Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-10/2023 08.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Şabran şəhəri, Ş.Qurbanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Şabran rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-cı ilin avqust ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı Şabran şəhəri, Ş.Qurbanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkib, onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib qanunsuz olaraq yetişdirməklə, tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, 17 oktyabr 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı həmin fərdi yaşayış evinin həyətindən dəmir və plastmas materiallardan düzəldilmiş dibçəklərdən yaş vəziyyətdə ümumi təmiz çəkisi 1000,00 qram olan 12 ədəd müxtəlif ölçüdə bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri aşkar edilmiş, bundan əlavə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin yataq otağında olan elektrik sobasının kənarından yemək qablaşdırılması üçün nəzərdə tutulan falqaya bükülmüş 01 ədəd təmiz çəkisi 7,207 qram və yenə də həmin otaqda olan paltar şkafının arxasından isə 1 ədəd sellofan torbaya bükülmüş təmiz çəkisi 325,00 qram olmaqla ümumi təmiz çəkisi 332,207 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə Şabran şəhəri, Şıxəli Qurbanov küçəsində qeydiyyat nömrəsi olmayan evdə yaşadığını, ailəli olmaqla iki övladının olduğunu, heç bir yerdə işləmədiyini, cavan vaxtından demək olar ki, narkotik vasitə hesab olunan qurudulmuş marixuana çəkdiyini, əsasən də bədənində ağrılar olanda həmin ağrıları götürmək üçün arada bir marixuanadan istifadə etdiyini, təxminən 2022-ci ilin avqust ayının ortalarında çöllərdə gəzdiyi vaxt qarşısına yabanı halda bitmiş çətənə kollarına rast gəldiyini, həmin kollardan çətənə toxumlarını yığıb evində olan suyu olmayan dəmir kəhrizin içərisində qoyduğunu, daha sonra torpaqla doldurduğu dəmir və plastmas materiallardan olan dibçəklərdə əkdiyini, bundan sonra onları suvardığını, diblərini peyinlə zənginləşdirdiyini, eyni zamanda evinin barısının dibində də yerə basdırılmış vedrədə də iki ədəd kol əkdiyini, onlara da lazımi qaydada qulluq etdiyini, diblərini təmizlədiyini, peyin tökdüyünü və suvardığını, suyu olmayan dəmir kəhrizdə 08 ədəd dibçəkdə 10 ədəd, evinin barısının dibində isə 2 ədəd çətənə bitki kollarını yetişdirdiyini, evinin dibində olan 02 ədəd kolların böyüdüyünü, onların yarpaqlarını yığıb evdə yataq otağında elektrik sobasının yanında qurutduğunu, 17 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində polis əməkdaşlarının evinin qarşısına gələrək onu çölə çağırdıqlarını, ona evində narkotik xassəli bitkiləri əkibbecərdiyində şübhələndiklərini və evinin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdikdə razılıq verdiyini və dəvət olunmuş aqronom-mütəxəssis və hüquqlarının müdafiəsi üçün vəkilinin iştirakları ilə əvvəlcə onun həyətyanı sahəsinə baxış keçirdiklərini, baxış zamanı həyətyani sahəsinin nisbətən orta hissəsində yerləşən suyu olmayan kəhrizdə ümumilikdə 10 ədəd olmaqla 08 ədəd dibçəkdə və evinin barısının dibində 02 ədəd əkib-becərdiyi cəmi 12 ədəd çətənə bitki kollarını göstərdiyini və onların daha sonra kökləri ilə çıxarılıb müvafiq protokol tərtib olunmaqla götürüldüyünü, barının dibində olan 02 ədəd çətənə kollarının çox budağı və yarpaqları kəsilib qopardılmasının səbəbi soruşulduqda, həmin budaqları kəsərək, üzərində olan yarpaqları yığıb evinin yataq otağında elektrik sobasının yanında qurutduğunu bildirdiyini, onun razılığı ilə evinə baxış keçirilən vaxt yataq otağının küncündə olan elektrik sobasının böyründə yemək qablaşdırmaq üçün nəzərdə tutulan falga qabında və paltar şkafının arxasında sellofan paketdə qurutduğu marixuana kütlələrinin də aşkar edilib götürüldüyünü, ailə üzvlərinin həmin bitki kollarının narkotik xassəli olduğunu bilmədiklərini, törətdiyi əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyən Şahid1 göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə Şabran şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, Ş.Qurbanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitələrin əkilib becərilməsi və onların qəbulu ilə məşğul olması barədə əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğuna görə həmin tarixdə saat 12:30 radələrində RPŞ-nin əmliyyat müvəkkilləri – polis leytenantı Şahid2 və polis leytenantı Sevindik Abdullayevlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Qeyd olunan fərdi yaşayış evinə və həyətə baxış keçirilməsi məqsədilə RPŞ-dən müstəntiq, bitkilərin narkotik tərkibli bitki olub-olmaması, əgər narkotik tərkibli bitkidilərsə onlara qulluq olunub-olunmamasını aydınlaşdırmaq üçün isə aqronom və fərdi qaydada fəaliyyət göstərən vəkili dəvət etmişlər. Müstəntiq, aqronom və vəkil dəvət olunduqdan sonra evə və həyətə baxış keçirən zaman evin həyətindən dəmir və plastmas dibçəklərdə olan ümumilikdə 12 ədəd çətənə bitkisinə bənzər kollar, bundan əlavə evə baxış keçirilən zaman isə evin yataq otağında olan elektrik sobasının kənarından 01 ədəd yemək falqasına bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə və yenə də həmin otaqda olan paltar dolabının arxasından isə 01 ədəd sellofan torbaya bükülmüş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Tərəflərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr və kollar vəkilin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs evində və həyətində aşkar olunan narkotik vasitə olan marixuanaya bənzər kütlələrin və çətənə bitkisinə bənzər kolların özünə məxsus olduğunu və onları şəxsi istehlak məqsədilə əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşları Şahid3 iş üzrə Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 7/1187 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsindən aşkar olunaraq götürülmüş və 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş yaş vəziyyətdə ümumi çəkisi 1,000 qram (tədqiqata sərf edildi cəmi 0.6 qram (hər obyekdən 0.05 qram), qalıq 999.4 qram) olan 12 (on iki) ədəd bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağından aşkar olunaraq götürülmüş 01 ədəd ağ rəngli kağız paketdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə təmiz çəkisi 325,0 qram olan qurudulmuş marixuana, yenə həmin otaqdan aşkar olunaraq götürülmüş və 01 ədəd falqada qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə isə təmiz çəkisi 7,207 qram (tədqiqata sərf edildi cəmi 0.04 qram (hər obyektdən 0.02 qram) qalıq 332.167 qram) olan qurudulmuş marixuanadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 7225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 28 oktyabr 2022-ci il tarixli tələbnamədən, Siyəzən rayon məhkəməsinin hökmünün və Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarının surətlərindən görünür ki, Günəşov X2 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə 01 il müddətə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan mərhum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Siyəzən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan mərhum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün 01 iyun 2022-ci il tarixdən Şabran rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Halhazırda məhkum Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli 3886 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda arvadı X3, uşaqları – 2004-cü il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli 3887 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmışdır. Ailə üzvlərinə qarşı hər hansı kobudluq göstərməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 4(031)-48/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmiş, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanın növü və həddini müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, Təqsirləndirilən şəxs narkomaniyadan məcbur müalicəyə cəlb edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsindən aşkar olunaraq götürülmüş və 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş, tədqiqata sərf edildikdən sonra qalıq olan 999.4 qram olan 12 (on iki) ədəd çətənə (kannabis) bitkiləri, bundan başqa sonuncunun yaşadığı fərdi yaşayış evinin yataq otağından aşkar olunaraq götürülmüş 01 ədəd ağ rəngli kağız paketdə və 01 ədəd falqada qablaşdırılaraq tədqiqata təqdim olunmuş, tədqiqata sərf edildikdən sonra qalıq olan cəmi 332.167 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, fərdi yaşayış evinə və həyətinə baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsindən aşkar olunaraq götürülmüş və 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş, tədqiqata sərf edildikdən sonra qalıq olan 999.4 qram olan 12 (on iki) ədəd çətənə (kannabis) bitkiləri, bundan başqa sonuncunun yaşadığı fərdi yaşayış evinin yataq otağından aşkar olunaraq götürülmüş 01 ədəd ağ rəngli kağız paketdə və 01 ədəd falqada qablaşdırılaraq tədqiqata təqdim olunmuş, tədqiqata sərf edildikdən sonra qalıq olan cəmi 332.167 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, fərdi yaşayış evinə və həyətinə baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-10/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-10/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver