Məhkəmə qərarları › İş №1(030)-9/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-9/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-9/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi Fərhad oğlu, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakları ilə, xx xxxx 2005-ci ildə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Göygöl rayonu, Zurnabad kəndində qeydiyyatda olmaqla, Samux rayonu Samux şəhərində yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 25 mart 2022-ci il tarixdə Göygöl rayonu Zurnabad kəndində razılaşıb Daşkəsən rayonu Çıraqlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindəki əşyaları oğurlamaq qərarına gəlmiş, bu niyyətlə 26 mart 2022-ci il tarixdə saat 12 radələrində Daşkəsən rayonu Çıraqlı kəndinin mərkəzindən yuxarı hissədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin qarşısına gələrək evin giriş qapısı üzərindəki asma qıfılı daş ilə sındırdıqdan sonra qanunsuz olaraq evə daxil olmaqla oradan hər biri 15 (on beş) manat, ümumilikdə 75 manat (yetmiş beş) dəyərində 5 (beş) ədəd alüminium əsaslı qazanları, 18 manat (on səkkiz) dəyərində 1 (bir) ədəd alüminium əsaslı ləyəni, 25 manat (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd dəmir əsaslı qaz balonu, 15 manat (on beş) dəyərində 1 (bir) ədəd alüminium əsaslı, 2 (iki) litr həcmli çayniki, hər biri 15 manat (on beş), ümumilikdə 30 manat (otuz) dəyərində 2 (iki) ədəd alüminium əsaslı aşsüzənləri, hər biri 10 manat (on), ümumilikdə 20 manat (iyirmi) dəyərində 2 (iki) ədəd alüminium əsaslı kökür çömçələri, hər biri 10 manat (on), ümumilikdə 40 manat (qırx) dəyərində 4 (dörd) ədəd alüminium əsaslı karnizləri, 25 manat (iyirmi beş) dəyərində 1 (bir) ədəd çuqun əsaslı tavanı, 45 manat (qırx beş) dəyərində 1 (bir) ədəd “interpila 58” markalı motopilanı, 45 manat (qırx beş) dəyərində, 1 (bir) ədəd “mercedesbenz vans sprinter” markalı su nasosunu ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 338 manat (üç yüz otuz səkkiz manat) dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 26 mart 2022-ci il tarixdə, saat 12 radələrində Daşkəsən rayonu Çıraqlı kəndinin mərkəzində razılaşıb Daşkəsən rayonu Çıraqlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindəki əşyaları oğurlamaq qərarına gəlmiş, bu niyyətlə həmin tarixdə saat 12 radələrində Daşkəsən rayonu Çıraqlı kəndinin mərkəzindən yuxarı hissədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin qarşısına gələrək evin pəncərəsini daş parçası ilə sındırdıqdan sonra qanunsuz olaraq evə daxil olmaqla oradan 150 manat (yüz əlli) dəyərində 1 (bir) ədəd kustar üsulla mis metaldan hazırlanmış 15 (on beş) litr həcmində, 5 (beş) kq çəkidə səhəngi (güyümü), 60 manat (altmış) dəyərində 1 (bir) ədəd misgərlər tərəfindən kustar üsulla mis metaldan hazırlanmış 5 litr həcmli, 3 kq çəkidə süd qabı, 45 manat (qırx beş) dəyərində 1 (bir) ədəd misgərlər tərəfindən kustar üsulla mis metaldan hazırlanmış 3 litr həcmli, 2 kq çəkidə süd qabı, hər biri 20 manat (iyirmi), ümumilikdə 40 (qırx) manat dəyərində 2 (iki) ədəd misgərlər tərəfindən kustar üsulla mis metaldan hazırlanmış 1 kq çəkidə kasaları, ümumilikdə isə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 295 manat (iki yüz doxsan beş manat) dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid4 və Şahid3 təxminən 10 ildir tanıyır, onlarla Göygöl rayonu Zurnabad kəndində tanış olmuşdur. 25 mart 2022-ci il tarixdə Göygöl rayonu Zurnabad kəndində Şahid4 ilə birlikdə olan zaman ordan-burdan söhbətləşmiş, söhbət əsnasında Elsevər ona Daşkəsən rayonu Çıraqlı kəndindən qohumlarının sahəsindən kartof yığmağı ona təklif etmiş, o isə razılaşaraq Daşkəsən rayonu Çıraqlı kəndinə yollanmışlar. Kənddə olan zaman Elsevər ona qohumlarının evində olan köhnə qab-qacağı aparmaq üçün ondan kömək istəmişdir. Bundan sonra Elsevər onun tanımadığı iki evdən dəmir qazanlar və digər metal ev əşyaları götürmüşdür. Daha sonra Elsevər əldə edilən qabları torbalara qoymuş və onalar çayın kənarına gəlmişlər, ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elsevər torbanın içərisindəki əşyaları yerə tökmüş, daha sonra yerdən götürdüyü daş parçası ilə əlvanmetaldan olan əşyaları əzməyə başlamışdır. Əşyaları sərbəst torbalara yerləşməsi üçün daşla döyərək əzdikdən sonra torbalara yığmışdır. Bundan sonra birlikdə oradan piyada Göygöl rayonu Zurnabad kəndinə gəlmişlər. Göygöl rayonu Zurnabad kəndində Şahid3la qarşılaşmış, Cehunla söhbətləşən zaman Elsevər Ceyhuna yol kənarından alüminium və mis qırıntıları topladıqlarını, həmin qırıntıları isə satmaq istədiyini demiş, Cehun torbanın içərəsinə baxdıqda həmin qırıntıları Gəncə şəhərində sata biləcəklərini söyləmişdir. Bundan sonra Cehun 27 mart 2022-ci il tarixdə Şahid2 ilə əlaqə saxlayaraq ondan taksi kimi onları idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə Gəncə şəhərinə aparmasını xahiş etmiş, bir qədər sonra Şahid2 idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə yanlarına gəlmişdir. Şahid2 onları Gəncə şəhərinə 10 manat müqabilində aparmağa razılaşmışdır. Bundan sonra onlar əşyaları Gəncə şəhərinə apararaq “köhnə Yevlax avtovağzalının yanı”adlanan yerdə “Şans” tibb mrəktəzinin yaxınlığındakı, əlvan-metalların alqı-satqısı ilə məşğul olan sexə gəlmişlər. Həmin vaxt Elsevərin üzərində şəxsiyyət vəsiqəsi olmadığından metalları Cehunun şəxsiyyət vəsiqəsi ilə satmışdır. Elsevər əşyaları 6 kq mis, 12 kq aliminum kimi satmışdır. Bunun müqabilində 106 manat pul əldə etmişdir. Həmin pulun yarısın Elsevər ona kömək etdiyi üçün vermişdir. Məhkəmədən ona güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Daşkəsən rayonu Çıraqlı kəndində ata evi var, həmin evdə heç kim yaşamır, ancaq yay fəslində ailəlikcə gedib qalır. 09 aprel 2022-ci il tarixdə Daşkəsən rayonu Çıraqlı kəndində yerləşən ata evi ilə qonşuluqda yaşayan bir nəfər ona zəng edərək naməlum şəxslər tərəfindən fərdi yaşayış evinin qapsının sındırılması barədə məlumat vermiş, həmin vaxtı o, Bakı şəhərində olduğu üçün xx.xx.2022-ci il tarixdə naməlum şəxslərin Daşkəsən rayonu Çıraqlı kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin qapısı üzərində olan asma qıfılı sındıraraq evə daxil olub oğurluq etmələri barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. O, Bakı şəhərindən qayıdandandan sonra, evlərinə baxmaq üçün xx.xx.2022-ci il tarixdə Daşkəsən rayonu Çıraqlı kəndinə gəlmiş, evin qapsının üzərində olan asma qıfılın sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Fərdi yaşayış evi 2 otaqdan ibarətdir. Əvvəlcə yaşayış evinin birinci otağına daxil olmuş, həmin otaqda olan hər biri 15 (on beş) manat, ümumilikdə 75 manat (yetmiş beş) dəyərində 5 (beş) ədəd alüminium əsaslı qazanları, 18 manat (on səkkiz) dəyərində 1 (bir) ədəd alüminium əsaslı ləyəni, 25 manat (iyirmi beş) manat dəyərində 1 (bir) ədəd dəmir əsaslı qaz balonu, 15 manat (on beş) dəyərində 1 (bir) ədəd alüminium əsaslı, 2 (iki) litr həcmli çayniki, hər biri 15 manat (on beş), ümumilikdə 30 manat (otuz) dəyərində 2 (iki) ədəd alüminium əsaslı aşsüzənləri, hər biri 10 manat (on), ümumilikdə 20 manat (iyirmi) dəyərində 2 (iki) ədəd alüminium əsaslı kökür çömçələri, hər biri 10 manat (on), ümumilikdə 40 manat (qırx) dəyərində 4 (dörd) ədəd alüminium əsaslı karnizləri, 25 manat (iyirmi beş) dəyərində 1 (bir) ədəd çuqun əsaslı tavanı, 45 manat (qırx beş) dəyərində 1 (bir) ədəd “interpila 58” markalı motopilanı, 45 manat (qırx beş) dəyərində, 1 (bir) ədəd “mercedes-benz vans sprinter” markalı su nasosunu oğurlayaraq ümumilikdə ona 338 (üç yüz otuz səkkiz) manat məbləğində zərər vurmuşlar. Hazırda isə ona məxsus yaşayış evindən qeyd olunan əşyaları oğurlayan şəxslərin Şahid4 və Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Bundan başqa Daşkəsən rayonu Çıraqlı kəndində yerləşən evinin arxasına baxış keçirən zaman torpağın qazılaraq oğurlanmış metalların yandırılması üçün istifadə edildiyini müəyyən etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də ondan şikayətçidir. Məhkəmə istintaqında dindirilimiş 1(030)-04/2023 saylı cinayət işi təqsirləndirilən şəxs Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 təxminən 10 ildir tanıyır, onlarla Göygöl rayonu Zurnabad kəndində tanış olmuşdur. 25 mart 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxslə birlikdə evlərinə kartof gətirmək üçün Daşkəsən rayonu Çıraqlı kəndinə getmiş, gecəni Ayxanla birlikdə onların evində qalmışlar. 26 mart 2022-ci il tarixdə yuxudan bir qədər gec oyanmışdır. Yuxudan oyananda Ayxanın əlində torba ilə birlikdə kənd ərazisinə çıxdığını, aralarında qab-qacaq olan torba ilə gəldiyini görmüşdür. O, qab qacaqları haradan aldığını soruşduqda Ayxan bildirmişdir ki, anası geri qayıdan zaman həmin kənddə yaşayan bibisigildən qab-qacaqları götürməsini xahiş etmiş, o da, bibisigildəm həmin qab-qacaqları götürmüşdür. Sonra həmin qab-qacaqları Daşkəsən rayonu Çıraqlı kəndində çayın kənarına gətirərək, torbanın içərisindəki əşyaları yerə tökmüşlər, daha sonra yerdən götürdüyü daş parçalarıı ilə əlvan-metaldan olan əşyaları əzməyə başlamışlar. Həmin vaxt Ayxana gətirdiyi əşyaların geri qaytarılmasını bildirmək istəsə də, ətrafda şəxslərin olduğunu görmüş, düşünmüşdür ki, əgər əşyaları qaytarmağı Ayxandan tələb etsə, həmin şəxslər onun da, oğurluqda iştirak etdiyini düşünərlər. Bundan sonra torbada olan əşyaları götürüb birlikdə Göydöl rayonun Zurnabad kəndinə gəlmişlər. Səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Zurnabad kəndində Şahid3la qarşılaşmış, Cehunla söhbətləşən zaman Ceyhun Gəncə şəhərinə getmək istədiklərini soruşmuş, onlar da, Gəncə şəhərinə getmək istədiklərini demişlər. Bundan sonra Cehun Şahid2 onları idarə etdiyi VAZ 2106 markalı avtomobili ilə Gəncə şəhərinə aparmasını xahiş etmişdir. Şahid2 onları Gəncə şəhərinə 10 manat müqabilində aparmağa razılaşmış və onlar birlikdə Ayxanın gətirdiyi əşyaları götürərək Gəncə şəhərinə “köhnə Yevlax avtovağzalının yanı”adlanan yerə getmişlər. Orada “Şans” tibb mərkəzinin yaxınlığındakı, əlvan-metalların alqı-satqısı ilə məşğul olan sexə gəlmişlər. Ayxan gətirdiyi qab-qacağı satmaq istəmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığından Cehunun şəxsiyyət vəsiqəsini almış və qab-qacaqları satmışdır. Əldə etdiyikləri əşyaları 6 kq mis, 12 kq aliminum kimi satmışlar. Bunun müqabilində 106 manat pul əldə etmişlər. Həmin puldan Ayxan 10 manat taksiyə vermişdir. 50 manat isə ona vermişdir. 26 mart 2022-ci il tarixdə Daşkəsən rayonu Çıraqlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə kimin girməsindən məlumatı yoxdur. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci il tarixdə həmkəndlisi Cehun istifadəsində olan mobil telefona zəng edərək səhərisi gün, yəni 27 mart 2022-ci il tarixdə Elsevərə məxsus metalı satmaq üçün Gəncə şəhərinə getməli olduğunu, içərisində metal olan yükü aparmaq üçün onu Gəncə şəhərinə aparmasını xahiş etmişdir. 27 mart 2022-ci il tarixdə Cehunun sifarişinə əsasən Daşkəsən rayonu Zurnabad kəndində yaşayan Cehunun evinin qarşısına gəlmiş, Cehun ona Elsevərin evinin qarşısına gəlməsini söyləmiş, həmin yerə çatdıqda Elsevər və Ayxan 2 ədəd torba ilə avtomobilin yanına gəlmişlər. Söhbət əsnasında o, həmin torbaların içərəsində metallar olduğunu bilmiş, Elsevər ona həmin metalı çay kənarından topladığını söyləmişdir. Həmin vaxtı Cehun avtomobilin ön sərnişin, Ayxan və Elsevər isə arxa sərnişin oturacaqlarında əyləşmişdir. Gəncə şəhəri ərazisində yerləşən “köhnə Yevlax avtovağzal” adlanan yerdə “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında avtomobili saxlamış, avtomobilə ehtiyyat hissələri almaq üçün avtomobildən düşərək ehtiyyat hissələri satılan mağazaya daxil olmuşdur. Həmin vaxtı Ayxan, Elsevər və Cehun da, avtomobildən düşərək yaxınlıqda olan əlvan metal qəbulu sexinə getmiş, o, mağazadan çıxaraq avtomobilin yanına gəldikdə Ayxan, Elsevər və Cehun sexdən çıxaraq avtomobilin yanına gəlmişlər. Elsevər özü ilə daşıdığı torba içərisində olan metalı satmışdır. O, Elsevər və Ayxanın satdıqları əşyaların özlərinə məxsus olduğunu bilmiş, eyni zamanda həmin əşyaların oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci il tarixdə saat 19 radələrində Göygöl rayonu Zurnabad kəndində çayın kənarında olan zaman həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid4 yanına gəlmiş, bir qədər söhbət etdikdən sonra Elsevər və Ayxan ona çay kənarından bir qədər mis və alüminium metallar topladığını, həmin metalı satmaq istədiyini deyib, bunun üçün köməklik etməsini xahiş etmişdir. Elsevər və Ayxana “dəqiq həmin metalı çay kənarından toplamısız” dedikdə, Elsevər və Ayxan and içərək metalları çay kənarından topladıqlarını və özünə məxsus olduğunu söyləmişdir. Bundan sonra o, tanışı Vüqara zəng edərək səhərisi gün, yəni 27 mart 2022-ci il tarixdə Daşkəsən rayonu Çıraqlı kəndinə gəlməsini və Elsevər və Ayxanın dediyi metalları satmaq üçün daşımasını xahiş etmişdir. Səhərisi gün, yəni 27 mart 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman Vüqar idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə evin qarşısına gəlmiş, o da, Elsevərə zəng edərək onların evinin qarşısına gəlməsini demişdir. Lakin, onların satacağı metal ağır olduğundan Vüqarın idarə etdiyi avtomobil ilə Elsevərin yaşadığı evin qarşısına gedərək iki torba içərisində olan metalı avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra onlar, yəni Ayxan, Elsevər və o, Vüqarın idarə etdiyi avtomobil ilə Gəncə şəhərinə yollanmışlar. Gəncə şəhərində, “köhnə Yevlax avtovağzalı”adlanan yerdə “Şans” tibb mərkəzinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu sexinə Elsevər və Ayxanın gətirdiyi metalları satmaq üçün onun şəxsiyyət vəsiqəsindən istifadə etmişlər. Belə ki, Ayxan və Elsevərin üzərində şəxsiyyət vəsiqələri olmadığı üçün Elsevər ondan şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. Bundan sonra o, küçədə Ayxanla Elsevəri gözləmişdir. Həmin vaxtı metalları neçəyə satdığını dəqiq bilməmişdir. Daha sona Elsevər metalların satışından əldə etdikləri pulu xirdalamaq məqsədilə yaxınlıqda olan köşkdən siqaret almış və geri qayıdaraq 10 manat taksi sürücüsünün pulunu vermiş və qalan pulu da, Ayxanla aralarında bölmüşlər. O, isə onlardan aralaşıb nənəsigilin evinə getmişdir. Həmin metalların oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Ayxan oğlu ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Gəncə şəhəri, Müseyib Bağırov küçəsində, “Şans” tibb mərkəzinin yaxınlığında əlvan metalların qəbulu sexində alıcı kimi işləyir. 27 mart 2022-ci il tarixdə sexdə olan zaman sonradan tanıdığı Şahid4, Təqsirləndirilən şəxs və Şahid3 həmin yerə gəlmiş, əllərində isə iki ədəd torba olmuşdur. O, torbanın içərisinə baxdıqda içərisində əzilmiş vəziyyətdə metal qırıntısı olduğunu görmüş, bu zaman Ayxan və Elsevər həmin metal qırıntılarını satmaq istədiklərini demiş, o, həmin şəxslərdən torbanın içərisində olan metal qırıntılarının kimə məxsus olduğunu soruşduqda, Elsevər və Ayxan özünə məxsus olduğunu demişdir. Bundan sonra iki ədəd torbanın içərisində olan dəmir qırıntılarını elektron tərəzidə çəkilmiş və torbanın içərisində 6 kq mis, 12 kq alüminium metal qırtıntısı olduğu müəyyən etmişdir. Elsevər və Ayxandan metal qırıntısını Şahid3 şəxsiyyət vəsiqəsi ilə almışdır. Hər ehtmala qarşılıq olaraq o, Şahid4 və Təqsirləndirilən şəxs satdıqları metal qırıntısı ilə birlikdə Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmiş, eyni zamanda qeydiyyat dəftərində Şahid3 adını qeyd etmişdir. Həmin fotoşəkli və qeydiyyat dəftərində qeyd olunmuş səhifənin kserosurətini istintaqa təqdim etmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs, Şahid4 və İbrahimov X4 Vüqar Nəbi oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobili ilə Gəncə şəhəri ərazisində yerləşən “köhnə Yevlax avtovağzal” adlanan yerdə “Lukoil” yanacaq doldurma məntəqəsinin yanına gəlmişlər, daha sonra Cehun avtomobilin qabaq oturacağından, Elsevər arxa sərnişin oturacağından düşərək avtomobilin yük yerindən oğurluq yolu ilə əldə etdiyi metalları yığdığı torbaları götürmüş, sonra Ayxan avtomobilin arxa oturacağından düşərək onalara kömək etmiş və bir qədər sonra geri qayıdaraq gəlib həmin avtomobilə əyləşmişlər. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu Çıraqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet götürülməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu Çıraqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet götürülməmişdir. İşdə olan “Götürmə aparılması haqqında” 28 dekabr 2022-ci il tarixli 238 nömrəli protokoldan görünür ki, iş üzrə Şahid1 Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və Şahid3 satdıqları iki ədəd torba içərisində olan metal qırıntısı ilə birlikdə Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin foto şəklini və əlvan metal alqı-satqısı sexinə məxsus qeydiyyat dəftərində qeydi aparılmış səhfənin kserosurətini könüllü olaraq istintaqa təqdim etdiyindən tərəfimdən götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyul 2022-ci il tarixli, 9/4671 nömrəli rəyindən görünür ki, 5 (beş) ədəd alüminium əsaslı qazanlar, 1 (bir) ədəd alüminium əsaslı ləyən, 1 (bir) ədəd dəmir əsaslı qaz balonu, 1 (bir) ədəd alüminium əsaslı, 2 (iki) litr həcmli çaynik, 2 (iki) ədəd alüminium əsaslı aşsüzənlər, 2 (iki) ədəd alüminium əsaslı kökür çömçələr, 4 (dörd) ədəd alüminium əsaslı karnizlər, 1 (bir) ədəd çuqun əsaslı tava, 1 (bir) ədəd “interpila 58” markalı motopila, 1 (bir) ədəd “mercedes-benz vans sprinter” markalı su nasosu kimi əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 338,0 manat (üç yüz otuz səkkiz) müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 9/7174 nömrəli rəyindən görünür ki, 1 (bir) ədəd kustar üsulla mis metaldan hazırlanmış 15 (on beş) litr həcmində, 5 (beş) kq çəkidə səhəng (güyümü), 1 (bir) ədəd misgərlər tərəfindən kustar üsulla mis metaldan hazırlanmış 5 litr həcmli, 3 kq çəkidə süd qabı, 1 (bir) ədəd misgərlər tərəfindən kustar üsulla mis metaldan hazırlanmış 3 litr həcmli, 2 kq çəkidə süd qabı, 2 (iki) ədəd misgərlər tərəfindən kustar üsulla mis metaldan hazırlanmış 1 kq çəkidə kasalar kimi əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 295,0 manat (iki yüz doxsan beş) müəyyən edilir. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(030)-04/2023 saylı hökmünün sürətindən görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 07 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Samux rayon İHB-nın Samux şəhər İƏÜN-si üzrə nümayəndəliyi 25 aprel 2023-cü il tarixli 586 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Samux şəhərində yaşayır. İşdə olan Samux rayon İHB-nın Samux şəhər İƏÜN-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli telefonoqramdan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətində özünü təqsirli bilməsə də, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmiş oğurluq cinayətində təqsirli olması məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlaın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqularının və əsas Azadlıqlarının Müdafiəsi haqqında”, “X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prossesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu və məhkumun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbinin olmamasını, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Samux rayonu, Samux şəhərində yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:30-dək tərk etməmək, Gəncə şəhəri, Samux, Göygöl və Şəmkir rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məhkəmə xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. (Kodu-210005; VÖEN-**********; Müxbir hesab-(AZ41NABZ********************). İş üzrə maddi sübut olan Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi “Təqsirləndirilən şəxs, X3 və Şahid3 satdıqları iki ədəd torba içərisində metal qırıntısı ilə birlikdə Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin foto şəkli və əlvan metal alqı-satqısı sexinə məxsus qeydiyyat dəftərində qeydi aparlmış səhfənin kserosurəti iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Samux rayonu, Samux şəhərində yerləşən yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:30-dək tərk etməmək, Gəncə şəhəri, Samux, Göygöl və Şəmkir rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Kodu-210005; VÖEN-**********; Müxbir hesab- (AZ41NABZ********************). İş üzrə maddi sübut olan Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi “Təqsirləndirilən şəxs, X3 və Şahid3 satdıqları iki ədəd torba içərisində metal qırıntısı ilə birlikdə Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin foto şəkli və əlvan metal alqı-satqısı sexinə məxsus qeydiyyat dəftərində qeydi aparlmış səhfənin kserosurəti iş materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar