Məhkəmə qərarları › İş №1(030)-15/2025

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-15/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-15/2025 25.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili (müdafiəçi) Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 405 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq Daşkəsən rayonu, Daşkəsən-Əmirvar avtomobil yolunun 3 km-də, yolun kənarında “məişət tullantılarının atıldığı” yerə gizlətməklə orada saxlamışdır. 20 iyul 2025-ci il tarixdə saat 18:44 dəqiqədə Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu, Daşkəsən-Əmirvar avtomobil yolunun 3-cü km-də saxlanılmışdır. Daşkəsən rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı, üzərində sports sözləri yazılmış qara rəngli idman çantasının içərisində 1 ədəd yapışqan lentlə bağlanmış, qara rəngli sellofan bağlamada, təmiz çəkisi 405 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, narkotik vasitədən əvvələr də bir neçə dəfə istifadə etmişdir. Narkotik vasitəni istifadə etmək üçün götürüb saxlamışdır. Yabanı halda bitən narkotik vasitə olan marixuananı Daşkəsən rayonu, Quşçu kənd ərazisində çayın kənarından toplamışdır. Narkotik vasitədən yenidən istifadə etmək üçün topladığı narkotik vasitə olan marixuananı çantaya yığaraq Daşkəsən rayon Əmirvar kəndinə aparıb orada gizlətmişdir. İstifadə etmək üçün gizlətdiyi narkotik vasitəni Daşkəsən rayon Əmirvar kənd ərazisindən götürüb Quşçu kəndinə aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları üzərini yoxlamış və əlindəki çantanın içərisində olan narkotik vasitəni götürdükdən sonra onu şübhəli şəxs qismində tutaraq Daşkəsən rayonu polis şöbəsinə təhvil vermişlər. Himayəsində xəstə və yaşlı anası vardır. Hazırda əməlindən peşman olduğunu bildirərək birdə daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, geç bir yerdə rəsmi olaraq işləmir. Narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. Başında ağrılar olduğu üçün narkotik vasitədən istifadə etmiş, bir sözlə narkotik vasitənin istifadəcisidir. Təqribən 1-2 ay bundan əvvəl Daşkəsən rayonu, Quşçu kənd ərazisində axan çay kənarından yabanı halda olan narkotik tərkibli bitkidən yığıb gizlilik məqsədilə Daşkəsən rayonu Əmirvar kəndi ərazisində, Daşkəsən-Əmirvar avtomobil yolunun 3-cü km-də, yolun kənarında yerləşən məişət tullantılarının atıldığı yerə gizləmişdir. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində narkotik vasitəni gizlətdiyi yerə getmiş və bağlamanı götürərək özü ilə gətirdiyi idman çantasının içərisinə qoymuşdur. Daşkəsən rayonu Əmirvar kəndində məişət tullantılarının atıldığı yerin yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan adamlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin adamlar özlərini təqdim etdikdən sonra o, həmin şəxslərin polis əməkdaşları olduğunu anlamışdır. Onlar ona hüquq və vəzifələrimi izah etmiş və o, isə onlara səmimi hər şeyi etiraf etmişdir. O, həmin narkotik vasitəni yalnız özü tək istifadə etməyə planlaşdırmış, həmin nartotik vasitədən heç kimə verməmiş, nədə ki, heç kimə satmamışdır. Qablaşdırılmış narkotik vasitə marixuananın çəkisi 438 qram aşkar olunmuşdur. O və baxış iştirakçıları qablaşdırılaraq möhürlənmiş paketin üzərini imzalamışlar. Əməlindən peşmandır bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Ona heç kim təzyiq etməyib və onun heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Mamedov X2 rayonu, Əmirvar kənd ərazisndə Daşkəsən- Əmirvar avtomobil yolunun 3-cü km-də yolun kənarında şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim etdikdən sonra şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxs əlində tutduğu idman çantasını onlara təqdim etmişdir. Çantanı açdıqda içərisində sellofan bağlamda spesifik qoxulu maddə aşkar edilərək götürülmüşdür. Narkotik vasitənin çəkisi 400 qramdan artıq olmuşdur. Həmin vasitənin nə olduğunu soruşduqda şəxs əvvəlllərdə narkotik vasitə istifadə etdiyini bildirərək üzərində saxladığı maddənin narkotik vasitə, marixuana olduğu bildirmişdir. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və aidiyyəti bölməyə təhvil verilmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Daşkəsən RPŞ-nin Narkotiklə Mübarizə qrupunda baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Daşkəsən rayonu, Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, üzərində narkotik vasitə saxlaması, Daşkəsən rayonu ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 20 iyul 2025-ci il tarixdə Daşkəsən rayonu, Daşkəsən-Əmirvar avtomobil yolunun 3 km-də, yolun kənarında “məişət tullantılarının atıldığı” yerin yaxınlığında olan zaman həmin gün saat 18:40 radələrində Təqsirləndirilən şəxs şübhəli hərəkətlərlə gəzdiyini görüb ona yaxınlaşmış və o, həmin tarixdə saat 18:44 dəqiqədə dərhal “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokol tərtib etməyə başlamışdır. Əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş başlamışdır. O, Təqsirləndirilən şəxs özünü və protokolda iştirak edən digər şəxsləri təqdim etmiş və təqdimatdan sonra Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini ona elan edərək bildirişi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı heç nə demədən sakit dayanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əlindəki üzərində sports sözləri yazılmış qara rəngli idman çantasının içərisində 1 ədəd yapşqan lentlə bağlanmış büküm içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş, o aşkar edilən kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, Elnur həmin kütlənin narkotik vasitə marixuana olduğunu, özünün istifadə etdiyini, eyni zamanda həmin narkotik vasitəni Daşkəsən rayonu Quşçu kəndi ərazisindən axan çayın kənarından aşkar edərək gələcəkdə istifadə etmək üçün özü ilə götürdüyünü söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana elektron tərəzi vasitəsilə ölçülmüş, həmn narkotik vasitə marixuananın çəkisi 435 qram müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana tərəfimdən qablaşdırılaraq üzəri 68 nömrəli möhür ilə möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra video çəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirərək aidiyyətə əməkdaşa təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid3 və Şahid2 özlərinə aid hissədə Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üzərinin yoxlanılması və əşyalarının götürülməsi haqqında” 15 avqust 2025-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Daşkəsən rayonu Əmirvar kəndi ərazisində Təqsirləndirilən şəxsnn üzərində olan 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı 435 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan tutulmuş şəxsin azad edlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə azad olunaraq barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 15 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokoldan görünür ki, Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada çəkisi 435 qram kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Daşkəsən rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış zərfə 20 iyul 2025-ci il tarixdə Daşkəsən RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofan bükümdə içəsisində olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana çəkisi tərəzi vasitəsi ilə təkrar ölçülmüş və çəkiləri 438 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən 20 iyul 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxışın aparılması haqqında 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntünün VİD_20250715_115354 adlı olduğu görünür. Baxış zamanı həmin video görüntüyə daxil olduqda video görüntünün 15 dəıqiqə 34 saniyə davam etdiyi görünür. Həmin video görüntü Daşkəsən rayonu Quşçu kəndi ərazisində yolun kənarında çəkilmişdir. Həmin görüntüdə Daşkəsən RPŞ-in Narkotiklə Mübarzə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 oğlu, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Daşkəsən rayon polis şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Daşkəsən rayonu Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs iştirak edir və video çəkiliş Şahid2 tərəfindən çəkilir. Şahid1 qolunda olan saata baxıb saatın 18:44 olduğunu deyir. Şahid1 özünü və protokolda iştirak edən şəxsləri təqdim etdir və Təqsirləndirilən şəxs özünü təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs hüuquq və vəzifələrini ona elan edərək bildirişi təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməyni tələb edir. Təqsirləndirilən şəxs ilk öncə əlində gəzdirdiyi üzərində “sports” sözləri yazılmış qara rəngli çanta içərisindəki üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanı çıxarıb Şahid1 təqdim edir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs bağlamanın içərisində olan nə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin bağlamanın içərəsində olan kütlənin “nəyşə” olduğunu deyib bir müddət əvvəl Daşkəsən rayonu Quşçu kəndi ərazisində axan çayın kənarında olarkən tapdığını, yalnız istifadə üçün götürdüyünü qeyd edir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan marixuana Şahid1 tərəfindən elektron tərəzi vasitəsi ilə çəlkilir və həmin kütlənin çəkisi 435 qram müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan marixuana zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırıldıqdan sonra rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və baxış iştirakçıları tərəfindən zərf imzalanır. Bundan sonra əməliyyat müvəkkiləri Şahid4 və Şahid3 şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirir. Bununlu da baxış yekunlaşır, video görüntü həmin gün saat 18:58-də dayandırılır. Bundan sonra DVD disk disk yuvacığından çıxarılır və cinayət işinə əlavə edilir. DVD diskdə olan video görüntünü izləyən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs video görüntüdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təsadüfən tapdığını, istifadəsi üçün özü ilə götürdüyünü, 20 iyul 2025-ci il tarixdə Daşkəsən rayonu Daşkəsən-Əmirvar avtomobil yolunun 3-cü km-də, məişət tullantılarının atıldığı yerin yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yaxalandığını göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2025-ci il tarixli 16/645 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş bağlama” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 405 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 405 qram, tədqiqata sərf edildi - 0,01 qr, qalıq- 404.9 qr qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 07 avqust 2025-ci il tarixli, 1247 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Daşkəsən rayon mərkəzi xəstəxanası” X6 09 oktyabr 2025-ci il tarixli, 18-1-33/2-338/2025 saylı məktubundan görünür ki, Mamedov X2 şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeyddiyyatında durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Mamedov X2 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli qərar ilə rayon polis şöbəsinin Narkotiklə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokolu ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -404.9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 20 iyul 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -404.9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana rayon polis şöbəsinin saxlancına verilmiş, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 20 iyul 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti başçısıın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kənd sakinləri arasında özünü nümunəvi apararaq hörmət qazanmışdır. Barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını törətdiyi cinayəti səmimi etiraf etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın (kannabis) miqdarı 05 qramdan 500 qramadək olduqda xeyli miqdar (təmiz halda qramlarla),ondan artıq olduqda külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 saylı plenum qərarının 27-ci bəndinə əsasən, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 50-ci bəndində qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək səmimi peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu Quşçu kəndində yerləşən yaşayış evini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Daşkəsən rayon ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Qeyd olunanlardan əlavə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 404.9 qram tərkibində narkotik maddələır olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən yaşayış evini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Daşkəsən rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 404.9 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar