Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-1/2024 11.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 və onların müdafiəçisi, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Xaçmaz rayon Vəkil Bürosunun Nümayəndə iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2005-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran şəhəri, 3 X26, Təbriz küçəsi, ev 30 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, faktiki olaraq Şabran şəhəri, 3 X26, Təbriz küçəsi, ev 30 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, yetkinlik yaşına çatmamış şəxs olduğu dövrdə atası Təqsirləndirilən şəxs2lə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində, ünvan 3inin yuxarı hissəsində Bakı- Xaçmaz tras magistral yolunun kənarında yerləşən “KAMAZ” markalı avtomobillərin təmiri sexinin qarşısında qohumu Zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs əmisi oğlunun arvadı X10 atası Bəxtiyar Abasov ilə ərinə xəyanət edib-etməməsi məsələsinin aydınlaşdırılması üstündə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış mübahisə şəxsi münasibətlər zəminində başlasa da, sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasına baxmayaraq həmin mübahisəni davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə təmir sexin qarşısında olan kafedən masanın üstündən götürdüyü və silah qismində istifadə etdiyi məişət növü istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinə qəsdən vurub sonuncunun sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən həmin nahiyənin kəsilmiş-deşilmiş yarası kimi xəsarət yetirərək, eyni zamanda zərərçəkmişin şəxsi əmlakı olan “Tofaş Şahin” minik markalı **- NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa baqaj kapotunu, sol və sağ arxa qanadım və salonun arxa şüşəsini əlindəki həmin bıçaqla cızıb zədələməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edilməsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. X11 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qəbul etdiyi alkoqol içkisi təsirindən sərxoş vəziyyətdə, oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Şabran rayonuтгт Sincanboyad kəndinin yuxarı hissəsində Bakı-Xaçmaz tras magistral yolunun kənarında yerləşən “KAMAZ” markalı avtomobillərin təmiri sexinin qarşısında qohumu Zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs əmisi oğlunun arvadı X7 onunla ərinə xəyanət edib-etməməsi məsələsinin aydınlaşdırılması üstündə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, aralarında yaranmış mübahisə şəxsi münasibətlər zəminində başlasa da, sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasına baxmayaraq həmin mübahisəni davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə təpiklə Zərərçəkmiş şəxs sağ bazu və bud nahiyəsinə qəsdən vurub sonuncunun sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən həmin nahiyələrin yumşaq toxumaların hematoma halında əziyi kimi xəsarət yetirərək, eyni zamanda zərərçəkmişin şəxsi əmlakı olan "Tofaş Şahin” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban hissəsinə yumruqla və arxa sol qapıya təpiklə zərbələr vurub zədələməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edilməsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində atası Təqsirləndirilən şəxs2, babası Eldar, anası Səməngül ilə birlikdə ünvan 3indəki atasının işlətdiyi “Kamaz” markalı avtomobillərin təmiri sexinə idarə etdiyi qohumlarının bir avtomobili gəlmişdir. Ora gəlməkdə məqsədləri anasının əmisi oğlu Zərərçəkmiş şəxs atası Baxtiyarın dayısı Daşqının arvadı Şəfa ilə güya evdə birlikdə tutmasını iddia etdiyinə görə bu məsələni aydınlaşdırmaq olmuşdur. Həmin vaxtı Ceyhun, Daşqın və bələdiyyə Elman müəllim onları sexin qarşısında orada olan kafenin yanında gözləmiş, həmin vaxtı atası Bəxtiyarın Ceyhunla dalaşdığını görüb kafedə masanın üstündə olan balaca bir bıçağı götürüb, Ceyhunun arxadan ayağının böyründən bir bıçaq zərbəsi vurmuş, əsəbiləşdiyinə görə onun “Tofaş Şahin” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin baqaj kapotunu və arxa şüşəsini bıçaqla cızmış, atası Baxtiyar Ceyhunla qabaq-qabağa dayanıb dalaşmışlar. Dayısı Daşqın onun əlindən bıçağı alıb hara isə uzağa qaranlığa atmış, atasının bibisi Sərnaz və oğlanları Tural və Rəfail, Ceyhunun əmisi oğlu Coşqun onları aralaşdırmış, bundan sonra oradan uzaqlaşmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X4 qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin aprel ayında qaynı Daşqının arvadı Şəfa arvadı Səməngülə öz yaşadıqları evdə bir neçə telefona gələn mesajları göstərərək, əri Daşqının qonşuluqda yaşayan Gültən adlı qadınla əlaqədə olmasını bildirmişdir. Şəfa bir neçə dəfə evlərinə gələrkən qonşu olan Gültənin evinə hücum etmək istəmiş, lakin Gültənin qonşu olduğundan buna imkan verməmişlər. xx.xx.2023-cü il tarixdə Şəfa heç nə demədən onunla qonşu olan Gültənin yaşadığı evə gələrək, onların darvazasını döysə də, heç kim qapını açmamış, onun mobil nömrəsinə Şəfa zəng edərək “mən Gültəngilin darvazası qarşısındayam, qapını açan yoxdur” demiş, Şəfaya “keç bizim evə gəlirəm” bildirmiş, bir az keçəndən sonra evə gəldikdə Şəfa həyətdə olmuş, həmin vaxtı Şəfanı öz evlərinə aparmaq üçün darvazalarında bayıra çıxdıqda, bu zaman Şəfanın əri Daşqının əmisi oğlu Zərərçəkmiş şəxs darvazanın qarşısında görmüşdür. Ceyhun darvazadan həyətə daxil olmuş və Şəfanı axtardıqda onu həyətdəki hamamda tapmışdır. Bu zaman Ceyhun Şəfaya “hər gün mən gəlib səni evinizdə döyüb gedəcəyəm” bildirmiş, Ceyhunun Şəfadan əl çəkmədiyini görəndə ona ’’bıçağı götür öldür, burda səs küy salmayın qonşulardan ayıbdır, gedin öz evinizdə söhbət edin” demişdir. Ceyhun “Tofaş” markalı avtomobilinə minərək çıxıb getmiş, Şəfanı götürüb onun arxasınca çıxanda evdən 200 metr kənarda Şəfanın əri Daşqının Ceyhunla dayandığını görmüşlər. Onların yanında avtomobilini saxlayaraq yerə düşmək istəmiş, Daşqın ona “sənlik bir iş yoxdur” deyərək, Şəfanı onu avtomobilindən düşürdərək Ceyhunun avtomobilinə mindirmiş və onlar çıxıb getmişlər. Son vaxtlara qədər onların söz-söhbətləri davam etmiş, bu baş verənlərə görə Daşqınla Şəfa arasındaki söz-söhbətlərdən Şəfa evdən 3 uşağını da götürüb Şabran şəhərində yaşayan xalası evinə getmişdir. Daşqın ona məxsus sexə gələrək ustalara “burdan çıxın buram yanıdıracağam” demiş, hətta onun və oğlu Yusifin telefonlarına zəng edərək “əgər sexi bizə təhvil verməsəniz başınıza oyunlar açacağıq” hədələmiş, sexi onlara təhvil verib Rusiyaya çıxıb getməsi barədə sifarişlər göndərmişdir. Ona görə məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə müraciət etmişdir. X27 tərk edərək getdiyinə görə guya onun Şəfa ilə əlaqəsi olduğu barədə söz-söhbətlər başlamış, bu söz-söhbətə cavab olaraq Şəfanı və onun qaynı arvadını həmişə məktəbə, ora-bura aparıb-gətirdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşama yaxın vaxtı Şahid2 ona zəng edib axşam vaxtı “Kamaz” sexinə dəvət etmiş, Elman zəng edəndə sərxoş olduğuna görə də Ceyhunun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Ceyhun Elmanın telefonunda onun nalayiq sözlərini eşidib, cavab olaraq ona nalayiq ifadələr işlətmişdir. Həmin günü axşam təxminən saat 22:00 radələrində oğlu Yusif, arvadı Səməngül, qayınatası Eldar, bibisi Sərnaz, bibisi oğlanları Tural və Rəfaillə birlikdə “Kamaz” sexinə gəlmiş, avtomobildən düşən kimi Ceyhun onun üzərinə gəlmiş, təpiklə Ceyhunun ayağına baldır hissəsinə vurmuş, orda olanlar harayçılıq etmiş, onu kənara aparandan sonra oğlu Yusifin də arxadan Ceyhuna bir bıçaq zərbəsi vurmasını eşitmişdir. Sonra ara qarışdığına görə maşınlara oturub getmişlər. Bundan sonra Ceyhun və Daşqın ona “səni güllələyəcəyik, dağa aparıb sənin başına pis oyunlar açacağıq” sifarişlər etmişlər, onların əlindən iş yerinə gedə bilmədiyi üçün məcburiyyət qarşısında qalıb polisə şikayət etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq sözü gedən hadisə vaxtı Zərərçəkmiş şəxs onun sinəsindən yumruqla vurduqda özündə heç bir xəsarət və ya xəsarət izi qalmaması səbəbindən məhkəmə-tibbi ekspertizasından kecmədiyini, həmin hadisə nəticəsində xəsarət almadığı üçün bununla bağlı şikayət də etmədiyini, xx.xx.2023-cü il tarixdə axşam saat 19-20 radələrində bibisi oğlanları Tural və Rafail ilə “Gilavar” restoranında yeyib-içdikdə 1 litr araq içdiklərini, əvvəllər adının X2, ad və soyadını dəyişdirdiyini və hazırda ad, soyad və ata adının X1 bildirmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəl evli olmuş, lakin sonradan boşanmış, hazırda subaydır, oğlu ilə birlikdə ata evində, ünvan 3ində yaşayır, Şabran şəhərində yerləşən “Gömrükçü” idman klubunda boks üzrə məşqçi işləyir. 2023-cü ilin iyun ayının 4-də Bakı şəhərində tanışlarının toyunda əmisi oğlu Şahid1la rastlaşdıqda Daşqın ona yeznəsi Bəxtiyarin arvadı Şəfa ilə yaxınlıq eləmələrindən şübhələndiyini bildirərək, ondan tezliklə Şabran şəhərinə qayıtmağını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Şabran şəhərinə qayıtmış və Daşqınla görüşdükdə Daşqın arvadı Şəfa və yeznəsi Bəxtiyardan şübhələndiyi məqamları danışmış və özü gedəndən sonra onları izləməsini xahiş etmişdir. Bir-iki gün Bəxtiyarı izlədikdə xx.xx.2023-cü il tarixdə səhər radələrində Bəxtiyarı öz evində Şəfa ilə birlikdə yaxalamış, Daşqına zəng etmiş, Şəfanın mobil telefonunu alıb avtomobilə minib sürəndə, Bəxtiyar öz avtomobili ilə Şəfa ilə birlikdə arxasınca gəlmiş, küçənin başında Daşqın gəlib dayanmış, həmin vaxtı Şəfa Bəxtiyarin avtomobilində olduğuna görə X22 avtomobilindən düşürüb onun avtomobilinə mindirmiş və Sincanboyad kəndinə Daşqının evinə gəlmişlər. Daşqının uşaqları evdən nənələri gilə göndərdikdən sonra arvadını xeyli söyüb-danlamış, Şəfa bağırıb-çığırdıqda uşaqlar geri evlərinə döndükdən sonra Daşqınla birlikdə evdən çıxıb getmişlər. Bu hadisədən sonra ona və Daşqına bu söhbəti üzə çıxartmamaları, örtbasdır etmələri barədə zənglər gəlmiş, hətta onu Bəxtiyar ilə üzləştirməyə çalışmışlar, lakin Bəxtiyar hər dəfə üzləşməkdən yayınıb qaçmış, üzləşməyə gəlməmişdir. Şəfanın əmisi Şahid2 hər dəfə onu Bəxtiyarla üzləşdirmək istəsə də, Bəxtiyar hər zaman üzləşmədən yayınmışdır. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində Bəxtiyar işlətdiyi “Kamaz” markalı avtomobillərin təmiri sexinin qarşısında növbəti dəfə Şahid2 təşəbbüsü ilə onun Bəxtiyarla üzləşməsi üçün hər ikisinin qohumların iştirakı ilə toplaşdıqda Bəxtiyar həmin sexin qarşısına içkili sərxoş vəziyyətdə gələrək, onu nalayiq söyüşlər söymüş, onun üstümə yeriyərək, vurmağa cəhd etmiş, Elman onu sakitləşdirməyə çalışmış, lakin Bəxtiyar yaxınlaşıb söyüşlər söyə-söyə təpiklə onun sağ baldırının qarşı hissəsinə vurmuş, aşağı əyiləndə arxadan sol budunun yuxarı hissəsinə bir bıçaq zərbəsinin dəyməsini hiss etmiş, çönəndə onu bıçaqla vuran Bəxtiyarın oğlu Yusif olduğunu görmüş, Yusif hətta həmin zaman onun “Tofaş Şahin” minik markalı **-NM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin baqajın üst hissəsini, arxa sağ qanadı və arxa şüşəni əlindəki bıçaqla cızmış, həmin əzik və cızıqlar bu günə kimi avtomobilin üzərində qalmışlar. Yusifin əlindən bıçağı Daşqın alıb qırağa atmışdır. Bəxtiyar və Yusifi Elman və digər ətrafdakı qohumlar ondan uzaqlaşdırmış, özü evinə dönmüş və bir neçə gün evdə özü müalicə almış, lakin yarasının vəziyyətinin pisləşdiyini görüb xx.xx.2023-cü il tarixdə məcbur olub xəstəxanaya müraciət etmiş və orada təxminən 1 həftə müalicə almışdır. Hazırda təqsirləndirilən şəxslər X11 və Təqsirləndirilən şəxs1 ilə aralarında barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Şabran rayonu Sincanboyad kəndində yaşayır, 2006-cı ildə həmkəndlisi Şəfa adlı qadınla evlənmişdir, onların 3 övladları vardır. Şabran rayon İcra Hakimiyyətində işlədiyi üçün hər gün səhər evdən çıxıb saat 09:00-da işdə olur və axşam saat 18:00-da işdən çıxıb evə qayıdır. Bacısı Səməngülün əri Bəxtiyarla əvvəllər danışmasa da son 2 ildir ki, onunla barışmışdır. 2023-cü ilin yanvar ayından Bəxtiyar evlərinə tez-tez gəlib-getməyə başlamış, təxminən aprel ayından ondan Şəfa ilə aralarında nəsə olmasından şübhələnməyə başlamışdır. Şəfaya açıq şəkildə “Bəxtiyarın maşınına minmirsən əgər mindinsə sənin ayağını sındıraraq öldürəcəyəm” dedikdə Şəfa “həmişə mindiyim maşındır niyə” cavab vermiş, Şəfaya “münasibətlərinizdən xoşum gəlmir aranızda nə isə var” dedikdə isə Şəfa onun sözlərini adi qəbul etmişdir. Həmin ərəfələrdə Bakı şəhərinə toya getmiş, orda toyda olanda əmisi oğlu Ceyhunla arlarında bununla bağlı söhbət olmuşdur. Bundan sonra Ceyhunla zəngləşdikdə sonuncu səhəri günü gəlib onunla görüşmüş, söhbət etdikdə ona boş vaxtlarında Bəxtiyara nəzarət eləməsini xahiş etmiş və Ceyhun onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 10:30-da Ceyhun ona zəng edərək “ 10 dəqiqə olar ki, Bəxtiyargilin evinin qarşısındayam sənin mənə tapşırdığın işlə burdayam, Bəxtiyar kənddən kimisə götürüb evlərinə gətiribdir. Öz maşınını içəri salıb xırda qapının üzərində kilid var, həyətdə heç kim görsənmir, evin giriş qapısı da bağlıdır” deyərək, ondan nə edəcəyini xəbər aldıqda, ona “maşınını sür darvazanın qarşısına o, maşınını içəridən sürüb çıxara bilməsin, elə də et ki, qanunsuzluq olmasın” bildirmiş, həmin vaxt dərhal Şəfanın mobil nömrəsini yığaraq harada olduğunu soruşmuş, Şəfa ona kənddə əmisi qızı gildə olduğunu bildirmiş, Şəfanın üzərinə çığıraraq, ondan icazəsiz çıxmasına iradını bildirmiş və təcili əmisi qızı ilə şəkilini çəkib telefona atmasını tələb etmişdir. Şəfa ilə danışanda telefonda su səsini və Bəxtiyarin zəif şəkildə səsini eşitmiş, lakin sonra Şəfanı yığsa da arvadı telefonu açmamış, əsəbindən Bəxtiyarın evi istiqamətində getməyə başlamış, 6 dəqiqə sonra Ceyhundan ona zəng gəlmiş, Ceyhun ondan həyəcanlı şəkildə harada olduğunu soruşduqda yolda olduğunu bildirmiş, xəstəxananın qarşısında tanımadığı taksiyə əyləşərək, Bəxtiyarın evinin yaxınlığına gedib düşərək piyada onlara tərəf getdiyi zaman, Ceyhuna yenidən zəng etmiş, Ceyhun telefona cavab verməsə də açılmış telefondan Bəxtiyar və Şəfanın ona “burax gedək” yalvarmalarını və Şəfanın çığırbağır səslərini eşitmiş, təxminən 200 metr Bəxtiyarın evinə qalmış təkrar Ceyhuna zəng edib “Şəfanı götür gəl səs-küy olmasın” demiş, o isə Şəfanın onun maşınına minmədiyini bildirmişdir. Az müddət keçdikdən sonra Ceyhun öz maşını ilə ona çatıb dayanmış, onun ardınca da Bəxtiyar gəlmiş, Bəxtiyar maşından düşərək ona tərəf gəlib onu inandırmaq istəmiş, Bəxtiyara “açıq qalmış düymələrini düymələ, min maşına rədd ol, səninlə sonra danışacağam” demişdir. Bəxtiyarın avtomobilinin qapısını açaraq, Şəfaya nalayiq ifadə işlədib düşüb Ceyhunun maşınına əyləşməyini bildirmiş, Şəfa düşüb maşınlarına əyləşmiş, birlikdə evə getmiş, evdə uşaqları nənələrinin evinə göndərmiş, Şəfanı dindirmək istədikdə uşaqlar evdən çıxan kimi Şəfa çığıraraq səs-küy saldığına görə uşaqlar geri dönmüş və analarını qucaqlayaraq ağlamışlar. Şəfaya telefonunun kodunu açıb verməsini bildirmiş, onun telefonuna baxdıqda Bəxtiyara gedən zənglər və Şəfanın “WhatsApp” -ında Bəxtiyarla danışıqlar silindiyini görmüşdür. Səbəbini soruşanda Şəfa heç bir cavab verə bilməmişdir. Evdəki həyəcanlı vəziyyəti görüb Ceyhunla birlikdə çıxıb getmişdir. Sonradan Şəfanı dindirərkən sonuncu guya Bəxtiyarla qarşı-qarşıya yaşayan Gültən adlı qadınla onun əlaqəsi olduğunu bildirmiş, həmin vaxtı Bəxtiyara “gəl məni apar onunla söhbət edim” dediyinə görə də Bəxtiyar onu götürüb evlərinə aparmış, həyətə maşını salıb və Şəfanı qonşu qapıya getməyinin qarşısını almışdır. Sonradan telefon danışıqlarını çıxaranda məlum olmuşdur ki, Şəfanın işlətdiyi mobil nömrədən Bəxtiyara həmin vaxtı zəng getməmişdir. Bundan sonra evlərində hər gün söz-söhbət, narazılıq yaranmış, Şəfa ilə boşanmağa hazırlaşmışdır. Avqust ayının sonlarında Şəfa uşaqları götürərək, Şabran şəhərində yaşayan xalası evinə getmişdir. Bu hadisədən sonra Şəfanın əmisi Elman dəfələrlə Bəxtiyarla Ceyhunu üzləşdirməyə çalışsa da, hər dəfə də Bəxtiyar qaçıb üzləşməyə gəlməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində Elmanın təşəbbüsü ilə Elman və Ceyhunla birlikdə kəndin yuxarısında olan “Kamaz” markalı avtomobillərin təmiri sexində olduqları vaxtı Bəxtiyar xeyli qohumları ilə birlikdə sexə gəlmiş və Ceyhuna qarşı nalayiq ifadələr işlədərək, üzərinə getmiş, təpiyi ilə Ceyhunun ayağından vurmuş, həmin vaxt arxadan Bəxtiyarın oğlu Yusif bıçaqla Ceyhuna bir bıçaq zərbəsi vurmuş, eyni zamanda Ceyhuna qarşı nalayiq ifadələr işlətmiş, Ceyhunun avtomobilini də bıçağı ilə cızmış, atası Bəxtiyar isə yumruqlarla Ceyhunun avtomobilinin tavanına, təpiklərlə isə avtomobilin arxa qapısına vurub əzmiş, Yusif yenə də Ceyhunu vurmaq istədikdə, Yusifin əlindən tutaraq bıçağı alıb uzaq yerə atmışdır. Bundan sonra onlar çıxıb getmişlər. Elmanla birlikdə Ceyhunu əmisi evinə aparmışlar və yaradan qan gəldiyinə görə yaranı təmizləyərək bağlamışlar. Təxminən 8 gün yarasını sarısalar da, yaraya infeksiya düşdüyünə görə çirk gəlmiş, ona görə də onu xəstəxanaya həkimə aparmışlar. Xəstəxanada nə baş verdiyini soruşanda, Ceyhun Yusifin 8 gün əvvəl bıçaqla onu vurduğunu bildirmiş, bundan sonra Ceyhun bir həftə xəstəxanada müalicə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, qardaşı qızı Şəfa 2006-cı ildə həmkəndlisi Daşqınla evlənmişdir. Təxminən yay aylarında qardaşı qızı Şəfa ilə Daşqın arasında söz-söhbətin yarandığını eşitmiş, maraqlananda Daşqının əmisi oğlu Ceyhunun xx.xx.2023-cü il tarixdə Daşqının tapşırığına əsasən yeznəsi Bəxtiyarı güdərkən Ceyhunun deməsinə görə X12 evində tutması barədə eşitmişdir. Ayrı-ayrılıqda Bəxtiyarı və Ceyhunu dindirdikdən sonra başqa-başqa ifadələr dediklərinə görə onları birlikdə üzləşdirmək istəmiş, lakin Bəxtiyar bundan yayınmışdır. Sonunda xx.xx.2023-cü il tarixdə onları kəndin yuxarı hissəsində olan “Kamaz” avtomobillərin təmiri sexinin çayxanasına dəvət etmiş, həmin üzləşməyə xeyli qohuməqrabaları və digər şəxslər toplaşmışdır. Bəxtiyar həmin yerə gələndə orda sexin qarşısında dayanmış şəxslərin gözü qarşısında Ceyhunun üzərinə gedərək, ona qarşı nalayiq ifadələr işlədib, təpiyi ilə Ceyhunun sağ ayağının içəri bud hissəsindən bir zərbə vurmuş, onu kənarlaşdırarkən isə arxadan Bəxtiyarın oğlu Yusif bıçaqla Ceyhunun budunun yuxarı hissəsindən bir zərbə vurmuş, bundan əlavə həmin bıçaqla Ceyhunun avtomobilin cızmış, atası Bəxtiyar isə yumruqlarla Ceyhunun avtomobilinin tavanına, təpiklərlə isə avtomobilin arxa qapısına vurub əzmiş, Yusifi Daşqın tutaraq əlində olan bıçağı alıb qaranlıq olan yerə atmışdır. Bundan sonra bir ağsaqqal kimi Bəxtiyarla gələnləri gəldikləri maşına mindirib yola salmışdır. Həmin vaxtı Daşqınla birlikdə Ceyhunu evə apararaq, evdə bıçaq vurulan hissəyə dərman vurub sarımış, Daşqın və Ceyhunun şikayət etmək fikirləri olmadıqlarından polisə şikayət etməmişlər. Təxminən həmin hadisədən bir həftə sonra Bəxtiyar guya Daşqın və Ceyhun tərəfindən hədələndiyinə görə şikayət etmiş, Ceyhun isə yarasına düzgün müalicə edilmədiyinə görə narahatçılıq keçirdikdə xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət edərkən Yusif tərəfindən bıçaqlandığını bildirmiş və polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 22:00 radələrində o, həyat yoldaşı Bəxtiyar, atası Eldar, oğlu Yusif, Bəxtiyarın bibisi Səriminaz və bibisi oğlanları Tural və Rəfail ilə birlikdə ünvan 3inə həmin kəndin yuxarısında yerləşən “Kamaz” markalı avtomobillərin təmiri sexin qarşısına gəlmişlər. Həmin yerə gəlməkdə X13 və Daşqın arasında olan söz-söhbəti aydınlaşdırmaq və mümkündürsə onları barışdırmaq olmuşdur və Ceyhun, Daşqın və Şahid2 həmin yerdə onları gözləmişlər. Lakin orada Bəxtiyarla Ceyhun arasında mübahisə başlamış və həyəcanlı olduğundan həmin mübahisə zamanı kimin kimi vurduğunu göməmişdir. Mübahisə zamanı oğlu Yusifin də Bəxtiyarla Ceyhunun arasında olduğunu, lakin onun kimisə vurduğuna şahid olmadığını və X6 ailənin yeganə qazanc gətirəni olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Ceyhun bir-neçə il əvvəl özü üçün “Tofaş Şahin” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aldıqda, sənədləşməni aparanda avtomobili onun adına sənədləşdirmişdir ki, sonra birdəfəlik öz adına keçirə bilsin, yəni avtomobil faktiki Ceyhuna məxsusdur, sadəcə olaraq avtomobili Ceyhun öz adına keçirənə qədər ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. xx.xx.2023cü il tarixdə axşam saat 22:00 radələrində özü üçün Şabran şəhərində aptekdən ürək üçün dərmanlar alıb yaşadığı ünvan 3inə qayıdıb kəndin yuxarısında olan “Kamaz” markalı avtomobillərin təmiri sexinə çatdıqda sexin ətrafına çoxlu avtomobillər, bir avtobus, avtomobillərin yanında çoxlu sayda adamların, tanımadığı qadınların, o cümlədən əmisi oğlanları Ceyhun və Şahid1ları, bələdiyyə Şahid2, Daşqının yeznəsi Bəxtiyarı və onun oğlu Yusifi ora toplaşdıqlarını görmüş, qadınlar çığırışdığını eşitmiş, əvvəlcə orda yolnəqliyyat hadisəsinin baş verdiyini güman etmiş, lakin sonradan belə bir hadisənin olmadığını başa düşmüş, qadınlar Bəxtiyarı və Yusifi maşınlara otuzdurmaq istəmiş, onlara “çıxın gedin burdan” demişlər. Həmin vaxtı Ceyhunla Bəxtiyar və onun oğlu Yusiflə aralarında olan dava-dalaş anını görməmiş, sonradan Ceyhunun xəstəxanaya müraciət etməsini eşitdikdə həmin hadisə vaxtı Bəxtiyar və Yusifin onunla, yəni Ceyhunla dalaşdıqlarını, Bəxtiyarın həmin vaxtı Ceyhunu təpiklə, Yusifin isə arxadan böyründən bıçaqla vurub xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Bəxtiyar Abasov onun dayısı oğludur. xx.xx.2023-cü il tarixdə gecə saat 22:00 radələrində qardaşı Tural, anası Sərinaz, Bəxtiyar, Bəxtiyarin qayınatası Eldar, həyat yoldaşı Səməngül və oğlu Yusiflə birlikdə ünvan 3inə həmin kəndin yuxarısında yerləşən “Kamaz” markalı avtomobillərin təmiri sexin qarşısına gəlmişlər. X13 və Daşqın arasında olan söz-söhbəti aydınlaşdırmaq və mümkündürsə onları barışdırmaq olmuşdur. Ceyhun, Daşqın və bələdiyyə Şahid2 həmin yerdə onları gözləmişlər. Lakin orda Bəxtiyarla Ceyhun arasında münaqişə başlamış, Bəxtiyar Ceyhunla dalaşanda onların arasına girmiş və ayırmış, qadınlar vahimədən çığırışmış, ola bilsin Bəxtiyarı Ceyhundan ayırdığı vaxtı Bəxtiyarın oğlu Yusif bıçaqla Ceyhunu arxadan vurmuş, lakin Yusifin Ceyhunu bıçaqla vurduğu həmin anı görməmiş, sonradan belə bir hadisə orda baş verdiyini eşitmişdir. X18 ayırmış, onları gəldikləri avtomobillərin birinə əyləşdirmiş və bundan sonra onlar oradan çıxıb getmişlər. Bir-neçə gün sonradan Ceyhunun xəstəxanaya müraciət etdikdə həmin hadisə vaxtı Yusifin arxadan onu bıçaqla vurub xəsarət yetirdiyini dəqiq öyrənmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid8 xx.xx.2024cü il tarixdə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxsin onun yaxın qohumu olduqlarına görə məhkəmə iclasına gəlməməsinin üzürlü sayılmasını xahiş etmiş və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin, müdafiəçinin və zərər çəkmiş şəxsin nümayəndəsinin işə Şahid8 iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən adı iş üzrə şahid qismində keçən Şahid8 ibtidai istintaq zamanı şahidlər şahidlər Şahid3, Şahid5, Şahid6 və Şahid7 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid8 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə gecə saat 22:00 radələrində o, qızı Səməngül və nəvəsi Yusif ilə birlikdə ünvan 3inə həmin kəndin yuxarısında yerləşən “Kamaz” markalı avtomobillərin təmiri sexin qarşısına gəlmişlər. X13 və Daşqın arasında olan söz-söhbəti aydınlaşdırmaq və mümkündürsə onları barışdırmaq olmuşdur. Ceyhun, Daşqın və bələdiyyə Şahid2 həmin yerdə onları gözləmişlər. Lakin orda Bəxtiyarla Ceyhun arasında münaqişə başlamışdır. Lakin o, onların dalaşma anını, o cümlədən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 və Şahid7 ifadələrində iş üzrə şahidlər Şahid3 və Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onların ifadələrində göstərdikləri xüsusiyyətləri bir daha təsdiq etmişlər və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla vurmasını görmədiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, X11 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün Şabran Rayon Polis X14 verilmişdir (cinayət işinin 1-2-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Şabran Rayon Mərkəzi Xəstəxanasında Şabran Rayon Polis Şöbəsi ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq, xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol budunun yuxarı 3/1 deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olması və özünün deməsinə görə bir həftə qabaq bıçaqlanması barədə məlumat verilmişdir (cinayət işinin 16-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarına xx.xx.2023-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs1 tərəfindən bıçaqladığını bildirmişdir (cinayət işinin 17-cı vərəqəsi). - BD seriyalı, 386220 nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsindən görünür ki, “Tofaş Şahin” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid4 mülkiyyətindədir (cinayət işinin 19-cu vərəqəsi). - ƏN-Vİ seriyalı, 531736 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Şahid4 Zərərçəkmiş şəxs mülkiyyətində olan “Tofaş Şahin” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cüq il tarixdən xx.xx.2031-ci il tarixədək olan müddət ərzində idarə etmək hüququ vermişdir (cinayət işinin 21-ci vərəqəsi). - Torpağa mülkiyyət hüququna dair JN-0274 KOD 30406028 nömrəli dövlət aktından görünür ki, X15 mülkiyyətində Dəvəçi (hazırda Şabran) rayonunun Sincanboyad kəndi ərazisində texniki xidmət servisi tikmək məqsədi ilə 0,03 hektar torpaq sahəsi verilmişdir (cinayət işinin 47-50-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17:15-dən 17:35-ə kimi olan müddət ərzində ünvan 3inin yuxarısında yerləşən “Kamaz” markalı avtomobillərin təmiri sexdə keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdiyi və Təqsirləndirilən şəxs2 onu təpiklə vurduğu yerləri göstərmişdir (cinayət işinin 56-57-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdiyi və Təqsirləndirilən şəxs2 onu təpiklə vurduğu yerləri əyani olaraq təqdim etmişdir (cinayət işinin 58-59-cu vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və patoloji Anatomiya Birliyi tərəfindən verilmiş 215 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində sağ bazu və bud nahiyyəsinin yumşaq toxumaların hematoma halında əziyi və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Həmin xəsarətlər - sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın, sağ bud və bazu nahiyəsinin əziyi bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin 60-61-ci vərəqələri). - Şabran rayonu İcra Hakimiyyəti Başçısının Dəvəçi kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 688 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 atası X16, anası Şahid3 və bacısı X5 ibarət ailə tərkibi vardır (cinayət işinin 96-cı vərəqəsi). - Şabran rayonu İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74-6179/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olan xx.xx.2005ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin 99-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.2005-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 98-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “4S40DHX” olan və xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında anadan olmuş X17 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 99-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatda olan X11 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 100-cü vərəqəsi). - Şabran rayonu İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-74/2-5988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü X3 həyat yoldaşı xx.xx.1978-ci il təvəllüdlü Şahid3 və xx.xx.2005-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs1 Bəxtiyar oğlundan ibarət ailə tərkibi vardır (cinayət işinin 101-ci vərəqəsi). - Şabran rayonu İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-5988/2023 nömrəli xasiyyətnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X8 yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin 102-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsoi haqqında protokoldan görünür ki, Şabran Rayon polis şöbəsinin əməkdaşları tərəfindən "xx.xx.2023-cü il tarixdə, saat 11:40-dan 12:05-ə kimi olan müddət ərzində "Tofaş Şahin” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində avtomobilin ban hissəsində, sol qapıda əzintilər, arxa baqaj kapotu, sol və sağ arxa qanad və salonun arxa şüşəsində cızıqların olması müəyyən edilmiş, Zərərçəkmiş şəxs həmin əzinti cızıqları göstərərək, hadisə vaxtı onların Bəxtiyar Abasov və Təqsirləndirilən şəxs1 tərəfindən yetirildiyini göstərmişdir (cinayət işinin 126-128-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs "Tofaş Şahin” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər əyani olaraq təqdim etmişdir (cinayət işinin 129-131-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "Tofaş Şahin” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırımlısının ümumi xərci 300 (üç yüz) manat təşkil edir (cinayət işinin 132-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və patoloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 268 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində sağ bazu və bud nahiyyəsinin yumşaq toxumaların hematoma halında əziyi və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Həmin xəsarətlər - sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın, sağ bud və bazu nahiyəsinin əziyi bərk küt əşyanın təsirindən törənmişdir, yaranma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, həmin xəsarətlər həm birlikdə, həm də ayrı-ayrılıqda səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin 133-134-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 135ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 17:30-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 136-137-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin 152-153cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Şabran rayon X21 Saxlama Yerində həbsdən azad edilmiş və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 162-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqında qərardan görünür ki, X11 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin 165-166-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş X11 barəsində "başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 185-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cinayət işinin 189-198-ci vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamələrdə qeyd edilmiş məlumatlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 hazırda məhkumluğu olmayan şəxslərdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2-ci maddəsinə əsasən eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilir ki, “Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir...cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, 1 saylı Qərarının: 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda, qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq, Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. Əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsüfü xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq, şərti maliyyə vahidinin bir min mislindən az olduqda, təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə, əməl cinayətlərin məcmuyuqaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci, yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, X6 törətdiyi əməl isə düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində, X11 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və onların əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq hissi keçirməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törədilməsini və cinayət əməlini törətdiyi zaman yetkinlik yaşına çatmayan şəxs olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmasını, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın nəzərə tutulduğunu, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti haqqında məlumatları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların aşkar edilməməsini, o cümlədən həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsini, zərər çəkmiş şəxslə aralarında barışığın əldə edilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir və onun cəza çəkmədən islah olunmasının mümkün olmadığından barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq edilməsinin onun islah olunaraq bir daha analoji cinayət əməli törətməməsi məqsədinə catılmasını təmin etməyəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına müddətindən bir günə bir gün hesabı çıxılmalıdır, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbirinə dəyişdirilməlidir, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbs edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X6 törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq hissi keçirməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törədilməsini, ailədə gəlir gətirən yeganə şəxs olduğunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qeyd etməyi zəruri hesab edir ki, X11 barəsində cəza təyin edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında 03 (üç) növ cəza (islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə) nəzərdə tutulsa da, məhkəmə X9 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və Azərbaycan Respublikasının yox, Rusiya Federasiyasının vətəndaşı olmasını eləcə də, cəzasını yüngülləşdirən halları, həmçinin cəzasını ağırlaşdıran halların aşkar edilməməsini, o cümlədən ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi Hissəsinin sözü gedən müddəası ilə Qanunverici tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzanın təyin edilə biləcəyi şəxslərin dairəsi məhdudlaşdırılaraq bu növ cəzanın əcnəbilərə münasibətdə təyin edilməməli olduğunun müəyyən edilmişdir. Məhkəmə bu halı nəzərə alaraq hazırda Rusiya Federasiyasının vətəndaşı olan təqsirləndirilən şəxs X11 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməməli olduğu qənaətinə gəlir. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasına, Təqsirləndirilən şəxs2 münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən barəsində təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına müddətindən bir günə bir gün hesabı çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbs edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasına, Təqsirləndirilən şəxs2 münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-1/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-1/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver