Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-1/2025 05.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1996-cı il tarixdə Dəvəçi rayonunun Beynəmliləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X10 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Ağalıq kəndində yaşayan və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs oğlu Şahid3 Xəzər Dəniz Gəmiçiliyində gəmiyə aşpaz kimi işə düzəltməyə vəd edərək, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ondan 2022-ci ilin iyul ayında Şabran rayonu Ağalıq kənd tam orta məktəbinin yaxınlığında 2000 manat, 2022-ci ilin avqust ayında iki dəfəyə Ağalıq kəndinin ərazisində hər dəfə 1500 manat olmaqla cəmi 3000 manat, 2022-ci ilin sentyabr ayının ortalarında Şabran rayonunun Ağalıq kəndində Təqsirləndirilən şəxs qayınatası Şahid1 evində 1000 manat, 2022-ci ilin sentyabr ayının sonlarında Şabran rayonunun Ağalıq kəndində yolun kənarında 1000 manat olmaqla, ümumilikdə cəmi 7 000 manat xeyli miqdarda pulu aldatma yolu ilə alıb sonradan vədinə əməl etmiyərək, cəmi 7 000 manat məbləğində xeyli miqdarda pul vəsaiti şəklində zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus əmlakını ələ keçirib vahid niyyətlə əhatə olunan dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, X10 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hal-hazırda ailə üzvləri ilə birlikdə Şabran rayonunun Ağalıq kəndində yaşayır. Təxminən 07 (yedi) il Bakı şəhərində yerləşən “Qran-Kentring” özəl şirkətində aşbaz köməkçisi işləmiş, lakin 2024-cü ilin yanvar ayından işdən çıxmışdır. Həmin şirkət ayda bir dəfə onu Xəzər dənizi sularında gəmidə aşbaz köməkçisi kimi işləməyə göndərmişdir. 2022-ci ilin iyun ayında Xəzər dənizində “Nargin” adasında gəmidə iş yerində olarkən, həmkəndlisi Zərərçəkmiş şəxs “WhatsApp” vasitəsi ilə onu görüntülü yığmış və ondan işi haqqında sorğu-sual etməklə oğlu Kamili işə düzəltməsini xahiş etmişdir. Bununla bağlı Ağadadaşa “hələlik işlə bağlı problem var, həll etmək mümkün deyil” demiş, iki həftə sonra işdən çıxıb kənddə qayıtdıqda 2022-ci ilin iyun ayında Ağadadaşla kənddə “Dostluq” kafesində görüşüb, bu barədə ətraflı söhbət edib işi həll etmək üçün 5000 manat pul lazım olduğunu ona bildirmiş və Ağadadaş onunla razılaşmışdır. Bundan sonra Ağadadaş göstərilən məbləğdən iyin ayında ona 1850 manat, həmçinin lazım olan sənədləri, sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış və şəxsiyyət vəsiqəsinin surətini gətirib ona vermişdir. İşlədiyi Xəzər dəniz Gəmiçilində aşbaz olaraq işləmək üçün peşə üzrə diplom lazım olduğu üçün sonradan həmin işdə işləyə bilsin deyə Bakı şəhərində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs oğlu Kamil ilə zəngləşib görüşmüş, “X11” peşə məktəbinə gedərək onu həmin məktəbə yazdırmışdır. xx.xx.2022-ci il tarixdə Kamilin tibbi komissiyadan keçməsi üçün Bakı şəhərində “Elmlər” metrostansiyasının yaxınlığında yerləşən, X8 getmiş, X1 komissiyadan keçmiş və ona sağlam olması barədə sənəd verilmişdir. Lakin Ağadadaşa zəng edib guya Kamilin qanında narkotik çıxması barədə bildirmiş və ondan həmin məsələnin həlli üçün əlavə 1000 manat pul almışdır. Ağadadaş iyul ayında ona Ağalıq kənd məktəbinin yaxınlığında 2000 manat əlavə pul gətirib vermişdir. Bununla bağlı Bakı şəhərinə gedərək X3 Kamilin adına “Dənizçinin tibbi sertifikatı” sənədini almış, bundan əlavə, 2022-ci ilin avqust ayında Ağadadaşdan 1000 manat, sentyabr ayında isə 1000 (min) manat olmaqla, ümumilikdə hissə-hissə verdikdən sonra 7000 (yeddi) manat pul almışdır. Lakin sonradan iş alınmamış, özü işləmədiyi üçün pulu xərclədiyinə görə qaytara bilməmişdir. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir və törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, ailəsi ilə birlikdə Şabran rayonu Ağalıq kəndində yaşayır, Şabran rayonu Ağalıq kənd orta məktəbində rus dili və ədəbiyyat müəllimi işləyir, Şahid3 onun oğlu, Bilal Dilgəm isə həmkəndlisidir. Dilqəmin qayınatası “Əli” ləqəbli Şahid1 vasitəsi ilə onunla tanış olmuş, aralarında həmkəndli kimi yaxşı münasibətlər olmuş, heç bir ədavət, və ya hər hansı bir narazılıq olmamışdır. 2022-ci ilin iyun ayında Dilqəmin qayınatası Şahid1la kənddə görüşüb söhbət əsnasında oğlu Kamilə iş axtardığını bildirdikdə, Alik ona kürəkəni Dilqəmin oğlu X6 bir gəmiyə aşpaz kimi işə düzəltməyi təklif etmiş, bundan sonra həmin ərəfədə Dilqəmlə kəndlərində “Dostluq” kafesində görüşmüşlər. Dilqəm ona oğlunu gəmiyə aşpaz kimi düzəldəcəyinə söz verərək, bunun üçün ondan 5000 manat pul istəmişdir. Bu görüşdən təxminən 20-25 gün sonra, 2022-ci ilin iyul ayında Dilqəmlə kəndlərində kənd tam orta məktəbin yaxınlığında görüşüb ona oğlu Kamili işə düzəltməsi üçün 2000 manat pul vermiş, 2022-ci ilin avqust ayında iki dəfəyə Dilqəmə kəndlərində hər dəfə 1500 manat, yəni cəmi 3000 manat əlavə pul olmaqla, hissə-hissə cəmi ona 5000 manat pul vermişdir. Dilqəmə 5000 manat verib qurtardıqdan bir həftə sonra Dilqəm ona bildirmişdir ki, Kamil tibbi komissiyadan keçməlidir, işlər bir az çətinləşib, əlavə 1000 manat pul da lazımdır. 2022-ci ilin sentyabr ayında 1000 manat tapıb Dilqəmə onun qayınatası Əli Dadaşovun evində vermişdir. Kamil Dilqəmin iştirakı ilə tibbi komissiyadan keçəndən sonra Dilqəm guya Kamilin analizlərindən narkotik maddə çıxdığını və bu məsələni təmizləmək üçün də əlavə 1000 manat da lazım olduğunu bildirmişdir. 2022-ci ilin sentyabr ayında Dilqəmlə kəndlərində yolun kənarında görüşüb yenə əlavə ona 1000 manat pul vermiş, beləliklə Dilqəm ümumilikdə Kamili aşpaz kimi gəmiyə işə düzəltmək üçün ondan cəmi 7000 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə Dilqəm Kamili Bakı şəhərinə X2 aparmış və onu orada tibbi komissiyadan keçirmişdir, Kamilə sənədlər vermişlər ki, həmin iş üçün sağlamlıq cəhətdən yararlıdır. Kamil tibbi komissiyadan keçdiyi zaman ona verilən analizlərin cavabından sonradan onlara məlum olmuşdur ki, cavablar neqativ çıxmış, yəni onun analizlərində heç bir narkotik aşkar olunmamışdır. Dilqəmin dediyinə görə Kamilin adını Dənizçiliyin aşpazcıqlıq kurslarına yazdırmış, lakin Kamil həmin kurslarda iştirak etməmişdir. Komissiyadan keçib təxminən bir ay sonra Dilqəmlə gedib iki ədəd sertifikat almış, biri Gəmi departamenti tərəfindən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlq və təlimat” kursunu, ikincisi isə həmin Departament tərəfindən “Gəminin Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” kursunu Kamilin bitirməyi barədə müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sertifikatlar olmuşdur. 2023-cü ilin yanvar ayının sonunda Dilqəm ona telefon danışıqların birində işin düzəlmədiyini, guya pulu verdiyi adamın yoxa çıxdığını bildirmiş, sonra pulu hissə-hissə qaytaracağına söz versə də, nə işi düzəltmiş, nə də 7000 manatı qaytarmışdır. Lakin, hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir və onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbi yoxdur. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs həmçinin məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, subaydır, Şabran rayonu Ağalıq kəndində valideynləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, özünə məxsus “Toyota Prius” minik markalı, **-LS-*** qeydiyyat nişanlı avtomobili taksi kimi sürüb ailəsinə çörək pulunu qazanır. Bilal Dilgəm həmkəndlisidir, onu iki-üç il olar ki tanıyır. 2022-ci ilin iyun ayında Dilqəmin qayınatası, həmkəndlisi Əli kimi tanınan Şahid1 atası Zərərçəkmiş şəxsla kənddə görüşdükdə söhbət əsnasında atasına kürəkəni Dilqəmin onu Xəzər Dənizçiliyində bir gəmiyə aşpaz kimi işə düzəltməyi təklif etmiş, bundan sonra həmin ərəfədə atası Dilqəmlə kəndlərində “Dostluq” kafesində görüşmüşlər. Dilqəm onu gəmiyə aşpaz kimi düzəldəcəyinə söz verərək, bunun üçün atasından 5000 manat pul istəmişdir. 2022-ci ilin yay aylarında atası Dilqəmlə kəndlərində görüşüb hissə-hissə ona 5000 manat pul vermişdir. Atası Zərərçəkmiş şəxs Dilqəmə 5000 manat verib qurtardıqdan bir həftə sonra Dilqəm atasına onun tibbi komissiyadan keçməli olduğunu və əlavə 1000 manat pul da lazım olduğunu bildirmişdir. Atası 2022-ci ilin sentyabr ayında 1000 manat əlavə tapıb Dilqəmə onun qayınatası Şahid1 evində vermişdir. Sonradan Dilqəm müxtəlif bəhanələrlə atasını əlavə 1000 manat da almış, beləliklə, ümumilikdə atasından onu aşpaz kimi gəmiyə işə düzəltmək üçün cəmi 7000 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə Dilqəm onu Bakı şəhərinə X2 aparmış və onu orada tibbi komissiyadan keçirmiş, iş üçün sağlamlıq cəhətdən yararlı olduğuna sənədlər almışdır. Dilqəm onun adını Dənizçilik kurslarına yazdırmış, lakin o, həmin kurslarda iştirak etməmişdir. Komissiyadan keçib təxminən 01 (bir) ay sonra Dilqəmlə gedib iki ədəd sertifikat almış, biri Gəmi departamenti tərəfindən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunu, ikincisi isə həmin Departament tərəfindən “’’Gəminin Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” kursunu bitirməsi barədə müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli sertifikatları almışdır. 2023-cü ilin yanvar ayının sonunda Dilqəm atası ilə telefon danışqıların birində işin düzəlmədiyini, guya pulu verdiyi adamın yoxa çıxdığını bildirmiş, sonra pulu hissə-hissə qaytaracağına söz versə də, bu günə kimi nə işi düzəltmiş, nə də 7000 manat pulu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Şabran rayonunun Ağalıq kəndində yaşayır, təqaüdçüdür, hazırda heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs onun kürəkənidir və qızı Zərifin əridir. Zərərçəkmiş şəxs həmkəndlisidir, münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət, narazılıq olmamışdır. 2022-ci ilin iyun ayında kəndlərində olan “Dostluq” kafesində Ağadadaşla görüşüb çay içdikləri vaxtı Ağadadaş ona söhbət əsnasında oğlu Kamili işə düzəltməyə yer axtardığını, bildirərək, kürəkəni Dilqəmin Kamili gəmiçiliyə aşpaz kimi işə düzəltməsini xahiş etmiş və Dilqəmin mobil telefonunun nömrəsini istədikdə, o, Dilqəmin nömrəsini Ağadadaşa vermişdir. Sonradan Ağadadaş özü Dilqəmlə görüşüb onunla söhbət etmiş, lakin aralarında nə söhbət olmuş, necə razılaşmışlar həmin vaxtı bilməmiş, ancaq polis şöbəsinə Ağadadaşın şikayətinə görə dəvət olunub izahat verəndə eşitmişdir ki, Ağadadaşın deməsinə görə həmin vaxtı Kamili işə düzəltmək üçün 7000 manat pulu Dilqəmə vermiş, lakin Dilqəmin deməsinə görə Ağadadaş ona həmin vaxtı 5000 manat pul vermişdir. O, Ağadadaşla Dilqəmin arasında olan söz-söhbətdə, alış-verişdə iştirak etməmiş, sadəcə Dilqəmə imkanı varsa köməklik etsin, həmkəndlisini işə düzəldə bilirsə düzəltsin demiş, lakin sonradan həmin iş alınmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ildən “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyir. Direktor işlədiyi “X11” Məhdud Məsuliyyətli Cəmiyyətində digər kurslarla yanaşı “Gəmi Aşpazı” kursu da tədris olunur. Həmin kurs 04 (dörd) ay müddətində davam edir, kursu bitirən dinləyiciyə kursu bitirmə haqqında sertifikat verilir. Şahid2 Təqsirləndirilən şəxslə əvvəllər şəxsi tanışlığı olmamış, sonuncunu Şahid3 “Gəmi Aşpazı” kursuna daxil olduqda onun yanında görmüş, Təqsirləndirilən şəxs Kənan Məstanovun işlərinə müdaxilə etmək istədikdə onu həmin işlərdən kənarlaşdırmış və Şahid3 öz işləri ilə şəxsən özünün məşğul olmasına sonuncuya tövsiyə etmişdir. Təqsirləndirilən şəxs ona Şahid3 aşpazlıq kursuna qəbul olunması üçün heç bir zaman 1500 və ya başqa məbləğdə pul verməmiş, Şahid3 kursa qəbul olunduqda kursa daxil olmaq üçün sənədlər təqdim etmiş, daha sonra kursa yararlı olub-olmaması aydınlaşdırılması üçün o, tibbi komissiyaya göndərilmiş, yararlı olduqda kursa qəbul olunmuşdur. Daxil olduqda ona kursun şərtləri izah olunmuş, daha sonra kursun təhsil haqqı, 1300 manat olması barədə məlumat verilmiş, həmin məbləği 04 (dörd) ay ərzində ödəməli olduğu nəzərinə çatdılırılmışdır. Şahid3 02 (iki) ay təlim keçəndən sonra ona arayış verilmiş, həmin arayışa əsasən Şahid3 təlim mərkəzindən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunu, ikincisi isə həmin Departament tərəfindən “’’Gəminin Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” kursunu bitirməsi barədə müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sertifikatlar almış, həmin sertifikatlar alındıqdan sonra Şahid3 “Gəmi aşpazlıq” kursunda aşpazlıq sertifikatını almaq üçün yekun imtahan verməli olduğu halda, təhsil haqqını ödəmədiyinə görə yekun imtahana buraxılmamış və kursu bitirməsi barədə sertifikatı ala bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır (cinayət işinin İ cildinin 29-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 47-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işinin istintaq icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayəti törətmiş şəxs (şəxslər) müəyyən olunub istintaqa təqdim olunana qədər işin istintaq icraatı dayandırılmışdır (cinayət işinin İ cildinin 48-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işinin istintaq icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq icraatı təzələnmişdir (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şabran rayonunun Ağalıq kəndində yaşayan X9 həyat yoldaşı xx.xx.1998-ci il təvəllüdlü X16, oğlu xx.xx.2017-ci il təvəllüdlü X17, qızı xx.xx.2019-cu il təvəllüdlü X14, oğlu xx.xx.2021-ci il təvəllüdlü X12 və qızı xx.xx.2023-cü il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 52-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Ağalıq kəndində yaşayan X15 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 53-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X15 xx.xx.2024-cü il tarixdə, saat 19:30-da ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 54-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X15 ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 74-75-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X15 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X7 Yerindən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 86-cı vərəqəsi). - “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 007 nömrəli məktubundan görünür ki, imtahanda iştirak etmədiyi üçün Şahid3 “gəmi aşpazı” kursunu bitirməsi barədə sənəd verilməmişdir (cinayət işinin İ cildinin 90-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 93-97-ci vərəqələri). CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən CM-in 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarının 30-cu bəndinə əsasən CM-in 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CMnin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Həmin Plenum qərarının 40-cı bəndində qeyd edilmişdir ki, CM-in 73-1-ci maddəsi CM-nin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün CM-in 73-1.1, 73-1.2, 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş X17, xx.xx.2019-cu ildə doğulmuş X14, xx.xx.2021-ci ildə doğulmuş X12 və xx.xx.2023-cü ildə doğulmuş X13 adında dörd azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərər çəkmiş şəxslə barışıq əldə edilməsini CM-in 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında 03 (üç) növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə dən halları, törətdiyi əməlin xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və zərər səkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq onun barəsində qəti cəza təyin edilməli, üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-1/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-1/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver