Məhkəmə qərarları › İş №1(031)-10/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-10/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-10/2021 18.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla fakitiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1993-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Coşqun oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində, Şabran şəhəri Füzuli küçəsində tanışı Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı evin yaxınlığında satış məqsədi olmadan 02 ədəd siqaretin gümüşü rəngli kağız parçası bükümündə 20 manata almaqla qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,245 qram təşkil edən psixotrop maddə metamfetamini əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış və həmin gün saat 21 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şabran şəhəri H.Əliyev prospektində “3 sotlar” yaşayış massivinin yaxınlığında yerləşən aptekin qarşısında saxlanılmış və üzərində keçirilmiş şəxsi axtarış zamanı sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 2020-ci ilin təxminən avqust ayında istintaqa məlum olmayan mənbədən və vaxtda siqaretin gümüşü rəngli kağız parçası bükümündə ağ kristallik maddə şəklində istintaqa dəqiq məlum olmayan, lakin şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib özündə saxladığı psixotrop maddə - metamfetaminin bir hissəsini şəxsi tələbatının təmini məqsədi ilə istehlak etməklə yerdə qalan təxminən 0,5 qram çəkidə olan hissəsini 03 hissəyə bölüb ümumi çəkisi 0,245 qram təşkil edən hissəsini 02 ədəd siqaretin gümüşü rəngli kağız parçası bükümündə xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şabran şəhəri Füzuli küçəsində yerləşən evinin yaxınlığında Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 20 (iyirmi) manata satmış, həmin gün saat 21 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılmış və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Vinston” markalı siqaret qutusunda 01 ədəd siqaretin gümüşü rəngli kağız parçası bükümündə özündə saxladığı sözügedən psixotrop maddənin təmiz çəkisi 0,240 qram təşkil edən hissəsi ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o ünvan 1 ünvanda valideyinləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 3 aya yaxındır ki, psixotrop maddə olan patıdan (metamfetamindən) istifadə edir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şabran şəhərində yaşayan Təbriz adlı tanışına zəng vurub telefonda üstü örtülü şəkildə, yəni kodlu danışıqla patı (psixotrop maddə - metamfetamin) almaq istədiyini bildirmişdir. Təbriz də eyni qaydada ona kodlu şəkildə razılıq verdikdən sonra o, Təbrizin yaşadığı Şabran şəhəri, Füzuli küçəsində yerləşən evinin qarşısına gəlib orada onunla görüşmüşdür. Görüşdükdən sonra artıq üzbəüz açıq şəkildə danışmış və Təbriz ona bir büküm patını (psixotrop maddə - metamfetamini) 10 manata satdığını bildirdikdə o, üzərində olan bütöv 20 manatlıq əskinazı çıxarıb Təbrizə vermiş və 02 büküm patını (psixotrop maddə metamfetamini) götürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, müəyyən şəxsi işləri olduğu üçün psixotrop maddənin təsiri altında olmadığı üçün Təbrizdən uzaqlaşdıqdan sonra həmin 02 büküm patını (psixotrop maddə - metamfetamini) Şabran şəhərində evlərinə gedən yolun üstündə gizlədib işlərinin ardınca getmişdir. Həmin gün saat 20:30 radələrində həmin bükümləri gizlətdiyi yerdən götürüb əynində olan cins şalvarın cibinə qoyub istifadə etmək məqsədi ilə sakitçilik əraziyə çəkilmək üçün Şabran şəhəri H.Əliyev prospekti ilə gedərkən “3 sotlar” yaşayış massivinin yaxınlığında yerləşən aptekin qarşısında mülki geyimdə olan 3-4 nəfər şəxs ona yaxınlaşaraq onu saxlamışdırlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Şabran rayon PŞ-nə dəvət etmişdirlər. O da polislərlə razılaşıb birlikdə Şabran RPŞ-nin növbətçi hissəsinə gəlmiş və orada ona hüquq və vəzifələri izah edilərək üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna heç bir etiraz etmədikdən sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman o, əyinindəki boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağız paçalarına bükülmüş tanışı Təbrizdən 20 manat pul müqabilində aldığı həmin 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda onların içində ağ rəngli toz şəklində kütlələrin olması məlum olmuş və o, həmin kütlələrin patı (psixotrop maddə - m tamfetamin) olduğunu, həmçinin həmin psixotrop maddələri həmin gün Təbriz adlı tanışından 20 manat pula aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş həmin 02 ədəd bükümdə olan narkotik vasitə patı (psixotrop maddə metamfetamin) masanın üzərindəki elektron tərəzidə çəkilərkən həmin kütlələrin ümumi çəkisinin təxminən 0,21 qram olması müəyyən olunmuş və həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq olunmuşdur. Etdiyi əməldən peşmandır, ona azadlıqdan məhrumermə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanda valideyinləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, arada fəhləlik edib ailəsini dolandırır, təxminən 2020-ci ilin iyul ayının əvəllərindən narkotik vasitə hesab edilən patıdan (şüşədən) istifadə edir. Elə həmin ərəfələrdə internet vasitəsi ilə Həbib adlı İran vətəndaşı ilə tanış olmuş və söhbət əsnasında o, Həbib adlı şəxsə “patı” (metamfetamin) istifadə etdiyini bildirmişdir. Bundan sonra Həbib adlı şəxs də ona həmin maddənin istifadəçisi olmasını bildirmiş, ehtiyac olarsa ona da “patı” göndərə biləcəyini söyləmiş və o, Həbiblə razılaşmışdır. Aralarında həmin narkotik maddənin çəkisi və ya qiyməti barədə heç bir sövdələşmə olmamasına baxmayaraq Həbib ona bank kartının kodunu göndərib psixotrop maddə - patını (metamfetamini) Bakı şəhərinə göndərdikdən sonra həmin koda pul göndərməyini bildirmişdir. Təxminən 2-3 gündən sonra Həbib ona internet vasitəsilə yazıb qeyd olunan malı göndərdiyini və ona 275 manat pul göndərməyini bildirmişdir. O, da narkotik vasitəni mütəmadi istifadə etdiyinə və hər dəfə onu tapmaqda çətinlik çəkdiyinə görə qeyd olunan pulu Həbibə göndərmək qərarına gəlmiş, lakin həmin vaxtdan bu vaxtadək pulu düzəldib Həbibə göndərə bilməmişdir. Beləliklə də, xx xxxxxx 2020-ci il tarixdə Həbib ona yazaraq psixotrop maddə - patının (metamfetaminin) hazir olduğunu bildirmişdir. O, da Həbibin ona verdiyi izah əsasında xx xxxxxx 2020-ci il tarixdə gunorta saatlarında Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazell” markalı avtomobilin arxa təkərinin üstündən bir ədəd kapron qabda çəkisini bilmədiyi miqdarda olan psixotrop maddə - patını (metamfetamini) götürmüş və yaşadığı Şabran rayonuna qayıdıb gəlmişdir. Sonra o, həmin psixotrop maddə - patını (metamfetamini) yaşadığı evin yaxınlığında yerləşən hal-hazırda istifadə olunmayan köhnə hərbi hissənin hamamında gizlədib günbəgün bir xeyli hissəsini özü istifadə etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində tanışı Hüseynbala onun yaşadığı evin yaxınlığına gələrək ondan çəkmək üçün “patı” istəmişdir. Bu zaman o Təqsirləndirilən şəxs2 götürüb qeyd etdiyi hamama getmiş və orada onlar birlikdə “patı” istifadə etdikdən sonra Hüseynbala ondan “patı” almaq istədiyini bildirmişdir. Həmin vaxt o, Hüseynbalaya siqaretin kağızında yerləşdirərək iki ədəd büküm vermişdir. Hüseynbala içərisində “patı” olan 02 ədəd bükümü götürüb getmiş, lakin Hüseynbala ona pul verməmiş və 20 manat pulu ona axşam saatlarında düzəldib verəcəyini söz verib getmişdir. Həmin gün axşam saat 22 radələrində o, Şabran şəhəri Nizami küçəsində yerləşən 3 saylı orta məktəbin yaxınılığında olduğu zaman 3-4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq onu Şabran RPŞ-nə dəvət etmişlər. O, polislərə heç bir etiraz etməmiş və onlarla birlikdə Şabran rayon PŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində 02 nəfər hal şahidləri və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Keçirilən şəxsi axtarış zamanı o, əyinindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Vinston” markalı siqaret qutusunda bir ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükdüyü narkotik vasitə olan “patını” çıxardıb masanın üstünə qoymuşdur. Həmin bükümün içərisindəki kütlələrin nə olması ondan soruşulduqda o, həmin kütlələrin narkotik vasitə olan “patı”, yəni şüşə olduğunu bildirmişdir. Bundan başqa onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 65 manat özünə məxsus pul da aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş içərisində psixotrop maddə - patı (metamfetamin) olan bir ədəd büküm masanın üzərindəki elektron tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin təxminən 0,58 qram olması müəyyən olunmuşdur. Üzərindən aşkar olunmuş həmin bir ədəd büküm və 65 manat pul zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol onlara ucadan oxunduqdan sonra imzalarla təsdiq olunmuşdur. O, Hüseynbalaya narkotik maddə satmamış, yalnız özündə narkotik maddə gəzdirməklə istifadə etmişdir. Bu hərəkətinə görə törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ünvan 3 ünvanda öz ailəsi ilə birlikdə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində o, Şabran şəhəri, 20 yanvar küçəsi ilə yaşadığı evə gedən zaman 02 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu bildirərək, polis şöbəsində saxlanılan bir nəfər şəxsin üzərinə keçirilən şəxsi axtarışda hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər. O, həmin şəxslərlə razılaşıb Şabran rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində ondan başqa digər tanımadığı hal şahidi qismində dəvət olunmuş şəxsin də olduğunu görmüşdür. Orada olan polis əməkdaşları hal şahidlərinin hər ikisinə hüquq və vəzifələrini izah etdikdən sonra onlara Şabran rayon sakini Təqsirləndirilən şəxs1 təqdim edilmiş və sonuncunun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Həmin Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 əyinindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Vinston” markalı siqaret qutusunda bir ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükdüyü bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisindəki kütlələrin nə olması ondan soruşulduqda o, həmin kütlənin içərisindəkinin narkotik vasitə olan “patı” (şüşə) olduğunu bildirmişdir. Bundan başqa onun göy rəngli cins şalvarının sağ yan cibindən 65 manat pul da aşkar edilərək götürülmüşdür. Bundan sonra polislər Təbrizdən xx xxxxxxxx 2020-ci il tarixdə Şabran rayon sakini Təqsirləndirilən şəxs2 02 (iki) ədəd siqaretin gümüşü rəngli kağız parçalarına bükülmüş narkotik vasitə hesab edilən psixotrop maddə metamfetamini satıb satmadığını soruşduqda, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 20 manat məbləğində pula nisyə olaraq “patı”, yəni psixotrop maddə olan metamfetamini satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan bir ədəd büküm masanın üzərindəki elektron tərəzidə çəkilmiş və həmin kütlənin ümumi çəkisinin təxminən 0,58 qram olması müəyyən olunmuşdur. Sonra həmin 01 ədəd içərisində ağ rəngli toz şəkilində kristal maddə olan kütlə və 65 manat pul baxışda iştirak edən iştirakçıların iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 xx xxxxxxxx 2020-ci il tarixdə Şabran RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarışda hal şahidi qismində iştirak etdiyini bildirərək iş üzrə şahidi Şahid1 ifadəsində göstərilənləri təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən CAB-nin sabiq əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Səbuhi Sadıxov və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4la birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində narkotik tərkibli maddələrin olması barədə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar olaraq həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs2 Şabran şəhəri, H.Əliyev prospektində yerləşən “03 sotlar” yaşayış massivinin yaxınlığında aptekin qarşısında saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisi Müdafiəçi2 iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi ona izah edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində cinayət xarakterli hər hansı bir əşyanın olubolmaması soruşulduqda sonuncu, könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağız paçalarına bükülmüş 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlər açıldıqda onların içərisində ağ rəngli toz şəklində kütlələrin olması məlum olmuşdur. Həmin kütlələrin nə olması Təqsirləndirilən şəxs2 soruşulduqda sonuncu, həmin kütlələrin narkotik vasitə olan “patı” olduğunu və onları həmin gün səhər saatlarında Şabran rayon sakini Təbriz adlı tanışından 20 manat pula aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 02 ədəd bükümdə olan narkotik tərkibli psixotrop maddə - metamfetamin masanın üzərindəki elektron tərəzidə çəkilərkən həmin kütlələrin ümumi çəkisinin təxminən 0,21 qram olması müəyyən olunmuşdur. X6 üzərindən aşkar olunmuş 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik tərkibli psixotrop maddə - metamfetamin baxışda iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində keçirdikləri əlavə əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik tərkibli psixotrop maddə - metamfetamini satan ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Şabran şəhəri, Nizami küçəsində yerləşən 3 saylı orta məktəbin yaxınlığında saxlanılmış və RPŞ-yə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra 02 nəfər hal şahidlərinin və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi ona izah edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əyinindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Vinston” markalı siqaret qutusunun içərisində bir ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Sonra o, həmin bükümü açmış və açdıqda onun içərisində ağ rəngli toz şəkilində maddə olduğu müəyyən olunmuşdur. Həmin ağ rəngli toz şəkilində maddənin nə olması ondan soruşulduqda o, həmin kütlənin içərisindəki ağ rəngli toz şəkilində olan maddənin narkotik vasitə olan “patı” (şüşə) olduğunu bildirmişdir. Bundan başqa onun göy rəngli cins şalvarının sağ yan cibindən 65 manat pul da aşkar edilərək götürülmüşdür. Sonra Təbrizdən xx xxxxxxxx 2020-ci il tarixdə Şabran rayon sakini Təqsirləndirilən şəxs2 02 (iki) ədəd siqaretin gümüşü rəngli kağız parçalarına bükülmüş narkotik vasitə hesab edilən psixotrop maddə metamfetamini satıb satmadığı soruşduqda, Təqsirləndirilən şəxs1 də səmimi olaraq etiraf edərək tanışı Təqsirləndirilən şəxs2 20 manat məbləğində pula nisyə olaraq “patını”, yəni psixotrop maddə olan metamfetamini satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan bir ədəd büküm masanın üzərindəki elektron tərəzidə çəkilərkən kütlənin ümumi çəkisinin təxminən 0,58 qram olması müəyyən olunmuşdur. Sonra həmin 01 ədəd bükümün içərisində olan psixotrop maddə metamfetamin və 65 manat pul baxışda iştirak edən iştirakçıların iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin CAB-nin əməkdaşı Şahid4 iş üzrə Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,095 və 0,150 qram, ümumi təmiz çəkisi 0,245 qram (tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,195 qram) maddələr – psixotrop maddə olan metamfetamindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,240 qram (tədqiqata sərf edildi – 0.050 qram, qalıq – 0.190 qram) kütlə - psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na aiddir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminlə Təqsirləndirilən şəxs2 aşkar edilmiş 02 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər tərkiblərinə görə eynidirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2641 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “asılılıq sindromu (narkomaniya)” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2659 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “asılılıq sindromu (narkomaniya)” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxslərdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4005 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanda ailə üzvləri – arvadı X10, atası X2, anası X8 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4006 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 3957 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda atası X9, anası X4 və bacısı X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 3958 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli tutma protokolundan, eləcə də xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(031)-29/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməsə də, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə, onun törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməsə də, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə, onun törətdiyi cinayət əməlini qismən etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, cəza çəkdiyi müddətdə üzərinə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün Təqsirləndirilən şəxs2 ilə bağlı hissəsinin icrası sonuncunun faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu əsaslı hesab edir. Həmçinin Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 216,92 (iki yüz on altı manat, doxsan iki qəpik) AZN Təqsirləndirilən şəxs2n və Təqsirləndirilən şəxs1 tutulub Respublika büdcəsinə ödənilməli, iş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış 02 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,195 qram, eləcə də Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram çəkidə psixotrop maddə -metamfetam məhv edilməlidir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən aşkar olunaraq götürülmüş 65 manat puldan 20 manatı Respublika büdcəsinə ödənilməli, 45 manatı isə özünə qaytarılmalı, Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı evə keçirilmiş baxış və təqsirləndirilən şəxslər arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 (bir) ədəd kompakt diskin (CD) maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 6 saylı ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Coşqun oğlunun barəsində seçilmiş həbs qətimkan təqdiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfi hesab olunan 216,92 (iki yüz on altı manat, doxsan iki qəpik) AZN məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan, təqsirləndirilən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış 02 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,195 qram, eləcə də Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram çəkidə psixotrop maddə - metamfetam məhv edilsin. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən aşkar olunaraq götürülmüş 65 manat puldan 20 manatı Respublika büdcəsinə ödənilsin, qalan 45 manatı özünə qaytarılsın, Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış, Təqsirləndirilən şəxs1 yaşadığı evə keçirilmiş baxış və təqsirləndirilən şəxslər arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd kompakt diskin (CD) maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar