Məhkəmə qərarları › İş №1(030)-2/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-2/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-2/2023 18.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “ev dustaqlığı”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla, ünvan 4 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 05 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisidə görüşüb həmin kəndin “Durnalı” adlanan yay otlaq sahəsində nəzarətsiz qalan iri buynuzlu heyvanları oğurlamaq, yəni gizli yolla talamaq qərarına gəlmiş, bu niyyətlə həmin gün saat 22:30 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Təqsirləndirilən şəxs2 ilə görüşüb Gəncə şəhəri, Təbriz küçəsi, döngə 5, ev 11-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus rayonun Xoşbulaq kəndində yerləşən “Durnalı” adlanan yay otlaq sahəsində nəzarətsiz qalmış 1 baş, 9 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1500 manat olan inəyi, 1 baş, 5 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1600 manat olan inəyi, 1 baş, 2 yaşar, orta köklüyü təxminən 150 kiloqram, dəyəri 700 manat olan düyəni, 1 baş, 3 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1650 manat olan düyəni və 1 baş, 3 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1650 manat olan düyəni, ümumilikdə 7100 (yeddi mün yüz manat) dəyərində olan 5 baş iri buynuzlu heyvanları gizli yolla oğurlayıb, 10 iyun 2021-ci il tarixdə Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarında İsmət Tağyevlə birlikdə satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs1 məxsus 5 baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəldikdən sonra, bu niyyətlə 01 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “Mingəçevir düzü” adlanan yay otlaq sahəsində nəzarətsiz qalmış Gəncə şəhəri, Avtozadov qəsəbəsi, B-1, sahə 17 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, 6 aylıq, təxminən diri çəkisi 120 kiloqram, təmiz çəkisi 60 kiloqram, qiyməti 900 manat olan erkək buzov dananı, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 120 kiloqram, təmiz çəkisi 60 kiloqram, qiyməti 900 manat olan dişi dananı, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 140 kiloqram, təmiz çəkisi 70 kiloqram, qiyməti 1050 manat olan dişi dananı, ümumilikdə 2850 manat dəyərində olan 3 baş iribuynuzlu heyvanları, Göygöl rayonu, Bəhrəmbəy kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus 1 baş, 8 yaşar, təxminən diri çəkisi 300 kiloqram, təmiz çəkisi 150 kiloqram, qiyməti 1650 manat olan inəyi, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 200 kiloqram, təmiz çəkisi 100 kiloqram, qiyməti 1400 manat olan dişi düyəni, ümumilikdə 3050 manat dəyərində olan 2 baş iri buynuzlu heyvanları, Gədəbəy rayonu Talakənd kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu, Təzəkənd kəndində yaşayan X3 məxsus 1 baş, 4 yaşar, təxminən diri çəkisi 200 kiloqram, təmiz çəkisi 100 kiloqram, qiyməti 1200 manat olan inəyi, 1 baş, 5 aylıq, təxminən diri çəkisi 100 kiloqram, təmiz çəkisi 50 kiloqram, qiyməti 800 manat olan dişi buzovu , ümumilikdə 2000 manat dəyərində olan iki baş iri buynuzlu heyvanları və Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 5 yaşar, təxminən diri çəkisi 200 kiloqram, təmiz çəkisi 90 kiloqram, qiyməti 1100 manat olan inəyi gizli yolla oğurlayıb 02 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarına aparıb satmaqla Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X3 və Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 9000 manat dəyərində olan 8 baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 25 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd avtomobil yolunun kənarında nəzarətsiz qalmış iki baş iri buynuzlu heyvanları oğurlamaq, yəni gizli yolla talamaq qərarına gəlmiş, bu niyyətlə həmin gün saat 22:30 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Təqsirləndirilən şəxs2 ilə görüşüb Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus Xoşbulaq kənd avtomobil yolunun kənarında nəzarətsiz qalmış 1 baş, 5 yaşar, təxminən diri çəkisi 150 kiloqram, təmiz çəkisi 70 kiloqram, qiyməti 700 manat olan inəyi, 1 baş, 1 illik, təxminən diri çəkisi 240 kiloqram, təmiz çəkisi 120 kiloqram, qiyməti 1680 manat olan erkək dananı, ümumilikdə 2380 manat dəyərində olan iki baş iri buynuzlu heyvanları gizli yolla oğurlayıb, 29 sentyabr 2022-ci il tarixdə Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarında Təqsirləndirilən şəxs2 ilə birlikdə satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs3 məxsus iki baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 05 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisidə görüşüb həmin kəndin “Durnalı” adlanan yay otlaq sahəsində nəzarətsiz qalan iri buynuzlu heyvanları oğurlamaq, yəni gizli yolla talamaq qərarına gəlmiş, bu niyyətlə həmin gün saat 22:30 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Təqsirləndirilən şəxs1 ilə görüşüb Gəncə şəhəri, Təbriz küçəsi, döngə 5, ev 11-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus rayonun Xoşbulaq kəndində yerləşən “Durnalı” adlanan yay otlaq sahəsində nəzarətsiz qalmış 1 baş, 9 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1500 manat olan inəyi, 1 baş, 5 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1600 manat olan inəyi, 1 baş, 2 yaşar, orta köklüyü təxminən 150 kiloqram, dəyəri 700 manatolan düyəni, 1 baş, 3 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1650 manat olan düyəni və 1 baş, 3 yaşar, orta köklüyü təxminən 400 kiloqram, dəyəri 1650 manat olan düyəni, ümumilikdə 7100 (yeddi mün yüz manat) dəyərində olan 5 baş iri buynuzlu heyvanları gizli yolla oğurlayıb, 10 iyun 2021-ci il tarixdə Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarında Təqsirləndirilən şəxs1lə birlikdə satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs1 məxsus 5 baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 25 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd avtomobil yolunun kənarında nəzarətsiz qalmış iki baş iri buynuzlu heyvanları oğurlamaq, yəni gizli yolla talamaq qərarına gəlmiş, bu niyyətlə həmin gün saat 22:30 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Təqsirləndirilən şəxs1 ilə görüşüb Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus Xoşbulaq kənd avtomobil yolunun kənarında nəzarətsiz qalmış 1 baş, 5 yaşar, təxminən diri çəkisi 150 kiloqram, təmiz çəkisi 70 kiloqram, qiyməti 700 manat olan inəyi, 1 baş, 1 illik, təxminən diri çəkisi 240 kiloqram, təmiz çəkisi 120 kiloqram, qiyməti 1680 manat olan erkək dananı, ümumilikdə 2380 manat dəyərində olan iki baş iri buynuzlu heyvanları gizli yolla oğurlayıb, 29 sentyabr 2022-ci il tarixdə Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarında Təqsirləndirilən şəxs1 ilə birlikdə satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs3 məxsus iki baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, hazırda Daşkəsən rayonu, Xoşbulaq kəndində pasport qeydiyyatında olmasına baxmayaraq Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. Belə ki, mövsümlə əlaqədar olaraq qış aylarında Göygöl rayonu Yeni Qızılca kəndində, yay aylarında isə Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayır. Rəsmi iş yeri olmadığı üçün Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir və Samux rayonları ərazisində fəhləliklə məşğul olur. 2021-ci ilin iyun ayının 5-də saat 12 radələrində qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə Xoşbulaq kəndi ərazisində görüşüb söhbət etməyə başlamış, söhbət əsanasında İsmətlə o, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən yay otlaq sahələrini gəzib orda nəzarətsiz qalan iri buynuzlu heyvanları oğurlayıb satmaq qərarına gəlmişlər. Onlar Xoşbulaq kəndi ərazisində yerləşən yay otlaq sahələrini yaxşı tanıdıqları və həmin ərazilərdə mütəmadi gəzdikləri üçün kənd ərazisində yerləşən “Durnalı” adlanan yay otlaq sahəsində nəzarətsiz buraxılmış heyvanların olduğunu bilmişlər. Həmin gün saat 22 radələrində İsmət yaşadığı alaçığın qarşısına gəlmişdir. O, orada İsmətlə görüşüb hər ikisi piyada “Durnalı” adlanan yay otlaq sahəsinə getmişlər və onlar təxminən 20 dəqiqə piyada yol getdikdən sonra “Durnalı” adlanan yay otlaq sahəsinə çatıb orada nəzarətsiz qalmış 5 baş iri buynuzlu heyvanların yatdığını görmüşlər. Həmin heyvanların əlamətləri təxminən diri çəkisi 200 kq olan boz rəngli inək, təxminən diri çəkisi 250 kq olan inək, təxminən diri çəkisi 150 kq olan düyə, diri çəkisi 200 kq olan düyə, təxminən diri çəkisi 200 kq olan düyə olmuşdur. İsmət ilə o, 5 baş iri buynuzlu heyvaları qarşılarında Xoşbulaq kəndində yerləşən onun atası Akifin yaşadığı evin qarşısına gətirib 5 baş iri buynuzlu malqaraları Akifin tövləsinə saldıqdan sonra hər ikisi piyada yaşadıqları evə getmişdir. Atası Akif həmin ərəfələr xəstə olduğu üçün Gəncə şəhərində yaşamış, tövləsində oğurluq yolu ilə əldə etdikləri 5 baş iri buynuzlu heyvanların saxlanılmasından Akifin məlumatı olmamışdır. Akifin tövləsinin giriş qapısının açarı onda olmuşdur. Onlar heyvanları 07 iyun 2021-ci il tarixə kimi Akifin tövləsində saxlamışlar və orada olan bir baş təxminən diri çəkisi 200 kiloqram inəyi tanınmaması üçün İsmət ilə birlikdə qara rəngli boya ilə yarımçıq boyamışlar. Həmin gün saat 23:30 radələrində onun sifariş etdiyi hazırda xatırlamadığı “Qazel” sürücüsü ilə heyvanlardan 4 başını İsmət ilə birlikdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən yaşadığı evin tövləsinə aparıb yerləşdirdikdən sonra hər ikisi Xoşbulaq kəndinə geri qayıtmışlar. Boya ilə boyadıqları bir baş inək isə Akifin tövləsində qalmışdır. Onlar Göygöl rayonu, Yeni Qızılca kəndinə apardıqları 4 baş iri buynuzlu heyvanları həftənin 4-cü günü yəni 10 iyun 2021-ci il tarixdə Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına aparıb satmağı planlaşdırmışlar. 08 iyun və 09 iyun 2021-ci il tarixlərdə İsmətlə birlikdə idarə etdiyi “Vaz 2106” markalı minik avtomobili ilə Göygöl rayonuna gedib heyvanlara ot və su vermişlər və 10 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində onun sifariş etdiyi hazırda xatırlamadığı “Qazel” sürücüsü ilə birlikdə 4 baş iri buynuzlu heyvanları Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına aparmışlar. Onlar Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarında üç nəfər tanımadıqları şəxsə 4 baş iri buynuzlu heyvanları ümumilikdə təxminən 3200 manata satmışlar və onun payına isə 1600 manat pul vəsaiti düşmüşdür. Daha sonra o, həmin “Qazel” sürücüsü ilə İsmətlə birlikdə Göygöl rayonu, Yeni Qızılca kəndinə gəlib onun idarə etdiyi “Vaz 2106” markalı minik avtomobili Daşkəsən rayonu, Xoşbulaq kəndinə getmişlər. Onlar həmin ərəfələr Xoşbulaq kənd sakini Zərərçəkmiş şəxs1 “Durnalı” adlanan yay otlaq sahəsindən oğurladıqları 5 baş iri buynuzlu heyvanları axtardığını görmüşlər. Onlar Akifin tövləsində qara rəngli boya ilə boyadıqları 1 baş inəyi də satmağı palanlaşdırmışlar. O, 15 iyun 2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus oğurlamış olduqları bir baş inəyi satmaq üçün bazara çıxaracaqları zaman tutulacaqlarından qorxaraq inəyi tövlədən çıxarıb buraxmışdır. Həmin gün saat 14 radələrində İsmət onunla Xoşbulaq kəndi ərazisində görüşüb oğurlayıb boyadıqları bir baş inəyin çayı keçərək otlaq sahəsinə getdiyini demişdir. Bu zaman o, boya ilə boyadıqları bir baş inəyi satmaq üçün bazara çıxaracaqları zaman tutulacaqlarından qorxaraq özü buraxdığını İsmətə demişdir. Onlar Zərərçəkmiş şəxs1 məxsus bir baş inəyi qara rəngli boya ilə tam rəngləyə bilməmişlər. Bundan başqa 01 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində təsərrüfatında saxladığı xırda buynuzlu heyvanlardan bir baş quzunun Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən “Mingəçevir düzü” adalanan yay otlaq sahəsindən qayıtmadığını görmüşdür. O, özünə məxsus ata minərək bir baş quzusunu axtarmaq üçün “Mingəçevir düzü” adalanan yay otlaq sahəsinə getmişdir. Həmin yay otlaq sahəsində ona məxsus quzunun canavar tərəfindən parçalanmış cəsədini tapmışdır. Həmin gün saat 22 radələrində atının belində yaşadığı ev istiqamətində hərəkətdə olarkən “Mingəçevir düzü” adalanan yay otlaq sahəsində yerləşən təpəlik ərazidə iri buynuzlu heyvanların yatdığını görmüşdür. O, əlindəki yanılı vəziyyətdə olan fənər ilə həmin heyvanların yatdığı yerə getdikdə orada 8 baş iribuynuzlu heyvanların olduğunu görmüşdür. Həmin heyvanlara yaxınlaşdıqda onlardan bir baş boz rəngli, bir baş tünd qəhvəyi rəngli və bir başı tünd sarı rəngli 3-ü inək olduğunu görmüşdür. Geriyə qalan 5 baş isə iki baş sarı rəngli, iki baş qara rəngli, bir baş isə qırmızı rəngli buzov olmuşdur. O, nəzarətsiz qalan 8 baş iribuynuzlu heyvanları gizli olaraq oğurlamaq qərarına gəlmişdir. Elə bu məqsədlə həmin heyvanları oğurladıqdan sonra sataraq əldə etdiyi pul ilə kreditini ödəməyi düşünmüşdür. Xülasə, həmin gün saat 23 radələrində ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra həmin heyvanlara yaxınlaşaraq qarşısında yaşadığı ev istiqamətində aparmışdır. Yaşadığı evə çatdıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə iri və xırda buynuzlu heyvan daşımaqla məşğul olan Afisin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan cinayət yolu ilə əldə etdiyi iribuynuzlu heyvanları satmağı üçün Bərdə rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarına daşımasını xahiş etmişdir. Lakin, danışıq zamanı Afisə həmin heyvanların özünə məxsus olduğunu demişdir. 01 sentyabr 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində Afis onun istifədəsində olan mobil nömrəyə zəng edərək Xoşbulaq kəndi ərazisində olduğunu dedikdə o, Afisə yolu başa salaraq olduğu yerə çağırmışdır. Afis idarə etdiyi “Ford transit” markalı yük avtomobili ilə yaşadığı alaçığın qarşısına gəlmiş və o, həmin gün saat 02 radələrində oğurluq yolu ilə əldə etdiyi 8 baş iri buynuzlu heyvanları Afisin yük avtomobilinə yükləmişdir. Həmin vaxtı Afis ondan 8 baş iri buynuzlu heyvanların kimə məxsus olduğunu soruşduqda o, həmin heyvanların özünə məxsus olduğunu demişdir. Xüsalə o, Afisin idarə etdiyi “Ford transit” markalı yük avtomobili ilə Bərdə rayonu istiqamətində hərəkətə başlamışdır. Onlar Bərdə rayonu istiqamətində hərəkətdə olarkən o, Afisdən gediş haqqı nə qədər pul vəsati alacağını soruşmuş və Afis ona gediş haqqının 150 manat olacağını demişdir. Onlar 02 sentyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində Bərdə rayonu ərazisində yerləşən “ev heyvanlarının satışı bazarına” daxil olmuşlar. O, Afisin yük avtomobilində daşıdığı 8 baş iribuynuzlu heyvanları ora boşaltmış və bazarda olan zaman analı-balalı, ümumilikdə 8 baş iribuynuzlu heyvanları 3 nəfər əvvəllər tanımadığı şəxslərə satmışdır. Həmin heyvanları satmağı müqabilində 3200 manat məbləğində pul vəsaiti əldə etmişdir. Cinayət yolu ilə əldə etdiyi 3200 manat məbləğində pul vəsaitinin bir qismini borcuna ödəmiş, bir qismini isə yeyib-içməyə xərcləmişdir. Bundan başqa 25 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə Xoşbulaq kəndi ərazisində görüşüb idarə etdiyi minik avtomobili ilə kənd ərazisində gəzməyə başlamışdır. Onlar həmin gün saat 21:30 radələrinədək İsmətlə birlikdə gəzdikdən sonra idarə etdiyi minik avtomobillə yaşadıqları ev istiqamətində hərəkətə başlamışdır. Xoşbulaq kəndi ərazisindəki asfalt yolun kənarında dərəlik ərazidə iki baş iri buynuzlu heyvanların nəzarətsiz qaldığını görmüşlər. O, İsmətdən həmin heyvanların kimə məxsus olduğunu soruşduqda İsmət ona bir neçə gündü həmin heyvanların nəzarətsiz orada qaldığını demişdir. Bu zaman o, həmin heyvanları oğurlayıb sataraq pul vəsaiti əldə etməklərini İsmətə təklif etdikdə İsmət onunla razılaşmışdır. Bundan sonra onlar yemək yeyib havanın bir qədər də qaralaması üçün yaşadıqları evə getmişlər və həmin gün saat 22:30 radələrində o, heyvanların olduğu yerdə İsmət ilə görüşüb ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra həmin heyvanlara yaxınlaşmışlar. Onlar orada olan bir baş açıq qəhvəyi rəngli arıq inəyi və bir baş qara rəngli təxminən diri çəkisi 250 kiloqram olan erkək dananı qarşılarında onun yaşadığı alaçığın qarşısına aparmışlar. O və İsmət oğurladıqları iki baş iri buynuzlu heyvanları həftənin 4-cü günü Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına” aparıb satmağı planlaşdırmışlar. O, həftənin 4-cü gününə kimi heyvanları Yeni Qızılca kəndində yerləşən evində saxlayacaqı barədə İsmətlə razılaşdıqdan sonra İsmət yaşadığı evə getmişdir. O, həmin gün saat 22:50 radələrində təsərrüfatında saxladığı 11 baş xırda buynuzlu quzuları və İsmətlə birlikdə oğurluq yolu ilə əldə etdikləri iki baş iri buynuzlu heyvanları Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinə aparmaq üçün Afisə zəng etmişdir. Telefon danışığı zamanı Afis ona Goranboy rayonu, Dəliməmmədli kəndində avtomobilini təmir etdirdiyi üçün gələ bilməyəcəyini deyərək tanıdığı yük avtomobili sürücüsü olan Zabil Əsgərovun mobil nömrəsini vermişdir. O, Zabil ilə danışıb razılaşdıqdan sonra həmin gün saat 23:40 radələrində yaşadığı evin qarşısında Zabil ilə görüşmüşdür. O, Zabilin idarə etdiyi “Ford Transıt” markalı yük avtomobilinin yük yerinə İsmətlə birlikdə oğurluq yolu ilə əldə etdikləri 2 baş iri buynuzlu heyvanları və 11 baş xırda buynuzlu quzuları yükləmişdir. Zabil həmin vaxtı iri və xırda bynuzlu heyvanların kimə məxsus olduğunu ondan soruşduqda o, Zabilə həmin heyvanların öznə məxsus olduğunu demişdir. Bundan sonra Zabil yük avtomobilinin yük yerini bağlayıb Göygöl rayonu istiqamətində hərəkətə başlamışdır. O, isə idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Zabilin arxası ilə hərəkət etmişdir. Onlar gecə saat 02 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinə çatmışlar və o, Zabilin yük avtomobilində olan heyvanları ora boşaltmışdır. O, gediş haqqı 50 manat pul vəsaitini Zabilə vermişdir. 3 gün ərzində heyvanlar tövlədə qalmışlar. Həftənin 3-cü günü, yəni 28 sentyabr 2022-ci il tarixdə İsmətlə birlikdə Daşkəsən rayonu, Xoşbulaq kəndindən idarə etdiyi minik avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin gün saat 22 radələrində Afisə zəng edərək oğurluq yolu ilə əldə etdi heyvanları Tovuz rayonuna daşımasını xahiş etmişdir. Lakin, Afis hazırda əlində iş olduğu üçün gələ bilməyəcəyini, buna baxmayaraq dayısının nömrəsini verib heyvanları daşıması üçün ona zəng edərək sifariş verə biləcələrini söyləmişdir. Bundan sonra o, Afisin dayısı Elçin Musayevə zəng edərək heyvanları saxladıqları yerə çağırmışdır. Danışıq zamanı iribuynuzlu heyvanları Tovuz rayonunda yerləşən ev heyvanlarının satışı bazarına daşıması üçün Elçin ilə 80 manat pul vəsaiti müqabilində razılaşmışlar. Oğurluq yolu ilə əldə etdikləri heyvanları 29 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Elçinin idarə etdiyi “Qazel” markalı yük avtomobilinə yüklədikdən sonra İsmətlə birlikdə Tovuz rayonunda yerləşən ev heyvanlarının satışı bazarına getmişlər. Bazarda olan zaman ümumilikdə 2 baş iribuynuzlu heyvanlardan 1 baş erkək dananı 1300 manata tanımadıqları şəxsə satmışlar. Digər bir baş arıq inəyi sata bilməmişlər. Həmin pulun 400 manatını İsmət vermişdir. Cinayət yolu ilə əldə etdiyi 900 manat pul vəsaitinin 80 manatını yük avtomobilinin sürücüsünə verdikdən sonra qlan pulu borclarına ödəmişdir. Bundan sonra onlar bir baş inəyi yenidən Göygöl rayonu Qızılca kəndində yerləşən tövləyə gətirmişlər. 09 sentyabr 2022-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində olan zaman bir nəfər polis əmkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra oğurluqda şübhəli bilindiyi üçün onu rayon polis şöbəsinə dəvət etmişdir. Rayon polis şöbəsində olan zaman o, törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Göygöl rayonu Qızılca kəndində yerləşən yaşadığı evin həyətindəki tövlədə olan bir baş açıq qəhvəyi rəngli arıq inəyi könüllü olaraq isintaqa təqdim etmişdir. Onun müxtəlif vaxtlarda Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisindən oğurluq yolu ilə əldə etdiyi iribuynuzlu heyvanların oğurluq olması barədə heç bir şəxsin və ya ev heyvanlarının satışı bazarında iri buynuzlu heyvanları ondan alan şəxslərin məlumatı olmamışdır. Törətdiyi əməldən son dərəcə səmimi peşmançılıq hissi keçirir. Butün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində pasport qeydiyyatında olmasına baxmayaraq Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayır. Belə ki, mövsümlə əlaqədar olaraq qış aylarında Gəncə şəhəri Cavadxan qəsəbəsində, yay aylarında isə Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayır. Rəsmi iş yeri olmadığı üçün Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir və Samux rayonları ərazisində fəhləliklə məşğul olur. O, rəsmi olaraq heç bir yerdə işləmir, yalnız atası Zeynalın təsərrüfatında olan xırda və iri buynuzlu heyvanlara baxır. 2021-ci ilin iyun ayının 5-də saat 12 radələrində qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 ilə Xoşbulaq kəndi ərazisində görüşüb söhbət etmiş və söhbət əsanasında Araz ilə Daşkəsən rayonu, Xoşbulaq kəndi əraizsində yerləşən yay otlaq sahələrini gəzib orda nəzarətsiz qalan iri buynuzlu heyvanları oğurlayıb satmaq qərarına gəlmişlər. Onlar Xoşbulaq kəndi ərazisində yerləşən yay otlaq sahələrini yaxşı tanıdıqları və həmin ərazilərdə mütəmadi gəzdikləri üçün kənd ərazisində yerləşən “Durnalı” adlanan yay otlaq sahəsində nəzarətsiz buraxılmış heyvanların olduğu barədə məlumatları olmuşdur. Həmin vaxtı hər ikisi həmin gün saat 22 radələrində Xoşbulaq kəndində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı alaçığın qarşısında görüşüb “Durnalı” adlanan yay otlaq sahəsindən iri buynuzlu heyvanları oğurlamaqları barədə razılığa gəldikdən sonra o, yaşadığı evə getmiş və saat 22 radələrində Arazın alaçığının qarşısına getmişdir. Orada Arazla görüşüb hər ikisi piyada “Durnalı” adlanan yay otlaq sahəsinə getmişdir. Təxminən 20 dəqiqə piyada yol getdikdən sonra “Durnalı” adlanan yay otlaq sahəsinə çatıb orada nəzarətsiz qalmış 5 baş iri buynuzlu heyvanların yatdığını görmüşdür. Həmin heyvanların əlamətləri təxminən diri çəkisi 200 kq olan boz rəngli inək, təxminən diri çəkisi 250 kq olan inək, təxminən diri çəkisi 150 kq olan düyə, diri çəkisi 200 kq olan düyə, təxminən diri çəkisi 200 kq olan düyə olmuşdur. Araz ilə o, 5 baş iri buynuzlu heyvanları qarşılarına salıb Xoşbulaq kəndində yerləşən Arazın atası Akifin yaşadığı evin qarşısına gətirmişlər və Araz tövlənin qapısını açmışdır. Onlar 5 baş iri buynuzlu mal-qaraları onun tövləsinə saldıqdan sonra hər ikisi piyada yaşadıqları evə getmişdir. Həmin ərəfələr Arazın atası Akif xəstə olduğu üçün Gəncə şəhərində müalicədə olmuşdur. Onlar heyvanları 07 iyun 2021-ci il tarixə kimi Akifin tövləsində saxlamışlar və orada olan bir baş təxminən diri çəkisi 200 kiloqram inəyin tanınmaması üçün Araz ilə birlikdə qara rəngli boya ilə yarımçıq boyamışlar. Həmin gün saat 23:30 radələrində o, Araz ilə birlikdə Arazın sifariş etdiyi tanımadığı “Qazel” sürücüsü ilə heyvanlardan 4 başını Arazın Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinə aparıb tövləsinə yerləşdirib Xoşbulaq kəndində yerləşən yaşadıqları evə qayıtmışlar. Boya ilə boyadıqları bir baş inək isə Akifin tövləsində qalmışdır. Onlar Göygöl rayonu, Yeni Qızılca kəndinə apardıqları 4 baş iri buynuzlu heyvanları həftənin 4-cü günü yəni 10 iyun 2021-ci il tarixdə Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına aparıb satmağı planlaşdırmışlar. 08 iyun və 09 iyun 2021-ci il tarixlərdə Arazla birlikdə Göygöl rayonuna gedib heyvanlara ot və su vermiş və 10 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində Arazın sifariş etdiyi digər tanımadığı “Qazel” sürücüsü ilə birlikdə 4 baş iri buynuzlu heyvanları Tovuz rayonu ərazisində yerləşən ev heyvanlarının satışı bazarına aparmışlar. Onlar Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarında 3 nəfər tanımadıqları ayrı-ayrı şəxslərə 4 baş iri buynuzlu heyvanları ümumilikdə təxminən 3200 manata satmışlar və onun payına 1600 manat pul vəsaiti düşmüşdür. Daha sonra onlar həmin tanımadıqları “Qazel” sürücüsü və Arazla birlikdə Göygöl rayonu, Yeni Qızılca kəndinə gəlib Arazın idarə etdiyi ağ rəngli “Vaz 2106” markalı minik avtomobili Daşkəsən rayonu, Xoşbulaq kəndinə getmişlər. Həmin ərəfələr Xoşbulaq kənd sakini Zərərçəkmiş şəxs1 “Durnalı” adlanan yay otlaq sahəsindən oğurladıqları 5 baş iri buynuzlu heyvanları axtardığını görmüşlər. Onlar Akifin tövləsində qara rəngli boya ilə boyadıqları 1 baş inəyidə satmağı planlaşdırmışlar. O, 15 iyun 2021-ci il tarixdə saat 11 radələrində Xoşbulaq kəndi ərazisində gəzən zaman qara rəngli boya ilə boyadıqları Fatama Sarıyevaya məxsus bir baş inəyin Xoşbulaq kəndi ərazisində axan çayı keçərək otlaq sahəsinə tərəf getdiyini görmüşdür. Həmin gün saat 14 radələrində Araz ilə Xoşbulaq kəndi ərazisində görüşüb Araza oğurlayıb boyadıqları bir baş inəyin çayı keçərək otlaq sahəsinə getdiyini dedikdə Araz həmin bir baş heyvanı satmaq üçün bazara çıxaracaqları zaman tutulacaqlarından qorxaraq özü buraxdığını demişdir. Bundan başqa 25 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 ilə Xoşbulaq kəndi ərazisində görüşüb Arazın idarə etdiyi ağ rəngli “Vaz 2106” markalı **-BM-*** markalı minik avtomobili ilə kənd ərazisində gəzməyə başlamışdır. O, həmin gün saat 21:30 radələrinədək Araz ilə birlikdə Xoşbulaq kəndi ərazisində gəzdikdən sonra o, Arazın idarə etdiyi minik avtomobillə yaşadıqğı ev istiqamətində hərəkətə başlamışdır. Xoşbulaq kəndinin içərisi ilə çəkilmiş asfalt yolla hərəkətdə olarkən onlar yolun kənarında dərəlik ərazidə iki baş iri buynuzlu heyvanların nəzarətsiz qaldığını görmüşlər. Həmin vaxtı Araz ondan həmin heyvanların kimə məxsus olduğunu soruşduqda o, Araza bir neçə gündü həmin heyvanların nəzarətsiz orada qaldığını demişdir. Araz həmin heyvanları oğurlayıb sataraq pul vəsaiti əldə etməklərini ona təklif etdikdə o, Arazın təklifi ilə razılaşaraq nəzarətsiz olan iki baş iribuynuzlu heyvanları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra onlar yemək yeyib havanın bir qədər də qaralaması üçün yaşadıqları evə getmişlər və həmin gün saat 22:30 radələrində o, heyvanların olduğu yerdə Araz ilə görüşüb ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra həmin heyvanlara yaxınlaşmışlar. Birlikdə orada olan bir baş açıq qəhvəyi rəngli inəyi və bir baş təxminən diri çəkisi 250 kiloqram olan qara rəngli erkək dananı qarşılarında Arazın yaşadığı alaçığın qarşısına aparmışlar. Oğurladıqları iki baş iri buynuzlu heyvanları həftənin 4-cü günü Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına” aparıb satmağı planlaşdırmışdır. Həftənin 4-cü gününə kimi Araz heyvanları Yeni Qızılca kəndində yerləşən evinin tövləsində saxlayacağı barədə onunla razılığa gəldikdən sonra o, yaşadığı evə getmişdir. Daha sonra o, həftənin 3-cü günü, yəni 28 sentyabr 2022ci il tarixdə Arazla birlikdə Daşkəsən rayonu, Xoşbulaq kəndində görüşüb Arazın idarə etdiyi minik avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən Arazın evinə getmişdir. Həmin gün saat 22 radələrində Araz Afisə zəng edərək özünə məxsus olduğunu dediyi iki baş iri buynuzlu heyvanları Tovuz rayonuna daşımasını xahiş etdikdə Afis hazırda əlində iş olduğu üçün gələ bilməyəcəyini, buna baxmayaraq dayısının nömrəsini verib heyvanları daşıması üçün ona zəng edərək sifariş verə biləcəyini Araza demişdir. Bundan sonra Araz Afisin dayısı Elçin Musayevə zəng edərək özünə məxsus olduğunu dediyi iki baş iribuynuzlu heyvanları Tovuz rayonunda yerləşən ev heyvanlarınıın satışı bazarında satmaq istədiyini deyib heyvanları daşıması üçün Göygöl rayonu Qızılca kəndinə gəlməsini xahiş etmişdir. Elçin də həmin heyvanları daşımaq müqabilində Arazdan xidmət haqı olaraq 80 manat alacağını dedikdə Araz onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdikləri iki baş iribuynuzlu heyvanları 29 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Elçinin idarə etdiyi “Qazel” markalı yük avtomobilinə yüklədikdən sonra Arazla birlikdə Tovuz rayonunda yerləşən bazara getmişdir. Bazarda olan zaman ümumilikdə 2 baş iribuynuzlu heyvanlardan 1 baş erkək dananı 1300 manata tanımadıqları şəxsə satmışdır. Digər bir baş arıq inəyi sata bilməmişlər. Həmin pulun 400 manatını Araz ona vermişdir. Qalan 900 manat pul vəaitini özünə götürüb yük avtomobilinin sürücülərinə verdiyini və 3 gün boyunca heyvanları saxlamaq üçün ot və yem aldığını demişdir. Cinayət yolu ilə əldə etdiyi 400 manat pul vəsaitinin borcuna ödəmişdir. Bundan sonra onlar həmin heyvanı yenidən Göygöl rayonu Qızılca kəndində yerləşən tövləyə gətirmişlər. 10 oktyabr 2022-ci il tarixdə rayon polis şöbəsində olan zaman o, törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Onun müxtəlif vaxtlarda Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisindən oğurluq yolu ilə əldə etdiyi iribuynuzlu heyvanların oğurluq olması barədə heç bir şəxsin və ya ev heyvanlarının satışı bazarında iri buynuzlu heyvanları ondan alan şəxslərin məlumatı olmamışdır. Törətdiyi əməldən son dərəcə səmimi peşmançılıq hissi keçirir. Butün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, təsərrüfatla məşğul olur, təsərrüfatında xırda və iribuynuzlu heyvanlar saxlayır. 2022-ci ilin may ayında təsərrüfatında saxladığı iribuynuzlu və xırda buynuzlu heyvanları saxlamaq üçün yaşadığı Daşkəsən rayonu Təzəkənd kəndinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində o, təsərrüfatında saxladığı 22 baş iribuynuzlu mal-qaraları Daşkəsən rayonu Xoşbulaq kəndinin yerləşən “Göy qılınc” adlanan yay otlaq sahəsinə otlaması üçün nəzarətsiz buraxmışdır. Həmnin gün saat 20 radələrində malqarlardan 21 başı kəndə evinin həyətinə gəlmiş, lakin 1 baş, 5 yaşar, qəhvəyi rəngli, sağ buynuzu yarı qırıq, təxminən diri çəkisi 200 kq, təmiz çəkisi 90 kq olan inək otlaq sahəsində nəzarətsiz qaldığı üçün gəlməmişdir. Bütün əraziləri axtarsa da tapa bilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 08 radələrində təsərrüfatında saxladığı 21 baş iri buynuzlu heyvanları Daşkəsən rayonu Xoşbulaq kəndinin yerləşən “Göy qılınc” adlanan otlaq sahəsinə ötürmüşdür. Həmin gün saat 20 radələrində mal-qaralardan 19 başı kəndə evinin həyətinə gəlmiş, lakin 1 baş, 5 yaşar, açıq qəhvəyi rəngli, sağ buynuzu yarı qırıq, alnından burun nahiyəsinə qədər ağ rəngli olan, təxminən diri çəkisi 150 kq, təmiz çəkisi 70 kq olan inək və 1 baş, 1 illik, təxminən diri çəkisi 240 kq, təmiz çəkisi 120 kq olan qara rəngli erkək danası otlaq sahəsində nəzarətsiz qaldığı üçün gəlməmişdir. Bütün əraziləri axtarsa da tapa bilməmişdir. Yuxarıda qeyd etdiyi nişangahlı heyvanlarını xeyli axtardıqdan sonra tapa bilmədiyi üçün həmin heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması qənaətinə gəlmişdir. Bundan sonra o, heyvanlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə Daşkəsən rayon polis şöbəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Buna görə də onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən onlara həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təsərrüfatla məşğul olur, təsərrüfatında 10 baş inək və 10 baş həmin inəklərin balalarını saxlayır. Qış aylarında təsərrüfatında saxladığı mal-qaraları Gəncə şəhərində yaşadığı evin həyətindəki tövlədə saxlayır. 2022-ci ilin may ayında təsərrüfatında saxladığı 10 baş inək və 10 baş danaları Daşkəsən rayonu Təzəkənd kəndinə gətirmiş, həmin kənd sakini Zərərçəkmiş şəxs4 saxlamağa vermişdir. Həmin heyvanlardan 8 baş iribuynuzlu inəkləri və 4 baş buzov danalarını tanışı Samux rayon sakini İlkin adlı şəxsə satmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Xoşbulaq kəndində olan zaman Zərərçəkmiş şəxs4 onunla mobil telefon vasitəsi ilə danışıb, xx.xx.2022-ci il tarixdə axşam saatlarında özünə məxsus mal-qarlardan 1 baş, 8 yaşar, tünd sarı rəngli, təxminən diri çəkisi 300 kq, təmiz çəkisi 150 kq olan inək və həmin inəyin 1 baş, 6 aylıq, qara rəngli, alın nahiyyəsi ağ rəngli təpə, quyruğunun ucu ağ rəngli, təxminən diri çəkisi 120 kq, təmiz çəkisi 60 kq olan dişi buzov danasının, eləcə də ona məxsus olan 1 baş, 6 aylıq, tünd sarı rəngli, təxminən diri çəkisi 120 kq, təmiz çəkisi 60 kq olan erkək buzov danasının, 1 baş, 6 aylıq, sarı rəngli, təxminən diri çəkisi 120 kq, təmiz çəkisi 60 kq olan dişi danasının və 1 baş, 6 aylıq, qara rəngli, təxminən diri çəkisi 140 kq, təmiz çəkisi 70 kq olan dişi danasının yay otlaq sahəsindən qayıtmadığını söyləmişdir. O, Səməndər ilə birlikdə otlaq sahələrini axtarsalar da itən heyvanların heç birini tapa bilməmişlər. Bundan sonra onlar həmin heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını düşünərək bu barədə Daşkəsən rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Buna görə də onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən onlara həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, özünə məxsus “Ford Transit” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək həmin avtomobili ilə müxtəlif növ yük daşımaqla mənfəət əldə edib ailəsini saxlayır. Onun həmin avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük hüququ vardır. 01 sentyabr 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində həftənin cümə günü Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evində olduğu vaxt Daşkəsən rayon, Xoşbulaq kənd sakini Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə zəng edərək Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evində olduğunu, onun təsərrüfatında saxladığı iri buynuzlu ev heyvanlarını satmaq üçün Bərdə rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına” aparmağını xahiş etmişdir. Bundan sonra o, həmin gün saat 02:30 radələrində yaşadığı evindən idarə etdiyi “Ford Transıt” markalı yük avtomobili ilə Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətində hərəkətə başlamış və həmin gün saat 03 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndinə gələrək kəndin çıxışında Arazın yaşadığı evin qarşısına çatmışdır. O, Araz ilə yaşadığı evin qarşısında görüşdükdən sonra yük avtomobilinin arxa hissəsini onun yaşadığı evin qarşısına doğru saxlamışdır. Araz yük avtomobilinin yük yerinə 3 baş iri buynuzlu inək və 5 baş iri buynuzlu dana yükləmişdir. Bundan sonra o, yük avtomobilinin yük yerini bağlayıb Araz ilə birlikdə Bərdə rayonu istiqamətində hərəkətə başlamışdır. Onlar Bərdə rayonu istiqamətində hərəkətdə Arazla gediş haqqını 150 manata razılaşmışdır. 02 sentyabr 2022-ci il tarixdə səhər saat 07:30 radələrində idarə etdiyi yük avtomobili ilə Araz ilə birlikdə Bərdə rayonu ərazisində yerləşən “ev heyvanlarının satışı bazarına” daxil olmuşdur. Araz yük avtomobilində daşıdığı heyvanları ora boşaltdıqdan sonra o, Arazın avtomobilində gətirdiyi heyvanları satmasını gözləmişdir. Araz həmin vaxtı bir ədəd qırmızı rəngli inəyi və həmin inəyin qırmızı rəngli balasını tanımadığı bir nəfər şəxsə 1100 manat pul vəsaiti müqabilində satmışdır. Bundan sonra o, bazarda yerləşən çayxanalardan birinə daxil olub çay içmiş və Arazın heyvanları satmasını gözləmişdir. Həmin gün saat 11 radələrində Araz ona zəng edərək heyvanları satdığı üçün gedə biləcəyini demişdir. O, Arazla birlikdə idarə etdiyi yük avtomobili ilə Bərdə rayonunda Göygöl rayonu istiqamətində hərəkətə başlamışdır. Yolda olan zaman Araz ona 150 manat pul vəsaiti vermiş və o, Arazı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində düşürüb yaşadığı evə getmişdir. 25 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, Goranboy rayonu, Dəliməmmədli kəndində yük avtomobilini təmir etdirən zaman Araz istifadə etdiyi mobil nömrəyə zəng edərək təsərrüfatında olan mal-qarasını Xoşbulaq kəndindən Gəncə şəhərinə aparmağını ondan xahiş etmişdir. Telefon danışığı zamanı o, Araza yük avtomobilini təmir etdirdiyi üçün gələ bilməyəcəyimi demişdir. 27 sentyabr 2022ci il tarixdə o, təsadüfən Göygöl rayonu, Yeni Qızılca kəndində Arazı görüb ondan heyvanları kiminlə apardığını soruşduqda, Araz ona heyvanları Zabil Əsəgrovla apardığını demişdir. 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Araz istifadə etdiyi mobil nömrə ilə istifadəsində olan mobil nömrəyə zəng edərək təsərrüfatında olan iki baş iri buynuzlu heyvanları Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarına” onunla aparmaq istədiyini dedikdə o, Araza boş vaxtının olmadığını demişdir. O, Araza dayısı Elçin Musayevə zəng edəcəyini, Elçinin boş vaxtı olsa onu Tovuz rayonuna aparacağını demişdir. O, Elçinlə danışdıqdan sonra Arazın mobil nömrəsini dayısı Elçinə vermiş və Elçin Arazın heyvanlarını Tovuz rayonuna aparmışdır. 29 sentybar 2022-ci il tarixdə o, Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı bazarın” da olan zaman dayısı Elçini görüb onunla söhbət edən zaman Elçin ona Arazın iki baş iri buynuzlu heyvanlarını gətirdiyini demişdir. O, Arazın yük avtomobilində daşıdığı iri buynuzlu heyvanları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, atası X4 məxsus “Ford Transit” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edərək həmin avtomobil ilə müxtəlif növ yük daşımaqla mənfəət əldə edib ailəsini saxlayır. Onun həmin avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük hüququ vardır. 25 sentyabr 2022-ci il tarixdə saat 22:40 radələrində Daşkəsən rayon, Xoşbulaq kənd sakini Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən evində olduğunu, onun təsərrüfatında saxladığı iri və xırda buynuzlu ev heyvanlarını Göygöl rayonu, Yeni Qızılca kəndinə aparmağını xahiş etmişdir. Telefon danışığı zamanı o, gediş haqqı kimi ondan 50 manat pul vəsaiti alacağımı dedikdə Araz onunla razılaşmışdır. Həmin gün saat 23 radələrində yaşadığı Gəncə şəhəri Məshəti qəsəbəsində yerləşən evindən idarə etdiyi Ford Transit markalı yük avtomobili ilə Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətində hərəkətə başlamış və saat 23:50 radələrində Təqsirləndirilən şəxs1 Xoşbulaq kəndində yerləşən yaşadığı ünvana çatmışdır. O, Arazla yaşadığı evin qarşısında görüşdükdən sonra yük avtomobilinin arxa hissəsini onun yaşadığı evin qarşısına doğru saxlamışdır. Araz həmin vaxtı tək olmuş, yanında heç kim olmamışdır. Araz yük avtomobilinin yük yerinə təxminən 2 baş iri buynuzlu heyvanlar və təxminən 12-15 baş xırda buynuzlu quzuları yükləmişdir. Bundan sonra o, yük avtomobilinin yük yerini bağlayıb Göygöl rayonu istiqamətində hərəkətə başlamışdır. Onun arxası ilə Araz idarə etdiyi ağ rəngli “VAZ 2106” markalı minik avtomobili ilə hərəkət etmişdir. O, gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinə çatmış və yük avtomobilimdə daşıdığı heyvanları ora boşaltdıqdan sonra Arazdan 50 manat pul vəsaiti almışdır. Arazın onun yük avtomobilində daşıdığı iri buynuzlu heyvanları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, özünə məxsus “QAZ 33021” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək həmin avtomobil ilə müxtəlif növ yük daşımaqla mənfəət əldə edərək ailəsini saxlayır. Onun həmin avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük hüququ vardır. Xülasə, 27 sentyabr 2022-ci il tarixə saat 22 radələrində yaşadığı evdə olan zaman doğma bacısı oğlu X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək tanışı Araz adlı şəxs təsərrüfatında olan iki baş iri buynuzlu heyvanları Tovuz rayonunda yerləşən “ev heyvanlarının satışı” bazarına aparmaq istədiyi üçün yük avtomobili lazım olduğunu deyib ondan boş vaxtının olub-olmamasını soruşmuşdur. Telefon danışığı zamanı o, Afisə boş vaxtının olduğu üçün tanışı Arazın iki baş iri buynuzlu heyvanını Tovuz rayonuna apara biləcəyini demişdir. Afis ona Arazın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini vermiş və Arazın ona gediş haqqı 80 manat pul vəsaiti verəcəyini demişdir. Daha sonra o, ***-***- **-** saylı mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı Araz xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində onu Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Cəlal” marketin yaxınlığında yerləşən evindən götürməyini demişdir. O, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən Arazın yaşadığı ünvanın qarşısına gedib Araz və yanında olan tanımadığı arıq ucaboy, kişi cinsli şəxslə görüşmüşdür. Araz və yanında olan sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2 tövlədən açıq qəhvəyi rəngli, alın nahiyəsi ağ rəng olan arıq vəziyyətdə 1 baş iri buynuzlu inək və 1 baş qara rəngli təxminən diri çəkisi 280 kiloqram olan erkək dananı çıxarıb yük avtomobilinin yük yerinə yükləmişdir. Hər ikisi onun idarə etdiyi yük avtomobilinə əyləşdikdən sonra o, avtomobili ilə Tovuz rayonu istiqamətində hərəkətə başlamışdır. O, 28 sentyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində idarə etdiyi yük avtomobili ilə Araz və İsmətlə birlikdə Tovuz rayonu ərazisində yerləşən “ev heyvanlarının satışı bazarına” daxil olmuşdur. Araz və İsmət yük avtomobilində daşıdığı iki baş iri buynuzlu heyvanları ora boşaltdıqdan sonra o, bazarda yerləşən çayxanalardan birinə daxil olub Afislə görüşmüşdür. O, Afislə birlikdə çay içdikdən sonra yük avtomobilinin yanına gəlmiş və yorğun olduğu üçün yük avtomobilində əyləşib yatmışdır. Həmin gün saat 09 radələrində Araz və İsmət inəyi sata bilmədikləri üçün yük avtomobilinə yükləmişlər. Daha sonra hər ikisi alıcıların inəyə istədikləri pul vəsaitini vermədiklərini, yalnız 200 manat pul vəsaiti vermək istədikəri üçün satmadıqlarını demişlər. Bundan sonra o, idarə etdiyi yük avtomobili ilə Araz və İsmətlə birlikdə Göygöl rayonu, Yeni Qızılca kəndində heyvanları götürdüyü evin qarşısına gəlmişdir. Araz və İsmət alın nahiyəsi ağ rəng olan açıq qəhvəyi rəngli inəyi yük avtomobilindən düşürüb tövləyə salmışdır. Daha sonra Araz ona gediş haqqı 80 manat pul vəsaiti vermişdir. O, Araz və İsmətin yük avtomobilində daşıdığı iri buynuzlu heyvanları oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2021-ci il tarixli 97 nömrəli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “Durnalı” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 15 iyun 2021-ci il tarixli 94 nömrəli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 iyun 2021-ci il tarixdə, saat 22:30 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisidə yerləşən “Durnalı” adlanan yay otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus oğurladıqları 5 baş iri buynuzlu heyvanlardan qara rəngli boya ilə boyadıqları 1 baş, 9 yaşar, orta köklüyü təxminən 400 kiloqram olan inək sahibinə, yəni iş üzrə Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli 436 nömrəli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “Göy qılınc” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. İşdə olan “Könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli 437 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd avtomobil yolunun kənarından oğurladıqları Zərərçəkmiş şəxs3 məxsus iki baş iri buynuzlu heyvanlardan sata bilmədikləri bir baş iri buynuzlu heyvanı, yəni 5 yaşar, təxminən diri çəkisi 150 kq, təmiz çəkisi 70 kq olan açıq qəhvəyi rəngli, sağ buynuzu yarı qırıq, alnından burun nahiyəsinə qədər ağ rəngli olan inəyi saxladığı yerdə, yəni yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evinin tövləsində könüllü olaraq istintaqa təqdim etdiyi üçün götürülmüşdür. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli 449 nömrəli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisində yerləşən “Aşırd” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli 478 nömrəli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən “Göy qılınc” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli 474 nömrəli protokoldan görünür ki, tanınmaya təqdim olunmuş üç baş iri buynuzlu inəklərdən bir baş inəyi iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanıyaraq həmin inəyin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd avtomobil yolunun kənarından oğurlanmış ona məxsus inək olduğunu göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6454 nömrəli rəyindən görünür ki, 1 baş 9 yaşar, orta köklüyü 400 kiloqram olan inəyin qiyməti 1500 manat, 1 baş 5 yaşar, orta köklüyü 400 kiloqram olan inəyin qiyməti 1600 manat, 1 baş 2 yaşar, orta köklüyü 150 kiloqram olan düyənin qiyməti 700 manat, 2 baş 3 yaşar, orta köklüyü 400 kiloqram olan düyələrin qiyməti 3300 manatdır ( 2baş x 1650), ümumilikdə Zərərçəkmiş şəxs1 7100 (yeddi mün yüz manat maddi ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8265 saylı rəyindən görünür ki, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 120 kiloqram, təmiz çəkisi 60 kiloqram olan erkək buzov dananın qiyməti 900 manat, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 120 kiloqram, təmiz çəkisi 60 kiloqram olan dişi dananın qiyməti 900 manat, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 140 kiloqram, təmiz çəkisi 70 kiloqram olan dişi dananın qiyməti 1050 manat, 1 baş, 8 yaşar, təxminən diri çəkisi 300 kiloqram, təmiz çəkisi 150 kiloqram olan inəyin qiyməti 1650 manat, 1 baş, 6 aylıq, təxminən diri çəkisi 200 kiloqram, təmiz çəkisi 100 kiloqram olan dişi düyənin qiyməti 1400 manat, 1 baş, 4 yaşar, təxminən diri çəkisi 200 kiloqram, təmiz çəkisi 100 kiloqram olan inəyin qiyməti 1200 manat, 1 baş, 5 aylıq, təxminən diri çəkisi 100 kiloqram, təmiz çəkisi 50 kiloqram olan dişi buzovun qiyməti 800 manat, 1 baş, 5 yaşar, təxminən diri çəkisi 200 kiloqram, təmiz çəkisi 90 kiloqram olan inəyin qiyməti 1100 manat, 1 baş, 5 yaşar, təxminən diri çəkisi 150 kiloqram, təmiz çəkisi 70 kiloqram olan inəyin qiyməti 700 manat, 1 baş, 1 illik, təxminən diri çəkisi 240 kiloqram, təmiz çəkisi 120 kiloqram olan erkək dananın qiyməti 1680 manat ümumilikdə 10 adda iribuynuzlu heyvanların 2022-ci ilin iyun-sentyabr aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 11380,0 manat müəyyən edilmişdir. İşdə olan “Şübhəli şəxs qismində tutulma haqqında” 09 oktyabr 2022-ci il tarixli 442 nömrəli protokoldan görünür ki, cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 09 oktyabr 2022-ci il tarixdə, saat 18:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 4(030)-08/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddətinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan “Şübhəli şəxs qismində tutulma haqqında” 10 oktyabr 2022-ci il tarixli 452 nömrəli protokoldan görünür ki, cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdə, saat 17:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan təqdbirinin seçilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli 382 nömrəli və “Tutulmuş şəxsin azad edilməsi haqqında” 12 oktyabr 2022-ci il tarixli 383 nömrəli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Daşkəsən rayon İHB-nın Zağalı İƏÜN-si üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 468 nömrəli arayışından görünür ki, Nəbiyev X10 rayonu, Xoşbulaq kəndində qeydiyyatdadır, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. İşdə olan Göygöl rayon İHB-nın Yeni Qızılca İƏÜN-si üzrə nümayəndəliyinin 76 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatsız yaşayır. İşdə olan Daşkəsən rayon İHB-nın Zağalı İƏÜN-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Daşkəsən rayon İHB-nın Zağalı İƏÜN-si üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 467 nömrəli arayışından görünür ki, Tağıyev X5 rayonu, Xoşbulaq kəndində qeydiyyatdadır. İşdə olan Gəncə şəhər Kəpəz rayonu Evlər üçlüyü № 111-nin 1/426 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 qeydiyyatsız yaşayır. İşdə olan Daşkəsən rayon İHB-nın Zağalı İƏÜN-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən Daşkəsən Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilib. İşə onun iştirakı olmadan baxılmasını xahiş edir. İşdə olan zərərçəkmiş şəxs X7 tərəfindən Daşkəsən Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilib, onlara qarşı heç bir şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs4 tərəfindən Daşkəsən Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilib. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup şəklində, təkrarən, xeyli miqdarda törədilmiş oğurluq cinayətində təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və оnlаrа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 09 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 11 oktyabr 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübutlar olan bir baş, 5 yaşar, təxminən diri çəkisi 150 kq, təmiz çəkisi 70 kq olan açıq qəhvəyi rəngli, sağ buynuzu yarı qırıq, alnından burun nahiyəsinə qədər ağ rəngli olan inəyin sahibinə, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, qara rəngli boya ilə boyanmış 1 baş, 9 yaşar, orta köklüyü təxminən 400 kiloqram olan boz rəngli inəyin sahibinə, yəni Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 09 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 11 oktyabr 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 09 (doqquz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 18 (on səkkiz) gün müddət, ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar