Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-6/2024 24.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gənə şəhəri 1 saylı vəkil bürosunun vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə ödənilməmiş məhkumluğu olan, Daşkəsən şəhəri Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod yaşayış massivi ünvanında yaşayan, 05 fevral 2024-cü il tarixli qərarla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri 29 mart 2024-cü il tarixdə dəyişdirilib “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(088)-222/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi, lakin qanunla müəyyən edilmiş qaydada cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəldikdən sonra, bu niyyətlə 28 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində Daşkəsən rayonu, Quşçu kəndi ərazisindən keçən asfalt yolun kənarında nəzarətsiz qalmış Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus 1 baş, 1 il iki aylıq, diri çəkisi təxminən 220 kiloqram, təmiz çəkisi 110 kiloqram, dəyəri təxminən 1450 manat olan sarı rəngli erkək dananı gizli yolla oğurlamaqla etibarnamə əsasında idarə etdiyi ağ rəngli “Vaz 2107” markalı **-BM-*** dövlət nömrə qedyiyyat nişanlı minik avtomobilinə yerləşdirib, həmin gün Göygöl rayonu ərazisində yerləşən “Mal satışı” bazarına aparıb satmışdır. Bununla da, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsə məxsus bir dananı oğurlamışdır. Sonradan vurulmuş ziyanı, yəni 1450 manatı tam olaraq ödəmişdir. Etdiyi əməldən səmimi peşman olmuşdur. Zərərçəkiş şəxslə barışmışdər. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmamışdır. Himayəsində azyaşlı uşağı vardır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsədə ailəsini dolandırmaq üçün Gəncə şəhəri, Məshəti qəsəbəsində yerləşən tamet sexində fəhlə işləyir. O, ara-sıra işə getmək üçün qayınatası X3 məxsus “Vaz 2107” markalı **-BM- *** dövlət nömrə qedyiyyat nişanlı minik avtomobilini sürüclük hüququ olmaqla etibarnamə əsasında idarə edir. 27 yanvar 2024-cü il tarixdə səhər saat 08 radələrində qayınatasına məxsus minik avtomobili ilə işə getmiş və həmin gün saat 18 radələrində işdən çıxıb yaşadığı evə getmişdir. O, yaşadığı evdə şam etdikdən sonra həmin gün saat 23 radələrində xırda buynuzlu heyvan almaq üçün Göygöl rayonu ərazisində yerləşən “mal satışı” bazarı istiqamətində hərəkətə başlamışdır. İdarə etdiyi minik avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “taksilərin dayanacağı” adlanan yerdən keçərkən minik avtomobilinin mühərrikində yaranmış nasazlıq səbəbindən avtomobilini yolun kənarında saxlamışdır. Həmin vaxtı avtomobilin qızdırıcı sobasına gedən boru cırıldığından həmin borunu dəyişmişdir. Bu zaman iki nəfər tanımadığı şəxs onun taksi sürücüsü olduğunu düşünərək ona yaxınlaşmış və ondan onları Daşkəsən rayonu, Quytul kəndinə aparmağını istəmişlər. O, onları yalnız Daşkəsən rayonu, Quşçu kəndinə kimi 20 manat müqabilində apara biləcəyini dedikdə onlar razılaşmışdır. Bundan sonra o, həmin gün saat 01 radələrində iki nəfər tanımadığı şəxslə birlikdə idarə etdiyi minik avtomobillə Daşkəsən rayonu, Quşçu kəndi istiqamətində hərəkətə başlamışdır. O, 28 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində Daşkəsən rayonu, Quşçu kəndinə çatmışdır. Həmin şəxsləri Quşçu kəndində düşürüb geri qayıdan zaman kənd yolunun kənarı ilə bir baş iri buynuzlu heyvanın hərəkətdə olduğunu görmüşdür. Həmin vaxtı həmin heyvanın yanında və ətrafında hər hansı bir şəxs olmamışdır. Onun maddi vəziyyəti aşağı olduğu üçün həmin nəzarətsiz qalan iri buynuzlu heyvanı oğurlayıb həmin günü Göygöl rayonu ərazisində yerləşən “mal satışı” bazarında sataraq asan yolla pul vəsaiti əldə etmək qərarına gəlmişdir. Bundan sonra o, idarə etdiyi minik avtomobili hərəkətdə olan iri buynuzlu heyvanın bir qədər qarşısında saxlamış və avtomobildən bayıra düşüb heyvana yaxınlaşmışdır. Həmin heyvan təxminən bir illik, sarı rəngli, gödək buynuzlu erkək dana olmuşdur. O, bir daha ətrafa boylandıqda ətrafda hər hansı bir şəxsin olmadığını görmüş və heyvanın boynunda olan ipdən tutub avtomobilinə doğru aparmışdır. Həmin heyvanı zorla avtomobilin arxa sərnişin oturacağına yerləşdirdikdən sonra birbaşa Göygöl rayonu istiqamətində hərəkətə başlamışdır. O, həmin gün saat 03 radələrində Göygöl rayonu əraizisndə yerləşən “mal satışı” bazarına daxil olmuş və oğurladığı 1 baş iri buynuzlu heyvanı avtomobildən bayıra düşürmüşdür. O, oğurlamış olduğu 1 baş iri buynuzlu heyvanı tanımadığı kişi cinsli şəxsə 600 manat müqabilində satmışdır. Ondan heyvan alan şəxs həmin heyvanın oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. Həmin şəxs satdığı heyvanın birdən oğurluq olduğunu dedikdə o, yalandan andlar içərək iri buynuzlu heyvanın ona məxsus olduğunu oğurluq olmadığını deyərək alıcını buna inandırmışdır. O, oğurladığı bir baş iri buynuzlu heyvanı bazarda satdıqdan sonra bazardan xırda buynuzlu heyvan almayaraq dərhal yaşadığı evə getmişdir. O, oğurladığı bir baş iri buynuzlu heyvanı satdıqdan sonra əldə etdiyi 600 manat pul vəsaitini borclarına xərcləmişdir. Etdiyi oğurluq əməlinə görə çox peşmandır və yetirmiş olduğu maddi ziyanı ödəməyə hazırdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o xx.xx.2024-cü il tarixdə tövləyə baxan zaman dananın birinin olmadığını aşkar etmiş və 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Tövlənin qapısı kilidli olmamışdır. Sabahısı günü polislər onu şöbəyə çağırmış o. polislərlə Bərdə və Tovuz bazarlarına getmiş lakin danasını tapmamışdır. Altıncı gün ona zəng vurarq danasını oğurlayanı tapdıqlarını buna görə də polis şöbəsinə gəlməsini bildirmişlər. Bundan iki-üç gün sonra Nizaməddin gətirib ona dəymiş ziyana görə pul vermişdir. Nizaməddini tanımamışdır. Ona dəymiş ziyan ödənildiyinindən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə o, məhkəmə iclasında ərizə verərək ona dəymiş ziyanın ödənildiyini, Nizaməddinlə barışdığını ona qarşı heç bir şikayətinin olmadığını ərizəsində qeyd etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bir baş iri buynuzlu heyvanının oğurlandığı barədə məlumat verərək, həmin gün Daşkəsən rayon polis şöbəsinə ərizə yazmış, ərizəmdəki imza özünə məxsusdur. O, təsərrüfatla məşğul olur, təsərrüfatında ümümilikdə 13 baş iri buynuzlu heyvanları olmuşdur. Onun yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında özünə məxsus iki tövləsi vardır. Tövləsinin birində 9 (doqquz) baş digərində isə 4 (dörd) baş iri buynuzlu heyvanlarını saxlamışdır. Tövləsinin birində saxladığı 4 baş iri buynuzlu heyvanlardan iki baş inək və həmin inəklərin iki baş balası olmuşdur. O, 2023-cü ilin oktyabr ayının sonlarından təsərrüfatında saxladığı iri buynuzlu heyvanlarını özünə məxsus iki tövləsinə salaraq yaz aylarına kimi orada baxmağa başlamışdır. xx.xx.2024cü il tarixdə saat 23 radələrində o, yaşadığı evin yaxınlığında olan 1-ci tövləsinə gedərək orada olan 4 baş iri buynuzlu heyvanlarına nəzarət etmişdir. O, tövləsinin giriş qapısını heç vaxt bağlamır, sadəcə olaraq tövlənin qapısını örtdükdən sonra köhnə işləməyən qıfılı qapının giriş hissəsinə keçirmişdir. Lakin, həmin gün qapını örtükdən sonra qıfılı qapının üzərindəki cəftəyə keçirmək yadından çıxmış və o, yaşadığı evə getmişdir. Qıfılı giriş qapısının üzərindəki cəftəyə keçirmədiyi üçün qapı yarı açıq vəziyyətdə qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində yuxudan oyanıb 4 baş iri buynuzlu heyvanlarının olduğu tövləyə getmişdir. Həmin vaxtı tövlənin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, tövləyə daxil olduqda 3 baş iri buynuzlu heyvanlarının tövlədə olduğunu, 1 baş, 1 il iki aylıq, diri çəkisi təxminən 220 kiloqram, təmiz çəkisi 110 kiloqram olan sarı rəngli, gödək buynuzlu, gödək quyruqlu, erkək danasının tövlədə olmadığını aşkar etmişdir. O, dərhal ikici tövləsinin qarşısına getmiş və tövlənin qapısını açıb içəri daxil olduqda orda olan 9 baş iri buynuzlu heyvanlarının hamısının yerində olduğunu görmüşdür. O, bir baş sarı rəngli erkək danasını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bundan sonra o, bir baş iri buynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən tövləsindən oğurlandığını düşünərək DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə şikayət etmiş və həmin gün Daşkəsən rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, tövləsinin qapısını bağlamağı unutduğu üçün ola bilsin ki, 1 baş iri buynuzlu heyvanı tövlədən qaçmışdır. Ona məxsus 1 baş iri buynuzlu heyvanının haradan oğurlandığı barədə dəqiq heç nə deyə bilmir, çünki tövləsinin qapısını həmin gün bağlamağı unutmuşdur. Ona məxsus bir baş iri buynuzlu heyvanın oğurlanması nəticəsində ona ümumilikdə təxminən 1400-1500 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadə veərərk bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Heyvan saxlanılan tövlənin qapısı kilidli olmamışdır, xx.xx.2024-cü il tarixdə tövləyə baxan zaman dananın birinin olmadığını görmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1261 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş, 1 il iki aylıq diri çəkisi təxminən 220 kiloqram, təmiz çəkisi 110 kiloqram olan sarı rəngli erkək dana 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1450,00 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-ci maddəsi ilə təqsirli bilinərək 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 03 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(088)- 222/2015 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X6 ilə nigah müqaviləsi bağlamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 anası X4 atası da Təqsirləndirilən şəxsdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilir ki, özgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. Həmin qararda qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, himayəsində az yaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, təqsirini səmimi etiraf etməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhərində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Gəncə şəhəri hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhərində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Gəncə şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X2 (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və yaxud birbaşa Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-6/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-6/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver