Məhkəmə qərarları › İş №1(030)-5/2025

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-5/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-5/2025 27.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsi hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd göy rəngli sellofan paket içərisində saxladığı 1 ədəd yapışqan lentlə sarılmış qablaşdırılmış qara rəngli sellofan torba içərisində təmiz çəkisi 480 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb, 31 mart 2025-ci il tarixdə saat 14:21 dəqiqədə Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə-Daşkəsən avtomobil yolunun 17-ci kilometrliyində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən əvəllər yeməkxana kimi fəaliyyət göstərmiş “Soyuq bulaq” adlı istifadəyə yararsız vəziyyətdə olan obyektin yaxınlığında saxlanılaraq cinayət axtarış bölməsinin rəisi polis mayoru Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla sonuncunun əynində olan qara rəngli uzunqol gödəkçənin iç tərəfində sol sinə nahiyəsində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək üzərində saxladığı bir ədəd göy rəngli sellofan paket içərisində 1 ədəd yapışqan lentlə sarılmış qablaşdırılmış qara rəngli sellofan torbada təmiz çəkisi 480 qram bitki mənşəli kütlə-tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, narkotik vasitəni özü istifadə etmək üçün toplamışdır. Bir neçə dəfə dostları ilə birlikdə Bayan kənd ərazisinə axar çaydan balıq tutmağa getmişlər. Bir gün o, çaydan balıq tutmaq üçün Bayan kəndi ərazisinə tək getmişdir. Həmin gün çayın kənarında yabanı halda bitən narkotik tərkibli biki olan çətənə bitkisinin (marixuananın) yarpaqlarından istifadə etmək üçün yığmışdır. Əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etdiyi üçün yabanı halda bitən çətənə bitkisini tanımışdır. Narkotik tərkibli çətənə bitkisinin (marixuana) yarpaqlarını qurutmaq üçün çayın kənarında uçuq-sökük vəziyyətdə olan obyektin içərisində dağınıq halda yerə düzmüşdür. Bundan bir müddət sonra 31 mart 2025-cü il tarixdə yaşadığı Gənə şəhərindən Bayan kəndi ərazisində çayın kənarında yerləşən obyektdə qurumaq üçün qoyduğu narkotik tərkibli bitkinin yarpaqlarını aparmaq üçün gəlmişdir. O, narkotik tərkibli bitkinin yarpaqlarını üzərində götürdüyü göy sellofan torbaya yığdıqdan sonra həmin torbanı əynində olan qara rəngli gödəkçənin sol döş nahiyəsinə qoyub tikilidən çıxıb hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Onun üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə video çəkliş aparılmışdır. O, həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Hazırda etdiyi əməldən peşman olmuşdur. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 mart 2025-cü il tarixdə saat 14 radələrində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən uçuq-sökük vəziyyətdə olan obyektin yaxınlığında Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsusdur. O, anası Ofelya ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsədə ara-sıra fəhləlik edərək özünü dolandırır. O, fəhlə kimi fiziki güc tələb eliyən ağır şəraitli yerlərdə işlədiyi üçün səhətində yaranmış ağrıları dindirmək üçün əvvəllər bir neçə dəfə qurudulmuş marixuana çəkib istifadə etmiş, bu onun ağrılarına kömək olmuşdur. 2024-cü ilin avqust ayının təxminən sonlarında balıq tutumaq məqsədi ilə Daşkəsən rayonu, Bayan kəndi ərazisindən axan çayın kənarına getmişdir. O, çayın kənarında balıq tutmağa çalışan zaman orada yabanı halda yetişmiş çətənə bitkilərinin olduğunu görmüşdür. Qeyd olunan bitkilərə bir qədər də yaxınlaşdıqda, həmin bitkilərin yabanı halda bitən çətənə bitkisi olduğuna dahada əmin olmuşdur. Əvvəllər də bir neçə dəfə istifadə etdiyi üçün çətənə kolunu görən kimi dərhal tanımışdır. Bundan sonra çətənə koluna yaxınlaşıb, gələcəkdə istifadə etmək üçün bir qədər çətənə kolundan dərərək üzərində olan qara rəngli sellofan torbaya yığmışdır. Çətənə bitkisini sellofan torbaya yığdıqdan sonra orada təkrar balıq tutmağa çalışmışdır. O, həmin gün balıq tutduqdan sonra yaşadığı Gəcə şəhərinə qayıtmaq üçün asfalt yolun kənarın çıxmışdır. Həmin vaxtı qara rəngli sellofan torbaya yığdığı narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqları yolun kənarında yerləşən uçuq-sökük vəziyyətdə olan obyektdə qurudub gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə gizlətməyi düşünmüş və həmin obyektin otaqlarından birinə daxil olub yığdığı çətənə bitkisinə məxsus yarpaqların olduğu qara rəngli sellofan torbanı gizlətmişdir. Həmin uçuq-sökük vəziyyətdə olan obyektin otaqlarının qapısı və pəncərəsi olmamışdır. Həmin uçuq-sökük vəziyyətdə olan obyektdə gizlətdiyi narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqlar quruduqdan sonra gələcəkdə şəxsi istifadəsi üçün gəlib götürmək məqsədi ilə yaşadığı Gəncə şəhərinə qayıtmışdır. Həmin vaxtdan Gəncə şəhərində gündəlik iş tapıb işləmişdir. Bu səbəbdən onun boş vaxtı olmadığından quruması üçün Daşkəsən rayonu, Bayan kəndi ərazisində gizlətdiyi narkotik vasitəni gedib götürə bilməmişdir. xx.xx.2025-ci il tarixdə səhətində olan ağrıları dindirmək üçün qurudulmuş marixuana çəkib istifadə etmək qərarına gəlmişdir. 2024-cü ilin avqust ayının təxminən sonlarında Daşkəsən rayonu, Bayan kəndi ərazisindən axan çayın kənarında yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqları toplayıb həmin ərazidə yerləşən uçqu-sökük vəziyyətdə olan obyektə gizlətdiyi yadına düşmüşdür. Bu məqsədlə həmin gün saat 13 radələrində o, Daşkəsən rayonu Bayan kəndi ərazisində gizlətdiyi narkotik vasitəni götürmək üçün tanımadığı taksi ilə Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən uçuq-sökk obyektin yaxınlığına gəlmişdir. Gəncə şəhərində yerləşən evlərindən çıxan zaman narkotik vasitəni qablaşdırmaq üçün özü ilə birlikdə şəffaf rəngli yapşqan lent və göy rəngli sellofan torba götürmüşdür. O, uçuq-sökük obyektə yerləşən narkotik vasitəni gizlətdiyi otağa daxil olub qara rəngli sellofan toba içərisinə yığdığı narkotik vasitə olan marixunanı götürmüşdür. Qara rəngli sellofan torbanın üzərini yapışqan lent ilə sarımış və qablaşdırdığı sellofan paketi göy rəngli üzərində “levis” sözü yazılmış seollofan torba içərisinə qoymuş və həmin torbanı əynində olan qara rəngli uzunqol gödəkçənin iç tərəfdən sol döş nahiyəsinə qoyub uçuq-sökük tikilidən çıxıb hərəkət edən zaman həmin gün saat 14:20 radələrində mülki geyim formasında olan 3 nəfər şəxs onu yaxalayıb özlərini təqdim etdikdə o, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Bundan sonra bir nəfər polis əməkdaşı onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və gəzdirmə də şübhəli olduğunu deyərək protokol tərtib etməyə başlamışdır. Polis əməkdaşı video çəkiliş vasitəsi ilə ona hüquq və vəzifələrini izah etmiş və onun üzərini yoxladıqda üzərində saxladığı narkotik vasitə olan marixuananın olduğu sellofan torbanı götürüb elektron tərəzi vasitəsi ilə çəkisi ölçüldükdə çəkisinin 508 qarm olduğu müəyyən edilmişdir. O və baxış iştirakçıları polis əməkdaşı tərəfindən tərtib edilmiş protokola imza etdmiş, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Baxış iştirakçıları və o, həmin qablaşdırmanın üzərini imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinin inzibati binasında olan zaman şübhəli şəxs olduğu üçün dövlət hesabına öz arzu və seçimi ilə müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin də iştirakı ilə rayon polis şöbəsinin inzibati binasında olan zaman üzərindən Daşkəsən rayon, Bayan kəndində götürülərək qablaşdırılmış narkotik vasitə olan marixuanaya təkrar baxış keçirilmişdir. Bundan sonra baxış keçirən əməkdaş narkotik vasitə olan marixuananın çəkisini elektorn tərzi vasitəsi ilə ölçdükdə narkotik vasitənin çəkisinin 507 qram olduğu müəyyənləşdirilmişdir. Baxış keçirən əməkdaş narkotik vasitəni təkrar müvafiq qaydada qablaşdırdıqdan sonra o və baxış iştirakçıları qablaşdırılaraq möhürlənmiş paketin üzərini imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 mart 2025-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinə Bayan kənd ərazisində narkotik vasitə istifadəsi ilə bağlı əməlliyat məlumatı daxil olmuşdur. Məlumat əsasında dərhal həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs “soyuq bulaq” adlanan yerdə şübhəli hərəkətlərlə gəzdiyini görüb ona yaxınlaşmışlar. Ona üzərində nə saxladığını soruşduqda üzərində gizlətdiyi selofon bağlamanı onlara təqdim etmişdir. Həmin selofon bağlamaya baxış keçirilmiş və buna görə protokol tərtib edilmişdir. Onun gödəkçəsinin sinə nahiyəsinə gizlətdiyi göy rəngdə selofon torbanın içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun üstünün yoxlanılıması video çəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Ona hüuquq və vəzifələrini izah olunmuş və bildiriş təqdim edilmişdir. Bundan sonra o, X13 şöbəsinə gətirilərək təhqiqat Bölməsinə təhvil verilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdən DİO-da xidmətə başlamışdır. 2022-ci ilin oktyabr ayından Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər əvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə məhkum olunmuş, hazırda məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, üzərində narkotik vasitə saxlaması, Daşkəsən şəhəri ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə meyilli olmasını nəzərə alaraq 31 mart 2025-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Daşkəsən rayon polis şöbəsinin KMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Elburus oğlu ilə birlikdə Gəncə-Daşkəsən avtomobil yolunun 17-ci kilometrliyində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən köhnə “soyuq bulaq” adlanan yeməkxananın yaxınlığında olan zaman həmin gün saat 14:21 dəqiqədə Təqsirləndirilən şəxs piyada “soyuq bulaq” adlanan yeməkxananın yaxınlığında şübhəli hərəkətlərlə gəzdiyini görüb ona yaxınlaşmış və o, dərhal “əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokol tərtib etməyə başlamışdır. Həmin gün saat 14:24 dəqiqədə isə polis baş leytenantı Şahid3 video çəkilişə başlamışdır. O, özünü təqdim etdikdən sonra protokolda iştirak edən şəxsləri təqdim etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Mircəlala video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüuquq və vəzifələrini ona elan edərək bildirişi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməyni tələb etmişdir. Təqsirləndirilən şəxs ilk öncə əynində olan qara rəngli isti qış gödəkçəsinin sol cibindən siqaret qutusu və kibrit qutusu çıxarıbə üzərində başqa heçnə olmadığını demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs əynində olan isti qış gödəkçənin sol sinə nahiyəsinə gizlətdiyi torbanın nə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs Bayan kəndi ərazisindən axan çayın kənarından balıq tutan zaman narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb “soyuq bulaq” adlanan yeməkxananın otaqlarından birində qurutduğunu və qurutmuş olduğu narkotik vasitə olan marixuananın götürüb aparn zaman yaxalandığını demişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin iç tərəfində saxladığı göy rəngli üzərində “levis” sözləri yazılmış sellofan paket götürüldükdə həmin paketin içərisində yapışqan lentlə sarılmış qara rəngli sellofan torbada qablaşdırılmış predmet olduğu aşkar olunmuşdur. Polis əməkdaşı X8 Musayevin üzərini əli ilə yoxladıqda başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna və siqaret qutusuna baxış keçirildikdə döviyyəsi qadağan olunmuş əşya olmadığından əhəmiyyət kəsb etmədiyi üçün sahibinə geri qaytarılmışdır. Daha sonra yapışqan lentlə sarılmış qara rəngli sellofan torbada qablaşdırılmış predmet onun tərəfindən kəsilərək baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində saxladığı predmentin içərisində kəskin qoxulu, yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin kütlənin çəkisi elektron tərəzi vasitəsi ilə ölçüldükdə narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 508 qram olduğu müəyyən edilmişdir. Həmin elektron tərəziyə iştirakçılar və Təqsirləndirilən şəxs baxdıqdan sonra çəkisi 508 qaram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə onun tərəfindən qablaşdırılaraq üzəri 68 nömrəli möhür ilə möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin gün saat 14:34-də video çəkiliş dayandırılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər qablaşdırılmış kütləni polis şöbəsinə gətirməklə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə etmə, saxlama və daşımada şübhəli bilindiyi üçün onun barəsində prosessual hərəkətlər aparılmasından ötrü aidiyyatı əməkdaşa təhvil vermişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması və üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün satış məqsədi olmadan saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Daşkəsən rayon PŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə xx.xx.2025-ci il tarixdə barəsində xx.xx.2025-ci il tarixli qərarla seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” 31 mart 2025-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi polis mayoru Məmmədov X2 tərəfindən Gəncə-Daşkəsən avtomobil yolunun 17-ci kilometrliyində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən uçuq-sökük vəziyyətdə olan “Soyuq bulaq” adlı yeməkxananın yaxınlığında ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli uzunqol gödəkçənin iç tərəfində sol sinə nahiyəsində saxladığı bir ədəd göy rəngli sellofan paket içərisində saxladığı 1 ədəd yapışqan lentlə sarılmış qablaşdırılmış qara rəngli sellofan torba içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 508 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid1 tərəfindən 31 mart 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən götürülmüş içərisində yapışqan lentlə sarılmış qara rəngli sellofan torbada çəkisi 508 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olan Daşkəsən rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış zərfə 31 mart 2025-ci il tarixdə Daşkəsən RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən baxış keçirilmiş və baxış zamanı yapışqan lentlə sarılmış qara rəngli sellofan torbada içəsisində olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana çəkisi tərəzi vasitəsi ilə təkrar ölçülmüş və çəkisi 507 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Baxış zamanı iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs baxış keçirilən kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı şəxsi istifadəsi üçün 2024-cü ilin avqust ayında balıq tutumaq üçün Daşkəsən rayonu, Bayan kəndi ərazisindən axan çayın kənarında olan zaman əvəllərdə istifadə etdiyi üçün zahiri görkəmindən tanıdığı yabanı halda yetişmiş tərkibində narkotik vasitə olan çətənə kolunun yarpaqlarını toplayıb quruması üçün Bayan kəndi ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən uçuq-sökük vəziyyətdə olan tikilidə qurutduğunu xx.xx.2025-ci il tarixdə özü istifadə etmək məqsədi ilə qurutduğu narkotik vasitə olan marixunanı götürmək üçün Gəncə şəhərindən Daşkəsən rayonu Bayan kəndinə gəlib qurutuduğu marixuananı özü ilə gətirdiyi qara rəngli sellofan paketə qoyub üzərini yapışqan lent ilə sarıdığını və qablaşdırdığı sellofan paketi isə cibində olan içərisi boş göy rəngli sellofan paketə qoyub həmin paketi əynində olan gödəkçənin iç tərəfinə qoyduğunu və uçuq-sökük tikilidən çıxıb hərəkət edən zaman rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin yerin qarşısında saxlanıldığını göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan iş üzrə 31 mart 2025-ci il tarixdə Gəncə-Daşkəsən avtomobil yolunun 17-ci kilometrliyində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən istifadəyə yararsız vəziyyətdə olan “Soyuq bulaq” adlı yeməkxananın yaxınlığında Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə üstünün yoxlanılması zamanı istifadə edilmiş audio və video çəkilişin olduğu DVD diskdə olan video görüntüyə baxış keçirilmiş və baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntünün VİD_20250331_142721 adlı olduğu görünür. Baxış zamanı həmin video görüntüyə daxil olduqda video görüntünün 10:15 saniyə davam etdiyi görünür. Həmin vido görüntü Gəncə-Daşkəsən avtomobil yolunun 17-ci kilometrliyində Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən hazırda fəaliyyət göstərməyən köhnə “soyuq bulaq” adlanan yeməkxananın qarşısında çəkilmişdir. Həmin görüntüdə Daşkəsən RPŞ-in Cinayət Axtarış Bölməsinin rəisi Şahid1, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Təqsirləndirilən şəxs olduğu Təqsirləndirilən şəxs üstünün yoxlanıldığı video çəkiliş vasitəsi ilə keçirilir. Şahid1 qolunda olan saata baxıb saatın 14:24 olduğunu deyir. Şahid1 özünü və protokolda iştirak edən şəxsləri təqdim etdir və Təqsirləndirilən şəxs özünü təqdim edir. Şahid1 Mircəlala video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs hüuquq və vəzifələrini ona elan edərək bildirişi təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməyni tələb edir. Təqsirləndirilən şəxs ilk öncə əynində olan qara rəngli isti qış gödəkçəsinin sol cibindən siqaret qutusu və kibrit qutusu çıxarıb üzərində başqa heçnə olmadığını deyir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs əynində olan isti qış gödəkçənin sol sinə nahiyəsinə gizlətdiyi torbanın nə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs Bayan kəndi ərazisindən axan çayın kənarından balıq tutan zaman narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb “soyuq bulaq” adlanan yeməkxananın otaqlarından birində qurutduğunu və qurutmuş olduğu narkotik vasitə olan marixuananın götürüb aparn zaman yaxalandığını deyir. Təqsirləndirilən şəxs gödəkçəsinin iç tərəfində saxladığı göy rəngli üzərində “levis” sözləri yazılmış sellofan paket götürüldükdə həmin paketin içərisində yapışqan lentlə sarılmış qara rəngli sellofan torbada qablaşdırılmış predmet olduğu aşkar olunur. Polis əməkdaşı X8 Musayevin üzərini əli ilə yoxladıqda başqa hər hansı bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna və siqaret qutusuna baxış keçirildikdə həmin əşyaların içərisində dövriyyəsi qadağan olunmuş əşya olmadığından əhəmiyyət kəsb etmədiyi üçün sahibinə geri qaytarılır. Daha sonra yapışqan lentlə sarılmış qara rəngli sellofan torbada qablaşdırılmış predmet Şəhriyar tərəfindən kəsilərək baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində saxladığı predmentin içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilir və həmin kütlənin çəkisi elektron tərəzi vasitəsi ilə ölçüldükdə narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 508 qram olduğu müəyyən edilir. Həmin elektron tərəziyə iştirakçılar və Təqsirləndirilən şəxs baxdıqdan sonra çəkisi 508 qaram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Şahid1 tərəfindən qablaşdırılaraq üzəri 68 nömrəli möhür ilə möhürlənir və baxış iştirakçıları tərəfindən imzalanır və həmin gün saat 14:34-də video çəkiliş dayandırılır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan iş üzrə 31 mart 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış kağız paketdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid1 tərəfindən 31 mart 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə tərəfimdən 02 aprel 2025-ci il tarixdə qəbul edilmiş qərarla maddi sübut kimi tanınmış, qablaşdırılmış kağız paketdə olan təmiz çəkisi 479,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün RPŞ-nin saxlancına verilmiş, Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid1 tərəfindən 31 mart 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinə əlavə edilmiəsi nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 01 aprel 2025-ci il tarixdə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi və gizlətdiyi yeri göstərmiş və həmin yerlərə baxış keçirilən zaman gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet götürülməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2025-ci il tarixli 16/329 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız bağlamadakı, 1(bir) ədəd üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə” yazı və imzalar olan kağız bağlamada olan digər 1 (bir) ədəd kağız bağlamadakı 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamda, təmiz çəkisi 480 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 480 qram, tədqiqata sərf edildi - 0,2 qr, qalıq-479,8 qr qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserin 03 aprel 2025-ci il tarixli 1790 arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserin 05 may 2025-ci il tarixli 733 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2006-cı il tarixdə Gəncə Şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan işə Cinayət Prosessual Məcəllənin həmin vaxt qüvvədə olmuş 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 220 manat cərimə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2009-cu il tarixli “Amnistya” qərarının 1.8 bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular və digər sakinlər tərəfindən heç bir şifahi və yazılı şikayət nümayəndəliyə daxil olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs etiraf edici ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokol, baxış protokolları, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 bölməsinin məhkəmə-bioloji ekpertizasının xx.xx.2025-ci il tarixli 16/329 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 05 may 2025-ci il tarixli, 733 saylı rəyi, həmçinin digər istintaq sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını törətdiyi cinayəti səmimi etiraf etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın (kannabis) miqdarı 05 qramdan 500 qramadək olduqda xeyli miqdar (təmiz halda qramlarla),ondan artıq olduqda külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 saylı plenum qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 saylı plenum qərarının 27-ci bəndinə əsasən, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini və digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 ( otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə - Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab – Z41NABZ********************) saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlancında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 479,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı və üzərinə həbs qoyulmalı əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət, ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə Narkoloji Dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (X3 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. İş üzrə maddi sübutlar olan və Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış kağız paketdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 479,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar