Məhkəmə qərarları › İş №1(030)-3/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-3/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-3/2023 12.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X7 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X15, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Daşkəsən rayonu, Astaf kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, 18 oktyabr 1993-cü il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 meşə fonduna daxil olan ağacları kəsmək məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzindən rəsmi qaydada icazə almalı olduğu halda buna əməl etməyərək, Daşkəsən rayonu Astaf kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 17 avqust 2022-ci il tarixdə saat 08 radələrində Daşkəsən rayonu, Astaf kəndi ərazisində X30 Təsərrüfatı Mərkəzinin, Daşkəsən rayonu, Əmirvar meşəbəyliyinin 6 saylı dolayında meşə fonduna daxil olan ümumi dəyəri 1812 (bir min səkkiz yüz on iki) manat olan kök üstə yaş halda diametri 64 sm (yarı işlik), diametri 60 sm (yarı işlik), diametri 56 sm (işlik), diametri 64 sm (yarı işlik), diametri 52 sm (işlik), diametri 48 sm, diametri 40 sm, diametri 44 sm, diametri 40 sm, diametri 48 sm, diametri 52 sm (işlik), diametri 44 sm, diametri 52 sm, diametri 48 sm ümumilikdə 14 ədəd fıstıq cinsli ağacları və diametri 32 sm, eləcə də diametri 40 sm olan vələs cinsli ağacları motorlu mişar vasitəsi ilə qanunsuz kəsib meşə fonduna xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 meşə fonduna daxil olan ağacları kəsmək məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzindən rəsmi qaydada icazə almalı olduğu halda buna əməl etməyərək, Daşkəsən rayonu Astaf kənd sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 17 avqust 2022-ci il tarixdə saat 08 radələrində Daşkəsən rayonu, Astaf kəndi ərazisində X30 Təsərrüfatı Mərkəzinin, Daşkəsən rayonu, Əmirvar meşəbəyliyinin 6 saylı dolayında meşə fonduna daxil olan ümumi dəyəri 1812 (bir min səkkiz yüz on iki) manat olan kök üstə yaş halda diametri 64 sm (yarı işlik), diametri 60 sm (yarı işlik), diametri 56 sm (işlik), diametri 64 sm (yarı işlik), diametri 52 sm (işlik), diametri 48 sm, diametri 40 sm, diametri 44 sm, diametri 40 sm, diametri 48 sm, diametri 52 sm (işlik), diametri 44 sm, diametri 52 sm, diametri 48 sm ümumilikdə 14 ədəd fıstıq cinsli ağacları və diametri 32 sm, eləcə də diametri 40 sm olan vələs cinsli ağacları motorlu mişar vasitəsi ilə qanunsuz kəsib meşə fonduna xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 meşə fonduna daxil olan ağacları kəsmək məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzindən rəsmi qaydada icazə almalı olduğu halda buna əməl etməyərək, Daşkəsən rayonu Astaf kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 17 avqust 2022-ci il tarixdə saat 08 radələrində Daşkəsən rayonu, Astaf kəndi ərazisində X30 Təsərrüfatı Mərkəzinin, Daşkəsən rayonu, Əmirvar meşəbəyliyinin 6 saylı dolayında meşə fonduna daxil olan ümumi dəyəri 1812 (bir min səkkiz yüz on iki) manat olan kök üstə yaş halda diametri 64 sm (yarı işlik), diametri 60 sm (yarı işlik), diametri 56 sm (işlik), diametri 64 sm (yarı işlik), diametri 52 sm (işlik), diametri 48 sm, diametri 40 sm, diametri 44 sm, diametri 40 sm, diametri 48 sm, diametri 52 sm (işlik), diametri 44 sm, diametri 52 sm, diametri 48 sm ümumilikdə 14 ədəd fıstıq cinsli ağacları və diametri 32 sm, eləcə də diametri 40 sm olan vələs cinsli ağacları motorlu mişar vasitəsi ilə qanunsuz kəsib meşə fonduna xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kənddə qaz olmadığından qış fəslində yandırmaq üçün oduna ehtiyac yaranmışdır. Bu səbəbdən də, o, qışda yandırmaq üçün Astaf kəndi ərazisində yerləşən meşəyə daxil olaraq ağac kəsmək qərarına gəlmiş, lakin, meşə gözətçisi Sübhan Həsənov icazəsiz meşədən ağac kəsməyə imkan verməmişdir. 06 avqust 2022-ci il tarixdə kənd ərazisində meşə gözətçisi Sübhan Həsənovla görüşmüş, qışda yandırmaq üçün oduna ehtiyac olduğunu demiş, Sübhan da, ona order aldıqdan sonra meşəyə daxil olaraq odun kəsə biləcəyini söyləmişdir. Həmin günü həmkəndliləri Vüsal kimi çağırdığı Ramil adlı şəxs və digər həmkəndlisi Anar da, qış fəslində yandırmaq üçün ağac kəsməkdən ötrü meşəyə getmişdir. Onların ağac kəsmək üçün motorlu mişarları olmadığı üçün ondan motorlu mişarı istəmişlər, onlara özünün də ağac kəsəcəyini demiş, bundan sonra onlar birlikdə meşəyə daxil olaraq ağac kəsəcəyi barədə razılaşmışlar. 17 avqust 2022-ci il tarixdə saat 07 radələrində istifadəsində olan motorlu mişarı özü ilə götürərək Astaf kəndində yerləşən Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolayısına daxil olmuşlar. Təxminən 6-7 saat ərzində meşədə işlədikdən sonra ümumilikdə 16 ədəd ağac kəsərək odun kimi doğrayaraq səliqləli şəkildə işlədiyi yerə yığmışlar. Həmin ağaclardan 14-ü fıstıq, 2-i isə vələs ağacları olmuşdur. Odunu doğradığı yerdən daşımaq üçün yük avtomobilinə ehtiyacı olmuş, eyni zamanda Anar və Ramil də yük avtomobili axtarmışdır. Bundan sonra Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Elşənlə əlaqə saxlamış, Elşənə 6 saylı meşə dolaysında odunu olduğunu və həmin odunu evə daşımalı olduğunu deyib, idarə etdiyi yük avtomobili ilə həmin odunları daşımasını xahiş etmişdir. Bunun müqabilində Elşənə 120 manat haqq ödəyəcəyini söyləmişdir. Elşən idarə etdiyi ZİL 131 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, sonuncunun tanışı X19 isə idarə etdiyi ZİL 131 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 6 saylı meşə dolayısına daxil olmuşlar. Anar, Ramil və o qanunsuz olaraq kəsib doğrayaraq odun halına gətirdikləri ağacları yük avtomobillərinə yükləmiş və Elşəndən həmin odunları yaşadığı evin həyətinə aparmasını xahiş etmişdir. Elşən yük maşını ilə onu evinə gedən zaman kənddə yerləşən polis məntəqəsinin qarşısında polis sahə nəfəri X1 idarə etdiyi yük maşınını saxlatmış və kimin yükü olduğunu soruşmuş, bu zaman Elşənin məlumatı əsasında o, Taleh Allahverdiyev ilə telefon vasitəsilə danışmış və onun yükləri olduğunu bildirərək, maşını buraxmasını xahiş etmişdir. Bundan sonra Elşən Qasımov həmin odunları yaşadığı evin həyətinə boşaltmışdır. Yaşar Qasımov və Elşən Qasımov 1 reysə sözügedən odunları oradan toplamış, bunun müqabilində onlara 120 manat pul vermişlər. 19 avqust 2022-ci il tarixdə meşə gözətçisi Sübhan Qasımovun nəzarət etdiyi 6 saylı meşə dolayısına yoxlama gəlmiş, yoxlama aparan zaman qeyd olunan ərazidən 14 ədəd fıstıq ağacının və 2 ədəd vələs ağaclarının kəsildiyini aşkar etmişlər. Sübhan Həsənov Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək onların həmin ağacları qanunsuz olaraq kəsdiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Digər təqsirləndirilən şəxslərlə birlikdə zərəçəkmiş şəxsə vurulan ziyanı tamamilə ödəmişlər. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kənddə qaz olmadığından qış fəslində yandırmaq üçün oduna ehtiyac yaranmışdır. Bu səbəbdən də, o, qışda yandırmaq üçün Astaf kəndi ərazisində yerləşən meşəyə daxil olaraq ağac kəsmək qərarına gəlmiş, lakin, meşə gözətçisi Sübhan Həsənov icazəsiz meşədən ağac kəsməyə imkan verməmişdir. 06 avqust 2022-ci il tarixdə kənd ərazisində meşə gözətçisi Sübhan Həsənovla görüşmüş, qışda yandırmaq üçün oduna ehtiyac olduğunu demişdir. Sübhan da, ona order aldıqdan sonra meşəyə daxil olaraq odun kəsə biləcəyini söyləmişdir. Həmin günü həmkəndlisi Vüsal kimi çağırdığı Ramil adlı şəxs də, ağac kəsməkdən ötrü meşəyə gedəvəkmiş. Ramil və onun ağac kəsmək üçün motorlu mişarları olmadığı üçün Səməddən motorlu mişarı istəmiş, Səməd onlara özünün də, ağac kəsəcəyini demişdir. Bundan sonra onlar birlikdə meşəyə daxil olaraq ağac kəsəcəyi barədə razılaşmışlar. 17 avqust 2022-ci il tarixdə saat 07 radələrində o, Səməd və Ramil motorlu mişarı özləri ilə götürərək Astaf kəndində yerləşən Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolayısına daxil olmuş, təxminən 6-7 saat ərzində meşədə işlədikdən sonra ümumilikdə 16 ədəd ağac kəsərək odun kimi doğramış və səliqləli şəkildə işlədikləri yerə yığmışlar. Həmin ağaclardan 14-ü fıstıq, 2-i isə vələs ağacları olmuşdur. Odunu doğradığı yerdən daşımaq üçün yük avtomobilinə ehtiyacı olmuşdur. Səməd Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Elşənlə əlaqə saxlamış, Elşənə 6 saylı meşə dolaysında odunu olduğunu və həmin odunu evə daşımalı olduğumu deyib, idarə etdiyi yük avtomobili ilə həmin odunları daşımasını xahiş etmişdir. Bunun müqabilində Elşənə 120 manat haqq ödəyəcəyini söyləmişdir. Elşən idarə etdiyi ZİL 131 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, sonuncunun tanışı X19 isə idarə etdiyi ZİL 131 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 6 saylı meşə dolayısına daxil olmuşlar. Səməd, Ramil və o, qanunsuz olaraq kəsib doğrayaraq odun halına gətirdikləri ağacları yük avtomobillərinə yükləyib meşədən çıxararaq yaşadığı evin həyətinə boşaltmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Digər təqsirləndirilən şəxslərlə birlikdə zərəçəkmiş şəxsə vurulan ziyanı ödəmişlər. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kənddə qaz olmadığından qış fəslində yandırmaq üçün oduna ehtiyac yaranmışdır. Eyni zamanda kənd sakinləri qış fəslində isinmək üçün odundan istifadə edirlər. Bu səbəbdən də qışda yandırmaq üçün Astaf kəndi ərazisində yerləşən meşəyə daxil olaraq ağac kəsmək qərarına gəlmiş, lakin, meşə gözətçisi Sübhan Həsənov icazəsiz meşədən ağac kəsməyə imkan verməmişdir. 06 avqust 2022-ci il tarixdə kənd ərazisində meşə gözətçisi Sübhan Həsənovla görüşmüş, qışda yandırmaq üçün oduna ehtiyac olduğunu demiş, Sübhan da, ona order aldıqdan sonra meşəyə daxil olaraq odun kəsə biləcəyini söyləmişdir. Həmin günü həmkəndlisi Anar da, qış fəslində yandırmaq üçün ağac kəsməkdən ötrü meşəyə gedəcəkmiş. Anar və onun ağac kəsmək üçün motorlu mişarları olmadığı üçün Səməddən motorlu mişarı istəmiş, Səməd onlara özünün də, ağac kəsəcəyini demiş, bundan sonra onlar birlikdə meşəyə daxil olaraq ağac kəsəcəyi barədə razılaşmışlar. 17 avqust 2022-ci il tarixdə saat 07 radələrində o, Səməd və Anar motorlu mişarı özləri ilə götürərək Astaf kəndində yerləşən Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolayısına daxil olmuş, təxminən 6-7 saat ərzində meşədə işlədikdən sonra ümumilikdə 16 ədəd ağac kəsərək odun kimi doğrayaraq səliqləli şəkildə işlədiyi yerə yığmışlar. Həmin ağaclardan 14-ü fıstıq, 2-i isə vələs ağacları olmuşdur. Odunu doğradığı yerdən daşımaq üçün yük avtomobilinə ehtiyacı olmuşdur. Səməd Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Elşənlə əlaqə saxlamış, Elşənə 6 saylı meşə dolaysında odunu olduğunu və həmin odunu evə daşımalı olduğumu deyib, idarə etdiyi yük avtomobili ilə həmin odunları daşımasını xahiş etmişdir. Bunun müqabilində Elşənə 120 manat haqq ödəyəcəyini söyləmişdir. Elşən idarə etdiyi ZİL 131 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı, sonuncunun tanışı X19 isə idarə etdiyi ZİL 131 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 6 saylı meşə dolayısına daxil olmuşlar. Səməd, Anar və o, qanunsuz olaraq kəsib doğrayaraq odun halına gətirdikləri ağacları yük avtomobillərinə yükləyib meşədən çıxararaq yaşadığı evin həyətinə boşaltmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Digər təqsirləndirilən şəxslərlə birlikdə zərəçəkmiş şəxsə vurulan ziyanı ödəmişlər. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X16 ifadəsində göstərmişdir ki, 19 avqust 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilməklə Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolaysına baxış keçirilmişdir. Aparılmış yoxlama zamanı 6 saylı meşə dolaysının ərazisindən 21 ədəd ağac kəsildiyini, kəsilmiş ağaclardan 4 ədəd ağacın gövdəsinin yerində olduğunu, 17 ədəd ağacın isə aparıldığını aşkar etmişlər. Bununla bağlı akt tərtib olunmuşdur. Qeyd olunan ağacların kəsilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinin X30 X9 rayonu Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolaysına ümumilikdə 2250,32 manat (iki min iki yüz əlli manat otuz iki qəpik) maddi ziyan dəymişdir. Hazırda isə Daşkəsən rayonu Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolaysından ağacların Daşkəsən rayonu Astaf kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən kəsildiyini öyrənmişdir. İttiham aktı üzrə dəymiş ziyan 1812 manat müəyyən edilmişdir. Hazırda onlara dəymiş ziyandan 1800 manat təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, münasibəti normal olmuşdur. Belə ki, o bir müddət əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 X4 rayon Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolaysının nəzarətçisi işləyirdi. İş üzrə vəzifəsi meşə sahəsini qorumaq, qanunsuz ağac kəsmələrin qarşısını almaq, eyni zamanda bilet (order) əsasında icazəli ağacların kəsilməsinə nəzarət və icazə verməkdir. 17 avqust 2022-ci il tarixdə saat 18 radələrində Daşkəsən rayonu Astaf kənd tam orta məktəbinin yanında olarkən Daşkəsən rayonu Qabaqtəpə kənd sakinləri Elşən və Yaşar adlı şəxslərin idarə etdikləri “ZİL 131”markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobillər ilə Daşkəsən rayonu Astaf kəndi ərazisində yerləşən meşə sahəsinə getdiklərini görmüşdür. 19 avqust 2022-ci il tarixdə, saat 08 radələrində nəzarət etdiyi 6 saylı meşə dolaysına nəzarət etmək məqsədilə gedərək meşəlik ərazini gəzən zaman ərazisindən 14 ədəd fıstıq və 2 ədəd vələs ağaclarının kəsildiyini aşkar etmiş, bundan sonra o, Elşən və Yaşara zəng etmişdir. Telefon danışığı zamanı onlara 2 gün əvvəl yük avtomobilləri ilə meşəlik əraziyə daxil olduqlarını, indi isə ərazidən 16 ədəd ağacların kəsilməsini aşkar etdiyini demiş, Elşən danışıq zamanı ona meşəyə Səməd, Anar və Ramilin çağırışı əsasında getdiyini, həmin yerdə kəsilmiş ağaclar olduğunu, Səmədin ona ağacları kəsmək üçün icazəsinin olduğunu, hətta inandırmaq üçün andlar və söyüşlər söydüyünü demişdir. Bundan sonra o, nəzarət etdiyi meşəlik ərazidən kəsilmiş 2-si vələs və 14-ü fıstıq ağacları olmaqla ümumilikdə 16 ədəd ağacların Daşkəsən rayonu Astaf kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qanunsuz olaraq kəsildiyini müəyyən etmişdir. Bu səbəbdən, o istifadə etdiyi mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək adları çəkilən şəxslərin qanunsuz olaraq ağacları kəsdiyini bildirmişdir. Səməd, Anar və Ramil onun nəzarət etdiyi meşəlik ərazidən diametri 64 sm (yarı işlik), diametri 60 sm (yarı işlik), diametri 56 sm (işlik), diametri 64 sm (yarı işlik), diametri 52 sm (işlik), diametri 48 sm, diametri 40 sm, diametri 44 sm, diametri 40 sm, diametri 48 sm, diametri 52 sm (işlik), diametri 44 sm, diametri 52 sm, diametri 48 sm ümumilikdə 14 ədəd fıstıq ağaclarını və diametri 32 sm, eləcə də diametri 40 sm olan vələs ağaclarını qanunsuz olaraq kəsmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzi rayon polis şöbəsinə məlumat verərək Daşkəsən rayonu Əmirvar Meşəbəyliyinin 6 saylı dolayından ümumilikdə 21 ədəd ağacların qanunsuz olaraq kəsildiyini göstərsələr də, Daşkəsən rayonu Astaf kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən 16 ədəd ağac kəsilmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzinə vurduqları ziyanın 1300 manatını ödəmələri üçün köməklik etmişdir. Belə ki, təqsirləndirilən şəxslərə tanışına məxsus **********529432 nömrəli "xxxx" ASC-nin plastik kart hesabına həmin məbləğin köçürülməsini bildirmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə 1300 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə Daşkəsən şəhəri ərazisində yerləşən marketlərin birində quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə həmin karta köçürmüşlər. Daha sonra isə təqsirləndirilən şəxslər ziyanı özləri ödəyəcəklərini bildirdikləri üçün həmin pulu onların özlərinə qaytarmışdır. Məhkəmə istintaqında dindirilmiş şahid X29 ifadəsində göstərmişdir ki, Zil 131 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Arabir həmin avtomobil ilə kənd ərazisində yaşayan sakinlərin haqqını alaraq yüklərini daşıyır. 17 avqust 2022-ci il tarixdə Daşkəsən rayonu Əmirvar kəndi ərazisində olan zaman Daşkəsən rayonu Astaf kənd sakini Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək Astaf kəndi ərazisində yerləşən meşəlik sahədə özünə məxsus odun olduğunu söyləmiş və həmin odunu daşıyaraq evə aparmasını xahiş etmişdir. O Səməddən odunun kimə məxsus olduğunu soruşduqda, Səməd andlar içərək özünə məxsus olduğunu söyləmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 inanaraq tanışı, Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan Yaşar Həsənov ilə birlikdə qeyd olunan yerə yollanmışdır. Həmin vaxtı o, ZİL 131 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini, Yaşar Qasımov isə ZİL 131 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə həmin gün saat 16 radələrində çatdıqda, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Vüsal Həsənov həmin yerdə, kəsərək topladıqları odunlar isə çayın kənarında olmuşdur. Eyni zamanda onlar həmin yerə çatdıqda adları çəkilən şəxslər kəsdikləri ağacları səliqəli halda doğramaqla odun halına gətirmişlər. Həmin vaxtı Səməd bir daha ona odunların özünə məxsus olduğunu, həmin gün meşəlik ərazidən ağacları kəsərək topladığını və buna dair icazəsinin də olduğunu demiş, o sözügedən odunlara baxdıqda həmin odunların yaş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Yaşarla kənara çəkilmiş, Səməd, Anar və Ramil isə kəsərək çayın kənarına yığdıqları odunları toplamağa başlamışlar. Təxminən iki saat ərzində adları sadalanan şəxslər qeyd olunan odunları o və Yaşarın idarə etdiyi avtomobilin yük yerinə toplamış, bundan sonra onlar avtomobillərə əyləşərək Səməddən odunu hara aparacağını soruşmuş, Səməd ona odunları yaşadığı evi həyətinə boşaltmalı olduğunu söyləmiş, o da Yaşarla birlikdə yük avtomobillərini həmin yerə idarə edərək Səmədgilin meşəlik sahədən kəsərək topladıqları odunları Səmədin evinin həyətinə boşaltmışlar. Bunun müqabilində Səməd ona ümumilikdə 120 manat məbləğində vəsait vermiş, həmin 120 manat vəsaiti isə o, Yaşarla tam bölmüşdür. onun payına 60 manat vəsait düşmüşdür. Bundan sonra onlar həmin yerdən uzaqlaşmış, bir müddət sonra Səməd, Anar və Ramilin ona və Yaşara daşıtdırdıqları odunların qanunsuz olaraq meşəlik ərazidən kəsildiyini öyrənmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid X22 özünə aid olan hissədə eyni məzmunlu ifadə verərək digər şahid X20 ifadəsində göstərilən xüsusatları təsdiqləmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, 2022-ci ildən X30 Təsərrüfatı Mərkəzinin meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi vəzifəsində işləyir. 19 avqust 2022-ci il tarixdə Əmirvar meşəbəyliyinin 6 saylı meşə dolayısında ağacların kəsilməsi ilə əlaqədar X30 Təsərrüfatı Mərkəzinə daxil olmuş şifahi məlumat əsasında Mərkəzin Daşkəsən rayonu üzrə meşə mühafizəsi mühəndisi Vidadi Paşayev və 10 saylı meşə dolayısının meşə gözətçisi Camal Həsənov ilə birlikdə 6 saylı meşə dolayısında qismən yoxlama aparmış, yoxlama zamanı 6 saylı meşə dolayısının meşə gözətçisi Sübhan Həsənovun da iştirakını təmin etmişlər. Aparılmış yoxlama zamanı meşə dolayısının ərazisindən ümumilikdə 21 ədəd ağac kəsildiyini, kəsilmiş ağaclardan 4 ədədinin gövdəsinin yerində olduğunu, 17 ədəd ağac gövdəsinin isə aparıldığını aşkar etmişlər. Bundan sonra onlar 6 saylı meşə dolayısının meşə gözətçisi Sübhan Həsənovun iştirakı bu barədə akt tərtib etmiş, həmçinin 4 ədəd kəsilmiş, lakin kötükləri yerində qalmış ağaclarla bağlı isə sekvestr aktı tərtib edərək həmin ağac kötüklərini saxlanması üçün Sübhan Həsənova təhvil vermişlər. Daha sonra onlar tərtib edilmiş aktı X30 təsərrüfatı Mərkəzinin direktoruna təqdim etmiş, Sübhan Həsənov tərtib etdiyi aktı Mərkəzə təqdim etməməsi üçün onun qardaşına müraciət etmişdir. Lakin Mərkəzin direktoru tərəfindən Sübhan işdən çıxarılmışdır. Məhkəmə istintaqında dindirilmiş şahid X23 və X25 özünə aid olan hissədə eyni məzmunlu ifadə verərək digər şahid X5 ifadəsində göstərilən xüsusatları təsdiqləmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid Daşkəsən RPŞ-nın İTB-nın sahənin polis nəfəri X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin yaşadığı Daşkəsən rayonu Astaf kəndi ərazisində yerləşən polis məntəqsinin polis nəfəri vəzifəsində xidmət aparır. Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət hadisəsi barədə məlumatı vardır. 17 avqust 2022-ci il tarixdə Daşkəsən rayonu Astaf kəndi ərazisində xidmətdə olmuş, gün ərzində polis məntəqsinin qarşısından müxtəlif markalı avtomobillər keçsə də o, hər hansı avtomobili, eyni zamanda X20 idarə etdiyi Zil 131 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlatmamışdır. Təqsirləndirilən şəxs1 ilə sonuncuya məxsus odunları daşıyan yük avtomobilinin buraxılması ilə bağlı telefon vasitəsilə heç bir danışıq aparmamışdır. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 X9 rayonu Əmirvar Meşəbəyliyinin 6 saylı meşə dolaysının Daşkəsən rayonu Astaf kəndi ərazisindədir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet götürülməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/9164 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin xx.xx.2019-cu il tarixli, 30 nömrəli Qərarına və ekspertiza tədqiqatına təqdim edilmiş X30 Təsərrüfatı tərəfindən tərtib edilmiş baxış aktları və aktlara əlavə olunmuş “köküstə yaş ağaclara görə təbiətə dəymiş ziyanın hesabatı” məlumatlarına əsasən müxtəlif cinsli köküstə yaş çoxillik ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1812,00 (min səkkiz yüz on iki manat) manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X30 Təsərrüfatı Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli 27/09/60 saylı məktubundan görünür ki, X30 X6 meşəbəyliyinin 6 saylı meşə dolaysında Mərkəzin direktorunun şifahi tapşırığı əsasında Şəmkir RMTM-nin əməkdaşları tərəfindən 19 avqust 2022-ci il tarixdə qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı meşə dolaysının ərazisindən qanunsuz olaraq kök üstə yaş halda cəmi 28,90 m3 həcmdə, 2250.32 manat məbləğində 21 (iyirmi bir) ədəd ağacların kəsilməsi aşkar edilmişdir. Bundan 25,89 m3 həcmində 17 (on yeddi) ədədi kəsilərək kütlələri aparılmış, 3,01 m3 həcmində 4 (dörd) ədədi kəsilərək kütlələri yerində qalmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 6-3/xx/xx-1628 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, **********529432 nömrəli kart xx.xx.2022-ci il tarixdə X2 adına rəsmiləşdirilmişdir. Hesab üzrə aparılan əməliyyatlar banka məxsus olmayan bankomatlar vasitəsilə aparıldığı üçün hər hansı foto və ya videogörüntülərin təqdim olunması mümkün olmamış, hesabdan çıxarışdan isə görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:05-də “MilliÖn” ödəniş terminalı vasitəsilə karta 1,287.00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin məbləğ xx.xx.2022-ci il tarixədək hissə-hissə həmin kartdan çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Daşkəsən rayon İHB-nın Qabaqtəpə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 384 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Həsənov X8 rayonu, Astaf kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Daşkəsən rayon İHB-nın Qabaqtəpə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 385 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Həsənov X13 rayonu, Astaf kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Daşkəsən rayon İHB-nın Qabaqtəpə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 386 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Həsənov X18 rayonu, Astaf kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan AZ-İİİ 832797 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 atası Təqsirləndirilən şəxs3dur. İşdə olan AA3681087 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 atası Təqsirləndirilən şəxs1dur. İşdə olan "xxxx" ASC-nın xx.xx.2023-cü il tarixli ********* və ********* nömrəli və xx.xx.2023-cü il tarixli ********* nömrəli ödəniş qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 550 (beş yüz əlli) manat, Təqsirləndirilən şəxs3 650 (altı yüz əlli) manat, Təqsirləndirilən şəxs1 600 (altı yüz) manat məbləğində pul vəsaitini Şəmkir RMTMnın hesabına köçürmüşlər. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup təşkil edərək xeyli miqdarda ziyan vurmaqla meşə ağaclarının qanunsuz kəsilməsi (götürülməsi) cinayətində təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə tövsif edilməli və onlar Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinərək ъязаланмалыдыр. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Мящкямя тягсирляндирилян шяхся ъяза тяйин етмяк мясялясини щялл едяркян ъинайят ганунунун ашаьыдакы принсип вя мцддяаларыны рящбяр тутур. Azərbaycan Respublikası CPM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmən məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmən məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmən məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 2668 nömrəli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, zərəçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, cinayət hadisəsi 17 avqust 2022-ci il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Təqsirləndirilən şəxs1 hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR CM-nın 259.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamsını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, zərəçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödəməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, cinayət hadisəsi 17 avqust 2022-ci il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Təqsirləndirilən şəxs2 hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR CM-nın 259.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamsını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, zərəçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödəməsini, himayəsində azyaşlı uşağının olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, cinayət hadisəsi 17 avqust 2022-ci il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Təqsirləndirilən şəxs3 hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 AR CM-nın 259.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamsını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN- **********; Müxbir hesab - AZ41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar