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini ona elan edərək bildirişi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı heç nə demədən sakit dayanmış, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan, üzərində “Levis” sözləri yazılmış, göy rəngli sellofan paketin içərisindən qara rəngli polietilen torbaya bükülmüş narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. O, aşkar edilən kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, özünün istifadə etdiyini, eyni zamanda həmin narkotik vasitəni Gəncə şəhəri ərazisində “avtovağzal” adlanan yerin yaxınlığından aşkar etdiyini, gələcəkdə istifadə etmək üçün özü ilə götürdüyünü söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana elektron tərəzi vasitəsilə ölçülmüş, həmin narkotik vasitə marixuananın çəkisinin 492 qram olması müəyyən edilmişdir. Tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana qablaşdırılaraq üzəri 68 nömrəli möhür ilə möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra video çəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirərək aidiyyətə əməkdaşa təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ““Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” 15 avqust 2025-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Daşkəsən rayonu Quşçu kəndi ərazisində Təqsirləndirilən şəxsnn əlində olan 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı 492 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 15 avqust 2025-ci il tarixdə “əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada çəkisi 492 qram kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Daşkəsən rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış zərfə 15 avqust 2025-ci il tarixdə Daşkəsən RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofan bükümdə içəsisində olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana çəkisi tərəzi vasitəsi ilə təkrar ölçülmüş və çəkiləri 494 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 15 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxışın aparılması haqqında 27 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntünün VİD_20250815_115354 adlı olduğu görünür. Baxış zamanı həmin video görüntüyə daxil olduqda video görüntünün 12 dəıqiqə 21 saniyə davam etdiyi görünür. Həmin video görüntü Daşkəsən rayonu Quşçu kəndi ərazisində yolun kənarında çəkilmişdir. Həmin görüntüdə Daşkəsən RPŞ-in Narkotiklə Mübarzə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Daşkəsən rayon polis şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Daşkəsən rayonu Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs iştirak edir və video çəkiliş Şahid2 tərəfindən çəkilir. Şahid1 qolunda olan saata baxıb saatın 01:54 olduğunu deyir. Şahid1 özünü və protokolda iştirak edən şəxsləri təqdim etdir və Təqsirləndirilən şəxs özünü təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs hüuquq və vəzifələrini ona elan edərək bildirişi təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet varsa təqdim etməyni tələb edir. Təqsirləndirilən şəxs ilk öncə əlində olan üzərində “levis” sözləri yazılmış sellofan torbanın içərisindəki üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada çıxarıb Şahid1 təqdim edir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs bağlamanın içərisində olan nə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin bağlamanın içərəsində olan kütlənin “nəyşə” olduğunu deyib bir müddət əvvəl Gəncə şəhəri ərazisində “avtovağzal” adlanan yerin yaxınlğında olarkən tapdığını, yalnız istifadə üçün götürdüyünü qeyd edir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan marixuana Şahid1 tərəfindən elektron tərəzi vasitəsi ilə çəlkilir və həmin kütlənin çəkisi 492 qram müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan marixuana zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırıldıqdan sonra rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və baxış iştirakçıları tərəfindən zərf imzalanır. Bundan sonra əməliyyat müvəkkiləri Şahid4 və Şahid3 şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirir. Bununlu da baxış yekunlaşır, video görüntü həmin gün saat 02:05-də dayandırılır. Bundan sonra DVD disk dis yuvacığından çıxarılır və cinayət işinə əlavə edilir. DVD diskdə olan video görüntünü izləyən Azərbaycan Respublikasının CMin 234.1-ci maddəsilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs video görüntüdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təsadüfən tapdığını, istifadəsi üçün özü ilə götürdüyünü, 15 avqust 2025-ci il tarixdə Daşkəsən rayonu Quşçu kəndi ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yaxalandığını göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2025-ci il tarixli 16/712 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş bağlama” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 455 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 455qram, tədqiqata sərf edildi - 0,01 qr, qalıq- 454.9 qr qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 08 avqust 2025-ci il tarixli, 1592 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Daşkəsən rayon mərkəzi xəstəxanası” X6 19 avqust 2025-ci il tarixli, 18-1-33/2-338/2025 saylı məktubundan görünür ki, Vəliyev X2 şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeyddiyyatında durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2025-ci il tarixli qərar ilə rayon polis şöbəsinin Narkotiklə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokolu ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -454.9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 16 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi - 454.9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana rayon polis şöbəsinin saxlancına verilmiş, Daşkəsən RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 16 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti Başçısıın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsi üzrə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını törətdiyi cinayəti səmimi etiraf etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın (kannabis) miqdarı 05 qramdan 500 qramadək olduqda xeyli miqdar (təmiz halda qramlarla),ondan artıq olduqda külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun gənc yaşında olmasını, əvvəllər cinayət törətməmiş olmasını, həmçinin təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 saylı plenum qərarının 27-ci bəndinə əsasən, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu Quşçu kəndində yerləşən yaşayış evini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Daşkəsən rayon ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Qeyd olunanlardan əlavə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 454.9 qram tərkibində narkotik maddələır olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə dövründə təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 (qırx) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçiyə ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı və üzərinə həbs qoyulmalı əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq il 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən yaşayış evini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Daşkəsən rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 454.9 qram tərkibində narkotik maddələır olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilsin. Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar