Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-9/2025 24.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili (müdafiəçi) Müdafiəçi iştirakları ilə, xx.xx.1973-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, musiq müəllimi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlamış, 30 iyun 2025-ci il tarixdə saat 19:48 dəqiqədə Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində fəaliyyət göstərən adsız ərzaq mağazasının arxasında saxlanılaraq Daşkəsən rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla sonuncunun əynində olan şabalıdı rəngli, boz cizgili, pencəyin sağ qoltuq cibindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, Daşkəsən şəhəri köhnə poçt adlanan yerdə bükülmüş vəziyyətdə sellofan bağlama görmüş və həmin bağlamanı açıb içərisinə baxdıqda əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün bağlamanın içərisində olan maddənin narkotik vasitə olduğunu bilmiş və bağlamanı götürmüşdür.. Həmin bağlamada olan narkotik vasitədən istifadə etməsi üçün sellofan bağlamanı yenidən bükərək cibinə qoymuşdur. Narkotik vasitəni əldə etdiyi vaxtdan iki gün sonra həmin ərazidə ara küçəylə hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun üzərinə bağış keçirən zaman o, könüllü olaraq sellofan bağlamada saxladığı narkotik vasitə olan marixuananı onlara təqdim etmişdir. Bundan sonra onu şübhəli şəxs qismində tutaraq Daşkəsən rayonu polis şöbəsinə təhvil vermişlər. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Daşkəsən şəhər Uşaq İncəsənət məktəbində qarmon müəllimi işləyir. Başında ağrılar yarandığından həmin ağrıları dindirmək üçün bəzən narkotik vasitədən istifadə edir, bir sözlə narkotik vasitə aludəçisidir. Öz şəxsi işlərini həll etmək üçün 30 iyun 2025-ci il tarixdə saat 15 radələrində Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi ilə hərəkətdə olarkən Məscidin yaxınlığında ara küçədə hərəkət edən zaman yerdə bükülmüş vəziyyətdə kiçik həcmli sellofan paketin olduğunu görmüş, əyilərək həmin sellofan paketi yerdən götürüb açmış və içərisinə baxdıqda əvvəllərdə narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitənin büküldüyünü görmüş, içərəsində narkotik vasitə marixuana olan sellofan bükümü təkrar bükərək cibinə qoyaraq həmin yerdən dərhal uzaqlaşmışdır. Piyada hərəkət edərək Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi ərazisində fəaliyyət göstərən adsız ərzaq mağazasının qarşısında olarkən mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onların Daşkəsən rayon polis şöbəsinin əməkdaşları olduğunu müəyyənləşdirmişdir. O artıq polis əməkdaşlarının nə üçün ona yaxınlaşdıqlarını dərk etdiyi üçün səmimi olaraq qanunsuz narkotik vasitə əldə etdiyini etiraf etmiş, hüquq və vəzifələri ona elan olunduqdan sonra sellofan büküm içərəsində olan narkotik vasitə elektron tərəzi vasitəsilə ölçülmüş, tərəzidə ölçüldükdən sonra sellofan büküm içərəsində olan narkotik vasitə marixuananın çəkisinin 8.0 qram olduğu müəyyənləşdirilmişdir. Mülki geyimli polis əməkdaşları sellofan büküm içərəsində olan predmetin nə olduğunu soruşduqda o, həmin əməkdaşa sözügedən predmetin narkotik vasitə olan maruxiuana olduğunu demiş, bundan sonra polis əməkdaşları onu Daşkəsən rayon polis şöbəsinə dəvət edərək aidiyyəti əməkdaşa təhvil vermişlər. Rayon polis şöbəsində olarkən aidiyyəti əməkdaş onu şübhəli şəxs qismində tutaraq dövlət hesabına öz arzusu ilə seçdiyi Gəncə Regional Vəkil Bürsounun vəkili Müdafiəçisi təyin edərək ona təqdim etmişdir. Daha sonra aidiyyəti əməkdaş Daşkəsən şəhəri İsmət Qayıbov küçəsində aşkar etdiyi narkotik vasitəni qablaşdırıldığı zərfi açaraq içərəsinə baxış keçirmiş və içərisində narkotik vasitə olan sellofan bükümü elektron tərəzi vasitəsilə ölçmüşdür. Elektron tərəzidə ölçüldükdən sonra sellofan büküm içərəsində olan narkotik vasitə marixuananın çəkisinin 8.0 qram olduğu müəyyənləşdirilmişdir. Daha sonra baxış yekunlaşmış və baxış iştirakçıları tərəfindən zərf imzalanmışdır. Hazırda əməlindən peşmandır. Onun narkotik vasitə marixuananı əldə etməkdə məqsədi yalnız istifadə etmək olmuş, narkotik vasitə marixuananı kiməsə satmamış və hədiyə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verməzdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs Daşkəsən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməlliyat tədbirləri zamanı Məmmədov X2 şəhəri, İsmət Qayıbov küçəsi, köhnə poçt adlanan yerdə, Məscidin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq üzərinə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri olaraq şəxsin üzərinə baxış video yazı vasitəsi ilə keçirilmişdir. Baxış zamanı şəxs üzərində saxladığı sellofan bağlamada olan narkotik vasitəni onlara təqdim etmişdir. Həmin vasitənin nə olduğunu soruşduqda şəxs əvvəllər də narkotik vasitə aludəçisi olduğundan üzərində saxladığı maddənin narkotik tərkibli marixuana olduğu bildirmişdir. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və aidiyyəti bölməyə təhvil verilmişdir. Şəxsin üzərinə baxış keçirildikdən sonra o, şübhəli şəxs kimi tutularaq Daşkəsən rayon polis şöbəsinə gətirilərək aidiyyəti bölməyə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Şahid1 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2025-ci ildən Daşkəsən RPŞ-nin Narkotiklə Mübarizə qrupunda baş əməliyyat müvəkkili vəzifəsində xidmətə başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, giriş 9, M2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, üzərində narkotik vasitə saxlaması, Daşkəsən şəhəri ərazisində üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətə meyilli olmasını nəzərə alaraq 30 iyun 2025cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid4, Daşkəsən rayon polis şöbəsinin KMQ əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi ərazisində fəaliyyət göstərən adsız ərzaq mağazasının yaxınlığında olan zaman həmin gün saat 19:48 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli hərəkətlərlə gəzdiyini görüb ona yaxınlaşmış və o dərhal “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokol tərtib etməyə başlamışdır. Əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş başlamış, o, Təqsirləndirilən şəxs özünü və protokolda iştirak edən digər şəxsləri təqdim etmiş və təqdimatdan sonra Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini ona elan edərək bildirişi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməsini tələb etmiş, Təqsirləndirilən şəxs həmin vaxtı heç nə demədən sakit dayanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şabalıdı rəngli, boz cizgiləri olan pambıq gödəkcənin sağ döş cibindən kiçik həcmli sellofan bükümə olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş, o, aşkar edilən kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, özünün istifadə etdiyini, eyni zamanda həmin narkotik vasitəni Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində aşkar etdiyini, gələcəkdə istifadə etmək üçün özü ilə götürdüyünü söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana elektron tərəzi vasitəsilə ölçülmüş, həmn narkotik vasitə marixuananın çəkisi 8.0 qram ölçülmüşdür. Onun tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana qablaşdırılaraq üzəri 68 nömrəli möhür ilə möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmış, eyni zamanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli, cins şalvarın sol cibindən bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək gələcəkdə iş üçün əhəmiyyət kəsb edəcəyi ehtimal olunduğundan götürülərək qablaşdırılaraq üzəri 68 nömrəli möhür ilə möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək aidiyyəti əməkdaşa təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Narkotiklə mübarizə qrupunun rəisi Şahid1 tərəfindən Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində Təqsirləndirilən şəxsnn əynində olan şabalıdı rəngli, boz cizgili, pambıq gödəkcənin döş cibindən çıxararaq təqdim etdiyi sellofan bükümdə çəkisi 8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Göygöl rayon PŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 30 iyun 2025-ci il tarixli “əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokoldan görünür ki,, Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, Giriş-9, mənzil 2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd sellofan bükümdə çəkisi 8 qram kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Daşkəsən rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış zərfə 30 iyun 2025-ci il tarixdə Daşkəsən RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofan bükümdə içəsisində olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana çəkisi tərəzi vasitəsi ilə təkrar ölçülmüş və çəkiləri 8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan LG K-10 markalı mobil telefon baxış keçirilməklə təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “LG K-10” markalı android işçi sisteminə malik mobil telefona baxış keçirilməsi haqqında 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefon android işçi sisteminə malikdir, orada bir neçə zəruri proqramlar vardır, həmin proqramlarda iş üçün hər hansı əhəmiyyətə malik məlumat aşkar edilməmişdir.Sonra mobil telefonun «Qalereya» bölməsinə daxil olundu, baxış zamanı orada iş üçün hər hansı əhəmiyyətə malik məlumat foto şəkil, video görüntü və məlumat aşkar edilmədi. Mobil telefonun «Wathsapp» proqramına baxış zamanı orada iş üçün hər hansı əhəmiyyətə malik məlumat, mesaj mətnləri, səsli mesaj mətnləri, foto şəkil, video görüntü və əhəmiyyətli məlumatlar aşkar edilmədi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs baxış keçirilən “LG K- 10” markalı android işçi sisteminə malik mobil telefonun özünə məxsus olduğunu, həmin mobil telefon bir simkartlı telefondur, ***-***-**-** saylı nömrə altında istifadə olunur. Həmin mobil nömrəni özü istifadə edir. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə götürülmüş özünə məxsus qara rəngli “LG K-10 ” markalı android işçi sisteminə malik mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir mesaj mətni, foto şəkil, video görüntü və ya digər məlumatlar aşkar edilmədiyi üçün mobil telefon sahibinə, yəni Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 30 iyun 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxışın aparılması haqqında 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntünün VİD_202500630_175123 adlı olduğu görünür. Baxış zamanı həmin video görüntüyə daxil olduqda video görüntünün 12:30 saniyə davam etdiyi görünür. Həmin video görüntü Daşkəsən şəhəri İsmət Qayıbov küçəsində çəkilmişdir. Həmin görüntüdə Daşkəsən RPŞ-in Narkotiklə Mübarzə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 oğlu, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4, Daşkəsən rayon polis şöbəsinin Kibercinayətkarlığa qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 və Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, Giriş-9, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs iştirak edir və video çəkiliş Şahid2 tərəfindən çəkilir. Şahid1 qolunda olan saata baxıb saatın 19:52 olduğunu deyir. Emçil Yusifov özünü və protokolda iştirak edən şəxsləri təqdim etdir və Təqsirləndirilən şəxs özünü təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs hüuquq və vəzifələrini ona elan edərək bildirişi təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməyni tələb edir. Təqsirləndirilən şəxs ilk öncə əynində olan pencəyin sağ döş cibindən şəffaf rəngli, sellofan bükümü çıxarıb Şahid1 təqdim edir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs sellofan paketin içərisində olan şeyin nə olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin büküm içərəsində olan kütlənin “nəşə” olduğunu deyib bir müddət əvvəl tapdığını, yalnız istifadə üçün götürdüyünü qeyd edir. Bundan sonra aşkar edilmiş narkotik vsaitə olan marixuana Şahid1 tərəfindən elektron tərəzi vasitəsi ilə çəlkilir və həmin kütlənin çəkisi 8 qram müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan marixuana zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırıldıqdan sonra rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və baxış iştirakçıları tərəfindən zərf imzalanır. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində başqa əşya olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs Şahid1 üzərində istifadə etdiyi LG K-10 markalı mobil telefon olduğunu deyərək həmin telefonu aidiyyəti əməkdaşa təqdim edir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs təqdim etdiyi “LG K-10” markalı mobil telefonun içərisində iş üçün əhəmiyyət kəsb edən material olduğunu ehtimal edərək həmin telefonu götürməklə zərfin içərisinə qoyub müvafiq qaydada qablaşdıraraq rayon polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 68 saylı möhürü ilə möhürlənir və zərf imzalanır. Bundan sonra əməliyyat müvəkkiləri Şahid3 və Şahid4 şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirir. Bununluda baxış yekunlaşır, video görüntü həmin gün saat 20:03-də dayandırılır. Bundan sonra DVD disk dis yuvacığından çıxarılır və cinayət işinə əlavə edilir. DVD diskdə olan video görüntünü izləyən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs video görüntüdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təsadüfən tapdığını, istifadəsi üçün özü ilə götürdüyünü, 30 iyun 2025-ci il tarixdə X6 küçəsində adsız ərzaq mağazasının yaxınlığında hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yaxalandığını göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli 16/598 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunan maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7.71 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 7.71 qram, tədqiqata sərf edildi - 0,02 qr, qalıq-7.69 qr qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 08 avqust 2025-ci il tarixli, 1257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Daşkəsən rayon mərkəzi xəstəxanası” X7 11 avqust 2025-ci il tarixli, 18-1-33/2-336/2025 saylı məktubundan görünür ki, Məmmədov X2 şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeyddiyyatında durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünün səhhətində yaranmış problemlərə bağlı və ailəsinin tibbi yardıma ehtiyacı olduqda, həmçinin ailəsinin maddi ehtiyacları üçün əlavə işlərlə məşğul olmaq üçün tez-tez Gəncə şəhərinə getməli olur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 14 avqust 2025-ci il tarixli qərar ilə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -7.69 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 30 iyun 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınsın, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -7.69 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana rayon polis şöbəsinin saxlancına verilmiş, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 30 iyun 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatının xasiyyətnaməsindən görünür ki, qonşularla münasibəti yaxşı olmuşdur. Onun haqqında Kommunal-Müəssisələri Kombinatına heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını törətdiyi cinayəti səmimi etiraf etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın (kannabis) miqdarı 05 qramdan 500 qramadək olduqda xeyli miqdar (təmiz halda qramlarla),ondan artıq olduqda külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 8 saylı plenum qərarının 27-ci bəndinə əsasən, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən şəhərində (ünvan 1) yerləşən yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri. Göygöl və Daşkəsən rayonları ərazi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Qeyd olunanlardan əlavə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 7.69 qram tərkibində narkotik maddələır olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı və üzərinə həbs qoyulmalı əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə heablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq il 01 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Daşkəsən şəhərində (ünvan 1) yerləşən yaşayış evini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri. Göygöl və Daşkəsən rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Daşkəsən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 7.69 qram tərkibində narkotik maddələır olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - Z41NABZ********************) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-9/2025
Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-9/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver