Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-7/2024 17.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, 19 mart 1983-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Daşkəsən rayonu, Qazaxyolçular kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, 01 yanvar 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx xxxxxxxx 1989-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri maddələri ilə, xx xxxxxx 1985-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx xxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında olaraq özgənin əmlakı sayılan dəmir yolu xətlərinə aid relsləri gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2023-cü ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə özgənin əmlakını, yəni dəmir yolu xətlərinə aid relsləri gizli yolla ələ keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin balansında olan Qızılca-Bayan mənzilinin 22 km PK 4-də yolun kənarında olan 2 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relslərin hər birindən 20 metr, 27 km PK 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı və 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relsdən 16 metr, ümumilikdə 81 metr uzunluğunda tam yararlı olmayan dəmir yolu relslərini gizli olaraq kəsərək, özgə əmlakını talayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 3847 (üç min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2023-cü ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə özgənin əmlakını, yəni dəmir yolu xətlərinə aid relsləri gizli yolla ələ keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin balansında olan Qızılca-Bayan mənzilinin 22 km PK 4-də yolun kənarında olan 2 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relslərin hər birindən 20 metr, 27 km PK 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı və 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relsdən 16 metr, ümumilikdə 81 metr uzunluğunda yarım-yararlı dəmir yolu relslərini gizli kəsib özgə əmlakını talayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 3847 (üç min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o 2023-cü ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə özgənin əmlakını, yəni dəmir yolu xətlərinə aid relsləri gizli yolla ələ keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin balansında olan Qızılca-Bayan mənzilinin 22 km PK 4-də yolun kənarında olan 2 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relslərin hər birindən 20 metr, 27 km PK 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı və 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relsdən 16 metr, ümumilikdə 81 metr uzunluğunda yarım-yararlı dəmir yolu relslərini gizli kəsib özgə əmlakını talayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 3847 (üç min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o 2023-cü ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə özgənin əmlakını, yəni dəmir yolu xətlərinə aid relsləri gizli yolla ələ keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin balansında olan Qızılca-Bayan mənzilinin 22 km PK 4-də yolun kənarında olan 2 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relslərin hər birindən 20 metr, 27 km PK 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı və 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relsdən 16 metr, ümumilikdə 81 metr uzunluğunda yarım-yararlı dəmir yolu relslərini gizli kəsib özgə əmlakını talayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 3847 (üç min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs5, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o 2023-cü ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə özgənin əmlakını, yəni dəmir yolu xətlərinə aid relsləri gizli yolla ələ keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin balansında olan Qızılca-Bayan mənzilinin 22 km PK 4-də yolun kənarında olan 2 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relslərin hər birindən 20 metr, 27 km PK 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı və 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relsdən 16 metr, ümumilikdə 81 metr uzunluğunda yarım-yararlı dəmir yolu relslərini gizli kəsib özgə əmlakını talayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 3847 (üç min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bayan kəndindən dəmir yolu relslərini götürmüşlər. Beş nəfər olaraq birlikdə eləmişlər. Birlikdə razlığa gəlib getmişlər. O deməmişdir. Demişsə də yadında qalmamışdır. O, dəmir alıb satırmış. Dəmir oğurladıqları yerdə mühafizəçi olmamışdır. Onda dəmir kəsmək üçün alət olmuşdur. Onunla kəsmişdir. Dəmir yol relslərini kəsilmiş halda “Qazel” markalı yük avtomobilinə yığmışlar. Gəncəyə aparmışlar. Çəkilərini dəqiq bilməmişdir. Oğurluğa gecə getmişlər. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanının qarşısında müxtəlif şəxslərin gətirdikləri metal tullantılarını qəbul edib, aparıb Gəncə şəhərində Samir adlı şəxsin metal qəbulu məntəqəsinə satmaqla qazanc əldə edir. 2023-cü ilin dekabr ayının ortalarında tanışları Natiq, Arzu və Tural ilə əlaqə saxlayaraq Bayan kəndi ərazisində yerləşən “Yaşıl Vadi” restoranın yuxarı hissəsində dəmir yolunun kənarına yığılmış relsləri kəsərək oğurlayıb satmağı və qazanc əldə etməyi təklif eləmişdir. Həmin şəxslər onun bu təklifi ilə razılaşdıqdan sonra tanışı, Gəncə şəhərində yaşayan Raufla əlaqə saxlayaraq relsləri qaynaq aparatı vasitəsilə kəsməsini təklif eləmiş və oğurlayıb satdıqdan sonra əldə ediləcək qazancdan ona da pay verəcəyini bildirmişdir. Rauf da onun bu təklifi ilə razılaşdıqdan sonra o, Natiq, Arzu, Rauf və Tural relslər olan yerə gedərək dəmir yolunun kənarına yığılmış relsləri kəsdikdən sonra naməlum şəxsin oraya gəldiyini ehtimal edib oğurluq yolu ilə kəsdikləri relsləri Qoşqar çayının içərisinə atıb oradan uzaqlaşmışlar. Səhəri gün isə o özünə məxsus olan “Qazel” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobili ilə, Tural, Natiq, Arzu və Raufla həmin yerə getmişlər. Orada olan zaman Tural, Natiq, Arzu və Rauf çayın içərisində və ətrafında olan kəsilmiş relsləri onun idarə etdiyi “Qazel” markalı yük maşınına yükləmişlər. Kəsilmiş relsləri maşına yüklədikdən sonra adları sadalanan şəxslərlə birlikdə Gəncə şəhərində yerləşən Samir adlı şəxsin metal qəbulu məntəqəsinə gətirmişlər. Kəsilmiş dəmir yolu relslərinin ümumi çəkisi təxminən 4000 kiloqram olmuş və hər kiloqramını 0,53 manat olmaqla cəmi 2120 manata satmışlar. O, əldə olunan puldan təxminən 600 manatını Natiq, Arzu, Rauf və Turala vermiş, qalan məbləği isə özü götürmüşdür. Təqsirləndirilən şəxs1 törətdiyi əməlin qeyri-qanuni olduğunu, həmin dəmir yolu relslərinin dövlət əmlakı olduğunu və dövlət əmlakını gizli yolla taladıqlarını bilə-bilə tamahı ucbatından bu qanunsuz əməli tanışları ilə əlbir olub törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir yol relslərini kəsməklə oğurlamışlar. Xətləri o, kəsmiş, digərləri daşımışlar. Avtomobilə yığaraq aparıb Gəncədə satmışlar. Neçəyə satdıqları dəqiq yadında qalmamışdır. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq, yəni fəhləlik edərək, həmçinin dəmir kəsməklə əldə etdiyi qazancla ailəsinin dolanacağını təmin edir. Təxminən 2023-cü ilin dekabr ortalarında Arzu adlı tanışı ********** saylı mobil nömrə ilə onunla əlaqə saxlamış və dəmir yoluna məxsus relsləri oğurlayacaqlarını və həmin relsləri doğramasını təklif etmişdir. Maddi ehtiyacım olduğu üçün pul qarşılığında bu təkliflə razılaşaraq Daşkəsən ranonuna gəlmişdir. Daşkəsən rayonu gəldikdən sonra Arzu ilə əlaqə saxlamış və Arzu özünə məxsus “VAZ 2107” markalı nömrəsini xatırlamadığı avtomobillə onu Daşkəsən rayonunda yerləşən Yaşıl vadi restoranının yanına aparmışdır. Orada olan zaman o 1 ədəd uzun relsdən təxminən 20 metr, digər ərazidən yəni, birinci relsi kəsdiyi yerdən təxminən 2-3 kilometr aralıda uzunluğu təxminən 25 metr 1 ədəd rels və həmin ölçüdə olan başqa relsdən isə təxminən 15-16 metr kəsmişdir. Həmin vaxt onunla birlikdə tanışları “Dılı” ləqəbli Natiq, Arzu və Tural da orada olmuşlar. Relsləri doğramağa başlayandan bir müddət sonra oraya başqa şəxslərin gəldiyini ehtimal etdikləri üçün tez bir zamanda relsləri doğramaq üçün istifadə etdikləri ləvazimatları yığaraq həmin yerdən uzaqlaşmışlar və həmin gün o, Tural adlı şəxin evində qalmışdır. Səhəri gün tezdən o, Tural, Natiq və Arzu yenidən relsləri doğradıqları yerə getmişlər. Bundan sonra onunla birlikdə olan şəxslərdən biri Elşən ilə əlaqə saxlamış və Elşən özünə məxsus “Qazel” markalı, nömrəsini xatırlamadığı yük maşını ilə relslər doğranan yerə gəlmişdir. Doğranmış relsləri Elşənin gəldiyi “Qazel”ə yüklədikdən sonra, Elşən doğranmış relslər yığılmış “Qazel” ilə birlikdə Gəncə şəhərinə gedərək həmin relsləri satmışdır. Oğurladıqları dəmir yolu relslərinin satışından əldə edilmiş gəlir aralarında bölündükdən sonra onun payına təxminən 150-200 manat pul verilmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməlin qeyri-qanuni olduğunu, həmin dəmir yolu relslərinin dövlət əmlakı olduğunu və dövlət əmlakını gizli yolla taladıqlarını bilə-bilə tamahı ucbatından bu qanunsuz əməli tanışları ilə əlbir olub törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir relsləri birlikdə gedib oğurlamışlar. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq, yəni fəhləlik edərək əldə etdiyi qazancla ailəsinin dolanacağını təmin edir. 2023-cü ilin dekabr ayının ortalarında, dəqiq xatırlamadığı gün uşaqlıq dostu, Daşkəsən rayonunda metal qəbulu məntəqəsi işlədən Elşən ona zəng edib yanına çağırmışdır. Həmin gün təxminən saat 23-də o, Elşənin metal qəbul məntəqəsinə getmiş, tanışları Tural, Rauf və Natiq də orada olmuşlar. Elşən ona Daşkəsən rayonu Bayan kəndinin ərazisindən keçən dəmir yol xəttinin kənarında olan dəmir yolu relslərini oğurlayaraq doğrayıb satmağı və qazanc əldə etməyi təklif etmişdir. Maddi sıxıntısı olduğundan o Elşənin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Elşənin işlətdiyi metal qəbulu yerindən qaynaq aparatı üçün qaz balonunu onun idarə etdiyi ağ rəngli Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobilin yük yerinə yükləmişlər. Təxminən saat 23:30-da o, Tural və Natiq onun idarə etdiyi ağ rəngli Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobillə Bayan kəndi ərazisində yerləşən “Yaşıl Vadi” restoranının yaxınlığına getmişlər. O, avtomobili yolun kənarında saxlamış və avtomobilin yük yerindən qaynaq üçün qaz balonunu düşürüb dəmir yolunun kənarına aparmışlar. Bir az sonra qaynaqçı Rauf da oraya gəlmişdir. Daha sonra Natiq, Tural və Rauf dəmir yolunun kənarına getmişlər. Kimsə gəlsə onlara xəbər vermək üçün o, yolda dayanıb gözləmişdir. Təxminən 2 saatdan sonra Natiq, Tural və Rauf onun yanına gəlib oğurladıqları dəmir yolu relslərini doğrayıb Qoşqar çayına atdıqlarını və hansısa naməlum şəxsin həmin əraziyə gəldiyini görüb oradan uzaqlaşdıqlarını bildirmişlər. Bundan sonra şübhə yaratmamaq üçün onlar birlikdə həmin ərazini tərk etmişlər. Səhəri gün o, Tural, Natiq və Rauf onun idarə etdiyi ağ rəndə olan Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobillə həmin yerə gəlmişlər və dördü də avtomobildən düşüb çayın kənarına gedərək, çaya atılmış doğranmış dəmir yolu relslərini çıxarıb yolun kənarına yığmışlar. Sonra qərara gəlmişlər ki, relsləri oğurladıqlarını heç kim görməsin deyə gecə aparsınlar və bu məqsədlə oradan çıxıb getmişlər. Oradan çıxanda Elşənə zəng vurub bildirmişlər ki, “mal hazırdır, gecə aparmaq lazımdır”. Həmin gün 23 radələrində onun idarə etdiyi ağ rəngli Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobillə o, Natiq, Tural və Raufla birlikdə həmin yerə gedib Elşən ilə əlaqə saxlayaraq gəlməyini demişlər. Bundan sonra Elşən özünə məxsus “Qazel” markalı, nömrəsini xatırlamadığım yük avtomobili ilə həmin yerə gəlmiş və orada o, Natiq, Tural və Rauf kəsilmiş relsləri Qazelə yükləyərək Gəncə şəhərində olan metal qəbulu məntəqəsinə aparmışlar. Metal qəbulu məntəqəsində doğranmış dəmir yolu relslərinin ümumi çəkisini müəyyən etmək üçün düşürüb tərəziyə qoymuşlar. Doğradıqları dəmir yolu relslərinin ümumi çəkisi 4000 kiloqram olduğu məlum olmuş və hər kiloqramını 0,53 manat olmaqla cəmi 2120 manata satmışlar. Əldə edilən pulu aralarında böldükdən sonra 160 manat ona, 160 manat Natiqə, 160 manat Arzuya, 160 manat Raufa, qalan məbləğ isə Elşənə çatmışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməlin qeyri-qanuni olduğunu, həmin dəmir yolu relslərinin dövlət əmlakı olduğunu və dövlət əmlakını gizli yolla taladıqlarını bilə-bilə tamahı ucbatından bu qanunsuz əməli tanışları ilə əlbir olub törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir relsləri birlikdə gedib oğurlamışlar. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq, yəni fəhləlik edərək həmçinin, dəmir kəsərək əldə etdiyi qazancla ailəsinin dolanacağını təmin edir. 2023-cü ilin dekabr ayının ortalarında tanışları Arzu və Natiq ona dəmir yolunun kənarına yığılmış relsləri oğurlayaraq doğrayıb satmaq istədiklərini dedikdə, pula ehtiyacı olduğundan onlarla razılaşmışdır. Bundan sonra o tanışı Elşənin yanına gedən zaman digər tanışı Arzunu da orada görmüş və sonradan həmyerliləri Natiq də oraya gəlmişdir. X19 rayonu Bayan- Qızılca kəndi ərazisindən keçən dəmir yol xəttinin kənarında olan relsləri doğrayıb satmaq planını danışmışdır. Elşənin bu planı ilə razılaşdıqdan sonra axşam saatlarında Natiq, Arzu və o, Arzunun idarə etdiyi ağ rəngli Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobillə Yaşıl Vadi restoranı deyilən yerin yaxınlığına getmişlər. Avtomobili yolun kənarında saxlayıb, avtomobilin yük yerindən qaynaq üçün qaz balonunu düşürərək dəmir yolunun kənarına aparmışlar. Təxminən 10 dəqiqədən sonra qaynaqçı Rauf da oraya gəlmişdir. Sonra o, Natiq və Rauf dəmir yolunun kənarına relsləri doğramağa getmişlər. Həmin vaxt Arzu avtomobil yolunun kənarında dayanmışdır ki, kimsə gəlsə onlara xəbər versin. Rauf dəmir yolunun kənarında olan relsləri qaynaq vasitəsi ilə 1 ədəd uzun relsdən təxminən 20 metr, digər ərazidən yəni, birinci rels kəsdiyi yerdən təxminən 2-3 kilometr aralıda uzunluğu təxminən 25 metr 1 ədəd rels və həmin ölçüdə olan başqa relsdən isə təxminən 15-16 metr olmaqla doğramış və həmin vaxt oraya naməlum şəxsin gəldiyini görüb cəld bütün ləvazimatları yığaraq, kəsilmiş dəmir yolu relslərini Qoşqar çayına atıb oradan uzaqlaşmışlar. Səhəri gün o, Natiq, Arzu və Rauf Arzunun idarə etdiyi ağ rəndə olan Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobillə həmin yerə gəlib, dördü də avtomobildən düşərək çayın kənarına getmişlər. Kəsdikləri dəmir yolu relslərini çaydan çıxarıb yolun kənarına yığdıqdan sonra,. relsləri gizli şəkildə aparmaq məqsədilə gecə oradan uzaqlaşmışlar. Oradan çıxanda Elşənə zəng edib bildirmişlər ki, “mal hazırdır, gecə aparmaq lazımdır”. Həmin gün saat 23 radələrində Arzunun idarə etdiyi ağ rəngli Vaz 2107 markalı **-BL-*** nömrəli avtomobillə o, Natiq və Raufla birlikdə həmin yerə gəlmişlər. Elşən isə özünə məxsus “Qazel” markalı nömrəsini xatırlamadığı yük maşını ilə həmin yerə gəlmişdir. Kəsilmiş dəmir yolu relslərini Qazelə yüklədikdən sonra Gəncə şəhərində olan metal qəbulu məntəqəsinə apararaq, relslərin ümumi çəkisinin 4000 kiloqram olduğunu öyrəndikdən sonra, hər kiloqramını 0,53 manat olmaqla cəmi 2120 manata satmışlar. Əldə edilən pul məbləğindən 160 manat ona, 160 manat Natiqə, 160 manat Arzuya, 160 manat da Raufa çatmışdır. Qalan məbləği isə Elşən götürmüşdür. Təqsirləndirilən şəxs5 törətdiyi əməlin qeyri-qanuni olduğunu, həmin dəmir yolu relslərinin dövlət əmlakı olduğunu və dövlət əmlakını gizli yolla taladıqlarını bilə-bilə tamahı ucbatından bu qanunsuz əməli tanışları ilə əlbir olub törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəmir relsləri sahibsiz bilib oğurlamışlar. Oğurluğa gecə getmişlər. Saat dördə beşə kimi kəsmişlər. Dəmir qurtardıqdan sonra çıxıb getmişlər. Ucuz satmışlar. Bütün hadisələr ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Göstərilən oğurluqları etmişlər. Əməlindən peşman olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödəməsini, nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona елан olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli билmiş və göstərmişdir ki, günəmuzd işlərlə məşğul olaraq qazanc əldə edir. 2023-cü ilin dekabr ayının sonlarında, dəqiq xatırlamadığı gün tanışı Arzu zəng vurub onu həmyerliləri, metal tullantıları yığan Elşənin Daşkəsən rayonunda yaşadığı evin qarşısına çağırmış və rayonun Bayan kəndi ərazisində yerləşən “Yaşıl Vadi” restoranın yuxarı hissəsində dəmir yolunun kənarına yığılmış relsləri kəsərək oğurlayıb satmağı və qazanc əldə etməyi təklif etmişdir. Həmin vaxt Arzu, Elşən və Tural da orada olmuşlar. Həmin şəxslərin ona birlikdə oğurluq etmək təklifi ilə razılaşdıqdan sonra Elşən, digər tanışı Gəncə şəhərində yaşayan Raufla əlaqə saxlayaraq relsləri qaynaq aparatı vasitəsilə kəsməsi üçün onu da dəvət eləmişdir. Rauf da oraya gəldikdən sonra birlikdə Bayan kəndi ərazisində yerləşən “Yaşıl Vadi” restoranın yuxarı hissəsində dəmir yolunun kənarına yığılmış relsləri kəsərək oğurlayıb satmaqla bağlı ümumi razılıq əldə edilmişdir. Bundan sonra o, Elşən, Arzu, Rauf və Tural relslər olan yerə gedərək dəmir yolunun kənarına yığılmış relsləri kəsdikdən sonra naməlum şəxsin oraya gəldiyini ehtimal edib oğurluq yolu ilə kəsdikləri dəmir yolu relslərini Qoşqar çayının içərisinə atıb oradan uzaqlaşmışlar. Səhəri gün isə Elşən özünə məxsus “Qazel” markalı, **-BC-*** dövlət nömrə nişanlı yük avtomobili ilə, həmçinin Tural, Arzu, Rauf və o həmin yerə getmiş və çayın içərisində və ətrafında olan kəsilmiş dəmir yolu relslərini Elşənə məxsus “Qazel” markalı yük maşınına yükləmişlər. Kəsilmiş dəmir yolu relslərini maşına yüklədikdən sonra adları göstərilən şəxslərlə birlikdə Gəncə şəhərində yerləşən əvvələr tanımadığı metal qəbulu məntəqəsinə aparmışlar. Kəsilmiş dəmir yolu relslərinin ümumi çəkisi təxminən 4000 kiloqram gəlmiş və hər kiloqramını 0,53 manat olmaqla cəmi 2120 manata satmışlar. Əldə edilən puldan Elşən onların hərəsinə 150-160 manat olmaqla, təxminən 600 manatını o, Arzu, Rauf və Turala vermiş, qalan məbləği isə özü götürmüşdür. Təqsirləndirilən şəxs4 törətdiyi əməlin qeyri-qanuni olduğunu, həmin dəmir yolu relslərinin dövlət əmlakı olduğunu və dövlət əmlakını gizli yolla taladıqlarını bilə-bilə tamahı ucbatından bu qanunsuz əməli tanışları ilə əlbir olub törətdiyini etiraf etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X10 məhkəməyə ərizə göndərərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəymiş 3847 (üç min səkkiz yüz qırx yeddi) maddi ziyanın tam ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin İnfrastruktur departamenti 6 nömrəli Gəncə Yol sahəsinin dəmir yolu xəttinin Qırıxlı-Bayan məntəqəsinin əməkdaşları tərəfindən 15 fevral 2024-cü il tarixdə dəmir yoluna nəzarət-baxış keçirildiyini, dəmir yolunun Qızılca-Bayan mənzilinin 22 km PK 4-də yolun kənarında olan 2 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relslərin hər birindən 20 metr, 27 km PK 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli yarımyararlı və 1 ədəd 25 metrlik R-50 tipli yarım-yararlı relsdən 16 metr, ümumilikdə 81 metr uzunluğunda yarım-yararlı dəmir yolu relslərinin kəsilərək naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla talandığını və nəticədə "xxxx" QSC-yə 3847 (üç min səkkiz yüz qırx yeddi) manat ziyan vurulduğunu bildirmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olaraq təqsirləndirilən şəxslər tərəfindən "xxxx" QSC-yə vurulmuş ziyanın istintaq dövründə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 nömrəli Gəncə yol sahəsinin Qırıxlı-Bayan məntəqəsinin yol ustası işləyir. Uzun müddət dəmir yollarında işləmişdir. Həmin ərazidə ehtiyyatda relslər olmuşdur. Onlar oradakı relsləri yollarda olan relslərdə hər hansı nasazlıq olanda dəyişmək üçün qoymuşlar. O, relsləri ayda bir, iki, üç dəfə yoxlayırmış. Yolu yoxlayan zaman görmüşdür ki, iyirmi ikinci kilometrdə olan iki ədəd R-50 tipli iyirmi beş metrəlik releslərin hər birindən iyirmi metir kəsilmişdir. Bunu görən kimi dəmir yolunun rəisinə telefonla bu barədə məlumat vermişdir. Dəmir yolunun rəisi də dəmir yol polisinə məlumat vermişdir. Polislər gəlib yoxlayanda müəyyən olunmuşdur ki, iyirmi yeddinci kilometrdə də iki ədəd R-50 tipli ehtiyyat relslərdən birini tamamilə digərindəndə 15 metir kəsilib götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1981-ci ildən hal-hazıradək "xxxx" QSC-də, 2003-cü ildən isə "xxxx" QSC-nin İnfrastruktur departamenti Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin Qırıxlı-Bayan məntəqəsinin yol ustası işləyir. Qırıxlı-Bayan məntəqəsi Alabaşlı stansiyasından Quşçu stansiyasına qədər olan ümumilikdə 35 km məsafədə dəmir yoluna xidmət edir. Dəmir yolunun fəaliyyətinin davamlılığının təmin edilməsi üçün yolun kənarına ehtiyat yarım-yararlı relslər qoyulur ki, yolda problem yarananda operativ şəkildə relslər dəyişdirilə bilsin. Yolun kənarına yığılmış ehtiyat yarım-yararlı dəmir yolu relslərinə, ümumiyyətlə dəmir yoluna Qırıxlı-Bayan məntəqəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq baxış keçirilir, lakin müəyyən edilmiş konkret nəzarət-baxış qrafiki yoxdur. Həmin ehtiyat yarım-yararlı relslər uzun müddətdir ki, yerində olmasına baxmayaraq hər hansı bir oğurluq hadisəsi, yaxud xoşagəlməz hadisə baş verməmişdir. Lakin, növbəti dəfə 15 fevral 2024-cü il tarixdə dəmir yoluna nəzarət-baxış keçirən zaman məlum olmuşdur ki, Qızılca-Bayan mənzilinin 22 km pk 4-də yolun kənarında olan ehtiyat yarım-yararlı R-50 tipli 2 ədəd 25 metrlik relslərin hər birindən 20 metr, 27-ci km pk 9-da yolun kənarında olan 1 ədəd 25 metrlik R-50 tipli ehtiyat yarım-yararlı rels və 1 ədəd 25 metrlik R-50 tipli ehtiyat yarım-yararlı relsdən 16 metr uzunluğunda, ümumilikdə 81 metr uzunluğunda olmaqla kəsilərək naməlum şəxs, yaxud şəxslər tərəfindən oğurlanmışdır. Aşkar edilmiş bu faktla bağlı o, dərhal 6 nömrəli Gəncə yol sahəsinin rəisi Dilbazi Musayevə şifahi məlumat vermişdir. Qeyd edilən məlumat dəqiqləşəndən sonra isə Gəncə dəmir yolu stansiyasında xətt polis şöbəsinə və "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinə rəsmi məktubla məlumat verilmişdir. İş üzrə şahid qismində tanınmış Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. İşi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və bunun nəzərə alınmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından Gəncə şəhərində fəaliyyət göstərən “SEMSAN” şirkətində mal qəbulu üzrə qeydiyyatçı işləyir. Belə ki, işlədiyi şirkət tanıdığı və tanımadığı müxtəlif şəxslərdən yararsız metal parçalarını çəkisinə və metalın qiymətinə uyğun dəyərini ödəməklə alıb, təkrar emal etməklə, yəni metal əridərək armatur istehsalı ilə məşğul olur. O, şirkətə gətirilib təhvil verilən metalın qəbul edilməsi, alınması prosesinə nəzarəti həyata keçirir. Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 təxminən 2-3 ildir ki, metal satan kimi tanıyır və mütəmadi olaraq işlədiy şirkətə yararsız metal tullantıları gətirərək satır. 2023-cü ilin dekabr ayının 28-də Elşən növbəti dəfə metal gətirib təhvil verən zaman içərisində olan hər biri təxminən 1-2 metr uzunluğunda olmaqla paslanmış rels parçalarını da metal tullantısı kimi qəbul edib almış və həmin metalın alınması ilə bağlı hər kiloqram üçün 0,53 manat ödəniş edilmişdir. Ümumilikdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 8980 kq qara metal alınmış və paslanmış köhnə dəmir yolu rels parçaları da həmin taranın tərkibində olmuşdur. O, Təqsirləndirilən şəxs1 qeyriləri əlbir olub, dəmir yolu xəttinə aid dövlət əmlakı olan relsləri qanunsuz olaraq kəsib taladıqlarını bilməmiş, Elşən ona dəmir yolu relslərinin yararsız olduğu üçün metal kimi satıldığını, bu işin tam qanuni olduğunu, heç bir qanunsuzluq olmadığını bildirmişdir. O, metal qəbulu məntəqəsində mütəmadi olaraq yararsız metal parçalarını qəbul etdiyinə görə, paslanmış və köhnə dəmir yolu relslərini də yararsız metal tullantılarla birlikdə qəbul edərək dəyərini ödəyib satın almış, satın aldığı rels parçalarının "xxxx" QSC-yə məxsus olduğunu bilməmiş və heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində tanınmış Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. İşi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və bunun nəzərə alınmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1999-cu ildən Gəncə şəhərində “SEMSAN” istehsalat şirkətini təsis edərək tanıdığı və tanımadığı müxtəlif şəxslərdən yararsız metal parçalarını çəkisinə və metalın qiymətinə uyğun dəyərini ödəməklə alıb təkrar emalı ilə məşğul olur. Şirkətin 100 fazi təsisçi payı ona məxsus olmaqla, hüquqi şəxsin qanuni təmsilçisi və direktorudur. Şahid2 isə rəhbəri olduğum şirkətdə təxminən 7-8 ildir ki, mal qəbulu üzrə qeydiyyatçı vəzifəsində işləyir. Belə ki, Şahid2 şirkətə gətirilib təhvil verilən metalın qəbul edilməsi, alınması prosesinə nəzarət edir. Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 təxminən 5-6 ildir ki, metal satan kimi tanıyır və mütəmadi olaraq şirkətə metal tullantılar gətirib satır. 2023-cü ilin dekabr ayının 28-də Elşən növbəti dəfə metal tullantılar gətirib təhvil verən zaman o işdə olmamışdır, lakin onun gətirdiyi metal qırıntılarının içərisində kiçik ölçüdə kəsilmiş yararsız dəmir yolu relsləri olduğunu mal qəbulu üzrə qeydiyyatçı Şahid2 zəng vurub ona bildirmişdir. O, Eyyuba həmin dəmir yolu relslərinin bütöv halda, yaxud kiçik ölçülərdə doğranılmış halda, yararsız olub-olmamasını dəqiqləşdirməsini, əgər kiçik ölçülərdə doğranılmış haldadırsa yararsız olduğunu düşünüb qəbul etməsini göstəriş verdim. Nəticədə Təqsirləndirilən şəxs1 metal tullantısı kimi digər metal tullantıları ilə qarışıq şəkildə gətirmiş olduğu kəsilmiş dəmir yolu rels parçalarını Şahid2 qəbul etmiş və həmin metalın alınması ilə bağlı hər kiloqram üçün 0,53 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən gətirilmiş metal tullantılarının içərisində olan dəmir yolu rels parçalarının təxminən 1-2 metr uzunluğunda hissə-hissə doğranmış, köhnə və paslanmış halda olduğunu Şahid2 ona bildirdikdən sonra yararsız olduğunu düşünərək qəbul edilməsinə etiraz etməmiş və rels parçalarının "xxxx" QSC-yə məxsus olduğunu bilməmiş, eləcə də dəmir yolu xəttinə aid dövlət əmlakı olan relslərin Təqsirləndirilən şəxs1 və qeyriləri tərəfindən qanunsuz olaraq kəsib talanmasından məlumatsız olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 aprel 2024-cü il tarixli 9/2130 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 2 ədəd 25 metrlik relslərin hər birindən 20 metr, 1 ədəd 25 metrlik və 1 ədəd 25 metrlik relsdən 16 metr olmaqla, ümumilikdə 81 metr uzunluğunda yarım-yararlı relsin orta bazar qiyməti nəzəri qaydada təxminən 3847,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 CM-nin 221.3-cü maddəsi təqsirli bilinərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, hazırda məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Azərbaycan Respublikas DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat (məhkumluğu) yoxdur. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir müraciət daxil olmamışdır. İşdə olan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 barəsində Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X11 atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X7 atası Təqsirləndirilən şəxs3dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 anası Məmmədova Qənirə, atası Təqsirləndirilən şəxs1dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X8 anası Məmmədova Qənirə, atası Təqsirləndirilən şəxs1dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X9 anası Məmmədova Qənirə, atası Təqsirləndirilən şəxs1dur. Beləliklə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikas CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, шащид ifadələri hadisə yerinə baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə edilmiş fotoşəkillər, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi barədə Azərbaycan Beynəlxalq Bankına aid mədaxil qəbzləri və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubları və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olub bir qrup şəxs halında dövlət və ya ictimai əhəmiyyətli dəmir relslərin gizli olaraq talayıb oğurluq etmə cinayətində təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2ci maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinməli və оnlаrа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlaın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqularının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prossesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşaqlarının olmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Daşkəsən rayonununda yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhəri ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Gəncə şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs5 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşaqlarının olmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində az yaşlı uşaqlarının olmasını, az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını AR CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01( bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 18 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək həbsdə qaldığı 02 (iki) gün müddəti AR CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq il 1 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən rayonu, Gəncə şəhəri, Göygöl və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli 01( bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 17 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək həbsdə qaldığı 02 (iki) gün müddəti AR CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq il 1 (bir) il 02 (iki) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Gəncə şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Şəmkir və Göygül rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Cəfərov X4 Elşən Kərəm oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli 01( bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 18 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək həbsdə qaldığı 02 (iki) gün müddəti AR CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq il 1 (bir) il 02 (iki) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən rayonu, Gəncə şəhəri, Göygöl rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01( bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən rayonu, Gəncə şəhəri, Göygöl rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01( bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 18 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək həbsdə qaldığı 02 (iki) gün müddəti AR CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq il 1 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Daşkəsən şəhərində yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, Daşkəsən rayonu, Gəncə şəhəri, Göygöl rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin hesabına (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilməlidir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-7/2024
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-7/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver