Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-7/2023 24.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan, Amasiya rayonu, Amasiya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iləilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qırmızı rəngli sellofan paket içərisində saxladığı 1 ədəd iç-içə qoyulmuş polietilen torbada təmiz çəkisi 435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb Daşkəsən rayon ərazisinə daşımış, 03 fevral 2023-cü il tarixdə saat 12:25-də Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən- Xoşbulaq kənd avtomobil yolunun 9-cu kilometrliyində, Daşkəsən rayon Zağalı kəndi ərazisində piyada hərəkətdə olan zaman narkotik vasitə əldə edərək saxlamasında sübhəli bilindiyi üçün Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən Daşkəsən rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin iç tərəfində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək bir ədəd qırmızı rəngli sellofan paket içərisində saxladığı 1 ədəd iç-içə qoyulmuş polietilen torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasında barəsində keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsusdur. O, hal-hazırda rəsmi evli olsa da arvadı və 3 övladı Bakı şəhərində yaşayır, o, isə Daşkəsən rayonu Quşçu kəndində tək yaşayır. Heç bir yerdə işləmədiyindən mövsümlə bağlı Daşkəsən rayonu ərazisində yerləşən dağlıq, meşəlik ərazilərdən çiçək yığıb sataraq özünü dolandırır. O, 1ci Qarabağ döyüşlərində iştirak etmiş, müharibədən sonra səhhətində problemlər yaranmışdır. Bu səbəbdən səhətində yaranmış ağrıları dindirmək üçün əvvəllər bir neçə dəfə qurudulmuş marixuana çəkib istifadə etmiş, bu onun ağrılarına kömək olmuşdur. Xülasə, 2022-ci ilin iyul ayının təxminən ortalarında o, özünü dolandırmaq məqsədi ilə Daşkəsən rayonu Alaxançallı kəndinin dağlıq, meşəlik hissəsinə gedib çiçək yığmağa başlamışdır. Həmin gün Daşkəsən rayonu Alaxançallı kəndi ərazisində yerləşən meşəlik ərazidə tək hərəkət etmişdir. Bir qədər meşəlik ərazidə tək hərəkətdə olan zaman orada yabanı halda yetişmiş çətənə bitkilərinin olduğunu görmüş və qeyd olunan bitkilərə bir qədər də yaxınlaşdıqda həmin bitkilərin yabanı halda bitən çətənə bitkisi olduğuna daha da əmin olmuşdur. Bundan sonra kənara atılmış qırmızı rəngli sellofan torbanı götürərək çətənə koluna yaxınlaşıb, gələcəkdə istifadə etmək üçün bir qədər çətənə kolundan dərərək həmin sellofan torbaya yığmışdır. Çətənə bitkisini sellofan torbaya yığdıqdan sonra orada yerə sərərək bir neçə saat quruması üçün gözləmişdir. Çətənə bitkisinə məxsus yarpaqlar bir qədər quruduqdan sonra dərmiş olduğu narkotik tərkibli çətənə bitkisini təkrar qırmızı rəngli sellofan torbaya yığmışdır. Daha sonra qırmızı rəngli selofan torbaya yığdığı narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqları daha da qurudub gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə Daşkəsən rayonu Zağalı kəndinə gəlmiş, orada olan mağazaların birindən yapışqan lent və sellofan torba almışdır. O, çətənə bitkisini iki ədəd iç-içə keçirdiyi sellofan tobaya qoyub həmin torbanın üzərini yapışqan lent ilə sarımış, qablaşdırdığı çətənə bitkisini isə qırmızı rəngli seollofan torbanın içərisinə qoymuşdur. Daha sonra içərisində qablaşdırdığı narkotik tərkibli çətənə bitksi olan qırmızı rəngli torbanı Zağalı kəndində yerləşən körpünün alt hissəsinə gizlədib yaşadığı Quşçu kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə səhətində olan ağrıları dindirmək üçün qurudulmuş marixuana çəkib istifadə etmək qərarına gəlmişdir. Bu zaman onun 2022-ci ilin iyul ayının təxminən ortalarında Daşkəsən rayonu, Alaxançallı kəndi ərazisində yerləşən meşəlik ərazidə yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqları toplayıb Daşkəsən rayonu, Zağalı kəndi ərazisində gizlətdiyi yadına düşmüşdür. Bu məqsədlə həmin gün saat 12 radələrində o, Daşkəsən rayonu Zağalı kəndində gizlətdiyi kütləni götürmək üçün Zağalı kəndinə gəlib çatmışdır. Qırmızı rəngli sellofan torba içərisində boz rəngli yıpışqan lentlə sarıdığı narkotik tərkibli çətənə bitkisinə məxsus yarpaqları gizlətdiyi körpünün alt hissəsindən götürüb yaşadığı evə qayıtmaq istəyərkən həmin gün saat 12:25 radələrində Daşkəsən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra bir nəfər polis əməkdaşı onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və gəzdirmə də şübhəli olduğu üçün onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu demişlər. O, artıq hər şeyin gec olduğunu dərk etdiyi üçün polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinin inzibati binasında olan zaman şübhəli şəxs olduğu üçün dövlət hesabına öz arzusu və seçimi ilə müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin də iştirakı ilə barəsində keçirilən şəxsi axtarış zamanı aidiyyəti əməkdaş üzərində qanunsuz yolla əldə olunmuş, o cümlədən dövriyyəsi məhdudlaşdırımış hər hansı predmetin olub-olmadığını soruşmuşdur. Müdafiəçinin də iştirakı ilə barəsində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli isti qış gödəkçəsinin iç tərəfində saxladığı qırmızı rəngli selofan torbanı çıxarıb baxış keçirən aidiyyəti əməkdaşa təqdim edərək həmin sellofan torbanın içərisində üzərini boz rəngli yapışqan lent ilə sarıdığı narkotik vasitə olan çətənə bitkisinə məxsus qurutduğu yarpaqların olduğunu demişdir. Şəxsi axtarış zamanı qeyd olunan əşyaya baxış keçirilən zaman selofan torbanının içərisində olan üzəri boz rəngli yapışqan lent ilə sarıdığı narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi öyrənilməsindən ötrü elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisinin 470 qram olması aşkar olunmuşdur. Bundan sonra baxış keçirən əməkdaş elektron tərəzini baxış iştirakçılarına nümayiş etdirmiş və aidiyyatı əməkdaş baxış zamanı üzərindən aşkar etdiyi narkotik vasitəni müvafiq qaydada qablaşdırıb baxış iştirakçılarına elan etmişdir. O və baxış iştirakçıları qablaşdırılaraq möhürlənmiş paketin üzərini imzalamışlar. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən DİO-da xidmətə başlamışdır. Hazırda Daşkəsən RPŞ-in CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, Daşkəsən şəhəri ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə meyilli olmasını nəzərə alaraq 03 fevral 2023-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid1, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Daşkəsən rayon polis şöbəsinin Post Patrul Xidməti Taqımının manqa komandiri, polis serjantı Şahid5 ilə birlikdə Daşkəsən rayonu, Zağalı kəndi ərazisində olan zaman həmin gün saat 12:25 radələrində Təqsirləndirilən şəxs Daşkəsən rayonu, Zağalı kəndinin çıxışında piyada şübhəli hərəkətlərlə gəzdiyini görüb ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona narkotik vasitələri əldə edib üzərində saxlaması və daşımasında şübhəli bilindiyi üçün onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onlara bir qədər tərəddüdlə baxsa da, heç bir etiraz etməyərək onlarla rayon polis şöbəsinə gedə biləcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirməklə prosessual hərəkətlər aparılmasından ötrü aidiyyatı əməkdaşa təhvil vermişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə etmə, saxlama və daşımada şübhəli bilindiyi üçün dərhal rayon polis şöbəsinə seçdiyi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dəvət olunmuşdur. Rayon polis şöbəsinin aidiyyatı əməkdaşı müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımada şübhəli bilinən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti keçirməyə başlamış və Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə varsa stolun üzərinə qoyulması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti qış gödəkçəsinin iç tərəfdə saxladığı 1 ədəd içərisində yapışqan lent vasitəsi ilə sarılmış bağlamanın olduğu qırmızı rəngli seollofan paket çıxarıb masa üzərinə qoymuşdur. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş üzəri yapışqan lent vaistəsi ilə sarılmmış predmetin nə olduğunu soruşduqda Şair həmin predmetin narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Daşkəsən rayonu, Alaxançallı kəndi ərazisndə çiçək (kəklikotu) yığan zaman çayın kənarında yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisindən əldə edib, gələcəkdə şəxsi istifadəsi üçün qablaşdırıb gizlətdiyini, 03 fevral 2023-cü il tarixdə şəxsi istifadəsi üçün gizlətdiyi narkotik vasitəni götürüb piyada hərəkət edən zaman saxlanıldığını demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs üzərini əli ilə yoxladıqda Təqsirləndirilən şəxs üzərindən heç bir əşya predmet aşkar olunmamışdır. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş qırmızı rəngli sellofan torba içərisində olan üzəri yapışqanlı lent vasitəsi ilə sarılmış prdemeti açıb içərisinə baxış keçirən zaman içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər ot kütləsi aşkar olunmuşdur. Həmin kütlənin elektron tərəzi vasitəsi ilə çəkisi öyrənilən zaman çəkisinin 470 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra baxış keçirən əməkdaş elektron tərəzini baxış iştirakçılarına nümayiş etdirib həmin narkotik vasitənin qablaşdıraraq möhür ilə möhürlədikdən sonra üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid1 və Şahid5 da eyni məzmunlu ifadələr verərək, Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 fevral 2023-cü il tarixli 16 nömrəli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Daşkəsən RPŞ-nin təhqiqatçı polis kapitanı X3, Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis kapitanı Şahid1, Daşkəsən RPŞ-nin CAB-nin əməliyyat müvbəkkili polis leytenantı Şahid2, Daşkəsən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Daşkəsən rayon polis şöbəsinin Post Patrul Xidməti Taqımının manqa komandiri, polis serjantı Şahid5, Daşkəsən RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi polis baş leytenantı Şahid4, həmçinin müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanır və ondan üzərində narkotik vasitə və ya hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli isti qış gödəkçəsinin iç tərəfdə saxladığı 1 ədəd içərisində yapışqan lent vasitəsi ilə sarılmış narkotik vasitə olan qurudulmuş marixuananın olduğu qırmızı rəngli seollofan paket çıxarıb masa üzərinə qoyur. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş üzəri yapışqan lent vaistəsi ilə sarılmmış predmetin nə olduğunu soruşduqda Şairin həmin predmetin narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Daşkəsən rayonu, Alaxançallı kəndi ərazisində çiçək (kəklikotu) yığan zaman çayın kənarında yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisindən əldə edib, gələcəkdə şəxsi istifadəsi üçün qablaşdırıb gizlətdiyini, 03 fevral 2023-cü il tarixdə şəxsi istifadəsi üçün gizlətdiyi narkotik vasitəni götürüb piyada hərəkət edən zaman saxlanıldığını dediyi,daha sonra əməliyyat müvəkkili X8 Əmirovun üzərini əl ilə yoxladıqda Təqsirləndirilən şəxs üzərindən heç bir əşya predmet aşkar olunmadığı görünür. Şəxsi axtarış keçirən aidiyyatı əməkdaş qırmızı rəngli sellofan torba içərisinə olan üzəri yapışqanlı lent vasitəsi ilə sarılmış prdemeti açıb içərisinə baxış keçirilən zaman içərisində yaşıl narkotik vasitəyə bənzər ot kütləsinin olduğunu deyir və həmin kütlənin elektron tərəzi vasitəsi ilə çəkisi öyrənilən zaman çəkisinin 470 qram olması daha sonra həmin narkotik vasitənin qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-nin 68 saylı möhür ilə möhürləyir və üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/189 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” yazılar və imzalar olan açıq-qəhvəyi rəngli kağız bağlamadakı, 1 (bir) ədəd iç-içə qoyulmuş polietilen torbada təmiz çəkisi 435 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 435 qram, tədqiqata sərf edildi - 0,1 qr, qalıq-434,9 qr qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 27 fevral 2023-cü il tarixli 343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1; 32.5; 312.2-ci maddələri ilə 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2009-cu il tarixli “Amnistya” qərarının 1.1 bəndinə əsasən xx.xx.2009cu il tarixdə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 il 10 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Daşkəsən Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(008)-022/2013 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli 14 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30-da AR CM-nın 234.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 32 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən RPŞnın MSY-dan azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-cü il tarixli 773 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Daşkəsən rayonu İHB-nın Quşçu İƏDN-nın xx.xx.2023-cü il tarixli 5-42- 14/2-74/2023 nömrəli arayışından görünür ki, Əmirov X2 rayonu Quşçu kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Daşkəsən rayonu İHB-nın Quşçu İƏDN-nın xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, işə əlavə olunmuş sənədləri hərtərəfli, obyektiv tədqiq edərək, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda saxlama cinayətini törətməsi onun özünün etirafı ilə yanaşı, şahid ifadələri, мящкямя-нарколожи və bioloji експертизаlarынын rəyləri, həmçinin iş üzrə çoxsaylı digər sübutlarla kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli AR CM-nın 234.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinə əsasən özünün konstimsiya məhdudiyyətlərinə riayət etməklə hər bir Tərəf, bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasının, idxalının və ixracının və Tərəflərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görür. “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasının 22-cı maddəsinə əsasən özünün konstimsiya məhdudiyyətlərinə riayət etməklə hər bir Tərəf bu Konvensiya üzrə öz öhdəliklərinin icrası naminə qəbul olunmuş hər hansı qanuna, yaxud qərara zidd olan istənilən əmələ, qəsdən törədildiyi halda, cəzaya səbəb olan hüquqpozması kimi baxır və ciddi hüquqpozmalannın müvafiq cəzalandırmaya, o cümlədən, həbsxanada saxlamaqla azadlıqdan məhrum etməyə, yaxud digər formada azadlıqdan məhrum etmə cəzasına məruz qoyulmasını təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı 04 mart 2011-ci il 2 saylı qərarının 25ci bəndinə görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1 və 2-ci bəndlərinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2, 8 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Odur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin miqdarını, əvvəllər də narkotik vasitələrin qanunsuz istifadəsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və bundan bir nəticə çıxarmadan, islah olunmaq əvəzinə yenidən eyni xarakterli cinayət törətməsini nəzərə alınaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Onun 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət, ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmaıldır. Bununla yanaşı, narkotik vasitələrdən çoxsaylı istifadə nəticəsində Təqsirləndirilən şəxs həmin maddələrdən asıllığın yaranması (kannabinoidlərdən sui-istifadə nəticəsində), narkomaniyadan məcburi müalicəyə möhtac vəziyyətə çatması onun barəsində daha təsirli müalicə tədbirlərinin təyin olunmasını zəruri edir. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olduğu üçün AR CM-nin 93.1.2-ci maddəsinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narakoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübüt kimi Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış kağız paketdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 434,9 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət, ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə Narkoloji Dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübüt kimi Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qablaşdırılmış kağız paketdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 434,9 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №1(030)-7/2023
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-7/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver