Məhkəmə qərarları › İş №1(030)-6/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-6/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-6/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İş № 1(030)-06/2023 surət AZƏRBAYCANRESPUBLİKASİADİNDAN HÖKM 03 may 2023-cü il Daşkəsən şəhəri Daşkəsən Rayon Məhkəməsi Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən vurucu mili kustar üsulla hazırlanmış 01 ədəd №-si silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanı, 04 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların təyinat üzrə istifadə və atəş üçün yayarlı döyüş sursatı olan ştat patronlarını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı darağı qəsdən qanunsuz olaraq əldə etmiş, saxlamış və üzərində 03 yanvar 2023-cü il tarixədək daşımış, 03 yanvar 2023-cü il tarixdə saat 15:10-da Samux rayonu Nəbiağalı qəsəbəsində piyada hərəkətdə olarkən Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman üzərində saxladığı vurucu mili kustar üsulla hazırlanmış 01 ədəd №-si silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança, 04 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların təyinat üzrə istifadə və atəş üçün yayarlı döyüş sursatı olan ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketdə təmiz çəkisi 425 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb Daşkəsən rayon ərazisinə daşımış, 19 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə-Daşkəsən avtomobil yolunun 22-ci kilometrliyində, Daşkəsən rayonu, Quşçu Körpü qəsəbəsinin ərazisində piyada hərəkətdə olan zaman narkotik vasitə əldə edərək saxlamasında sübhəli bilindiyi üçün Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən Daşkəsən rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin iç tərəfində sol qoltuq altı hissəsindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketdə təmiz çəkisi 425 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin olktyabr ayının sonlarında Gəncə şəhəri “Bayraq Meydanı”adlanan ərazidə körpünün altından keçən zaman göy rəngli sellofan torba tapmış, həmin torbanın içərisinə baxan zaman silah görmüş, həmin silahı əlinə götürərək baxmış və görmüş ki, silahın darağında 04 ədəd patron vardır. Həmin silah başqa insanın əlinə keçməsin deyə götürərək yaşadığı evin yaxınlığında gizlətmiş, həmin silahı gizlətməkdə məqsədi hər hansı bir şəxsin əlinə keçəməməsi olmuşdur. Buna görə də, silahı yaşadığı evin yaxınlığında gizlətmişdir. Sonradan düşünmüşdür ki, yaşadığı evin yaxınlığında gizlətdiyi silahı polis əməkdaşları tapar. Ona görə də, həmin silahı sahibsiz bir əraziyə aparıb orada gizlətmək qərarana gəlmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxaraq silahı gizlətdiyi yerə getmiş, oradan silahı götürmüş və Samux rayonu ərazisində boş torpaq sahəsinə aparıb, orada gizlətmək istəmişdir. Silahı götürdükdən sonra piyada Gəncə şəhəri “Savxoz Nizami” adlanan əraziyə gəlmiş, oradan taksiyə minərək Samux rayonu Nəbiağalı qəsəbəsinə gəlmişdir. Sellofan diqqət çəkdiyi üçün əvvəlcədən silahı sellefondan çıxarmış, darağı silahdan ayırmış, darağı cibinə silahı isə belimə qoymuşdur ki, heç kim onda silah olduğunu bilməsin. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Samux rayonu Nəbiağalı qəsəbəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı qismində təqdim etmişlər və ona qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun kompenent hissələrini üzərində gəzdirməkdə, daşımaqda şübhəli olduğunu bildirirək onu Samux RPŞ-nə dəvət etmişlər. O, hər şeyin artıq gec olduğunu dərk edərək polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada öz arzusu ilə seçdiyi vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman belində olan “Makarov” tipli tapançanı və gödəkcənin sağ cibində saxladığı və içərisində 04 ədəd patron olan darağı aidiyyatı əməkdaşa təqdim etmişdir. Üzərində aşkar olunan 01 ədəd zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM tipli tapançaya, 04 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronuna və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağa baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılmış, o və baxış iştirakçıları qablaşdırılmış zərfin üzərini imzalamışdır. O, hərbi xidmətdə olmadığı üçün həmin odlu silahdan istifadə qaydalarını bilməmiş və tapmış olduğu odlu silahdan istifadə etməmişdir. Bundan başqa, səhətində yaranmış ağrıları sakitləşdirmək üçün əvvəllər bir neçə dəfə qurudulmuş marixuana çəkib istifadə etmişsir. Bu səbəbdən də, yabanı halda bitən marixuana yığıb özü üçün istifadə etmişdir. 2022-ci ilin may ayının təxminən ortalarında istirahət etmək üçün Daşkəsən rayonu Əmirvar kəndinə gəlmişdir. Daşkəsən rayonu Əmirvar kəndi ərazisində yerləşən meşəlik ərazidə tək hərəkət etmişdir. Bir qədər meşəlik ərazidə tək hərəkətdə olan zaman orada yabanı halda yetişmiş çətənə bitkilərinin olduğunu görmüşdür. Qeyd olunan bitkilərə bir qədər də yaxınlaşdıqda, həmin bitkilərin yabanı halda bitən çətənə bitkisi olduğuna əmin olmuşdur. Əvvəllər bir neçə dəfə istifadə etdiyi üçün, çətənə kolunu görən kimi dərhal tanımışdır. Bundan sonra kənara atılmış qara rəngli sellofan torbanı götürərək çətənə koluna yaxınlaşıb, gələcəkdə istifadə etmək üçün bir qədər çətənə kolundan dərərək həmin sellofan torbaya yığmışdır. Çətənə bitkisini sellofan torbaya yığdıqdan sonra orada yerə sərərək bir neçə saat quruması üçün gözləmiş, çətənə bitkisinə məxsus yarpaqlar bir qədər quruduqdan sonra dərmiş olduğum narkotik tərkibli çətənə bitkisini təkrar qara rəngli sellofan torbaya yığmışdır. Daha sonra qara rəngli selofan torbaya yığdığı narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqların daha da qurudub gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə Daşkəsən rayonu Quşçu Körpü qəsəbəsi ərazisinə gəlmiş və orada olan mağazaların birindən ağ rəngli yapışqan lent alaraq həmin torbanı yapışqan lent ilə sarımışdır. Qablaşdırdığı içərisində narkotik tərkibli çətənə bitksi olan qara rəngli torbanı Quşçu Körpü qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin kənarında gizlətmiş və Gəncə şəhərinə getmişdir. 01 iyun 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılıb baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilmiş cinayət işinə məhkəmədə baxış keçirilən zaman Gəncə şəhər məhkəməsinin hakimi tərəfindən məhkəmə baxışının sonunadək onun barəsində həps qətimkan tədbiri seçilmiş və barəsində hökm çıxanadək, yəni 18 oktyabr 2022-ci il tarixədək o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində olan zaman səhətində olan ağrıları sakitləşdirmək üçün qurudulmuş marixuana çəkib istifadə etmək qərarına gəlmişdir. Bu zaman onun 2022-ci ilin aprel ayının sonlarında Daşkəsən rayonu, Quşçu qəsəbəsi ərazisində gizlətdiyi narkotik vasitə yadına düşmüşdür. Bu məqsədlə o, həmin gün saat 15 radələrində Daşkəsən rayonu Quşçu Körpü qəsəbəsində gizlətdiyi narkotik vasitəni götürmək üçün Quşçu Körpü qəsəbəsinə gəlib çatmışdır. Qara rəngli sellofan torba içərisində olan narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqları gizlətdiyi yerdən götürüb ağ rəngli sellofan torbaya qoymuş və piyada Quşçu Körpü qəsəbəsi ərazisi ilə hərəkətdə olarkən həmin gün saat 15:30 radələrində Daşkəsən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra bir nəfər polis əməkdaşı onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma və gəzdirmədə şübhəli olduğunu, bu səbəbdən onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu demişdir. O, artıq hər şeyin gec olduğunu dərk etdiyi üçün polis əməkdaşlarına heç bir etiraz etməyək onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinin inzibati binasında olan zaman şübhəli şəxs olduğu üçün dövlət hesabına öz arzu və seçimi ilə müdafiəçilə təmin olunmuşdur. Müdafiəçinin də iştirakı ilə barəsində keçirilən şəxsi axtarış zamanı aidiyyatı əməkdaş üzərində qanunsuz yolla əldə olunmuş, o cümlədən dövriyyəsi məhdudlaşdırımış hər hansı predmetin olub-olmadığını soruşmuşdur. Müdafiəçinin iştirakı ilə barəsində keçirilən şəxsi axtarış zamanı əynində olan isti qış gödəkçəsinin iç tərəfindən sol qolunun alında gizlətdiyi qara rəngli selofan torbanı çıxarıb baxış keçirən aidiyyəti əməkdaşa təqdim edərək həmin sellofan torbanın içərisində narkotik vasitə olan çətənə bitkisinə məxsus qurutduğu yarpaqların olduğunu demişdir. Şəxsi axtarış zamanı qeyd olunan əşyaya baxış keçirilən zaman selofan torbanının çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitilə ölçülmüş və çəkisinin 470 qram olması aşkar olunmuş, elektron tərəzi iştirakçılara nümayiş edilmiş və aşkar edilmiş narkotik vasitələri müvafiq qaydada qablaşdırıb baxış iştirakçılarına elan etmişlər. O və baxış iştirakçıları qablaşdırılaraq möhürlənmiş paketin üzərini imzalamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 03 yanvar 2023-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytanantı X11 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinə gedilmişdir. Samux rayon Nəbiağalı qəsəbəsində saat 15:10-da Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib saxlayaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşuşlmuşdur. Təqsirləndirilən şəxs belində olan “Makarov” tipli tapançanı və gödəkcənin cibində saxladığı və içərisində 04 ədəd patron olan darağı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin silahı Gəncə şəhəri Bayraq Meydanı adlanan adlanan ərazidən tapdığını bildirmiş, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını göstərmişdir. Şəxsi axtarışı aparan aidiyyatı əməkdaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM tipli tapançaya, 04 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronuna və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağa baxış keçirdikdə sonra müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən DİO-da xidmətə başlamış, 2022-ci ilin oktyabr ayından isə Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. xx xxxxxx 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, Daşkəsən şəhəri ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 19 yanvar 2023-cü il tarixdə o, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı X12 və Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı X7 ilə birlikdə Daşkəsən rayonu, Quşçu Körpü qəsəbəsində olan zaman həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs Daşkəsən rayonu, Quşçu Körpü qəsəbəsindən keçən körpünün yaxınlığında piyada gəzdiyini görüb ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona narkotik vasitələri əldə edib üzərində saxlaması və daşımasında şübhəli bilindiyi üçün onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla rayon polis şöbəsinə gedə biləcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirməklə prosessual hərəkətlər aparılmasından ötrü aidiyyatı əməkdaşa təhvil vermişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə etmə, saxlama və daşımada şübhəli bilindiyi üçün dərhal rayon polis şöbəsinə seçdiyi Göygöl rayon Vəkil Bürosunun vəkili X10 dəvət olunmuşdur. Müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə varsa stolun üzərinə qoyulması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti qış gödəkçəsinin iç tərəfdən sol qolunun alt nahiyəsində saxladığı 1 ədəd içərisində yapışqan lent vasitəsi ilə sarılmış bağlamanın olduğu ağ rəngli seollofan paket çıxarıb masa üzərinə qoymuşdur. Daha sonra əməliyyat müvəkkili X21 Abdullayevin üzərini əl ilə yoxladıqda üzərindən başqa hər hansı bir predmet aşkar olunmamışdır. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş Təqsirləndirilən şəxs üzərində şakar olunmuş üzəri yapışqan lent vaistəsi ilə sarılmmış bağlamanın nə olduğunu soruşduqda Ruzigar həmin bağlamanın narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Daşkəsən rayonu, Əmirvar kəndi ərazisində istirahət edən zaman meşəlik ərazidə yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisindən əldə edib, bir qədər daş üzərində qurutduqdan sonra gələcəkdə şəxsi istifadəsi üçün qablaşdırıb Daşkəsən rayonu, Quşçu Körpü qəsəbəsində gizlətdiyini, 19 yanvar 2023-cü il tarixdə Gəncə şəhərindən gəlib şəxsi istifadəsi üçün gizlətdiyi narkotik vasitəni götürüb piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Bundan sonra şəxsi axtarış keçirən aidiyyatı əməkdaş ağ rəngli sellofan torba içərisinə olan üzəri yapışqanlı lent vasitəsi ilə sarılmış bağlamanı açıb içərisinə baxış keçiriən zaman bağlamanın içərisində kəskin qoxulu narkotik vasitəyə bənzər ot kütləsinin olduğu aşkar olunmuşdur. Şəxsi axtarışı aparan aidiyyatı əməkdaş həmin narkotik vasitənin çəkisinin öyrənilməsi üçün elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 470 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra baxış keçirən əməkdaş elektron tərəzini baxış iştirakçılarına nümayiş etdirib həmin narkotik vasitənin qablaşdıraraq rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlədikdən sonra üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması və üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün satış məqsədi olmadan saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə istintaqında dindirilmiş digər şahidlər X12, X7 və X5 eyni məzmunlu ifadələr verərək X1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 yanvar 2023-cü tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Samux RPŞ-nin təhqiqatçısı polis baş leytenantı X13, Samux RPŞ-nin CAB-nin əməliyyat müvbəkkili polis baş leytenantı X9, Samux RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X11, həmçinin müdafiəçi X14 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Həmin görüntüdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komlekt hissələrini və döyüş sursatını əldə etməsi, saxlaması, üzərində daşıması ilə bağlı şübhəli bilindiyi üçün ona ilk öncə şübhəli şəxsin hüquq və vəzifələrinə aid bildiriş təqdim edilərək şəxsi axtarış istintaq hərkətinin keçirildiyi görünür. Təqsirləndirilən şəxs onun bədənində olması ehtimal edilən odlu silahı, onun komlekt hissələrini və döyüş sursatını, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti qış gödəkçəsinin sağ cibində saxladığı və içərisində 04 ədəd patron olan darağı və belində olan “Makarov” tipli tapançanı masa üzərinə qoyduğu, daha sonra təhqiqatçı X13 tərəfindən içərisində 04 ədəd patron olan darağa və “Makarov” tipli tapançaya baxış keçirildikdən sonra əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs üzərini əl ilə yoxladıqları görünür. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş Təqsirləndirilən şəxs içərisində 04 ədəd patron olan darağı və “Makarov” tipli tapançanı hardan əldə etdiyini, həmin silahdan istifadə etdiyini və Samux rayonu ərazisinə nə məqsədlə gətirdiyini soruşduqda Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının sonlarında Gəncə şəhəri “Bayraq Meydanı”adlanan ərazidə körpünün altından keçən zaman odlu silahı və silahın darağında 04 ədəd patron tapdığını, həmin silahın, onun kmplekt hissələrini və döyüş sursatının başqa insanın əlinə keçməsin deyə götürərək yaşadığı evin yaxınlığında gizlətdiyini, həmin silahı gizlətməkdə məqsədi hər hansı bir şəxsin əlinə keçəməməsi olduğunu, yaşadığı evin yaxınlığında gizlətdiyi silahı hər hansı bir şəxsin tapacağını düşündüyü üçün xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxaraq silahı gizlətdiyi yerdən götürüb Samux rayonu ərazisində boş torpaq sahəsinə aparıb orada gizlətmək istədikdə Samux rayonu ərazisində saxlanıldığını, hərbi xidmətdə olmadığı üçün həmin silahdan istifadə qaydalarını bilmədiyini deməsi, içərisində 04 ədəd patron olan darağı və “Makarov” tipli tapançanı şəxsi axtarış keçirən aidiyyatı əməkdaşın qablaşdırılıb, möhürlənərək şəxsi axtarış iştirakçıları tərəfindən imzalanması görünür. İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 yanvar 2023-cü tarixli 06 nömrəli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, 19 yanvar 2023-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Daşkəsən RPŞ-nin baş təhqiqatçı polis mayoru X6, Daşkəsən RPŞnin CAB-nin rəisi polis kapitanı X2, Daşkəsən RPŞ-nin CAB-nin əməliyyat müvbəkkili polis leytenantı X12, Daşkəsən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X7, Daşkəsən RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi polis baş leytenantı X5, həmçinin müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili X10 və şübhəli şəxs Təqsirləndirilən şəxs Qasım oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanır və ondan üzərində narkotik vasitə və ya hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulur, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti qış gödəkçəsinin iç tərəfdən sol qolunun alt nahiyəsində saxladığı 1 ədəd içərisində yapışqan lent vasitəsi ilə sarılmış narkotik vasitə olan qurudulmuş marixuananın olduğu ağ rəngli seollofan torbanı çıxarıb masa üzərinə qoyduğu, daha sonra əməliyyat müvəkkili X21 Abdullayevin üzərini əl ilə yoxladığı görünür. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş Təqsirləndirilən şəxs üzərində şakar olunmuş üzəri yapışqan lent vaistəsi ilə sarılmmış predmetin nə olduğunu soruşduqda Ruzigarın həmin predmetin narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Daşkəsən rayonu, Əmirvar kəndi əraizisndə istirahət edən zaman meşəlik ərazidə yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisindən əldə edib, bir qədər daş üzərində qurutduqdan sonra gələcəkdə şəxsi istifadəsi üçün qablaşdırıb Daşkəsən rayonu, Quşçu Körpü qəsəbəsində gizlətdiyini, bu gün, yəni 19 yanvar 2023-cü il tarixdə Gəncə şəhərindən gəlib şəxsi istifadəsi üçün gizlətdiyi narkotik vasitəni götürüb piyada hərəkət edən zaman saxlanıldığını deməsi, şəxsi axtarış keçirən aidiyyatı əməkdaşın ağ rəngli sellofan torba içərisinə olan üzəri yapışqanlı lent vasitəsi ilə sarılmış prdemeti açıb içərisinə baxış keçirilən zaman içərisində kəskin qoxulu narkotik vasitəyə bənzər ot kütləsinin olduğunu deməsi və həmin kütlənin elektron tərəzi vasitəsi ilə çəkisi öyrənilən zaman çəkisinin 470 qram olması daha sonra həmin narkotik vasitənin qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-nin 68 saylı möhür ilə möhürlənərək şəxsi axtarış iştirakçıları tərəfindən imzalanması görünür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 04 yanvar 2023-cü il tarixli 23/1 nömrəli məhkəmə ballistik ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, vurucu mili kustar üsulla hazırlanmış 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSR dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.

2. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18mm kalibrli olmaqla Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün üçün yararlıdırlar. 3.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə olunması üçün yararlıdır. 4.Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə olunib əlavə məlumat veriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/101 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız bağlamadakı, 1(bir) ədəd, üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketdə təmiz çəkisi 425 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 425 qram, tədqiqata sərf edildi - 0,02 qr, qalıq - 424,98 qr qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 27 fevral 2023-cü il tarixli, 344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 300 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə Samux rayon polis şöbəsi tərəfindən məhkəməyə göndərilmişdir. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-111/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 300 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İşdə olan Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarının surətindən görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR MM-nın xx.xx.2021-ci il tarixli qərarının 2.9-cu bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-111/2020 saylı hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-17/2022 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(125)-26/2023 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 17/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 27 yanvar 2023-cü il tarixdə çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 19 (on doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan Samux Raron Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(058)-06/2023 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan “Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Tutulmuş şəxsin azad edilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli 13 nömrəli qərardan görünür ki, ********** nömrəi cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal azad edilmişdir. İşdə olan “Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 19 yanvar 2023-cü il tarixli 04 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə, saat 16:25-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Tutulmuş şəxsin azad edilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli 22 nömrəli qərardan görünür ki, ********** nömrəi cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal azad edilmişdir. İşdə olan Gəncə şəhər İHB-nın 4 nömrəli ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 717 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, ünvan 1-də qeydiyyatdadır. İşdə olan Gəncə şəhər İHB-nın 4 nömrəli ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsindən yaşayış yeri üzrə qonşular və sakinlər tərəfindən şifahi və yazılı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlama, daşıma və gəzdirmə, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq, daşıma cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum eymə cəzasının təyin edilməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-111/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə 300 saat ictimai işlər cəzasına məhkum edilmiş, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR MM-nın xx.xx.2021-ci il tarixli qərarının 2.9-cu bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-111/2020 saylı hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən ictimai işlər cəzasından azad edildiyi üçün onun məhkumluğu götürülmüş hesab edilir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-17/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanl icra etmədiyi üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(125)-26/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 19 (on doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5ci maddəsinə əsasən 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Belə olan halda onun əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu üçün cinayətlərin residivini yaratmır. Bundan başqa Samux Raron Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(058)-06/2023 saylı hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nın 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(125)-26/2023 nömrəli qərarı ilə təyin edilmiş 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazirki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq üzərində 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, hazırki hökmlə təyin ediləcək cəza Samux Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(058)-06/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Onun 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək və 19 yanvar 2023cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli qərarının 5-ci bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilmədiyi üçün Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Qətimkan tədbirinə dair hissədə Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(058)-06/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs narkotik vasitələrdən (kannabinoidlərdən) istifadə etməsi hallarının olması onun cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməsini və yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktik qeydiyyata alınmasını zəruri edir. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narakoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 ( otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (X3 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************)) ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut olan, Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış zərfdə olan vurucu mili kustar üsulla hazırlanmış 01 ədəd №-si silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança, 04 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların təyinat üzrə istifadə və atəş üçün yayarlı döyüş sursatı olan ştat patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Тящъизат идарясиня тящвил verilməli, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış kağız paketdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 424,98 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak aşkar edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(058)-06/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 03 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixədək və 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və o, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(058)- 06/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə Narkoloji Dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli 30,40 ( otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (X3 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************)) ödənilsin. İş üzrə maddi sübutlar olan Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış zərfdə olan vurucu mili kustar üsulla hazırlanmış 01 ədəd №-si silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança, 04 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin(APS) konstruksiyalı tapançaların təyinat üzrə istifadə və atəş üçün yayarlı döyüş sursatı olan ştat patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Тящъизат идарясиня тящвил verilsin, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış kağız paketdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 424,98 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Sədrlik edən: imza var, Əsli ilə düzdür: Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar