Məhkəmə qərarları › İş №1(030)-8/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-8/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-8/2024 14.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X20 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1990-cı ildə Daşkəsən rayonu, Çanaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Azinterpartlayış-x MMC-də işləyən, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 23-də qeydiyyatda olmaqla Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 24A, mənzil 9-da yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 11 radələrində anası X2 ilə söhbət etdikdən sonra Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs onun ailəsi haqqında təhqiramiz ifadələr işlətdiyini düşünərək, bu məqsədlə sonuncunun işlədiyi, Daşkəsən şəhəri, Azər Abdullayev küçəsində fəaliyyət göstərən çörək bişirmə sexi kimi fəaliyyət göstərən “Dadlı çörək” adlı obyektə gəldikdən sonra onun barəsində yayılan şayiələrin həqiqətən Zərərçəkmiş şəxs tərəfindən yayılmasını dəqiqləşdirmək istəmiş, 10 dekabr 2023-cü il tarixdə saat 12:15 radələrində çörək bişirmə sexi kimi fəaliyyət göstərən obyektdə şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gəlib bu niyyətlə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol almacıq sümüyünün yerdəyişmiş, sol əng cibinin ön və arxa divarının sınığı, sol 24-cü dişin tacının sınığı, sol göz ətrafının hematoması və skleraya qansızma kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ailəsi haqqında şayiələr söyləmişdir, bunun səbəbini soruşmaq üçün onun iş yerinə getdikdə Zərərçəkmiş şəxs ona dediklərinin arxasında durduğunu və doğru dediyini demişdir. O, bundan əsəbləşərək Zərərçəkmiş şəxs üz nahiyyəsindən vurmuşdur. Hal-hazırda etdiyi əməldən peşmandır. Himayəsində 6 uşağı var. Zərərçəkmiş şəxslə barışıb və ona qarşı hər hansı şikayətləri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, münasibəti normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Belə ki, 04 dekabr 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs qardaşı oğlu Aqil ilə onun oğlu Məcid arasında mübahisə olmuş, bundan sonra Aqil Məcidi döymək üçün yaşadığı evin qarşısına gəldikdə anası Qərənfil ilə rastlaşmış, anası da Aqili tənbeh edərək yaxasından tutub silkələyərək evin qarşısında qovmuşdur. Bundan sonra Aqil yaşadığı evə gedərək yalandan nənəsi Diləfruza danışmaqla guya anası Qərənfilin onu döydünü demişdir. Göstəridiyi xüsusat ilə bağlı rayon polis şöbəsinə məlumat verilmiş, yaxın qohumlar məsələ ciddi olmadığına görə danışıqlar apararaq barışdırmağa çalışımışlar. Onun özü də məsələnin böyüməməsini istəmişdir. 10 dekabr 2023-cü il tarixdə saat 11 radələrində anası Qərənfilin yaşadığı evdə olan zaman sonuncu ona bütün məsələni danışmış, eyni zamanda Vüsalənin onun barəsində təhqiramiz ifadələr işlətdiyini də demişdir. O, anasından Vüsalənin nə dediyini soruşduqda Qərənfil Məmmədova ona a bala Vüsalə deyir ki, guya sənin həyat yoldaşın səni dayın Çingiz ilə aldadır. Buna görə də sən Çingizi evdən qovalamısan” demişdir. Anası Qərənfil ona bu sözü dedikdə, Vüsalənin sözünə çox əsəbləşmiş, dərhal evdən çıxaraq Zərərçəkmiş şəxs işlədiyi çörək sexinə yollanmışdır. Zərərçəkmiş şəxs Daşkəsən şəhəri Azər Abdullayev küçəsində fəaliyyət göstərən çörək sexində işləyir. Onun həmin yerə yollanmaqda məqsədi Vüsalə ilə söhbət edərək onun barəsində dediyi sözlərə aydınlıq gətirmək olmuşdur. Həmin gün saat 12 radələrində çörək sexinə daxil olaraq Zərərçəkmiş şəxs ilə salamlaşmış, Vüsalə ilə danışan zaman onun haqqımda nə üçün bu cür ifadələr işlətdiyini soruşmuş, bu zaman Vüsalə onun üzərinə gələrək əl qol atmaqla “sən kim olmusan ki, mənim iş yerimə gələrək mənimlə haqq-hesab edəsən” demişdir. O. bir daha Vüsaləyə Vüsalə anam mənə deyir ki, sən mənim haqqımda danışaraq arvadımın məni dayımla aldatdığını və buna görə də mənim dayım Çingizi evdən qovduğumu demisən söyləmiş, Vüsalə isə onun üzərinə qışqıraraq “elədirdə mən olanı demişəm, dediyimi də danmıram. Arvadın səni dayınla aldadıb deyə sən də dayın Çingizi evdən qovmusan, sizin ailə üzvləri bundan artıq deyildir” söyləmişdir. Həmin vaxtı onların yanında heç kim olmamış, Vüsalənin işlətdiyi ifadələr onun əsəblərinə toxunduğundan, Vüsalənin sağlamlığına xəsarət yetirmək qərarına gəlmişdir. Bundan sonra o sağ əli ilə Vüsalənin sol göz nahiyəsinə bir dəfə yumruqla zərbə endirmiş və geri çevrilərək həmin sexdən çıxmışdır. Sexdən çıxan zaman Vüsalənin ağlayış və qışqırıq səslərini eşitmiş, lakin, geriyə dönmədən oradan uzaqlaşmışdır. Bir qədər sonra Vüsalənin onun barəsində şikayət etdiyini öyrənmişdir. O, Vüsaləni vurmaq istəməmiş, sadəcə olaraq Vüsalənin işlətdiyi ifadələr onu buna sövq etmişdir. Lakin, buna baxmayaraq hazırda Vüsalə qadın olduğundan ona qarşı etdiyi hərəkətin səhv hərəkət olduğunu düşünmüş və buna görə də onun yaxınları ilə əlaqə saxlayaraq barışmağa çalışmışdır. Aralarında baş vermiş davadalaş təxminən 2-3 dəqiqə davam etmiş, eyni zamanda həmin vaxtı yanlarında heç kim olmamış, Vüsaləyə yumruqla zərbə endirən zaman əlində dəmir metal olmamış, yalın əl ilə sonuncu zərbə endirməklə xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məzahirin uşağı ilə qardaşı Əfqanın uşaqları dalaşmış, Məzahirin anası Qərənfil onların uşağını döymüşdür. O da Qərənfilin yanına gedərək niyə qardaşı uşağını döydüyünü soruşmuş və onunla mübahisə etmişdir. O çörək sexinə işə getdikdən sonra Məzahir onun iş yerinə gələrək üzünə yumruqla vurmuşdur.Hal-hazırda barışıblar, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşuluqda yaşayır, münasibəti əvvəllər normal olmuşdur. Lakin son zamanlar Məzahir və onun anası Qərənfil qardaşı oğlu Aqilə qarşı aqressiv hərəkətlər etdikləri üçün münasibətləri pozulmuşdur. Dəfələrlə onlardan Aqilə qarşı bu cür davranmamalarını xahiş etmişlər. Belə ki, 04 dekabr 2023-cü il tarixdə günorta saatlarında qardaşı oğlu Aqil ilə Məzahirin oğlu Məcid arasında mübahisə olmuş, bundan sonra Aqil Məcidin yaşadığı evin qarşısına gəldikdə Məzahirin anası Qərənfil ilə rastlaşmış, Qərənfil də Aqili tənbeh edərək yaxasından tutub silkələyərək başını divara çırpmaqla evin qarşısında onu döyərək qovmuşdur. Bundan sonra qardaşı oğlu Aqil yaşadığı evə gedərək anası Diləfruz Məmmədovaya məlumat verdikdən sonra sonuncu da ona zəng eddərək bu haqda danışmış, o dərhal Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. Həmin ərəfələrdə Qərənfil və Məzahir onların yaşadığı evə gələrək barışıq əldə etməyə çalışmış, qardaşı oğlu Aqil azyaşlı olduğundan onun döyülməsini qəbullana bilməmiş, bu səbəbdən də, Məzahirlə söhbət edən zaman barışıq verməyəcəklərini desə də sonradan qonşuluq münasibəti olduğundan anası Diləfruz ilə məsləhətləşdikdən sonra barışıq vermək qərarına gəlmişlər. Məzahir ilə bu barədə danışıq aparan zaman Məzahir ona qardaşı oğlunun döyülməsi ilə əlaqədar aparılan araşdırma haqqında nə düşündüyünü soruşmuş, o da ana Diləfruz ilə danışdığını və rayon polis şöbəsinə gedərək barışıq ərizəsi verəcəyini söyləmişdir. Bu zaman Məzahir ona “heç bilirsən məsələ nə yerdədi, o işin həlli ilə əlaqədar olaraq məndən 1000 manat pul istəyirlər” demiş, o da kimin həmin məbləğdə pul istədiyini soruşduqda, Məzahir ona araya adam saldığını, həmin şəxsin polis əməkdaşı olduğunu və adının da Tural olduğunu söyləmişdir. Daha sonra Tural adlı polis əməkdaşının qonşuluqda yaşayan Tural olduğunu müəyyən etmişdir. Bundan sonra o Məzahirə məsələnin ona aidiyyəti olmadığını dedikdə, Məzahir əgər həmin məsələni həll etməzsə sonunun pis bitəcəyini demiş, eyni zamanda sifətinə şram atacağını qeyd etmişdir. O da Məzahirə “get işinlə məşğul bu günə kimi barışıq verəcəkdik, indi isə barışıq da vermirik, nə bilirsən et” demişdir. 10 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən çörək sexində işdə olmuş, həmin vaxtı yanında heç kim olmamışdır. Həmin gün çörək sexində işləyərkən bir nəfər müştəri içəri girmiş, bir ədəd çörək aldıqdan sonra haqqını ödəyib sexdən çölə çıxmış, həmin şəxsin arxası ilə Məzahirin sexə daxil olduğunu görmüşdür. Məzahir ona tərəf yaxınlaşaraq heç nə demədən yaxasından əli dartıb yumruqla sol sifət nahiyəsinə şiddətli zərbə endirmiş, o zərbənin təsirindən huşunu itirmiş və sonradan nə baş verdiyini görə bilməmişdir. Məzahir sexə daxil olan zaman onun sağ əlində gümüşü rəngli, parlayan əşya olduğunu görmüş, bu səbəbdən Təqsirləndirilən şəxs onun sol göz nahiyəsinə beş barmaqla zərbə endirdiyini düşünür. Huşu özünə qayıtdıqda, sexdə olduğunu və Sakit həkimin onu müayinə etdiyini görmüşdür. Təqsirləndirilən şəxsla aralarında baş vermiş dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı ətrafda heç kim olmamışdır. Bundan başqa, o, Məzahirin özü və ailəsi haqqında heç kimə heç nə deməmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaşın baş verdiyi yer Daşkəsən şəhəri, Azər Abdullayev küçəsində fəaliyyət göstərən “Dadlı çörək” sexidir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 239 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol əng sümüyünün sinusun aşağı, bayır divarının, göz yuvasının alt və bayır, almacıq sümüyünün qövsündə yerdəyişmiş qəlpəli sınıqlar, sol 24-cü dişin sınığı, sol göz ətrafının qançırı, hematoması, skleraya qansızma kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər davadalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 10 dekabr 2024-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 xx.xx.2024-cü il tarixli, T242/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq sümüyünün yerdəyişmiş, sol əng cibinin ön və arxa divarının sınığı, sol 24-cü dişin tacının sınığı, sol göz ətrafının hematoması və skleraya qansızma olmuş, qeyd edilən xəsarət məhdud səthə malik bərk küt əşyanın təsirindən törənmiş, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Xəsarətlərin yetirilmə müddəti 10 dekabr 2023-cü il tarixə uyğun gəlir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Daşkəsən rayon mərkəzi xəstəxanasının 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Heç bir şikayət və tələminin olmadığnı, bunların nəzərə alınmasını xahiş edir. İşdə olan nigah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanılmışdır. İşdə olan MİA.GOV.AZ elektron sistemindən çıxarılmış şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 atası Təqsirləndirilən şəxsdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 atası Təqsirləndirilən şəxsdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 atası Təqsirləndirilən şəxsdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 atası Təqsirləndirilən şəxsdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X8 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Daşkəsən rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli xəsiyyətnaməsindən görünür ki, onun haqqında Daşkəsən rayon Kommunal Müəssisələri Kombinatına heç bir şikayət və ərizə daxil olmamışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1, 40.2 və 40.3-cü maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, vurulmuş ziyanı tamamilə ödəməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərər çəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, zərər çəkmiş şəxsin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etməsini nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübutlar və xüsusi müsadirə ediləcək əmlak aşkar edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 40.2.1, 40.2.2, 43.3, 321.2.1 və 381-385-ci maddələrini rəhbər tutub. məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar