Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-18/2024 09.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə 2024-cü ilin aprel ayında Daşkəsən rayonu Bayan kəndi ərazisində axan Qoşqar çayının kənarında yabanı halda bitmiş çətənə kolundan toplayıb üzərində saxladığı toxumlarından 2024-cü ilin aprel ayının əvvəllərində Daşkəsən rayon, Bayan kəndində yerləşən yaşadığı evin həyətyani sahəsindən axan çayın kənarına gələrək özü ilə gətirdiyi 1 ədəd taxtadan olan yeşiyə qanunsuz olaraq əkmiş, həmin toxumlardan inkişaf etmiş 15 ədəd çətənə (kannabis) bitkilərini xeyli miqadarda yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 23 iyun 2024-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində 15 ədəd ümumi təmiz çəkisi 2000 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, narkotik vasitəni istifadə etmək üçün toplamışdır. Həmin narkotik tərkibli biklilər yaban halda evinin həyətindən uzaq çayın kənarında təbii şəkildə bitmişdir. O, narkotik bitkiləri ağrıları olduğu üçün yığıb istifadə etmiş lakin satmamışdır. Çətənə kolları onun həyətinə yaxın yerdə olmuşdur. Narkotik vasitədən istifadə etmək üçün çayın kənarında yabanı halda bitən çətənə bitkisinin toxumlarını toplayaraq evinin həyətində xüsusi düzəldilmiş yerdə əkərək onlara mütamadi qulluq edərək yetişdirməyə başlamışdır. Narkotik tərkibli çətənə bitkisinin toxumlarını toplayaraq həmin toxumları özü əkib becərmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hər hansı psixi xəstəliyi yoxdur, hərəkətlərini sərbəst ölçüb-biçmək iqtidarındadır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlləri törətdiyinə görə məhkum olunmuş, hazırda heç bir yerdə işləmir, maddi cəhətdən sıxıntıları vardır. Əvvəllər mütəmadi olaraq narkotik vasitə qəbul etmiş, sadəcə olaraq maddi imkanı zəif olduğundan, eləcə də yaşayış şəraitim ağır olduğundan, narkotik vasitə almaq üçün pulu olmadığından şəxsi istifadəsi üçün yaşadığı evin həyətində çayın kənarında, qayalıq yerdə narkotik vasitə toxumu səpərək becərmək qərarına gəlmiş, qeyd etdiyi yer həm narkotik tərkibli kolların yetişdirilməsi üçün əlverişli olduğundan, həm də gözdən qıraq yer olduğundan, eləcə həmin yerdə hərəkət etmək çətin olduğundan narkotik vasitəni orada becərmək qərarına gəlmişdir. Bu məqsədlə, narkotik tərkibli toxum axtarmağa başlamış, bir qədər düşündükdən sonra Daşkəsən rayonu Bayan kəndi ərazisində yabanı halda bitən narkotik vasitələrin olduğunu xatırlamışdır. Təxminən 2024-cü ilin aprel ayında Daşkəsən rayonu Bayan kəndi ərazisində axan çayın kənarında gəzişərək yabanı halda bitmiş narkotik tərkibli bitkinin toxumlarını “Prima” markalı siqaret qutusunun içərisinə yığmış və dərhal oradan uzaqlaşmışdır. Yabanı halda bitmiş narkotik vasitənin kolunu deyil yalnız toxumunu toplamaqda məqsədi, yabanı halda bitmiş narkotik tərkibli bitkinin xüsusi becərilmiş narkotik tərkibli bitki ilə bir həzzi verməməsi olmuşdur. Şəxsi istifadəsi üçün evin həyətində yabanı halda bitmiş narkotik tərkibli bitkinin toxumunu səpərək onu xüsusi qaydada qulluq etmək niyyətində olmuş, çayın kənarından topladığı toxumları yaşadığı evə gətirmiş, bundan sonra yaşadığı evdə saxladığı taxta yeşiyin içərisini ağac diblərindən yığdığı torpaq ilə doldurmuş, eyni zamanda çayın kənarında topladığı yabanı halda bitmiş narkotik tərkibli bitkinin toxumunu torpağa səpmişdir. Bundan sonra həmin toxumalara xüsusi qulluq etməyə başlamış, təxminən 10 gün müddətində 2 gündən bir sözügedən yeşikdə narkotik vasitəli toxumalara hər gün 1 litr həcmindən çox olmayaraq su vermişdir. Yeşikdə becərdiyi narkotik tərkibli toxumun artıq cücərdiyini və böyüməyə başladığını görmüş, bundan sonra artıq həmin narkotik vasitə tərkibli ştilləri yeşikdən çıxaraq torpağa basırmaq qərarına gəlmiş, 12 aprel 2024-cü il tarixdə yeşikdə xüsusi becərilmiş narkotik tərkibli bitkiləri yeşikdən çıxaraq torpağa basırmış və bundan sonra həmin ştillərə torpaqda qulluq etməyə başlamışdır. Ştillərə həftədə bir dəfə 2 litrdən çox olmayan həcmdə su verərək xüsusi qulluğa davam etmiş, eyni zamanda hər gün ştillərin yanına gedərək nəzarət etmişdir. Narkotik tərkibli bitkinin ştilləri çətin gedişli yerdə olduğundan bundan heç kimin məlumatı olmamış, xüsusi qaydada becərdiyi narkotik tərkibli bitkilərin günügündən böyüdüyünü görmüşdür. Bu səbəbdən həmin ştillərin yıxılmaması üçün kənarlarına ağac parçası qırıntılarından dayaqlar da düzlətmişdir. Hesablamaya əsasən ştillərin 2024-cü ilin iyul ayının ortalarında dərilməsini nəzərində tutmuş, evimin həyətində xüsusi qaydada becərdiyi narkotik tərkibli bitkilərin ştillərinə sonuncu dəfə 22 iyun 2024-cü il tarixdə saat 20 radələrində su vermiş, hər zamankı kimi ştillərə su verərək xüsusi qaydada qulluq etdikdən sonra yaşadığı evə yollanmışdır. 23 iyun 2024-cü il tarixdə saat 11:35 radələrində yaşadığı evdə olan zaman qapının döyülməsini eşitmiş, həmin vaxtı onunla birgə yaşayan oğlu Şahid7 da yanında olmuşdur. Qapını açan zaman qapının önündə mülki və polis geyimində olan polis əməkdaşlarının olduğunu görmüş, bir nəfər polis geyimində olan əməkdaş özünü ona təqdim etdikdən sonra rayon polis şöbəsinə onun narkotik vasitə tərkibli bitkilərin əkib becərməsi barədə məlumat daxil olduğunu, bu səbəbdən yaşadığı evin həyətinə baxış keçirilməli olduğunu bildirmişdir. O artıq hər şeyin gec olduğunu və yaşadığı evin həyətində narkotik vasitə tərkibli bitkiləri becərdiyini öyrəndiklərini dərk etmiş, bu barədə polis əməkdaşı ona sual verdikdə o, hər şeyi etiraf edərək yaşadığı evin həyətində, çayın kənarında yerləşən qayalıq ərazidə narkotik vasitə becərdiyini söyləmişdir. Bundan sonra polis əməkdaşı ona həmin yeri göstərə biləcəyi barədə sual verdikdə o, heç bir etiraz etməyərək həmin yeri göstərə biləcəyini söyləmiş və evinə könüllü razılığı əsasında baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Çünki polisin onun cinayətkar fəaliyyəti barədə dəqiq məlumat aldığını müəyyən etmişdir. Eyni zamanda baxış istintaq hərəkəti video çəkiliş ilə aparılmışdır. Bu barədə də heç bir etiraz etməmiş, bundan sonra aidiyyəti əməkdaş və digər əməkdaşlar ilə birlikdə əkdiyi narkotik tərkibli bitkilərin yanına yollanmış, orada olan zaman mütəxəssisin də iştirakı ilə aidiyyəti əməkdaş əkərək xüsusi qaydada becərdiyi narkotik tərkibli bitkiləri kökdən hündürlüyünü ölçdükdən sonra dayaq kimi yerə basdırdığı 1 ədəd ağac parçasını da götürərək onu rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulduğu üçün dövlət hesabına az arzu və seçimi ilə müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin də iştirakı ilə rayon polis şöbəsinin inzibati binasında növbətçi hissəsinin qarşısında şəxsi axtarış istntaq hərəkəti keçirilərək üzərinə baxış keçirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl aidiyyəti əməkdaş ona üzərində dövriyyəsi qanunla məhdudlaşdırılmış hər hansı predmet olubolmadığını soruşduqda, o aidiyyəti əməkdaşa üzərində narkotik tərkibli toxum olduğunu qeyd etmişdir. Bundan sonra əynində olan qara şalvarın sol cibindən “prima” markalı siqaretin qutusunu çıxaraq stolun üzərinə qoymuş, bundan sonra digər əməkdaşlar üzərinə ətraflı baxış keçirsələr də, üzərindən hər hansı başqa predmet aşkar edilməmiş, aidiyyəti əməkdaş onun təqdim etdiyi “prima” markalı siqaret qutusunun içərisinə baxış keçirən zaman içərisində toxum olduğunu aşkar etmiş, həmin toxumu haradan əldə etdiyini soruşduqda o, aidiyyəti əməkdaşa qeyd olunan toxumları təxminən 2 ay bundan əvvəl Daşkəsən rayonu Bayan kəndi ərazisində axan çayın kənarından topladığını söyləmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş içərisində narkotik tərkibli toxumlar olan “prima” markalı siqaret qutusu götürürlərək müvafiq qaydada qablaşdırılmaqla rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənmişdir. Həmin bitkini ağrıları olduğu üçün yalnız istifadə etmək məqsədi ilə əkmiş, həmin bitkini yetişdirib satmaq niyyəti olmamış, həmçinin mən əvvələr heç vaxt narkotik tərkibli çətənə bitkisini əkib-becərməmiş və yaxud bunun satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Ədalət onun atasıdır. Daşkəsən rayonu Bayan kəndində özlərinə məxsus olan iki ev vardır ki, həmin evdən birində o, ailəsi ilə birlikdə qalır, digər evdə isə anası və atası yaşayırlar. Atası yaşadığı evin həyətində öz saxladığı arılara baxmaq üçün ora getmişdir. O, orada olan vaxt polislər əraziyə gəlmişlər. Polislər ora gələndə ilk öncə nə ilə bağlı gəldiklərini bilməmişdir. Narkotik tərkibli bitkilərin orada əkilməsindən məlumatı olmamışdır. Polislər gələndən sonra bilmişdir ki, atası narkotik tərkibli çətənə bitkilərini öz həyətində əkib onlara qulluq etmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır, münasibəti yaxşıdır, aralarında hər hansı ədavət yoxdur. Daşkəsən rayonu Bayan kəndində özlərinə məxsus olan 2 ev vardır ki, həmin evdən birində o, ailəsi ilə birlikdə qalır, digər evdə isə anası və atası birlikdə yaşayırlar. Atası Təqsirləndirilən şəxs arıçılıqla məşğuldur. Onun özünün də arıları vardır ki, həmin arılara nəzarət olunması üçün arı yeşiyini atasına vermiş, 23 iyun 2024-cü il tarixdə saat 11 radələrində arılarına nəzarət etmək üçün Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən atası Təqsirləndirilən şəxs yaşadığı evə yollanmış, həmin vaxtı atası Ədalət də evdə olmuş, bir qədər arı haqqında söhbətlər etdikdən sonra həmin gün saat 11:30 radələrində atasının yaşadığı evin qapısı döyülmüş, onlar qapını açdıqda qapının qarşısında polis əməkdaşlarının olduğunu görmüşlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra atası Təqsirləndirilən şəxs evin həyətindən təxminən 150 metr aralı məsafədə, çay kənarı ərazidə tərkibində narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya etməsi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu izah edərək yaşadığı evə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olub-olmamasını soruşmuş, atası Təqsirləndirilən şəxs bir qədər duruxduqdan sonra yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını deyərək könüllü olaraq evin həyətinə baxış keçirilməsi üçün polis əməkdaşlarını həmin evin içərisinə dəvət etmişdir. Evin həyətinə daxil olmamışdan əvvəl aidiyyəti əməkdaş Təqsirləndirilən şəxs polis əməkdaşlarını evin həyətinə könüllü olaraq dəvət etməsi ilə bağlı Təqsirləndirilən şəxs ərizə almış, bundan sonra yuxarıda adları çəkilən şəxslər atası Təqsirləndirilən şəxs evinin həyətinə daxil olmuşlar. Məlumatda əks olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, təxminən 150 metr məsafədə çay kənarında narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya edir. Bu səbəbdən baxış iştirakçıları ilə birlikdə qeyd olunan əraziyə yollanmışlar. Həmin gün saat 11:35 dəqiqədə narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya olunduğu yerə çatmış, aidiyyəti əməkdaş bundan sonra həmin yerə baxış keçirməyə başlamış, həmin əraziyə baxış keçirərkən, orada 15 ədəd müxtəlif uzunluqlarda narkotik tərkibli çətənə bitkisinin kolları aşkar etmişlər. Həmin əraziyə baxış keçirərkən video çəkilişdən istifadə olunmuş, baxış zamanı aidiyyəti əməkdaş aşkar olunan kolların nə olduğunu, kimə məxsus olduğunu və nə üçün istifadə olunduğunu soruşduqda atası Təqsirləndirilən şəxs hadisə yerində aşkar edilmiş, torpağa əkilmiş çətənə bitkisinin kollarını şəxsi istifadəsi üçün özünün əkdiyini və əkdiyi çətənə bitkilərin becərərək, o cümlədən xüsusi qaydada sulayaraq qulluq etdiyini etiraf etmişdir. Aidiyyəti əməkdaş hadisə yerinə dəvət olunmuş aqranom ixtisaslı X4 da iştirakı ilə Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən yaşadığı evin həyətindən təxminən 150 metr aralı məsafədə, çay kənarı ərazidə torpağa əkilmiş 15 ədəd çətənə koluna bənzər bitkilərin olduğu baxış keçirmiş, baxış zamanı aidiyyəti əməkdaş aqranoma sual verərək 15 ədəd bitkilər çətənə kollarıdırsa hər hansı bir qulluq edilibedilməməsini soruşduqda, aqranom aidiyyəti əməkdaşa 15 ədəd torpaqda əkilmiş bitkilərin narkotik tərkibli çətənə kolu olduğunu və həmin 15 ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmək üçün məhkəmə-bioloji ekspertizası təyin edilərək müvafiq rəy alınmalı olduğunu söyləmişdir. Həmçinin baxış aparan aidiyyəti əməkdaş 15 ədəd çətənə kollarının kimə məxsus olduğunu bir daha Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs 15 ədəd qulluq göstərilmiş çətənə kollarının özünə məxsus olduğunu və həmin 15 ədəd çətənə koluna özünün gizli olaraq tək qulluq göstərdiyini söyləmiş, bundan sonra, aidiyyəti əməkdaş 15 ədəd narkotik tərkibli çətənə kollarını torpaqdan çıxarıb uzunluğu müəyyən etdikdən sonra Daşkəsən rayon polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 68 saylı möhürü ilə möhürləyərək baxış iştirakçılarının gözü önündə qablaşdırmışdır. Atası Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, təxminən 150 metr məsafədə çay kənarında narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya etməsi barədə bu və ya digər şəkildə hər hansı məlumatı olmamış, polis əməkdaşları evin qarşısında olan zaman həmin yerə nə məqsədlə gəldiklərini dedikdə onun özü bir anlıq şok yaşamış, atasının yaşadığı evin həyətində, təxminən 150 metr məsafədə çay kənarında narkotik tərkibli maddələr olan çətənə bitkisinin kolları aşkar olunan zaman həmin kolların həqiqətən atası Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddə olan bitki yetişdirdiyini müəyyən etmişdir. Atası Təqsirləndirilən şəxs ilə danışan zaman sonuncu ona həmin bitkiləri özünün istifadəsi üçün yetişdirdiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun izahat verərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs evindən bir qədər aralı məsafədə 15 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Ədalət həmin çətənə bikilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Satış üçün heç bir sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən çətənə bitkilərinə həyətində qulluq olunduğu müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən DİO-da xidmətə başlamış, 2022-cı ilin aprel ayından isə Daşkəsən RPŞin CAB-ın rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Daşkəsən rayonu Bayan kəndində yaşayan Təqsirləndirilən şəxs Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən yaşadığı evin həyətindən təxminən 150 metr aralı məsafədə, çay kənarı ərazidə tərkibində narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya etməsi ilə bağlı əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin tarixdə, təxminən saat 11:20 radələrində o və yaradılmış əməliyyat qrupunun üzvləri, şöbənin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid6, CAB-nin əməliyyat-müvəkkilləri Şahid2 və Şahid4, eləcə də aidiyyəti əməkdaş ilə birlikdə Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə yollanmışlar. Bundan sonra aidiyyəti əməkdaş Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döyərək Təqsirləndirilən şəxs qapının önünə dəvət etmiş, Təqsirləndirilən şəxs özünü və digər polis əməkdaşlarını təqdim etdikdən sonra evin həyətindən təxminən 150 metr aralı məsafədə, çay kənarı ərazidə tərkibində narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya etməsi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu izah edərək yaşadığı evə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər duruxduqdan sonra yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını deyərək könüllü olaraq evin həyətinə baxış keçirilməsi üçün onları həmin evin içərisinə dəvət etmiş, evin həyətinə daxil olmamışdan əvvəl aidiyyəti əməkdaş Təqsirləndirilən şəxs onları evin həyətinə könüllü olaraq dəvət etməsi ilə bağlı ondan ərizə almışdır. Bundan sonra yuxarıda adları çəkilən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs evinin həyətinə daxil olmuşlar. Məlumatda əks olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, təxminən 150 metr məsafədə çay kənarında narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya edir. Bu səbəbdən baxış iştirakçıları ilə birlikdə qeyd olunan əraziyə yollanmışlar. Həmin gün saat 11:35 dəqiqədə narkotik tərkibli maddələr olan çətənə bitkisinin kollarını əkib kultivasiya olunduğu yerə çatmışlar. Aidiyyəti əməkdaş bundan sonra həmin yerə baxış keçirməyə başlamış, həmin əraziyə baxış keçirərkən, orada 15 ədəd müxtəlif uzunluqlarda narkotik tərkibli çətənə bitkisinin kolları aşkar etmişlər. Həmin əraziyə baxış keçirərkən video çəkilişdən istifadə olunmuşdur. Baxış zamanı aidiyyəti əməkdaş aşkar olunan kolların nə olduğunu, kimə məxsus olduğunu və nə üçün istifadə olunduğunu soruşduqda, Təqsirləndirilən şəxs hadisə yerində aşkar edilmiş, torpağa əkilmiş çətənə bitkisinin kollarını şəxsi istifadəsi üçün özünün əkdiyini və əkdiyi çətənə bitkilərin becərərək, o cümlədən xüsusi qaydada sulayaraq qulluq etdiyini etiraf etmişdir. Aidiyyəti əməkdaş hadisə yerinə dəvət olunmuş aqranom ixtisaslı X4 da iştirakı ilə Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən yaşadığı evin həyətindən təxminən 150 metr aralı məsafədə, çay kənarı ərazidə torpağa əkilmiş 15 ədəd çətənə koluna bənzər bitkilərin olduğu baxış keçirmişdir. Baxış zamanı aidiyyəti əməkdaş aqranoma sual verərək 15 ədəd bitkilər çətənə kollarıdırsa hər hansı bir qulluq edilib-edilməməsini soruşduqda aqranom aidiyyəti əməkdaşa 15 ədəd torpaqda əkilmiş bitkilərin narkotik tərkibli çətənə kolu olduğunu və həmin 15 ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmək üçün məhkəmə-bioloji ekspertizası təyin edilərək müvafiq rəy alınmalı olduğunu söyləmişdir. Həmçinin baxış aparan aidiyyəti əməkdaş 15 ədəd çətənə kollarının kimə məxsus olduğunu bir daha Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs 15 ədəd qulluq göstərilmiş çətənə kollarının özünə məxsus olduğunu və həmin 15 ədəd çətənə koluna özünün gizli olaraq tək qulluq göstərdiyini söyləmişdir. Bundan sonra, aidiyyəti əməkdaş 15 ədəd narkotik tərkibli çətənə kollarını torpaqdan çıxarıb uzunluğu müəyyən etdikdən sonra Daşkəsən rayon polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 68 saylı möhürü ilə möhürləyərək baxış iştirakçılarının gözü önündə qablaşdırmışdır. Bundan sonra Daşkəsən rayonu Bayan kəndində yaşayan Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək özünün dövlət hesabına seçdiyi Göygöl rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış istintaq zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibinin içərisindən bir ədəd “Prima” markalı siqaret qutusu aşkar edilmiş, “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə tərkibli bitkinin toxumuna bənzər predmetlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin toxumları haradan əldə edildiyi soruşulduqda, sonuncu qeyd olunan toxumaları Daşkəsən rayonu Bayan kəndi ərazisindən axan çayın kənarından topladığını bildirmiş, bundan sonra aidiyyəti əməkdaş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən aşkar edilmiş “Prima” qutusu müvafiq qaydada qablaşdırıldıqdan sonra Daşkəsən rayon polis şöbəsinin 68 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkisinin aşkar edildiyi yer Daşkəsən rayonu Bayan kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində axan çayın kənarıdır. Baxış zamanı hadisə yerindən 1 ədəd 90 sm, 1 ədəd 75 sm, 1 ədəd 129 sm, 1 ədəd 96 sm, 1 ədəd 73 sm, 1 ədəd 74 sm, 1 ədəd 133 sm, 1 ədəd 93 sm, 1 ədəd 122 sm, 1 ədəd 107 sm, 1 ədəd 98 sm, 1 ədəd 103 sm, 1 ədəd 78 sm, 1 ədəd 80 sm, 1 ədəd 85 sm uzunluğunda olmaqla, ümumilikdə 15 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Daşkəsən rayon PŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə xx.xx.2024-cü il tarixdə barəsində xx.xx.2024-cü il tarixli qərarla seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 23 iyun 2024-cü il tarixli protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, diskin içərisində 2 sayda video görüntü vardır. Həmin video görüntülər olan fayllardan ikisinin adı “sexsi axtarıs-1 və sexsi axtaris-2” olduğu görünür. Baxış zamanı ilk olaraq “sexsi-axtaris-1” video görüntüyə daxil olduqda video görüntünün 4:50 dəqiqə davam etdiyi görünür. Həmin vido görüntü Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında çəkilmişdir. Həmin görüntüdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərkətinin keçirildiyi görünür. Təqsirləndirilən şəxs onun paltarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Şəxsi axtarış istintaq zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibinin içərisindən bir ədəd “Prima” markalı siqaret qutusu götürüldü. “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə tərkibli bitkinin toxumuna bənzər predmetlər aşkar edildi. Təqsirləndirilən şəxs həmin toxumları haradan əldə edildiyi soruşulduqda, sonuncu qeyd olunan toxumaları Daşkəsən rayonu Bayan kəndi ərazisindən axan çayın kənarından topladığını bildirdi. Bundan sonra aidiyyəti əməkdaş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən aşkar edilmiş “Prima” qutusu müvafiq qaydada qablaşdırıldıldı. Qeyd olunan yerdə videogörüntü yekunlaşır. Bundan sonra “sexsi axtaris 2” faylına daxil olunur. Həmin görüntü 4 dəqiqə 09 saniyə davam edir. Həmin görüntüdə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Prima” markalı siqaret qutusu qablaşdılılaraq qablaşdırılmış zərf üzərində iştirakçıların ad və soyadları qeyd olunur. Daha sonra şəxsi axtarış iştirakçılar zərfi imzaladıqdan sonra zərf möhürlənir. Aidiyyəti əməkdaş iştirakçılardan keçirilmiş şəxsi axtarışla bağlı əlavələrinin olub-olmadığını soruşur. Heç bir əlavələrinin olmadığını bildirdikdən sonra şəxsi axtarış yekunlaşır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 iyun 2024-cü il tarixli protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 3 sayda video görüntü vardır. Həmin videogörüntülər olan fayllardan adı “hadisə yerinə baxış-1, hadisə yerinə baxış-2 və hadisə yerinə baxış-3” olduğu görünür. Baxış zamanı ilk olaraq “hadisə yerinə baxış-1” video görüntüyə daxil olduqda video görüntünün 4 dəqqə 20 saniyə davam etdiyi görünür. Həmin vido görüntü Daşkəsən rayon Bayan kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının qarşısında çəkilmişdir. Çəkliş zamanı aidiyyəti əməkdaş Təqsirləndirilən şəxs və oğlu Şahid7 qarşısında dayanaraq özünü və həmin yerdə olan digər şəxsləri təqdim edərək olduqları yerə gəlmələrinin səbəbini izah edir və Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi üçün daxil olmalarına icazə verib-vermədiyini soruşur. Bundan sonra Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. Bundan sonra aidiyyəti əməkdaş və digər şəxslər Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun arxası ilə yaşadığı evin həyətinə daxil olur və piyada çətənə bitkilərinin kultivasiya olunduğu yerə yollanırlar. Bu zaman 1-ci fayıldakı görüntü başa çatır. Bundan sonra “hadisə yerinə baxış-2” faylına daxil olunur. Həmin görüntü 04 dəqiqə 35 saniyə davam edir. Görüntünün 21-ci saniyyəsində aidiyyəti əməkdaş Təqsirləndirilən şəxs və digər şəxslər çətənə kollarının kultivasiya olunduğu yerə çatırlar. Kollara vizual baxış keçirildikdən sonra aidiyyəti əməkdaş X11a kollar ilə bağlı suallarını verir. X11 da kollara baxaraq həmin kolların çətənə kolları olduğunu, lakin qulluq göstərilib-göstərilmədiyini ekspert rəyi ilə müəyyən edilə biləcəyini söyləyir. Bundan sonra aidiyyətiəməkdaş çətənə kollarının torpaqdan çıxarılması ilə bağlı göstərişini verdi. Digər əməkdaşların da köməkliyi ilə torpaqda olan çətənə kolları torpaq çıxarılaraq uzunluqları ölçülür. Ümumilikdə 5 ədəd çətənə kolları ağ kisəyə qoyulur. 2-ci fayıldakı görüntü yekunlaşır. Daha sonra “hadisə yerinə baxış-3” fayılına daxil olunur. Həmin fayıldakı görüntü 3 dəqiqə 08 saniyə davam edir. Çətənə kolları çıxarılaraq uzunluqları ölçüldükdən sonra aidiyyəti əməkdaş Təqsirləndirilən şəxs tərəfə çönərək kolların nə olduğunu və kimə məxsus olduğunu soruşur. Təqsirləndirilən şəxs da həmin kolların çətənə kolları olduğunu, çayın kənarından yabanı halda bitmiş narkotik tərkibli bitkilərin toxumlarını topladıqdan sonra öz yaşadığı evin həyətində əkərək xüsusi qulluq etməklə becərdiyini, yəni kultivasiya etdiyini söylədi. Aidiyyəti əməkdaş iştirakçılarından keçirilmiş baxış ilə bağlı əlavələrinin olub-olmadığını soruşur. Heç bir əlavələrinin olmadığını bildirdikdən sonra hadisə yerinə baxış yekunlaşır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji eksperizasının xx.xx.2024-cü il tarixli, 16/736 nömrəli rəyinə görünür ki, tədqiqata təqdim olunmuş sintetik kisələrdən ibarət bağlamadakı ümumi sayı 15 (on beş) ədəd, ümumi təmiz çəkisi 2000 (iki min) qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqronom) X4 rəyinə əsasən, baxış zamanı həyətyanı torpaq sahəsinin bozqırlaşmış dağ-qəhvəyi dəmyə torpaq növünə aid olduğu, həmçinin ərazinin iqlimi, relyefini və həmin fəsildən olan bitkilərin orda bitdiyini və 15 (on beş) ədəd narkotik tərkibli çətənə kolunun diblərinə ağac budaqlarının basdırıldığını nəzərə alıb, narkotik tərkibli çətənə kolları fəsiləsinə aid olan bitki növlərinin bu torpaq növündə əkilməsinin və becərilməsinin mümkün olduğu göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1(bir) ədəd Prima markalı siqaret qutusunda, ümumi təmiz çəkisi 3,26 qram olan bitki toxumları, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik təsirə malik komponentlər yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 04 oktyabr 2024-cü il tarixli, 1644 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən rayon mərkəzi xəstəxanasının 19 iyul 2024-cü il tarixli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2-ci hissəsi və 220-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Göygöl (Xanlar) Rayon Məhkəməsinin 15 fevral 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən 07 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli əməliyyat-tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, axan çayın kənarından aşkar edilmiş 15 ədəd çətənə (kannabis) bitkilərin toxumlarını Daşkəsən rayonu Bayan kəndi ərazisindən keçən “Qoşqar çayı”nın kənarından toplamış, yaşadığı evdə becərərək kultivasiya etmiş, həmin narkotik tərkibli kolları özü üçün kultivasiya etmiş, heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan kənd İƏDÜ nümayəndəliyinin arayışından görünür ki, narkotik tərkibli bitkilərin götürüldüyü ərazi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aiddir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan iş üzrə sübutların qiymətləndirilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərar ilə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, çayın kənarından götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1999,7 qram çətənə bitkisi, 1(bir) ədəd Prima markalı siqaret qutusunda, ümumi təmiz çəkisi 3,26 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları xx.xx.2024cü il tarixdə Daşkəsən rayon Bayan kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, qablaşdırılmış zərflərdə olan təmiz çəkisi 1999,7 qram çətənə bitkisi və 1(bir) ədəd Prima markalı siqaret qutusunda, ümumi təmiz çəkisi 3,26 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları saxlanılması üçün RPŞ-nin saxlancına verilmiş, xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Bayan kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan kənd İƏDÜ nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Rəsulov X1 yaşadığı müddətdə özünü həmişə işgüzar və fəal göstərmişdir. Kəndin hər bir işində yaxından iştirak etmiş yaşadığı ərazidə kənd camaatı arasında öz hörmətini qazanmış, nümayəndəliyin rəhbərliyi tərəfinfən ona verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Haqqında nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını törətdiyi cinayəti səmimi etiraf etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 237.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu, Bayan kəndində yerləşən yaşayış evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Gəncə şəhəri. Göygöl və Daşkəsən rayonları ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1999 qram 15 (on beş) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq il 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən rayonu Bayan kəndində yerləşən yaşayış evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Daşkəsən, Göygöl və Gəncə şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1999.7 qram 15 (on beş) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-18/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-18/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver