Məhkəmə qərarları › İş №1(030)-2/2024

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-2/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-2/2024 07.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X23 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2və onun müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X12 iştirakları ilə xx.xx.2002-ci ildə Göygöl (keçmiş Xanlar) rayonu, Xəqani kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Göygöl rayonu, Xaqani kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxx 1993-cü il tarixdə Göygöl (keçmiş Xanlar)rayonu, Layış kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göygöl rayonu, Xaqani kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı X13 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə 21 may 2023-cü il tarixdə, saat 20 radələrində Göygöl rayon, Xəqani kəndində razılaşıb Daşkəsən rayon, Alunitdağ qəsəbəsindən xırda buynuzlu heyvanlar oğurlamaq fikirinə gəlmiş, bu niyyətlə taksi fəaliyyəti göstərən və istintaqa məlum olmayan şəxsin idarə etdiyi avtomobillə Daşkəsən rayon, Alunitdağ qəsəbəsinə gəlmiş, 22 may 2023- cü il tarixdə saat 00:30 radələrində həmin qəsəbənin giriş hissəsində yerləşən qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus tövləyə, yəni saxlanc yerinə gizli yolla qanunsuz olaraq daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus 3(üç) baş, hər biri 1(bir) illik, diri çəkiləri təxminən 34(otuz dörd) kq, ümumilikdə dəyəri 816 (səkkiz yüz on altı) manat olan quzuları qəsdən oğurlayıb, həmin quzuları Göygöl rayonu, Quşqara kəndində yaşayan Şahid5 satmaqları üçün avtomobil əldə etmiş, həmin tarixdə gecə saat 02:00 radələrində X13 və Təqsirləndirilən şəxs1 Daşkəsən rayonu, Alunitdağ qəsəbəsinə apardığı avtomobil ilə 3 baş erkək quzunu birbaşa Göygöl rayonu, Quşqara kəndinə aparıb Təqsirləndirilən şəxs1 və Qamət Ələkbərovla birlikdə Şahid5 satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs2 məxsus 3 baş xırda buynuzlu heyvanları saxlanc yerinə daxil olmaqla qəsdən oğurlamış,yəni gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı X13 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 04 iyun 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində Göygöl rayonu Xəqani kəndində razılaşıb Daşkəsən rayon, Alunitdağ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 xırda buynuzlu heyvanlarını oğurlamaq niyyətinə gəlmiş, bu niyyətlə istintaqa məlum olmayan taksi fəaliyyəti göstərən Tural adlı şəxsin idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə 04 iyun 2023-cü il tarixdə, saat 01:00 radələrində Alunitdağ qəsəbəsinə gəlmiş, həmin qəsəbənin sakini Zərərçəkmiş şəxs3 məxsus tövləyə, yəni saxlanc yerinə gizli yolla qanunsuz olaraq daxil olmaqla həmin tövlədən Zərərçəkmiş şəxs3 məxsus 3 baş, hər biri bir 6 aylıq, diri çəkiləri təxminən 15 kq, 2 baş hər biri 6 aylıq, diri çəkiləri 14 kq quzuları, ümumilikdə 5 baş təxminən 670 manat dəyərində xırda buynuzlu heyvanları qəsdən oğurlayıb qeyd olunan avtomobil ilə Daşkəsən rayon Quşçukörpü ərazisinə aparıb, həmin gün oğurluq yolu ilə əldə etdikləri 5 (beş) baş quzuları Daşkəsən rayon Quşçu kənd sakini Şahid4 satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs3 məxsus 5 baş xırda buynuzlu heyvanları saxlanc yerinə daxil olmaqla qəsdən oğurlamış, yəni gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və X13 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 21 may 2023-cü il tarixdə, saat 20 radələrində Göygöl rayon, Xəqani kəndində razılaşıb Daşkəsən rayon, Alunitdağ qəsəbəsindən xırda buynuzlu heyvanlar oğurlamaq qərarına gəlmiş, bu niyyətlə taksi fəaliyyəti göstərən və istintaqa məlum olmayan şəxsin idarə etdiyi avtomobillə Daşkəsən rayon, Alunitdağ qəsəbəsinə gəlmiş, 22 may 2023- cü il tarixdə saat 00:30 radələrində həmin qəsəbənin giriş hissəsində yerləşən qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus tövləyə, yəni saxlanc yerinə gizli yolla qanunsuz olaraq daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus 3(üç) baş, hər biri 1(bir) illik, diri çəkiləri təxminən 34(otuz dörd) kq, ümumilikdə dəyəri 816 (səkkiz yüz on altı) manat olan xırda buynuzlu quzuları qəsdən oğurlayıb, həmin xırda buynuzlu quzuları piyada gətirərək Daşkəsən rayon Alunitdağ qəsəbəsi ərazisində yerləşən X1 məxsus yaşayış evinin həyətində olan saxlanc yerinə yığmaqla istifadə etdiyi mobil telefonun “İnstagram” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 zəng edərək ona və sonuncunun yanında olan Təqsirləndirilən şəxs1 etdiyi oğurluq barədə məlumat verib, oğurladığı 3 baş erkək quzuları Daşkəsən rayonu, Alunitdağ kəndindən Göygöl rayonu, Quşqara kəndində yaşayan Şahid5 satmaqları üçün avtomobil gətirməsini tapşırmış, həmin tarixdə gecə saat 02:00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Daşkəsən rayonu, Alunitdağ qəsəbəsinə apardığı avtomobil ilə 3 baş erkək quzuları birbaşa Göygöl rayonu, Quşqara kəndinə aparıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Şahid5 satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs2 məxsus 3 baş xırda buynuzlu heyvanları saxlanc yerinə daxil olmaqla qəsdən oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 04 iyun 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində Göygöl rayonu Xəqani kəndində razılaşıb Daşkəsən rayon, Alunitdağ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 xırda buynuzlu heyvanlarını oğurlamaq qərarına gəlmiş, bu niyyətlə istintaqa məlum olmayan taksi fəaliyyəti göstərən Tural adlı şəxsin idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə 04 iyun 2023-cü il tarixdə, saat 01:00 radələrində Alunitdağ qəsəbəsinə gəlmiş, Daşkəsən rayon Alunitdağ qəsəbəsi sakini Zərərçəkmiş şəxs3 məxsus tövləyə, yəni saxlanc yerinə gizli yolla qansuz olaraq daxil olmaqla həmin tövlədən Zərərçəkmiş şəxs3 məxsus 3 baş, hər biri bir 6 aylıq, diri çəkiləri təxminən 15 kq, 2 baş hər biri 6 aylıq, diri çəkiləri 14 kq quzuları, ümumilikdə 5 baş təxminən 670 manat dəyərində xırda buynuzlu quzuları qəsdən oğurlayıb qeyd olunan avtomobil ilə Daşkəsən rayon Quşçu-körpü qəsəbəsinə aparıb, həmin gün oğurluq yolu ilə əldə etdikləri 5 (beş) baş xırda buynuzlu quzuları Daşkəsən rayon Quşçu-körpü qəsəbə sakini Şahid4 satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs3 məxsus 5 baş xırda buynuzlu heyvanları saxlanc yerinə daxil olmaqla qəsdən oğurlamış,yəni gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı X13 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 09 iyun 2023-cü il tarixdə saat 23:00 radələrində Göygöl rayon, Xəqani kəndində razılaşıb Daşkəsən rayon, Alunitdağ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus xırda buynuzlu heyvanlarını oğurlamaq qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün taksi fəaliyyəti göstərən Şahid3 idarə etdiyi “VAZ 2107” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə 10 iyun 2023-cü il tarixdə gecə saat 01:00 radələrində Daşkəsən rayon, Alunitdağ qəsəbəsinə gəlib, həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus tövləyə, yəni saxlanc yerinə gizli yolla qanunsuz daxil olmaqla həmin tövlədən, Zərərçəkmiş şəxs1 məxsus 1 baş, il yarımlıq, təmiz çəkisi 30 kiloqram dişi qoyunu, 1 baş 2 aylıq, təmiz çəkisi 10 kq erkək quzunu, 1 baş, 1 illik, təmiz çəkisi 30 kiloqram, qarnı balalı xırda buynuzlu qoyunu və 1 baş, 5 aylıq, təmiz çəkisi 15 kiloqram olan dişi quzunu, ümumilikdə 1270 manat dəyərində, dörd baş xırda buynuzlu heyvanları qəsdən oğurlayıb qeyd olunan avtomobil ilə Göygöl rayonu Quşqara kəndinə aparıb, oğurluq yolu ilə əldə etdikləri 4 (dörd) baş xırda buynuzlu heyvanları həmin gün Göygöl rayon Quşqara kənd sakini Şahid2 satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs1 məxsus 4 baş xırda buynuzlu heyvanları saxlanc yerinə daxil olmaqla qəsdən oğurlamış, yəni gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini təsdiq edir.Göstərilən cinayətləri birlikdə törətmişlər. Əməlindən peşman olmasını, “İkinci Qarabağ” müharıbi iştirakçısı olmasını və cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Xəqani kəndində qeydiyyatda olmaqla yaşayır. X8 təxminən 3-4 ildir ki, çoban olduğu vaxtlardan tanıyır. Təqsirləndirilən şəxs1 ilə eyni kəntdə yaşayır, qonşudurlar. Hər ikisi ilə münasibətləri yaxşıdır, heç bir ədavətləri yoxdur. Heç bir yerdə işləmədiyinə görə özünü dolandırmaq üçün iş axtarmış, lakin tapa bilməmişdi. Təxminən may ayının 21-də saat 18:00-da Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefon ilə yığaraq oturub pivə içməyi təklif etmiş, onun təklifini qəbul edərək onu yığacağını bildirmişdir. Saat təxminən 19:00 radələrində onu yığaraq Göygöl rayon Balçılı kəndində yerləşən “X18” məntəqəsinin kafesində oturduğunu ora gəlməyin bildirmişdir. Bu vaxt Qamət Ələkbərov onu yığmış, ona “X18” məntəqəsinin kafesində oturaçağını, ora gəlməyini demişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 olduğu kafeyə çatmış, birlikdə pivə içib söhbət etmişlər. Təxminən 20 dəq sonra Ələkbərov Qamət yanlarına gəlmiş, biraz söhbət etdikdən sonra heç bir işlərinin olmadığını, heyvan oğurlayaraq satmağı əvəzində mənfəət əldə edərək pul qazanmağı təklif etmiş, o və Təqsirləndirilən şəxs1 Qamətin bu təklifi ilə razılaşmışlar. Sənan və o, Qamətə yalnız həmin oğurlanacaq heyvanları satmağa kömək edəcəklərini bildirmişlər. Təxminən 10 dəqiqə sonra, yəni Ələkbərov Qamət “Dörd yol” deyilən ərazidə taksiyə əyləşərək getmişdir. Qamət getdikdən sonra həmin kafedə oturaraq birlikdə “Tiktok” sosial şəbəkəsində canlı açaraq söhbət edə-edə hərəyə 3-4 bakal pivə içmişlər. Təxminən 2 saat sonra Ələkbərov Qamət “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək Daşkəsən rayon Alunitdağ qəsəbəsinə gəlməyini, babasının heyvanlarının hazır olduğunu demişdi. Ondan heyvanları oğurlamağını soruşduqda oğurladığını inkar etməmiş, lakin babasının heyvanları olduğunu, problem olmayacağını demişdi. Telefon ilə danışıq zamanı o, taksi tapıb Təqsirləndirilən şəxs1 ilə birlikdə gələcəyini bildirmişdi. Təqsirləndirilən şəxs1 Sayad adlı taksi sürücüsü uyğun olduğunu dedikdən sonra Daşkəsən rayonunda 3 ədəd qoyunları olduğunu, onu gətirmək isdədiklərini bildirdikdən sonra 50 manat yol pulu vermələri müqavilində razılaşmışdır. Telefon danışığını bitirdikdən təxminən 10 dəqiqə sonra taksi sürücüsü olan Səyyad durduqları “Dörd yol” ərazisinə gəlmişdi. Təqsirləndirilən şəxs1 və onu götürdükdən sonra Daşkəsən rayon, Alunitdağ qəsəbəsinə istiqamətlərənərək yola çıxmışlar. Onlar Daşkəsən rayon Alunitdağ qəsəbəsinə çatdıqda xx.xx.2023-cü il saat təxminən 02:05 radələri olardı. Qamət Ələkbərov avtomobilə əyləşdikdən sonra sürücüyə qarşıya sürməsini deyərək yolu göstərmişdir. Evə yaxınlaşan zaman əli vasitəsi ilə qarşıdakı evi göstərərək yaxına sürüb saxlamasını bildirmişdir. Avtomobili sürücü saxladıqdan sonra o, Təqsirləndirilən şəxs1 və Qamət Ələkbərov avtomobildən düşmüşlər. Ələkbərov Qamət qeyd etdiyi qapının qarşısında olan taxta parçasını kənara çəkib qapıda olan ipi açdıqdan sonra içəriyə birlikdə daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 çöldə duraraq kənardan gələn olarsa xəbər vermək üçün onların içəridən çıxmalarını gözləmişdi. O və Qamət Ələkbərov qucaqlarında 3 baş xırdabuynuzlu heyvanla çölə çıxaraq avtomobilin yük hissəsinə yerləşdirmişlər. Sənan bu zaman avtomobilin yük yerini açaraq onlara kömək etmişdi. Sonra avtomobilə əyləşərək Göygöl rayonuna istiqamət götürərək hərəkətə başlamışlar. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıdığı şəxsi yığdıqdan sonra telefonda Qamətin borcu olduğuna görə təcili qapısının heyvanının satılmalı olduğunu deyərək heyvanları alması üçün razılığa gətirmişdi. 21 may 2023-cü il tarixdə gecə saat 03:00 radələrində Göygöl rayonunun Quşqara kəndində həmin telefonla danışdığı şəxsin adı sonradan ona məlum olan Şahid5 evinə getmişlər. Həmin şəxs onlardan heyvanı neçiyə satdıqlarını soruşduqda 250 manat demişlər. Bir qədər danışdıqdan sonra cinayət yolu ilə əldə etdiyi xırdabuynuzlu heyvanları adı sonradan ona məlum olan Vaqif Hüsyenova satmışlar. Pulu aldıqdan sonra sonradan tanıdığı Səyyad taksi ilə əvvəlcədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılaşdığı məbləği 50 manat məbləği vermişlər ki, onları “Dörd yol” adlanan yerə düşürtməsini xahiş etmişlər. Həmin yerdə düşdükdən sonra birlikdə oturaraq adını xatırlamadığı kafedə birlikdə yemək yemək qərarına gəlmişlər. Spirtli içki qəbul etmişlər, təxminən 40 manata yaxın hesab ödəmişlər. Yerdə qalan 160 manat pulu 3 hissəyə bölmüşlər və sağollaşaraq oradan uzaqlaşmışlar. İyun ayının 4-də axşam saat 19:00 radələrində “X18” məntəqəsinin kafesində oturaraq pivə içən vaxt Qamət Ələkbərovun onun orda olduğunu görərək yanında əyləşmişdi. Bir qədər orada oturduqdan sonra Təqsirləndirilən şəxs1 yığaraq olduğu yeri öyrənib onun yanına yollanmışlardır. O və Qamət Təqsirləndirilən şəxs1 yanına yaxınlaşaraq əyləşərək birlikdə pivə içərək növbəti oğurluqları barədə söhbət etmişlər. Qamət Ələkbərov yenidən oğurluq edərək rahat pul qazanmağı təklif etmişdir. O və Təqsirləndirilən şəxs1 bu fikirlə razılaşdıqları üçün Qamət 5 baş qoyun tapacağını, onlara isə bu əməlin oğurluq olduğunu daha sonra hər hansı problem olarsa onu tək qoymamalarını xəbərdarlıq etmişdir. Sənan və o, heç bir etiraz etməyərək Qamətlə razılaşmışlar. Eyni zamanda o, mağazadan qida məhsulları və spirtli içki alaraq qaynatası Şahid4 yaşadığı evdə yemək yedikdən sonra hava qaralan zaman qoyunları oğurlayıb geri qayıtmağı təklif etmişdir. Onunla razılaşmışlar. Qeyd edilən kafedən çıxaraq yaxınlıqda duran taksi fəaliyyəti ilə məşğul olan VAZ 2106 markalı avtomobilin sahibi adı sonradan ona məlum olan Tural adlı şəxsə yaxınlaşaraq Daşkəsən rayonunda xırdabuynuzlu heyvanların olduğunu, həmin heyvanları gətirmək müqabilində 50 manat pul verəcəklərini bildirmişlər. Tural kimi tanıdığı taksi sürücüsü də bu təklif ilə razılaşdığına görə Qamət və Sənanla birlikdə Daşkəsən rayon Alunitdağ istiqamətində yola düşmüşlər. Razılaşdıqları üzrə o, “X18” məntəqəsinin yaxınlığında olan ismini xatırlamadığı mağazadan qida məhsulları və spirtli içki almışdır. Təxminən 22:00 radələrində Daşkəsən rayonunda onun qayınatası gilə gəlmişlər, yemək yemişlər, o, çox az miqdarda spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs1 isə 1 litr həcmində olan spirtli içkini tək içmişdir. O və Ələkbərov Qamət bu sırada Şahid4 ilə söhbət edərək Qamətin qapısında olan qoyunları satdığını, Şahid4 yalandan qumar borcunun olduğuna görə təcili pul verilməli olduğunu demiş, Şahid4 onları qoyunun alınmasında köməklik göstərilməsini xahiş edərək bu təklifləri ilə razılaşdırmışlar. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 00:40 radələrində üçü də birlikdə Ələkbərov Qamətin cinayət yolu ilə əldə edəcəyi 5 baş xırdabuynuzlu heyvanı oğurlamaq üçün yolda düşmüşlər. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 01:00 radələrində birlikdə Alunitdağ qəsəbəsinin girişində avtomobildə gözləmələrini, Qamətin heyvanları hazırlayıb xəbər etdikdən sonra gəlib götürmələrini demişdir. Əvvəlcədən aralarında olan razılığa əsasən Qamət oğurluq edən zaman ətrafda kənar şəxs görünərsə bu barədə ona məlumat vermək üçün o və Sənan orada qalmış, lakin taksi sürücüsü kimi tanıdığı Tural adlı şəxsin isə bu barədə heç bir məlumatı olmamışdır. Onu aldadaraq xırdabuynuzlu heyvanların Qamətə məxsus olduğunu demişlər. Qamət geri gəlib avtomobilə əyləşərək heyvanları oğurladıqdan sonra yığdığı saxlanc yerinin yerləşdiyi evi əli ilə göstərib sürücüdən avtomobili həmin istiqamətdə idarə etməsini istəmişdir. Avtomobili sürücü saxladıqdan sonra Qamət və Sənan, eləcə də o, avtomobildən düşmüşlər. Bundan sonra o, Sənan və Qamət oğurluq yolu ilə əldə etdikləri xırda buynuzlu heyvanları bir-bir avtomobilin yük hissəsinə yerləşdirmişlər. Sonra avtomobilə əyləşərək qaynatası gilə getmək üçün yola çıxmışlar. 03:00 radələrində Şahid4 məxsus evin yanında avtomobili sürücü saxlamış, üçü, yəni Sənan, o və Qamət avtomobildən düşərək xırda buynuzlu heyvanların hamısını həyətə qoyduqdan sonra əvəllcədən razılaşdıqları məbləği, Şahid4 400 manat pulu isdəmişlər. Şahid4 hal hazırda pulunun olmamasını sabah verə biləcəyini demişdir. Bundan sonra avtomobilin pulunu, yəni 50 manatı sürücüyə o, verərək yola salmışdır. Onlar isə gecəni orada qalmışlar. Həmin gün 11:00 radələrində pulu götürüb oradab uzaqlaşmışlar. Oğurluq yolu ilə əldə etdikləri gəliri isə öz aralarında müştərək qaydada bölmüşlər. O, yuxarıda göstərdiyi oğurluq hadisələrindən başqa hər hansı yerdən və ya şəxsdən oğurluq etməmişdir. Oğurluq etdiyi heyvanları satdığı şəxslər həmin heyvanların onlara məxsus olduğunu bilmişlər. Çünki bu barədə onlara yalan danışmışlar. Oğurluqları barədə nə Şahid3 nə də Şahid1 heç bir məlumatı olmamışdır. Onlar oğurluq yolu ilə əldə etdikləri heyvanların Qamətə məxsus olduğunu bilmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Xəqani kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, Göygöl rayon Xəqani kəndində qonşuluqda qalır. X8 Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2023-cü il may ayının sonlarında tanımışdır. Hər ikisi ilə münasibəti yaxşıdır. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən gəlmiş, heç bir yerdə işləmədiyinə görə ailəsini dolandırmaq üçün iş axtarmış, lakin əvvəllər cəza çəkmə müəssisəsində yatdığına görə onu işə götürməmişlər. Təxminən may ayının 21-də axşam saat 19:00 radələrində Təqsirləndirilən şəxs2 onu istifadə etdiyi mobil telefon ilə yığaraq oturub pivə içmələrini təklif etmiş, o, bu təkliflə razılaşaraq onu yığacağını bildirmişdir. O da oturduğu yeri təklif edərək “X18” məntəqəsinin kafesinə gəlməsini demişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 onun olduğu yerə çatmış, birlikdə “Tiktok” sosial şəbəkəsində canlı açaraq söhbət edə edə hərəyə 3-4 bakal pivə içmişlər. Təxminən 20 dəqiqə sonra Qamət Ələkbərov yanlarına yaxınlaşmışdır. Birlikdə “Tiktok” sosial şəbəkəsində canlı açaraq söhbət edə edə hərəyə 3-4 bakal pivə içmişlər. Təxminən 1 saat sonra Ələkbərov Qamət yanlarına yaxınlaşmışdı. Təqsirləndirilən şəxs2 Ələkbərov Qamətin müsbət tərəflərini, yəni çoxdan tanıdığını, ehtibarlı oğlan olduğunu bildirmiş, sonra Ələkbərov Qamət babasına məxsus qoyunların olduğunu, babasının hal-hazırda kəntdə olmadığından istifadə edərək həmin qoyunları birlikdə oğurlayaraq satmalarını, əvəzində isə kiməsə sataraq qazanc əldə edərək bölüşdürməyi ona və Təqsirləndirilən şəxs2 təklif etmişdir.Onlar da Ələkbərov Qamətin təklifi ilə razılaşdıqdan sonra Ələkbərov Qamət durub Daşkəsən rayon Alunitdağ qəsəbəsinə gedəcəyini, onları 2 saat sonra orada gözləyəcəyini bildirmiş və saat 20:10 radələrində getmişdi. Ələkbərov Qamət getdikdən 1 saat sonra Təqsirləndirilən şəxs2 kafedə olan təxminən 8 manat hesabı ödəmişdir. Hesabı ödədikdən sonra birlikdə yaxınlığında olan Göygöl rayon Balçılı kəndində yerləşən “Dörd yol” ərazisində Daşkəsən rayonuna getmək və yuxarıda qeyd etdiyi qoyunları gətirmək üçün taksi axtarmağa başlamışlar. Lakin mobil telefon vasitəsi ilə kəndə, yəni Xəqani kəndində tanıdıqları 1-2 taksi nömrəsini yığmışlar, lakin uyğun olmamışdır. Yalnız Sayad adlı taksi sürücüsü uyğun olduğunu dedikdən sonra Daşkəsən rayonunda 3 ədəd qoyunları olduğunu, onu gətirmək isdədiklərini bildirdikdən sonra 50 manat yol pulu vermələri müqavilində razılaşmışlar. Qeyd etdiyi telefon danışığını bitirdikdən təxminən 10 dəqiqə sonra taksi sürücüsü olan Sayad durduqları “Dörd yol” ərazisinə gəlmiş, Təqsirləndirilən şəxs2 və onu götürdükdən sonra Daşkəsən rayonuna Ələkbərov Qamət ilə planlaşdırdıqları oğurluğu həyata keçirmək üçün yola çıxmışlar. Daşkəsən rayonuna mərkəzinə çatan zaman mobil telefonunda “Whatsapp” mobil tətbiqində statuslara baxmış, saatın 24:00 radələri olduğu diqqətini çəkmişdi. xx.xx.2023-cü il saat təxminən 02:05 radələri olardı, Qamət Ələkbərovun yolun kənarında onları gözlədiyini görmüşlər. Təxminən 5 dəqiqədən sonra Ələkbərov Qamətin yolun kənarında onları gözlədiyini görmüşlər. Təqsirləndirilən şəxs2 sürücüyə avtomobili Ələkbərov Qamətin yanında saxlamasını bildirmiş, Ələkbərov Qaməti avtomobilə əyləşdirdən sonra sürücüyə qapılarına sürməsini deyərək yolu göstərmişdir. Evə yaxınlaşan zaman əli vasitəsi ilə qarşıdakı evi göstərərək yaxına sürüb evə açılan qapının qarşısında saxlamasını bildirmişdir. Avtomobili sürücü saxladıqdan sonra Təqsirləndirilən şəxs2 və Ələkbərov Qamət avtomobildən düşmüşlər. Ələkbərov Qamət qeyd etdiyi qapının qarşısında olan taxta parçasını kənara çəkib qapıda olan ipi açdıqdan sonra içəriyə birlikdə daxil olmuşlar. Həmin vaxt o və sürücü avtomobildə əyləşib onların içəridən çıxmağını gözləmişlər. Qapı ilə avtomobilin arasında olan məsafə təxminən 3 metr təşkil etmiş, içəri qaranlıq olduğuna görə içəridə nə olduğunu görə bilməmiş, lakin içəridə heyvan qovulmağının səsini eşitmişdi. Təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 qucağında 1 ədəd xırda buynuzlu heyvanla çölə çıxaraq avtomobilin yük hissəsinə qoymuşdu. X9cağında 1 ədəd xırda buynuzlu heyvanla çölə çıxıb avtomobilin yük hissəsinə heyvanı yerləşdirmişdi. Hər ikisi heyvanların olduğu tövləyə girərək son olaraq 1 ədəd xırda buynuzlu heyvanı götürüb avtomobilin yük hissəsinə yerləşdirdikdən sonra yük hissəsini bağlamışlar. Avtomobilə əyləşərək Göygöl rayonuna istiqamət götürərək hərəkətə başlamışlar. Yol boyu hər üçü tanıdıqları adamları yığaraq mobil telefon vasitəsi ilə avtomobildə olan qoyunları gecəliklə satmağa çalışmışlar, lakin heç kim istəməmişdir. 22 may gecə saat 03:00 radələrində Göygöl rayonunda Quşqara adlı kənddə yerləşən Şahid5 adlı şəxsin evinin qarşısında görüşmüşlər və heyvanları ona satmağa razılaşmışlar. Vaqif üzərində çox pulunun olmamasını, heyvanlara yalnız 250 manat son pulunu verə biləcəyini dedikdə onunla razılaşdıqdan sonra 3 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 və Qamət Ələkbərov ilə birlikdə sataraq pulu alıb oradan sağollaşaraq uzaqlaşmışlar. Pulu aldıqdan sonra taksi ilə əvvəlcədən razılaşdıqları 50 manat məbləği vermişlər və onları “Dörd yol” adlanan yerə düşürtməsini xahiş etmişlər. Həmin yerdə düşdükdən sonra yerdə qalan 200 manat məbləği 3 hissəyə bölüşdürərək öz evlərinə yollanmışlar. İyun ayının 4-də axşam saat 19:00 radələrində “X18” məntəqəsinin kafesində tək pivə içən vaxt 1 saat sonra Təqsirləndirilən şəxs2 yığaraq harda olduğumu soruşmuş, yerini örgəndikdən sonra Ələkbərov Qamət ilə birlikdə yanına yaxınlaşıb stolda əyləşmişlər. Qamət Ələkbərov yenidən oğurluq edərək rahat pul qazanmağı təklif etmişdir. O və Təqsirləndirilən şəxs2 bu fikirlə razılaşdıqları üçün Qamət 5 baş qoyun tapacağını, onlara isə bu əməlin oğurluq olduğunu daha sonra hər hansı problem olarsa onu tək qoymamalarını bildirmişdir. O da razılaşdığı üçün ayağa qalxıb hesabı ödəyərək Daşkəsən rayonuna getmək üçün yola çıxmışlar. Təxminən 22:00 radələrində Daşkəsən rayonunda Təqsirləndirilən şəxs2 qaynatası gilə gəlmişlər, yemək yemişlər, Təqsirləndirilən şəxs2 çox az miqdarda spirtli içki qəbul etmiş, o isə 1 litr həcmində olan spirtli içkini tək içmişdi. Təqsirləndirilən şəxs2 və Ələkbərov Qamət bu sırada Şahid4 ilə söhbət edərək qumar borclarının olduqlarını, Ələkbərov Qamətin qapısında qoyunlarının olduğunu, təcili pul çatdırılmalı olduğuna görə satdıqlarını, buna görə Şahid4 onları qoyunun alınmasında köməklik göstərilməsini xahiş edərək bu təklifləri ilə razılaşdırmışlar. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 00:40 radələrində üçü birlikdə Ələkbərov Qamətin cinayət yolu ilə əldə edəcəyi 5 baş xırdabuynuzlu heyvanı oğurlamaq üçün yola düşmüşlər. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 01:00 radələrində birlikdə Alunitdağ qəsəbəsinin girişində olan vaxt onların avtomobildə gözləmələrini, Ələkbərov Qamət evə yaxınlaşan zaman əli vasitəsi ilə qarşıdakı evi göstərərək yaxına sürüb evə açılan qapının qarşısında saxlamasını bildirmişdir. Avtomobili sürücü saxladıqdan sonra Təqsirləndirilən şəxs2 və Ələkbərov Qamət avtomobildən düşmüşlər. Ələkbərov Qamət qeyd etdiyi qapının qarşısında olan taxta parçasını kənara çəkdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə içəri daxil olmuşlar. O da bu zaman sürücü ilə birlikdə maşında əyləşərək onları gözləmişdir. Təqsirləndirilən şəxs2 və Ələkbərov Qamət ardıcıllıqla 5 ədəd xırda buynuzlu heyvanları avtomobilin yük hissəsinə qoyduqdan sonra, yük hissəsini bağlayaraq avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs2 qaynatası gilə getmək üçün yola çıxmışlar. 03:00 radələrində Şahid4 məxsus evin yanında avtomobili sürücü saxlamış, Təqsirləndirilən şəxs2 və Ələkbərov Qamət avtomobildən düşərək xırda buynuzlu heyvanların hamısını həyətə qoymuşlar. Şahid4 hal-hazırda pulunun olmadığını, 400 manatı səhər verə biləcəyini demişdir. Bundan sonra avtomobilin pulunu, yəni 50 manat sürücüyə Mahmud cibində olan vəsaitdən verərək onu yola salmışdır. Özləri isə gecəni orada qalmışlar. Həmin gün 11:00 radələrində pulu götürüb oradan uzaqlaşmışlar. Oğurluq yolu ilə əldə etdikləri gəliri isə öz aralarında müştərək qaydada bölmüşlər. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində “Dörd yol” deyilən ərazidə “X17” məntəqəsinin yaxınlığında kafedə oturan zaman Ələkbərov Qamət yanına gəlmiş, ona yenidən oğurluq heyvanlarının olub olmamasını sual etmişdir. Qamət cavab olaraq 4 ədəd xırdabuynuzlu heyvan hazır edə biləcəyini demişdir. Bundan sonra mobil telefon vasitəsi ilə Abbasəli adlı qara Vaz-2107 markalı avtomobili idarə edən taksi sürücüsünü yığmış, onunla razılaşdıqdan sonra 30 dəqiqədən sonra “Dörd yol” adlanan yerə gəlmişdir. Abbasəli ilə danışan zaman ona yalan danışaraq Daşkəsən rayonu Alunitdağ qəsəbəsi ərazisində özünə məxsus xırdabuynuzlu heyvanlar olduğunu, həmin qəsəbəyə birlikdə gedərək heyvanları idarə etdiyi avtomobil ilə daşınmasını istəmişdir. Bunun müqabilində isə ona xidmət haqqı kimi 50 manat verəcəyini demişdir. Saat təxminən 00:00 radələrində Daşkəsən rayon Alunitdağ qəsəbəsinə getmək üçün yola çıxmışlar. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində qeyd etdiyi ünvana çatmışlar, lakin Qamət Ələkbərov əli ilə qarşıdaki evə göstərib, 15 metr aralı saxlamalarını bildirmişdir. Sonra o, avtomobildən düşərək gələn olarsa ona xəbər vermək üçün ətrafa baxmışdır. Ümumilikdə 4 baş xırda buynuzlu heyvanı gətirərək ona vermiş, o da öz növbəsində avtomobilin yük hissəsinə qoymuşdur. Bundan sonra yola çıxmışlar, heyvanları Gəncə şəhərində yerləşən “mal bazarına” aparmağı qərara almışlar. Sürücüyə həmin yerə sürməsini bildirmişlər. Həmin əraziyə çatdıqdan sonra bazarın hələ açılmadığını görmüşlər. Taksi sürücüsü tələsdiyini ya burada düşmələrini və yaxud evlərinə düşürdə biləcəyini demişdir. Ələkbərov Qamət sürücünün bu sözü ilə razılaşmamış və ona kimi tapa biləcəyini demişdir. O da əvvəlcədən tanıdığı köhnə iş yoldaşı Əkbər adlı şəxsi yığaraq dostunun təcili qumar borcunun verilməli olduğunu, həyətinin heyvanlarının satılmalı olduğunu bildirmişdir. Birinci Əkbər bununla razılaşmamış, o, xahiş etdikdən sonra Göygöl rayon Nader kəndinin qatar yolunun kənarında görüşmüşlər, onlara heyvanların oğurluq olub-olmamasını soruşduqda, Ələkbərov Qamət and içərək heyvanların özünə aid olmasını, qumar borcu ilə əlaqədar satdığını demişdi. Razılaşdıqları üçün 350 manat pul vəsaitini onlara təqdim etmişdi. Ələkbərov Qamət və o, 50 manat taksiyə verdikdən sonra “Dörd yol” adlanan əraziyə onları düşürtməsini bildirmişlər. Heyvanları satdıqları məbləğdən qalan 300 manat vəsaiti 2 hissəyə bölərək paylaşmışlar. “Dörd yol” adlanan əraziyə çatdıqdan sonra sağollaşmışlar, hərə öz evinə doğru yola düşmüşdür. O, yuxarıda göstərdiyi oğurluq hadisələrindən başqa hər hansı yerdən və ya şəxsdən oğurluq etməmişdir. Həmin şəxslər heyvanların onlara məxsus olduğunu bilirmişlər. Çünki bu barədə onlara yalan danışmışlar. Bu barədə nə Şahid3 nə də Şahid1 heç bir məlumatı olmamışdır. Onları oğurluq yolu ilə əldə etdikləri heyvanların Qamətə məxsus olduğunu bilmişlər. İşdə olan **********35 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamənin” surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə saat 21:00-da Daşkəsən rayonu, Dəvrallı kəndində asfikasiya nəticəsində ölmüşdür. İş üzürə təqsirləndirilən şəxs X13 öldüyündən Daşkəsən Rayon Məhkəməsinin 2(030)-15/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə X13, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(030)-15/2023 saylı cinayət işi üzrə cinayət təqibinə X10 aid hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mahmudla Sənan onun heyvanlarını oğurlamışlar. Bununla belə ona vurulan ziyanı ödəmişdirlər. Onlara qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Daşkəsən rayonu, Alinutdağ qəsəbəsində yaşayır. Ailələri heyvandarlıqla məşğul olur. Təsərrüfatlarında 27 xırda buynuzlu, 2 iri buynuzlu heyvanları mövcuddur. xx.xx.2023-cü il tarixdə səhər saat 06:00 radələrində oğlu ilə birlikdə (X19) heyvanları açmaq üçün damın (heyvanların saxlanıldığı yer) qapısını açmış, heyvanları saydıqdan sonra xırda buynuzlu heyvanlardan 3-nün yerində olmadığını görmüşdür. Hər axşam heyvanları dama salınan zaman və səhərlər otlatmaq üçün sahəyə buraxılmamışdan öncə saymışdır. Oğlu qeyd edilən məlumatı ona verdikdən sonra damın qapısına gələrək özü heyvanlara baxış keçirtmişdir. Damın qapısını iplə bağlamışlar, hər hansı zorla daxil olmaya ehtiyyac yoxdur. İpi açaraq rahat daxil olmaq mümkündür. Onların evi kəndə daxil olan zaman yolun solunda yerləşir, heyvanların saxlanıldığı dam isə sağda yerləşir. Heyvanlar oğurlanan zaman evdə olmuşlar, lakin heç bir səs və şübhəli halın şahidi olmamışlar. Təsərrüfatla məşğul olduqları üçün tez yatıb tezdə qalxmışlar. Axşam saat 21:00 radələrində ailədə üzvlərinin hamısı yatmışdır. Təxminən gecə saat 02:00 radələrində heyvanların oğurlandığını düşünür. O, heç kimə pislik edən biri olmamış, inanmır ki, kənddən kimsə bu oğurluğu edər. Oğurlanmış heyvanlarının ikisi qara, biri ağ olmaqla hər birinin qulağı çox xırda olmuşdur. Oğurlanan heyvanların hər birinin diri çəkisi 34 kq, təmiz çəkisi 17 kq-dan artıq əti olduğunu guman edir. Ümumilikdə ona təxminən 900 manat ziyan dəymişdir. Heç vaxt ağlına gəlməzdi ki, onların kəndində oğurluq olar. Ona görə də qapılarını qıfılla deyil, iplə bağlamışlar. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluğu X13, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etmişlər. Məhkəmədə Zərərçəkmiş şəxs3ifadəsində göstərmişdir ki, Mahmud və Səna onun beş baş heyvanını oğurlamışdırlar. Hazırda onları bağışlamışdır. Ona dəymiş ziyanı ödəmişdirlər. Onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Daşkəsən rayonu, Alinutdağ qəsəbəsində yaşayır. Təsərufatında 25 (iyirmi beş) baş xırda buynuzlu qoyun, 5 (beş) baş isə quzu heyvanları vardır. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 20:00 radələrində ona məxsus bütün heyvanlarını yaşadığı evdən təxminən 400 metr aralıqda olan tövləyə salıb, evinə getmiş, tövlənin qapısında qıfıl olmadığı üçün kəndir ilə qapısını bağlamağı yadında deyil. Səhərisi gün, yəni xx.xx.2023cü li tarixdə saat 05:40 radələrində tövlədən heyvanları çıxarıb örüş otlaq sahəsinə aparmaq üçün həmin yerə gələrkən, tövlənin qapısının açıq vəziyyətdə olduğunu, eləcə də ona məxsus 5 (beş) baş quzularının orada olmadığını aşkar edib DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək xırdabuynuzlu heyvanlarının oğurlanmasını bildirmişdir. Oğurlanmış xırdabuynuzlu heyvanlardan 3 (üç) baş quzu hər biri 5-6 aylıq, təxminən 13- 15 kq çəkidə, cəmi dəyəri 610 manat, heç bir nişangahları olmayan, bütün bədən hissələri şabalıdı rəngdə olan quzu, digər 2(iki) baş isə 6-7 aylıq, təxminən 14-16 kq çəkidə, cəmi dəyəri 360 manat, hec bir nişangahı olmayan, bütün bədən hissələri sarı-kərə rəngli ümumilikdə cəmi 970 manat dəyərində olan heyvanlar olmuşdur. Ümumiyyətlə yaşadığı qəsəbə ərazisində şübhələndiyi hər hansı şəxs və ya şəxslər olmamışdır. Həmin oğurluğun X13, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxs Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımışdır. Mahmudla Sənan qonşu kənddən olmuşdur. Onların evində işləmişdir. Sənan ona uşağı ağrıdığını buna görədə heyvan satacağını demişdir. Ondan bir quzu alaraq xəstəsinə qurban kəsmişdir. Qalan iksində bir müddət sonra satmışdır. İksini iki yüz əlli manata satmışdır. Sənan öz heyvanını satdığını demişdir. Ondan üç baş heyvan almışdır. Sənan onlara gecə saat iki, üç radələrində gəlmişdir.Onun yanında bir taksi şöferi bir də başqa bir adam olmuşdur.Ondan qabaq onların kəndinə getmiş orada söhbət etmiş, onda uşağının xəstə olduğunu dərman ala bilməsi üçün heyvanları satdığını demişdir.Almalı olduğundn gedib kartdan pul çıxardıb vermişdir. Tanıdğı adam olduğu üçün heyvanların oğurluq olduğunu bilməmişdir. Üçünü üç yüz əlli manata almışdır. İkisi qoyun,biri quzu olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu, Səmədli qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 1-2 il olar ki tanıyır, münasibəti normaldır, heç bir ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Göygöl rayon Balçılı kəndində yerləşən “X18” məntəqəsinin yaxınlğında “Dörd yol” deyilən yerdə yerləşən kişi salonunda (Saç düzəltmə salonu) olduğu zaman Təqsirləndirilən şəxs1 onu görüb kənara çəkmiş, övladının xəstə olduğunu, qapısının heyvanını satdığını, onu ala biləcəyini sual etmiş, cavab olaraq əgər pul lazımdırsa ona, xərclik verə biləcəyini bildirsədə, o bunu qəbul etməmiş, cavab olaraq gətirdiyi 4 ədəd xırda buynuzlu heyvanları 350 manata aldığı təqdirdə kifayət edəcəyini bildirmişdir. Bundan sonra onlar razılaşmışlar və Təqsirləndirilən şəxs1 onun olduğu yerdən uzaqlaşaraq getmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində yatdığı zaman istifadə etdiyi mobil telefona Təqsirləndirilən şəxs1 zəng etmiş, Göygöl rayon Quşqara kəndində olduğunu deyərək, ondan yaşadığı evin ünvanını soruşmuş, telefonda Sənana ünvanı izah etdikdən sonra yaşadıqları həyətin qapısına çatdığını, çölə çıxmasını bildirmişdir. Çölə çıxdıqdan sonra Sənana yaxınlaşmış, avtomobilin yük hissəsində olan 4 ədəd xırda buynuzlu heyvanı yük hissəsindən çıxardaraq yerə qoymuşdur. Həmin vaxt saat təxminən 02:00 olardı. Əvvəlcədən danışdıqları üzrə 350 manat nəğd vəsaiti Sənana təqdim etmişdir. Bundan sonra heyvanları həyətə salmışdır. Gətirilən qoyunların oğurluq olduğunu bilməmiş, bilsə qəti surətdə almayacaqdı. Məhkəmə iclasında şahid qismində dindirilən şəxs Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Sənanı qonşu kimi tanımışdır. Sənan ona zəng edərək heyvan satdığını bildirmişdir. Heyvan alıb-almayacağını soruşmuşdur. Qapıya üç heyvan gətirmişdir. Yanında bir oğlan olmuşdur. Heyvanların həmin şəxsin olduğunu demişdir. Heyvanları üç yüz əlli manata almışdır. Dişi quzular olmuşdur. Kəsməmiş qaytarıb vermişdir. Polis əməkdaşları onlara gəlmişlər,bundan sonra heyvanları qaytarıb vermişdir. Sənanı tanıdığı üçün ondan o işi eləmiyəcək biri olduğunu düşünüb almışdır. Dörd yüz manata demişdir. Üç yüz əlli manata belə xahiş etmiş oda kömək edib almışdır. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu, Quşqara kəndində yaşayır. Təqsirləndirilən şəxs1 1-2 il olarki tanıyır. 22 may 2023-cü il tarixdə gecə saat 02:30 radələrində Sənan onu yığaraq dostunun qumar borcunun olduğuna görə 3 ədəd quzunu təcili satmaq isdəməsini bildirmiş, cavab olaraq üzərində çox pul olmadığını dedikdə, Sənan ondan üzərində nə qədər pul olduğunu soruşmuş, o Sənana üzərində 250 manat olduğunu dedikdə Sənan onunla razılaşmış və görüş yeri barədə yer təyin edib sağollaşmışlar. Daha sonra Göygöl rayonunda köhnə aeroport yolu adlanan yerdə onunla görüşmüş, 3 baş xırdabuynuzlu heyvanı gətirdiyini bildirmiş, o, pulu verdikdən sonra avtomobildə olan digər iki nəfər adları ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 və Qamət Ələkbərov onun avtomobilinin yük hissəsinə həmin 3 baş heyvanları yerləşdirmişlər. Sonra həmin ərazidən uzaqlaşıb hərə öz işinin arxasıyla getmişdir. O, gətirilən qoyunların oğurluq olduğunu bilməmiş, bilsə qəti surətdə almayacaqdı. Həmin heyvanları şəxsi təsərrüfatı üçün saxlamış, qoyunların oğurluq olduğunu sonradan polisin vasitəsi ilə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımışdır. Biri kürəkənidir. Qamət kürəkəni ilə onlara gəlmişdir. Həmin vaxt o evdə yatmışdır. Qamət demişdir ki, borcum var onu sahibinə çatdırmalıdır. Gecə gəlmişdirlər oturub yemək yeyib getmişdirlər. Yuxulu olduğundan nə vaxt gəldiklərini bilməmişdir.Gedib heyvanları gətirmişdir. Qiymət məsələsini deməmişlər. Dörd yüz manat pul lazım olduğunu bildirmişlər.O, da gətirib həmin pulu vermişdir. Ondan sonra heyvanlar oğurluq çıxmışdır.Gəlib heyvanları onun damından aparmışdırlar. Başqa da heçnə bilməmişdir. Şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Daşkəsən rayonu Quşçu Körpü qəsəbəsində yaşayır. Mahmud Təvəkül oğlunu tanıyır, kürəkənidir, X13 və Təqsirləndirilən şəxs1 Mahmudun vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 22:00 radələrində yatdığı zaman kürəkəni Mahmud, Ələkbərov Qamət və Təqsirləndirilən şəxs1 yatdığı otağa girdiklərini görmüş, əllərində araq olmuşdur. Yemək yemək isdədiklərini demişlər və Mahmud daha əvvəllərdə onların yaşadığı evə gəldiyi üçün özü tanışları ilə birlikdə yeməyə başlamışlar. Təxminən 1 saatdan sonra Qamət xırda buynuzlu heyvanlarının olduğunu, qumar borcu olduğu üçün təcili olaraq pula ehtyacı yarandığın, bu səbəbdən özünə məxus olan heyvanları satmaq istədiyini demiş, o da heyvanlara baxdıqdan sonra qiymət barədə razılıq əldə edərsək həmin heyvanları ala biləcəyini söyləmişdir. Bundan sonra onlar yaşadığı evdən getmiş, xx.xx.2023-cü il tarixdə təxminən saat 04:00-da hər üçü yəni Sənan, Mahmud və Qamət avtomobildən düşərək 5 baş xırda buynuzlu heyvanları yaşadığı evin həyətinə gətirmişlər. O, həmin heyvanlara baxdıqda 3 baş, hər biri 6 aylıq, diri çəkiləri təxminən 15 kq, 2 baş hər biri 6 aylıq, diri çəkiləri 14 kq quzular olduğunu gördmüş, bir qədər qiymət barədə danışdıqdaın sonra həmin quzuları Qamətdən 400 manata almışdır Lakin, həmin vaxtı üzərində pul olmamış Mahmuda 400 manat məbləğində vəsaiti həımin gün saat 11 radələrində verə biləcəyini demiş, Qamət də Mahmuda görə onunla razılaşmışdır. Artıq gec olduğundan Sənan, Qamət və Mahmud onun evində qalmış, həmin gün saat 11 radələrində o, 400 manatı Qamətə təqdim etmiş, bundan sonra onlar oradan çıxaraq Göygöl rayonu istiqamətində getmişlər. Bir neçə gün sonra isə rayon polis şöbəsinə dəvət olunan zaman Qamətin ona satdığı 5 baş xırdabuynuzlu heyvanların cinayət yolu ilə əldə olunduğunu öyrənmiş, Qamət isə andlar içərək həmin quzuların özünə məxsus olduğunu ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxs Şahid3 ifadəsində göstərmişdir ki, taksi sürücüsü olduğu üçün taksi duracağında dayanmışdır. Həmin vaxt Qamətlə Sənan ona yaxınlaşaraq Daşkəsən getməli olduqlarını demişdirlər. Onlarla razlaşmış və Daşkəsənə gəlmişdir. Kəndə getmişdir. Maşını evin yaxınlığına saxlamışdır. Qamət gedərək heyvanları gətirmişdir. Heyvanların babasına məxsus olduğunu demişdir. Qamət gedib quzularə gətirməyə getmi, o, isə sənanla maşında oturmuşdur. Quzuları gətirib maşına qoyduqdan sonra bazara getmişdirlər. Zəng edib quzuları öz tanışına vermişlər o isə oğurluq olduğunu bilməmişdir. Həmin hadisədən 10-15 gün sonra polis əməkdaşları gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra oğurluq olduğunu bilmişdir. Gedib heyvanları gətirmək üçün əlli manata razlaşmışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu, Xəqani kəndində yaşayır. “Maksim taksi” (*2244) Taksi sürücüsü şirkətində sürücü işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində əvvəllər tanıdığı sinif yoldaşı Sənan ona mobil telefon vasitəsi ilə zəng edərək sonradan Qamət kimi tanıdığı şəxsin babasına məxsus Daşkəsən rayonu Alunitdağ qəsəbəsi ərazisində quzuları olduğunu deyib, həmin quzuların idarə etdiyi avtomobil ilə daşınmasında köməklik göstərməsini xahiş etmişdir. O da bu təkliflə razılaşmış, təxminən saat 23:00 radələrində Sənan və adı ona sonradan məlum olan Qamət adlı şəxsi Göygöl rayon Balçılı kəndində yerləşən X18 məntəqəsinin yaxınlığından götürüb Daşkəsən rayonuna yola çıxmışlar. Daşkəsən rayon Alunitdağ qəsəbəsinə çatdıqda və qəsəbənin içərisində biraz dolaşdıqdan sonra Qamət avtomobildən düşərək evlərdən birinə girmiş, təxminən 5 dəqiqə sonra bir bir quzular gətirib Sənanın da köməkliyi ilə həmin quzuları avtomobilin yük yerinə yığmışlar. Daha sonra təxminən saat 03:00 radələrində Gəncə şəhərində yerləşən mal qara bazarına yola düşmüşlər. Göygöl rayonunda yerləşən mal bazarına çatdıqda bazar olmadığını görüb Xəqani kəndinə yola düşmüşlər. Xəqani kəndinə çatdıqda Sənan əvvəllər tanımadığı bir şəxs çağırmış və heyvanları 350 manata həmin şəxsə satmış, həmin puldan ona 50 manat yol pulu vermişdir. Pulu aldıqdan sonra Qaməti Göygöl rayon Yeni Qızılça kəndinə, Sənanı da evlərinə yola saldıqdan sonra yaşadığı evə getmişdir. O, yalnız polis əməkdaşları ona yaxınlaşan zaman heyvanların oğurluq olmasından xəbərdar olmuşdur. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanların oğurlandığı yer Daşkəsən rayonu Alunitdağ qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindəki tövlədir. Baxış zamanı oradan iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus xırdabuynuzlu heyvanların oğurlandığı yer Daşkəsən rayonu Alunitdağ qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindəki tövlədir. Baxış zamanı oradan iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanların oğurlandığı yer Daşkəsən rayonu Alunitdağ qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki tövlədir. Baxış zamanı oradan iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan götürülmə aparılması haqqında 18 yun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs1 və X4 aldığı 03 baş xırdabuynuzlu heyvanları könüllü olaraq istintaqa təqdim etdiyindən həmin heyvanlara baxış keçirilməklə götürülmüşdür. İşdə olan götürülmə aparılması haqqında 18 yun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 aldığı 05 baş xırdabuynuzlu heyvanları könüllü olaraq istintaqa təqdim etdiyindən həmin heyvanlara baxış keçirilməklə götürülmüşdür. İşdə olan götürülmə aparılması haqqında 18 yun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 və X4 aldığı 04 baş xırdabuynuzlu heyvanları könüllü olaraq istintaqa təqdim etdiyindən həmin heyvanlara baxış keçirilməklə götürülmüşdür. İşdə olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 18 iyun 2023-cü il tarxili protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus olan və oğurlanmış 05 baş quzular onun özünə təqdim edilmiş və zərərçəkmiş şəxs tərəfindən xırdabuynuzlu heyvanlar onun tərəfindən tanınmış və sözü gedən xırdabuynuzlu heyvanlar sahibinə saxlanca verilmişdir. İşdə olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 18 iyun 2023-cü il tarxili protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus olan və oğurlanmış 04 baş quzular onun özünə təqdim edilmiş və zərərçəkmiş şəxs tərəfindən xırdabuynuzlu heyvanlar onun tərəfindən tanınmış və sözügedən xırdabuynuzlu heyvanlar sahibinə saxlanca verilmişdir. İşdə olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 18 iyun 2023-cü il tarxili protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan və oğurlanmış 03 baş quzular onun özünə təqdim edilmiş və zərərçəkmiş şəxs tərəfindən xırdabuynuzlu heyvanlar onun tərəfindən tanınmış və sözü gedən xırdabuynuzlu heyvanlar sahibinə saxlanca verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli 9/5535 nömrəli rəyindən görünür ki, 7 adda xırdabuynuzlu heyvanların 2023-cü ilin may-iyun aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2756,0 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinib 03 (üç ) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İşdə olan doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X5 xx.xx.2020-cı il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs1dur. İşdə olan doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs1dur. İşdə olan Göygöl Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç ) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Xəqani kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, kəndin ictimai-siyasi tədbirlərində həmişə fəal iştirak etmiş, qonşuları və yaxınları onun davranışından razlıq etmişdir İşdə olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Xəqani kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, qonşuları və yaxınları onun davranışından razlıq etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri psixonevroloji dispanserin 16 avqust 2023-cü il tarixli, 2533 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixonevroloji dispanserində qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri psixonevroloji dispanserin 25 iyul 2023-cü il tarixli, 2532 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 psixonevroloji dispanserində qeydiyyatda durmur. İşdə olan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlarla barışmışdır. Heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlarla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlarla barışmışdır. Heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini, təqsirini səmimi etiraf etməsini və İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini , zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, təqsirini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun3 mart 2005-ci il tarixli qərarındagöstərilir ki, ozgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. Həmin qararda qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır və CMnin 65.2-ci maddəsinə uyğun olaraq residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ailəsinin yeganə qazanc yeri olub himayəsində iki az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Yuxarıda göstərilən yüngülləşdirici və müstəsna halları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, ailəsinin yeganə qazanc mənbəyi olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəyərək barışıq əldə etməsini və cinayətin bütün nəticələrini aradan qaldırmasını nəzərə alaraq, CM-nin 65.3-cü maddəsinə əsasən ona cinayətin residivinə görə cəzanı CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydanı nəzərə almadan və barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası üzrə azdlığın məhdudlaşması cəzasını təyin etməyi məqsədəuyğun və cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında olan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır.Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ”qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ”qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 01 (bir) il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 01(bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Göygöl rayonu Xaqani kəndində yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06.30-dək tərk etməmək, Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Göygöl rayonu Xaqani kəndində yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:30-dək tərk etməmək, Gəncə şəhəri, Göygöl və Şəmkir rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq X2 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar