Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-1/2022 11.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1976-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci il may ayının əvvəllərində tamah niyyəti ilə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evin hasarından həyətyanı sahəyə keçib oradan isə evin birinci mərtəbəsindəki taxta materialdan olan qapını əli ilə açıb qanunsuz içəri daxil olmaqla evin yataq otağından müvafiq olaraq 1500 manat və 500 manat dəyərində 02 ədəd xalçanı, 100 manat dəyərində 01 ədəd “Samsung” markalı tozsoranı, birinin dəyəri 50 manat, ümumi dəyəri 150 manat təşkil edən 03 ədəd su qabını, 30 manat dəyərində saxsı materialdan hazırlanmış kasa dəstini, birinin dəyəri 25 manat, ümumi dəyəri 50 manat təşkil edən 02 boşqab dəstini, birinin dəyəri 05 manat ümumi dəyəri 30 manat təşkil edən 06 ədəd salat qablarını, 20 manat dəyərində 01 ədəd uşaq ədyalını, 30 manat dəyərində 01 ədəd çömçə dəstini, birinin dəyəri 10 manat, ümumi dəyəri 40 manat təşkil edən 04 ədəd külqabını, 50 manat dəyərində 01 dəst meyvə qabını, 25 manat dəyərində 06 ədəddən ibarət bokal dəstini, 200 manat dəyərində 01 ədəd palazı, 50 manat dəyərində 01 ədəd döşək üzlüyünü, birinin dəyəri 70 manat, ümumi dəyəri 140 manat təşkil edən 02 ədəd yorğanı, 18 metr uzunluğunda 303 manat dəyərində 01 top ipək parçanı, 40 manat dəyərində “kuvşin” adlandırılan 01 ədəd su qabını, birinin dəyəri 40 manat, ümumi dəyəri 80 manat təşkil edən 02 ədəd saxsı materialdan hazırlanmış konfet qabını, 40 manat dəyərində 01 ədəd gümüşü rəngli serviz altlığını, 200 manat dəyərində 01 ədəd sürməyi rəngli servizi, birinin dəyəri 05 manat, ümumi dəyəri 30 manat təşkil edən 06 ədəd xrustal stəkanları, birinin dəyəri 05 manat, ümumi dəyəri 30 manat təşkil edən 06 ədəd üzərinə “Moskva” sözü yazılmış qaşıqları, ümumilikdə isə 3.641 (üç min altı yüz qırx bir) manat məbləğində Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talayıb qonşuluqda yerləşən yaşadığı evə aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 2021-ci il may ayının əvvəlləri ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus ikimərtəbəli fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin vaxt evdə heç kəsin olmadığına əmin olduqdan sonra o, əvvəlcə evin daş hasarından aşaraq həyətyanı sahəyə enib, daha sonra isə evə daxil olmaq üçün nəzərdə tutulmuş taxta materialdan olan qapını açıb, evin içərisinə qanunsuz daxil olmuşdur. Evə daxil olduqdan sonra o, Zərərçəkmiş şəxs məxsus evdən 02 ədəd Pirəbədil xalçasını, 02 ədəd palazı, 01 ədəd yaşıl rəngli yataq dəstini, 02 ədəd sarı rəngli ədyalları, 02 ədəd yorğanı, bir top parçanı, 01 ədəd tozsoranı, bir dəst su naborunu, 01 dəst güllü su qabını, 01 dəst sürməyi su qabını, 02 ədəd konfet qabını, 01 ədəd gümüşü rəngli konfet qabını, 01 ədəd çay servizini, 06 ədəd rumkaları, 06 ədəd salat qabını, 04 ədəd kül qabını, 12 ədəd boşqabı, 06 ədəd su bokalını, 01 ədəd meyvə qabını, 06 ədəd boşqabları, 01 dəst çömçə naborunu, 01 ədəd kənarı ebonit olan köhnə stolüstü saatı və üzərinə “Moskva” sözləri yazılmış 02 ədəd qaşıqları oğurlayaraq evin daş hasarının kənarına yığmış, sonra həmin oğurladığı müxtəlif məişət əşyalarını hissə-hissə gətirib yaşadığı Şabran şəhəri Vidadi küçəsi 15 nömrəli evə yığmışdır. Həmin vaxt onun bacısı oğlu Şahid2 öz ailəsi ilə birlikdə evin birinci mərtəbəsində, mərhum anası və xəstə atası isə evin ikinci mrətəbəsində yerləşən özlərinə məxsus otaqlarda olmaları səbəbindən onun oğurladığı əşyaları evə daşımasından xəbərsiz olmuşlar. Ertəsi gün o, bacısı oğlu Şahid2 təcili olaraq taksi lazım olmasını bildirmişdir. Şahid2 ondan nəyə görə taksi lazım olmasını soruşduqda o. maddi imkanının aşağı olması səbəbindən özünəməxsus xalça satacağını bildirmişdir. Bundan sonra Şahid2 tanışı – Şabran rayon ərazisində taksi kimi faəliyyət göstərən Şahid1 zəng edərək ona yaşadığı evin qarşısına gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra Şahid1 özünəməxsus “Nazlifan” markalı avtomobil ilə onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Şahid1 onun əlindəki bağlamanın içərisində olan xalçaların oğurluq olub-olmamasını soruşduqda o, həmin xalçaların özünəməxsus olmasını və maddi vəziyyətinin aşağı olması səbəbindən onları satmağa aparmasını bildirmişdir. Bundan sonra o, əlindəki bağlamanı Şahid1 məxsus “Nazlifan” markalı avtomobilin arxa yük yerinə qoymuş və Şahid1 ilə birgə Şabran şəhər əraizisində xalça alışı və satışı ilə məşğul olan Sənan Şərifovun yanına gəlmişlər. Sənan Şərifovun evinin qarşısında bir neçə dəqiqə gözlədikdən sonra Şənan Şərifov qonşuluqdakı yas mərasimindən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman o, özünə məxsus bir ədəd xalça və bir ədəd palazın olmasını, maddi vəziyyətinin aşağı olması səbəbindən onları satmaq istəməsini Sənan Şərifova bildirmişdir. Sənan Şərifov da onun təqdim etdiyi bir ədəd xalça və bir ədəd palaza baxdıqdan sonra palazı 80 manata ondan ala biləcəyini, Pirəbədil xalçasını isə yalnız satdıqdan sonra 150 manat pulu ona verəcəyini bildirmişdir. Həmin vaxt Sənan Şərifovun üzərində artıq pul olmadığından 80 manata alması ilə razılaşdığı palaz üçün ona 30 manat pul vermiş və 50 manat borcu qalmışdır. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, Şabran rayonu Pirəbədil kəndində qeydiyyatda olmaqla anası və qardaşları ilə birgə həmin kənddə yaşayır. Asudə vaxt tapan kimi ünvan 2 ünvanda yerləşən özünə məxsus evə baş çəkmək üçün yollanır. Sonuncu dəfə 20 may 2021-ci il tarixdə bacısı Mənsurə Xalıqova sözügedən evə baş çəkməyə gedən zaman evdən oğurluq hadisəsinin baş verməsini görərək ona zəng edib bu barədə məlumat vermişdir. Bu səbəbdən də 22 may 2021-ci il tarixdə o, özünə məxsus ünvan 2 ünvanda yerləşən evə gedən zaman evin ikinci mərtəbəsində olan plastik materialdan hazırlanmış pəncərədən naməlum şəxs (şəxslərin) qanunsuz olaraq evə daxil olaraq evdən 01 ədəd 1,5x2,5 m ölçüdə əllə toxunmuş 1975-ci ildə alınmış Pirəbədil xalçası, 01 ədəd 1,20x0,80 ölçüdə 1975-ci ildə toxunmuş Pirəbədil xalçası, 01 ədəd 2017-ci il tarixdə alınmış “Samsung” markalı tozsoran, 03 ədəd 1980-cı il tarixdə alınmış su qabı, 01 dəst çini materialdan hazırlanmış 1981-ci il tarixdə alınmış kasa dəsti, 02 ədəd 1980-cı ildə alınmış boşqab dəsti, 06 ədəd 1980-cı il tarixdə alınmış salat qabları. 01 ədəd 1982-ci ildə alınmış uşaq ədyalı, 01 ədəd 1980-cı ildə alınmış çömçə dəsti, 04 ədəd 2003-cü ildə alınmış külqabılar, 01 dəst 1980-cı ildə alınmış meyvə qabı, 06 ədəd 1980-cı ildə alınmış bokal dəsti, 01 ədəd 1980-cı ildə alınmış palaz, 01 ədəd 1990-cı ildə alınmış döşək üzlüyü, 02 ədəd 2013-cü ildə alınmış yorğan. 18 metr uzunluğunda 1980-cı ildə alınmış ipək parça. 01 ədəd 1980-cı ildə alınmış “kuvşin” tipli su qabı, 02 ədəd 1980-cı ildə alınmış, çini materialdan olan konfet qabı, 01 ədəd 1980-cı ildə alınmış gümüşü rəngli konfet altlığı, 01 ədəd 1989-cu ildə alınmış sürməyi rəngli serviz, 06 ədəd 1980-cı ildə alınmış xrustal rumka, 06 ədəd üzərində “Moskva” sözü yazılmış 1985-ci ildə alınmış qaşıqların oğurlanmasını müəyyən etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 göstərdi ki, Şabran şəhərinin giriş hissəsində xalça alışı və satışı ilə məşğul olur. 2021-ci il may ayının əvvəllərində Təqsirləndirilən şəxs və Şahid1 sonuncunun idarə etdiyi “Nazlifan” markalı avtomobillə onun yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən özünə məxsus bir ədəd xalça və bir ədəd palazı satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd palazı 80 manata alacağını bildirmişdir. Təqsirləndirilən şəxs də 80 manat qarşılığında palazı ona satmağa razılaşmış və həmin vaxt o, Təqsirləndirilən şəxs 30 manat verərək ona 50 manat borclu qalmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Piərəbədil xalçasını isə 150 manata, pulunu yalnız satdıqdan sonra vermək şərti ilə razılaşmışlar. Sonradan ona məlum olmuşdur ki, Bəxtiyarın ona satdığı palaz oğurluq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2021-ci il may ayının əvvəllərində saat 10 radələrində tanışı Şahid2 ona zəng edərək dayısına taksi lazım olduğunu, bu səbəbədən də onların yaşadığı Şabran şəhəri Vidadi küçəsi 15 saylı evin qarşısına gəlməsini bildirmişdir. O, da özünəməxsus "Nazlilan” markalı avtomobilə əyləşərək Şahid2 dediyi ünvana yollanmışdır. Həmin evin qarşısına çatan zaman Təqsirləndirilən şəxs ona yaxınılaşaraq əlindəki parça materialdan olan bağlamanı göstərib, içərisindəki xalçaları satmalı olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs həmin xalçaların oğurluq-olub olmadığını soruşduqda sonuncu, ona həmin xalçaların onun özünə məxsus olduğunu, maddi vəziyyətinin çətin olması səbəbindən satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona bu sözləri deyən zaman onların yanında məhz Şahid2 da olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs inanaraq onu avtomobilinə əyləşdirmiş və onlar Şabran şəhər sakini xalça alışı və satışı ilə məşğul olan X4 yaşadığı ünvana getmişlər. Sənan Şərifovun yaşadığı evə çatdıqdan təxminən bir neçə dəqiqə sonra Sənan onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs özü ilə gətirdiyi parça bükülünün içərisindən bir ədəd Pirəbədil xalçasını və bir ədəd palazı çıxardaraq Sənan Şərifova təqdim etmişdir. Sənan Şərifov həmin palazı ondan 80 manata alacağını, bir ədəd Pirəbədil xalçasını isə 150 manata, lakin pulunu yalnız satdıqdan sonra verəcəyi şərti ilə razılaşmışdır. Bundan sonra X15 Əliyevə 30 manat pul verərək ona 50 manat borclu qaldığını bildirmiş və onlar Sənan Şərifovun yanından çıxıb getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirən zaman o, taksi kimi fəaliyyət göstərməsinin qarşılığında ondan 15 manat zəhmət haqqı istəmiş, Təqsirləndirilən şəxs isə ona 06 manat pul və evdən 06 ədəd sürməyi rəngli bokal gətirərək 09 manat pulun qarşılığında onları təklif etmişdir. O, isə Təqsirləndirilən şəxs ona hər hansı bir əşya lazım olmadığını, sadəcə olaraq zəhmət haqqını istəməsini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs ona 04 manat daha əlavə pul verərək cəmi 10 manatının olmasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, ünvan 3 ünvanda qeydiyyatda olsa da Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Bakı şəhəri Ramana qəsəbəsində yerləşən “Obamarket” adlanan ticarət obyektində satıcı-kassir vəzifəsində işləyir. ünvan 3 ünvanda onun baba evi vardır. Halhazırda həmin evdə babası X14 yaşayır. 2021-ci ilin aprel ayının sonlarında o, arvadı X5 və azyaşlı övladını götürərək istirahət etmək üçün ünvan 3 ünvanda yerləşən babası X9 məxsus evə gəlmişdir. Həmin vaxt nənəsi X1 olmuş və onlarla birgə dayısı Təqsirləndirilən şəxs da həmin evdə yaşamışdır. 2021-ci il may ayının əvvəllərində saat 10 radələrində dayısı Təqsirləndirilən şəxs onu yuxudan oyadaraq təcili taksi lazım olduğunu bildirmişdir. O, dayısından nə səbəbə taksi lazım olması barədə soruşduqda dayısı Bəxtyar Əliyev ona evin xalçalarını satacağını və bunun üçün avtomobil lazım olduğunu bildirmişdir. Həmin vaxt o, dayısından həmin xalçaların oğurluq yoxsa həqiqətən də ona məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs ona həmin xalçaların məhz evə məxsus olmasını və onları evin ikinci mərtəbəsindən götürdüyünü bildirmişdir. Bundan sonra o, tanışı, rayon ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid1 zəng edərək onların ünvan 3 ünvandakı evlərinin qarşısına gəlməsini bildirmişdir. Şahid1 zəng etdikdən sonra o, yerindən qalxaraq əynini geyinib, əl-üzünü yuyub küçəyə çıxmışdır. Bu zaman evinin qarşısında Elvinlə dayısı Bəxtiyarın söhbət etdiklərini görmüşdür. Onlara yaxınlaşan zaman Bəxtiyarın əlindəki torbanın içərisində xalça olduğunu görüb evin ikinci mərtəbəsindəki nənəsi Güllərə məxsus xalçaları satmasını fikirləşmişdir. Həmin vaxt Elvin şəxsən onun yanında dayısı Bəxtiyardan həmin xalçaların oğurluq olub-olmamasını soruşmuşdur. Dayısı isə qarşılığında həmin xalçaların anasına məxsus olmasını və evə pul lazım olduğu üçün onları satacağını bildirmişdir. Bundan sonra dayısı, əlindəki torbanı Şahid1 “Nazlifan” markalı avtomobilinin arxa yük yerinə yükləmişdir. Dayısı ilə Şahid1 onların evinin qarşısından uzaqlaşan kimi o, evin ikinci mərtəbəsinə qalxaraq mərhum nənəsi Güllər Əliyevaya dayısının evin xalçalarını satmasını bildirmişdir. Qarşılığında isə mərhum nənəsi Güllər Əliyeva əsəbiləşib “cəhənnəmə satsın" deyərək cavab vermiş və o, da evin birinci mərtəbəsinə enərək öz işləri ilə məşğul olmağa başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli 3253 saylı məktubdan görünür ki, Əliyev X8 şəhəri, Vidadi küçəsi ev 15 ünvanda ailə üzvləri – atası X6, anası X10 və qardaşı X13 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli 3252 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli 1652 saylı məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Həkimov X11 şəhəri, Vidadi küçəsi ev 15 ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş Məhkəmə Elektron Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ilə X7 birgə nikahlarından 06.11.2013-cü il tarixdə Yunis, 30.03.2003-cü il tarixdə Sevinc və 02.01.2007-ci il tarixdə İlahə adlı uşaqları olmuşdur. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində "polisin nəzarətinə vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon polis şöbəsinin 05 aprel 2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. İş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs məxsus 2 ədəd üzərlərinə “ Moskva” sözləri yazılmış qaşıq, şahid X2 götürülmüş 150smx250sm ölçüdə olan 1500 manat dəyərində bir ədəd Pirəbədil xalçası və X3 götürülmüş 1 ədəd külqabının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs məxsus 02 ədəd üzərlərinə “Moskva” sözləri yazılmış qaşıq, şahid X2 götürülmüş 150x250sm ölçüdə olan 1500 manat dəyərində bir ədəd Pirəbədil xalçası və X3 götürülmüş 01 ədəd külqabının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-1/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-1/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver