Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-19/2024 16.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.1961-ci ildə Kəlbəcər rayonu, Armudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Daşkəsən rayon Çovdar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə yenidən ittiham olunmasına əsas verir ondan ötrü ki, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qəsdən israf etmə yolu ilə talamış, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq məsafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, bundan başqa vəzifə saxtakarlığı, yəni tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmişdir. Belə ki, o, Daşkəsən rayonu Çovdar bələdiyyəsinin 17 yanvar 2020-ci il tarixli, 01 nömrəli iclasında həmin bələdiyyəsinin sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərək, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünün əsas iş yeri üzrə başqa yerdə işləyə bilməsinin, həmçinin bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərməsinin qadağan edilməsinə baxmayaraq ona etibar edilmiş özgə əmlakını israf etmə yolu ilə talanması məqsədi ilə xx.xx.2013-cü il tarixli 4 nömrəli əmrlə Çovdar bələdiyyəsində mühasib vəzifəsinə təyin edilmiş bələdiyyə üzvü olan Şahid1 bələdiyyə qulluqçusu kimi 2019-2023-cü illər ərzində bələdiyyə büdcəsindən ümumilikdə 15378.90 manat məbləğində əmək haqqı ödənilməsinə nail olmuş, təkrarən "xxxx" MMC-də operator vəzifəsində işləyən Nümayəndə Çovdar bələdiyyəsinin sədr müavini seçilməsinə şərait yaratmaqla 2021- 2023-cü illər ərzində bələdiyyə büdcəsindən 10188.90 manat məbləğində əmək haqqı ödənilməsinə nail olaraq ona etibar edilmiş xeyli miqdarda bələdiyyə əmlakını qəsdən israf etmə yolu ilə talamışdır. Bundan başqa, o, Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin sədri olaraq bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq məsafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyənin yerli gəlirlərini öz adına olan əməkhaqqı kartına köçürülməsini təmin etmiş, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən yerli büdcədən əmək haqlarına ayırmaların ümumi büdcənin əlli faizindən çox ola bilmədiyi halda, 2019-2023-cü illərdə ümumilikdə 38.091,54 manat məbləğində əmək haqqının ayrılmasını təmin etməklə israfçılığa yol verməklə yanaşı yerli özünüidaretmə fəaliyyəti düzgün təşkil etməyərək vəzifə öhdəliklərini yerinə yetirməmiş, bələdiyyənin hüquqları və qanuni mənafelərinə mühüm ziyan vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, tamah niyyətilə vəzifəli şəxs kimi kollegial orqan olan Çovdar bələdiyyəsinin adından olan iclas protokollarına yalan olaraq bələdiyyə üzvlərinin iclaslarda iştirak etmədikləri hallarda həmin bələdiyyə üzvlərinin adlarını əlavə etmiş, bəzi hallarda bələdiyyə üzvlərinin məlumatı olmadan iclas protokollarına sonuncuların adından çıxışlar qeyd etmiş, həmçinin xx.xx.2024-cü il tarixli 05 saylı, xx.xx.2023-cü il tarixli 08 saylı və xx.xx.2023-cü il tarixli 05 saylı qərarların iclas protokollarına iclas katibi olan Nümayəndə adının qarşısında sonuncunun yerinə özü imza etməklə Çovdar bələdiyyəsinin adından olan rəsmi sənədlərə qəsdən yalan məlumatlar daxil edərək öz imzası və Çovdar bələdiyyəsinin möhürü ilə təsdiqləyərək vəzifə saxtakarlığı etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsindəki xüsusatları təsdiq edərək göstərmişdir ki, ittiahamda göstərilən pozuntulara yol vermişdir. Bu pozuntulara yol verməsinin səbəbi qanunları yaxşı bilməməsi olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalardan sonra qanunsuzluqlar aşkar edilmişdir. Qanunsuzluqları bildikdən sonra onları aradan qaldırmışdır. Etdiyi əməllərə əvvəlcədən hüquqi nəticələrini bilmədiyindən işin bu yerə gəlib çıxacağını bilməmişdir. Bələdiyyənin nizamnaməsindən başqa hər hansı bir təlimata baxmamış, nədə ki hər hansı bir təlimat ona göndərilməmişdir. Göstərilən vəsaitləri tamah məqsədi ilə mənimsəməmişdir. Hazırda əməllərindən peşimandır. Səhhətində ciddi problemləri vardır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən Daşkəsən rayonu, Çovdar bələdiyyəsində sədr kimi fəaliyyət göstərir. Həmin bələdiyyədə 5 nəfər üzvü vardır. Həmin üzvləri, ondan əlavə Şahid1, X4, Nümayəndə, Şahid3dur. Bələdiyyə üzvü olan Şahid1 həmçinin bələdiyyə qulluqçusu kimi mühasib vəzifəsində işləmişdir. Həmçinin Nümayəndə Çovdar bələdiyyəsinin sədr müavini işləmişdir. Lakin hazırda həmin vəzifədən kənarlaşdırılmışdır. Nümayəndə həmçinin bildiyi qədərilə başqa yerdə şirkətdə işləyir. Nümayəndə əsas iş yeri bələdiyyə olmaqla digər yerdən gəlir əldə etmək etməsinin qanunsuz olması barədə məlumatı olmamışdır. Həmçinin Bələdiyyə üzvü olan Şahid1 bələdiyyə üzvü olduğu halda bələdiyyə qulluqçusu kimi işləyə bilməsinin qanunazidd olması barədə məlumatı olmamışdır. Digər bələdiyyə üzvləri X4 və Şahid3 bələdiyyə üzvü olmalarına baxmayaraq iclaslarda iştirak etmirdilər. Belə ki, o, həmin şəxsləri dəfələrlə iclaslarla çağırmağına baxmayaraq iclaslarda iştirak etmirdilər. Bu səbəbdən iclas protokollarında üzrlü səbəblərdən iclaslarda iştirak etmədikləri qeyd edilmişdir. Digər bələdiyyə üzvləri iclaslarda iştirak edirdilər. Həmçinin Çovdar bələdiyyəsində xadimə işləyən X1 işləyirdi. Lakin Nargilə 2024-cü ilin əvvəlindən həmin bələdiyyədə işləmir. Belə ki, ailə həyatı qurduqdan sonra öz ərizəsilə işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Çovdar bələdiyyəsinin mülkiyyətində olan əmlakın ölçüsü və istifadə vəziyyəti ilə bağlı dəqiq məlumatlı deyildir. Bələdiyyə üzvləri X4 və Şahid3 ümumiyyətlə iclaslarda iştirak etmirdilər. Bəzi hallarda o, Şəlalənin adını yalan olaraq yazırdı və Nazimin üzrlü səbəbdən iştirak etmədiyini qeyd edirdi. Bəzi hallarda isə Nazimin iştirak etdiyini və Şəlalənin isə üzrlü səbəbdən gəlmədiyini qeyd edirdi. X9 və Şahid3 heç bir iclasda iştirak etməmişdir. Bəzi hallarda o, Nümayəndə şirkətdə işdə olaraqkən adını iclasda iştirak edən şəxs kimi qeyd edirdi. Lakin Ramil həmin vaxtlarda iclaslarda iştirak etmirdi. O, Ramilin adını iclas protokoluna qeyd edərkən özü ilə telefon vasitəsilə əlaqə saxlayırdı və Ramilə qərarın nəticəsi barədə məlumat verirdi. Şahid1 isə onun arvadıdır və daimi olaraq iclaslarda iştirak edirdi. Çovdar bələdiyyəsində yerli özünüidarə fəaliyyəti həyata keçirilir. Çovdar bələdiyyəsində bir nəfər bələdiyyə qulluqçusu vardır. Həmin bələdiyyə qulluqçusu bələdiyyə üzvü olan Şahid1dır. Çovdar bələdiyyəsinin 2013-cü ildə tərtib edilmiş nizamnaməsi vardır. Həmin bələdiyyənin fəaliyyətinin təşkili qeyd olunan nizamnamə ilə təşkil edilir. Çovdar bələdiyyəsinin möhür, ştamp və bank hesabı bələdiyyə sədri kimi onda olur. Çovdar bələdiyyəsində o, Şahid1 və Nümayəndə əmək haqqı bələdiyyə tərəfindən ödənən bələdiyyə üzvü olmuşdur. Lakin Nümayəndə iki əsas iş yeri olduğundan bələdiyyənin sədr müavini vəzifəsindən azad edilmişdir. Şahid1 isə bələdiyyə üzvü olmasına baxmayaraq bələdiyyə üzvü kimi deyil bələdiyyə qulluqçusu kimi əmək haqqı almışdır. Çovdar bələdiyyəsində əmək haqqı poçt vasitəsilə ödənilir. Belə ki, həmin bələdiyyənin bank hesabı poçtdadır və bələdiyyənin bank hesabına ödənilən pul vəsaitləri poçt vasitəsilə götürülür. Çovdar bələdiyyəsi ilə bağlı bütün işlər bələdiyyə sədri kimi onun tərəfindən icra edilir. Onun kartına ödənilmiş pul vəsaitlərinin 16140 manat məbləğində pul vəsaiti əməkhaqqı olaraq özü almışdır. Yerdə qalan 21951.54 manat məbləğində pul vəsaiti isə digər bələdiyyə üzvlərinin və xadimənin əmək haqqıları ödənilmişdir. Həmçinin bələdiyyənin digər xərcləri və ödənişlərinə sərf edilmişdir. Baxmayaraq ki, həmin pul vəsaiti yüklənəndən sonra xərclər çıxıldıqdan sonra yerdə qalan pullar əmək haqqı olaraq işçilərə ödənilmişdir. Həmin əmək haqqılar işçilərə nağd şəkildə ödənilmişdir. Belə ki, üzvlərin digərlərinin kart hesabları olmadığından pul onun kart hesabına yüklənilmişdir və o, nağd olaraq əvvəlki illərdən qalıq qalmış əmək haqqıları və növbəti aylara cədvəl üzrə hesablanmış əmək haqqıları nağd olaraq işçilərə vermişdir. Həmçinin bələdiyyə gəlirlərinin hamısını əmək haqqılara yönlədirməkdə səbəb olaraq Çovdar bələdiyyəsinin büdcəsi yalnız icarə haqları və dotasiyalarla təşkil edildiyindən işçilərin əməkhaqlarında qalıqlar olması və həmin qalıqların əvəzlənməsi məqsədilə icarə haqları ödənilərkən tam şəkildə əmək haqlarına ayrılırması olmuşdur. Sədr olaraq o, maliyyə-hesabat işlərinə rəhbərlik edirdi və bir başa icra edirdi. Qanunvericiliyin tələblərini bilmədiyi üçün bələdiyyə üzvü olduğu halda Şahid1 mühasib kimi işə qəbul etmişdir. Maliyyə-hesabat məsələlərində yalnız sədrin imzası ilə ödəniş sənədləri imzalana biməzdi bu səbəbdən mühasib vəzifəsi qəbul edilmişdir. Belə ki, sənədlərdə mühasib imzası zəruri idi. Həmçinin Şahid1 maliyyə-hesabat məsələlir üzrə təhsili və ya təcrübəsi olmadığından həmin işləri o, icra edirdi. Çovdar kəndi ərazisində əhalinin azlığı, ucqar yer olması səbəbindən işçi tapmaq çətin olurdu. Həmçinin bələdiyyəyə üzv kimi şeçilən şəxslər az olduğundan kadr çatışmazlığı problemləri yaşanırdı. Bu səbəbdən o, başqa yerdə əmək haqqı alan şəxsin bələdiyyə hesabına əmək haqqı almasına və bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi işləməsinə şərait yaratmışdır. O, qanunvericiliyin tələbləri barədə məlumatım olmadığından maliyyə kommisiyası yaradaraq həmin kommisiya vasitəsilə bələdiyyə üzvünün iştirakı ilə mühasib vəzifəsinə dair öhdəliklərin icra edilməsini təmin edə biləcəyini bilməmişdir, bundan başqa bələdiyyələrə inzibati nəzarəti həyata keçirən icra hakimmiyyəti orqanı tərəfindən ona heç bir təlim keçirməmiş və təklif və ya tövsiyyələr verilməmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iclas protokollarında Nümayəndə yerinə o, imza etmişdir. Belə ki, Ramil şirkətdə işdə olduğuna görə iclasda iştirak edə bilməmiş və bu səbəbdən o, Ramilin yerinə qol çəkərək Ramilin iclasda iştirak etmiş kimi protokollara yalan qeydlər daxil etmişdir. Lakin o, Ramilə həmin yerinə imza etməyilə bağlı məlumat vermiş və Ramil heç bir etiraz etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindəki xüsusatları təsdiq edərək göstərmişdir ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs ona zəng vuraraq iclas protokollarını imzalamq lazım olduğunu bildirmişdir. O, isə onun özünüz imzalayın mən ora gələ bilmirəm demişdir. Özəl şirkətdə işə qəbul olunan vaxt eyni vaxta iki yerdə işləməyə icazə olmadığını bilməmişdir. Bunu bildikdən sonra ərizə yazıb müavin vəzifəsindən çıxmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin üzvüdür. Həmin bələdiyyədə 5 nəfər üzvü vardır. Həmin üzvləri, ondan əlavə Şahid1, X4, Təqsirləndirilən şəxs, Şahid3dur. Bələdiyyə üzvü olan Şahid1 həmçinin bələdiyyə qulluqçusu kimi mühasib vəzifəsində işləmişdir. Həmçinin bələdiyyə üzvü olan Şahid1 bələdiyyə qulluqçusu kimi işləyə bilməsinin qanunazidd olması barədə bələdiyyə üzvlərinin məlumatı olmamışdır. Bundan başqa o, 2020-ci ildən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş və həmin şirkətdən əmək haqqı almış lakin bələdiyyə üzvü olaraq Çovdar bələdiyyəsindən əmək haqqı hesablanmışdır. Onun iki yerdə işləməyinin qanunazidd olması barədə məlumatı olmamışdır. O, Çovdar bələdiyyəsində bələdiyyə üzvü kimi əmək haqqı almağının qanunsuz olduğunu bildikdən sonra xx.xx.2024-cü il tarixdə öz ərizəsilə sədr müavini vəzifəsindən azad edilmişdir. Həmin bələdiyyənin sədri Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onun doğma əmisidir. Yuxarıda qeyd edilən halların qanuna zidd olması barədə Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən təklif və ya tövsiyyələr verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində Daşkəsən rayon Çovdar bələdiyyəsinə dəydiyi elan olunan maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən əmək haqqılara ödənildiyi üçün Çovdar bələdiyyəsinin ondan hər hansı şikayət və tələbi olmayacaqdır. Əlavə olaraq Nümayəndə ifadəsində göstərmişdir ki, o, bir çox bələdiyyə iclaslarında iştirak etmişdir. O, iştirak etdiyi bələdiyyə iclaslarında üzvlər tam olaraq iştirak etməsələrdə o, bələdiyyə sədri və üzv olan Şahid1 iclaslarda olurdu. Çovdar bələdiyyəsində yerli özünüidarə fəaliyyəti həyata keçirilir. Çovdar bələdiyyəsində bir nəfər bələdiyyə qulluqçusu vardır. Həmin bələdiyyə qulluqçusu bələdiyyə üzvü olan Şahid1dır. Həmçinin Şahid1 Şovdar bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs arvadıdır. Çovdar bələdiyyəsinin nizamnaməsinin təşkil edilib-edilməməsi barədə məlumatı yoxdur. Çovdar bələdiyyəsinin möhür, ştamp və bank hesabı bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs olur. Çovdar bələdiyyəsində o, Şahid1 və Təqsirləndirilən şəxs əmək haqqı bələdiyyə tərəfindən ödənən bələdiyyə üzvü olmuşdur. Lakin 2024-cü il tarixdən etibarən o və Şahid1 əmək haqqı hesablanmamış və ödənilməmişdir. Yalnız Təqsirləndirilən şəxs bələdiyyədən əmək haqqı alır. Çovdar bələdiyyəsində əmək haqqı tabeli tərtib edilmişdir və o tabel əsasında əmək haqqılar hesablanırdı. Digər bələdiyyə üzvlərinin kart hesabı olmadığından bələdiyyə sədri əmək haqqıları poçtan öz adına alaraq onlara, yəni ona və Şahid1 nağd şəkildə verirdi. Belə ki, hər ay əmək haqqıları hesablanırdı və Təqsirləndirilən şəxs öz hesabına əmək haqqıları verirdi. Daha sonra icarə müqavilələri hesabına toplanan bələdiyyə ödənişləri ödənildikdən sonra Şakir Atavanov öz hesabına ödədiyi ödənişləri götürü yardə qalan ödənişləri isə əmək haqqı olaraq hesablayırdı. Çovdar bələdiyyəsi ilə bağlı bütün işlər bələdiyyə sədri kimi bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən icra edilir. Həmin köçürülmüş 38.091.54 manat məbləğində pul vəsaiti bələdiyyədən əmək haqqı alan işçilərə ödənilmişdir. Bundan başqa bələdiyyənin xərcləri ödənilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs maliyyə-hesabat işlərinə rəhbərlik edirdi və bir başa icra edirdi. O, 2020-cü il tarixdən "xxxx"MMC-də müxtəlif vəzifələrdə işləyərək əmək haqqı almışam. Həmçinin 2021-ci il tarixdən bələdiyənin sədr müavini kimi əmək haqqı almışdır. O, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməməsi və elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməməsinə dair qanunvericiliyin tələblərini bilməmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, həmçinin xx.xx.2024-cü il tarixli 05 saylı iclas protokollarında onun yerinə Təqsirləndirilən şəxs imza etmişdir. Belə ki, o, şirkətdə işdə olmuşdur və Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bildirmişdir ki, iclas protokolu tərtib edilibdir və imzalamaq lazımdır. O, Təqsirləndirilən şəxs onun yerinə imza atmasına etiraz etməmişdir. Lakin o, qeyd olunan iclaslarda iştirak etməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Şakir onu mühasib vəzifəsinə təyin etmişdir. Aylıq orta əmək haqqı məbləğində pul vəsaiti almışdır. Digər pul köçürmələri ilə bağlı məlumatı olmamışdır. Bələdiyyə üzüvlərinin adların dəqiq bilmir. Ramil bələdiyyədə işləmişdir. Ramilin həmin vaxt başqa yerlərdə işləməsini bilməmişdir. İclas protokollarına özü imza çəkmişdir. Əvvəllər aylıq pul vəsaitini özü sənədə imza edərək götürmüşdür. Plastik kart verildikdən sonra əmək haqqlarını kart vasitəsi ilə almağa başlamışdır. Hər ay üç yüz bəzəndə beş yüz manat məbləğində əmək haqqı almışdır. Bu işlə bağlı başqada heç bir məlumatı olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Daşkəsən rayonu, Çovdar bələdiyyəsində üzv olaraq fəaliyyət göstərir. Həmin bələdiyyədə 5 nəfər üzv vardır. Həmin üzvləri, ondan əlavə Nümayəndə, X4, Təqsirləndirilən şəxs, Şahid3dur. O, bələdiyyə üzvü olaraq həmçinin bələdiyyə qulluqçusu kimi mühasib vəzifəsində işləmişdir. Onun mühasib vəzifəsində işləməyinin qanunazidd olması barədə məlumatı olmamışdır. Nümayəndə bələdiyyə üzvü olaraq əsas iş yeri kimi Çovdar bələdiyyəsindən əmək haqqı almağına baxmayaraq 2020-ci ildən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş və həmin şirkətdən əmək haqqı almışdır. Ramilin iki yerdə işləməyinin qanunazidd olması barədə məlumatı olmamışdır. Həmin bələdiyyənin sədri Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onun əridir. Onun Çovdar bələdiyyəsinin mülkiyyətində olan əmlakın ölçüsü və istifadə vəziyyəti ilə bağlı dəqiq məlumatı yoxdur. O, Çovdar kənd bələdiyyəsinin bələdiyyə üzvü olaraq iclaslarda iştirak etmişdir. Çovdar bələdiyyəsində yerli özünüidarə fəaliyyəti həyata keçirilir. Çovdar bələdiyyəsində bir nəfər bələdiyyə qulluqçusu vardır. Həmin bələdiyyə qulluqçusu odur. Çovdar bələdiyyəsinin nizamnaməsinin təşkil edilib-edilməməsi barədə məlumatı yoxdur. Çovdar bələdiyyəsinin möhür, ştamp və bank hesabı bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs olur. Çovdar bələdiyyəsində o, Nümayəndə və Təqsirləndirilən şəxs əmək haqqı bələdiyyə tərəfindən ödənən bələdiyyə üzvü olmuşdur. Çovdar bələdiyyəsində əmək haqqı tabeli tərtib edilmişdir və o tabel əsasında əmək haqqılarımız hesablanırdı. Digər bələdiyyə üzvlərinin kart hesabı olmadığından bələdiyyə sədri əmək haqqıları poçtdan öz adına alaraq onlara, yəni ona və Nümayəndə nağd şəkildə verirdi. Belə ki, hər ay əmək haqqılarımız hesablanırdı və Təqsirləndirilən şəxs öz hesabına onların əmək haqqıları verirdi. Daha sonra icarə müqavilələri hesabına toplanan bələdiyyə ödənişləri ödənildikdən sonra Şakir Atavanov onlara öz hesabına ödədiyi ödənişləri götürü yerdə qalan ödənişləri isə əmək haqqı olaraq hesablayırdı. Çovdar bələdiyyəsi ilə bağlı bütün işlər bələdiyyə sədri kimi bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən icra edilir. 2019-2023-cü illərdə Təqsirləndirilən şəxs adına köçürülmüş 38.091.54 manat məbləğində pul vəsaiti bələdiyyədən əmək haqqı alan işçilərə ödənilmişdir. Bundan başqa bələdiyyənin xərcləri ödənilmişdir. Onun ali təhsili və ya ixtisas biliyi yoxdur. Bələdiyyə sədri maliyyə-hesabat işlərinə rəhbərlik edirdi və bir başa icra edirdi. O, 2020-cü il tarixdən bələdiyyədən üzvü olmağına baxmayaraq mühasib vəzifəsi üzrə, yəni bələdiyyə qulluqçusu kimi əmək haqqı almışdır. O, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunun 15-ci maddəsinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməməsi və elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməməsinə dair qanunvericiliyin tələblərini bilməmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, həmçinin xx.xx.2024-cü il tarixli 05 saylı iclas protokollarında Ramilin yerinə Təqsirləndirilən şəxs imza etmişdir. Belə ki, Ramil şirkətdə işdə olmuş və Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bildirmişdir ki, iclas protokolu tərtib edilibdir və imzalamaq lazımdır. Ramil Təqsirləndirilən şəxs onun yerinə imza atmasına etiraz etməmişdir. Bundan başqa Ramil qeyd olunan iclaslarda iştirak etməmişdir. Lakin iclas barədə məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Şakiri tanıyır, lakin onunla qohumluq əlaqəsi olmamışdır. Bələdiyyə üzvü olsada həmin Çovdar kəndindən uzaq məsafədə yaşadığı üçün bələdiyyə iclaslarının heç birində iştirak edə bilməmişdir. Heç bir sənədə imza çəkməmişdir. Başqa bir məlumatı yoxdur. Şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Daşkəsən rayonu, Çovdar bələdiyyəsində üzv kimi qeydiyyatdadır. Həmin bələdiyyədə 5 nəfər üzvü vardır. Lakin həmin şəxslərdən yalnız bələdiyyə sədri olan Təqsirləndirilən şəxs tanıyır. Onun öz fərdi təsərrüfatı vardır və həmin təsərrüfatla məşğul olur. Çovdar bələdiyyəsində üzv olmağına baxmayaraq bələdiyyə fəaliyyətində iştirak etməmişdir. Bəzi hallarda Təqsirləndirilən şəxs onu bələdiyyə üzvü kimi iclaslara çağırdığı hallar olmuşdur lakin o, heç bir bələdiyyə iclasında iştirak etməmişdir. Bundan başqa, digər bələdiyyə üzvlərinin iclaslarda iştirak edib-etməməsi barədə məlumatı yoxdur. Çovdar bələdiyyəsində yerli özünüidarə fəaliyyəti həyata keçirib-keçirməməsi barədə, Çovdar bələdiyyəsində neçə nəfər bələdiyyə qulluqçusu olması barədə, həmin bələdiyyənin nizamnaməsinin təşkil edilib-edilməməsi barədə məlumatı yoxdur. Çovdar bələdiyyəsinin möhür, ştamp və bank hesabı bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs olur. O, Çovdar bələdiyyəsindən heç bir əmək haqqı almıram. Çovdar bələdiyyəsinin əmək haqqıları hansı vasitəsi ilə ödənilməsi barədə heç bir məlumatım yoxdur. Bələdiyyə ilə bağlı bütün işlər bələdiyyə sədri kimi bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən icra edilir. 2019-2023-cü illərdə Təqsirləndirilən şəxs adına 16140 manat məbləğində əmək haqqı hesablandığı halda bələdiyyənin xx.xx.2023-cü il tarixli qərarı ilə 19600 manat, xx.xx.2023-cü il tarixli qərarı ilə 891.54 manat, xx.xx.2024-cü il tarixli qərarı ilə 17600 manat olmaqla ümumilikdə 38.091.54 manat Təqsirləndirilən şəxs kart hesabına köçürülməsi barəsində heç bir məlumatı yoxdur. O, ümumiyyətlə heç bir bələdiyyə iclaslarında iştirak etməmişəm, o cümlədən xx.xx.2023-cü il və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə təşkil edilmiş bələdiyyə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Şakiri bələdiyyə sədri kimi tanıyır. Təqsirləndirilən şəxs bələdiyyə sədri işləyən vaxt bələdiyyədə xadimə işləmişdir. İşlədiyi müddətdə hər ay iki yüz əlli manat məbləğində əmək haqqı almışdır . Əmək haqqını sənədə imza çəkərək almışdır. Sonra isə öz ərizəsi əsasında işdən çıxdığını bildirmişdir. Başqa hər hansı bir işlə bağlı məlumatı olmamışdır. Şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən 2023-cü il tarixin sonlarına kimi Daşkəsən rayonu, Çovdar bələdiyyəsində xadimə kimi fəaliyyət göstərmişdir. Lakin 2023-cü il tarixdə ailə vəziyyətilə əlaqədar işdən öz istəyi ilə çıxmışdır. O, Daşkəsən rayonu, Çovdar bələdiyyəsində işlədiyi dövrdə aylıq əmək haqqını almışdır. Həmin əmək haqqı ona bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə verilirdi. O, əmək haqqını 250 manat məbləğində alırdı. Lakin sonrakı dövlərdə əmək haqqı artdığından dəqiq nə qədər əmək haqqı aldığını deyə bilməmişdir. O, yalnız Təqsirləndirilən şəxs tanıyırdı. Belə ki, o, həftədə iki və ya üç dəfə təmizlik üçün Daşkəsən rayonu, Çovdar bələdiyyəsinə gedirdi. Bu səbəbdən digər bələdiyyə üzvlərini tanımır. İşdə olan qətimkan təbbirinin tətbiq edilbəsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizan qətimkan tədbiri seçilmişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 15 avqust 2024-cü il tarixli, 4/1078 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Daşkəsən rayon Çovdar bələdiyyəsinin 10 mart 2023-cü il tarixli 05 saylı iclas protokolunun 2-ci vərəqində “İclasın sədri Təqsirləndirilən şəxs” və “İclas katibi Nümayəndə” qrafalarındakı imzalar; Daşkəsən rayon Çovdar bələdiyyəsinin 28 aprel 2023-cü il tarixli 08 saylı iclas protokolun 2-ci vərəqində “İclasın sədri Təqsirləndirilən şəxs” və “İclas katibi Nümayəndə” qrafalarındakı imzalar; Daşkəsən rayon Çovdar bələdiyyəsinin 15 fevral 2024-cü il tarixli 05 saylı iclas protokolun 2-ci vərəqində “İclasın sədri Təqsirləndirilən şəxs” və “İclas katibi Nümayəndə” qrafalarındakı imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 26 avqust 2024-cü il tarixli, 9/6017 saylı rəyindən görünür ki, Azərbaycab Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin inzibati nəzarət icraatı qaydasında aparılmış yoxlamasının nəticələrinin əks olunduğu arayışda göstərilmiş halların və Bələdiyyənin təqdim etdiyi sənədlərin doğruluğu istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi təqdirdə bələdiyyənin sədr müavini Nümayəndə və mühasibi Şahid1, həmçinin bələdiyyənin xadiməsi Şahid2 adına hesablanmış əmək haqqı öz kart hesabına köçürülməklə bələdiyyənin büdcəsindən 21951.54 manat vəsaiti müəyyən edilir. İşdə olan könüllü təqdim edilən sənədləri götürülməsi haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi xx.xx.2023-cü il tarixli 05 saylı, xx.xx.2023-cü il tarixli 08 saylı və xx.xx.2024-cü il tarixli 05 saylı iclas protokollarının əsilləri götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin fəaliyyətinin araşdırılmasına dair materialın arayışından görünür ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən suiistifadə etmiş və qanunvericiliyə zidd olaraq işçilərə hesablanmış əmək haqqını öz kartına köçürməklə bələdiyyə büdcəsindən 21951.54 manat vəsaiti mənimsəməsinə ciddi şübhələr yaranmışdır. İşdə olan ARMSK 100 saylı dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli, 3-11- 100/2-125/2024 nömrəli məktubundan görünür ki, 2019-2024-cü illər üçün Daşkəsən rayon, Çovdar bələdiyyəsinə seçilmiş bələdiyyə üzvlərinin siyahısı Təqsirləndirilən şəxssədr, Nümayəndə-müavin, Şahid3- üzv, Şahid1- üzv, X4- üzv-dən ibarətdir. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Çovdar kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ataxanov X5 rayonu, Çovdar kəndində rəsmi qeydiyyatdadır. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Çovdar kənd İƏDÜ nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə barəsində hər hansı bir narazlıq olmamış, nümayəndəlikdə keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. İşdə olan Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 13-72/2-10598/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnaməyə əsasən Daşkəsən Rayon Məhkməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 188-ci maddəsilə təqsirli bilinərək 160 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. İşdə olan Daşkəsən rayon Çovdar Bələdiyyəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 47 nömrəli arayışdan görünür ki, Şahid1 2019-2023-cü illər ərzində cəmi 15378.90 manat əmək haqqı ödənilmişdir. Nümayəndə 2021-2023-cü illər ərzində cəmi 10188.90 manat əmək haqqı ödənilmişdir. İşdə olan 03 iyul 2024-cü il tarixli protokolla götürülmüş Daşkəsən rayonu, Çovdar bələdiyyəsinə məxsus xx.xx.2023-cü il tarixli 05 saylı, xx.xx.2023-cü il tarixli 08 saylı və xx.xx.2024-cü il tarixli 05 saylı iclas protokollarının əsilləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materillarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs Şahid1 mühasib vəzifəsində işləyə bilməsinin və Nümayəndə ikinci iş yeri olduğu təqdirdə bələdiyyədən əmək haqqı almasının qanunvericiliyə zidd olması barədə məlumatı olmadığını və Ədliyyə Nazirliyinin bu xüsusat barədə ona məlumat vermədiyi üçün həmin şəxsləri vəzifədə saxladığı barədə göstərdikləri cinayət işi üzrə toplanmış sübutlarla təkzib olunduğundan ifadəsinin qeyd edilən hissəsi məsuliyyətdən yayınmaq məqsədiylə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs etiraf edici ifadələri, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin dindirilməsi protokolları, Çovdar bələdiyyəsinin fəaliyyətinin yoxlanılmasına dair toplanmış material, sorğulara alınmış cavablar, məhkəmə-xətşünaslıq ekspertizasının 15 avqust 2024-cü il tarixli, 4/1078 saylı rəyi, məhkəmə-mühasibatlıq ekspertizasının 26 avqust 2024-cü il tarixli, 9/6017 saylı rəyi, həmçinin digər istintaq sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib iş materiallarını tədqiq edərək, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona istinad edilən, yəni etibar edilmiş əmlakı təkrar talamaqla öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla pulları ələ keçirməkdə, bundan başqa, bələdiyyə sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi və rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, bu əməlləri tamah və ya sair şəxsi niyyətlərlə törətməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ifadə olunan cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələr üzrə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bu cəhətdən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin heç bir şikayət və tələbinin olmamsını, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi, həmçinin əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkməsinə zərurət yoxdur. Digər tərəfdən, təqsirləndirilən şəxsin maddi və ailə vəziyyətinə görə ona cərimə cəzasının təyin edilməsi də məqsədəuyğun deyildir; Təqsirləndirilən şəxsin cərimə cəzası çəkməsi onun həyat şəraitini kəskin şəkildə pisləşdirə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına , CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə islah işləri cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.3-cü maddəsinə əsasən CM-nin 313-cü maddəsi ilə təyin edilmiş islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanmaqla qəti olaraq müəyyən müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 179.2-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, əməlləri təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərarbər tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda– iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, məhkəmə iki və ya daha çox cinayətə görə əsas cəza ilə yanaşı eyni növ əlavə cəzalar təyin edilmişdirsə cəzaların tam və ya qismən toplanması zamanı onun qəti müddəti və ya miqdarı CM-nin Ümumi hissəsində bu əlavə cəza növü üçün nəzərdə tutulmuş həddən çox ola bilməz. Məcmuya daxil olan ayrı-ayrı cinayətlərə görə müxtəlif növ əlavə cəzalar təyin edilmişdirsə, onlar cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilən hallarda da müvafiq müddət və miqdar göstərilməklə hökmdə əks etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 308.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına , CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3-cü maddəsinə əsasən CM-nin 313-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanmaqla qəti olaraq 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Goranboy rayon Goran qəsəbəsində yerləşən yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Goranboy, Göygöl və Daşkəsən rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən 03 iyul 2024-cü il tarixli protokolla götürülmüş Daşkəsən rayonu, Çovdar bələdiyyəsinə məxsus xx.xx.2023-cü il tarixli 05 saylı, xx.xx.2023-cü il tarixli 08 saylı və xx.xx.2024-cü il tarixli 05 saylı iclas protokollarının əsilləri cinayət işi materillarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 225 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-19/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-19/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver