Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-5/2024 03.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Gəncə şəhəri Ağa Sultanov küçəsi, ev 76-da qeydiyyatda olmaqla yaşayan, Göygöl Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsində 1(066)- 102/2023 nömrəli cinayət işi üzrə məhkəmə istintaqı aparılan, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan. 2023-cü ilin may ayının əvvəllərində təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış kompleksindən 3 otaqlı mənzil alınmasında köməklik etməsindən ötürü Daşkəsən şəhəri, T.İsmayılov küçəsi ev 36, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs aldadaraq buna səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yaşayış kompleksindən 3 otaqlı mənzil alınmasında köməklik edəcəyini yalandan vəd verib onu inandıraraq etibarından sui-istifadə etməklə xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Gəncə şəhərində yerləşən X15 kart mərkəzi filialının qarşısında 8200 (səkkiz min iki yüz) manat məbəğində nağd vəsaitini, xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri ərazisindən Leobank mobil tətbiqi vasitəsi ilə 450 (dörd yüz əlli) manat vəsaitini, xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri ərazisindən Azərbaycan Beynəlxalq Bank mobil tətbiqi vasitəsi ilə 850 (səkkiz yüz əlli) manat vəsaitini, xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri ərazisindən “Bir Bank” mobil tətbiqi vasitəsi ilə 500 (beş yüz) manat vəsaitini, ümumilikdə vahid niyyətlə 10.000 (on min) manat məbləğində pulunu əldə edərək ona məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ramillə taksi dürücüsü kimi tanış olmuşdur. Çətin vəziyyətdə olduğu üçün yalandan vəd edərək Ramilə güzəştli şərtlərlə üç otaqlı sosial mənzil təşkil edəcəyini demişdir. Bu məqsədlə müxtəlif vaxtlarda hissə-hissə olaraq ondan ümumilikdə 10.000 (on min) manat almışdır. Öncə 8200 manat almışdır. 1800 manat isə hissə-hissə almışdır. Əslində mənzil təşkil etmək üçün gerçək bir tanışı və ya əlaqəsi olmamışdır. Ramil pulu tələb etdikdə o, Ramildən bu məqsədlə aldığı pulu notariat qaydada hissə-hissə ödəyəcəyi barədə razılaşmışdır. Hazırki vəziyyətdə həbsdə olduğu üçün aldığı pulu qaytara bilməmişdir. Öhdəsində iki azyaşlı uşağı, xəstə və qoca anası vardır. Özü azaddlıqda olmadığı üçün anası ilə zərərçəkmiş şəxs pulların geri qaytarılması barədə razılığa gəlmişdir. Törətdiyi əməldən peşimandır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayında Daşkəsən rayon X1 şəhəri istiqamətində getmək üçün Quşçu Körpü qəsəbəsində avtomobil gözləmiş və həmin vaxt, adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yanında saxlamış, o avtomobilə əyləşdikdən sonra Gəncə şəhəri istiqamətində hərəkət etmişlər. Yol boyu Zərərçəkmiş şəxs bir müddət söhbət etdikdən sonra qarşılıqlı nömrələrini bir-birləri ilə paylaşmışlar. Daha sonra Gəncə şəhərinə çatdıqda avtomobildən düşərək evə getmişdir. Təxminən 1 gün sonra Zərərçəkmiş şəxs ilə “Whatsapp” mobil tətbiqi vasitəsi mesajlaşaraq söhbət etməyə başlamışlar. O arabir Zərərçəkmiş şəxs qısa müddətlik şəxsi istifadəsi üçün 20, 30 və 50 manat borc pul alaraq geri qaytarmışdır. Danışdıqları müddət ərzində Zərərçəkmiş şəxs evə ehtiyyacı olduğunu anlamış, lazım olduğu təqdirdə Gəncə şəhərində yerləşən MİDA MMC-ə məxsus güzəştli mənzillərin dəyərindən ucuz satılmağına köməklik göstərə biləcəyini demişdir. xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxslə bu məzmunda barədə söhbət etmiş, Zərərçəkmiş şəxs saat 12:00 radələrində istifadə etdiyi mobil nömrədən yığaraq onun etibarından sui-istifadə edərək yəni onu aldadaraq ona məxsus pul vəsaitini ələ keçirtmək niyyəti ilə Gəncə şəhərində yerləşən MİDA MMC məxsus güzəştli mənzilərində satılmaqda olan 2 ədəd 2 və 3 otaqlı mənzillərin qaldığını demişdir. Ramil ondan 3 otaqlı mənzilin dəyərini soruşduqda, o həmin mənzilin 14.000 manata olduğunu, sənədləşmənin tam qanuni olacağını yalandan vəd etmişdir. Ramil danışıq zamanı 3 otaqlı evi istədiyini demiş, o da təcili şəxsiyyət vəsiqəsinin şəkillərini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərməsini tələb etmişdir. Daha sonra isə evin ödənişini səhərisi gün etmək lazım olduğunu demiş, telefon danışığını sonlandırdıqdan sonra “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs saat 12:05-də şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərmişdir. Şəkilləri göndərdikdən sonra o, Zərərçəkmiş şəxs, Gəncə şəhərində yerləşən MİDA MMC-ə məxsus güzəştli mənzilərində 3-cü mərtəbədə 3 otaqlı evin artıq onun adına qeydiyyat olunduğunu demişdir. İşi həll edən bir nəfər şəxsə 500 manat şirinlik vermək lazım olduğunu dedikdə, Ramil hal hazırda pulu verməyə qadir olmadığını, evin ödənişini isə bankdan kredit götürdükdən sonra ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs cavab olaraq şirinliyi özünün həll edəcəyini əsas evin ana məbləğini verməsini dedikdə, Zərərçəkmiş şəxs həmin pulu xx.xx.2023-cü il tarixdə bankdan götürərək verəcəyini demiş və Təqsirləndirilən şəxs bu barədə Ramil ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə 11:00 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhərində yerləşən X15 Kart mərkəzi filialından 10.000 manat nağd vəsaiti götürmək üçün getmişlər. Zərərçəkmiş şəxs bankdan krediti götürdükdən sonra həmin bankın qarşısında nağd vəsaitdən 8200 manatı sayaraq ona vermiş, geri qalan 1800 manatı isə anasının müəlicə xərcləri üçün ayıraraq saxladığını, sonra verəcəyini demişdir. O, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək yəni aldadıb ona məxsus pul vəsaitini ələ keçirdikdən sonra axşam saatlarında qəbz və digər evin adına rəsmiləşməsi ilə bağlı sənədləri göndərəcəyini yalandan vəd etmişdir. Eyni zamanda yerdə qalan məbləğ yəni 5800 manatı may ayının sonu ödəməsi barədə razılaşmışlar. 2023-cü ilin sentyabr ayında isə evin Zərərçəkmiş şəxs təhvil veriləcəyini bildirmişdir. May ayının 13-də təxminən saat 09:00 radələrində Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək yəni onu aldadaraq ona məxsus pul vəsaitini ələ keçirtmək niyyəti ilə onu yığıb hal hazırda sözügedən evin işi ilə bağlı Bakı şəhərində olduğunu, 8200 manat pulun az olduğunu, guya ki evi satan şəxsin 10000 manat olduğu təqdirdə sənədləşməni həyata keçirəcəyini yalandan deyib təcili 1800 min manat pul göndərməli olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat vəsaiti, xx.xx.2023-cü il tarixdə 850 (səkkiz yüz əlli) manat vəsaiti, xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat vəsaiti, ümumilikdə 1800 manatı ona məxsus "xxxx" ASC-yə məxsus 4169-7388-2166-4970 saylı və "xxxx" ASC-yə məxsus 4169-1387-8406-9704 saylı bank kartlarına onlayn göndərmişdir. O, həmin vaxt yalandan Zərərçəkmiş şəxs Bakı şəhərinə onun işi ilə bağlı getdiyini bildirsə də, əslində Gəncə şəhərində yerləşən qeydiyyatda olduğu ailəsinə məxsus evlərində olmuşdur. O , Ramilə göndərdiyi pulun çatdığını, evin sənədini günorta götürəcəyini, axşam özü ilə Gəncə şəhərinə gətirib görüşərək ona verəcəyini demişdir. Həmin tarixdə günorta təxminən saat 14:00 radələrində Zərərçəkmiş şəxs təkrar onu mobil telefon vasitəsi ilə yığaraq, ona aid sənədi götürdüyünü sual etdikdə, o, sənədin əlində olduğunu demiş, Ramil sənədin şəklini atmasını xahiş etmiş, lakin o heç bir şəkil atmamışdır. Həmin gün axşam radələrində Zərərçəkmiş şəxs onu yığdıqda o müxtəlif bəhanələr uyduraraq həmin günü Gəncəyə gəlməyəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Gəncədə olsa da Ramilə heç bir sənəd təqdim etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs sentyabr ayında evin təhvil veriləcəyini müxtəlif yalan vədlər verərək müddəti uzatmışdır. Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə onu 01 sentyabr 2023-cü il tarixdə yığaraq evin işlərinin nə yerdə olduğunu soruşmuş, o isə cavab olaraq sentyabr ayının axırı həll olacağını demişdir. O, Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə 19 sentyabr 2023-cü il tarixdə zəng edərək evin satılmasını həll edə bilmədiyini, aldığı məbləği isə notariusda öz üzərinə götürərək hər ay özünün ödəyəcəyini demişdir. Ramil ilə razılaşdıqdan sonra onunla birlikdə Gəncə şəhərində yerləşən 6 saylı notariusa gedib dediklərini təsdiqləmişlər. Zərərçəkmiş şəxs ona xx.xx.2023-cü il tarixdə kreditin ödəniş vaxtı olduğunu desə də, o ödənişi edə bilmədiyinə görə müxtəlif bəhanələr bildirərək xx.xx.2023-cü il tarixdə gecikmə faizi ilə birlikdə krediti ödəyəcəyini yalandan vəd etmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs onu yığsa da o yenidən bəhanə gətirərək xx.xx.2023-cü il tarixdə 2000 manat verəcəyini və 340 manat aylıq ödənişi göndərəcəyini yalandan bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onu təkrar yığsa da hal hazırda pulunun olmadığını xx.xx.2023-cü il tarixdə ümumilikdə ona 4000 manat verəcəyini yenidən yalandan vəd etmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə yenidən pulunun olmadığını xx.xx.2023-cü il tarixdə dəqiq ödəyəcəyini bildirsə də həmin tarixdə də ödəniş edə bilməmişdir. O Ramili aldatmaq, etibarından sui istifadə etmək üçün yalandan başqa şəxsə şirinlik verəcəyini demiş, əslində isə elə bir şəxs və ya şəxslər olmamış, o sadəcə olaraq Ramili aldatmaq üçün uydurma şəxslər olduğunu söyləmişdir Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, avtomobili ilə yol gedərkən Nərgizi avtomobilinə götürmüş birlikdə yol gedərkən tanış olmuşlar. Tanışlıqları davam etmişdir. Təqsirləndirilən şəxs onun etibarını qazanmışdır. Ona Gəncə şəhərində ucuz qiymətə mənzil alacağını demişdir. O, da buna inanmışdır. O, Nərgizə 8200 manat pulu nağd vermişdir. Qalan 1800 manat pulu isə hissə-hissə onun kart hesabına köçürmüşdür. Hazırda ona dəymiş ziyanı ödəməmişdir. Buna baxmayaraq Nərgizdən şikayətçi deyildir, ona ağır cəza verilməsini istəmir. Məhkəmə iclasında ərizə verərək vurulmuş ziyanın ödənilmədiyini bildirmiş və vurulmuş ziyanın ödəniləcəyini ehtimal etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından X13 MMCdə filizə nəzarətçi vəzifəsində çalışmışdır. Sərbəst olduğu vaxtlarda Daşkəsən rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2023-cü ilin əvvəlləri fevral ayında Daşkəsən rayon X1 şəhəri istiqamətində gedən zaman adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs ilə tanış olmuş, yolda olduqları zaman Təqsirləndirilən şəxs ona istənilən şəxsə sosial təqaüd və Azərbaycan Respublikası Mənzil X9 balansında olan Gəncə şəhərində yerləşən binadan mənzil alınmasında köməklik göstərə bildiyini demişdir. Daha sonra Gəncə şəhərinə çatdıqda Təqsirləndirilən şəxs düşürdmüş, eyni zamanda sonuncunun mobil telefon nömrəsini götürmüşdür. Təxminən 1 gün sonra Təqsirləndirilən şəxs 20 manat 1 günlük borc vermiş, Təqsirləndirilən şəxs aldığı borc pulu vaxtında qaytarmışdır. Pulu qaytardıqdan 2 gün sonra Təqsirləndirilən şəxs yenidən ondan 30 və 50 manat ardıcıllıqla alaraq geri qaytarmışdır. Bundan sonra mütamadi olaraq ünsiyyət qurmuşlar. Təxminən xx.xx.2023-cü il tarixdə əvvəldən yaşayış evi almağına ehtiyyacının olduğu barədə söhbət etidiklərinə görə, Təqsirləndirilən şəxs saat 12:00 radələrində onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni yığaraq Gəncə şəhərində yerləşən MİDA MMC-ə məxsus güzəştli mənzilərin satılmaqda olan 2 ədəd 2 və 3 otaqlı mənzillərin qaldığını demiş, o Nərgizdən 3 otaqlı mənzilin dəyərini soruşduqda Nərgiz ona 14.000 manata olduğunu sənədləşmənin tam qanuni olacağını yalandan vəd etmişdir. O danışıq zamanı 3 otaqlı evi isdədiyini dedikdə, Təqsirləndirilən şəxs təcili şəxsiyyət vəsiqəsinin şəkillərini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərməsini tələb etmiş, eyni zamanda sənədləşməni etməyin vacibliyini, evin ödənişini isə sabah etmək lazım olduğunu bildirmişdir. O, şəkilləri göndərdikdən sonra Təqsirləndirilən şəxs ona "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış kompleksindən 3-cü mərtəbəsində 3 otaqlı mənzilin artıq adına qeydiyyat olunduğunu demişdir. Təqsirləndirilən şəxs işi görən bir nəfər şəxs olduğunu, həmin şəxsə 500 manat şirinlik vermək lazım olduğunu dedikdə, o isə hal hazırda o pulu verməyə qadir olmadığını evin ödənişi üçün isə bankdan kredit götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cavab olaraq şirinliyi özünün həll edəcəyini, əsas evin ödənişini verməsini bildirdikdə o, həmin pulu xx.xx.2023-cü il tarixdə bankdan götürərək verəcəyini deyib qarşılıqlı razılaşmışlar. O xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhərində yerləşən X15 kart mərkəzi filialından 10.000 manat nağd vəsaiti kredit olaraq götürmüşdür. O, həmin nağd vəsaitdən 8200 manatı bankın qarşısında sayaraq Təqsirləndirilən şəxs təhvil vermişdir. Digər 1800 manatı isə anasının müəlicə xərcləri üçün ayıraraq saxlamışdır. Təqsirləndirilən şəxs pulu sayaraq götürdükdən sonra axşam üstü qəbz və digər evin adıma rəsmiləşməsi ilə bağlı sənədləri göndərəcəyini vəd etmişdir. Eyni zamanda geri qalan məbləğ, yəni 5800 manatı may ayının sonu ödəyəcəyi barədə razılaşmışlar. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında isə evin Zərərçəkmiş şəxs təhvil veriləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs axşam saatlarında yığsa da götürmədiyini, müxtəlif bəhanələr gətirdiyini görmüşdür. 13 may 2023-cü il tarixdə, saat 09:00 radələrində Təqsirləndirilən şəxs onu yığaraq hal hazırda ev işi ilə bağlı Bakı şəhərində olduğunu, onun verdiyi 8200 manat pulun az olduğunu, guyaki evi satan şəxsin 10000 manat olduğu təqdirdə sənədləşməni həyata keçirəcəyini bildirərək təcili 1800 min manat pul göndərməli olduğunu demişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri ərazisindən Leobank mobil tətbiqi vasitəsi ilə 450 (dörd yüz əlli) manat vəsait, xx.xx.2023cü il tarixdə Daşkəsən şəhəri ərazisindən Azərbaycan Beynəlxalq Bank mobil tətbiqi vasitəsi ilə 850 (səkkiz yüz əlli) manat vəsait, xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri ərazisindən “Bir Bank” mobil tətbiqi vasitəsi ilə 500 (beş yüz) manat ümumilikdə 1800 manatı vəsaiti Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə məxsus 4169-7388-2166-4970 saylı və "xxxx" ASC-yə məxsus 4169-1387-8406-9704 saylı bank kartlarına atmışdır. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq qeyd edilən pulun ona çatdığını, evin sənədini günorta götürəcəyini axşam özü ilə Gəncə şəhərinə gətirib görüşərək verəcəyini bildimişdir. Həmin tarixdə günorta təxminən saat 14:00 radələrində o, Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə yığaraq ondan evin sənədini alıb-almadığıını soruşmuş, Nərgiz sənədi götürdüyünü dedikdə, o, həmin sənədin şəklini atmasını istəmiş, Nərgiz isə hal hazırda yanında adam olduğunu, çıxdıqdan sonra atacağını desə də həmin tarixdə heç bir şəkil atmamışdır. Axşam saatlarında Təqsirləndirilən şəxs yığdıqda isə müxtəlif bəhanələr uyduraraq həmin günü Gəncəyə gəlməyəcəyini, sabah yəni xx.xx.2023-cü il tarixdə gələcəyini dedikdə o, Nərgizin artıq onu aldatdığını anlamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncəyə gəlsə də heç bir sənəd təqdim etməmiş, bundan sonra o sübut toplamaq üçün Nərgiz ilə xoş rəftar göstərərək sənəd toplamağa başlamışdır. Bu müddət ərzində Nərgiz Xəlilov sentyabr ayında evin təhvil veriləcəyini müxtəlif yalan vədlər verərək müddəti uzatmışdır. Sentyabr ayının 1-də Təqsirləndirilən şəxs yığaraq evin işlərinin nə yerdə olduğunu soruşmüş, Nərgiz cavab olaraq sentyabr ayının axırı həll olacağını demişdir. Sentyabr ayının 19-da Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ev alınması məsələsini həll edə bilmədiyini, aldığı məbləği isə notariusda öz üzərinə götürərək hər ay özünün ödəyəcəyini edmiş və Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhərində yerləşən 6 saylı notariusa gedərək dediklərini təsdiq etdirmişdir. O xx.xx.2023cü il tarixdə kreditin ödəniş vaxtı olduğunu desə də ödənişi etmədiyinə görə Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə yığaraq kreditin gecikməyə düşəcəyini, nə üçün ödəmədiyini sual etmiş, Nərgiz isə hal hazırda pulunun olmadığını xx.xx.2023-cü il tarixdə gecikmə faizi ilə birlikdə ödəyəcəyini yalandan vəd etmişdir. xx.xx.2023-cü il tarixdə o yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs cavabında xx.xx.2023-cü il tarixdə 2000 manat ona pul verəcəyini və 340 manat aylıq ödənişini göndərəcəyini demişdir. Bundan sonra o, krediti özü cibindən ödəmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da hal hazırda pulunun olmadığını xx.xx.2023-cü il tarixdə ümumilikdə ona 4000 manat verəcəyini yenidən yalandan vəd etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs yenidən pulunun olmadığını xx.xx.2023-cü il tarixdə ödəyəcəyini demiş və həmin tarixdə ödəniş etmədiyinə görə o, Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. İşdə olan Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazışmaların əks olunduğu 8 ədəd A4 formatlı kağızlar və bir ədəd CD disk 18 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar ilə sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Xəlilova X3 RPŞ-də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Göygöl RPŞ-də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İşdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirlməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilmişdir. İşdə olan “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 21 avqust 2023-cü il tarixli ittiham aktının” surətindən görünür ki, həmin cinayət işi 23 avqust 2023-cü il tarixdə təsdiqlənərək Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhərində yerləşən “Kapital Bank “ ASCnin mərkəzi filalının qarşısında 8200 (səkkiz min iki yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs təhvil vermişdir. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 3950 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 7578 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsiyyəti müəyyən edən sənədin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsiyyəti müəyyən edən sənədin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Beynəlxalq Bankının 6-2-41/2-35994/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 4127-2093-0929-0507 saylı plastik kartdan 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə məxsus 4169-7388-2166-4970 saylı plastik karta, 300 (üç yüz) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə məxsus 4169-7387-8406- 9704 saylı plastik karta köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 hər ay 351 (üç yüz əlli bir) manat olmaqla "xxxx" ASC-yə Zərərçəkmiş şəxs adına olan kredit cədvəli əsasında kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda, öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 4-cü bəndində qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, səmimi peşman olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini vurulmuş maddi ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona yüngül cəza verilməsini xahiş etməsini, himayəsində azyaşlı uşaqlarının olmasınını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı evini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, Gəncə şəhər ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübutlar olan “Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs Gəncə şəhərində MİDA MMC-məxsus yaşayış kompleksində olan binanın 3-cü mərtəbədə yerləşən 3 otaqlı mənzil alınmasında köməklik edəcəyi ilə bağlı olan vatsap yazışmalarının əks olunduğu 3 ədəd A4 formatlı kağızlar”, “Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd CD disk” və “Unibankdan daxil olan əməliyyatlarla bağlı bir ədəd bir ədəd CD disk” cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı evi axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, Gəncə şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə sübutlar olan “Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs Gəncə şəhərində MİDA MMC-məxsus yaşayış kompleksində olan binanın 3-cü mərtəbədə yerləşən 3 otaqlı mənzil alınmasında köməklik edəcəyi ilə bağlı olan vatsap yazışmalarının əks olunduğu 3 ədəd A4 formatlı kağızlar”, “Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd CD disk” və “Unibankdan daxil olan əməliyyatlarla bağlı bir ədəd bir ədəd CD disk” cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-5/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-5/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver