Məhkəmə qərarları › İş №1(030)-17/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-17/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-17/2023 17.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Samux rayonu Çobanabdallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Samux rayonu Çobanabdalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə edib Zərərçəkmiş şəxs zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 26 iyul 2023cü il tarixdə saat 21:50 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndinin mərkəzində yerləşən “Maral heykəli” deyilən ərazidə sərxoş vəziyyətdə olan tanışı Daşkəsən RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, sonuncuya məxsus qırmızı rəngli “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin içərisində ünvansız nalayiq söyüşlər söydükdən sonra Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gələrək bu niyyətlə üzərində gəzdirdiyi açıq vəziyyətə ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 73 mm olan kustar üsulla hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaqla əvvəlcə sonuncunun başın sol arxa nahiyəsinə qəsdən bir dəfə zərbə endirdikdən sonra avtomobildən bayıra düşüb zor tətbiq edəcəyi hədəsi ilə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib avtomobilin sükanı arxasında oturan Zərərçəkmiş şəxs yanına yaxınlaşmaqla qəsdən bir dəfə də, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaqla sonuncunun sol ayağın baldırın bayır nahiyəsinə zərbə endirməsi nəticəsində Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin və sol baldırın yaraları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pzulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan, yəni soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə onun təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Daşkəsən Rayon polis şöbəsinin İTB-nin Xoşbulaq kəndi üzrə sahənin polis nəfəri, polis serjantı olan Zərərçəkmiş şəxs 3 ilə yaxın müddətdir ki, tanıyır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Özünü dolandırmaq üçün əkinçiliklə məşğul olur. Atası Ehtimad rəsmi olaraq heç bir yerdə işləməsə də Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən “Xoşqonaq” adlı restoranı işlədir. O, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Şahid1 ilə mobil telefon vasitəsi ilə danışan zaman Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisində yerləşən “Səyyar” adlı yeməkxanada oturub çay içmək qərarına gəlmişdir. Bundan sonra o, sürücülük hüququ olmaqla özünə məxsus qara rəngli “Vaz 21212” markalı **-EJ-*** markalı minik avtomobili ilə Xoşbulaq kəndinin mərkəzinə gedib “Səyyar” adlı yeməkxanada Cavid ilə görüşmüşdür. Onlar orada oturub çay içəməyə başlamışlar. O, təxminən Cavid ilə yarım saat oturub hal-əhval tutan zaman Zərərçəkmiş şəxs və özü ilə birlikə 3 nəfər tanımadığı şəxslər “Səyyar” adlı yeməkxanaya gəlmişlər. Seymurun yanında gələn 3 nəfər şəxs Cavid ilə onun oturduğu masanın qarşısında oturmuşlar. Seymur yeməkxanada işləyən xidmətçini səsləyib qonaqlarına çay gətirməsini xahiş etmişdir. Daha sonra Seymur onların əyləşdikləri masaya gəlib ayaq üstə çay içməyə başlamışdır. O, Seymurdan 3 nəfər qonağının kim olduğunu soruşmuş, bu zaman Seymur ona həmin şəxslərin “doşan işlədiklərini” dedikdə o, həmin şəxslərin Seymura məlumat verdiklərini başa düşmüşdür. O, həmin şəxslərin geyindikləri paltarlardan səliqəli, normal şəxslər olduğunu görüb Seymura “həmin şəxslərin normal insanlara oxşadığını” dedikdə Seymur ona heç bir cavab verməmişdir. Təxminən 3 dəqiqə sonra o və Cavid yeməkxanadan çıxmaq üçün masadan durmuşlar. Seymur və o, öndə yeməkxanadan ilk öncə bayıra çıxmışdır. Bayırda olan zaman, yəni yeməkxananın qarşısında Seymur öz-özlüyündən “mənəm doşan” demişdir. O, Seymura “sən dedinki həmin 3 nəfər şəxs doşandır” ifadəsini işlətdikdə Seymur nalayiq ifadə işlədərək “dur rədd ol burdan” demişdir. Həmin vaxtı Cavid onların yanında olmamışdır. Cavid mobil telefon ilə danışa-danışa yeməkxananın pilləkənlərindən düşüb yanlarına gəlmişdir. O, Seymurun hərəkətlərindən və danışığından sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. O, Seymura “utanmırsan məndən neçə yaş böyük olmağına baxmayaraq mənə caamatın içində bu cür ifadə işlədirsən” demiş və bu mövzuda Seymur ilə aralarında mübahisə baş vermişdir. Daha sonra Cavid Seymura məxsus qırmızı rəngli “Vaz 2106” markalı avtomobili idarə edərək Seymurla birlikdə oradan çıxıb getmişdir. O, idarə etdiyi avtomobilə əyləşərək “Xoşqonaq” restoranına getmişdir. O, “xoşqonaq” restoranına çatdıqdan təxminən 20 dəqiqə sonra Seymurun ona dediyi sözü aydınlaşdırmaq və bu barədə söhbət etmək üçün Cavidin istifadə etdiyi mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşmuşdur. Telefon danışığı zamanı Cavid ona Xoşbulaq kəndi ərazisində yerləşən “İdman kompleksinin” qarşısında olduğunu dedikdə o, Caviddən həmin yerdə gözləməsini qısa zamanda ora gələcəyimi xahiş etmişdir. Bundan sonra o, idarə etdiyi avtomobil ilə Cavidi sözügüdən yerdən götürüb Xoşbulaq kəndi ərazisində hərəkət etməyə başlamışdır. O, Cavid ilə bu barədə avtomobilində söhbət edən zaman avtomobili ilə Xoşbulaq kəndi ərazisi ilə hərkət etmişdir. O, Xoşbulaq kəndi ərazisində yerləşən “Poçtun” yaxınlığına çatdıqda Seymur istifadə etdiyi mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və bunu görən Cavid mobil telefonu onun əlindən alıb zəngi sonlandırmışdır. Təxminən 1 dəqiqə sonra Seymur onun mobil nömrəsinə təkrar zəng etdikdə o, həmin zəngi açmış və telefon danışığı zamanı Seymur ona “Xoşqonaq” restoranın yanında yerləşən “qırmızı” yanacaq doldurma məntəqəsinin yanında olduğunu deyərək onu həmin yerə çağırmışdır. Bundan sonra o, Cavid ilə birlikdə idarə etdiyi avtomobillə “qırmızı”yanacaq doldurma məntəqəsinin qarşısına getdikdə Seymurun orada olmadığını görmüşdür. Daha sonra o, Cavid ilə birlikdə idarə etdiyi avtomobillə Xoşbulaq kəndinin mərkəzində yerləşən “maral” heykəlinin olduğu əraziyə doğru hərəkətdə olan zaman Seymur təkrar istifadəsində olan mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşmuşdur. Telefon danışığı zamanı o, Seymura Cavid ilə birlikdə “maral” heykəlinin olduğu yerə getdiyini demişdir. O, idarə etdiyi avtomobillə Cavidlə birlikdə Xoşbulaq kənd mərkəzində yerləşən “maral heykəli” deyilən əraziyə çatmışdır. Təxminən 2-3 dəqiqə sonra Seymur idarə etdiyi avtomobil ilə ora gəlib minik avtomobilini onun avtomobilinin dayandığı yerdən təxminən 10 metr uzaqlıqda saxlamışdır. Bundan sonra Cavid ilə o, avtomobildən düşüb Seymura tərəf getmişdir. O, avtomobilində olan 2023-cü ilin may ayından Samux rayonu, Çobanabdalı kəndində yerləşən təsərrüflarının yerləşdiyi “fermadan” götürdüyü dəstəyi və tiyəsi qara rəngli düymə ilə açılıb-qatlanan bıçağı avtomobilindən götürüb əynində olan qollu payız gödəkçəsinin sağ cibinə qoymuşmuşdur. Cavid ilə birlikdə avtomobilindən düşən zaman həmin bıçaq gödəkçəsinin sağ cibində bağlı vəziyyətdə olmuşdur. Onun həmin bıçağı avtomobilindən götürməkdə məqsədi, Seymurun ona dediyi sözə görə Seymur ilə arasında baş verəcək dava-dalaş zamanı gücünün Seymura çatmayacağını düşünüb Seymuru həmin bıçaqla vurmaq olmuşdur. Bundan sonra Seymur ilə “Maral” heykəlinin yanında görüşmüş Seymur öz avtomobilinin sükanı arxasında oturduqda o da, Seymurun avtomobilinin arxa sağ sərnişin oturacağında oturmuşdur. Cavid isə ilk öncə avtomobilin ön sərnişin oturacağında oturduqdan sonra bayıra düşüb telefonla danışmaq üçün oradan uzaqlaşmışdır. Bundan sonra Seymur ilə arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs mübahisə zamanı demədiyi sözü ”indi deyərək nalayiq ifadə işlədib avtobilindən düşməyini” tələb etmişdir. Bu zaman o, əsəbiləşərək gödəkçəsinin sağ cibində olan düyməli açılıb-qatlanan bıçağı açmış və sağ əlində açıq vəziyyətdə olan bıçaqla Seymurun qol nahiyəsinə zərbə atmışdır. Elə həmin vaxtı Seymur ona doğru geriyə çevrilib bədən nahiyəsini irəli doğru hərəkət etdirdikdə onun Seymurun qol nahiyəsinə atdığı bıçaq zərbəsi Seymurun sol qulağının arxa nahiyəsinə dəymişdir. Bunu görən Cavid avtomobilin ön sərnişin oturacağından bədənini içəri daxil edib onu Seymurdan ayırmağa çalışmışdır. O, avtomobildən düşüb Seymurun əyləşdiyi sükan tərəfə getmişdir. Həmin vaxtı Seymurun əyləşdiyi oturacağın qapısı açıq vəziyyətdə olmuşdur. O, Seymurun yanına çatdıqda Seymur oturulu vəziyyətdə ona təpik atdıqda o, əlində olan bıçaqla qəsdən bir dəfə də Seymurun sol baldır nahiyəsinə zərbə endirmişdir. Həmin vaxtı Cavid yanına qaçaraq əlindəki bıçağı ondan almışdır. O, Seymuru avtomobildə bıçaqlayan zaman ətrafda heç kim olmamışdır. Cavid bıçağı onun əlindən aldıqdan sonra o, avtomobilinə əyləşərək birbaşa Gəncə şəhəri istiqamətində hərkət etmişdir. Yolda olan zaman o, atasına zəng edərək bu barədə məlumat vermişdir. O, Gəncə şəhəri istiqamətidə hərəkətdə olan zaman polis əməkdaşları onu saxladaraq Daşkəsən rayon polis şöbəsinə gətirmişdir. Baş vermiş dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, avtomobilin içərisində o və Seymurdan başqa heç kim olmamış, davanın təşəbbüskarı da Seymur olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017ci ilin iyun ayından isə tutduğu vəzifədə, yəni Daşkəsən RPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxın müddətdir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə xidmətdən sonra olduğu üçün həmin gün istirahət vaxtı olmuşdur. Şahid1 isə həmin gün Xoşbulaq kəndi ərazisində 24 saatlıq xidmətə, yəni günlük xidmətə çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndində qohumluq münasibəti olan Rafiqin oğlu Seymurun əsgərlikdən qayıtması münasibəti ilə təşkil etdiyi şənlikdə iştirak etmişdir. O, orada olan zaman təxminən 200-300 qram spirtli içki olan araq içmişdir. Bundan sonra o, Şahid1 zəng edərək harada olduğunu soruşduqda Cavid ona “Səyyar” adlı yeməkxanada olduğunu demişdir. O, idarə etdiyi qırmızı rəngli “VAZ 2106” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Xoşbulaq kəndinin mərkəzində yerləşən “Səyyar” adlı yeməkxananın qarşısına getmişdir. Bundan sonra yeməkxananın ikinci mərtəbəsinə çay içmək üçün qalxdıqda o, Cavidə Xoşbulaq kənd sakini olan İlkin Alıyevin təxminən 1 ay əvvəl itirdiyi danasına bənzəyən bir baş dananın kəndin başında olduğunu deyərək həmin yerə İlkin ilə birlikdə gedib baxmaq lazım olduğunu demişdir. Həmin vaxtı o, Cavid və Etiqadın əyləşdiyi masanın arxa tərəfində yerləşən masada əyləşmişdir. O, ofisyantı yanına çağrıb polis qonaqlarına çay və mürəbbə verməsini demişdir. Daha sonra o, Etiqad və Cavidin əyləşdiyi masaya yaxınlaşmışdır. O, ayaq üstə onların çay içdiyi fincandan çay içməyə başlamışdır. Həmin vaxtı Cavid mobil telefon ilə danışan zaman o, Etiqad ilə söhbət etmişdir. Cavid mobil telefon ilə danışa-danışa ayağa durmuş və ona getdiyini söylədikdə o, Cavidə onunla birlikdə gedəcəyini demişdir. O və Cavid qalxdıqda Etiqad da, çıxıb gedəcəyini söyləmişdir. Cavid çayın pulunu verən ərəfə Etiqad ilə o, öndə gedərək yeməkxanadan bayıra çıxmışdır. Etiqad pilləkəni düşən zaman ona yanında gələn 3 nəfər polis əməkdaşlarını tanımadığından həmin şəxslərin “doşanlarını çaylamağamı gətiribsən” ifadəsini işlətmişdir. Bu zaman o, Etiqada utanmırsan həmin şəxslərin polis əməkdaşları olduğunu dedikdə Etiqad ona şər ataraq guya onun qonaqlarına “doşan” deməyini söyləmişdir. Onlar bayıra çıxdıqda Etiqad polis məntəqəsinin yanına tərəf getmiş, Cavid yeməkxanadan çıxıb öz avtomobilinə tərəf getdikdə o, Cavidi səsləyərək ona məxsus avtomobili idarə edib, həmin avtomobil ilə getməklərini demişdir. Bundan sonra Cavid onun avtomobilinin sükanı arxasında oturub avtomobilin istiqamətini dəyişmiş və o, avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Cavid təxminən 10 metr irəlilədikdə Etiqad onun olduğu tərəfdən avtomobilə yaxınlaşdıqda Cavid avtomobili dayandırmışdır. O, Etiqada nə üçün o cür ifadə işlətdiyini soruşduqda Etiqad ona şər ataraq həmin şəxslərə “doşan” sözünü onun dediyini söyləmişdir. Bu mövzuda Etiqad ilə arasında mübahisə yaranmış, mübahisə zamanı Etiqad ona şər ataraq nə üçün onunla söyüşlə danışdığımı deyərək “sən uşaqsan lazım olsa sənin rəisinə zəng etdirə biləcəyini” dedikdə o, Etiqada söyüşlə danışmamağını demişdir. Cavid mübahisənin böyüməməsi üçün avtomobili idarə edib oradan uzaqlaşmışdır. Yolda olan zaman Cavidin istifadə etdiyi mobil telefona zəng gəlmiş, Cavidin mobil telefonda danışdığı şəxsə “onun yerinə üzr istədiyini, üzürlü say” dediyini eşitmişdir. O, Caviddən kimlə danışdığını soruşduqda Cavid ona Etiqad ilə danışdığımı demişdir. Cavid Etiqad ilə mobil telefon vasitəsi ilə arasında olan danışığı ona demiş, guya o, Etiqadın başını zarafatla dişləyib ona nalayiq ifadə işlətmişdir. O, andlar içərək Etiqada söymədiyini, Etiqadın başını dişləmədiyini və polis əməkdaşları barəsində “doşan” deməyini bildirərək Etiqadın mobil nömrəsini Caviddən istədikdə Cavid ona Etiqadın mobil nömrəsini verməmişdir. Onlar danaya baxdıqdan sonra Cavid ona məxsus avtomobili idarə edib İlkin ilə birlikdə Xoşbulaq kəndində yerləşən “İdman kompleksinin “ qarşısına getmişdir. Cavid avtomobildən düşüb ondan yaşadığı evə getməyini xahiş etmişdir. O, evə gedəcəyini deyərək özünə məxsus avtomobilə əyləşib oradan uzaqlaşmışdır. O, Etiqad ilə söhbət etmək üçün Xoşbulaq kəndində yerləşən Etiqadgilə məxsus “Xoşqonaq” yeməkxanasına getmişdir. O, Etiqadı orada tapmadığı üçün Etiqadın barəsində şər atması ilə əlaqədar Etiqadın qohumu Kamal dayıya məlumat vermiş və Kamaldan Etiqadın mobil nömrəsini götürmüşdür. Kamal ona Etiqadın səhv etdiyini özünün Etiqadı tənbəh edəcəyini demişdir. O, restorandan çıxıb istifadə etdiyi mobil telefonla Etiqada zəng etmiş, lakin onun ilk zəngini Etiqad cavablandırmamışdır. O, təkrar Etiqada zəng etdikdə Etiqad mobil telefona cavab vermiş və telefon danışığı zamanı o, Etiqaddan harada olduğunu soruşduqda Etiqad ona Xoşbulaq kəndinin mərkəzində “maral” heykəlinin yerləşdiyi ərazidə olduğunu demiş, o isə Etiqada ora gəldiyini deyib telefon zəngini sonlandırmışdır. O, “maral” heykəlinin yerləşdiyi əraziyə çatdıqda Etiqada zəng edib ondan harada olduğunu soruşduqda Etiqad ona Cavidlə birlikdə “maral” heykəlinin olduğu yerdə olduğunu demişdir. Bundan sonra onların olduğu yerə getmişdir. Oraya çatdıqda Etiqad ona məxsus avtomobilin arxa sağ sərnişin oturacağında Cavid isə ön sərnişin oturacağında əyləşmişdir. Cavid isə sonra avtomobilin ön sərnişin oturacağından bayıra düşüb telefonla danışmaq üçün oradan uzaqlaşmışdır. Etiqad ilə o, bayaqki məsələ ilə bağlı söhbət etməyə başlamışdır. Etiqad ondan nə üçün caamatın içində ona nalayiq ifadə işlədərək “dur rədd ol burdan” dediyini soruşduqda o, Etiqada elə onu yanlış anladığı üçün ele bir nalayiq ifadə işlətdiyini demişdir. Bundan sonra o, yalan danışanın ünvanına nalayiq söyüş söydükdə Etiqad da, qarşılıq olaraq yalan danışanın ünvanına söymüşdür. Bu zaman o, təkrar həmin ifadəni ona işlətmədiyini, bayaq demədiyi sözü ”indi deyirəm deyib nalayiq ifadə işlədib avtobilimdən düşməyini” Etiqaddan tələb etmişdir. O, avtomobilini işə salıb geriyə çevrilib Etiqadı avtomobilindən bayıra düşürmək istədikdə Etiqad sağ əli ilə ona doğru zərbə atmışdır. Bu zaman o, zərbədən yanınmaq üçün irəliyə doğru bədənini hərəkət etdirdikdə Etiqadın sağ əli onun sol qulağının arxa nahiyəsinə dəymişdir. Həmin vaxtı avtomobilinin içərisi qaranlıq olduğu üçün Etiqadın əlində nə olduğunu görə bilməmişdir. O, dərhal Etiqadı tutmaq üçün əlini ona tərəf atmış və həmin vaxtı Cavid ön sərnişin oturacağından bədənini içəriyə doğru daxil edib Etiqad və onu ayırmışdır. Etiqad avtomobildən düşmüş, Cavid isə onunla söhbət edərək “nə üçün bu cür hadisə oldu” demişdir. Etiqad isə avtomobilinin axra hissəsindən ona tərəf yaxınlaşmışdır. Onun otrduğu hissədə avtomobilin qapısı açıq vəziyyətdə olmuşdur. Etiqadın ona yaxınlaşdığını görüb oturulu vəziyyətdə Etiqada doğru təpik atdıqda Etiqad əli ilə sol baldır nahiyəsinə zərbə endirmişdir. Həmin vaxtı Cavid Etiqadın yanına qaçıb Etiqadı tutub saxlamışdır. O, avtomobildə olan zaman başının və sol baldır nahiyəsinin isindiyini hiss etmişdir. O, əli ilə başına və ayağına toxunduqda əlinin qana bulaşdığını görmüşdür. O, dərhal Cavidi səsləyərək yanına çağırmış, Cavidə baş nahiyəsi, sol baldır nahiyəsini görsədərək Etiqadın onu baçaqladığını demişdir. Cavid onun başına və sol baldır nahiyəsinə baxmış və Etiqadın onu vurduğu bıçağı Etiqaddan aldığını demişdir. Etiqad avtomobilinə minərək oradan getmişdir. Bu zaman Cavid dərhal ona məxsus avtomobilin sükanı araxsına əyləşmiş, o isə ön sərnişin oturacağında əyləşmişdir. Cavid ona məxsus avtomobillə Etiqadın arxası ilə hərəkət etmişdir. Cavid “İdman kompleksini “ keçdikdə avtomobilinin yanacağı bitdiyi üçün mühərrik sönmüşdür. Cavid yolda olan zaman Ayxan müəllimə zəng edərək Etiqadın onu bıçaqlayıb qaçdığını, hazırda Xoşbulaq- Daşkəsən avtomobil yolu ilə hərəkətdə olduğunu demişdir. Cavid onu Elnur adlı taksi sürücüsünün avtomobilinə “qırmızı”adlı yanacaq doldurma məntəqəsində əyləşdirib Elnur ilə birlikdə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına yollamışdır. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Hal-hazırda Etiqadla ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən DİO-da xidmət edir. 2017-ci ilin iyul ayından isə Daşkəsən RPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləyir. Daşkəsən Rayon polis şöbəsinin İTB-nin Xoşbulaq kəndi üzrə sahənin polis nəfəri, polis serjantı olan Zərərçəkmiş şəxs onunla birlikdə Xoşbulaq kəndi üzrə sahənin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxın müddətdir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs xidmətdən sonra olduğu üçün həmin gün istirahət vaxtı olmuşdur. O, həmin gün Xoşbulaq kəndi ərazisində 24 saatlıq xidmətə, yəni günlük xidmətə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefona zəng edərək onunla haləhval tutub harada olduğunu soruşmuşdur. Telefon danışığı zamanı o, Etiqada Daşkəsən rayon, Xoşbulaq kəndinin mərkəzində yerləşən polis məntəqəsinin qarşısında olduğunu dedikdə Etiqad onunla birlikdə çay içmək üçün ora gəldiyini söyləmişdir. Etiqad ilə arasında olan telefon danışığından təxminən 5 dəqiqə sonra Etiqad idarə etdiyi qara rəngli “Vaz 21212” markalı **-EJ-*** markalı minik avtomobili ilə Xoşbulaq kəndinin mərkəzinə gelib avtomobilini polis məntəqəsinin yanında saxlamışdır. Həmin vaxtı o, polis məntəqəsinin qarşısında yerləşən “Səyyar” adlı yeməkxananın ikinci mərtəbəsində olmuşdur. Etiqad “Səyyar” adlı yeməkxanaya daxil olub onunla görüşmüş və onlar yeməkxananın ikinci mərtəbəsində yerləşən ümumi otaqda oturub çay sifariş etmişlər. Onlar orada oturub çay içəməyə başlamışdır. Bundan sonra Seymurun yanında Daşkəsən rayon polis şöbəsinin 3 nəfər polis əməkdaşları, yəni Samir Qəribov, Eldar Qəmbərov və Muradın olduğunu görmüşdür. Seymurun hərəkətlərindən və ağzından gələn iydən spirtli içki qəbul etdiyini hiss etmişdir. Onlar yeməkxanaya daxil olduqda Samir Qəribov, Eldar Qəmbərov və Murad Etiqad ilə oturduğu masanın arxa tərəfində yerləşən masada əyləşmişlər. Seymur ofisyantı yanına çağırıb qonaqlarına çay və mürəbbə gətirməsini tapşırmışdır. Daha sonra Seymur Etiqadın əyləşdiyi divanda oturub Etiqadın fincanından çay içmişdir. Həmin vaxtı İlkin ona zəng edərək bir ay əvvəl itirdiyi bir baş danasına oxşar dananın kənd sakini olan Tapdıq adlı şəxsin evinin qarşısında olduğunu deyərək onunla birlikdə həmin yerə getməyini xahiş etmişdir. O, mobil telefon ilə danışan zaman Etiqad və Seymur bir-birlərinin qulağına pıçıltı ilə sözlər deyib gülmüşlər. O, mobil telefon ilə danışadanışa ayağa durmuş və Seymura getdiyini söylədikdə Seymur onunla birlikdə gedəcəyini bildirmişdir. O və Seymur qalxdıqda Etiqad da çıxıb gedəcəyini söyləmişdir. O, çayın pulunu verən ərəfə Etiqad ilə Seymur öndə gedərək yeməkxanadan bayıra çıxmışdır. O, yeməkxanadan bayıra çıxıb öz avtomobilinə tərəf getdikdə Seymur onu səsləyərək özünə məxsus avtomobilini idarə etməyini, həmin avtomobil ilə getməklərini demişdir. Bundan sonra o, Seymurun avtomobilinin sükanı arxasında oturub istiqamətini dəyişib 10 metr irəlilədikdə Etiqad Seymurun əyləşdiyi tərəfdən avtomobilə yaxınlaşmışdır. Bu zaman o, avtomobili dayandırmış, Etiqad ilə Seymur həmin vaxtı mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Etiqad Seymura nə üçün onunla söyüşlə danışdığını deyərək “sən uşaqsan lazım olsa sənin rəisinə zəng etdirə biləcəyini” dedikdə Seymur Etiqada onunla söyüşlə danışmadığını demişdir. O, mübahisənin böyüməməsi üçün avtomobili idarə edib oradan uzaqlaşmışdır. Təxminən 3 dəqiqə sonra Etiqad ona zəng edərək Seymurun onunla hər dəfə söyüşlə danışdığını “Səyyar” adlı yeməkxanada Seymurun onunla mübahisə yaratdığını demişdir. O, Etiqaddan mübahisənin nə üstə yarandığını soruşduqda Etiqad ona Seymur yanında gələn 3 nəfər şəxsin “doşan”, yəni ona işlədiyini dediyini, həmin vaxtı onun Seymura həmin şəxslərin geyimindən “doşana” bənzəmədini dediyini bildirmişdir. Telefon danışığı zamanı o, Etiqadı danlayaraq həmin şəxslərin kim olduğunu bilmədən elə ifadə işlətməməsini dedikdə Etiqad ona həmin ifadəni Seymurun işlətdiyini və pilləkəndən bayıra çıxdıqda Seymurun zarafta onun başıını dişləyərək barəsində nalayiq ifadə işlədərək “dur rədd ol” dediyini söylədikdə o, Etiqada əgər Seymur elə bir nalayiq ifadə işlədibsə onun əvəzindən üsz istədiyini demişdir. Seymur ondan kiminlə danışdığını soruşduqda o, Etiqad ilə danışdığını, Etiqadın ona dediklərini bir-bir Seymura demişdir. Bu zaman Seymur andlar içərək Etiqada söymədiyini, sadədə bir-birini yanlış anladığını demişdir. Bundan bir qədər sonra o, “İdman kompleksinin“ qarşısında Xoşbulaq kənd sakinləri ilə söhbət edən zaman Etiqad ona zəng edərək harada olduğumu soruşmuş,o, Etiqada olduğu yeri dedikdən təxminən 2 dəqiqə sonra Etiqad idarə etdiyi avtomobil ilə “İdman kompleksinin “ qarşısına gəlmişdir. Bundan sonra o, Etiqadın idarə etdiyi avtomobilə əyləşmiş və Etiqad avtomobilini idarə edib Xoşbulaq kəndi ərazisində “maral” heykəlinin arxasında dayanmışlar. Bu zaman Seymur Etiqada zəng edərək Etiqaddan harada olduğunu soruşmuşdur. Telefon danışığı zamanı Etiqad Seymura o, “maral” heykəlinin olduğu yerdə olduğunu demişdir. Təxminən 2-3 dəqiqə sonra Seymur idarə etdiyi avtomobil ilə ora gəlib minik avtomobilini Etiqadın minik avtomobilimdən təxminən 10 metr uzaqlıqda saxlamışdır. Bundan sonra Etiqad ilə o, avtomobildən düşüb Seymura tərəf getmişdir. Etiqad Seymura məxsus avtomobilin arxa sağ sərnişin oturacağında o, isə ön sərnişin oturacağında əyləşmişdir. Seymur öz avtomobilinin sükanı arxasında olmuşdur. Seymur və Etiqad bu məsələ ilə bağlı söhbət etməyə başlamışdır. Bir qədər sonra o, avtomobildən yerə düşərək Etiqad tərəfdən avtomobilin qapısını açıb Etiqaddan bayıra düşməsini, Seymurdan isə yaşadığı evə getməsini xahiş etmişdir. Buna baxmayaq Seymur və Etiqad ona heç bir məhəl qoymayıb sözlə mübahisəni davam etdirmişlər. Həmin vaxtı onun mobil telefonuna zəng gəldiyi üçün Seymurun avtomobilindən 2 metr kənara doğru getmişdir. Kənarda olan zaman anidən Seymur ilə Etiqadın avtomobilin içərisində bir-birlərinə doğru yumruq zərbələri atdıqlarını görmüşdür. O, dərhal ön sərnişin oturacağından bədənini içəriyə doğru daxil edib Seymur və Etiqadı ayırmış, Etiqad həmin vaxtı avtomobildən bayıra düşmüş və anidən təkrar avtomobilə əyləşmişdir. O, Etiqadı təkrar avtomobildən bayıra düşürmüşdür. Həmin vaxtı Etiqadın Seymura tərəf yaxınlaşdığını gördükdə o, qaçaraq Etiqadın yanına getmişdir. O, Seymur tərəfdən avtomobilin qapısının yarı açıq vəziyyətdə olduğunu, Etiqadın isə əlində açıq vəziyyətdə dəstəyi və tiyəsi qara rəngli bıçaq olduğunu görmüşdür. O, dərhal Etiqadın əlində olan bıçaqdan tutub Etiqaddan bıçağı buraxmasını 2 dəfə israla dedikdə Etiqad əlini bıçaqdan çəkmiş və o, həmin bıçağı qatlayıb cibimə qoymuşdur. Etiqad Seymurun ona hörmətsizlik etdiyi üçün bıçaq çıxardığını demişdir. Həmin vaxtı ətrafda olan 3 nəfər taksi sürücüsü yanlarına gəlmişdir. O, Etiqad ilə söhbət edən zaman Seymur onu səsləyərək yanına çağırmışdır. O, Seymurun yanına getdikdə Seymur qulağından qan axdığını demişdir. Etiqad avtomobilinə minərək getmişdir. Bu zaman o, dərhal Seymura məxsus avtomobilin sükanı araxsına əyləşmiş, Seymur isə ön sərnişin oturacağında əyləşmişdir. O, Seymura məxsus avtomobillə Etiqadın arxası ilə hərəkət etmiş və “İdman kompleksini “ keçdikdə Seymurun avtomobilinin yanacağı bitdiyi üçün mühərrik sönmüşdür. O, yolda olan zaman Ayxan müəllimə zəng edərək Etiqadın Seymuru bıçaqlayıb qaçdığını, hazırda Xoşbulaq- Daşkəsən avtomobil yolu ilə hərəkətdə olduğunu demişdir. O, Seymuru Elnur adlı taksi sürücüsünün avtomobilinə “qırmızı”adlı yanacaq doldurma məntəqəsində əyləşdirib Elnur ilə birlikdə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına yollamışdır. O, Seymurun avtomobilinə yanacaq alıb Etiqadın Xoşbulaq kəndində yerləşən evlərinə və “Xoşqonaq” adlı yeməkxanaya doğru getmiş, lakin Etiqadı orada tapa bilməmişdir. Etiqad ona zəng edib Seymurun vəziyyətini maraqlandıqda o, Etiqaddan nə üçün Seymuru bıçaqladığını soruşmuşdur. Etiqad isə Seymura gücü çatmayacağını, Seymurun onu döyəcəyi üçün əvəlləcədən götürdüyü bıçaqla avtomobildə Seymuru vurduğunu deyərək telefon zəngini sonlandırmışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün “Vaz 2107” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə qohumluq münasibəti vardır. 27 iyul 2023-cü il tarixdə saat 21:45 radələrində özünə məxsus minik avtomobili ilə Daşkəsən rayonu, Xoşbulaq kəndinin ərazisində yerləşən “qırmızı”adlı yanacaq doldurma məntəqəsində olan zaman Seymurun özünə məxsus “Vaz 2106” markalı avtomobilin yanında kənarında dayandığını görüb avtomobilini saxlamışdır. Həmin vaxtı Seymur onu Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparmağını ondan xahiş etmişdir. Seymurun başının arxa nahiyəsindən qan axaraq əynində olan paltarına bulaşdığını görmüşdür. Bundan sonra o, Seymuru özünə məxsus minik avtomobilinə əyləşdirib birbaşa Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Yolda olan zaman Seymur ona Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən “Xoşqonaq” restoranının sahibinin oğlu tərəfindən bıçaqlanıldığını demişdir. Seymurun kim tərəfindən vurulduğunu görməmişdir. Ümuiyyətlə o, dava-dalaş görməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu Xoşbulaq kənd mərkəzində yerləşən “maral heykəlinin” qarşısıdır. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. İşdə olan könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “maral” heykəlinin olduğu ərazidə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi dəstəyi və tiyəsi qara rəngli düymə ilə açılıbqatlanan, ümumi uzunluğu 16 sm olan bıçaq götürülərək işə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Daşkəsən rayon şöbəsinin xx.xx.2023cü il tarixli 150 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər başın ənsə nahiyəsinin və sol baldırın yaraları bər küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla və qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə ballistik ekspertizasının 21 avqust 2023-cü il tarixli 16/766 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan cinayət işi üzrə könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 73 mm olan kustar üsulla hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaq iş üçün subut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 11 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş qərarla maddi subut hesab edilmiş və saxlanılması üçün Daşkəsən rayon polis şöbəsinin saxlancına verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1912/2023 saylı tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluq vəziyyətinin müayinəsi zamanı alkoqolun miqdarı 0, 270 % olmuş, yəni qalıq əlamətli sərxoş vəziyyətdə olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Cinayət işinin materialları məhkəmə istintaqında tədqiq olunarkən müəyyən edilmişdir ki, istintaq orqanının verdiyi ittiham onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 21:50 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndinin mərkəzində yerləşən “Maral heykəli” deyilən ərazidə sərxoş vəziyyətdə olan tanışı Daşkəsən RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, sonuncuya məxsus qırmızı rəngli “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin içərisində ünvansız nalayiq söyüşlər söydükdən sonra Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gələrək bu niyyətlə üzərində gəzdirdiyi açıq vəziyyətə ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 73 mm olan kustar üsulla hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaqla əvvəlcə sonuncunun başın sol arxa nahiyəsinə qəsdən bir dəfə zərbə endirdikdən sonra avtomobildən bayıra düşüb zor tətbiq edəcəyi hədəsi ilə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib avtomobilin sükanı arxasında oturan Zərərçəkmiş şəxs yanına yaxınlaşmaqla qəsdən bir dəfə də soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaqla sonuncunun sol ayağın baldırın bayır nahiyəsinə zərbə endirməsi nəticəsində Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin və sol baldırın yaraları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pzulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan, yəni soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin ittihamın vurğulanan əsası iş materialları ilə təsdiqini tapmamış, əksinə inkar olunmuşdur. Belə ki, həm iş materialları, həm də məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə tamamilə şəxsi münasibətlər zəmnində, eyni zamanda zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. İfadələrlə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs “Səyyar” adlı yeməkxanada olan zaman E. İsmayılova qarşı kobud, nalayiq ifadələr işlətmişdir. Buna görə də Zərərçəkmiş şəxs aralarında olan şəxsi münasibətəri aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmüş və bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı avtomobilin içərisində gecə saatlarında baş vermiş, həmin vaxtı isə yanlarında heç kim olmamışdır. Bununla da belə nəticəyə gəlmək olar ki, iki şəxs arasında şəxsi münasibətər zəmnində yaranmış mübahisə dava-dalaşa çevrilmiş, dava dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül xəsarət yetirmişdir. Göründüyü kimi, hadisə heç də, verilmiş ittihamda qeyd edildiyi kimi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında olan narazılıqları bəhanə etməklə heç bir əsaslı səbəb olmadan baş verməmiş, əksinə hadisə iki şəxsin arasında şəxsi münasibətlərindən baş vermiş, hadisə iştirakçılarının məqsədi heç də özlərini cəmiyyətin fövqündə qoyub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi güdməmiş, yalnız aralarında olan münasibətləri aydınlaşdırmaq məqsədi güdmüşdür. Yəni faktiki olaraq təqsirləndirlən şəxsin hərəkətləri ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə deyil, şəxsiyyətin sağlamlığı əleyhinə yönəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin formalaşmış mövcud məhkəmə təcrübəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 347.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanının 3.2-ci bəndində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmal məktubunda qeyd edilir ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət- Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İcmal məkrubunun 2-ci bəndində qeyd edilir ki, təhlil zamanı həmçinin müəyyən edilmişdir ki, bir sıra hallarda xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” mövcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilir. İcmal məktubunun 2.1-ci maddəsinə əsasən, bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də, hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Həmin məktubun 2.2-ci bəndində qeyd edilir ki, qərarların təhlili xuliqanlıq motivinin yanlış olaraq müəyyən edilməsinə səbəb olan hal kimi həmçinin onu aşkara çıxarmışdır ki, bəzən ibtidai istintaq orqanı və məhkəmələr şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas veribvermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Göründüyü kimi, icmal məktubunda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşmış təcrübəsi ondan ibarətdir ki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməlidir. Məhkəmə hazırkı iş üzrə iş materiallarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətləri heç də, istintaq orqanının qeyd etdiyi kimi heç bir əsaslı səbəb olmadan deyil, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında mövcud olan münaqişənin olmasından qaynaqlanmışdır. Eyni zamanda zor tətbiq etməklə və özgənin əmlakının zədələnməsi ilə də müşayət olunan hərəkətlər baş verməmiş, təqsirkarın hərəkətləri konkret zərərçəkmiş şəxslə aralarında olan şəxsi münasibətlərdən yaranaraq biri-birilərinə qarşı yönəlmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyindən də, görünür ki, əməlin xuliqanlıq kimi tövsif edilməsi üçün subyektiv cəhətinin mütləq şərti, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivi olmalıdır. Hazırkı verilmiş ittiham üzrə isə təqsirləndirilən şəxslərin əməlində qeyd edilən subyektiv cəhət, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək motivi mövcud olmamış, onların hərəkətləri icitimai yerdə baş versə də, ailələr arasında olan düşmənçilikdən yaranmışdır. Azərbaycan Respublikası CM-in 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə görə, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində həmçinin cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan təqsirləndirilən şəxsin hüquqları sırasına ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək (91.5.10.); ittiham sübut olunmadığı halda bəraət almaq (91.5.41.) kimi hüquqları daxil edilmişdir. Həmin Məcəllənin 126.6-cı maddəsi tələb edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş itttihamla bağlı qeyd edir ki, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. İş materialları müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törədiyi əməldə xuliqanlıq cinayətinin motivləri olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlər yüngül xəsarətlər olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 21:50 radələrində soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağıyla Zərərçəkmiş şəxs vuraraq ona başın ənsə nahiyəsinin və sol baldırın yaraları xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə törətdiyi cinayət əməli, ona ittiham verilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlindən daha yüngül olduğundan Təqsirləndirilən şəxs əməli həmin maddədən CM-nin 128-ci maddəsinə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, o, Təqsirləndirilən şəxs barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda, yəni səmimi peşmançılıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda, şərait dəyişdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində Cinayət əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd edilir ki, CM-in 72 və 73-cü maddələrinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda və ya zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmçinin, CM-in 74-cü maddəsində şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü təsbit olunmuşdur. CPM-in 40.2 və 43.3-cü maddələrində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti ibtidai araşdırma mərhələsində prokurorla razılaşdırmaqla təhqiqatçı və müstəntiqə, məhkəmə baxışının gedişində isə məhkəməyə verilmişdir. Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur”. Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin də, onunla barışıb heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə Daşkəsən rayon polis şöbəsinin saxlancında saxlanllan ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 73 mm olan kustar üsulla hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə-ballistik ekspertizasının - keçirilməsi ilə əlaqədar 31, 50 (otuz bir manat əlli qəpik) manat məhkəmə xərci X1 təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. (Kodu-210005; VÖEN-**********; Müxbir hesab-(AZ41NABZ********************). İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344- 350, 352-353, 355-356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə Daşkəsən rayon polis şöbəsinin saxlancında saxlanllan ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 73 mm olan kustar üsulla hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə-ballistik ekspertizasının - keçirilməsi ilə əlaqədar 31, 50 (otuz bir manat əlli qəpik) manat məhkəmə xərci X1 təqsirləndirilən şəxs tərəfindən ödənilsin. (Kodu-210005; VÖEN-**********; Müxbir hesab-(AZ41NABZ********************). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar