Məhkəmə qərarları › İş №1(030)-3/2024

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-3/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-3/2024 10.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs1, xx.xx.1984-cü ildə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, "xxxx" MMC-nin Samux rayon Filalında qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə işləyən, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1977-ci il tarixdə Samux rayonu Qovlarsarı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Samux rayonu Qovlarsarı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, xx.xx.1994-cü il tarixdə Samux rayonu Qara-Arx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş Samux rayonu Qara-Arx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353356 və 358ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və X9 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 02 iyul 2023-ci il tarixdə, saat 10 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 11 radələrində Daşkəsən rayonu Quşçu kəndinə gəlmiş, həmin kəndin içərisindən keçən avtomobil yolunun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Quşçu-körpü qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, qırmızı-qara rəngli, 1 illik, diri çəkisi təxminən 180 kq, 1350 (bir min üç yüz əlli) manat dəyərində olan, 1 baş erkək dananı qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 15 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Bayraq meydanı” adlanan ərazinin yaxınlığında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, qırmızıqara rəngli, diri çəkisi təxminən 250 kq, 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində olan, 1 baş erkək dananı qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, Samux rayonu, Qarayeri qəsəbəsinə aparıb həmin qəsəbədə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 28 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Bayan kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Bayraq meydanı” adlanan yerin yaxınlığında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 1 illik, sarı rəngli, diri çəkisi təxminən 210 kq, 1300 (bir min üç yüz) manat dəyərində olan, 1 baş düyəsini qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, Samux rayonu, Qarayeri qəsəbəsinə aparıb həmin qəsəbədə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 07 avqust 2023-cü il tarixdə, saat 17:00 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 17:50 radələrində Daşkəsən rayonu Quşçu kəndinə gəlmiş, kəndin mərkəzinə gedən yolun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Çovdar kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus 1 (bir) baş, diri çəkisi təxminən 120 kq olan, 900 (doqquz yüz) manat dəyərində buzov dananın boğazına ipi keçirmiş, lakin iradəsindən asılı olmayan səbəbdən, yəni ətrafdan səs gəldiyi üçün, eləcə də Zərərçəkmiş şəxs4 onları səslədiyi üçün cinayət başa çatdıra bilməyərək sözügedən heyvanı iplə birlikdə buraxmaqla həmin yerdən uzaqlaşmışlar. Bununla da, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 02 iyul 2023-ci il tarixdə, saat 10 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 11 radələrində Daşkəsən rayonu Quşçu kəndinə gəlmiş, həmin kəndin içərisindən keçən avtomobil yolunun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Quşçu-körpü qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, qırmızı-qara rəngli, 1 illik, diri çəkisi təxminən 180 kq, 1350 (bir min üç yüz əlli) manat dəyərində olan, 1 baş erkək dananı qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 15 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Bayraq meydanı” adlanan yerin yaxınlığında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, qırmızı-qara rəngli, diri çəkisi təxminən 250 kq, 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində olan, 1 baş erkək dananı qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, Samux rayonu, Qarayeri qəsəbəsinə aparıb həmin qəsəbədə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 28 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Bayan kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Bayraq meydanı” adlanan yerin yaxınlığında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 1 illik, sarı rəngli, diri çəkisi təxminən 210 kq, 1300 (bir min üç yüz) manat dəyərində olan, 1 baş düyəsini qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, Samux rayonu, Qarayeri qəsəbəsinə aparıb həmin qəsəbədə yaşayan Şahid satmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 07 avqust 2023-cü il tarixdə, saat 17:00 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 17:50 radələrində Daşkəsən rayonu Quşçu kəndinə gəlmiş, kəndin mərkəzinə gedən yolun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Çovdar kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus 1 (bir) baş, diri çəkisi təxminən 120 kq olan, 900 (doqquz yüz) manat dəyərində buzov dananın boğazına ipi keçirmiş, lakin iradəsindən asılı olmayan səbəbdən, yəni ətrafdan səs gəldiyi üçün, eləcə də Zərərçəkmiş şəxs4 onları səslədiyi üçün cinayət başa çatdıra bilməyərək həmin heyvanı iplə birlikdə buraxmaqla həmin yerdən uzaqlaşmışlar. Bununla da, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və X9 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 02 iyul 2023-ci il tarixdə, saat 10 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 11 radələrində Daşkəsən rayonu Quşçu kəndinə gəlmiş, həmin kəndin içərisindən keçən avtomobil yolunun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Quşçu-körpü qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1 baş, qırmızı-qara rəngli, 1 illik, diri çəkisi təxminən 180 kq, 1350 (bir min üç yüz əlli) manat dəyərində olan, 1 baş erkək dananı qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 15 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Bayraq meydanı” adlanan yerin yaxınlığında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, qırmızı-qara rəngli, diri çəkisi təxminən 250 kq, 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində olan, 1 baş erkək dananı qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 28 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Bayan kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndinə gəlmiş, həmin kənd ərazisində yerləşən “Bayraq meydanı” adlanan yerin yaxınlığında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 1 illik, sarı rəngli, diri çəkisi təxminən 210 kq, 1300 (bir min üç yüz) manat dəyərində olan, 1 baş düyəsini qeyd olunan avtomobilin salonuna yerləşdirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində oğurlamış, yəni gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 07 avqust 2023-cü il tarixdə, saat 17:00 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində razılaşıb Daşkəsən rayonu Quşçu kəndi ərazisində iribuynuzlu heyvan oğurlamaq qərarına gəlmiş, bu niyyətlə özünün idarə etdiyi “VAZ 21012” markalı”, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə, saat 17:50 radələrində Daşkəsən rayonu Quşçu kəndinə gəlmiş, kəndin mərkəzinə gedən yolun kənarında, otlaq sahəsində nəzarətsiz otlayan, Daşkəsən rayonu Çovdar kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus 1 (bir) baş, diri çəkisi təxminən 120 kq olan, 900 (doqquz yüz) manat dəyərində buzov dananın boğazına ipi keçirmiş, lakin iradəsindən asılı olmayan səbəbdən, yəni ətrafdan səs gəldiyi üçün, eləcə də Zərərçəkmiş şəxs4 onları səslədiyi üçün cinayət başa çatdıra bilməyərək sözügedən dişi düyəni iplə birlikdə buraxmaqla həmin yerdən uzaqlaşmışlar. Bununla da, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini təsdiq edir. Heyvanları birlikdə oğurlamışlar. Maşının arxa oturacaqlarını qabağa əyib heyvanları ora yerləşdirmişlər. Maşını Nofəl idarə etmişdir. Heyvanları apararaq Samux rayon Qarayeri qəsəbəsində satmışlar. Öz heyvanları kimi təqdim edərək, qəssab tanışı Zabitə satmışlar, pulları öz aralarında bölmüşlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Samux rayonu Qovlarsarı kəndində yaşayan Təqsirləndirilən şəxs2, Samux rayonu Qaraarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 da tanıyır, münasibəti yaxşı olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Hazırda "xxxx" MMC-nin Samux rayon filialında qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə işləsə də maddi cəhətdən sıxıntıları vardır. Həmişə özü-özlüyündə asan pul qazanmağın yollarını axtarmış, bu barədə uzun müddət düşündükdən sonra asan pul qazanmağın yolunun oğurluq etmək olduğu qənaətinə gəlmişdir. Özü də kənd tipli yerdə qaldığı üçün örüş otlaq sahələrində nəzarətsiz olaraq heyvanların otladığını görmüşdür. Bu məqsədlə nəzarətsiz qalan heyvanları oğurlamaq niyyəti onda formalaşmışdır. 02 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmişlər. Təqsirləndirilən şəxs2 Daşkəsən rayonunu yaxşı tanıdığı üçün həmin ərazidə olan sakinlərin heyvanlara nəzarət etmədiklərini, iribuynuzlu heyvan oğurlamaq üçün həmin ərazinin əlverişli olduğunu demiş, bu məqsədlə, onlar Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 10 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmış, həmin gün saat 11 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində yolun kənarına çatdıqda, yolun kənarında xeyli sayda iribuynuzlu heyvanlar olduğunu görmüş, bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. O, dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, daha sonra hər üçü avtomobildən yerə düşərək piyada yeriməyə başlamış, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan qırmızı-qara rəngli, təxminən 1 yaşar, erkək dananı oğurlamaq qərarına gəlmişlər. Bundan sonra o və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi dananın boynuna keçirməyə çalışmış, ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdiyi dananı dartdışdıraraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yanına gətirmiş, Nofəl avtomobilin arxa qapısını açaraq oturacağı qatladıqdan sonra onlar köməkləşərək cinayət yolu ilə əldə etdikləri dananı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Təqsirləndirilən şəxs3 avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək düyənin hərəkət etməsinin qarşısını almış, o isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri dananı harada sata biləcəklərini düşünmüş, həmin gün bazar günü olduğundan Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarına gedərək cinayət yolu ilə əldə etdikləri qara erkək dananı orada satmaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarına yollanmış, həmin yerə çatdıqda Təqsirləndirilən şəxs3 Nofəldən avtomobili saxlamasını xahiş etmiş, daha sonra Yusif avtomobildən düşərək işi olduğunu, cinayət yolu ilə əldə olunan qara dananın satdıqdan sonra ona düşən payı sonra götürəcəyini söyləmişdir. Yusif getdikdən sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə mal bazarına daxil olmuş, bir qədər gəzişərək orada olan əvvəllər tanımadığı alverçilərlə danışıdqdan sonra cinayət yolu ilə əldə etdikləri dananı 850 manata satmışdır. Dananı satdığı şəxsi əvvəllər görməmiş və hazırda da tanımır. Eyni zamanda həmin heyvanı alverçiyə satarkən həmin heyvanın özünə məxsus olduğunu deyərək sonuncunu buna inandırmışdır. Bundan sonra onlar Nofəllə birlikdə həmin bazardan çıxmış, cinayət yolu əldə olunan qara rəgnli dananı sataraq qazandıqları 850 manat pul vəsaitini müştərək qaydada 3 yerə bölmüşlər. Bundan başqa, 15 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmişlər. Bu məqsədlə, onlar Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmış, həmin gün saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndi ərazisində “Bayraq meydanı” adlanan yerin yaxınlğında olan zaman yolun kənarında nəzarətsiz hərəkətdə olan iribuynuzlu heyvanlar görərək avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra hər üçü avtomobildən düşərək piyada hərəkət etmiş, eyni zamanda dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan qara rəngli, erkək dananı oğurlamaq qərarına gəlmişlər. Bundan sonra o və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi dananın boynuna keçirməyə çalışmış, o və Yusif ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdikləri erkək dananı dartdışdıraraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yanına gətirmiş, bundan sonra Nofəl avtomobilin arxa qapısını açaraq oturacağı qatlamış, köməkləşərək cinayət yolu ilə əldə etdikləri dananı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək dananın hərəkət etməsinin qarşısını almış, o isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri dananı harada sata biləcəklərini düşünmüş, bir qədər düşündükdən sonra cinayət yolu ilə əldə etdikləri düyəni “Totu” kimi tanıdığı Zabit adlı şəxsə sata biləcəyi qərarına gəlmişdir. Nofələ düyəni satarkən həmin düyənin ona məxsus olduğunu deyəcəyini söyləmişdir. Nofəl də onunla razılaşmışdır. Bundan sonra onlar Totu kimi tanıdığı Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Zabit adlı şəxsin evinə yollanmışlar. Həmin istiqamətdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 evə gedəcəyini demiş, Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayan zaman Yusif avtomobildən düşərək onlarla sağollaşmış, bundan sonra o, Nofəl ilə birlikdə Totunun yaşadığı evə tərəf yollanmışdır. Totunun yaşadığı evin yaxınlığında Nofəl avtomobili saxlamış və onlar cinayət yolu ilə əldə etdikləri dananı avtomobildən düşürərək Zabitin evinə piyada hərəkət etmiş, bunu etməkdə məqsədi Zabit dananı alan zaman həmin dananın oğurluq olmasından şübhələnməməsi üçün etmişdir. Zabitin yaşadığı evin qarşısına çataraq həmin şəxslə görüşmüş, danışıq zamanı o, Nofəli Zabitə göstərərək satılıq heyvanının olduğunu demiş, Zabit də danaya baxaraq almaq istədiyini söyləmişdir. Bundan sonra Zabit həmin dananı 1000 manata ala biləcəyini demiş, bir qədər qiymət barədə müzakirə etdikdən sonra Zabitin dediyi qiymət ilə razılaşmşlar. Zabit dananı alarkən bir daha ondan həmin dananın həqiqətəndə Təqsirləndirilən şəxs2 məxsus olubolmadığını soruşmuş, o da Zabitə yalandan andlar içərək dananın həqiqətəndə Nofələ məxsus olduğunu deyib Zabiti buna inandırmışdır. Daha sonra onlar dananı orada qoyaraq Nofəllə birlikdə oradan uzaqlaşmışlar. Cinayət yolu ilə əldə edərək satdıqları bir baş danadan əldə etdikləri 1000 manat qazancı müştərək qaydada 3 yerə bölmüşlər. Nofəl idarə etdiyi avtomobilin yanacağına görə əlavə olaraq 50 manat pul götürmüş, onun payıma 315 manat pul düşmüşdür. Bundan başqa, 28 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayer qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 15 radələrində Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmışlar. Həmin gün saat 15 radələrində Daşkəsən rayonunun girəcəyində “Bayraq meydanı” adlanan yerdən bir qədər irəliyə gedərək avtomobili yolun kənarında saxlamış, bundan sonra hər üçü avtomobildən düşərək piyada hərəkət etmişlər. Əvvəllər fəaliyyət göstərmiş “Lalə” kafesinin yaxınlığındakı meşəlik ərazidə xeyli sayda iribuynuzlu heyvanlar olduğunu görmüş, o, dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan sarı rəngli, dişi düyəni oğurlamaq qərarına gəlmiş, bundan sonra o və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi onun boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdikləri düyəni dartdışdıraraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yanına gətirmiş, Nofəl avtomobilin arxa qapısını açaraq oturacağı qatlamış, köməkləşərək cinayət yolu ilə əldə etdikləri düyənı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək düyənin hərəkət etməsinin qarşısını almış, o isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri düyəni harada sata biləcəklərini düşünmüş, o bir qədər düşündükdən sonra əvvəlki qaydada cinayət yolu ilə əldə etdikləri düyəni “Totu” kimi tanıdığı Zabit adlı şəxsə sata biləcəkləri qərarına gəlmiş, Nofələ düyəni satarkən həmin düyənin ona məxsus olduğunu deyəcəyini söyləmiş, Nofəl də onunla razılaşmışdır. Bundan sonra onlar Samux rayonu Qarayer qəsəbəsində yaşayan Zabitin evinə yollanmış, həmin istiqamətdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 evə gedəcəyini demiş, Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayan zaman Yusif avtomobildən düşərək onlarla sağollaşmışdır. Bundan sonra o, Nofəl ilə birlikdə Totunun yaşadığı evə tərəf yollanmış, Zabitin yaşadığı evin yaxınlığında Nofəl avtomobili saxlamış və onlar cinayət yolu ilə əldə etdikləri düyəni avtomobildən düşürərək Zabitin evinə piyada hərəkət etmişlər. Zabit düyəni alan zaman həmin düyənin oğurluq olmasından şübhələnməsin deyə bu yola əl atmışlar. Zabitin yaşadığı evin qarşısına çataraq onunla görüşmüş, danışıq zamanı o Nofəli Zabitə göstərərək Nofəlin satılıq heyvanının olduğunu demiş, Zabit də əvvəl də onlarla alış-veriş etdiyi üçün düyəyə baxaraq almaq istədiyini söyləmişdir. Bundan sonra Zabit həmin düyəni 650 manata ala biləcəyini demiş, bir qədər qiymət barədə müzakirə etdikdən sonra Zabitin dediyi qiymət ilə razılaşmışlar. Zabit düyəni alarkən bir daha ondan həmin düyənin həqiqətən də Təqsirləndirilən şəxs2 məxsus olub-olmadığını soruşmuş, o da Zabitə yalandan andlar içərək düyənin həqiqətən də Nofələ məxsus olduğunu deyib Zabiti buna inandırmışdır. Daha sonra onlar düyəni orada qoyaraq Nofəllə birlikdə oradan uzaqlaşmışlar. Cinayət yolu ilə əldə edərək satdıqları bir baş düyədən əldə etdikləri 650 manat qazancı müştərək qaydada 3 yerə bölmüş, Nofəl idarə etdiyi avtomobilin yanacağına görə əlavə olaraq 50 manat pul götürmüşdür. Onun payına 200 manat pul düşmüşdür. Bundan başqa, 07 avqust 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayer qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən Daşkəsən rayonu Quşçu kəndinə gələrək orada yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 17:00 radələrində Daşkəsən rayonu Quşçu kəndi istiqamətində hərəkətə başlamışlar. Həmin vaxtı avtomobili Təqsirləndirilən şəxs2 idarə etmiş, o ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs3 isə arxa sərnişin oturacağında əyləşmişdir. Niyyətlərinə əsasən heyvan oğurladıqdan sonra həmin heyvanı bağlamaq üçün ipləri olmamış, bu məqsədlə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində olan zaman Nofəl yolun sağ kənarında yerləşən adsız mağazalardan birində saxlayaraq mağazadan ip alıb yola davam etmişlər. Həmin gün təxminən saat 17:50 radələrində artıq Daşkəsən rayonu Quşçu kəndinə çatmış, bir qədər getdikdən sonra Quşçu kəndinə gedən yolun kənarında yerləşən otlaq sahəsində xeyli sayda nəzarətsiz iribuynuzlu heyvanların otladığını görmüş, bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili yolun kənarında saxlamış, daha sonra hər üçü avtomobildən yerə düşərək piyada yeriməyə başlamışdır. Bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan bir baş boz rəngli buzov dananı oğurlamaq qərarına gəlmiş, o və Təqsirləndirilən şəxs3 həmin danaya yaxınlaşaraq mağazadan aldığı ipi boynuna keçirmək istəmiş, həmin vaxtı Təqsirləndirilən şəxs2 isə kənardan gələ biləcək şəxsləri gördükdə məlumat vermək üçün onlardan aralıda dayanmışdır. Bundan sonra o və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi onun boynuna keçirməyə çalışmış, həmin vaxtı oğurlamaq istədikləri erkək buzov dana əllərindən çıxmış, bu zaman o və Yusif həmin erkək buzov dananın arxası ilə bir qədər qaçmış, o yorulduğu üçün qaça bilməyib dayanmış, lakin, Təqsirləndirilən şəxs3 həmin dananın arxası ilə qaçmağa davam etmişdir. Bir qədər irəli getdikdə həmin heyvanın sahibinin orada olduğunu görmüş, bundan sonra Təqsirləndirilən şəxs3 heyvanın arxası ilə qaçmayaraq geri çevrilib yanlarına gəlmiş, bundan sonra onlar heyvan sahibinin onları heyvanı oğurlamaqlarının şahidi olduğunu görüb dərhal həmin yerdən qaçaraq Nofəlin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Heyvan sahibi arxalarınca bir neçə dəfə qışqırsa da, onlar həmin şəxsə məhəl qoymayaraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heyvanları birlikdə gedib oğurlamışlar. Heyvanları o, satmamış, o, avtomobili idarə etmişdir. Heyvanları qəssab Zabitə vermişlər. Aldıqları pulu üç yerə bölmüşlər. Heyvanlar balaca olduğundan maşınla aparmışlar. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır, münasibəti yaxşı olmuş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Bundan başqa, Samux rayonu Qara-arx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 da tanıyır, münasibəti yaxşı olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Hazırda heç bir yerdə işləmir, maddi cəhətdən sıxıntıları vardır. Həmişə özü-özlüyündə asan pul qazanmağın yollarını axtarmış, bu barədə uzun müddət düşündükdən sonra asan pul qazanmağın yolunun oğurluq etmək olduğu qənaətinə gəlmişdir. Özü də kənd tipli yerdə qaldığı üçün örüş otlaq sahələrində nəzarətsiz olaraq heyvanların otladığını görmüşdür. Bu məqsədlə nəzarətsiz qalan heyvanları oğurlamaq niyyəti onda formalaşmışdır. 02 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmişlər. O, Daşkəsən rayonunu yaxşı tanıdığı üçün həmin ərazidə olan sakinlərin heyvanlara nəzarət etmədiklərini, iribuynuzlu heyvan oğurlamaq üçün həmin ərazinin əlverişli olduğunu demiş, bu məqsədlə, onlar özünün etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 10 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmış, həmin gün saat 11 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində yolun kənarına çatdıqda, yolun kənarında xeyli sayda iribuynuzlu heyvanlar olduğunu görmüş, bundan sonra o, idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Həsrət dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, daha sonra hər üçü avtomobildən yerə düşərək piyada yeriməyə başlamış, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan qırmızı-qara rəngli, təxminən 1 yaşar, erkək dananı oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi dananın boynuna keçirməyə çalışmış, ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdiyi dananı dartdışdıraraq onun idarə etdiyi avtomobilin yanına gətirmiş, o, avtomobilin arxa qapısını açaraq oturacağı qatladıqdan sonra onlar köməkləşərək cinayət yolu ilə əldə etdikləri dananı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Təqsirləndirilən şəxs3 avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək düyənin hərəkət etməsinin qarşısını almış, Həsrət isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra o, idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri dananı harada sata biləcəklərini düşünmüş, həmin gün bazar günü olduğundan Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarına gedərək cinayət yolu ilə əldə etdikləri qara erkək dananı orada satmaq qərarına gəlmişlər. Bundan sonra onun idarə etdiyi avtomobil ilə Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarına yollanmış, həmin yerə çatdıqda Təqsirləndirilən şəxs3 ondan avtomobili saxlamasını xahiş etmiş, daha sonra Yusif avtomobildən düşərək işi olduğunu, cinayət yolu ilə əldə olunan qara dananın satdıqdan sonra ona düşən payı sonra götürəcəyini söyləmişdir. Yusif getdikdən sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə mal bazarına daxil olmuş, bir qədər gəzişərək orada olan əvvəllər tanımadığı alverçilərlə danışıdqdan sonra cinayət yolu ilə əldə etdikləri dananı 850 manata satmışdır. Dananı satdığı şəxsi əvvəllər görməmiş və hazırda da tanımır. Eyni zamanda həmin heyvanı alverçiyə satarkən həmin heyvanın özünə məxsus olduğunu deyərək sonuncunu buna inandırmışdır. Bundan sonra onlar birlikdə həmin bazardan çıxmış, cinayət yolu əldə olunan qara rəgnli dananı sataraq qazandıqları 850 manat pul vəsaitini müştərək qaydada 3 yerə bölmüşlər. Bundan başqa, 15 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmişlər. Bu məqsədlə, onlar onun etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmış, həmin gün saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndi ərazisində “Bayraq meydanı” adlanan yerin yaxınlğında olan zaman yolun kənarında nəzarətsiz hərəkətdə olan iribuynuzlu heyvanlar görərək avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra hər üçü avtomobildən düşərək piyada hərəkət etmiş, eyni zamanda dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan qara rəngli, erkək dananı oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi dananın boynuna keçirməyə çalışmış, Həsrət və Yusif ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdikləri erkək dananı dartdışdıraraq onun idarə etdiyi avtomobilin yanına gətirmiş, bundan sonra o, avtomobilin arxa qapısını açaraq oturacağı qatlamış, köməkləşərək cinayət yolu ilə əldə etdikləri dananı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək dananın hərəkət etməsinin qarşısını almış, Həsrət isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri dananı harada sata biləcəklərini düşünmüş, bir qədər düşündükdən sonra cinayət yolu ilə əldə etdikləri düyəni “Totu” kimi tanıdığı Zabit adlı şəxsə sata biləcəyi qərarına gəlmişdir. Həsrət ona düyəni satarkən həmin düyənin ona məxsus olduğunu deyəcəyini söyləmişdir. O da Həsrətlə razılaşmışdır. Bundan sonra onlar Totu kimi tanıdığı Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Zabit adlı şəxsin evinə yollanmışlar. Həmin istiqamətdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 evə gedəcəyini demiş, o avtomobili yolun kənarında saxlayan zaman Yusif avtomobildən düşərək onlarla sağollaşmış, bundan sonra o, Həsrət ilə birlikdə Totunun yaşadığı evə tərəf yollanmışdır. Totunun yaşadığı evin yaxınlığında o, avtomobili saxlamış və onlar cinayət yolu ilə əldə etdikləri dananı avtomobildən düşürərək Zabitin evinə piyada hərəkət etmiş, bunu etməkdə məqsədi Zabit dananı alan zaman həmin dananın oğurluq olmasından şübhələnməməsi üçün etmişdir. Zabitin yaşadığı evin qarşısına çataraq həmin şəxslə görüşmüş, danışıq zamanı Həsrəti onu Zabitə göstərərək satılıq heyvanının olduğunu demiş, Zabit də danaya baxaraq almaq istədiyini söyləmişdir. Bundan sonra Zabit həmin dananı 1000 manata ala biləcəyini demiş, bir qədər qiymət barədə müzakirə etdikdən sonra Zabitin dediyi qiymət ilə razılaşmşlar. Zabit dananı alarkən bir daha Həsrətdən həmin dananın həqiqətəndə ona məxsus olub-olmadığını soruşmuş, Həsrət də Zabitə yalandan andlar içərək dananın həqiqətəndə ona məxsus olduğunu deyib Zabiti buna inandırmışdır. Daha sonra onlar dananı orada qoyaraq Həsrətlə birlikdə oradan uzaqlaşmışlar. Cinayət yolu ilə əldə edərək satdıqları bir baş danadan əldə etdikləri 1000 manat qazancı müştərək qaydada 3 yerə bölmüşlər. O, idarə etdiyi avtomobilin yanacağına görə əlavə olaraq 50 manat pul götürmüş, onun payıma 315 manat pul düşmüşdür. Bundan başqa, 28 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradanburdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmiş, bu məqsədlə onun etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 15 radələrində Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmışlar. Həmin gün saat 15 radələrində Daşkəsən rayonunun girəcəyində “Bayraq meydanı” adlanan yerdən bir qədər irəliyə gedərək avtomobili yolun kənarında saxlamış, bundan sonra hər üçü avtomobildən düşərək piyada hərəkət etmişlər. Əvvəllər fəaliyyət göstərmiş “Lalə” kafesinin yaxınlığındakı meşəlik ərazidə xeyli sayda iribuynuzlu heyvanlar olduğunu görmüş, Həsrət dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan sarı rəngli, dişi düyəni oğurlamaq qərarına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi onun boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdikləri düyəni dartdışdıraraq onun idarə etdiyi avtomobilin yanına gətirmiş, o, avtomobilin arxa qapısını açaraq oturacağı qatlamış, köməkləşərək cinayət yolu ilə əldə etdikləri düyənı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək düyənin hərəkət etməsinin qarşısını almış, Həsrət isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra o, idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri düyəni harada sata biləcəklərini düşünmüş, Həsrət bir qədər düşündükdən sonra əvvəlki qaydada cinayət yolu ilə əldə etdikləri düyəni “Totu” kimi tanıdığı Zabit adlı şəxsə sata biləcəkləri qərarına gəlmiş, düyəni satarkən həmin düyənin ona məxsus olduğunu deyəcəyini söyləmiş, o da Həsrətlə razılaşmışdır. Bundan sonra onlar Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Zabitin evinə yollanmış, həmin istiqamətdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs3 evə gedəcəyini demiş, o, avtomobili yolun kənarında saxlayan zaman Yusif avtomobildən düşərək onlarla sağollaşmışdır. Bundan sonra o, Həsrət ilə birlikdə Totunun yaşadığı evə tərəf yollanmış, Zabitin yaşadığı evin yaxınlığında avtomobili saxlamış və onlar cinayət yolu ilə əldə etdikləri düyəni avtomobildən düşürərək Zabitin evinə piyada hərəkət etmişlər. Zabit düyəni alan zaman həmin düyənin oğurluq olmasından şübhələnməsin deyə bu yola əl atmışlar. Zabitin yaşadığı evin qarşısına çataraq onunla görüşmüş, danışıq zamanı Həsrət onu Zabitə göstərərək Nofəlin satılıq heyvanının olduğunu demiş, Zabit də əvvəl də onlarla alış-veriş etdiyi üçün düyəyə baxaraq almaq istədiyini söyləmişdir. Bundan sonra Zabit həmin düyəni 650 manata ala biləcəyini demiş, bir qədər qiymət barədə müzakirə etdikdən sonra Zabitin dediyi qiymət ilə razılaşmışlar. Zabit düyəni alarkən bir daha ondan həmin düyənin həqiqətən də ona məxsus olub-olmadığını soruşmuş, Həsrət də Zabitə yalandan andlar içərək düyənin həqiqətən də ona məxsus olduğunu deyib Zabiti buna inandırmışdır. Daha sonra onlar düyəni orada qoyaraq Həsrətlə birlikdə oradan uzaqlaşmışlar. Cinayət yolu ilə əldə edərək satdıqları bir baş düyədən əldə etdikləri 650 manat qazancı müştərək qaydada 3 yerə bölmüş, o, idarə etdiyi avtomobilin yanacağına görə əlavə olaraq 50 manat pul götürmüşdür. Onun payına 200 manat pul düşmüşdür. Bundan başqa, 07 avqust 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən Daşkəsən rayonu Quşçu kəndinə gələrək orada yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmiş, bu məqsədlə onun etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 17:00 radələrində Daşkəsən rayonu Quşçu kəndi istiqamətində hərəkətə başlamışlar. Həmin vaxtı avtomobili o idarə etmiş, Həsrət ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs3 isə arxa sərnişin oturacağında əyləşmişdir. Niyyətlərinə əsasən heyvan oğurladıqdan sonra həmin heyvanı bağlamaq üçün ipləri olmamış, bu məqsədlə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində olan zaman o yolun sağ kənarında yerləşən adsız mağazalardan birində saxlayaraq mağazadan ip alıb yola davam etmişlər. Həmin gün təxminən saat 17:50 radələrində artıq Daşkəsən rayonu Quşçu kəndinə çatmış, bir qədər getdikdən sonra Quşçu kəndinə gedən yolun kənarında yerləşən otlaq sahəsində xeyli sayda nəzarətsiz iribuynuzlu heyvanların otladığını görmüş, bundan sonra o, idarə etdiyi avtomobili yolun kənarında saxlamış, daha sonra hər üçü avtomobildən yerə düşərək piyada yeriməyə başlamışdır. Bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan bir baş boz rəngli buzov dananı oğurlamaq qərarına gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin danaya yaxınlaşaraq mağazadan aldığı ipi boynuna keçirmək istəmiş, həmin vaxtı o isə kənardan gələ biləcək şəxsləri gördükdə məlumat vermək üçün onlardan aralıda dayanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi onun boynuna keçirməyə çalışmış, həmin vaxtı oğurlamaq istədikləri erkək buzov dana əllərindən çıxmış, bu zaman Həsrət və Yusif həmin erkək buzov dananın arxası ilə bir qədər qaçmış, Həsrət yorulduğu üçün qaça bilməyib dayanmış, lakin, Təqsirləndirilən şəxs3 həmin dananın arxası ilə qaçmağa davam etmişdir. Bir qədər irəli getdikdə həmin heyvanın sahibinin orada olduğunu görmüş, bundan sonra Təqsirləndirilən şəxs3 heyvanın arxası ilə qaçmayaraq geri çevrilib yanlarına gəlmiş, bundan sonra onlar heyvan sahibinin onları heyvanı oğurlamaqlarının şahidi olduğunu görüb dərhal həmin yerdən qaçaraq onun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Heyvan sahibi arxalarınca bir neçə dəfə qışqırsa da, onlar həmin şəxsə məhəl qoymayaraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heyvanları birlikdə oğurlamışlar. Heyvanlar balaca olduğundan rahat şəkildə şəkildə maşına qoymuşlar. Zabitə ucuz qiymətə satmışlar. Zabitə oğurluq olmadığını demişlər. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır, münasibəti yaxşı olmuş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Bundan başqa, Samux rayonu Qovlarsarı kəndində yaşayan Təqsirləndirilən şəxs2 da tanıyır, münasibəti yaxşı olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Hazırda heç bir yerdə işləmir, maddi cəhətdən sıxıntıları vardır. Həmişə özü-özlüyündə asan pul qazanmağın yollarını axtarmış, bu barədə uzun müddət düşündükdən sonra asan pul qazanmağın yolunun oğurluq etmək olduğu qənaətinə gəlmişdir. Özü də kənd tipli yerdə qaldığı üçün örüş otlaq sahələrində nəzarətsiz olaraq heyvanların otladığını görmüşdür. Bu məqsədlə nəzarətsiz qalan heyvanları oğurlamaq niyyəti onda formalaşmışdır. 02 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmişlər. Nofəl Daşkəsən rayonunu yaxşı tanıdığı üçün həmin ərazidə olan sakinlərin heyvanlara nəzarət etmədiklərini, iribuynuzlu heyvan oğurlamaq üçün həmin ərazinin əlverişli olduğunu demiş, bu məqsədlə, onlar Nofəlin etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 10 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmış, həmin gün saat 11 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində yolun kənarına çatdıqda, yolun kənarında xeyli sayda iribuynuzlu heyvanlar olduğunu görmüş, bundan sonra Nofəl idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Həsrət dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, daha sonra hər üçü avtomobildən yerə düşərək piyada yeriməyə başlamış, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan qırmızı-qara rəngli, təxminən 1 yaşar, erkək dananı oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və o sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi dananın boynuna keçirməyə çalışmış, ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdiyi dananı dartdışdıraraq Nofəlin idarə etdiyi avtomobilin yanına gətirmiş, Nofəl avtomobilin arxa qapısını açaraq oturacağı qatladıqdan sonra onlar köməkləşərək cinayət yolu ilə əldə etdikləri dananı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. O, avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək düyənin hərəkət etməsinin qarşısını almış, Həsrət isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Nofəl idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri dananı harada sata biləcəklərini düşünmüş, həmin gün bazar günü olduğundan Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarına gedərək cinayət yolu ilə əldə etdikləri qara erkək dananı orada satmaq qərarına gəlmişlər. Bundan sonra Nofəlin idarə etdiyi avtomobil ilə Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarına yollanmış, həmin yerə çatdıqda o Nofəldən avtomobili saxlamasını xahiş etmiş, daha sonra avtomobildən düşərək işi olduğunu, cinayət yolu ilə əldə olunan qara dananın satdıqdan sonra ona düşən payı sonra götürəcəyini söyləmişdir. Səhərisigün payına düşən pulu ondan götürmüşdür. Bundan başqa, 15 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmişlər. Bu məqsədlə, onlar Nofəlin etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmış, həmin gün saat 15 radələrində Daşkəsən rayonu Bayan kəndi ərazisində “Bayraq meydanı” adlanan yerin yaxınlğında olan zaman yolun kənarında nəzarətsiz hərəkətdə olan iribuynuzlu heyvanlar görərək avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra hər üçü avtomobildən düşərək piyada hərəkət etmiş, eyni zamanda dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan qara rəngli, erkək dananı oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və o sözügedən heyvana yaxınlaşaraq sözügedən ipi dananın boynuna keçirməyə çalışmış, Həsrət və o, ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdikləri erkək dananı dartdışdıraraq Nofəlin idarə etdiyi avtomobilin yanına gətirmiş, bundan sonra Nofəl avtomobilin arxa qapısını açaraq oturacağı qatlamış, köməkləşərək cinayət yolu ilə əldə etdikləri dananı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Daha sonra isə o avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək dananın hərəkət etməsinin qarşısını almış, Həsrət isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra o, idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri dananı harada sata biləcəklərini düşünmüş, bir qədər düşündükdən sonra cinayət yolu ilə əldə etdikləri düyəni “Totu” kimi tanıdığı Zabit adlı şəxsə sata biləcəyi qərarına gəlmişdir. Həsrət Nofələ düyəni satarkən həmin düyənin Nofələ məxsus olduğunu deyəcəyini söyləmişdir. Nofəl Həsrətlə razılaşmışdır. Bundan sonra onlar Totu kimi tanıdığı Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Zabit adlı şəxsin evinə yollanmışlar. Həmin istiqamətdə hərəkətdə olan zaman o evə gedəcəyini demiş, Nofəl avtomobili yolun kənarında saxlayan zaman o, avtomobildən düşərək onlarla sağollaşmış, bundan sonra o, Həsrət ilə birlikdə Totunun yaşadığı evə tərəf yollanmışdır. Səhərisi gün payına 315 manat pulu Həsrət və Nofəldən götürmüşdür. Bundan başqa, 28 iyul 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən eyni mövzüdan, yəni maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar aralarında olan razılığa əsasən Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmiş, bu məqsədlə Nofəlin etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 15 radələrində Daşkəsən rayonu ərazisində yerləşən örüş otlaq sahəsi istiqamətində yollanmışlar. Həmin gün saat 15 radələrində Daşkəsən rayonunun girəcəyində “Bayraq meydanı” adlanan yerdən bir qədər irəliyə gedərək avtomobili yolun kənarında saxlamış, bundan sonra hər üçü avtomobildən düşərək piyada hərəkət etmişlər. Əvvəllər fəaliyyət göstərmiş “Lalə” kafesinin yaxınlığındakı meşəlik ərazidə xeyli sayda iribuynuzlu heyvanlar olduğunu görmüş, Həsrət dananı oğurlamaq üçün avtomobilin baqaj yerindən ipi götürmüş, bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan sarı rəngli, dişi düyəni oğurlamaq qərarına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və o, sözügedən heyvana yaxınlaşaraq ipi düyənin boynuna keçirdikdən sonra hər üçü köməkləşərək cinayət yolu ilə əldə etdikləri düyəni dartdışdıraraq Nofəlin idarə etdiyi avtomobilin yanına gətirmiş, Nofəl avtomobilin arxa qapısını açaraq oturacağı qatlamış, köməkləşərək cinayət yolu ilə əldə etdikləri düyənı həmin avtomobilin arxa oturacaq yerinə salmışlar. Daha sonra isə o, avtomobilin arxa oturacağında çömbəlmə əyləşərək düyənin hərəkət etməsinin qarşısını almış, Həsrət isə ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Nofəl idarə etdiyi avtomobilin mühərrikini işə salmış və onlar oradan uzaqlaşmışlar. Yol boyu cinayət yolu ilə əldə etdikləri düyəni harada sata biləcəklərini düşünmüş, Həsrət bir qədər düşündükdən sonra əvvəlki qaydada cinayət yolu ilə əldə etdikləri düyəni “Totu” kimi tanıdığı Zabit adlı şəxsə sata biləcəkləri qərarına gəlmiş, düyəni satarkən həmin düyənin Nofələ məxsus olduğunu deyəcəyini söyləmiş, Nofəl də Həsrətlə razılaşmışdır. Bundan sonra onlar Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Zabitin evinə yollanmış, həmin istiqamətdə hərəkətdə olan zaman o evə gedəcəyini demiş, Nofəl avtomobili yolun kənarında saxlayan zaman o, avtomobildən düşərək onlarla sağollaşmış, bundan sonra Nofəl Həsrət ilə birlikdə Totunun yaşadığı evə tərəf yollanmışdır. Səhərisi gün payına düşən 200 manat pulu Həsrət və Nofəldən götürmüşdür. Bundan başqa, 07 avqust 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində oradan-burdan söhbət edərkən maddi cəhətdən çəkdiləri sıxıntıları danışmış, bir qədər söhbət etdikdən sonra onlar örüş otlaq sahələrində nəzarətsiz qalmış heyvanlardan birini oğurlayaraq həmin heyvanı satıb qazanc əldə etmək qərarına gəlmişlər. Bundan sonra aralarında olan razılığa əsasən Daşkəsən rayonu Quşçu kəndinə gələrək orada yerləşən örüş otlaq sahəsindəki nəzarətsiz qalmış heyvanları gizli yolla oğurlamaq istəmiş, bu məqsədlə Nofəlin etibarnamə əsasında idarə etdiyi VAZ 21012 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 17:00 radələrində Daşkəsən rayonu Quşçu kəndi istiqamətində hərəkətə başlamışlar. Həmin vaxtı avtomobili Nofəl idarə etmiş, Həsrət ön sərnişin oturacağında, o isə arxa sərnişin oturacağında əyləşmişdir. Niyyətlərinə əsasən heyvan oğurladıqdan sonra həmin heyvanı bağlamaq üçün ipləri olmamış, bu məqsədlə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində olan zaman Nofəl yolun sağ kənarında yerləşən adsız mağazalardan birində saxlayaraq mağazadan ip alıb yola davam etmişlər. Həmin gün təxminən saat 17:50 radələrində artıq Daşkəsən rayonu Quşçu kəndinə çatmış, bir qədər getdikdən sonra Quşçu kəndinə gedən yolun kənarında yerləşən otlaq sahəsində xeyli sayda nəzarətsiz iribuynuzlu heyvanların otladığını görmüş, bundan sonra Nofəl idarə etdiyi avtomobili yolun kənarında saxlamış, daha sonra hər üçü avtomobildən yerə düşərək piyada yeriməyə başlamışdır. Bir qədər orada gəzişərək ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra həmin heyvanlardan bir baş boz rəngli buzov dananı oğurlamaq qərarına gəlmiş, Təqsirləndirilən şəxs1 və o, həmin danaya yaxınlaşaraq mağazadan aldığı ipi boynuna keçirmək istəmiş, həmin vaxtı Nofəl isə kənardan gələ biləcək şəxsləri gördükdə məlumat vermək üçün onlardan aralıda dayanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və o, sözügedən heyvana yaxınlaşaraq ipi dananın boynuna keçirməyə çalışmış, həmin vaxtı oğurlamaq istədikləri erkək buzov dana əllərindən çıxmış, bu zaman Həsrət və o, həmin erkək buzov dananın arxası ilə bir qədər qaçmış, Həsrət yorulduğu üçün qaça bilməyib dayanmış, lakin, o, həmin dananın arxası ilə qaçmağa davam etmişdir. Bir qədər irəli getdikdə həmin heyvanın sahibinin orada olduğunu görmüş, bundan sonra o, heyvanın arxası ilə qaçmayaraq geri çevrilib yanlarına gəlmiş, bundan sonra onlar heyvan sahibinin onları heyvanı oğurlamaqlarının şahidi olduğunu görüb dərhal həmin yerdən qaçaraq Nofəlin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Heyvan sahibi arxalarınca bir neçə dəfə qışqırsa da, onlar həmin şəxsə məhəl qoymaraq oradan uzaqlaşmışlar. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun heyvanlarını oğurlamışlar. Bununla belə ona vurulan ziyan ödənilmişdir. O, məhkəmə iclasında ona dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən min beş yüz manat pulu almışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 avqust 2023-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinə ərizə ilə müraciət edən özüdür və ərizədəki imza ona məxsusdur. Hazırda heç bir yerdə işləmir, sadəcə olaraq təsərrüfatla məşğul olaraq ailəsini dolandırır, təsərrüfatında 20 baş iribuynuzlu heyvan vardır. Onlardan 6 başı inək, 6 başı erkək, 2 başı düyələr, 6 başı isə buzov danalar olmuşdur. O hər gün səhər tezdən təsərrüfatında olan 6 baş danaları və 2 baş düyələri yaşadığı ərazidə örüş otlaq sahəsinə buraxmış, daha sonra isə həmin heyvanları nəzarətsiz buraxaraq şəxsi işləri ilə məşğul olmuşdur. 02 iyul 2023-cü il tarixdə səhər saat 07 radələrində heyvanlardan 6 baş buzov danaları və 2 baş dişi düyələri otlamaları üçün Daşkəsən rayonu Quşçu körpü qəsəbəsinin ərazisində yerləşən yay otlaq sahəsinə nəzarətsiz buraxıb yaşadığı evə gəlmiş, daha sonra isə hazırlaşıb Samux rayonu Qarayeri qəsəbəsində keçirilən toy məclisinə yollanmış, həmin gün qeyd olunan toy məclisindən axşam saatlarında qayıdaraq yaşadığı evə gəlmiş, spirtli içki qəbul etdiyindən evə yorğun halda gələrək örüş otlaq sahəsinə buraxdığı heyvanların evə qayıdıb-qayıtmamasına fikir verməmişdir. Səhərisigün ayıldıqda bir gün əvvəl örüş otlaq sahəsinə buraxdığı ümumilikdə 8 baş iribuynuzlu heyvanların yaşadığı evə qayıtmadığını aşkar etmiş, bundan sonra dərhal heyvanları buraxdığı örüş otlaq sahəsinə yollanaraq orada axtarmağa başlamış, təsərrüfatında olan iribuynuzlu heyvanları tapdıqda orada 7 baş iribuynuzlu heyvanların qaldığını aşkar etmişdir. Həmin vaxtı bir baş bir yaşar, qırmız-qara rəngli, təmiz çəkisi 180 kq, diri çəkisi təxminən 90 kq olan, 1000 manat dəyərində erkək danası orada olmamışdır. İlk öncə o, həmin dananın naməlum istiqamətə gedərək itdiyini düşünmüş, bu səbəbdən dananın gedə biləcəyi örüş otlaq sahələrini ətraflı axtarmış, lakin, dananı heç yerdə tapa bilməmişdir. Bundan sonra o, dananın oğurlandığı qənaətinə gəlmişdir. Bu səbəbdən 11 avqust 2023-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinə gələrək bir baş bir yaşar, qırmız-qara rəngli, təmiz çəkisi 180 kq, diri çəkisi təxminən 90 kq olan, 1000 manat dəyərində erkək danamın oğurlanması barədə Daşkəsən rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra təsərrüfatında olan bir baş bir yaşar, qırmız-qara rəngli, təmiz çəkisi 180 kq, diri çəkisi təxminən 90 kq olan, 1000 manat dəyərində erkək danasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını və Göygöl rayonu ərazisində fəaliyyət göstərən mal bazarında bir nəfər alverçiyə satdıqlarını öyrənmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun bir dənə iri buynuzlu düyəsini oğurlamışdılar. Polis vasitəsilə həmin heyvan ona qaytarılmışdır. Bununla da ona vurulan ziyanı ödəmişlər. Onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, sadəcə olaraq təsərrüfatla məşğul olur, təsərrüfatında cəmi 13 iri buynuzlu heyvanları var. Həmişə olduğu kimi hər gün səhər saatlarında heyvanlarını Bayan kənd örüş otlaq sahəsinə buraxıb, axşam isə özlərinin qayıtmasını gözləmişdir. Lakin xx.xx.2023-cü il tarixdə yenə də, səhər saat 07:00 radələrində 13 baş heyvanlarını nəzarətsiz olaraq kənd örüş-otlaq sahəsinə buraxmış, bundan sonra isə öz işləri ilə məşqul olmuşdur. Həmin gün axşam saat təxminən 11:00 radələrində 1 (bir) baş,1 illik,sarı rəngli, üzərində heç bir nişanəsi olmayan, bir qulağı kəsik olan, diri çəkisi 210 kiloqram, təmiz çəkisi 100 kiloqram, təxminən 1300 manat dəyərində olan düyəsi də daxil olmaqla, 4 baş inək (düyə) qapımın qarşısında yatdığını görsə də həmin heyvanların dincəldikdən sonra yenə də örüş sahəsinə qayıdacaqlarını düşünmüşdür. Ona görə də həmin heyvanlara məhəl qoymayaraq işi ilə məşğul olmuşdur. Eyni zamanda kənd yolunun asfalt örtüyünün üstündə 4 baş iribuynuzlu heyvanlarının yatdığını görmüş, axşam isə 12 baş iribuynuzlu heyvanları qayıtsa da, lakin 1 (bir) baş, 1 illik,sarı rəngli, üzərində heç bir nişanəsi olmayan, bir qulağı kəsik olan, diri çəkisi 210 kiloqram, təmiz çəkisi 100 kiloqram, təxminən 1300 manat dəyərində olan düyəsi qayıtmamışdır. Bir neçə gün bütün ətraf ərazini axtarıb düyəni tapa bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə Daşkəsən RPŞ-nə ərizə ilə müraciət edib tapılmasında köməklik göstərilməsini xahiş etmiş, daha sonra təsərrüfatında olan 1 (bir) baş,1 illik,sarı rəngli, üzərində heç bir nişanəsi olmayan, bir qulağı kəsik olan, diri çəkisi 210 kiloqram, təmiz çəkisi 100 kiloqram, təxminən 1300 manat dəyərində olan düyəsinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış və Samux rayonu Qarayeri kəndində yaşayan Totu ləqəbli, Zabit adlı şəxsə satdıqlarını öyrənmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun bir baş erkək danasını oğurlamışdılar. O, da polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları dananı tapmışlar. Ona məlumat verilmişdir. O danasını gedib gətirmişdir. Özü danasını qaytarıb gətirmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, sadəcə olaraq təsərrüfatla məşğul olur. Təsərrüfatında cəmi 16 baş iri buynuzlu heyvanları olmuşdur. Həmişə olduğu kimi hər gün səhər saatlarında heyvanları Bayan kənd örüş otlaq sahəsinə buraxıb, axşam isə özlərinin qayıtmasını gözləmişdir. Lakin xx.xx.2023-cü il tarixdə yenə də, səhər saat 07:00 radələrində 16 baş heyvanlarımı nəzarətsiz olaraq kənd örüş-otlaq sahəsinə buraxmış, bundan sonra isə öz işləri ilə məşqul olmuşdur. Həmin gün axşam saat təxminən 20:00 radələrində 16 baş iribuynuzlu heyvanlar yaşadığı evin qarşısına gəlmiş, həmin heyvanları yaşadığı evin həyətində olan tövləyə yerləşdirən zaman onlardan bir başının olmadığını aşkar etmişdir. Həmin bir baş dananın nişangahı qaralı qırmızılı rəngli, gödək buynuzlu, sağ ayağında ağ rəngdə nişanəsi olan erkək buzov danadır. İlk öncə həmin dananın örüş otlaq sahəsində nəzrətsiz qalaraq naməlum istiqamətə gedib itdiyini düşünmüş, səhərisi gün həmin dananı örüş otlaq sahəsində axtarmağa başlamış, xeyli müddət ərzində iribuynuzlu heyvanları buraxdığı örüş otlaq sahəsini qarış-qarış axtarmış, lakin heç yerdə danamı tapa bilməmişdir. Təxminən 30 gün müddətində danamı axtararaq tapmadığı üçün həmin dananın oğurlandığı qənaətinə gəlmiş, daha sonra bir baş, qırmızı-qara rəngli, gödək buynuzlu, sağ ayağında ağ nişanəsi olan, diri çəkisi 250 kq olan, təxminən 1200 manat dəyərində olan erkək danasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını və Samux rayonu Qarayeri kəndində yaşayan Zabit adlı şəxsə satdıqlarını öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 ilə telefon əlaqəsi yaradılmışdır. O, atasının xəstə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Bunun üzürlü hesab edilməsini xahiş etmişdir. əlavə olaraq bildirmişdir ki, onun heyvanını oğurlmaq istəsələr də apara bilməmişlər. Buna görə onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, sadəcə olaraq təsərrüfatla məşğul olur, təsərrüfatında cəmi 8 iri buynuzlu, 12 baş xırdabuynuzlu heyvanları var. Təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları hər gün özü Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən örüş otlaq sahəsinə nəzarət etməklə buraxmışdır. 07 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanları otarmışdır. Bu zaman Daşkəsən rayonu Quşçu kəndi ərazisindəki örüş otlaq sahəsindən təxminən 200-300 metr aralı məsafədə yolun kənarında boz rəngli, VAZ 21012 markalı avtomobilin dayandığını və həmin avtomobilin içərisindən 3 nəfər, sonradan tanıdığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adlı şəxslərin düşdüklərini görmüşdür. Həmin vaxtı sonradan tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təsərrütında olan iribuynuzlu heyvanlara yaxınlaşdıqlarını, əllərində olan ipi bir baş sarı rəngli, buzov dananın boynuna keçirdiklərini və həmin yerə gəldikləri avtomobilə tərəf dartışdırdıqlarını görmüş, bundan sonra qaçaraq onlara tərəf getmiş və ucadan qışqıraraq nə edirsiniz, heyvanı hara aparırsınız deyə səslənmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun səsini eşidərək ona tərəf baxdıqdan sonra təsərrüfatda olan sarı rəngli bir baş buzov dananı buraxaraq yanından uzaqlaşmışlar. Bundan sonra o, onların arxası ilə qaçmağa davam etsə də, onlar gəldikləri avtomobil tərəfə qaçaraq həmin avtomobilə əyləşdikdən sonra dərhal oradan uzaqlaşmışlar. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğurlamaq istədikləri buzov danaya yaxınlaşdıqda dananın boğazında ipin olduğunu görmüş, bundan sonra həmin ipi açaraq kənara atmışdır. Hazırda həmin ipi atdığı yeri xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən heyvan almışdır. Lakin, heyvanların oğurluq olduğunu bilməmişdir. Həsrəti əvvəllər tanımışdır. Həsrət özünə pul lazım olduğunu, buna görə də ona heyvanım var satıram, alırsanmı demişdir. Heyvanları min səkkiz yüz əlli manata ona satmışdır. Gündüz vaxtı gətirib vermişdir. Birini min manata birni də səkkiz yüz əlli manata almışdır. Aralarında on gün müddət geçmişdir. Heç birini sata bilməmişdir. Sonradan heyvanların sahibi gəlib onları aparmışdır. Şahid oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, Samux rayon sakinləridir. Təqsirləndirilən şəxs2 Həsrətin vasitəsilə tanımış, münasibəti normal olmuşdur. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, sadəcə olaraq təsərrüfatla məşğul olur. Rayon ərazisində yaşayan tanışlarının məlumatları vardır ki, o, iribuynuzlu heyvanlar alaraq onları bəslədikdən sonra satmaqla məşğul olur. Belə ki, 15 iyul 2023-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdə olan zaman Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və sonuncunun yanında Əlıkbərov Nofəl Nəsib oğlu yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxtı Həsrət əlindəki iplə bir baş qara rəngli erkək dananı saxlayırdı. O, Həsrətdən nə üçün həmin yerə gəldiklərini soruşduqda, Təqsirləndirilən şəxs1 ona Nofəli göstərməklə evin qarşısına gətirdiyi erkək dananın Nofələ məxsus olduğunu, hazırda Nofəli borcları olduğu üçün həmin dananı satmaq istədiyini söyləmiş, o dəfələrlə Həsrətdən həmin dananın kimə məxsus olduğunu soruşduqda, Həsrət və Nofəl özlərinin ünvanlarına söyüşlər söyərək həmin erkək dananın Təqsirləndirilən şəxs2 məxsus olduğunu söyləmişdir. Bundan sonra o, Həsrət və Nofələ inanaraq sözügedən qara rəngli erkək dananı onlardan 1000 manat müqabilində almışdır Daha sonra isə həmin erkək dananı yaşadığı evin həyətindəki tövləyə salmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə evin qarşısından uzaqlaşmışlar. Təxminən 13 gün sonra yəni 28 iyul 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs1 və onun yanında Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxtı Həsrət əlindəki iplə bir baş qara rəngli erkək dananı saxlamış, o Həsrətdən nə üçün həmin yerə gəldiklərini soruşduqda, Təqsirləndirilən şəxs1 ona Nofəli göstərməklə evin qarşısına gətirdiyi erkək dananın Nofələ məxsus olduğunu, hazırda Nofəli borcları olduğu üçün həmin dananı satmaq istədiyini söyləmişdir. O dəfələrlə Həsrətdən həmin dananın kimə məxsus olduğunu soruşduqda, Həsrət və Nofəl özlərinin ünvanlarına söyüşlər söyərək həmin erkək dananın Təqsirləndirilən şəxs2 məxsus olduğunu söyləmiş, bundan sonra o, Həsrət və Nofələ inanaraq sözügedən qara rəngli erkək dananı onlardan 650 manat müqabilində almışdır. Daha sonra isə həmin erkək dananı yaşadığı evin həyətindəki tövləyə salmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə evin qarşısından uzaqlaşmışlar. O, Nofəl və Həsrətdən ümumilikdə 2 baş iribuynuzlu heyvanlar almışdır. Həmin heyvanları alarkən onların Nofələ məxsus olduğunu bilmiş, əks təqdirdə əsla həmin heyvanları almayacaqdı. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir baş erkək danasının oğurlanması ilə əlaqədar hadisə yeri Daşkəsən rayonu Quşçu-körpü qəsəbəsi ərazisində yerləşən örüş otlaq sahəsidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus bir baş dişi düyəsinin oğurlanması ilə əlaqədar hadisə yeri Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən örüş otlaq sahəsidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus bir baş erkək danasının oğurlanmasına cəhd edilməsi ilə əlaqədar hadisə yeri Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən örüş otlaq sahəsidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan götürmə aparılması haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona cinayət yolu ilə əldə edərək satdıqları 2 baş iribuynuzlu heyvanları könüllü olaraq istintaqa təqdim etdiyindən götürülmüşdür. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində tanınmaya təqdim olunmuş bir baş, sarı rəngli düyəni iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanıyaraq həmin düyənin özünə məxsus olduğunu, eyni zamanda həmin düyənin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış olduğunu göstərmişdir. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində tanınmaya təqdim olunmuş bir baş, qara rəngli dananı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanıyaraq həmin dananın özünə məxsus dana olduğunu, eyni zamanda həmin dananın iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış dana olduğunu göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6952 nömrəli rəyində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin iyul və avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5400 manat olmaqla – 1(bir) baş, 1(bir) illik, diri çəkisi 210 kiloqram, təmiz çəkisi 100 kiloqram olan düyə - 1300 (bir min üç yüz) manat, 1(bir) baş, diri çəkisi 250 kiloqram olan erkək dana – 1850 (bir min səkkiz yüz əlli) manat, 1(bir) baş, diri çəkisi 180 kq, təmiz çəkisi təxminən 90 kiloqram olan erkək dana – 1350 (bir min üç yüz əlli) manat, 1(bir) baş diri çəkisi təxminən 120 kiloqram buzov dana – 900 (doqquz yüz) manat təşkil etmişdir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs3 məxsus bir baş sarı rəngli düyə və Zərərçəkmiş şəxs2 məxsus bir baş qara rəngli erkək dana, o cümlədən Zərərçəkmiş şəxs4 məxsus bir baş sarı rəngli dana ilə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə hər hansı məlumat olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Qarnizon Hərbi məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə red.) 242-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli Amnistiya Qərarının 1.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Samux rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Tərtər Hərbi məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. İşdə olan Samux Rayon məhkəməsinin 21 iyul 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmas cəzasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla onun müvəqqəti saxlama yerində olduğu iki gün nəzərə alınmış, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 4 gün çıxılaraq üzərində qəti cəza 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Samux rayon İcra Hakimiyyəti başçısının Qovlarsarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan Samux rayon İcra Hakimiyyəti başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan Samux rayon İcra Hakimiyyəti başçısının Qaraarx qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan doğum haqqında şəhadətnamnin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə anadan olmuş X4 anası X6, atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 anası X6, atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 anası X6, atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X8 anası X6, atası Təqsirləndirilən şəxs3dur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarındagöstərilir ki, ozgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. Həmin qararda qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan “şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini himayəsində dörd uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Samux rayonu Qovlarsarı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Samux rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterəvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən i və dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət habelə 03 iyul 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 07 (yeddi) gün müddət 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Samux rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət habelə 16 fevral 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Samux rayonu Qara-Arx qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Samux rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus bir baş sarı rəngli düyə və Zərərçəkmiş şəxs2 məxsus bir baş qara rəngli erkək dana, o cümlədən Zərərçəkmiş şəxs4 məxsus bir baş sarı rəngli buzov dana sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və X3 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Samux rayonu Qovlarsarı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Samux rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət habelə 03 iyul 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 07 (yeddi) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 18 gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Samux rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, hebelə 16 fevral 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Samux rayonu Qara-Arx qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Samux rayon ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq X1 (Kodu-210005; VÖEN- **********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. Hökm elan olunduğu andan, (təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar