Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-6/2025 13.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonu, Alaxançallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmələ məşğul olan, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2025-ci İl tarixdə yaşadığı Daşkəsən rayonu Mollahəsənli kəndində yaşadığı evin həyətində saxladıqları ördəklərin sayının düz gəlməməsi səbəbi ilə aralarında yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə arvadı Zərərçəkmiş şəxs sağ və sol ayaq, həmçinin bel nahiyyəsindən vurması nəticəsində ona sol sağrının, sol budun və sağ budun qançırı və hematomaları xəsarəti ilə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmişdir. Lakin, onlar hazırda barışmışdır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Etdiyi əməldən peşimandır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verdiyi ifadəsinə uyğun zərərçəkmiş şəxslə barışıq əldə etməsinə dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməli törətdiyini etiraf edərək göstərmişdir ki, ailəsi ilə birlikdə Daşkəsən rayonu Alunitdağ qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından dörd uşaqları anadan olmuşdur. Arvadı evdar xanımdır və birlikdə heyvandarlıqla məşğul olurlar. xx.xx.2025-ci il tarixdə yaşadıqları evin həyətində aralarında mübahisə yaranmış, əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs sağ və sol ayaq nahiyyəsindən, həmçinin bel nahiyəsindən vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs onu vurmuşdur. Lakin, hal-hazırda barışıblar və əri ilə birlikdə yaşayır. Ona qarşı hər hansı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barışıq əldə etmələri və ondan şikayətçi olmamasına dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X1 ilə birlikdə yaşayır və çobanlıqla məşğul olurlar. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ondan ördəklərin sayın soruşmuş o, da 30 ədəd ördəyin öldüyünü bildirmişdir. Bundan sonra əri onunla mübahisə etmiş və əlində olan ağac parçası ilə onun sol və sağ ayaqlarının bud nahiyəsindən, daha sonra belindən vuraraq xəsarət yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2025-ci il tarixli, 69 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol sağrının, sol budun və sağ budun qançırı və hematomaları bərk KÜT əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti müayinə olunanın dediyi tarixə yəni xx.xx.2025-ci il tarixə uyğundurlar və dərəcələrinə görə hər biri ayrı-ayrılıqda,eləcə də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər inəyin buynuzunun təsirindən yetirilməyə uyğun deyil. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Qaraqollar kənd İnzibati Ərazi Dairə üzrə Nümayəndəliyinin xəsiyyətnaməsinin surətindən görünür ki, kənd ərazisində özünə hörmət qaznıb. Nümunəvi davranışı ilə fərqlənib. Onun haqqında Qaraqollar kənd İnzibati Ərazi Dairə üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1, 40.2 və 40.3-cü maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Ona görə də, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, vurulmuş ziyanı tamamilə ödəməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərər çəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, zərər çəkmiş şəxsin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etməsini nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübutlar və xüsusi müsadirə ediləcək əmlak aşkar edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 40.2.1, 40.2.2, 43.3, 305.1 və 381-385-ci maddələrini rəhbər tutub,məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-6/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-6/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver