Məhkəmə qərarları › İş №1(030)-2/2025

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-2/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-2/2025 28.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs–xx.xx.1969-cu il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Abşeron rayonu Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi ev 24-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin may ayının təxminən əvəllərində özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhəri, Təbriz küçəsi, 4-cü döngə, ev 108-də qeydiyyatda olmaqla ünvan 3-də yaşayan Zərərçəkmiş şəxs aldadaraq buna səlahiyyətləri olmadığı halda sonuncunu 7000 (yeddi min) manat pul vəsaiti müqabilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə gizirlik kursuna göndərtdirərək “gizir rütbəsi” işə düzəldəcəyini vəd verib onu inandıraraq etibarından sui-istifadə etməklə məhz bu səbəbdən xx.xx.2023-cü il tarixdə ünvan 3-də Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini sonuncunun anası Şahid1 nağd şəkildə almış, xx.xx.2023-cü il tarixdə saat 12:22 dəqiqədə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bizim market” adlı mağazada quraşdırılmış milliön elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı kart hesabına 2000 (iki min) manat pul vəsaitini köçürməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7000 (yeddi min) manat pul vəsaitini etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin iyun ayının təxminən sonlarında özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs aldadaraq buna səlahiyyətləri olmadığı halda 1000 (min manat) pul vəsaiti müqabilində sonuncuya 2-ci Qarabağ müharibəsi zamanı sol qolundan aldığı güllə yarası ilə bağlı “Yaşat fondundan” sığorta pulu alacağını vəd verib onu inandıraraq etibarından sui-istifadə etməklə məhz bu səbəbdən Zərərçəkmiş şəxs məxsus 1000 (min) manat pul vəsaitini sonuncunun anası Şahid1 01 sentyabr 2023cü il tarixdə saat 09:06 dəqiqədə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı kart hesabına ünvan 1 ünvanında quraşdırılmış eManat elektron ödəmə sistemi vasitəsi ilə köçürməklə Zərərçəkmiş şəxs məxsus 1000 (min) manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında Gəncə şəhərindən sürücüsünü tanımadığı taksi ilə Daşkəsən rayonuna gələn zaman taksidə əyləşmiş Şahid1 ilə söhbət əsnasında onun Zərərçəkmiş şəxs anası olduğunu bilmişdir. Şahid1 oğlu Elgün barəsində onunla xeyli söhbət etmişdir. Zenfira xanım ona oğlunun hərbiçi olduğunu müharibədə iştirak edib yaralandığını lakin sığorta pulunun ala bilmədiyini demişdir. O, özünü Zenfira adlı şəxsə “Birninci Qarabağ” müharibəsi iştirakçısı kimi tanıtmışdır. Daha da yaxından tanıtmaq üçün sosial şəbəkələrdə öz şücayətləri barədə yerləşdirdiyi videonu telefonunda ona göstərmişdir. Zenfira xanıma oğlunu gizirlik kursuna göndərməkdə ona kömək edə biləcəyini bildirmişdir. Bu məqsədlə Zenfiradan beş min manat məbləğində pul vəsaitini nəğd şəkildə almışdır. Qalan iki min manat pul vəsaitinidə onun kart hesabına göndərmişlər. Min manat pul vəsaitini isə sığorta pulunu düzəltmək üçün almışdır. Cəmi olaraq səkkiz min manat almışdır. Lakin, aldığı pul vəsaitlərini Gəncə şəhərində “Maral Göl“ restoranında hazırda vəfat etmiş hərbçi Tofiq Orucova nəğd şəkildə vermişdir. Tofiq Orucov onun dostu olmuşdur. Tofiq Orucovun, nüfuzlu və tanınmış bir hərbiçi olduğu üçün onun bu işləri həll edə biləcəyinə inanmışdır. Hazırda dəymiş ziyanın iki min yüz manat hissəsini ödəmişdir. Qalan hissəsini isə özünə məxsus torpaq sahəsini satmaqla ödəyəcəkdir. Etdiyi əməldən peşman olmuşdur. Həmçinin səhhətində problemləri olduğunu və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti normaldır. Zərərçəkmiş şəxs anası Şahid1 tanıyır onunla münasibəti normaldır. 2023-cü ilin may ayının təxminən əvəllərində Gəncə şəhərindən Daşkəsən şəhərinə hazırda xatırlamadığı taksi sürücüsü ilə gələn zaman avtomobilin arxa sərnişin oturcağında əyləşmiş Şahid1 ilə tanış olmuşdur. Şahid1 arxa sərnişin oturacağında əyləşmiş tanımadığı şəxslə oğlu Zərərçəkmiş şəxs haqqında danışmağa başlamışdır. Zenfira oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlədiyini, oğlunun ikinci Qarabağ müharibəsində iştirak edərək Kəlbəcər şəhərinin azad olunması üçün aparılan döyüşlərdə iştirak edərək sol qol nahiyəsindən güllə yarası aldığını, oğlunun Kəlbəcər şəhərinin azad olunması uğurunda gedən döyüşlərdə iştirak etdiyi üçün medal ilə təltif olunduğunu, hazırda oğlunun ikinci Qarabağ müharibəsi veteranı satusunu daşıdığını, oğlu X11 müharibəsi zamanı aldığı güllə yarasına görə bu günə kimi sığorta pulu almadığını söyləmişdir. Avtomobildə əyləşmiş tanımadığı şəxslərdən biri onu tanıdıqda o, özünü təqdim etməyə başlamışdır. O, özünü birinci Qarabağ müharibəsi iştirakçısı kimi təqdim edərək, gedən döyüşlər zamanı “rembo” ləqəbi aldığını, həmin döyüşlərdə komandir olduğunu və hazırda çox nüfuzlu hərbiçi tanışlarının olduğunu demişdir. Zenfira oğlu Elgünü işlədiyi N saylı hərbi hissədə gizir düzəltməyini ondan xahiş etmişdir. O, Şahid1 oğlu Elgünü gizirlik kursuna tanışları vasitəsi ilə köməklik edərək göndərməyə çalışacağını demişdir. Bundan sonra Şahid1 onun mobil nömrəsini götürüb ona zəng etmiş və Zenfiranın mobil nömrəsi onun mobil telefonuna düşmüşdür. Zenfira ilə yol gələn zaman oğlu Elgün barədə xeyli söhbət etmiş və o, Daşkəsən şəhərində avtomobildən düşən zaman bir daha Zenfiraya oğlu Elgünü gizirlik kursuna göndərtməkdə köməklik edəcəyini demişdir. 2023-cü ilin may ayının təxminən əvəllərində axşam saatlarında Zenfira onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nörələrindən birinə zəng edərək onu yaşadığı evə dəvət etmişdir. Təxminən yarım saat sonra o, qohumluq münasibəti olduğu taksi fəaliyyəti ilə məşğul olan Daşkəsən şəhər sakini Natiqin idarə etdiyi sarı rəngli “Vaz 21011” markalı minik avtomobili ilə Natiqlə birlikdə Zenfiranın Daşkəsən şəhərində yerləşən mənzilinə getmişdir. Natiqlə o, Zenfiranın mənzilinə daxil olmuş və o, mənzildə Zenfiranın oğlu Zərərçəkmiş şəxsla tanış olmuşdur. Onlar Zenfiranın yaşadığı mənzildə masa arxasında oturub söhbət edən zaman o, Elgündən işlədiyi hərbi hissədə hansı vəzifəyə düzəlmək istədiyini soruşduqda Elgün vakant olan yerlərdən birinə gizir rütbəsi ilə işə başlamaq istədiyini demişdir. O, özünü birinci Qarabağ müharibəsi iştirakçısı kimi təqdim edərək, gedən döyüşlər zamanı “rembo” ləqəbi aldığını, həmin döyüşlərdə komandir olduğunu, hazırda nüfuzlu hərbiçi tanışlarımın olduğunu və Elgünü işlədiyi N saylı hərbi hissəyə nüfuzlu tanışlarının vasitəsi ilə gizir düzəldə biləcəyinə köməklik edəcəyini vəd vermişdir. O, həmin vaxtı Elgünü gizirlik kursuna nüfuzlu tanışı hazırda vəfat etmiş Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olmuş X1 ilə göndərməyi düşünmüşdür. O, Elgünə onu gizir düzəltmək üçün müəyyən məbləğdə pul vəsaitinin lazım olacağını dedikdə Elgün ondan nə qədər pul vəsaiti lazım olacağını soruşmuşdur. O, Elgünə bu barədə danışıqlar apardıqdan sonra məlumat verə biləcəyini demiş və onlar arasında olan söhbət yekunlaşmışdır. O, Elgün və anası Zenfira ilə sağollaşaraq oradan uzalqaşmışdır. O, iki gün sonra "xxxx" proqramı vasitəsi hazrda vəfat etmiş Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olmuş X4 zəng edərək tanışı Zərərçəkmiş şəxs gizirlik kursuna göndərməsini ondan xahiş etmişdir. Həmin vaxtı X16 rayonunda olduğunu onunla görüşmək üçün Gəncə şəhərinə gələcəyini demişdir. Təxminən iki gün sonra o, X13 şəhəri, Gülüstan qəsəbəsi ərazisində yerləşən “Maral Göl” adlı restoranda görüşmüşdür. O, Tofiqə Elgün barəsində xeyli danışdıqdan sonra Elgünü gizirlik kursuna göndərməsini Tofiqdən xahiş etmişdir. Tofiq mobil telefonu vastisəi ilə kiməsə zəng edərək Elgün barəsində danışmağa başlamış və Elgünün gizirlik kursuna göndərilməsi üçün nə qədər pul vəsaitinin lazım olduğunu soruşduqda Tofiqlə danışan şəxsin 7000 (yeddi min) manat pul vəsaitinin lazım olduğunu deməsini eşitmişdir. O, Tofiqlə Elgünün gizirlik kursuna göndərilməsi barədə xeyli söhbət etdikdən sonra Tofiq ona 7000 (yeddi min) manat pul vəsaitinin lazım olduğunu demişdir. 10 may 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhərində olan zaman Zenfira ona zəng edərək oğlu Elgünün işi ilə bağlı yaşadığı evə gəlməyini istəmişdir. O, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində həmkəndlisi taksi sürücüsü Şahinin idarə etdiyi “Meqa” markalı minik avtomobili ilə Daşkəsən şəhərində yerləşən Zenfiranın yaşadığı evə gəlmişdir. Həmin gün saat 15 radələrində o, Şahin ilə birlikdə Zenfiranın yaşadığı mənzilə daxil olmuşdur. Onlar Zenfiranın mənzilində nahar etdikdən sonra Zenfira və Elgün onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı o, mobil telefonunun "xxxx" proqramı vasitəsi hazırda vəfat etmiş Tofiq Orucova zəng edərək Elgünün barəsində danışmış və Tofiqdən Elgünü gizirlik kursuna göndərməyi üçün nə qədər pul vəsaitinin lazım olduğunu bir daha soruşmuşdur. Tofiq ona bir daha 7000 (yeddi min) pul vəsaitinin lazım olduğunu dedikdə o, telefon zəngini sonlandıraraq Elgünə gizir düzəlməyi üçün 7000 (yeddi min) manat pul vəsaitinin lazım olduğunu demişdir. O, Elgünə danışdığı şəxsin çox nüfuzlu şəxs olduğunu və həmin şəxsin vasitəsi ilə onu gizirlik kursuna göndərəcəyini, daha sonra gizir rütbəsi ilə N saylı hərbi hissədə işə başlayacağını demişdir. Həmin vaxtı onların yanında Zenfira və taksi sürücüsü Şahin olmuşdur. Elgün ona 5000 (beş min) manat pul vəsaitini indi verəcəyini, qalıq 2000 (iki min) manat pul vəsaitini isə gizirlik kursundan qayıdıb işə başlayacağı zaman verəcəyini demişdir. Bu zaman o, Elgünlə razılaşmış və Elgünə narahat olmamağını, tanıdığım nüfuzlu şəxslərin vasitəsi ilə onu gizirlik kursuna göndərəcəyini və gizir rütbəsi ilə N saylı hərbi hissədə işə başlayacağına bir daha söz vermişdir. Bundan sonra Elgün anasına 5000 (beş min) manat pul vəsaitini gətirməsini tapşırmışdır. Zenfira bir ədəd zərf gətirib Elgünə verdikdə Elgün zərfi onun qarşısına qoymuş və ondan zərfin içərisində olan pul vəsaitlərini saymağını tələb etmişdir. Bu zaman Şahin zərfi masanın üzərindən götürüb içərisində olan pul vəsaitlərini saymış və 5000 (beş min) manat pul vəsaitinin tam olduğunu demişdir. Şahin 5000 (beş min) manat pul vəsaitinin olduğu zərfi onun qarşısına qoymuşdur. O, 5000 (beş min) manat pul vəsaitinin olduğu zərfi götürüb saydıqdan sonra Elgünə və anası Zenfiraya bir daha narahat olmamaqlarını, nüfuzlu tanışlarının vasitəsi ilə Elgünün işinin həll olunacağını demişdir. Bundan sonra o, 5000 (beş min) manat pul vəsaitinin olduğu zərfi götürüb Elgün və Şahin ilə birlikdə mənzildən bayıra çıxmışdır. O, Şahinin idarə etdiyi “Meqan” markalı minik avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O, həmin gün Daşkəsən şəhəri ərazisində tanışları ilə görüşüb bir qədər onlarla hal-əhval tutduqdan sonra Gəncə şəhərinə tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomobillə getmişdir. O, "xxxx" proqramı vasitəsi ilə hazırda vəfat etmiş Tofiq Orucova zəng edərək Elgünün gizirlik kusuna göndərilməsi ilə bağlı Elgünün 5000 (beş min) manat pul vəsaiti verdiyini, qalan 2000 (iki min) manat pul vəsaitini isə gizirlik kursuna gedən zaman verəcəyini demişdir. Telefon danışığı zamanı Tofiq ona 7000 (yeddi min) manat pul vəsaitini tam şəkildə ona verəcəyi zaman Elgünü gizirlik kursuna göndərtdirə biləcəyini söyləmişdir. Həmin gündən o, Zenfira və Elgünlə "xxxx" proqramı vasitəsi ilə danışmağa başlamışdır. O, 2023-cü ilin iyun ayının sonlarında Zenfiranın "xxxx" proqramı özünə məxsus Kapital Bank ASC-dən aldığı **********777693 saylı kart hesabının üz görüntüsünü çəkib atmış və Zenfiradan qalan 2000 (iki min) manat pul vəsaitini karta göndərməsini istəmişdir. xx.xx.2023-cü il tarixdə onun kart hesabına 2000 ( iki min) manat pul vəsaiti köçmüşdür. Həmin gün Elgün ona zəng edərək iki min manat pul vəsaitini kart hesabına köçürdüyünü dedikdə o, Elgünə bir daha narahat olmamasını qısa zamanda onu gizirlik kursuna göndərtdirəcəyinə söz vermişdir. O, Elgünə 2023-cü ilin iyul ayı ərzində gizirlik kursuna başlayacağına söz vermişdir. O, vəfat etmiş Tofiqə zəng edərək Elgündən 7000 (yeddi min) pul vəsaitini götürdüyünü dedikdə Tofiq ona Elgünü gizirlik kursuna göndərtdirəcəyi şəxsin 8000 (səkkiz min) manat pul vəsaiti istədiyini demişdir. Bu zaman o, Tofiqlə razılaşmış və 1000 (min) manat pul vəsaitini özü düzəldib verməyi qərara almışdır. O, özünə məxsus 1000 (min) manat pul vəsaitini Elgünün gizirlik kursu ilə bağlı Tofiqə verəcəyi zaman gələcəkdə başqa adla 1000 (min) manat Elgünün anası Zenfiradan alacağımı planlaşdırmışdır. 2023-cü ilin təxminən iyul ayının əvəllərində o, vəfat etmiş Tofiqlə Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində yerləşən “Maral göl” adlı restoranda görüşmüşdür. Hər ikisi restoranın kabinetlərinin birində oturub nahar etmiş və o, 8000 (səkkiz min) manat pul vəsaitini Tofiqə vermişdir. Həmin vaxtı Tofiqlə o, tək görüşmüş və onların yanında heç kim olmamışdır. Tofiq ondan 8000 (səkkiz min) pul vəsaitini götürdükdən sonra tezliklə Elgünü gizirlik kursuna göndərtdirəcəyinə dair söz vermişdir. Tofiq ondan götürdüyü 8000 (səkkiz min) pul vəsaitindən ona heç nə verməmişdir. O, Elgündən aldığı 8000 (səkkiz min) pul vəsaitinin hamısını hazırda vəfat etmiş Tofiqə vermişdir. Onun Elgünü gizirlik kursuna göndərətməyə çalışdığına görə heç bir təmmana güdməmiş və Tofiqə verdiyi 8000 (səkkiz min) pul vəsaitindən Tofiq ona heç nə verməmişdir. Sadəcə o, Elgünün anası Zenfiraya yaxşılıq etmək üçün bu məsələ ilə məşğul olmuşdur. O, 1000 manat pul vəsaitini Tofiqə öz cibindən verdiyi üçün Elgünün anası Zenfiradan istəməyə utanmış və Zenfiraya yalandan oğlu X11 müharibəsi zamanı aldığı güllə yarasına görə sığorta pulu düzəldə biləcəyini demişdir. O, Zenfiraya Elgünün sığorta pulunun düzəlməsi üçün 1000 (bir min) manat pul vəsaitinin lazım olduğunu demişdi. Zenfiraya yalandan sığorta pulunu nüfuzlu tanışları vasitəsi ilə qısa zamanda min manat pul vəsaiti veriləcəyi zaman düzəldə biləcəyini dedikdə Zenfira onunla razılaşmışdır. Zenfira xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat pul vəsaitini ona məxsus **********777693 saylı plastik kart hesabına köçürdükdən sonra ona zəng etmişdir. Telefon danışığı zamanı o, qısa zamanda Elgünün sığorta pulunu düzəltdirəcəyinə dair söz vermişdir. Elgün və anası Zenfira ona zəng edərək gizirlik kursunun nə yerdə qaldığını soruşduqda o, Elgünə gecikmələr olduğunu, 2023-cü ilin avqust ayı ərzində onun gizirlik kursuna başlayacağına söz vermişdir. 2023-cü ilin avqust ayının sonlarında Zenfira eləcədə Elgün onunla mobil telefon vasitəsi ilə danışıb ondan gizirlik kursunun nə üçün bu qədər gecikdiyini soruşduqda o, onlara narahat olmamalarını, sənədlərinin hazırlandığını, qısa zamanda gizirlik kursuna başlayacağını demişdir. 2023-cü ilin dekabr ayının 1-də Tofiq Orucov ürək tutması diaqnozu ilə anidən vəfat etmişdir. Həmin vaxtdan o, digər nüfuzlu tanışları vasitəsi ilə Elgünü gizirlik kursuna göndərtməyə çalışmışdır. Həmin vaxtı DTX-nin hərbi xidmət üzrə Göygöl rayonunun rəisi mayor Ələkbərov Mədət müəllimə zəng edərək baş verənlər barədə məlumat vermiş və Mədət müəllimdən ona köməklik göstərməsini xahiş etmişdir. Həmin ərəfələr Zenfira ona tez-tez zəng edərək oğlu Elgünün işinin nə yerdə qaldığını soruşduqda o, Mədət müəllimin onun vhatsapp proqramıma atdığı səsli mesajlarını Zenfiraya atmışdır. Mədət müəlimin ona atdığı səsli mesajları o, Zenfira xanımın vhatsappına atmışdır. O, Mədət müəllimə Elgünün işini düzəltməsi üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən ona məxsus 1 sot torpaq sahəsinin sənədlərini vermişdir. Mədət müəəlimə Elgünün işinin düzlətməsi üçün həmin torpaq sahəsini şifahi olaraq sözlə bağışlamışdır. Həmin torpaq sahəsinin sənədləri hazırda Mədət müəllimdədir. Lakin, bu günə kimi Elgünü gizirlik kursuna göndərtdirə bilməmişdir. O, Elgündən aldığı 8000 (səkkiz min) manat pul vəsaitini vəfat etmiş Tofiq Orucova vermiş, həmin pul vəsaitindən heç bir qazanc güdməmiş və Tofiq həmin pul vəsaitindən ona heç nə verməmişdir. O, sadəcə olaraq Elgünə və anası Zenfiraya təmənnasız olaraq köməklik etmək üçün bu məsələyə qarışmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mehmanı tanıyır. 2023-cü ilin may ayında Mehmanla anası Zenfira xanım Gəncə şəhərindən Daşkəsən şəhərinə gələn zaman avtomobildə bir-birini tanımışlar. Mehman onun anasına özünü “Rembo” ləqəbi ilə milli qəhrəman kimi tanıtmışdır. Mehman onu hərbiyə gizir kimi xidmətə düzəldəcəyini bildirmişdir. Bu məqsədlə onlardan yeddi min manat pul almışdır. Min manat pul vəsaitini isə sığorta pulunu almaq üçün vermişdir. Həmin pul vəsaitindən beş min manatı nağd şəkildə evlərində verilmişdir. Qalan pul vəsaitinində iki min manatı bir, min manatda bir dəfə olmaqla Mehmanın adına olan kart hesabına göndərilmişdir. Təqsirləndirilən şəxs cəmi olaraq 8.000 (səkkiz min manat) pul verilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq dəymiş ziyandan min beş yüz manat, bundan əvvəlki iclasdan sonra isə altı yüz manat olmaqla cəmi iki min yüz manat hissəsini ödəmişdir. Qalan hissəsinin isə ödənilməsi barədə razılığa gəlmişlər. Ziyanının bir qismini ödədiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onun azadlıqdan məhrum olunmasını istəmir. Bundan başqa Zərərçəkmiş şəxs 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın min beş yüz manat və altı yüz mantda olmaqla cəmi iki min yüz manat hissəsini verdiyini bildirmişdir. Maddi ziyanının bir qismi ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri vəzifəsində xidmət edir. O, İkinci Qarabağ müharibəsində iştirak edərək Kəlbəcərin azad olunmasın üçün aparılan döyüşlərdə sol qol nahiyəsindən güllə yarası almış və Kəlbəcərin azad olunması uğurunda gedən döyüşlərdə iştirak etdiyi üçün medal ilə təltif olunmuşdur. Hazırda o, müharibə veteranı satusunu daşıyır. 2023-cü ilin may ayının əvəllərində xidmətdə olduğum zaman anası Zenfira istifadə etdiyi mobil nömrəyə zəng edərək Gəncə şəhərindən Daşkəsən şəhərinə taksi ilə gələn zaman taksidə əyləşmiş sonradan tanıdığı Daşkəsən şəhəri, Alunitdağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə gəldiyini, həmin vaxtı Mehmanın özünü Birinci Qarabağ müharibəsi iştirakçısı kimi təqdim edərək, gedən döyüşlər zamanı “rembo” ləqəbi aldığını, həmin döyüşlərdə komandir olduğunu və çox nüfuzlu hərbiçi tanışlarının vasitəsi ilə onu işlədiyi N saylı hərbi hissəyə gizir düzəldə biləcəyini vəd verdiyini söyləmişdir. Telefon danışığı zamanı o, anasına xidmətdən çıxıb evə gələcəyi zaman Mehmanıda yaşadığı evə dəvət etməsini tapşırmışdır. 2023-cü ilin may ayının əvəllərində işlədiyi hərbi hissədən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin gün axşam saatlarında anası Mehmanın istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrindən birinə zəng edərək onu yaşadıqları evə dəvət etmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs Daşkəsən şəhər sakini kimi tanıdığı taksi fəaliyyəti ilə məşğul olan sarı rəngli “Vaz 21011” markalı minik avtomobili idarə edən Natiq adlı şəxslə yaşadığı mənzilə gəlmişdir. Onlar yaşadığı mənzildə masa arxasında oturub söhbət edən zaman Təqsirləndirilən şəxs ondan işlədiyi hərbi hissədə hansı vəzifəyə düzəlmək istədiyini soruşduqda o, vakant olan yerlərdən birinə gizir rütbəsi ilə işə başlamaq istədiyini demişdir. Təqsirləndirilən şəxs bir daha özünü ona birinci Qarabağ müharibəsi iştirakçısı kimi təqdim edərək, gedən döyüşlər zamanı “rembo” ləqəbi aldığını, həmin döyüşlərdə komandir olduğunu, çox nüfuzlu hərbiçi tanışlarının olduğunu və onu işlədiyi N saylı hərbi hissəyə nüfuzlu tanışlarının vasitəsi ilə gizir düzəldə biləcəyini vəd vermişdir. Mehman onu gizir düəzltmək üçün müəyyən məbləğdə pul vəsaitinin lazım olacağını bildirdikdə o, Mehmandan nə qədər pul vəsaiti lazım olacağını soruşmuşdur. Bu zaman Mehman ona bu barədə danışıqlar apardıqdan sonra məlumat verə biləcəyini demişdir. 10 may 2023-cü il tarixdə işlədiyi hərbi hissədən çıxaraq yaşadığı evə gəlmişdir. O, evdə olan zaman Təqsirləndirilən şəxs onu gizirlik kursuna göndərməsi üçün ona müəyyən qədər pul vəsaitinin lazım olduğunu deməsini düşünərək Kapital Bank ASC-yə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə onlayn qaydada 8000 (səkkiz min) manat pul vəsaiti kredit götürmüşdür. O, anası Zenfiradan Mehmana zəng edərək onu yaşadığı evə dəvət etməsini istəmişdir. Zenfira Mehman ilə mobil telefon vasitəsilə danışdıqdan sonra həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Daşkəsən şəhər sakini kimi tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Şahin adlı şəxslə yaşadığı mənzilə gəlmişdir. Onlar yaşadığı mənzildə nahar etdikdən sonra anası və o, Mehamanla söhbət etməyə başlamışdır. Söhbət zamanı Mehman mobil telefonu vasitəsi ilə kiməsə zəng edərək onun haqqında məlumat vermiş və onu işlədiyi N saylı hərbi hissəyə gizir düzəltmək üçün nə qədər pul vəsaitinin lazım olduğunu soruşmuşdur. Mehman mobil telefon vasitəsi ilə adını bilmədiyi hər hansı şəxslə danışdıqdan sonra ona gizir düzəlməyi üçün 7000 (yeddi min) manat pul vəsaitinin lazım olduğunu demişdir. Mehman ona danışdığı şəxsin çox nüfuzlu şəxs olduğunu və həmin şəxsin vasitəsi ilə onu gizirlik kursuna göndərəcəyini, daha sonra gizir rütbəsi ilə N saylı hərbi hissədə işə başlayacağını demişdir. Həmin vaxtı onların yanında anası Zenfira və taksi sürücüsü Şahin olmuşdur. O, Mehmanla söhbət edən zaman Mehmana 5000 (beş min) manat pul vəsaitini indi verəcəyini, qalıq 2000 (iki min) manat pul vəsaitini isə gizirlik kursundan qayıdıb işə başlayacağı zaman verəcəyini dedikdə Mehman onunla razılaşmış və ona narahat olmamağını, tanıdığı nüfuzlu şəxslərin vasitəsi ilə onu gizirlik kursuna göndərəcəyini və gizir rütbəsi ilə N saylı hərbi hissədə işə başlayacağına dair bir daha söz vermişdir. Bundan sonra o, anası Zenfiraya ona məxsus 5000 (beş min) manat pul vəsaitini gətirməsini tapşırmışdır. Anası ona məxsus 5000 (beş min) manat pul vəsaitini zərfin içərisində gətirib ona verdikdə o, həmin pul vəsaitinin olduğu zərfi Mehmanın qarşısına qoymuş və Mehmandan saymasını tələb etmişdir. Bu zaman Şahin zərfi masanın üzərindən götürüb içərisində olan pul vəsaitlərini saymış və 5000 (beş min) manat pul vəsaitinin tam olduğunu demişdir. Şahin 5000 (beş min) manat pul vəsaitinin olduğu zərfi Mehmanın qarşısına qoymuşdur. Mehamn 5000 (beş min) manat pul vəsaitinin olduğu zərfi ilk öncə götürüb ona və anası Zenfiraya bir daha narahat olmamaqlarını, vəzifəli, nüfuzlu tanışlarının vasitəsi ilə onun işinin həll olunacağını demişdir. Söhbət əsnasından Mehaman bəzi işlərinin olduğunu deyərək 5000 (beş min) manat pul vəsaitinin olduğu zərfi təkrar masanın üzərinə qoymuş və qısa zamanda gəlib götürəcəyini demişdir. Bundan sonra o, Mehman və Şahin yaşadığı mənzildən bayıra çıxmışdır. Mehaman Şahinin idarə etdiyi “Meqan” markalı minik avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Mehmanın getməyindən təxminən 10 dəqiqə sonra o, işlədiyi hərbi hissəyə geri qayıtmışdır. Həmin gün anası ona zəng edərək 5000 (beş min) manat pul vəsaitini yaşadığı evdə Mehmana əlbəəl verdiyini demişdir. Həmin gündən Zenfira Mehman ilə mobil telefon və "xxxx" proqramı vasitəsi ilə danışmağa başlamışdır. Həmçinin, o da Mehmanla işi ilə bağlı "xxxx" proqramı vasitəsi ilə danışmağa başlamışdır. Həmin ərəfələr Mehman anası ilə söhbət edən zaman anası Mehmana “onun ikinci Qarabağ müharibəsində iştirak edərək Kəlbəcər şəhərinin azad olunmasın üçün aparılan döyüşlərdə sol qol nahiyəsindən güllə yarası aldığını, lakin hələdə sığorta pulunu almadığını” dedikdə Mehman anasına “aldığı güllə yarasına görə sığorta pulu almaq üçün ona köməklik göstərəcəyini” demiş və anası bu barədə ona məlumat vermişdir. Mehman yaşadığı evə gələrək anasında müharibə zamanı sol qolundan aldığı güllə yarasını təsdiqləyən xəstəxana sənədlərinin ksero surətini götürmüşdür. xx.xx.2023-cü il tarixdə işlədiyi hərbi hissədən yaşadığı evə gəlmişdir. Evdə olan zaman anası Mehmanın "xxxx" proqramı vasitəsi ilə “Zərərçəkmiş şəxs işinin gecikdiyi, noldu konvert, qalıq haqq hesabını göndərməsini” əks etdirən səsli mesaj göndərdiyini demişdir. O, həmin səsli mesaj mətninə qulaq asdıqdan sonra Mehmanın anasının "xxxx" proqramına **********777693 saylı kart hesabının üz görüntüsünü atdığını gördüm. O, həmin gün saat 12:22 dəqiqədə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Bizim marketdəki” “Milliön elektron ödəmə sistemi” vasitəsi ilə 2000 (iki min) manat pul vəsaitini Mehman Babyevin göndərdiyi **********777693 saylı kart hesabına köçürmüş və köçürməni əks etdirən qəbzi götürüb özündə saxlamışdır. Mehman ona ilk əvvəl 2023-cü ilin iyul ayı ərzində onun gizirlik kursuna başlayacağına söz vermişdir. Daha sonra Mehman gecikmələr olduğunu, 2023-cü ilin avqust ayı ərzində onun gizirlik kursuna başlayacağına söz vermişdir. 2023-cü ilin avqust ayının sonlarında anası Zenfira eləcədə o, Mehman ilə mobil telefon vasitəsi ilə danışaraq Mehmandan gizirlik kursunun nə üçün bu qədər gecikdiyini soruşduqda Mehman müxtəlif bənalər gətirərək onlara narahat olmamaqlarını, sənədlərinin hazırlandığını, qısa zamanda gizirlik kursuna başlayacağını demişdir. 2023-cü ilin avqust ayının sonlarında anası Zenmfira Mehman ilə danışan zaman Mehmandan nə gizirlik kursunun nədə ki, onun sığorta pulunun hələdə düzləmədiyini dedikdə Mehaman anasına sığorta pulunun düzəlməsi üçün 1000 (bir min) manat pul vəsaitinin istənildiyini demişdir. Mehman sığorta pulunu nüfuzlu tanışları vasitəsi ilə qısa zamanda min manat pul vəsaiti veriləcəyi zaman düzəldəcəyi barədə anasına söz vermişdir. 2023-cü ilin avqust ayının sonlarında anası Zenfira ona zəng edərək Mehmanın nüfuzlu tanışlarının köməkliyi ilə alıdığı güllə yarası ilə bağlı sığorta pulunu düzəldəcəyini, bunun müqabilində min manat pul vəsaitinin lazım olduğunu deməsini oan söyləmişdir. Telefon danışığı zamanı o, anasına ona məxsus evdə olan min manat pul vəsaitini Mehmana məxsus kart hesabına köçürməsini tapşırmışdır. Anası Zenfira xx.xx.2023-cü il tarixdə səhər saatlarında ünvan 2 ünvanında yerləşən “e Manat” elektron ödəmə terminalı vasitəsi ilə ona məxsus 1000 (bir min) manat pul vəsaitini Mehmana məxsus **********777693 saylı plastik kart hesabına köçürdükdən sonra əldə etdiyi qəbzi özündə saxlamışdır. 2023-cü ilin sentyabr ayından bu günə kimi anası və o, Mehman ilə dəfələrlə mobil telefon vasitəsi ilə danışıb Mehmandan onun gizirlik kursunun və güllə yarasına görə alacağı sığorta pulunun nə üçün gecikdiyini soruşduqda Mehman onlara müxtəlif bəhanələr gətirərək qısa zamanda hər iki məsələni həll edəcəyini demişdir. Lakin, bu günə kimi Mehaman onu nə gizirlik kursuna göndərmiş nədə ki, güllə yarsı aldığına görə sığorta pulunu almamışdır. O və anası Mehmandan ona verdiyi ümumilikdə 8000 (səkkiz min) manat pul vəsaitini geri qaytarmasını tələb etdikdə Mehman işlərini qısa zamanda düzəldəcəyini vəd verərək bir daha onları aldatmışdır. Mehmanın onu aldatdığını görmüş və Mehmandan ona verdiyi ümumilikdə 8000 (səkkiz min) manat pul vəsaitini geri qaytarmasını tələb etmişdir. Lakin, Mehman bu vaxta kimi müxtəlif bəhanələr gətirərək onun pul vəsaitini geri qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq bildirmişdir ki, 2023-cü ilin may ayında Mehmanla Gəncə şəhərindən Daşkəsən şəhərinə gələn zaman avtomobildə bir-birini tanımışlar. Mehman özünü “Rembo” ləqəbi ilə milli qəhrəman kimi tanıtmışdır. Mehman onun oğlu Elgünü hərbiyə gizir kimi xidmətə düzəldəcəyini bildirmişdir. Bu məqsədlə onlardan yeddi min manat pul almışdır. Min manat pul vəsaitini isə sığorta pulunu almaq üçün almışdır. Həmin pul vəsaitindən beş min manatı nağd şəkildə evlərində verilmişdir. Qalan pul vəsaitinində iki min manatı bir, min manatda bir dəfə olmaqla Mehmanın adına olan kart hesabına göndərilmişdir. Təqsirləndirilən şəxs cəmi olaraq 8.000 (səkkiz min manat) pul verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. Mehman adlı şəxs 2023-cü ilin may ayında ona yaxınlaşaraq avtomobili ilə onu Səməd Vurğun küçəsində yerləşən bina 8-in qarşısına aparmağını istəmişdir. O, da Mehmanı həmin binanın qarşısına gətirmişdir. O, Mehmanla birlikdə Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olduqda mənzildə Elgünün anası Şahid1 da olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs, Elgün və Şahid1 arasında hərbi hissələrin birinə gizir rütbəsi ilə işə başlamaq barədə söhbətlər olmuşdur. Bu işlə bağlı başqa bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünü dolandırmaq üçün özünə məxsus açıq sarı rəngli “Vaz 2113” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olmaqla Daşkəsən şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Daşkəsən rayon sakini kimi tanıyır, onunla arasında heç bir ədavət, düşmənçilik münasibəti yoxdur. Zərərçəkmiş şəxs və Elgünün anası Şahid1 Daşkəsən şəhər sakinləri kimi tanıyır, onlarla münasibəti normaldır. 2023-cü ilin may ayının təxminən əvəllərində o, idarə etdiyi minik avtomobillə Daşkəsən şəhərində yerləşən “Araz Supermarket”-in qarşısında dayanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs onun yanına gələrək onu Daşkəsən şəhəri, Səməd Vurğun küçəsində yerləşən bina 8-in qarşısına aparmağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs minik avtomobili ilə Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, bina 8-in qarşısına düşürdükdə Mehman onu orada gözləməyini tapşırmışdır. Mehman binaya daxil olduqdan təxminən 5 dəqiqə sonra yanına gəlmiş və Mehman mənzilinə daxil olduğu şəxsin evinə onu israrla dəvət etmişdir. O, Mehmanla birlikdə binaın ikinci mərtəbəsinə qalxmışdır. Mehman qapını döydükdə qapını Zərərçəkmiş şəxs açdığını görmüşdür. Mehman və o, Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olduqda mənzildə Elgünün anası Şahid1 da olduğunu görmüşdür. Onlar qonaq otağında yerləşən masanın araxsında əyləşmişlər. Elgünün anası Zenfira onlara çay vermişdir. Daha sonra X9 işlədiyi hərbi hissədə hansı vəzifəyə düzəlmək istədiyini soruşduqda Elgün vakant olan yerlərdən birinə gizir rütbəsi ilə işə başlamaq istədiyini demişdir. Təqsirləndirilən şəxs özünü birinci Qarabağ müharibəsi iştirakçısı kimi təqdim edərək, gedən döyüşlər zamanı “rembo” ləqəbi aldığını, həmin döyüşlərdə komandir olduğunu, çox nüfuzlu hərbiçi tanışlarının olduğunu və Elgünü işlədiyi N saylı hərbi hissəyə nüfuzlu tanışlarının vasitəsi ilə gizir düzəldə biləcəyini vəd vermişdir. Mehman ilə Elgün və anası Zenfira bu mövzudə söhbətlər edən zaman o, Mehmana onu bayırda gözləyəcəyini deyərək mənzildən çıxıb avtomobilinin yanına getmişdir. Təxminən 25 dəqiqə sonra Mehman Elgünün yaşadığı mənzildən çıxıb avtomobilinə doğru gəlmişdir. Mehman avtomobilinin ön sərnişin oturacağında əyləşmiş və onu Daşkəsən şəhəri Heydər Əliyev prospektində yerləşən X17 Əliyevin abidəsinin yaxınlığında düşürməyini tapşırmışdır. O, Mehmanı həmin yerdə düşürdüb “Araz Supermarket”-in qarşısına getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı və Elgünü rayon adamı kimi tanıyır. Taksi sürücüsü kimi fəaliyyət göstərir. Təxminən 2023-cü ilin may ayının əvvəllərində Gəncə şəhərində Mehman ona yaxınlaşaraq onu Daşkəsən rayonuna aparmağını xahiş etmişdir. Həmin vaxt maşına bir nəfər də əyləşmişdir. Taksi pulunun altı manatını Mehman, qalan altı manatın da xanım vermişdir. O, da on iki manat aldıqdan sonra onları gətirib məktəbin yanında evin qarşısında düşürmüşdür. Qonaq kimi onu evə dəvət etmişlər. O, Elgünün yaşadığı evdə oturmamış, Mehmanla danışdıqdan sonra Elgünün mənzilindən çıxmışdır. Sonra Mehmanı evin qarşısında on dəqiqə gözləmiş, lakin Mehman gəlmədiyi üçün oradan çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünü dolandırmaq üçün özünə məxsus göy rəngli “Reno Megan 2” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olmaqla Daşkəsən şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla uzaqdan qohumluq münasibəti var. Mehman ara-sıra onun idarə etdiyi minik avtomobili ilə Gəncə şəhərindən Daşkəsən şəhərinə gəlmişdir. Zərərçəkmiş şəxs və Elgünün anası Şahid1 Daşkəsən şəhər sakinləri kimi tanıyır, onlarla münasibəti normaldır. 2023-cü ilin may ayının təxminən əvəllərində saat 12 radələrində o, idarə etdiyi minik avtomobillə Gəncə şəhəri, Yeni Gəncə massivində yerləşən “Əminə” marketin qarşısında dayanıb Daşkəsən şəhərinə getmək üçün sərnişin gözləmişdir. O, bir nəfər sərnişin tapdıqdan sonra Təqsirləndirilən şəxs ora gəlmişdir. Mehman ona yaxınlaşaraq onu Daşkəsən şəhərinə aparmağını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hazırda xatırlamadığı bir nəfər sərnişin onun idarə etdiyi minik avtomobillə Daşkəsən şəhəri istiqamətində hərəkətə başlamışdır. O, idarə etdiyi minik avtomobillə Daşkəsən şəhərinə çatdıqda sərnişini “taksilərin dayanacağı”adlanan yerdə düşürmüşdür. Mehman isə onu Daşkəsən şəhəri ərazisində yerləşən İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin yaxınlığına düşürməyini xahiş etmişdir. O, idarə etdiyi minik avtomobillə Mehmanı Nəsimi adına 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən Səməd Vurğun küçəsində yerləşən 8 saylı binanın qarşısında düşürdükdə Mehman onu orada gözləməyini tapşırmışdır. Mehman binaya daxil olduqdan təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs yanına gəlmiş və onu yaşadığı evə dəvət etmişdir. O, Elgünə onunla birlikdə yaşadığı evə getmək istəmədiyini dedikdə Elgün Təqsirləndirilən şəxs onun yaşadığı evdə olduğunu söyləmiş və onu israrala evinə dəvət etmişdir. O, Elgünlə birlikdə binanın ikinci mərtəbəsinə qalxmışdır. O, Elgünün yaşadığı evə daxil olmuşdur. O, evin dəhlizinə daxil olub qonaq otağında əyləşən Mehmana “işlərinin olduğunu, çıxıb getmək istədiyini” demişdir. Mehman isə ondan 5-10 dəqiqə ərzində onu gözləməyini xahiş etmişdir. Daha sonra o, Elgünün mənzilindən çıxıb idarə etdiyi minik avtomobilimin yanına getmişdir. Təxminən 5 dəqiqə Mehmanı gözləmiş və Mehmanın gəlmədiyini görüb idarə etdiyi minik avtomobillə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “taksilərin dayanacağı” adlanan yerə gəlmişdir. O, sərnişin toplayaraq həmin gün Gəncə şəhərinə qayıtmışdır. O, həmin gün Təqsirləndirilən şəxs bir daha görməmişdir. O, Elgünün yaşadığı evdə oturmamış, Mehmanla danışdıqdan sonra Elgünün mənzilindən çıxmışdır. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, gizirlik kursuna göndərilməsi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında, mənizlin qonaq otağında 5000 (beş min) manat pul vəsaitini Təqsirləndirilən şəxs əlbəəl verdiyi yer hadisə yeridir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülmədi. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, gizirlik kursuna göndərilməsi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus kart hesabına “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə köçürmüş və həmin ödəmə terminalı Daşkəsən şəhəri, Heydər Əliyev prospektində “Bizim market” adlı mağazada yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülmədi. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 2-ci Qarabağ müharibəsi zamanı sol qolundan aldığı güllə yarası ilə bağlı “Yaşad fondundan” sığorta pulu alması üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus kart hesabına “eManat” elektron ödəmə sistemi vasitəsi ilə köçürtdürmüş və həmin ödəmə terminalı ünvan 1 ünvanında yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülmədi. İşdə olan könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, iş üzrə Şahid1 oğlu Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək ümumilikdə 8000 (səkkiz min) manat pul vəsaitini ələ keçirən Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına oğlu Elgünun 27 iyun 2023-cü il tarixdə saat 12:22 dəqiqədə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bizim” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 2000 (iki min) manat pul vəsaitinin köçürüldüyünü əks etdirən 01 ədəd qəbzin ksero surətini, xx.xx.2023-cü il tarixdə saat 09:06 dəqiqədə ünvan 1 ünvanında yerləşən “eMannat” elektron ödəmə sistemi vasitəsi ilə özünün oğlu Elgünün göstərişi ilə Elgünə məxsus 1000 (min) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan Kapital Bank” ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına köçürüldüyünü əks etdirən 01 ədəd qəbzin ksero surətini, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabının arxa görüntüsünün əks olunduğu foto şəkili və Təqsirləndirilən şəxs "xxxx" sosial proqramı vasitəsi ilə ona və oğlu Elgünə göndərdiyi özünə və tanımadığı şəxslərə məxsus səsli mesaj mətnlərinin köçürüldüyü 01 ədəd DVD diski könüllü olaraq istintaqa təqdim etdiyindən götürülmüşdür. İşdə olan Şahid1 təqdim etdiyi 1 ədəd DVD diskə baxış keçirilən zamanı həmin DVD disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı diskin içərisində AUD-20240218-WA0001, AUD-20240218-WA0002, AUD-20240218-WA0003, AUD-20240218-WA0004, AUD-20240218-WA0005, AUD-20240218-WA0006, AUD- 20240218-WA0007, AUD-20240218-WA0008, AUD-20240218-WA0009, AUD-20240218- WA0010, AUD-20240218-WA0011, AUD-20240218-WA0012, AUD-20240218-WA0013, AUD-20240218-WA0014, AUD-20240218-WA0015, AUD-20240218-WA0016, AUD- 20240218-WA0017, AUD-20240218-WA0018, AUD-20240218-WA0019, AUD-20240218- WA0020, AUD-20240218-WA0021 nömrəli 21 ədəd səsli mesajlar vardır. Baxış zamanı AUD-20240218-WA0001 adlı 1-ci səs yazının 1 dəqiqə 53 saniyə, AUD-20240218- WA0002 adlı 2-ci səs yazının 30 saniyə, AUD-20240218-WA0003 adlı 3-cü səs yazının 8 saniyə, AUD-20240218-WA0004 adlı 4-cü səs yazının 33 saniyə, AUD-20240218- WA0005 adlı 5-ci səs yazının 26 saniyə, AUD-20240218-WA0006 adlı 6-cı səs yazının 53 saniyə, AUD-20240218-WA0007 adlı 7-ci səs yazının 32 saniyə, AUD-20240218-WA0008 adlı 8-ci səs yazının 24 saniyə, AUD-20240218-WA0009 adlı 9-cu səs yazının 18 saniyə, AUD-20240218-WA0010 adlı 10-cu səs yazının 20 saniyə, AUD-20240218-WA0011 adlı 11-ci səs yazının 13 saniyə, AUD-20240218-WA0012 adlı 12-ci səs yazının 24 saniyə, AUD-20240218-WA0013 adlı 13-cü səs yazının 14 saniyə, AUD-20240218-WA0014 adlı 14-cü səs yazının 34 saniyə, AUD-20240218-WA0015 adlı 15-ci səs yazının 10 saniyə, AUD-20240218-WA0016 adlı 16-cı səs yazının 1 dəqiqə, AUD-20240218-WA0017 adlı 17-ci səs yazının 26 saniyə, AUD-20240218-WA0018 adlı 18-ci səs yazının 1 dəqiqə 10 saniyə, AUD-20240218-WA0019 adlı 19-cu səs yazının 27 saniyə, AUD-20240218- WA0020 adlı 20-ci səs yazının 11 saniyə, AUD-20240218-WA0021 adlı 21-ci səs yazının 8 saniyə davam etdiyi görünür. 21 ədəd səs yazıları dinlənildi və həmin səsə yazıların 13 ədədi eyni şəxsə, 5 ədədi başqa şəxsə, 3 ədədi isə ayrı-ayrı başqa-başqa şəxslərə məxsusdur. Səs yazıları iş üzrə Şahid1 iştirkı ilə dinlənildikdə Zenfira 13 ədəd səs yazının Təqsirləndirilən şəxs məxsus olduğunu. 5 ədəd səs yazının Təqsirləndirilən şəxs "xxxx" sosial proqramı vasitəsi ona atdıqda həmin 5 ədəd səs yazıların DTX-nin hərbi xidmət üzrə Göygöl rayonunun rəisi mayor Mədət Ələkbərov məxsus olduğunu deməsini bildirdi. Yerdə qalan 3 ədəd səs yazını Təqsirləndirilən şəxs "xxxx" sosial proqramı vasitəsi ona atdıqda həmin 3 ədəd səs yazıların nüfuzlu şəxslərə məxsus olduğunu deməsini bildirdi. Dinlənilən 21 ədəd səs yazılarında Zərərçəkmiş şəxs gizirlik kursuna göndərilməsi ilə bağlı səslər öz əksini tapır. 1-ci səs yazıda “salam Zenfira müəllimə hər vaxtınız xeyir olsun mən bunu oxudum tam belə düzdü, onun hamısını düz deyir, əsas xəstəxanadan keçməkdi, birdə imtahan var orda normativlərə cavab verən imtahanlar varki onlardan keçirillər, problem yoxdur göndəriş kağızına ehtiyac yoxdur bunu birbaşa göndəririk kombrikə komandir briqada birbaşa özünü göndərir qospitala orada qaraciyər, ağciyər hamsından keçir orada da puldan ötrü gah qaraciyərdə ləkə düşür, gah ağciyərə, böyrəkdə daş var belə şeylər yazır, gah gözdən zəifləmə kimi şeylər yazır ona görə çətinlik ordadı və həmin çətinliyin qarşısını mən alıram, bir az onlara hörmət eliyirik öz adımdan, onu ordan keçirirəm vəssəlam gəlir bu birisi imtahanlardan normativlər, yəni çəkinmək idman, qaçış bunların hamısını keçiririk, istəsən komandir briqada ilə danışaram, görüşüb rahat söhbət etmək lazımdı, yəni keçirdək getsin gizirlik oxusun oranı qutaran kimi hansı bölgə lazımdı istəyər orada göndərilər bax belə çox saqolun diqqətinizə görə minnətdaram” 2-ci səs yazısında “əslində açıqlıq belədi də müəyyən yerlərə hörmət lazımdı olar olunmasa onsuzda mümkün deyil, əgər tam istiyirsinizsə bu şəraiti yaradaq mən sizə köməklik eliyim cammatdan 5 manat alırlarsa biz onu yarısı ilə keçirdim keçsin getsin bax belə oldu saqolun”, 3-cü səs yazısında “başa düşdüm Mehman əmi qoy həmin adamla görüşüm mən sənə cavab verirəm, o yoxdu tədbirdədi çıxsın danışacam”, 4-cü səs yazısında “qaqa set yoxdur burda həll eliyəcəm narahat olma Ələtdə bölmələrdən birinə verdirəcəm onu, qərərgahdı, rabitədi, moto atıcı Ələtdə bölmələr olur olardan birinə verdirəcəm narahat olma rahat işini gör, MTT-də bir dənə yer var e maxeni bilmirəm onun alətləri var ya yoxdu ona görə qalmışam, amma ələtdilərdən birinə verdirəcəm”, 5-ci səs yazısında “yox qadan alım sənin sənədlərini aparıb vermişəm ora, ola bilsin sənə zəng gəlsin nömrəni qoymuşam ora bu biri işində allah qoysa uje yekunlaşmaq üzrədi ad çəkmirəm orda qardaş”, 6-cı səs yazısında “salam müəllimə deməli ayın 28 oların dediyi vaxt bayrama düşdü ancaq dünən mənən danışdılar uzaqı ayın 5 kimi sorğu veriblər təzdən qospitala onlar özləri sənədləri götürəcək o sənədləri bular götürsün dedi ki, o poçt vasitəsi ilə daxil olmalıdı ki, biz onu alaq indi onlar göndərəcəklər poçt vasitəsi ilə 5-nə 6-sına, 1 həfdə ərzində çatır göndərillər ora olar götürür onun əsasında işlərini qurur inşallah yaxşı olacaq narahat olmuyun o biri işdə gedir arxayın olun” 7-ci səs yazısında “ salam necəsiz nəvar nə yox Mehman qardaşım Zərərçəkmiş şəxs 191 gizir oxumaq üçün noldu sənədlər, konverti zadı, onlarla əlaqə yarat yekunlaşdıraq bu msəsələni uzandı çox təcili mənə məlumat ver bayramda gəldü düşdü bir xəbər olmadı Zərərçəkmiş şəxs gizirlik oxumaq üçün”, 8-ci səs yazısında “Mehman müəllim bu adamı demişəm amma gələn həftə yox o biri həftə yadıma salın həll eliyəcəm, zəng vurub demişəm oranın da rəisinin əmri çıxmalıdı qoy rəislərinin əmri çıxsın rəsilərinə deyəcəm özü həll eləsin, elə mənlə bir yerdə oda əmr gözləyir” 9-cu səs yazıda “ora rəis gələn adam dostumuzdu, mənim yaxın dostumdu, qoy getsin çatsın ora təhvil-təslim eləsin, komandirə desin həll eləsin narahat olma, işçiyə demişəm orda bəlkədə o həll eliyibdi, ona o günləri sən deyəndə tapşırmışam” 10-cu səs yazıda “Zenfira müəllimə deməli orda yer dəyişmələr var komandirlər, o səslərə qulaq asarsız Elgünün işinə görə dedim ki, noldu gecikir ona görə atdım ki, qulaq sasız”, 11-ci səs yazıda “ qoy indi Elgünlə danışım bəlkə uje çünki işçiyə tapşırmışdım eləsin deyə bir Elgünlədə əlaqə saxlayım bəlkə göndəriş verib”, 12-ci səs yazıda “salam Mehman müəllim necəsiz indi bu dəyqə gizirlik kursu yoxdur axı, gərəy maxe kimi onun müddətini artıraq gizir kursu olan kimi demişəm onu gizirlik kursuna göndərsin, həmdə keçən dəfə dedim axı oranın rəisi getməlidi, oranın bir işçisi qalıb işçiyə deyərəm müqaviləni artırallar”, 13-cü səs yazıda “müqaviləsini dedim, özləri dedilər ki, artıracaqlar mənim özüm gedim mənlə bərabər oranın rəisidə gedəcəkdə sizə demişəm onada demişəm həll eliyəcək gizirlik məsələsini”, 14-cü səs yazıda “ay bacı narahat olam çox yüksək səviyədə həll olunacaq o danışanlarda elə -belə küçə uşaqları deyil, çox yüksək səviyyəli adamlardı, uje deyib müqaviləsini də artıracaqlar özləri də həmin yerə böyük vəzifəyə gəlirlər ikisidə hər şey yaxşı olacaqdı qaqaşımızda bunların yanında ən yaxşı yerdə olacaqdı” 15-ci səs yazıda “Mehman müəllim bu adam deyilib narahat olma hələ göndərmirlər siyahı hazırlanır kurs olacaq olamağına göndəriləcəkdi”, 16-cı səs yazıda “salam axşanımız xeyir bacı mən sizə dedim axı, rəisin özüdə dedi, ümumiyyətlə Qusar, Quba, Balakən hər yerdə nə qədər ordumuz var hamısını ora aparıblar ancaq bunun sənədini verib kursa göndərəcəkdi, ayın 12-nə kimi həyəcan siqnalı var bizdə oda ermənilər razılaşır dayandırılır hərşey, yəqin ki, 12-si qurtaran kimi qaqaş gedəcək kursun dalınca narahat olmuyun üstünüzə salıq mənimdə ürəyimdə problem var ürək xəstəxanasındayam Bakıda narahat olmuyun” 17-ci səs yazısında “qadan alım onun deməyinə baxma bu kursa gedəcək buların hamısı böyük komandanlıqda Ənvər Əfəndiyev birbaşa ona peçat vurur narahat olmuyun” 18-ci səs yazısında “salam qadan alım ata sənin 3 illik artırmanıda demişəm artırdılar oların hamsınnan elə şey olar hər dəyqə mənim məlumatım olmasın, indi bu birisinidə gizirliyidə dünən saat 4-5 arası görüşdük. Ora gedib hardasa yadımdan çıxıb 6-7 nəfər var orda gizirliyə gedən, odaki səndən qabağa 10-15 dəqiqə bundan qabaq danışdım, başaqalarıda var, istiyənlər göndərilib, allah qoysa sənin özünüdə aparıb orda tanış edəcəm gizirliyə get imtahanların onlarlıqdı tam arxayın ol”, 19-cu səs yazısında “yaxşı ol qadan alım özünnən muğayət ol ay bacoğlu sən ən birinci yadında saxla mənim bacım oğlusan bunuda unutma, həm elliyik, obalıyıq, vaxt kecikə bilər ancaq heç vaxt problem ola bilməz orda mənim barmağım var”, 20-ci səs yazısında “qadan alım ata səni özdəri çağıracaq”, 21-ci səs yazısında “ bax bunu rəis yazdı narahat olmuyun gedəcək elə bu dəyqə zəng elədi göstəriş verdi vallah” səslər öz əksini tapır. İşdə olan Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd DVD diskə iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 30 iyul 2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində AUD- 20240218-WA0001, AUD-20240218-WA0002, AUD-20240218-WA0003, AUD-20240218- WA0004, AUD-20240218-WA0005, AUD-20240218-WA0006, AUD-20240218-WA0007, AUD-20240218-WA0008, AUD-20240218-WA0009, AUD-20240218-WA0010, AUD- 20240218-WA0011, AUD-20240218-WA0012, AUD-20240218-WA0013, AUD-20240218- WA0014, AUD-20240218-WA0015, AUD-20240218-WA0016, AUD-20240218-WA0017, AUD-20240218-WA0018, AUD-20240218-WA0019, AUD-20240218-WA0020, AUD- 20240218-WA0021 nömrəli 21 ədəd səsli mesajlar vardır. Baxış zamanı AUD-20240218- WA0001 adlı 1-ci səs yazının 1 dəqiqə 53 saniyə, AUD-20240218-WA0002 adlı 2-ci səs yazının 30 saniyə, AUD-20240218-WA0003 adlı 3-cü səs yazının 8 saniyə, AUD- 20240218-WA0004 adlı 4-cü səs yazının 33 saniyə, AUD-20240218-WA0005 adlı 5-ci səs yazının 26 saniyə, AUD-20240218-WA0006 adlı 6-cı səs yazının 53 saniyə, AUD- 20240218-WA0007 adlı 7-ci səs yazının 32 saniyə, AUD-20240218-WA0008 adlı 8-ci səs yazının 24 saniyə, AUD-20240218-WA0009 adlı 9-cu səs yazının 18 saniyə, AUD- 20240218-WA0010 adlı 10-cu səs yazının 20 saniyə, AUD-20240218-WA0011 adlı 11-ci səs yazının 13 saniyə, AUD-20240218-WA0012 adlı 12-ci səs yazının 24 saniyə, AUD- 20240218-WA0013 adlı 13-cü səs yazının 14 saniyə, AUD-20240218-WA0014 adlı 14-cü səs yazının 34 saniyə, AUD-20240218-WA0015 adlı 15-ci səs yazının 10 saniyə, AUD- 20240218-WA0016 adlı 16-cı səs yazının 1 dəqiqə, AUD-20240218-WA0017 adlı 17-ci səs yazının 26 saniyə, AUD-20240218-WA0018 adlı 18-ci səs yazının 1 dəqiqə 10 saniyə, AUD-20240218-WA0019 adlı 19-cu səs yazının 27 saniyə, AUD-20240218-WA0020 adlı 20-ci səs yazının 11 saniyə, AUD-20240218-WA0021 adlı 21-ci səs yazının 8 saniyə davam etdiyi görünür. 21 ədəd səs yazıları dinlənildi və həmin səsə yazıların 13 ədədi eyni şəxsə, 5 ədədi başqa şəxsə, 3 ədədi isə ayrı-ayrı başqa-başqa şəxslərə məxsusdur. Səs yazıları iş üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirkı ilə dinlənildikdə Təqsirləndirilən şəxs 13 ədəd səs yazının özünə məxsus olduğunu. Dinlədiyi 5 ədəd səs yazıların isə DTX-nin hərbi xidmət üzrə Göygöl rayonunun rəisi mayor Mədət Ələkbərova məxsus olduğunu bildirdi. Yerdə qalan 3 ədəd səs yazının isə hazrda vəfat etmiş Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olmuş X3 tanımadığı işçilərinin səsinin olduğunu bildirdi. Tofiq Orucovun işçilərini tanımadığını göstərdi. Dinlənilən 21 ədəd səs yazılarında Zərərçəkmiş şəxs gizirlik kursuna göndərilməsi ilə bağlı səslər öz əksini tapır. 1-ci səs yazının özünə məxsus olduğunu, səs yazıda “salam Zenfira müəllimə hər vaxtınız xeyir olsun mən bunu oxudum tam belə düzdü, onun hamısını düz deyir, əsas xəstəxanadan keçməkdi, birdə imtahan var orda normativlərə cavab verən imtahanlar varki onlardan keçirillər, problem yoxdur göndəriş kağızına ehtiyac yoxdur bunu birbaşa göndəririk kombrikə komandir briqada birbaşa özünü göndərir qospitala orada qaraciyər, ağciyər hamsından keçir orada da puldan ötrü gah qaraciyərdə ləkə düşür, gah ağciyərə, böyrəkdə daş var belə şeylər yazır, gah gözdən zəifləmə kimi şeylər yazır ona görə çətinlik ordadı və həmin çətinliyin qarşısını mən alıram, bir az onlara hörmət eliyirik öz adımdan, onu ordan keçirirəm vəssəlam gəlir bu birisi imtahanlardan normativlər, yəni çəkinmək idman, qaçış bunların hamısını keçiririk, istəsən komandir briqada ilə danışaram, görüşüb rahat söhbət etmək lazımdı, yəni keçirdək getsin gizirlik oxusun oranı qutaran kimi hansı bölgə lazımdı istəyər orada göndərilər bax belə çox saqolun diqqətinizə görə minnətdaram” 2-ci səs yazısın özünə məxsus olduğunu, səsə yazıda “əslində açıqlıq belədi də müəyyən yerlərə hörmət lazımdı olar olunmasa onsuzda mümkün deyil, əgər tam istiyirsinizsə bu şəraiti yaradaq mən sizə köməklik eliyim cammatdan 5 manat alırlarsa biz onu yarısı ilə keçirdim keçsin getsin bax belə oldu saqolun”, 3-cü səs yazısının tanımadığı vəfat etmiş Tofiq Orucovun işçisinə məxsus olduğunu, səs yazıda “başa düşdüm Mehman əmi qoy həmin adamla görüşüm mən sənə cavab verirəm, o yoxdu tədbirdədi çıxsın danışacam”, 4-cü səs yazısının tanımadığı vəfat etmiş Tofiq Orucovun işçisinə məxsus olduğunu, səs yazıda “qaqa set yoxdur burda həll eliyəcəm narahat olma Ələtdə bölmələrdən birinə verdirəcəm onu, qərərgahdı, rabitədi, moto atıcı Ələtdə bölmələr olur olardan birinə verdirəcəm narahat olma rahat işini gör, MTT-də bir dənə yer var maxeni bilmirəm onun alətləri var ya yoxdu ona görə qalmışam, amma ələtdilərdən birinə verdirəcəm”, 5-ci səs yazısının özünə məxsus olduğunu, səs yazıda “yox qadan alım sənin sənədlərini aparıb vermişəm ora, ola bilsin sənə zəng gəlsin nömrəni qoymuşam ora bu biri işində allah qoysa uje yekunlaşmaq üzrədi ad çəkmirəm orda qardaş”, 6-cı səs yazısının özünə məxsus olduğunu, səsə yazıda “salam müəllimə deməli ayın 28 oların dediyi vaxt bayrama düşdü ancaq dünən mənən danışdılar uzaqı ayın 5 kimi sorğu veriblər təzdən qospitala onlar özləri sənədləri götürəcək o sənədləri bular götürsün dedi ki, o poçt vasitəsi ilə daxil olmalıdı ki, biz onu alaq indi onlar göndərəcəklər poçt vasitəsi ilə 5-nə 6-sına, 1 həfdə ərzində çatır göndərillər ora olar götürür onun əsasında işlərini qurur inşallah yaxşı olacaq narahat olmuyun o biri işdə gedir arxayın olun” 7-ci səs yazısının tanımadığı vəfat etmiş Tofiq Orucovun işçisinə məxsus olduğunu, səs yazıda “salam necəsiz nəvar nə yox Mehman qardaşım Zərərçəkmiş şəxs 191 gizir oxumaq üçün noldu sənədlər, konverti zadı, onlarla əlaqə yarat yekunlaşdıraq bu msəsələni uzandı çox təcili mənə məlumat ver bayramda gəldü düşdü bir xəbər olmadı Zərərçəkmiş şəxs gizirlik oxumaq üçün”, 8-ci səs yazısının Mədət Ələkbərova məxsus olduğunu, səsə yazıda “Mehman müəllim bu adamı demişəm amma gələn həftə yox o biri həftə yadıma salın həll eliyəcəm, zəng vurub demişəm oranın da rəisinin əmri çıxmalıdı qoy rəislərinin əmri çıxsın rəsilərinə deyəcəm özü həll eləsin, elə mənlə bir yerdə oda əmr gözləyir” 9-cu səs yazısının Mədət Ələkbərova məxsus olduğunu, səs yazıda “ora rəis gələn adam dostumuzdu, mənim yaxın dostumdu, qoy getsin çatsın ora təhvil-təslim eləsin, komandirə desin həll eləsin narahat olma, işçiyə demişəm orda bəlkədə o həll eliyibdi, ona o günləri sən deyəndə tapşırmışam” 10-cu səs yazının özünə məxsus olduğunu, səs yazıda “Zenfira müəllimə deməli orda yer dəyişmələr var komandirlər, o səslərə qulaq asarsız Elgünün işinə görə dedim ki, noldu gecikir ona görə atdım ki, qulaq sasız”, 11-ci səs yazının özünə məxsus olduğunu, səs yazıda “ qoy indi Elgünlə danışım bəlkə uje çünki işçiyə tapşırmışdım eləsin deyə bir Elgünlədə əlaqə saxlayım bəlkə göndəriş verib”, 12-ci səs yazısının Mədət Ələkbərova məxsus olduğunu, səs yazıda “salam Mehman müəllim necəsiz indi bu dəyqə gizirlik kursu yoxdur axı, gərəy maxe kimi onun müddətini artıraq gizir kursu olan kimi demişəm onu gizirlik kursuna göndərsin, həmdə keçən dəfə dedim axı oranın rəisi getməlidi, oranın bir işçisi qalıb işçiyə deyərəm müqaviləni artırallar”, 13-cü səs yazısının Mədət Ələkbərova məxsus olduğunu, səs yazıda “müqaviləsini dedim, özləri dedilər ki, artıracaqlar mənim özüm gedim mənlə bərabər oranın rəisidə gedəcəkdə sizə demişəm onada demişəm həll eliyəcək gizirlik məsələsini”, 14-cü səs yazının özünə məxsus olduğunu, səs yazıda “ay bacı narahat olam çox yüksək səviyədə həll olunacaq o danışanlarda elə -belə küçə uşaqları deyil, çox yüksək səviyyəli adamlardı, uje deyib müqaviləsini də artıracaqlar özləri də həmin yerə böyük vəzifəyə gəlirlər ikisidə hər şey yaxşı olacaqdı qaqaşımızda bunların yanında ən yaxşı yerdə olacaqdı” 15-ci səs yazısının Mədət Ələkbərova məxsus olduğunu, səs yazıda “Mehman müəllim bu adam deyilib narahat olma hələ göndərmirlər siyahı hazırlanır kurs olacaq olamağına göndəriləcəkdi”, 16-cı səs yazının özünə məxsus olduğunu, səs yazıda “salam axşanımız xeyir bacı mən sizə dedim axı, rəisin özüdə dedi, ümumiyyətlə Qusar, Quba, Balakən hər yerdə nə qədər ordumuz var hamısını ora aparıblar ancaq bunun sənədini verib kursa göndərəcəkdi, ayın 12-nə kimi həyəcan siqnalı var bizdə oda ermənilər razılaşır dayandırılır hərşey, yəqin ki, 12-si qurtaran kimi qaqaş gedəcək kursun dalınca narahat olmuyun üstünüzə salıq mənimdə ürəyimdə problem var ürək xəstəxanasındayam Bakıda narahat olmuyun” 17-ci səs yazının özünə məxsus olduğunu, səs yazıda “qadan alım onun deməyinə baxma bu kursa gedəcək buların hamısı böyük komandanlıqda Ənvər Əfəndiyev birbaşa ona peçat vurur narahat olmuyun” 18-ci səs yazının özünə məxsus olduğunu, səs yazıda “salam qadan alım ata sənin 3 illik artırmanıda demişəm artırdılar oların hamsınnan elə şey olar hər dəyqə mənim məlumatım olmasın, indi bu birisinidə gizirliyidə dünən saat 4-5 arası görüşdük. Ora gedib hardasa yadımdan çıxıb 6-7 nəfər var orda gizirliyə gedən, odaki səndən qabağa 10-15 dəqiqə bundan qabaq danışdım, başaqalarıda var, istiyənlər göndərilib, allah qoysa sənin özünüdə aparıb orda tanış edəcəm gizirliyə get imtahanların onlarlıqdı tam arxayın ol”, 19cu səs yazının özünə məxsus olduğunu, səs yazıda “yaxşı ol qadan alım özünnən muğayət ol ay bacoğlu sən ən birinci yadında saxla mənim bacım oğlusan bunuda unutma, həm elliyik, obalıyıq, vaxt kecikə bilər ancaq heç vaxt problem ola bilməz orda mənim barmağım var”, 20-ci səs yazının özünə məxsus olduğunu, səs yazıda “qadan alım ata səni özdəri çağıracaq”, 21-ci səs yazının özünə məxsus olduğunu, səs yazıda “ bax bunu rəis yazdı narahat olmuyun gedəcək elə bu dəyqə zəng elədi göstəriş verdi vallah” səslər öz əksini tapır. İşdə olan səs yazılarına baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs 13 ədəd səs yazının özünə məxsus olduğunu göstərmişdir. İşdə olan "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs adına olan **********777693 saylı ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan çıxarışdan görünür ki, 27 iyun 2024-cü il tarixdə 2000 (iki min) manat, 01 sentyabr 2024-cü il tarixdə 1000 ( min) manat pul vəsaitləri Təqsirləndirilən şəxs məxsus ödəniş kartına köçürülmüşdür. İşdə olan “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli 18-1- 33/2-277/2024 nömrəli məktubundan görünür ki, Babayev X5 şəhər poliklinkasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. İşdə olan Azərbaycan Respublikası DİN-in Daşkəsən Rayon Polis şöbəsinin “Axtarışda olan şəxsin tutulması barəsində” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kənd ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə axtarışda olan Təqsirləndirilən şəxs saxlanılaraq Daşkəsən rayon polis şöbəsinə gətirilərək, MSY-nə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Nəsimi Rayon Polis İdarəsi tərəfindən baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İşdə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1/006)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs-xx.xx.1969-cu il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), evli, orta-ixtisas təhsilli, işləmiyən, əvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi, ev 24-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilmiş, və Təqsirləndirilən şəxs tutulduqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İşdə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1/006)-6/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu və həbsdə olduğu ümumi 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasında çıxılmaqla, qəti olaraq 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Daşkəsən Rayon Qeydiyyat Şöbəsinindən 16 avqust 2024-cü il tarixdə daxil olmuş 3-16-5/8-14-335/2024 nömrəli arayışdan görünür ki, X7 01 dekabr 2023-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infaktı səbəbindən ölmüşdür. Ölümün qeydə alındığı yer Laçın rayonu qeydiyyat şöbəsidir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 3 saylı Gəncə Ərazi İdarəsindən 20 avqust 2024-cü il tarixdə daxil olmuş 3-21-3-33/2-8362/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materillarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elktron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İşdə olan Abşeron RİHB-nın Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1541 nömrəli arayışından görünür ki, Babayev X6 rayonu. Qobu qəsəbəsi C.Cabbarlı küçəsi 24 nömrəli evdə qeydiyyatdadır. İşdə olan Abşeron RİHB-nın Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə qeydiyyatda olduğu müddətdə nümayəndəliyə onun barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına 27 iyun 2023-cü il tarixdə saat 12:22 dəqiqədə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bizim” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 2000 (iki min) manat pul vəsaitinin köçürüldüyünü əks etdirən 1 ədəd qəbzin ksero surəti, xx.xx.2023-cü il tarixdə saat 09:06 dəqiqədə ünvan 1 ünvanında yerləşən “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1000 (min) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "Kapital Bank” ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına köçürüldüyünü əks etdirən 1 ədəd qəbzin ksero surəti, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabının arxa görüntüsünün əks olunduğu foto şəkil, Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan digər şəxslərə məxsus səsli mesaj mətnlərinin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəraraı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə o. tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-6/2024 nömrəli hökmü çıxarılan vaxtadək o, həbsdə saxlanılmışdır. İş materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. O, xx.xx.2024-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və həmin tarixdən həbsdə saxlanılmışdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlunun etirafedici ifadəsi, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar, könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-ci il tarixli protokol, 30 iyul 2024-cü il tarixli baxış protokolu, "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs adına **********777693 saylı ödəniş kartı üzrə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan çıxarış cinayət işi üzrə kifayət edən sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş və öz müdafiəsi üçün gətirdiyi dəlillər yəni, Zərərçəkmiş şəxs gizirlik kurusna göndərmək məqsədi ilə ondan ümumilikdə aldığı 8000 (səkkiz min) manat pul vəsaitini 2023-cü ilin təxminən iyul ayının əvəllərində hazırda vəfat etmiş keçmiş Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olmuş X7 ilə Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində yerləşən “Maral göl” adlı restoranda görüşüb Tofiq Orucova verdiyini, Tofiq Orucovun həmin pul vəsaitindən ona müəyyən məbləği qaytarmadığı, onun Elgünü gizirlik kursuna göndərtməyə çalışdığına görə heç bir təmmana güdmədiyi, Elgünün anası Zenfiraya yaxşılıq etmək üçün bu məsələ ilə məşğul olduğu, Tofiq Orucova verdiyi 8000 (səkkiz min) manat pul vəsaitinin 1000 (min) manatını öz cibindən verdiyi üçün Elgünün anası Zenfiradan istəməyə utanmış və Zenfiraya yalandan oğlu X11 müharibəsi zamanı aldığı güllə yarasına görə sığorta pulu düzəldə biləcəyini deyərək 1000 (min) manat pul vəsaitini məcbur qalıb yalandan Zenfiraya Elgünün sığorta pulunun düzəlməsi üçün aldığını, 2023-cü ilin dekabr ayının 1-də Tofiq Orucovun ürək tutması diaqnozu ilə anidən vəfat etdiyi üçün DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin əməkdaşı Şahid4 Elgünün gizirlik kurusuna göndərilməsində köməklik göstərməyi üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən ona məxsus 1 sot torpaq sahəsinin sənədlərini verdiyini, Mədət müəllimə Elgünün işinin düzlətməsi üçün həmin torpaq sahəsini şifahi olaraq sözlə bağışladığını və həmin torpaq sahəsinin sənədlərinin hazırda Mədət müəllimdə olduğunu göstərməkdə məqsədi Tofiq Orucovun vəfat etdiyi üçün onun barəsində heç bir istintaq hərkətinin keçirilməsinin mümkün olmadığını düşünərək cinayət isi üzrə araşdırmanı ləngidib cinayət məsuliyyətindən yanınmaq olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə aldığı 8000 (səkkiz min) manat pul vəsaitini hazırda vəfat etmiş X4 verməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Bu hal təsdiqini tapmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs Şahid4 1 sot torpaq sahəsini verdiyini söz olaraq göstərmiş, həmin 1 sot torpaq sahəsini Şahid4 verdiyini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində hazırda vəfat etmiş X7 və Şahid4 barələrində göstərdiyi xüsusatlar özünü müdafiə kimi qiymətləndirilərək rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən və zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla dələduzluq cinayətini törətməsi onun etirafı ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər məhkəməistintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddələrinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddələrinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddələrinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddələrinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəməsini, maddi ziyanı qismən ödədiyi üçün zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmən məcəllənin 58.1-ci maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmən məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 2668 nömrəli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(006)-6/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplayaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu ümumilikdə 03 ay 11 gün müddət, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən yaşayış yerini saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, yaşadığı Daşkəsən rayonunun ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar olan Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına 27 iyun 2023-cü il tarixdə saat 12:22 dəqiqədə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bizim” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 2000 (iki min) manat pul vəsaitini köçürdüyünü əks etdirən 01 ədəd qəbzin ksero surəti, xx.xx.2023-cü il tarixdə saat 09:06 dəqiqədə ünvan 1 ünvanında yerləşən”eManat” elektron ödəmə sistemi vasitəsi ilə 100 (min) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına köçürdüyünü əks etdirən 1 ədəd qəbzin ksero surəti, Təqsirləndirilən şəxs adına olan"xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabının arxa görüntüsünün əks olunduğu foto şəkil, Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan digər şəxslərə məxsus səsli mesaj mətnlərinin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin 1(006)- 6/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq qəti cəza, 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu ümumi 03 (üç) ay 11 (on bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb təyin edilən cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Daşkəsən rayonu, Qabaqtəpə kəndində yerləşən yaşayış yerini saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, yaşadığı Daşkəsən rayonunun ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən Daşkəsən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar olan Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına 27 iyun 2023-cü il tarixdə saat 12:22 dəqiqədə Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bizim” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 2000 (iki min) manat pul vəsaitini köçürdüyünü əks etdirən 01 ədəd qəbzin ksero surəti, xx.xx.2023-cü il tarixdə saat 09:06 dəqiqədə ünvan 1 ünvanında yerləşən”eManat” elektron ödəmə sistemi vasitəsi ilə 100 (min) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabına köçürdüyünü əks etdirən 1 ədəd qəbzin ksero surəti, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********777693 saylı plastik kart hesabının arxa görüntüsünün əks olunduğu foto şəkil, Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan digər şəxslərə məxsus səsli mesaj mətnlərinin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu, həbsdə saxlanılan şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar