Məhkəmə qərarları › İş №1(030)-4/2024

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-4/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-4/2024 03.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs – xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, "xxxx" MMC-nin Yevlax şəhər filalında təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyən, Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 106-da qeydiyyatda olmaqla yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin aprel ayının təxminən sonlarında özgənin əmlakını ələ keçirmək məqsədilə Daşkəsən şəhəri, 20 yanvar küçəsi, ev 6, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs aldadaraq buna səlahiyyətləri olmadığı halda sonuncunun xx.xx.2008-ci il təvəllüdlü oğlu Şahid Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul edilməsini təmin edəcəyini yalandan vəd verib onu inandıraraq etibarından sui-istifadə etməklə bunun müqabilində xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyin qarşısında 1000 (min) manat məbləğində pul vəsaitini nəğd şəkildə Zərərçəkmiş şəxs almış, həmin gün Gəncə şəhəri, Atatürk prospekti, 247A ünvanında yerləşən “Moskva” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına 500 (beş yüz) manat pul vəsaitini köçürməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1500 (min beş yüz) manat pul vəsaitini xx.xx.2023-cü il tarixdə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin may ayının təxminən ortalarında özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs aldadaraq buna səlahiyyətləri olmadığı halda sonuncuya sosial yardım təyin edilməsi təmin edəcəyini yalandan vəd verib onu inandıraraq etibarından sui-istifadə etməklə bunun müqabilində 17 may 2023-cü il tarixdə 650 (altı yüz əlli) manat, 19 may 2023-cü il tarixdə 500 (beş yüz) manat pul vəsaitlərini Vəsilə Vəliyəva sonuncunun adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürtdürmüş, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Oba-5” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə isə ünvan 4 ünvanında yerləşən Milliön elektron ödəmə sistemi vasitəsi ilə 200 (iki yüz) manat pul vəsaitini sonuncunun adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürməklə Vəsilə Vəlieyvaya məxsus 17 may 2023-cü il tarixdə 650 (altı yüz əlli) manat, 19 may 2023-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat və xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat ümumilikdə isə 1450 (min dör yüz əlli) manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsyla Bakı şəhərində Cəmşid Naxçıvanski adına hərbi liseydə tanış olmuşdur. Əvvəlcə onun oğlunu diş həkimində görmüş dişlərində qüsur olmasını görüb ona pul müqabilində köməklik edəcəyini bildirmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs pul alıb mənimsəmişdir. Birinci dəfə min manat almışdır. Sonra isə beş yüz manat da kartına köçürülmüşdür. Sonrakı pulları sosial yardım təmin edəmək adıyla almışdır. Dəymiş ziyanı tam ödəmişdir. Etdiyi əməldən peşman olmuşdur. X16 müharibəsində şəhid olmuşdur, özü isə 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında bilavasitə iştirak etmişdir. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 tanıyır, münasibəti normal olmuşdur. O, 2020-ci ildə baş vermiş 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etmiş və Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında bilavasitə iştirak etmişdir. Hazırda Qarabağ müharibəsi qazisi statusu almasa da bunula bağlı müalicə olunur. Bundan başqa, mərhum atası Faxrəddin Kərimov 1-ci Qarabağ müharibəsində iştirak edərək şəhid olmuşdur. O, oğlu Faxrəddin Kərimovu “Naxçıvanski” adına hərbi liseyə hazırlaşdırdığı üçün 2023-cü ilin aprel ayında oğlu Faxrəddini hərbi liseyə qəbul etdirmək üçün tibbi komisiyaya aparmışdır. Orada olan zaman Zərərçəkmiş şəxs oğlu Şahidla tanış olmuşdur. Şahid Cəmşid Naxçıvanski adına hərbi liseydə həkim komissiyasından keçən zaman Elvinin ön dişlərinin bəzisində qaraltı, arxa dişində isə çürük olduğu üçün həkim Elvinə dişlərini düzəltdirdikdən sonra təkrar gəlməyini deməsi barədə Elvindən məlumat almışdır. Həmin gün o, hərbi geyim formasında olmuş və Elvinə yaxınlaşıb gülümsəyərək onu diş həkimi komissiyasından keçirəcəyini demişdir. O, diş həkiminin xidməti otağına daxil olub həkimdən ikinci qarabağ müharibəsi iştirakçısı olduğunu, Elvinin qohumu olduğu üçün onu komissiyadan keçirməsini xahiş etmişdir. Bu zaman həkim onun xahişini nəzərə alıb Elvinin həkim komissiyasından keçməyi ilə bağlı sənəd vermişdir. O, otaqdan bayıra çıxırıb həmin sənədi Elvinə vermiş və onu diş həkimi komissiyasından keçirdiyini Elvinə demişdir. Daha sonra o, Elvindən həkim komissiyasından keçməyə kimlə gəldiyini soruşduqda Elvin ona anası Vəsilə ilə birlikdə gəldiyini, anasının bayırda gözlədiyini demişdir. Bundan sonra Elvinin bayıra çıxıb anası Vəsilə ilə söhbət etdiyini görmüşdür. O, bayıra çıxıb Vəsilənin yanına gedib onunla tanış olmuşdur. O, Vəsilə ilə söhbət edən zaman Elvini diş həkimi komissiyasından özünün xahiş edərək keçirdiyini demişdir. Söhbət əsnasında o, yalandan nüfuzlu tanışlarının olduğunu, Qarabağ qazisi olduğunu, hərbi sistemdə xeyli sayda tanışlarının olduğunu deyərək Elvini Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul etdirəcəyini, bunun üçün müəyyən miqdarda pul vəsaitinin lazım olduğunu Vəsiləyə demişdir. Bu zaman Zərərçəkmiş şəxs ondan nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, yalandan Cəmşid Naxçıvanski adına hərbi liseydə işləyən “komadirdən” soruşub gələcəyini demişdir. O, Vəsilənin yanından ayrılıb inzibati binaya daxil olmuşdur. Təxminən orada on dəqiqə gözlədikdən sonra o, Vəsilə və Elvinin yanına qayıtmışdır. O, Vəsiləyə oğlu Elvini hərbi liseyə qəbul etdirmək üçün yalandan 1500 manat pul vəsaitinin lazım olduğunu demişdir. Bundan sonra Vəsilə 1500 manat pul vəsaitini ona verdikdən sonra Elvinin hərbi liseyə qəbul olunacağını ondan soruşduqda o, Vəsiləyə yalandan orda işləyən əvəllər onun komandiri olmuş adını çəkmədiyi, yalnız “komandir” dediyi şəxsin köməkliyi ilə Elvini 1500 manat pul müqabilində hərbi liseyə düzəldəcəyinə söz vermişdir. Əslində “komandir” dediyi şəxs mövcud olmamış, Zərərçəkmiş şəxs daha rahat aldatmaq üçün özündən “komandir” deyə müraciət etdiyi şəxsi uydurmuşdur. Bundan sonra həmin gün Elvinin ürək döyüntüləri artıq olduğundan Vəsilə və oğlu Elvin Bakı şəhərində yerləşən Papalin hərbi qospitalına getmişlər. O və Vəsilə bir-birlərinin mobil nömrələrini götürmüşdür. O, həmin vaxtdan Vəsilə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Elvinlə birlikdə Elvinin “doqquz illik şəhadətnaməsini və oxuğu məktəbdən aldığı arayışı” Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə vermək üçün Bakı şəhərinə gəlmişdir. Onlar həmin gün saat 11 radələrində Cəmşid Naxçıvanski adına hərbi liseyə sənədləri təqdim etdikdən sonra hərbi liseyin qarşısında onunla görüşmüşdür. Zərərçəkmiş şəxs ilə arasında olan telefon danışığına görə həmin gün o, hərbi liseyin qarşısına Vəsilə ilə görüşmək üçün getmişdir. Vəsilə oğlu Elvinin yanında 1000 manat pul vəsaitini çantasından çıxarıb ona vermiş və qalan 500 manat pul vəsaitini Gəncə şəhərinə çatan kimi göndərəcəyini demişdir. O, həmin pul vəsaitini saydıqda məbləğin 1000 manat olduğunu görmüş və pul vəsaitini cibinə qoymuşdur. Orada olan zaman o, ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi "xxxx" proqramı vasitəsi ilə özünə aid olan 4169-7388-1174-59-04 saylı Kapital Bank ASC-yə məxsus plastik kart hesabının üz görüntüsünü çəkib Vəsiləyə atmışdır. Bundan sonra Vəsilə oğlu Elvin ilə birlikdə Gəncə şəhərinə qayıtmışdır. O, isə Bakı şəhərindən çıxıb Bərdə şəhərinə getmişdir. Həmin gün saat 18 radələrində Vəsilə Vəsiliyeva ona zəng edərək qalan 500 manat pul vəsaitini adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürdüyünü demiş və həmin pul vəsaiti həmin gün kart hesabına köçmüşdür. O, Vəsiləyə bir daha yalandan olaraq oğlu Elvini hərbi liseyə qəbul etdirəcəyini, oğlunun işinin həll olunduğunu demişdir. Zərərçəkmiş şəxs ilə qısa müddət ərzində tanış olmağına baxmayaraq Vəsilənin ona inamı tam olmuşdur. Zərərçəkmiş şəxs 1500 manat məbləğində vəsaiti onun oğlu Şahid Naxçıvanski adına hər bi liseyə qəbul etdirəcəyini vəd edərək alsa da, elə bir hal olmayacaqdır. Yəni, onun Vəsilənin oğlu Şahid Naxçıvanski adına hər bi liseyə qəbul etdirmək üçün nə imkanı, nə də tanışı olmamışdır. Sadəcə olaraq bir qədər pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs aldadaraq onun əmlakını ələ keçirmək niyətində olmuşdur. Məhz belə də etmişdir. Zərərçəkmiş şəxs aldığı 1500 manat məbləğində vəsaiti bir qədər yaranmış borclarına xərcləmişdir. Təxminən 2 gün sonra o, Vəsiləyə zəng ederək yalandan Elvinin şəxsiyyət vəsiqəsinin üz görüntüsünü çəkib atmağını, hərbi liseydən istədiklərini demişdir. Vəsilə ilə mobil telefon vasitəsi ilə danışan zaman Vəsilə ona əvəllər azyşalı 3 nəvəsinə görə qızının sosial yardım aldığını, sonradan isə sosial yardıma stop qoyulduğunu demişdir. Bu zaman o, Vəsiləyə yalandan Əmək və X12 Nazirliyində nüfuzlu tanışlarının olduğunu, qızının sosial yardımını bərpa etdirə biləcəyini demişdir. Vəsilə ondan sosail yardımın bərpa olunması üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda o, Vəsiləyə danışıb xəbər edəcəyini söyləmişdir. Təxminən 1 saat sonra o, təkrar Vəsiləyə zəng edərək yalandan nüfuzlu tanışlarının köməkliyi ilə sosial yardımın bərpa olunması üçün 1500 manat pul vəsaitinin lazım olduğunu, həmin vəsait aidiyyəti şəxslərə çatdıqdan sonra sistemdə düzəliş olunaraq sosial müavinətin bərpa olunacağını söyləmişdir. Vəsilə qızının, azyaşlı 3 nəvəsinin və oğlu Elvinin onunla birlikdə yaşadığından çətin vəziyyətdə dolandığını demiş və sosail yardımın düzəlməsi üçün onunla razılaşmışdır. Məhz bundan sonra Zərərçəkmiş şəxs ona bir daha inanaraq 1500 manat məbləğində pul vəsaiti hissə-hissə verəcəyini demişdir. O, Vəsiləyə heç bir problem olmadığını, pulu aldıqdan sonra aidiyyəti şəxslərə çatdıracağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan istifadəsində olan kart hesabına ayrı-ayrı vaxtlarda, yəni 17 may 2023-cü il tarixdə 650 manat, 19 may 2023-cü il tarixdə 500 manat, 24 may 2023-cü il tarixdə 100 manat, 07 iyun 2023-cü il tarixdə 200 manat məbləğində pul vəsaitlərini köçürmüşdür. Zərərçəkmiş şəxs sosial müavinətin bərpa olunması ilə bağlı ona ümumilikdə 1450 manat pul vəsaiti köçürmüşdür. O, Zərərçəkmiş şəxs ələ keçirdiyi pul vəsaitini borclarının ödənilməsi ilə bağlı xərcləmişdir. Zərərçəkmiş şəxs ondan sosial müavinətinin nə vaxt bərpa olunacağını soruşduqda, Vəsiləni aldatmaqla özünə inandırıb qısa zamanda bərpa olunacağını demişdir. Əslində isə həmin xüsusatla bağlı heç kimlə danışmamış, eləcə də hər hansı hərəkət etməmişdir. Onun məqsədi əvəzsiz olaraq Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək olmuşdur. O, Zərərçəkmiş şəxs aldığı pul vəsaitlərini şəxsi borcları üçün xərcləmişdir. Vəsilənin X21 Naxçıvanski adına hərbi liseyə qəbul olunması üçün 2023-cü ilin avqust ayının ortalarında Bakı şəhərində imtahan vermişdir. Zərərçəkmiş şəxs oğlu Elvini Cəmşid Naxçıvanski adına hərbi liseyə çağırmadıqları üçün ona zəng etmişdir. O, Vəsiləyə Elvini də götürüb Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə gəlməyini tapşırmışdır. xx.xx.2023-cü il tarixdə Vəsilə Elvinlə birlikdə Cəmşid Naxçıvanski adına hərbi liseyə getmişdir. Həmin gün Vəsilə onu aldadaraq pul vəsaitini ələ keçirdiyi barədə məlumatı olmuşdur. Vəsilə ona zəng edərək ondan liseyin qarşısına gəlməyini tələb etmişdir. O, hərbi liseyin qarşısına getməmiş və təkrar Vəsiləni aldadaraq guya xx.xx.2023-cü il tarixdə təkrar yığıncaq olacağını, Elvini həmin gün Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi liseyə yola salacaqlarını demişdir. Bundan sonra Vəsilə ona veriyi ümumilikdə 2950 manat pul vəsaitini geri qaytarmağını tələb etmişdir. Lakin onun pul vəsaiti olmadığı üçün bu vaxta kimi müxtəlif bəhanələr gətirərək Vəsilənin pul vəsaitini geri qaytarmamışdır. O, Vəsiləni aldadaraq dələduzluq yolu ilə Vəsilədən ümumilikdə 2950 manat pul vəsaiti ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs tanışları vasitəsilə işlər görəcəyini vəd etsə də, Vəsilədən aldığı pulu heç kimə verməmiş, sadəcə olaraq şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs özünə inandırmaq üçün yalandan nüfuzlu tanışlarının olduğunu, işləri onlar ilə görəcəyini vəd etmişdir. Məhz bundan sonra Zərərçəkmiş şəxs ona inanaraq həmin məbləğdə pul vəsaitlərini ona vermişdir. Onun Vəsiləyə “komandirlə” danışacağını deməyinə baxmayaraq əslində elə bir şəxs olmamışdır. Zərərçəkmiş şəxsı daha tez özünə inandırmaq çünü özündən “komndir” deyə səslədiyi şəxsi uydurmuşdur. O, Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə danışan zaman Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək onun 2950 manat pul vəsaitini ələ keçirdiyindən Vəsilənin barəsində şikayət etməməsi üçün Vəsiləni gözlətmiş və əvvəldən uydurduğu “komandir” adlı şəxsin adını çəkərək guya “komandirin” gəlməyini gözlədiyini, komandir gəldikdən sonra ona verdiyi pul vəsaitini alaraq geri qaytaracağını demişdir. Həqiqətən “komandir” dediyi şəxs mövcud olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, uşağını Cəmşid Naxçıvanski adına hərbi liseyə aparmışdır. Orda İlkinlə tanış olmuşdur. İlkin ona oğlunun həkim komsiyasında keçirilməsində köməklik edəcəyini demişdir. Bunun müqabilində ondan pul almışdır. Min manat orada vermişdir. Sosial məsələ sonrada yaranmışdır. İlkin ona adam var kömək edib düzəldəcəyini demişdir. İlkinə sosial düzəldəcəyinə görə min dörd yüz əlli manat vermişdir. Sonuncu dəfə kapital bank vasitəsi ilə kartına ödəniş etmişdir. Ona cəmi 2950 manat pul vermişdir. İşə məhkəmədə baxılan müddət ərzində həmin pul ona tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında ərizə verərək vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun barəsində hər hansı bir şikayətinin olmadığını, onunla barışdığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində iş üzrə zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Şahid onun doğma oğludur. Oğlu Şahid Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul etdirmək qərarına gəlmişdir. Bu məqsədlə lazım olan sənədləri toplayıb oğlu Elvinlə birlikdə Cəmşid Naxçıvanski adına hərbi liseyə aparıb vermişdir. Cəmşid Naxçıvanski adına hərbi liseydə oğlu Elvin 2023-cü ilin aprel ayının sonlarında həkim komissiyasından keçən zaman Elvinin ön dişlərinin bəzisində qaraltı, arxa dişində isə çürük olduğu üçün həkim oğlu Elvinə dişlərini düzəltdirdikdən sonra təkrar gəlməyini dedikdə orada oğlunu həkim komissayından keçirən sonradan tanıdığı hərbi geyim formasında olan Yevlax şəhər sakini Təqsirləndirilən şəxs Elvinə yaxınlaşıb ona köməklik edəcəyini bildirərək təklikdə diş həkiminin xidməti otağına daxil olmuşdur. İlkin həkimdən xahiş edərək oğlu Elvini həmin komissiyadan keçirmiş və Elvinə diş həkimindən keçməsi barədə ağ rəngli kağız vermişdir. Bütün bunları oğlu Elvin diş həkimi komissiyasından keçdikdən sonra ona dedikdə üzərində medallar olan hərbi geyimli sonradan tanıdığı Təqsirləndirilən şəxs onun yanına gələrək onunla tanış olmuşdur. O, İlkinlə söhbət edən zaman İlkin Elvini diş həkimi komisyasından özünün xahiş edərək keçirdiyini demişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs nüfuzlu tanışlarının olduğunu, Elvini Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul etdirəcəyini, bunun üçün müəyyən miqdarda pul vəsaitinin lazım olduğunu demişdir. O, İlkindən nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda İlkin Cəmşid Naxçıvanski adına hərbi liseydə işləyən “komandirdən” soruşub gələcəyini demişdir. İlkinin çıxıb getməsindən təxminən 10 dəqiqə sonra İlkin onların yanına gəlmişdir. Həmin vaxtı oğlu Elvində yanında olmuşdur. Təqsirləndirilən şəxs ona Elvini hərbi liseyə qəbul etdirmək üçün 1500 manat pul vəsaitinin lazım olduğunu demişdir. Bundan sonra o, 1500 manat pul vəsaiti verdikdən sonra Elvinin hərbi liseyə qəbul olunacağını İlkindən soruşduqda İlkin ona orda işləyən əvəllər onun komandiri olmuş adını çəkmədiyi, yalnız “komandir” dediyi şəxsin köməkliyi ilə Elvini 1500 manat pul müqabilində hərbi liseyə düzəldəcəyinə söz vermişdir. Bundan sonra həmin gün oğlu Elvinin üərk döyüntüləri artıq olduğundan Bakı şəhərində yerləşən Papalin hərbi qospitalına getmişdir. Elvin orada həkimdən keçdikdən sonra aldıqları sənədi həmin gün gətirib Cəmşid Naxçıvanski adına hərbi liseyə vermişdir. Daha sonra o, oğlu Elvinlə birlikdə Daşkəsən şəhərinə geri qayıtmışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə Elvinin “doqquz illik şəhadətnaməsini və oxuğu məktəbdən aldığı arayışı” Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə vermək üçün Bakı şəhərinə Elvinlə birlikdə getmişdir. Həmin gün saat 11 radələrində Cəmşid Naxçıvanski adına hərbi liseyə sənədləri təqdim etdikdən sonra hərbi liseyin qarşısında Təqsirləndirilən şəxsla görüşmüşdür. O, oğlu Elvinin yanında 1000 manat pul vəsaitini İlkinə əlbəəl verdikdə İlkin qalan 500 manat pul vəsaitini Gəncə şəhərinə çatan kimi köçürməsini ondan tələb etmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi "xxxx" proqramı vasitəsi ilə özünə aid olan 4169-7388-1174-59-04 saylı Kapital Bank ASCyə məxsus plastik kart hesabının üz görüntüsünü çəkib ona atmışdır. Bundan sonra o, oğlu Elvin ilə birlikdə Gəncə şəhərinə qayıtmışdır. O, Gəncə şəhərində özünə məxsus 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına 13 may 2023-cü il tarixdə saat 17:39 dəqiqədə Gəncə şəhəri, Atatürk prospekti, 247A ünvanında yerləşən “Moskva” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi köçürmüş və qəbzi götürüb özündə saxlamışdır. O, pul vəsaitini İlkinin kart hesabına köçürdükdən sonra İlkinə zəng edərək bu barədə məlumat verdikdə İlkin ona oğlu Elvini hərbi liseyə qəbul etdirəcəyini demişdir. Təxminən 2 gün sonra İlkin ona zəng edərək oğlu Elvinin şəxsiyyət vəsiqəsinin üz görüntüsünü çəkib atmağını, hərbi liseydən istədiklərini demişdir. İlkin ilə mbil telefon vasitəsi ilə danışan zaman İlkin ondan nəvələrinə sosial yardım alıb-almadığını soruşduqda o, İlkinə əvəllər azyşalı 3 nəvəsinə görə qızının sosial yardım aldığını, sonradan isə sosial yardıma stop qoyulduğunu demişdir. Bu zman İlkin ona Əmək və X15 Nazirliyində nüfuzlu tanışlarının olduğunu, qızının sosial yardımını bərpa etdirə biləcəyini demişdir. O, İlkindən sosial yardımın bərpa olunması üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşduqda İlkin ona danışıb xəbər edəcəyini söyləmişdir. Həmin gün İlkin ona təkrar zəng edərək nüfuzlu tanışlarının köməkliyi ilə sosial yardımın bərpa olunması üçün 1450 manat pul vəsaitinin lazım olduğunu dedikdə o, qızının, azyaşlı 3 nəvəsinin və oğlu Elvinin onunla birlikdə yaşadığından çətin vəziyyətdə dolandığı üçün məcbur qalıb sosail yardım almaq üçün İlkinlə razılaşmışdır. Bundan sonra o, Rusiya Federasiyasında yaşayan qızının qaynı X4 ona borca pul vəsaiti verməsini xahiş etmişdir. Yahya heç bir problem olmadığını ona borca pul vəsaiti verə bilcəyini demişdir. O, "xxxx" proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik kartın üz görüntsünü Yahyaya ataraq ona borca verəcəyi pul vəsaitini həmin kart hesabına köçürməsini xahiş etmişdir. Yahya 17 may 2023-cü il tarixdə 650 manat, 19 may 2023-cü il tarixdə isə 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürükdən sonra həmin köçürməni əks etdiən qəbzlərin üz görüntüsünü ona atmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Oba” marketin içərisində quraşdırılmış Milliön elektron ödəmə sistemi vasitəsi ilə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə isə Daşkəsən şəhəri, M.Əsədov küçəsində yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olna "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürmüş və əldə etdiyi 2 ədəd qəbzi özündə saxlamışdır. X21 Naxçıvanski adına hərbi liseyə qəbul olunması üçün 2023-cü ilin avqust ayının ortalarında Bakı şəhərində imtahan vermiş və 75 bal toplamışdır. Həmin vaxtı oğlu topladığı 75 balla Naxçıvan Muxtar Respublikasında yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə düşürmüş, lakin Elvini Cəmşid Naxçıvanski adına hərbi liseyə çağırmadıqları üçün o, İlkinə zəng etmişdir. İlkin ona oğlu Elvini də götürüb Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə gəlməyini tələb etmişdir. xx.xx.2023-cü il tarixdə oğlu ilə birlikdə Cəmşid Naxçıvanski adına hərbi liseyə getmişdir. Onlar ora çatdıqda Cəmşid Naxçıvanski adına hərbi liseyin mühafizəçisi oğlu Elvinin hərbi liseyə qəbul olunmadığını liseyə qəbul olunan uşaqların xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə getdiklərini demişdir. Bundan sonra o, dərhal İlkinə zəng edərək İlkinə liseyin qarşısına gəlməsini tapşırmışdır. İlkin hərbi liseyin qarşısına gəlməmiş və onu aldadaraq guya 20.09 2023-cü il tarixdə təkrar yığıncaq olacağını, oğlu Elvini həmin gün Naxçıvan Muxtar Respublikasında yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə yola salacaqlarını demişdir. O, İlkinin onu aldatdığını görmüş və İlkindən oğlu Elvini hərbi liseyə düzəlməsi üçün ondan aldığı 1500 manatı və sosial yardımı düzəldirməsi üçün ondan aldığı 1450 manat pul vəsaitini geri qaytarmasını tələb etmişdir. Lakin İlkin bu vaxta kimi müxtəlif bəhanələr gətirərək onun pul vəsaitimi geri qaytarmamışdır. İlkin onu aldadarq dələduzluq yolu ilə ümumilikdə 2950 manat pul vəsaitimi ələ keçirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, Adil Hüseynov gübrə işinə girmək üçün ondan borca 1 həftəlik pul istəmişdir. Onda maşını üçün pul olduğunu dedikdə, həmin pulu borc olaraq ondan istəmiş və o da razılaşaraq 2800 manat məbləğində pulu Daşksəsən rayonunda yerləşən Bizim marketiin qabağında Adilə vermişdir. Adil Hüseynovdan bir daha nəyə görə borc istədiyini soruşduqda, o yenə də gübrə işinə girdiyini bildirmiş və dediyi vaxtda borcu qaytarmışdır. Bir qədər sonra isə ondan borca aldığı pulu Təqsirləndirilən şəxsna verdiyini öyrənmişdir. O, əvvəllər də, Təqsirləndirilən şəxs guya işə düzəltmək adı ilə vətəndaşlardan pul alaraq dələduzluq yolu ilə ələ keçiridiyini eşitmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan şahid qismində valideyninin iştirakı dindirilmiş Şahid eyni məzmunlu ifadə verərək iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona sosial yardım verilməsini bərpa etdirmək adı altında Təqsirləndirilən şəxs məxsus kart hesabına sonuncu dəfə 200 manat pul vəsaitini “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə köçürmüş və həmin ödəmə terminalı ünvan 5 ünvanında yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan "xxxx" ASC-dən daxil olmuş məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına **********745904 saylı ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan çıxarışdan görünür ki, 13 may 2023-cü il tarixdə 500 (beş yüz) manat, 17 may 2023-cü il tarixdə 650( altı yüz əlli) manat, 19 may 2023-cü il tarixdə 500 (beş yüz) manat, 24 may 2023-cü il tarixdə (yüz) manat, 07 iyun 2023-cü il tarixdə isə 200 (iki yüz) manat pul vəsaitləri Təqsirləndirilən şəxs məxsus ödəniş kartına köçürülmüşdür. İşdə olan Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayıçının surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixonevroloji kabinetində qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 4125 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Yevlax rayon polis şöbəsi tərəfindən baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Yevlax Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(039)-12/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki Təqsirləndirilən şəxs “İkinci Qarabağ” müharibəsində iştirak edib və Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında iştirak etmişdir. İşdə olan Yevlax şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli 281 nömrəli xasiyyətnaməsinin surətindən görünür, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarekterizə olunur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 atası Təqsirləndirilən şəxs, anası Kərimova Sahilədir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən törədilmiş dələduzluq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmən məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmən məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları,şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 2668 nömrəli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 4-cü bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, vətən uğrunda gedən döyüşlərdə fəal iştirak etməsini, atasının şəhid olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(039)-12/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplayaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı yeri saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, yaşadığı Yevlax rayonunun ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə olan zərərçəkmiş şəxsin könüllü olaraq istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına 13 may 2023cü il tarixdə saat 17:39 dəqiqədə Gəncə şəhəri, Atatürk prospekti, 247A ünvanında yerləşən “Moskva” marketin içərisində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 500 (beş yüz) manat pul vəsaitini köçürdükdən sonra aldığı 1 ədəd qəbz, 17 may 2023-cü il tarixdə 650 (altı yüz əlli) manat, 19 may 2023-cü il tarixdə 500 (beş yüz) manat pul vəsaitlərinin Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürülməsini özündə əks etdirən iki ədəd foto şəkil, Təqsirləndirilən şəxs adına olan Kapital Bank” ASC-yə məxsus **********745904 saylı kart hesabının üz görüntüsünün əks olunduğu 1 ədəd foto şəkil, xx.xx.2023-cü il tarixdə saat 14:13 dəqiqədə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Oba-5” marketin içərisində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə isə saat 14:48 dəqiqədə ünvan 6 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəs ilə 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürdükdən sonra aldığı 2 ədəd qəbz və Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə arasında olan danışığı özündə əks etdirən 2 ədəd səs yazının köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsin xx.xx.2024-cü il tarixli 1(039)-12/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı yeri saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, yaşadığı Yevlax rayonunun ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Yevlax Rayon Məhkəməsinin hökmü ilə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə sübutlar olan zərərçəkmiş şəxsin könüllü olaraq istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına 13 may 2023-cü il tarixdə saat 17:39 dəqiqədə Gəncə şəhəri, Atatürk prospekti, 247A ünvanında yerləşən “Moskva” marketin içərisində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 500 (beş yüz) manat pul vəsaitini köçürdükdən sonra aldığı 1 ədəd qəbz, 17 may 2023-cü il tarixdə 650 (altı yüz əlli) manat, 19 may 2023-cü il tarixdə 500 (beş yüz) manat pul vəsaitlərinin Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürülməsini özündə əks etdirən iki ədəd foto şəkil, Təqsirləndirilən şəxs adına olan Kapital Bank” ASC-yə məxsus **********745904 saylı kart hesabının üz görüntüsünün əks olunduğu 1 ədəd foto şəkil, xx.xx.2023-cü il tarixdə saat 14:13 dəqiqədə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Oba-5” marketin içərisində quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə isə saat 14:48 dəqiqədə ünvan 6 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəs ilə 200 (iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********745904 saylı kart hesabına köçürdükdən sonra aldığı 2 ədəd qəbz və Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə arasında olan danışığı özündə əks etdirən 2 ədəd səs yazının köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar