Məhkəmə qərarları › İş №1(030)-18/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-18/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-18/2025 04.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili (müdafiəçi) Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Daşkəsən rayonu, kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu, Muşavaq kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Quşçu kəndində yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb Daşkəsən rayon ərazisinə daşımış, 14 avqust 2025-ci il tarixdə saat 23:48 dəqiqədə Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu Quşçu kəndinin girəcəyində, Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də, Gəncə şəhəri istiqamətində piyada hərəkətdə olarkən saxlanılaraq Daşkəsən rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla sonuncunun əlində olan 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni istifadə etmək üçün götürüb saxlamışdır. Daşkəsən rayonu, Quşçu kənd ərazisndə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları saxlayan zaman içərisində narkotik vasitə olan sellofan bağlama üzərində olmuşdur. Satmaq fikri olmayıb özü istifadə etmək üçün götürüb saxlamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Nəzərə alınmasını xahiş etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu bildirərək və məhkəməyə ərizə təqdim edərək barəsində bəraətverici əsaslar olmadan amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Məmmədov X3 rayonu, Quşçu kənd ərazisində Quşçu körpü adlanan yerdə hərəkətdə olarkən şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim etdikdən sonra şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxs əlində tutduğu sellofan torbanı onlara təqdim etmişdir. Sellofan torbada narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və aidiyyəti bölməyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Məmmədov X3 rayonu, Quşçu kənd ərazisində Quşçu körpü adlanan yerdə hərəkətdə olarkən şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim etdikdən sonra şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxs əlində tutduğu sellofan torbanı onlara təqdim etmişdir. Sellofan torbada narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və aidiyyəti bölməyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Məmmədov X3 rayonu, Quşçu kənd ərazisində Quşçu körpü adlanan yerdə hərəkətdə olarkən şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim etdikdən sonra şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxs əlində tutduğu sellofan torbanı onlara təqdim etmişdir. Sellofan torbada narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və aidiyyəti bölməyə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” 14 avqust 2025-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Daşkəsən rayonu, Quşçu kəndi ərazisində Təqsirləndirilən şəxs əlində olan 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı 491 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 14 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokoldan görünür ki, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada çəkisi 491 qram kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Daşkəsən rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış zərfə 15 avqust 2025-ci il tarixdə Daşkəsən RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofan bükümdə içərisində olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana çəkisi tərəzi vasitəsi ilə təkrar ölçülmüş və çəkisi 497 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Daşkəsən RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 14 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 01ədəd DVD diskə baxışın aparılması haqqında 27 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntünün VİD_20250815_00318 adlı olduğu görünür. Baxış zamanı həmin video görüntüyə daxil olduqda video görüntünün 14 dəıqiqə 04 saniyə davam etdiyi görünür. Həmin video görüntü Daşkəsən rayonu, Quşçu kəndi ərazisində yolun kənarında çəkilmişdir. Həmin görüntüdə Daşkəsən RPŞ-in Narkotiklə Mübarzə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, Daşkəsən rayon polis şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Daşkəsən rayonu Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs iştirak edir. Video çəkiliş Şahid2 tərəfindən çəkilir. Şahid1 qolunda olan saata baxıb saatın 23:50 olduğunu deyir. Şahid1 özünü və protokolda iştirak edən şəxsləri təqdim etdir və Təqsirləndirilən şəxs özünü təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs hüuquq və vəzifələrini ona elan edərək bildirişi təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməyni tələb edir. Təqsirləndirilən şəxs ilk öncə əlində olan üzərində “sale” sözləri yazılmış sellofan torbanın içərisindəki üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada çıxarıb Şahid1 təqdim edir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs bağlamanın içərisində olanın nə olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin bağlamanın içərəsində olan kütlənin “nəyşə” olduğunu deyib bir müddət əvvəl Gəncə şəhərində Bağman adlanan ərazidə yerləşən Kardeologiya xəstəxanasının yaxınlığındakı məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qabların yanında tapdığını, yalnız istifadə üçün götürdüyünü qeyd edir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan marixuana Şahid1 tərəfindən elektron tərəzi vasitəsi ilə çəlkilir və həmin kütlənin çəkisi 491 qram müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan marixuana zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırıldıqdan sonra rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və baxış iştirakçıları tərəfindən zərf imzalanır. Bundan sonra əməliyyat müvəkkiləri Şahid4 və Şahid3 şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirir. Bununlu da baxış yekunlaşır. Video görüntü həmin gün saat 00:02-də dayandırılır. Bundan sonra DVD disk dis yuvacığından çıxarılır və cinayət işinə əlavə edilir. DVD diskdə olan video görüntünü izləyən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs video görüntüdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təsadüfən tapdığını, istifadəsi üçün özü ilə götürdüyünü, 14 avqust 2025-ci il tarixdə Daşkəsən rayonu Quşçu kəndi ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yaxalandığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2025ci il tarixli 16/711 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş bağlama” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 465 qram, tədqiqata sərf edildi - 0,01 qr, qalıq-464.9 qr qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 08 avqust 2025-ci il tarixli, 1593 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 15 avqust 2025-ci il tarixli tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Daşkəsən rayon mərkəzi xəstəxanası” X9 19 avqust 2025-ci il tarixli, 18-1-33/2-338/2025 saylı məktubundan görünür ki, Məmmədov X3 şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeyddiyyatında durmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində "Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Sübutların qiymətləndirilməsi haqqında 14 noyabr 2025-ci il tarixli qərar ilə rayon polis şöbəsinin Narkotiklə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokolu ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -464.9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 16 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi - 464.9 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana rayon polis şöbəsinin saxlancına verilmiş, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 14 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş təqsirləndirilən şəxs Məmmədov X3 Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd İnzibati ƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xasiyyətnamə üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Elektron məhkəmə informasiya sistemində təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5 adlı bir uşağı vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Həmin Qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər barəsində amnistiya aktı tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 olmasını nəzərə alaraq, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Daşkəsən Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq 464.9 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30.40 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə müsadirə olunmalı və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Daşkəsən Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 464.9 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 42 saata görə 462 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar