Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-8/2023 06.06.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və tərçüməçi X1 iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, natamam orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 29, mənzil 35-də Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Əsgərov X4 Mahir Elşən oğlu ilə 07 dekabr 2022-ci il tarixdə Daşkəsən şəhəri Babək küçəsində fəaliyyət göstərən “Anarın çayxanası”adlanan obyektdə kupelərdən birində əyləşərək mobil telefon vasitəsilə “Free Fire” adlı mobil tətbiqdə onlayn oyun oynayarkən Zərərçəkmiş şəxs onun anasının ünvanına söyüş söydüyünü düşündüyü üçün sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, həmin tarixdə saat 17 radələrində sözügedən çayxanın qarşısında Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə sillə zərbəsi endirdikdən sonra qəsdən güləş fəndi ilə sol yanı üstə yerə yıxaraq Zərərçəkmiş şəxs sol körpücük sümüyünün natamam, yerdəyişməyən sınığı, sol çiyin oynağının çıxığı kimi ayrı-ayrılıqda və birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi və tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, münasibəti yaxşı olmuşdur. 07 dekabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman tanışı Sənan ona “Vatsap” mobil tətbiqi vasitəsilə zəng edərək görüşək demiş, yaşadığı evdən bir qədər aralıda Sənanla görüşmüşlər. Bundan sonra onunla birlikdə Anar adlı şəxsin işlətdiyi Daşkəsən şəhəri, Babək küçəsində yerləşən çayxanaya yollanmış, çayxanaya daxil olan zaman Cavid də çayxanada olmuşdur. Onlar Sənanla birlikdə kupelərdən birinə daxil olaraq orada çay içmiş, həmin vaxtı onların əyləşdiyi kupeyə Zərərçəkmiş şəxs da daxil olmuşdur. Bundan sonra onlar mobil telefonda “Free Fire” adlanan mobil tətbiqdə oyun oynamağa başlamış, təxminən 1 saat ərzində oyun oynadıqdan sonra evə getmək qərarına gəlmişdir. Çayxanadan çölə çıxmış, çayxanadan bir qədər getmiş Zərərçəkmiş şəxs ünvanına ana söyüşü söydüyünü eşitmişdir. O, bu zaman Mahirə əsəbləşdiyi üçün qaçaraq ona tərəf irəliləmiş, Zərərçəkmiş şəxs çatdıqda sillə ilə sonuncunun sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Mahir geriyə doğru səndələmiş, bundan sonra Zərərçəkmiş şəxs sol yanı üstə yerə yıxmışdır. Zərərçəkmiş şəxs ağladığı üçün oradan qaçaraq yaşadığı evə tərəf getmişdir. Həmin vaxtı uzaqdan Mahirin nənəsi Qanuni nümayəndə2 da gəldiyini də gördmüşdür. Evdə olan zaman Zərərçəkmiş şəxs nənəsi və Mahir yaşadığı evə gələrək valideynləri ilə danışmış, daha sonra isə rayon polis şöbəsinə gedərək onun barəsində şikayət etmişlər. O, Zərərçəkmiş şəxs döyməmişdən əvvəl heç kim ona Mahirin anasına söyüş etdiyini deməmiş, sadəcə olaraq o Mahirin onun anasının ünvanına söyüş söydüyünü düşünmüşdür. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, ev 17B, mənzil 3-də qeydiyyatda olsa da, faktiki olaraq Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, ev 17B, mənzil 5-də yaşayır. Döyülməyi barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat verən nənəsi, o cümlədən iş üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə2dır. X3 doğma anasıdır. Fatimə Silyanoğlu xeyli müddət əvvəl Gökhan Silyanoğlu ilə evləndikdən sonra Bakı şəhərinə köçərək orada yaşamağa davam etmişdir. O isə uşaqlıqdan nənəsi Qanuni nümayəndə2 ilə birlikdə yaşayır. X7 Bakı şəhərində yaşadığından nənəsi Qanuni nümayəndə2 etibarnamə verərək iş üzrə qanuni nümayəndəsi olmasını istəmişdir. Təqsirləndirilən şəxs tanıyır, Daşkəsən şəhər sakinidir, münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs danışmağında qüsurlar vardir. Rəşad danışan zaman cümləni tam qura bilmir. Belə ki, 07 dekabr 2022-ci il tarixdə Daşkəsən şəhərində fəaliyyət göstərən Anar adlı şəxsin işlətdiyi çayxananın içərisində kupelərdən birində oturaraq mobil telefonda “free fire” oyunu oynayarkən Təqsirləndirilən şəxs da onun olduğu kupeyə daxil olmuş, birlikdə həmin oyunu oynamağa başlamışlar. Oyunu bitirdikdən sonra o oturduğu kupedən çölə çıxmış, həmin gün saat 17 radələrində çayxananın qarşısında olarkən Rəşad onun arxası ilə gəlmiş, heç bir səbəb olmadan şillə ilə baş nahiyəsinə zərbə endirmişdir. Daha sonra əlləri ilə boğaz nahiyəsindən tutaraq onu boğmuş, o, Rəşadın nə üçün belə etdiyini anlaya bilməmişdir. Bundan sonra Rəşad ona güləş fəndi işlədərək sol yanı üstə yerə çırpmış, yerə yıxıldıqda huşunu itirmişdir. Həmin vaxtı kənarda Orxan ilə Cavidin dayandırqlarını, lakin onlara tərəf yaxınlaşmayaraq oradan uzaqlaşdıqlarını görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs da onun yanından uzaqlaşmışdır. O çətinliklə ayağa durmuş, bu zaman sol qolunda kəskin ağrı hiss etmişdir. Həmin vaxtı nənəsi Qanuni nümayəndə2 yanına gəlmiş, ondan nə baş verdiyini soruşduqda o nənəsi Minayəyə Rəşad adlı şəxsin heç bir səbəb olmadan onu döydüyünü demişdir. Bundan sonra nənəsi Minayə ilə birlikdə Rəşad adlı şəxsin evinə yollanmış, evin qarşısına çatdıqda Rəşadın anası qarşılarına çıxmış, Qanuni nümayəndə2 baş verənləri Rəşadın anasına demişdir. Bundan sonra nənəsi Qanuni nümayəndə2 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Baş vermiş dava-dalaş zamanı ətrafa kənar şəxs və ya şəxslər toplaşmamış, eyni zamanda Təqsirləndirilən şəxs danışığında qüsur olduğu üçün onun ünvanına söyüş söyməmişdir. Hal-hazırda qonşu olmalarını nəzərə alaraq Rəşad ilə barışmışdır. Rəşada qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Odur ki, cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 dekabr 2022-ci il tarixdə sat 17 radələrində Daşkəsən şəhəri, Babək küçəsində yerləşən “Anarın çayxanası” adlanan obyektdə oturaraq mobil telefonda oyun oynayarkən, həmin çayxanada Daşkəsən şəhər sakinləri Rəşad və Mahirin də olduğunu görmüşdür. Mahir və Rəşad da çayxanadakı kupelərdən birində əyləşərək mobil telefonda oyun oynamışlar. O, Mahir və Rəşadla bir kupedə əyləşməmiş, onlardan bir qədər kənarda əyləşərək oyun oynamağa davam etmişdir. Bir qədər sonra Rəşad ilə Mahirin çayxanadan çölə çıxdıqlarını görmüş, o isə həmin vaxtı çayxanada oturaraq çay içməyə davam etmişdir. Təxminən beş on dəqiqə sonra çayxanadan çıxaraq evə getmək qərarına gəlmiş, çayxanadan çıxan zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs ağacın dibində əlbəyaxa olduqlarını görmüş, bundan sonra onlara yaxınlaşmadan evə tərəf getmişdir. Bir gün sonra Zərərçəkmiş şəxs Rəşadın ünvanına söyüş söydüyü üçün Rəşadın Mahirə əvvəl sillə ilə zərbə endirdiyini, daha sonra güləş fəndi işlədərək yerə yıxdığını öyrənmişdir. Bundan sonra isə həmin yerə Mahirin nənəsi Minayə gəlmiş və Mahiri rayon polis şöbəsinə apararaq Rəşadın barəsində şikayət etmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, 07 dekabr 2022-ci il tarixdə sat 17 radələrində Daşkəsən şəhəri, Babək küçəsində yerləşən “Anarın çayxanası”adlanan obyektdə dostları ilə birlikdə oturan zaman, həmin çayxanada Daşkəsən şəhər sakinləri Rəşad və Mahirin də olduğunu görmüşdür. Belə ki, Mahir və Rəşad da çayxanadakı digər kupelərdən birində əyləşmişlər. Bir qədər sonra çöldən dava ilə bağlı səs-küy gəldiyini eşidib əyləşdiyi kupeden çıxmışdır. Çölə çıxan zaman isə artıq davanın yekunlaşdığını və Zərərçəkmiş şəxs nənəsinin oraya gələrək Mahiri apardığını görmüşdür. Bir gün sonra Zərərçəkmiş şəxs Rəşadın ünvanına söyüş söydüyü üçün Rəşadın Mahirə əvvəl sillə ilə zərbə endirdiyini, daha sonra güləş fəndi işlədərək yerə yıxdığını öyrənmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 274 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol körpücük sümüyünün natamam, yerdəyişməyən sınığı, sol çiyin oynağının çıxığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 07 dekabr 2022-ci il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2023-cü il tarixli 186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törətdikdən sonra və hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir, onun psixi xəstəliklə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, Buna görə də 1(030)-08/2023 saylı cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişlər. Odur ki, oğlunun barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1, 40.2 və 40.3-cü maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, vurulmuş ziyanı tamamilə ödəməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərər çəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, zərər çəkmiş şəxsin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etməsini nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 40.2.1, 40.2.2, 43.3, 321.2.1 və 381-385-ci maddələrini rəhbər tutub. məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri ləğv olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №1(030)-8/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-8/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver