Məhkəmə qərarları › İş №1(030)-16/2025

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-16/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-16/2025 11.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X37 Hafiz oğlunun sədrliyi, X18 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Daşkəsən rayon Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən Daşkəsən rayon Çıraqlı kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məmmədov X17 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(030)-476/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 29 avqust 2018-ci il tarixdən başlayaraq 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 24 oktyabr 2019-cu il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq 10 may 2011-ci ildə anadan olmuş X5, 14 aprel 2013-cü ildə anadan olmuş X4, 31 oktyabr 2014-cü ildə anadan olmuş X9, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 400 ( dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1- 1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(030)-213/2020 saylı qərarı ilə 10 gün müddətinə, 3(030)-164/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün müddətinə, 3(030)-2/2025 saylı xx.xx.2025-ci tarixli qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 23 iyun 2025-ci il tarixədək cəmi 15470 (on beş min dörd yüz yetmiş) manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dörd uşağa görə hər ay 400 manat aliment ödəməlidir. İşləmədiyi vaxtlarda aylıq alimenti ödəyə bilməmişdir. Bakı şəhərində bir neçə dəfə işə qəbul edilmiş olsa da, Zərərçəkmiş şəxs onun müdirinə zəng edərək onu işdən azad etdirmişdir. 2025-ci ildə 25 gün müddətə inzibati qaydada həbs olunduqdan sonra icra məmurunun köməkliyi ilə aylıq əmək haqqı 400 manat olan işə qəbul edilmişdir. İşlədiyi vaxtdan hər ay ödənişlər etmiş və bununla bağlı ödəniş qəbzlərində təqdim etmişdir. Həmçinin sonrakı evlilikdən bir azyaşlı uşağı vardır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 27 may 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar nikah münasibətlərində olduqları müddətdə 10 may 2011-ci ildə X16, 14 aprel 2013-cü ildə X12, 31 oktyabr 2014-cü ildə X19, 24 iyul 2017-ci ildə X13 adında övladları anadan olmuşdur. O, Zərərçəkmiş şəxs ilə rəsmi nikah münasibətlərində olduqları müddətdə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxsnın himayəsində, Gəncə şəhərində yaşamışdılar. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 29 avqust 2018-ci il tarixdən başlayaraq ondan 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, bu qətnamə əsasında Zərərçəkmiş şəxs ilə rəsmi boşanmış, həmin qətnamə üzrə borcu qalmamış və ödənişləri tam olaraq ödəmişdir. Daha sonra Zərərçəkmiş şəxs alimentin miqdarının uşaqların saxlanılmasına yetmədiyini əsas gətirərək alimentin miqdarının artırılması üçün yenidən məhkəməyə müraciət etmiş və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq ondan 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1 və 528.1-1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2023cü il tarixli qərarı ilə 15 gün müddətinə, həmin məhkəmənin xx.xx.2025-ci tarixli qərarı ilə 25 gün müddətinə həbs edilmişdir. Daşkəsən rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 23 iyun 2025-ci tarixli təqdimat əsasında Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 15470 manat ödənməmiş aliment borcu qalmışdır. O, övladlarına baxmalı olduğunu dərk etdiyini, sadəcə alimenti tam olaraq ödəyib bağlaya bilmədiyini, qətnamə ilə razı olsa da təqdimatda qeyd olunan aliment məbləğini tam şəkildə ödəyə bilmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, hazırda "xxxx" MMC-də sürücü işlədiyini, bundan əlavə aftoyuma məntəqəsində də işlədiyini, aylıq qazancının 700-800 manat olduğunu, ümumilikdə icra dövründə aliment borcundan 10930 manat məbləğində ödəniş etdiyini, təqdimat verilən tarixə kimi olan 15470 manat məbləğində aliment borcundan 2730 manat məbləğində ödəniş etdiyini, qazandığı pulu ancaq şəxsi xərclərinə sərf elədiyi üçün aliment ödəmədiyini, cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə icra məmurları tərəfindən ona dəfələrlə şifahi və yazılı xəbərdarlıq edildiyini, məhkəmə qərarını icra etməməyin cinayət məsuliyyətinə səbəb olduğunu, əlilliyi, xəstəliyi və ya səhətiylə bağlı hər hansı bir narahatçılığı olmadığını, təqdimatda qeyd edilən aliment borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını, çalışdığı qədər qeyd olunan aliment borcunu ödüyəcəyini öz ifadəsində bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kəmaləddin Məmmədovun qazancı olmasına baxmayaraq məhkəmə tərəfindən uşaqların saxlanılması üçün təyin edilmiş alimenti qəsdən ödəməmişdir. Dörd uşağı çox çətinliklə saxlayır. X10 heç bir ödəniş etməyəcəyini bildirmişdir. Odur ki, yaranmış aliment borcunun ödənilməsini, ödəmədiyi halda ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və nikahları isə 27 may 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Bu nikah münasibətlərindən onların 10 may 2011-ci ildə X16, 14 aprel 2013-cü ildə X12, 31 oktyabr 2014-cü ildə X19, 24 iyul 2017-ci ildə X13 adında övladları anadan olmuşdur. Onlar evli olduqları müddətdə Təqsirləndirilən şəxs sürücü işləmiş və qazancı 800,00-900,00 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getmədiyi üçün 2018-ci il tarixdə ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdırlar. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşaqları tək başına saxlaya bilmədiyindən 2018-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 29 avqust 2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Bu qətnamə əsasında onlar rəsmi olaraq boşanmışdırlar. Həmin qətnamə üzrə Təqsirləndirilən şəxs ona borcu qalmamışdır. Daha sonra alimentin miqdarı uşaqların saxlanılmasına yetmədiyi üçün yenidən məhkəməyə müraciət etmiş və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli olduğu alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci və 528.1-1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün müddətinə, həmin məhkəmənin xx.xx.2025-ci tarixli qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Daşkəsən rayon icra və probasiya şöbəsi tərəfindən təqdimat verilən 23 iyun 2025-ci il tarixədək Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 15470 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladları ilə maraqlanmamış nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Daşkəsən Rayon məhkəməsinin 2(030)-336/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Daşkəsən rayon İcra və probasiya şöbəsində işlədiyi vaxtda X11 məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsinə dair icra vərəqəsi üzrə iş onun icraatında olmuşdur. Ona müxtəlif vaxtlarda aliment borcunu ödəmədiyi üçün xəbərdarlıqlar edilmiş, buna baxmayaraq X20 aliment borcunu ödəməkdən yayınmışdır. O, hətta Daşkəsən rayon İcra və probasiya şöbəsinə gəlməkdən də boyun qaçırmış, onun gətirilməsi axtarış qərarı əsasında hər dəfə polis əməkdaşları vasitəsilə mümkün olmuşdur. Məhkəmə qərarları ilə inzibati həbslər edilmiş, bütün bunlara baxmayaraq X20 aliment borcunu ödəməkdən yayınmışdır. İşlədiyi yerlər müəyyən edilib əmək haqqından tutulması aparıldıqda şəxs aliment borcunun ödəməkdən yayınmaq üçün qərəzli şəkildə tez-tez işlədiyi yerlərdən çıxmışdır. Aliment borcunu ödəmədiyi üçün barəsində dəfələrlə zəruri icra tədbirləri görülmüş, axtarış qərarları verilmişdir. Sonuncu dəfə borclu 2025-ci ildə inzibati qaydada tutulduqdan sonra izahatı alınmış o, isə həmişəki kimi müxtəlif bahanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Görülən tədbirlər lazımı nəticə vermədiyi üçün barəsində cinayət işi başlanılması üçün istintaq orqanına təqdimat verilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Daşkəsən Rayon məhkəməsinin 2(030)-336/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Daşkəsən Rayon məhkəməsinin 2(030)-476/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə alimentin miqdarı artırılaraq xx.xx.2011-ci ildə anadan olmuş Zəhra, xx.xx.2013-cü ildə anadan olmuş Mədinə, xx.xx.2014-cü ildə anadan olmuş Eşqin və xx.xx.2017-ci ildə anadan olmuş Rahilənin maddi təminatı üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay borclu Təqsirləndirilən şəxs bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Daşkəsən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Yaranmış aliment borcunun məcburi icrası üçün görülən tədbirlər isə müsbət nəticə verməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 8(030)-11/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmiş, izahatının alınması üçün Daşkəsən icra və probasiya şöbəsinə dəvət olunmuş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Daşkəsən rayon Məhkəməsinin 3(030)-213/2020 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Eləcədə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs yenə də icra sənədinin icrasını təmin etməmiş, izahatı alınması üçün dəfələrlə şöbəyə dəvət olunsa da, çağırışa gəlməmişdir. Borclunun yaşayış yeri məlum olmadığından xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul olunaraq Daşkəsən rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Elə həmin tarixdə borclunun izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Məmmədov X17 Rayon Məhkəməsinin 3(030)- 164/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu yaranmış aliment borcunu ödəməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs yenə də icra sənədinin icrasını təmin etməmiş, izahatı alınması üçün dəfələrlə şöbəyə dəvət olunsa da, çağırışa gəlməmişdir. Borclunun yaşayış yeri məlum olmadığından xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul olunaraq Daşkəsən rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Həmin tarixdə borclunun izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Məmmədov X17 Rayon Məhkəməsinin 3(030)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarından görünür ki, borclu Məmmədov X17 Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasından, ona inzibati qaydada tənbehlər tətbiq olunmasına və məsuliyyəti elan edilməklə rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq qərəzli olaraq yayınmışdır. Bundan başqa iş üzrə tələbkar Zərərçəkmiş şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona 15070 (on beş min yetmiş) manat ödənilməmiş aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Məhkəmənin 2(030)- 336/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs ödənilməli olduğu cəmi 26000,00 manat alimentin 10930,00 manat hissəsini ödəmiş və təqdimat verilən 23 iyun 2025-ci il tarixə 15470 (on beş min dört yüz yetmiş) manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Daşkəsən Rayon məhkəməsinin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. X14 Daşkəsən rayon İcra və probasiya şöbəsində borclu şəxs kimi 2017-ci ildən etibarən məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment borcunu ödəməkdən mütamadi olaraq yayınmışdır. X11 barəsində dəfələrlə axtarış qərarı verilmişdir. O, həmişə polis əməkdaşlarının köməyilə icra şöbəsinə gətirilmişdir. Axtarışla gələn zamanda o, müxtəlif bahanələr gətirərək aliment borcundan çox az məbləğdə ödənişlər etmişdir. Ona müxtəlif vaxtlarda aliment borcunu ödəmədiyi üçün xəbərdarlıqlar edilmiş, məhkəmə qərarları ilə inzibati həbslər edilmiş, bütün bunlara baxmayaraq o, aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə onun ödənməmiş xeyli məbləğdə aliment borcu yaranmışdır. Şəxsin əmlak vəziyyəti yoxlanılmış adına hər hansı daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bütün bu hallaradan heç bir nəticə çıxarmayaraq aliment borcunu qərəzli şəkildə ödəməkdən yayınmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X22 X8 Filialının 19 may 2025-ci il tarixli, 3-17-2/2-22465/2025 saylı məktubundən görünür ki, Məmmədov X1 Elektron İnformasiya Sistemində (MEİS) 22 avqust 2023-cü il tarixdə “Məşğulluq Haqqında” Azərbaycan Respublikasi Qanunun 5.9.1ci maddəsinə (müvafiq icra hakimiyyəti oraqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda) əsasən işaxtaran kimi qeydiyyatı ləğv edildiyindən onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-12/2-613350/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(030)-213/2020 saylı, 3(030)- 164/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3(030)-2/2025 saylı, xx.xx.2025-ci tarixli qərarlarından görünür ki, Məmmədov X17 Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək, Azərbaycan Respublikası İXM-nın 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərəkmüvafiq olaraq 10 gün, 15 gün, 25 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. İşdə olan ödəniş qəbzlərindən və cinayət işi materialından görünür ki, Məmmədov X17 Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə təqdimat verilən 23 iyun 2025-ci il tarixədək cəmi 15470 (on beş min dörd yüz yetmiş) manat məbləğində aliment borcundan istintaq müddətində 2370 (iki min üç yüz yetmiş) manat məbləğində ödəniş etmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsi 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 maddi təminatı üçün hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin X6 tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, iş üzrə icraata balşanmış, borclu X15 10 gün müddətində tələbi könüllü icra edərək Daşkəsən rayon İcra və probasiya şöbəsinə məlumat verilməsi təklif olunmuş, bu müddət ərzində, göstərilən tələbləri yerinə yetirmədikdə məcburi icra tədbirləri tətbiq ediləcəyi, bu halda icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən X15 Daşkəsən Rayon Məhkəməsi 2(030)- 336/2019 saylı, xx.xx.2019-cu icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(030)-11/2020 saylı qərardadının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği ödənilməklə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayramov X28 Rayon İcra Hakimiyyəti Başçısının Çıraqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini X24 ilə birlikdə X7 qeydiyyatda olduğu Daşkəsən rayonu. Çıraqlı kəndində olduğu evə baxış keçirilmiş, lakin icra tələbinin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. İşdə olan Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Çıraqlı kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsinin surətindən görünürü ki, Təqsirləndirilən şəxs kənd ərazisndə yaşadığı müddətdə kənd sakinləri arasında müsbət xarakterizə olunmayıbdır. Belə ki, onun barəsində aliment borcu ödəmədiyi üçün dəfələrlə inzibati həbs olunması və vaxtaşırı hüquqpozmalara etdiyi üçün hüquq-mühafizə orqanlarında araşdırılmaların aparılması barədə nümayəndəlikdə zaman-zaman məlumatlar olmuşdur. İşdə olan Daşkəsən rayon Polis şöbəsinin xx.xx.2026-cı il tarixli 360298 nömrəli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2026-cı il tarixdə Bakı şəhər ərazisində Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq gətirilib Daşkəsən RPŞ-nin MSY-yə təhvil verilmişdir. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətdən bildirmişdir ki, Daşkəsən rayon İcra məmurunun vəsatəti əsasında haqqında Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə istintaq aparılmışdır. Bundan əvvəl icra məmuru Şahid1 aliment borcunu ödəyə bilmədiyi üçün onu Dost Agentliyində aylıq 420 manat məvaciblə işlə təmin olunmasına köməklik etmişdir. Təqribən 06 ay müddətdir ki, həmin məbləğlə şəxsinə təyin olunmuş alimenti ödəyir. Qeyri-rəsmi işlərdə işləyib alimentdən yaranan əvvəlki borclarından hissə-hissə ödəmişdir. Lakin icra məmuru Şahid2 qeyd etdiklərini nəzər almayaraq ona təyin olunmuş alimentdən əvvəlki borcuna görə sənədləşdirib məhkəməyə göndərmişdir. Qeyd olunanları nəzərə alaraq onu yenidən azadlığa buraxılmağını və Dost Agentliyində təmin edildiyi işə geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğulanma məlumatlarından görünür ki, X11 xx.xx.2021-ci il təvəllüdlü X23 adlı bir uşağıda vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cuil tarixli 2(030)-336/2019 nömrəli məhkəmə qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 10 may 2011-ci ildə anadan olmuş X16, 14 aprel 2013-cü ildə anadan olmuş X12, 31 oktyabr 2014-cü ildə anadan olmuş X19, 24 iyul 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa ayda 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun dəfələrlə edilmiş qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə iki dəfə və 528.1-1-ci maddə ilə bir dəfə əqsirli bilinərək üç dəfə inzibati qaydada həbs edilmişdir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(030)-213/2020 saylı inzibati xəta haqqında qərarı ilə 10 gün, 3(030)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün və 3(030)-2/2025 saylı, xx.xx.2025-ci tarixli qərarı ilə inzibati xəta haqqında qərarı ilə onun barəsində 25 gün müddətinə həbs növündə inzbati tənbeh tədbiri tətbiq edilmişdir. Bunlarla yanaşı, icra məmurunun xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il saylı rəsmi xəbərdarlıq məktubları ilə icra sənədi üzrə yaranmış aliment borcunu 10 gün müddətinə tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə xəbərdarlıqlar edilməklə göstərilən müddətə kimi yaranmış 15470 manat məbləğində aliment borcunun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs açıq-aşkar surətdə qərəzlilik nümayiş etdirərək 15470 manat məbləğində aliment borcunu ibtidai istintaq müddətində cəmi 2370 manat ödəniş etmişdir. Məhkəmə qərarını heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Bundan başqa ibtidai istintaqıqın başladığı vaxtdan hazırki vaxtdadək beş aylıq bir müddət keçdiyini və aylıq 400 manat aliment ödəməli olduğu nəzərə alınanda beş aylıq aliment borcu yenə də iki min manat təşkil etmiş olur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs aliment borcundan cəmi 370 manat ödəniş etmişdir. Ödənilmiş həmin məbləğ yaranmış aliment borcunun çox az bir hissəsin təşkil edir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarı ilə hər bir uşağa görə 100 manat olmaqla dörd uşağın saxlanılması üçün Təqsirləndirilən şəxs tutulmalı olan 400 manat alimentin bir il ərzində ödəmə məcmusu 4800 manat təşkil edir ki, 15470 manat məbləğində aliment borcunu illərə bölündükdə üç ildən artıq müddəti əhatə edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, bir uşağa 100 manat olmaqla aylıq 400 manat aliment yüksək məbləğ təşkil etmir. Borclu Təqsirləndirilən şəxs əmək qabiliyyətlidir, müxtəlif sahələrdə işləmək imkanına malikdir. Özünün də etiraf etdiyi kimi onun fərdi əmək fəaliyyəti ilə məşğul olaraq gündəlik gəlir əldə edə bilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, borclu Təqsirləndirilən şəxs hər ay 400 manat aliment borcunu ödəməklə məhkəmə qərarını icra etmək üçün faktiki imkana malik olmuşdur. Lakin o, heç bir üzürlü səbəb olmadan şüurlu surətdə aliment borcunu ödəməkdən yayınmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq qəsdən icra etməməklə uşaqlarını maddi cəhətdən köməksiz vəziyyətdə qoymuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, işə əlavə olunmuş sənədləri məhkəmə iclasında hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-336/2019 nömrəli, xx.xx.2019-cu tarixli məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə cinayət işinin digər materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Bu baxımdan onun əməli Azərbaycan Respublikasının CM-nın 306.1-ci maddəsi ilə tövsif olunmalı və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəmənin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014- cü il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət tğrətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 56-cı bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin mənasından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə həmin cinayətin tərkibini yaradır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmiş, inzibati məsuliyyətə cəlb olunmasından heç bir nəticə çıxarmamış və icra üçün yeni müddət təyin olunmasına, fərdi əməklə məğul olmasına, istədiyi təqdirdə alimenti ödəmək iqtidarında olmasına baxmayaraq, aliment borcunu ödəməmişdir. Həmçinin valideyn olaraq saxlamaq öhdəliyi daşıdığı dörd uşağının maddi vəziyyətinin pisləşməsinə səbəb olan əməli törətmişdir. Məhkəmə hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması qeyrimümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtan 28 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar