Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-10/2024 01.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X24 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi (hazırki Şabran) rayonunun Məliklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ümumilikdə 162,215 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özündə olan “Unit” markalı elektron tərəzi vasitəsilə ayrı-ayrı hissələrə böldükdən sonra 02 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,479 qram, 0,093 qram və 01 ədəd sellofan torbada təmiz çəkisi 50,0 qram olan hissəsini yaşadığı Şabran rayonunun Məliklər kəndi ərazisində yerləşən evində məişət əşyalarının saxlanıldığı otaqda qutuların içərisində, 07 ədəd kibrit qutusu və 01 ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram, 4,847 qram, 4,209 qram, 5,04 qram, 4,784 qram, 4,550 qram, 4,402 qram və 0,627 qram, 01 ədəd sarı rəngli sellofan torbada ümumi təmiz çəkisi 75,0 qram olan hissəsini evin yataq otağındakı döşəyin altında gizlədib, 04 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,389 qram, 0,198 qram, 2,286 qram olmaqla ümumi təmiz çəkisi 3,259 qram olan hissəsini isə əynindəki şalvarın sol yan cibinə qoyub üzərində daşımaqla narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı qeyd olunan narkotik vasitələr və “Unit” markalı elektron tərəzi yaşadığı evdə gizlətdiyi yerlərdən eləcə də üzərindən aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilmir. Belə ki, evdə axtarış aparılan zaman özünə məxsus 01 baş narkotik maddə tapılmışdır. O, həmin narkotik maddəni Bakı şəhərindən gələrkən 10 manat pul müqabilində almışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhərindən gələrkən aldını, 2-3 il olar marixuana adlanan narkotik maddə istifadə etdiyini, lakin narkotik maddələrin satışı ilə məşğul olmadığını, tərəzinin ona məxsus olmadığını, o boyda tərəzinin onun nəyinə lazım olduğunu, ancaq televizorda xəbərlərdə narkotik maddələri ölçən tərəzinin qızıl tərəzisinə oxşadığını gördüyünü, lakin həmin tərəzidən onda olmadığını, narkotik maddəni Bakı şəhərində olanda təsadüfən aldığını, qiymətinin 10 manat olmasını, narkotik maddələrin qadağan olduğunu bildiyini, lakin istifadə etdiyini göstərmişdir. Müdafiəçisinin suallarına cavab olaraq onu İbrahim dəmiryolunun altına çağıraraq, “ot tayalarımı oğurlayıblar deyəsən, birlikdə gedək baxaq” deməsini, bu zaman əvvəlcə iki nəfər yaxınlaşdığını və maşına baxış keçirmək istədiklərini bildirdiklərini, baxan zaman maşından və üzərindən heç nə aşkar olunmadığını, daha sonra Elmar adında polis əməkdaşı 3 büküm gətirərək, bunlar sənindir dediyini, digər polis əməkdaşlarının bu zalda olmadığını, onları üzdən görsə tanıya biləcəyini, ona 3 büküm göstərilən zaman o, etiraz etdiyini və ona məxsus olmadığını bildirdiyini, bu zaman onu polis şöbəsinə apardıqlarını, çəkiliş zamanı həmin 3 bükümü cibinə qoyduqlarını, orada çox adam olduğunu, onlardan biri ona söyüş söyərək, təhqir edərək və hədə qorxu gələrək boynuna almalı olduğunu bildirməsini, bu zaman İbrahim də 5-6 metr onlardan aralı olduğunu, o da həmin sözləri eşitdiyini, qorxurdu deyə məcbur ona deyilənləri boynuna almalı olduğunu, daha sonra ona evə baxış keçirilməli olmasını bildirdiklərini, təxminən 6 maşınla polis əməkdaşları onun yaşadığı evə getdiklərini, onlardan təxminən 3-4 maşını tanıdığını, Şabran rayonu, Məlikli kəndində ailəsi ilə birlikdə kirayə yaşadığını, polis əməkdaşları ona “evdəkilərə deyin bayıra çıxsınlar” dediklərini, atasının yaşadığı evlə yanbayan evdə qaldığını, uşaqların atasıgilin evinə getdiklərini, polis əməkdaşları onunla birlikdə deyil, ondan əvvəl içəri daxil olduqlarını, həmin vaxt otaqların işıqları sönülü vəziyyətdə olduğunu, polis əməkdaşları özləri içəri girib işıqları yandırdıqdan sonra onu çağırdıqlarını, o, otağa daxil olan zaman artıq yerdə tərəzi və bükümlər olduğunu, onlar iki yerdən, yəni birini çarpayının altından, digərini isə o biri otaqdan tapdığını dediklərini, o, artıq içəri girdikdə bükümləri orada gördüyünü, polis əməkdaşları həmin bükümləri, tərəzini tapdığı zaman nə o, nə də ailə üzvləri orada olmadığını, O bükümlərin ona aid olmadığını, yalnız qutuda olan narkotik maddənin ona aid olduğunu, 3 büküm olan narkotik vasitənin guya ona məxsus olduğunu boynuna almalı olması barədə polis əməkdaşları tərəfindən hədə qorxu gəlindiyini, bir neçə dəfə ifadə verdiyini və qorxudan hər şeyi boynuna almasını, İbrahimin səhhətində problemlər var deyə ona heç bir zərər dəyməməsi üçün boynuna almasını, 3 büküm narkotik vasitənin ona aid olmamsını, yalnız otağındakı siqaret qutunun içindəki narkotik vasitənin ona aid olmasını, ona aid olan narkotik vasitəni satış məqsədi üçün yox, şəxsi istifadəsi üçün otağında saxladığını, mətbəx tərəzisinin də ona aid olmamaqla, girişdə pəncərinin altından götürdüklərini bildirmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq polis əməkdaşlarının ona hədə qorxu gələrək ondan narkotik vasitələrin ona məxsus olmasını boynuna almasını tələb etdiklərini, onun da qorxduğu üçün hər şeyi boynuna aldığını və həmin vaxt onun vəkilin kənarda dayanıb olanlara münasibət bildirmədiyini, o, dəfələrlə həmin narkotik maddənin ona aid olmadığını desə də vəkilin onu müdafə etmədiyini, o, evdə axtarış gedən zaman polis əməkdaşlarına həmin bükümdə nə olduğunu və bükümlərin açılmasını bildirsə də, heç bir reaksiya vermədiklərini göstərmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq ittihamda qeyd edilən narkotik vasitələrin birinin ona aid olmasını, qalanlarının ona məxsus olmamasını, üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmadığını, bu barədə şahidi də olduğunu, eyni zamanda evə baxış keçirilən zaman polis əməkdaşlarının ondan qabaq evə girdiklərini, ifadəsini ona oxumadıqlarını, sadəcə ona vərəqə qol çəkmək lazım olduğunu dediklərini, ona görə də imza çəkdiyini, telefonların müstəntiq tərəfindən atasına təhvil verildiyini, əlləri ilə yaxasından tutub söyüş söyərək hədə qorxu gəldiklərini, onun yanındakı İbrahimə görə qorxduğunu və onun səhhəti ilə bağlı narahat olduğunu, İbrahimi kənddən qonşusu kimi tanıdığını, polis əməkdaşlarının nəyə görə ona şər-böhtan atdığının səbəbini bilmədiyini, qandan yox sidikdən ekspertiza müayinəsi keçdiyini və narkotik istifadəçisi olması barədə rəy verildiyini, ərazidə onun üzərinə baxış keçirilmədiyini, üzərindən heç nə çıxmadığını, evə axtarış keçirilərkən çıxan bir ədəd bükümün ona məxsus olmasını bildirmişdir. Son sözündə tamamilə təqsizsiz olduğunu, işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokol elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, “Kolin” şirkətində sürücü işləyir. Rəsmi nigaha daxil olmasa da qeyri rəsmi olaraq evlidir və 2 övladı vardır. O, narkotik vasitə istifadəçisidir. Təxminən 4-5 ay bundan əvvəl Bakı şəhərində olarkən adını bilmədiyi və təsadüfən tanış olduğu bir nəfər şəxslə narkotik vasitə hesab edilən qurudulmuş marixuna qəbul edən zaman həmin marixuananın içərisində bir neçə ədəd toxum olduğunu görüb onları cibinə qoymuşdur. Daha sonra isə həmin toxumları yaşadığı evin həyətində 4 ədəd dibçəklərdə əkərək onlara xüsusi qaydada qulluq etməyə başlamışdır. Təxminən 2023-cü il iyun ayının əvvəllərində həmin bitkilərin yetişdiyini görüb onları qurudaraq xüsusi qaydada qablaşdırmış və həmin bükümlərdə olan narkotik vasitələri istifadə etməyə başlamışdır. 29 iyun 2023-cü il tarixdə saat təxminən 23 radələrində həmkəndlisi İbrahim ona yaxınlaşaraq Şabran rayon Uzunboyad kəndinin aşağı hissəsində onaməxsus əkin yerinin olmasını və ondan öz avtomobili ilə onu əkin sahəsinə ot bağlamalarına baxması üçün aparmasını istəmişdir. O da, özünə məxsus Mercedes Benz 190 markalı, 99-KR -458 qeydiyyat nömrə nişanlı avtomobili ilə İbrahimi götürüb dediyi əkin sahəsinə gətirmişdir. Oraya çatan zaman İbrahim avtomobildən enib ot bağlamalarına tərəf getmiş və o, avtomobildə onu gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra isə polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələrin olmasında şübhəli olduğunu bildirib onu RPŞ-nə dəvət etmişlər.Bu zaman İbrahim də onların yanına gəlmiş və polis əməkdaşları onun üzərində narkotik vasitə olmasında şübhəli olduğunu İbrahimə də bildirmişlər. Bundan sonra İbrahim də onunla birgə RPŞ-nə gedəcəyini istəmiş və onlar birlikdə RPŞ-nə gəlmişlər. RPŞ-də müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 04 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan kağız bükümlər, Redmi və Samsung markalı mobil telefonlar, pulqabı, Sobranie markalı siqaret qutusu, avtomobil açarı, 02 ədəd 50 manatlıq, 03 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 05 ədəd 5 manatlıq, 15 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 210 manat pul, alışqan, cib dəsmalı aşkar edilmişdir. O, könüllü olaraq içərisində narkotin vasitə hesab edilən qurudulmuş marixuananın onun özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Bundan sonra o və müdafiəçinin iştirakı ilə Şabran rayonu Məliklər kəndində yerləşən yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin otaqda, döşəmənin üzərindən 1 ədəd tətik hissəsinin altında E5589 nömrəsi olan qoşalülə tüfəng aşkarlanmışdır. Bunda başqa otağın pəncərəsinin pəncərəaltı hissəsində 1 ədəd sellofan torbanın içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin pənrəcəaltı hissədən 1 ədəd siqaret sellofanında içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1 ədəd qızılı rəngli falqada və 01 ədəd kağız bükümdə toxumlar aşkar olunmuşdur. Həmin pəncərəaltı hissədən 1 ədəd üzərində Starsat yazısı olan qutunun içərisindən 01 ədəd bükümdə toxumlar və 01 ədəd sellofan bükümdə içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin otaqda paltar çexolunun içərisində 4 ədəd patron və evin qonaq otağının qarşısındakı yataq otağına baxış keçirilən zaman otağın giriş hissəsindəki döşəyin divar hissəsində, döşəyin altında içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd sarı rəngli sellofan, 07 ədəd kibrit qutusu, 01 ədəd salfet kağızı, eləcə də toxumlar və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, ibtidai istintaq zamanı ittihamı qismən qəbul etməyinə səbəb polis əməkdaşlarının ona hədə-qorxu gəlməsi, nəlayiq söyüşlər söymələri, yanında olan İbrahimin xəstə olması və ona zərər gəlməməsi olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyi təsdiq edən sübutlar kifayət etməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, təxminən iyun və ya iyul ayları olardı, ona Anarın narkotik vasitələri saxlamaq, daşımaq barədə məlumat daxil olmuşdur. Həmin günü post patrulun əməkdaşları və tağım komandiri Elvin ilə birlikdə olmuşlar. Anara şübhəli şəxs qismində yaxınlaşaraq, özlərini təqdim etmiş və onu götürüb şöbəyə gəlmişlər. Gecə vaxtı evlərinə baxış keçirmişlər və baxış zamanı evindən marixuana aşkar etmişlər. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq axtarış zamanı evin sol tərəfindəki otağına keçdikdə orada mətbəx tərəzisi aşkar olunduğunu, amma o, əməliyyatlar apardığı üçün narkotik maddə çəkən tərəzinin balaca, dördkünc formalı, qızıl tərəzisinə bənzəyən tərəzi olmasını bildiyini, evdə bir neçə qutu olmasını, onların içində narkotik yerləşdirilməsini göstərmişdir. Müdafiəçinin suallarına cavab olaraq danışdıqca hadisəni yadına sala bildiyini, yerdə narkotik maddə olmasını, birini o, yerdən götürərək kapotun üzərinə qoymasını, digərini isə polis serjantının götürməsini, amma dəqiq neçə büküm olduğunu xatırlaya bilmədiyini, maşına qoyub şöbəyə gətirdiklərini, hadisəni dəqiq xatırlaya bilmədiyini, Anar özünü nəyə görəsə şübhəli apardığını, yerə ata biləcəyini, istintaqda ifadə verdiyini, xeyli müddət keçib deyə dəqiq xatırlaya bilmədiyini, otaqda bir neçə polislər olduğunu, hamısının axtarış apardığını, tərəzinin kim tərəfindən aşkar edilməsinin yadında olmamasını və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq istintaqda narkotik maddənin Anarın üzərindən, indi isə yerdən tapmasını bildirməsini növbədən çıxıb gəlməsi və aradan xeyli müddət keçib deyə unutması ilə əlaqələndirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə Şabran RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, CAB-nin əməliyyat müvəkkili Emil Babakişiyev, Şabran RPŞ-nin tağım komandiri Şahid2 və PPXBnin polis nəfəri Meylud Nuriyev ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Şabran rayonu Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq sonuncuya məxsus Mercesed Benz markalı, **-KR-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə birgə RPŞ-nə gətirilmişdir. Həmin vaxt təsadüfən Təqsirləndirilən şəxs yanında olan tanımadığları, sonradan adının İbrahim olduğunu bildikləri şəxs Təqsirləndirilən şəxsla birgə RPŞ-nə getmək istədiyini bildirdikdə onlar buna etiraz etməmiş və onların hər ikisi RPŞ-nə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 ədəd içərisində yaşıl kütlə olan kağız bükümlər, 1 ədəd qara eynək, digər cibindən isə mobil telefon, pul, siqaret və s. gündəlik istifadə edilən əşyalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 4 ədəd içərisində yaşıl kütlə olan bükümlərin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını və şəxsi istifadə məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümlərdən başqa daha harada narkotik vasitə saxlaması soruşulduqda o, könüllü olaraq yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evində narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığını səmimi olaraq etiraf edib yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və adıçəkilən əməkdaşlarla birgə onun yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı otağın giriş qapısının qarşısında yerləşən pəncərənin, pəncərəaltı hissəsində 1 ədəd qutu, həmin qutunun içərisində spesifik iyə malik kütlə olan sellofan torba, həmin qutunun içərisində 1 ədəd siqaret sellofanın içərisində spesifik iyə malik kütlə, 1 ədəd falqada bitki toxumları, həmin pəncərəaltı hissədən qutunun içərisində 1 ədəd sellofanın içərisində spesifik iyə və rəngə məxsus kütlə, evin yataq otağındakı döşəyin altından içərisində bitki kütləsi olan 1 ədəd sarı rəngli sellofan,1 ədəd sarı rəngli sellofanın içərisində hər birində bitki tərkibli spesifik iyə malik kütlələr olan 7 ədəd kibrit qutusu,1 ədəd içərisində bitki mənşəli kütlə olan salfet kağızı, toxumlar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin, toxumların və elektron tərəzinin ona aid olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 bildirmişdir ki, yay ayında kəndlərdə heyvan oğurluğu olduğu üçün post qurulmuşdur. Həmin vaxt təzə yolda körpünün üstündə durmuşlar. Əvvəlcədən də əməliyyat haqqında məlumat daxil olmuşdur. Bu zaman əkin sahəsində torpaq yol ilə maşın gəldiyini görmüşlər. Maşın onların istiqamətinə gələndə öz yolu ilə sol tərəfə dönmüş və işıqlarını söndürmüşdür. Həmin vaxtı o, Rövşən, Elmar, Elvin və adını xatırlamadığı bir polis nəfəri də olmuşdur. Elvin onunla maşında, digər iki nəfər isə piyada körpü tərəfdən həmin avtomobilə doğru yaxınlaşmışlar. Gümüşü rəngdə Mercedes Benz 190 markalı maşın olduğunu və yanında bir nəfər də şəxs olmasını görmüşlər. Onlar Anara yaxınlaşanda sonuncu artıq maşından düşmüşdür. O, Anarı müqavimət göstərməsin deyə qolundan tutub saxlamış, Elvingil yerdən bükümləri gətirmişdir. Həmin bükümlərin maşının kapotunun üstünə, yoxsa təkrarən Anarın cibinə qoyulduğunu dəqiq xatırlaya bilməmişdir. Hətta həmin vaxt Elvinin telefonu ilə də çəkiliş aparılmışdır. Anar həmin vaxt onlara “maşını da sizə verim gedim, məni buraxın” demiş, lakin onu şöbəyə gətirmişlər və şalvarının sol cibindən 4 büküm narkotik maddə çıxmışdır. Bundan sonra evinə də baxış keçirən zaman yataq otağından, pəncərəninin altından kibrit qutuları və bir neçə toxumlar aşkar olunmuşdur. Bundan əlavə müdafiəçinin suallarına cavab olaraq ərazidə olarkən yerdən neçə büküm narkotik maddə tapıldığını dəqiq xatırlaya bilmədiyini, Elvin yerdən bükümləri gətirəndə artıq Anarda narahatçılıq başladığını və “maşını sizə verim, bizi buraxın” dediyini, şöbədə olarkən Anarın üzərindən səhv etmirsə bir büküm çıxdığını, yerdən tapılan bükümləri də götürüb bununla bir yerdə şöbəyə gəldiklərini, şöbədə olarkən Anarın üzərindən 4 büküm çıxdığını, yerdən tapılan bükümləri də, əlbət Anar geri cibinə qoyduğunu, Anarın orada qorxuya düşdüyünü, bükümlərdən birinin Anarın cibindən çıxdığını, yerdə tapılanların isə Anar özü yerə atdığını könüllü boynuna aldığını, o, yerdən heçnə götürmədiyini, Elvingil yerdən götürdüyünü, ancaq hara qoyduğunu bilmədiyini, evə baxış keçirilən zaman o da, iştirak etdiyini, yataq otağından yastığın altından, içəri girəndə sağ tərəfdə pəncərin altından marixuana olduğunu, kibrit qutularında da toxumlar aşkar olunduğunu, başqa nələrin aşkar olunduğu yadında qalmadığını, hadisədən uzun müddət keçdiyindən xatırlaya bilmədiyini göstərmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə indi hadisəni xatırladığını, aşkar olunan tərəzinin balaca yumru formalı elektron tərəzi olduğunu, arxa otaqdan döşəyin altından kibrit qutularının yanından çıxarıldığını, tərəzini döşəyin altına qoyub üzərində yatmağın mümkün olmasını bilmədiyini, Anar ilk dəfə tutulanda Rövşənin də orada olduğunu, o, həmin vaxt Anar heç bir müqavimət göstərməsin deyə qolundan tutub onun yanında dayandığını, Elvingilin yerdən bükümləri tapıb gətirdiyini bildirmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Şabran RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Meylud Nuriyev və tağım komandiri Şahid2 ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Şabran rayonu Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq sonuncuya məxsus Mercesed Benz markalı, **-KR-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə birgə RPŞ-nə gətirilmişdir. Həmin vaxt təsadüfən Təqsirləndirilən şəxs yanında olan tanımadığları, sonradan adının İbrahim olduğunu bildikləri şəxs Təqsirləndirilən şəxsla birgə RPŞ-nə getmək istədiyini bildirdikdə onlar buna etiraz etməmiş və onların hər ikisi RPŞ-nə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 ədəd içərisində yaşıl kütlə olan kağız bükümlər, 1 ədəd qara eynək, digər cibindən isə mobil telefon, pul, siqaret və sair gündəlik istifadə edilən əşyalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 4 ədəd içərisində yaşıl kütlə olan bükümlərin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını və şəxsi istifadə məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümlərdən başqa daha harada narkotik vasitə saxlaması soruşulduqda o, könüllü olaraq yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evində narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığını səmimi olaraq etiraf edib yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və adıçəkilən əməkdaşlarla birgə onun yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı otağın giriş qapısının qarşısında yerləşən pəncərənin, pəncərəaltı hissəsində 1 ədəd qutu, həmin qutunun içərisində spesifik iyə malik kütlə olan sellofan torba, həmin qutunun içərisində 1 ədəd siqaret sellofanın içərisində spesifik iyə malik kütlə, 1 ədəd falqada bitki toxumları, həmin pəncərəaltı hissədən qutunun içərisində 1 ədəd sellofanın içərisində spesifik iyə və rəngə məxsus kütlə, evin yataq otağındakı döşəyin altından içərisində bitki kütləsi olan 1 ədəd sarı rəngli sellofan,1 ədəd sarı rəngli sellofanın içərisində hər birində bitki tərkibli spesifik iyə malik kütlələr olan 7 ədəd kibrit qutusu, 1 ədəd içərisində bitki mənşəli kütlə olan salfet kağızı, toxumlar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin, toxumların və elektron tərəzinin ona aid olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Şabran RPŞ-yə narkotik maddələrin istifadəsi, satılması ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Polis əməkdaşları Rövşən, Emin, Elmar və Meyludla birlikdə həmin tapşırığı yerinə yetirmək məqsədilə Məlikli kənd istiqamətinə getmişlər. Dəmir yolunun qırağında, əkin sahəsindən 100 metr aralıda Mercedes Benz 190 markalı maşın dayandığını, həmin maşına yaxınlaşan zaman isə içərisində 2 nəfər şəxsin olduğunu görmüşlər. Rövşən müəllim onlarla danışıq aparmış və həmin şəxslər şöbəyə gətirilmişdir. Şöbədə üzərinə baxış keçirilmişdir. Anarın üzərindən 4 büküm yaşıl rəngdə narkotik vasitəsi aşkar olunmuşdur. Biri böyük büküm olmuş, digərləri isə üç xırda kağıza bükülmüşdür. Anar özü könüllü olaraq evdə də narkotik maddə olmasını onlara bildirmişdir. Bundan sonra Anarın evinə baxış keçirilən zaman siqaret qutusunun içərisindən və göy rəngli qutunun içərisindən təmizlənmiş narkotik vasitələr tapılmışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq onlar Anarı yaxalayan zaman bir ağ büküm narkotiki vasitəsini yerə atmasını, həmin büküm onun cibində olmasını, onlar Anarı götürüb növbətçi hissəyə təhvil verdiklərini, Anara yaxınlaşan zaman sonuncunun “üç balam var və götürün maşını aparın” ifadələri onlarda əsaslı şübhə yaratdığını, bununla bağlı onun telefonunda videogörüntü də olduğunu, onu da diskə köçürüb təhvil verə biləcəyini, əməliyyat xidmətinin özü əvvəlcədən hər şeyi yəni şübhəlinin yerini müəyyən edib daha sonra onlardan kömək istədiklərini, bu əməliyyatda polis əməkdaşları əvvəlcədən gedib maşına yaxınlaşdıqlarını, onların isə sonradan gəldiklərini, yəni Anarın dayandığı yer heç kimin ağlına gələ bilməzdi deyə əməliyyatçılar özləri o yeri müəyyən etmələrini, həmin vaxt Anar da maşını söndürüb içəridə oturmasını, yanında bir şəxs də olmasını, hadisə çoxdan olub deyə şəxsin adını xatırlaya bilmədiyini, Anarın onlara əkin sulamaq üçün gəlməsini bildirməsini, həmin vaxt Xəlili kəndində oğurluq baş vermişdi deyə onlarda şübhə yaratmasını, ona görə Anarı və yanındakı şəxsi götürüb növbətçi hissəyə təhvil verdiklərini, 3 büküm narkotik maddəni orada aşkar etdiklərini, bir bükümün isə yerdə olmasını, həmin bükümü Anara göstərib bunu haradan götürüb yerə atmışdınsa həmin cibinə qoymasını deməsini göstərmişdir. Müdafiəçinin suallarına cavab olaraq əməliyyat tədbiri olmasını, polis əməkdaşı Şahid7 ona zəng edərək, maşın buradadır, yəni dəmir yolun sağ tərəfində əkin sahəsinin yaxınlığı tərəfə gəlin deməsini, polis əməkdaşlarına kömək məqsədi ilə həmin əraziyə getməsini, bəzən əməliyyatçıların qurduğu planlardan post patrul xidməti əməkdaşlarının məlumatı olmadığını, onlar artıq maşına çatana yaxın əməliyyat barədə məlumatları olduğunu, Anarın olduğu əraziyə gedəndən sonra hər şeyin aşkara çıxdığını, onların maşının arxa tərəfindən, o biri əməkdaşlar isə ön tərəfdən maşına yaxınlaşdıqlarını, o, piyada gəlirdi deyə ən arxada qalmasını, bir qutunun sürücünün əyləşdiyi istiqamətdə yerdən tapıldığını, digər qutunun isə maşının içərisindən, siqaretlərin yanından tapıldığını, baxış zamanı Anarın üzərindən içində narkotik maddə olan bükümlər aşkar olunduğunu, onun da baxışda iştirak etdiyini, əvvəlcə əməliyyatçıların axtarış apardığını, sonradan onun kömək üçün daxil olduğunu, çəkiliş də aparıldığını və çəkilişdəki kadrda o da əks olunduğunu, o, daxil olan zaman bir neçə bükümdə narkotik maddə gördüyünü, narkotik maddələrin evdən pəncərənin qırağından, yatağın altından, otaqdan qapının ağzı tərəfindən tapıldığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə əraziyə çatanda artıq maşının yanında iki nəfər polis əməkdaşları olmasını, post patrul xidməti əməkdaşları ilə dəfələrlə əməliyyat tədbirlərində olduqlarını, aradan olduqca xeyli müddət keçdiyindən hadisəni çətinliklə xatırlaya bildiyini, onların şəxsi kitabçaları olduğunu və işləri unutmasınlar deyə kitabçada xüsusi qeydlər apardıqlarını, amma Elmargil qeydə almır deyə ola bilsin ki, unutduqlarını, ərazidə təxminən beş dəqiqə olar danışıq apardığını, amma Anarın öz maşınını təklif etdiyi vaxt telefonunda videogörüntü olaraq qeydə alındığını, orada maşın sizin olsun, məni buraxın deyə yalvardığını, onda da buna görə şübhələr yarandığını, Anara narkotikin cəriməsinin 400 manat olmasını və buna görə maşınını götürməsini kişi olmağına sığışdıra bilmədiyini deməsini, burada şər-böhtan xarakterli heç nə demədiyini, orada kifayət qədər şahidlər olduğunu, onlar hələ evə baxış keçirməmişdən qabaq da Anar həyətdə kolluğu göstərərək burada narkotik əkməsini deməsini, çuxur kimi kolun yerinin də qalmasını, sonra evinə girdikdə isə hər yerdə büküm halında narkotik tapıldığını, hətta dəmir padnosun içində də dağılmış formada narkotik maddə olmasını göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, PPXB-nin polis nəfəri Şahid3, Meylud Nuriyev və CAB-nin əməliyyat müvəkkili Emil Babakişiyev ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Şabran rayonu Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq sonuncuya məxsus Mercesed Benz markalı, **-KR-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə birgə RPŞ-nə gətirilmişdir. Həmin vaxt təsadüfən Təqsirləndirilən şəxs yanında olan tanımadığları, sonradan adının İbrahim olduğunu bildikləri şəxs Təqsirləndirilən şəxsla birgə RPŞ-nə getmək istədiyini bildirdikdə onlar buna etiraz etməmiş və onların hər ikisi RPŞ-nə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 ədəd içərisində yaşıl kütlə olan kağız bükümlər, 1 ədəd qara eynək, digər cibindən isə mobil telefon, pul, siqaret və sair gündəlik istifadə edilən əşyalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 4 ədəd içərisində yaşıl kütlə olan bükümlərin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını və şəxsi istifadə məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümlərdən başqa daha harada narkotik vasitə saxlaması soruşulduqda o, könüllü olaraq yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evində narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığını səmimi olaraq etiraf edib yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və adıçəkilən əməkdaşlarla birgə onun yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı otağın giriş qapısının qarşısında yerləşən pəncərənin, pəncərəaltı hissəsində 1 ədəd qutu, həmin qutunun içərisində spesifik iyə malik kütlə olan sellofan torba, həmin qutunun içərisində 1 ədəd siqaret sellofanın içərisində spesifik iyə malik kütlə, 1 ədəd falqada bitki toxumları, həmin pəncərəaltı hissədən qutunun içərisində 1 ədəd sellofanın içərisində spesifik iyə və rəngə məxsus kütlə, evin yataq otağındakı döşəyin altından içərisində bitki kütləsi olan 1 ədəd sarı rəngli sellofan,1 ədəd sarı rəngli sellofanın içərisində hər birində bitki tərkibli spesifik iyə malik kütlələr olan 7 ədəd kibrit qutusu, 1 ədəd içərisində bitki mənşəli kütlə olan salfet kağızı, toxumlar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin, toxumların və elektron tərəzinin ona aid olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 göstərmişdir ki, o, Şahid3la xidmətdə olduğu vaxt qatar yolunun qırağı ilə bir maşının yaxınlaşdığını görmüşlər. Həmin maşın kolların yanına gələrək işıqlarının söndürüb dayanmış və bu da onlarda şübhə doğurmuşdur. Həmin vaxtı onların yanında Emin Məmmədov və Şahid2 olmuşdur. Komandirləri onlara “siz qatar yolunun qırağı ilə gedin, biz də o biri tərəfdən gəlib yaxınlaşacayıq” demişdir. Elə bu zaman dəmiryolu xətti ilə qatar keçmiş, qaçaraq orada dayanan Təqsirləndirilən şəxs və dostuna yaxınlaşıb nə üçün dayandığını soruşmuşlar. Onlara cavab olaraq mal-qara üçün saman daşımağa gəldiklərini demişlər. Bundan sonra komandirə məlumat vermiş, onlar da yaxınlaşaraq Anarı sorğu-sual etmişlər. Daha sonra yeri axtaranda maşından 2 metr aralıda telefon işığında axtarış etdikdə narkotik vasitəsi aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs şöbəyə gətirmişlər və sonuncu narkotik istifadəçisi olmasını etiraf etmişdir. Bundan əlavə müdafiəçisinin sualına cavab olaraq onlarda Təqsirləndirilən şəxs narkotik maddə olması barədə məlumat olmadığını, Təqsirləndirilən şəxs görəndə aralarında təqribən 500 metr məsafə olduğunu, Elmarla o, əvvəlcədən Anarın yanında dayandıqlarını, daha sonra Emil, Elvin sonradan isə Şahid1 gəldiyini, narkotik vasitəsini komandirləri götürdüyünü, sonra şöbəyə getdiklərini, bindan sonra növbətçi hissədə üzərinə baxış keçirildiyini, təqribən gecə dördün yarısı evinə baxış keçirmək üçün getdiklərini, Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar edilmədiyini, ancaq telefon aşkar olunduğunu, 4 büküm narkotik vasitəni yerdən götürdüklərini, Təqsirləndirilən şəxs evinə getdikləri zaman narkotik maddə aşkarlandığını, Anarın qolu qandallı olmasını və onun yanında dayanmasını, həmin vaxt Cəmil müəllimin Anarın atasını çağırın deməsini, bundan sonra Təqsirləndirilən şəxsla birlikdə gedərək sonuncunun atasını çağırdığını, Anarla birlikdə evə girdikdə baxış zamanı narkotik maddə aşkar olunduğunu, narkotik maddələrin iki otaqdan aşkar olunduğunu, otaqların birində yaşayış olmadığını, digəri isə yataq otağındakı yastığın altından aşkar olunduğunu, həyətdən və yaxud qapının girəcəyindən narkotik maddə aşkar etmədiklərini, narkotik maddələri evin içinə daxil olan kimi sağdakı otaqdan, əşyaların içindən və ayaqqabının içindən, sonra isə yaşayış olmayan otaqdan aşkar olunduğunu, digər bükümün isə yastığın altından çıxdığını, tərəzi də aşkar olunduğunu, evə baxış keçirərkən Cəmil müəllim, Alış müəllim, əməliyyatçılar, Elvin müəllim və polis nəfərlərinin orada olduğunu, baxış keçirən zaman Cəmil müəllim Anarın ailə üzvlərini çölə çıxardığını, Anarın ailə üzvləri otaqdan çıxanda onlar qapının ağzında dayandıqlarını, o, ifadə verərkən Şahid3 ifadəsinə baxmadığını, aşkar olan hadisələrlə bağlı ifadə verdiyini, ərazidə Anara yaxınlaşaraq burada niyə dayandıqlarını və haradan olduqları ilə maraqlandıqlarını, cavabında isə “iş yerimiz buradır, otluğa, samanlığa görə gəlmişik” dediklərini, sonra onların komandirlərinə məlumat verdiklərini göstərmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə ərazidə Təqsirləndirilən şəxs üzərinə və maşına baxış keçirmədiklərini, polis şöbəsində baxış keçirildiyini, maşının ətrafından narkotiki komandirləri – Elvin müəllimin tapdığını, o, telefonun işığını tutduğunu və onunla birlikdə tapdığını, həmin 4 büküm narkotiki maddəni Elvin müəllimin götürdüyünü və Elvinin həmin narkotik maddələri sonradan nə etdiyini bilmədiyini, həmin vaxt 4 bükümü Anara göstərdiyini, sonuncunun həmin narkotik maddənin onun olduğunu və çəkməyə gəldiyini etiraf etdiyini, bundan sonra komandirin Anarı da öz maşını ilə birlikdə şöbəyə gətirilməsi barədə tapşırıq verdiyini, Anarın maşınında o, Elmar və Anar əyləşdiyini, arxadan isə komandirləri gəldiyini, şöbədə baxış keçirilən zaman o da, Anarın yanında dayandığını, Anarın üzərindən heçnə aşkar edilmədiyini, aşkar olunmuş bükümlərin isə ərazidən yerdən tapıldığını, bükümləri stolun üstünə Şahid2 qoyduğunu, Anarın üzərindən ancaq özünə məxsus əşyalar çıxdığını, məhkəmə zalında verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, PPXB-nin polis nəfəri Şahid3, CAB-nin əməliyyat müvəkkili Emil Babakişiyev və tağım komandiri Şahid2 ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Şabran rayonu Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq sonuncuya məxsus Mercesed Benz markalı, **-KR-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə birgə RPŞ-nə gətirilmişdir. Həmin vaxt təsadüfən Təqsirləndirilən şəxs yanında olan tanımadığları, sonradan adının İbrahim olduğunu bildikləri şəxs Təqsirləndirilən şəxsla birgə RPŞ-nə getmək istədiyini bildirdikdə onlar buna etiraz etməmiş və onların hər ikisi RPŞ-nə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 ədəd içərisində yaşıl kütlə olan kağız bükümlər, 1 ədəd qara eynək, digər cibindən isə mobil telefon, pul, siqaret və sair gündəlik istifadə edilən əşyalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 4 ədəd içərisində yaşıl kütlə olan bükümlərin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını və şəxsi istifadə məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümlərdən başqa daha harada narkotik vasitə saxlaması soruşulduqda o, könüllü olaraq yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evində narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığını səmimi olaraq etiraf edib yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və adıçəkilən əməkdaşlarla birgə onun yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı otağın giriş qapısının qarşısında yerləşən pəncərənin, pəncərəaltı hissəsində 1 ədəd qutu, həmin qutunun içərisində spesifik iyə malik kütlə olan sellofan torba, həmin qutunun içərisində 1 ədəd siqaret sellofanın içərisində spesifik iyə malik kütlə, 1 ədəd falqada bitki toxumları, həmin pəncərəaltı hissədən qutunun içərisində 1 ədəd sellofanın içərisində spesifik iyə və rəngə məxsus kütlə, evin yataq otağındakı döşəyin altından içərisində bitki kütləsi olan 1 ədəd sarı rəngli sellofan,1 ədəd sarı rəngli sellofanın içərisində hər birində bitki tərkibli spesifik iyə malik kütlələr olan 7 ədəd kibrit qutusu, 1 ədəd içərisində bitki mənşəli kütlə olan salfet kağızı, toxumlar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin, toxumların və elektron tərəzinin ona aid olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, o, polis əməkdaşları ilə birlikdə xidmətdə olduğu zaman onlar bir avtomobilin yolun kənarında dayandığını görmüşlər. Həmin maşına yaxınlaşaraq özlərini təqdim etmiş və bundan sonra avtomobildə olan şəxslərdən oraya niyə gəldiklərini soruşmuşlar. Həmin şəxslər onların bu sualına cavab olaraq otlaq sahəsinə mal heyvana baxmaq üçün gəldiklərini demişlər. Daha sonra komandirləri həmin əraziyə gəlmiş və sözü gedən şəxslərin özlərini şübhəli aparmalı səbəbi ilə tərəflərindən baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar edilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərinə Şabran Rayon Polis Şöbəsində baxış keçirildiyini və deyəsən cibindən 04 ədəd bükümdə narkotik maddə çıxdığını, baxışı o, keçirmədiyini, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etdiyini, həmin evdən 01 sellofan paketin içindən qurudulmuş marixuana çıxdığını, həmin evdən tərəzidə aşkar etdiklərini, aşkar edilmiş tərəzinin 04 künc tərəzi olduğunu, evə baxış keçirildiyi zaman otaqda olmadıqlarını, ətrafı mühafizə etdiklərini göstərmişdir. Müdafiəçinin suallarına cavab olaraq onlar xidmətdə olarkən boşluq bir ərazidə maşın görüb Şahid7 ilə birlikdə ona yaxınlaşdıqlarını və Təqsirləndirilən şəxs gördüklərini, həmin ərəfədə ərazidə heyvan oğurluqları olduğunu və bu məqsədlə onlara yaxınlaşdıqlarını, Anar da onlara şübhəli cavab verdiyinə görə onu şöbəyə gətirdiklərini, Anarın oğurluq ərazidə, gecə vaxtı çöllük yerdə, dəmir yolunun qırağında dayandığını, eləcə də onlara açıq-aydın orada nə məqsədlə dayandığını cavab verə bilmədiyini, onlarda da müəyyən şübhələr yarandığını, ona görə Şabran RPŞ-nə gətirdiklərini və üzərində narkotik maddə olmasının müəyyən etdiklərini, Anara yaxınlaşan zaman maşınında hər hansı silah və ya narkotik vasitə olduğunu soruşduqda, olmadığını bildirdiyini, onlar əvvəlcə yolun kənarında dayandıqlarını, uzaqdan maşın gəldiyini və yolun kənarında, kolluqlar tərəfdə dayandığını gördüklərini, onlar xidmətdə olan zaman oradan keçən maşınları diqqətlə yoxladıqlarını, təxminən 500 metr məsafədən qaça-qaça Anarın dayandığı yerə yaxınlaşdıqlarını, axşam vaxtı olduğundan 5-6 metr qalmış Anarın onları gördüyünü, polis şöbəsində Anarın üzərinə baxış keçirilən zaman o da, iştirak etdiyini, həmin günü evinə də baxış keçirildiyini, 3-4 maşın getdiklərini, Cəmil müəllim də içəri keçdiyini, o, həyəti mühafizə etmək üçün dayandığını, içəridən narkotik maddələr aşkarlanandan sonra evə daxil olduğunu, o vaxta qədər həyətdə dayandığını, narkotik maddələrin uşağın döşəyinin altından və digər otaqlardan aşkarlandığını, həyətdən isə narkotik vasitəsinin tapıldığını görmədiyini, qurudulmuş marixuana aşkar olunduğunu, Anar özü də narkotikin özünə aid olduğunu və çəkdiyini etiraf etdiyini, eyni zamanda marixuananın üzərində tərəzi də olduğunu göstərmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə ilk dəfə Şahid7lə o, Anara yaxınlaşdığını, həmin ərazidə 4 nəfər, yəni İbrahim, Anar, Meylud və onun olduğunu, komandirləri də gəlməli olduğuna görə təxminən yarım saat Anargilin yanında dayandığını, CAB-də işləyən Emil müəllim, tağım komandiri Elvin müəllim, o, Meylud, Anar, İbrahim hamısı birlikdə şöbəyə getdiklərini, bir də Rövşən müəllimin də deyəsən orda olduğunu, dəqiq bilmədiyini, onun Anarın maşınını idarə etdiyini, maşında 3 nəfər, Meylud, Anar və o, olduğunu, avtomobilə həmin vaxt əməliyyatçılar tərəfindən baxış keçirildiyini, təxminən bunlar yadında qaldığını, ümumiyyətlə hakim qarşısında ikinci dəfə ifadə verdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi hazırkı ifadəsi ilə ziddiyyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Emil Babakişiyev, Şabran RPŞ-nin tağım komandiri Şahid2 və PPXB-nin polis nəfəri Şahid7 ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.1995-ci il təvəllüdlü, Şabran rayonu Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq sonuncuya məxsus Mercesed Benz markalı, **-KR-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə birgə RPŞ-nə gətirilmişdir. Həmin vaxt təsadüfən Təqsirləndirilən şəxs yanında olan tanımadığları, sonradan adının İbrahim olduğunu bildikləri şəxs Təqsirləndirilən şəxsla birgə RPŞ-nə getmək istədiyini bildirdikdə onlar buna etiraz etməmiş və onların hər ikisi RPŞ-nə gəlmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 ədəd içərisində yaşıl kütlə olan kağız bükümlər, 1 ədəd qara eynək, digər cibindən isə mobil telefon, pul, siqaret və sair gündəlik istifadə edilən əşyalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 4 ədəd içərisində yaşıl kütlə olan bükümlərin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını və şəxsi istifadə məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümlərdən başqa daha harada narkotik vasitə saxlaması soruşulduqda o, könüllü olaraq yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evində narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığını səmimi olaraq etiraf edib yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və adıçəkilən əməkdaşlarla birgə onun yaşadığı Şabran rayon Məliklər kəndində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı otağın giriş qapısının qarşısında yerləşən pəncərənin, pəncərəaltı hissəsində 1 ədəd qutu, həmin qutunun içərisində spesifik iyə malik kütlə olan sellofan torba, həmin qutunun içərisində 1 ədəd siqaret sellofanın içərisində spesifik iyə malik kütlə, 1 ədəd falqada bitki toxumları, həmin pəncərəaltı hissədən qutunun içərisində 1 ədəd sellofanın içərisində spesifik iyə və rəngə məxsus kütlə, evin yataq otağındakı döşəyin altından içərisində bitki kütləsi olan 1 ədəd sarı rəngli sellofan,1 ədəd sarı rəngli sellofanın içərisində hər birində bitki tərkibli spesifik iyə malik kütlələr olan 7 ədəd kibrit qutusu, 1 ədəd içərisində bitki mənşəli kütlə olan salfet kağızı, toxumlar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin, toxumların və elektron tərəzinin ona aid olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 göstərmişdir ki, o, əkin sahəsinə getməli idi. Onun səhhətində problemlər olduğu üçün anası ona “Anar səni aparsın” demişdir. Onlar həmin əkin sahəsinə gübrə vurandan sonra sulayıb əkin üçün hazırlamalı idilər. Onlar qayıdanda iki nəfər yaxınlaşmış, onun və Anarın üzərinə baxış keçirmişlər. Hər ikisi yoxlanışdan təmiz çıxmış, üstlərindən heçnə aşkar olunmamışdır. Bundan sonra isə Anarın maşını yoxlanılmış və əvvəlcə maşından heç bir şey tapılmamış, sonra isə maşından 2 metr aralıda kağız bükümləri tapıb baqajın üstünə qoyub əsəbi halda kimə aid olduğunu soruşmuşlar. Həmin vaxt Anarın qorxduğundan və ya hansı səbəbdən bükümlərin özünə məxsus olmasını boynuna aldığını anlamamışdır. Bunda əlavə dövlət ittihamçısının sualına cavab olaraq həmin 3 bükümün yerdən tapıldığını, Anarın üzərini yoxlayarkən heçnə tapılmadığını, onun Anarla uşaqlıqlarının bir yerdə keçdiyini, o, qorxmasın deyə Anarın boynuna aldığını güman etdiyini, həmin vaxt polis əməkdaşlarının Anardan evdə də narkotik maddə olub-olmadığını soruşmadıqlarını, o, Anarı nə narkotik satan, nə də ki, narkotik istifadə edən zaman görmədiyini, gördüklərinin hamısını burada danışdığını, həmin vaxtı sahəni sulamağa getdiklərini, ərazidə başqa heç kimin olmadığını, ilk dəfə iki nəfər polis piyada, əllərində fənərlə onlara yaxınlaşdıqlarını, Anarın polislərə maşın vermək təklifini eşitmədiyini, təxminən 7-8 metr aralıda onu saxladıqlarını, o zaman Anar maşının yanında olduğunu, bükümlərin tapıldığı kolluqla Anarın arasındakı məsafənin 2-3 metr olmasını göstərmişdir. Müdafiəçinin sualına cavab olaraq Anarın sürücü tərəfdə qapının yanında dayandığını, narkotik tapılan yerə getmədiyini, əvvəlcə iki nəfər serjantın, sonradan da iki nəfər zabitin onlara yaxınlaşdığını, hər iki nəfərin onların üzərində axtarış apardığını, lakin heçnə aşkar edilmədiyini, digər iki nəfərin, səhv etmirsə biri serjant, biri isə zabit olmaqla kolluq tərəfə gedib əyilib yerdə nə isə axtardıqlarını, qayıdandan sonra bükümləri gətirib baqajın üstünə qoyduqlarını, birinci dəfə polislər soruşanda Anarın narkotik maddələrin ona aid olmadığını desə də, sonradan polis əməkdaşları ucadan təkrarən bunu soruşanda Anar narkotik maddələrinin onun olduğunu dediyini, daha sonra onları ayri-ayrı maşınlarda şöbəyə apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, gecə saat 3-ün yarısı yatılı vəziyyətdə olarkən bayırdan səs-küy eşidib çölə çıxmış və ona oğlu Anarı polis əməkdaşları saxladıqlarını demişlər. Həyətə çıxanda 15 nəfərə yaxın polis əməkdaşı olduğunu görmüş və ona Anarın evinə baxış keçiriləcəyini, onun da baxışda iştirak etməsini istəmişlər. O, evdən çıxıb Anargilin kirayədə qaldığı evə girəndə polis əməkdaşlarını artıq orada olduğunu görmüşdür. Həmin vaxt Cəmil müəllim adlı polis əməkdaşı onun qoluna girərək onu bağın başına aparmışdır. O, Cəmil müəllimdən bunun nə məsələ olduğunu soruşduqda Cəmil müəllim ona “bu bir evin puludur, 750 qram narkotik maddə tapılıb” demişdir. Həmin vaxt polis əməkdaşlarından Alış müəllim onu və gəlinini evin içinə buraxmamış, içəridə oğlunun üstünə qışqırdıqlarını eşitmişdir. Bunda əlavə dövlət ittihamçısının sualına cavab olaraq oğlunun toyda-bayramda narkotik maddə istifadə etdiyini uşaqlardan eşitdiyini, bununla əlaqədar onu danladığını, oğlundan narkotik maddəni haradan aldığını soruşmadığını, oğlunun evində tərəzi görmədiyini, polis əməkdaşlarının ondan qabaq işıqları söndürdüklərini, həmin vaxt otaqda sadəcə polis əməkdaşlarının olduğunu, bundan sonra işıqları yandırıb onu içəri buraxdıqlarını göstərmişdir. Müdafiəçinin sualına cavab olaraq isə polis əməkdaşlarının onu evə baxış keçirilməsi məqsədi ilə çağırdıqlarını, onun həmin evə gəldikdə polis əməkdaşlarının artıq evdə olduqlarını, Cəmil müəllimin vahiməsindən elə onun özünün də qorxduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qəbulu, saxlaması və daşıması ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Məliklər kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 00:30-radələrində Şabran Rayon Polis X5 təhvil verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələrin keçirilməsi və onun narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal onun üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə63/23 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və saxlaması ilə məşğul olması barədə etimad doğuran naməlum və qərəzsiz mənbədən daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 5-6-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 9-10-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:55-də Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 11- 12-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:05-dən 01:22-yə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 04 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan kağız bükümlər, "Redmi" və "Samsung" markalı mobil telefonlar, pulqabı, "Sobranie" markalı siqaret qutusu, avtomobil açarı, 02 ədəd 50 manatlıq, 03 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 05 ədəd 5 manatlıq, 15 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 210 manat pul, alışqan, cib dəsmalı aşkar edilərək götürülmüşdür (cinayət işinin 30-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 01:05-dən 01:22-yə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın "DVD" diskə köçürülmüş videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 04 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan kağız bükümlər, "Redmi" və "Samsung" markalı mobil telefonlar, pulqabı, "Sobranie" markalı siqaret qutusu, avtomobil açarı, 02 ədəd 50 manatlıq, 03 (üç) ədəd 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd 10 (on) manatlıq, 05 (beş) ədəd 05 (beş) manatlıq, 15 (on beş) ədəd 01 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 210 (iki yüz on manat) manat pul, alışqan, cib dəsmalı aşkar edilərək götürülmüşdür (cinayət işinin 31-ci vərəqəsi). Videoçəkilişdə müstəntiq Təqsirləndirilən şəxs məxsus mobil telefonları istintaq zərurəti ilə əlaqədar götürdüyünü bildirmişdir. - xx.xx.2023-cü il tarixli kompüter vasitəsi ilə tərtib olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvana Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin 32-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 02:10-dan 03:25-ə kimi olan müddət ərzində Şabran rayonunun Məliklər kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxışın protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şabran rayonu Məliklər kəndində Təqsirləndirilən şəxs kirayə yaşadığı evin qarşısına gəlmişlər və həmin ünvanda həmin vaxt kiminsə olmasını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda hazırda heç kimin olmadığını və həyat yoldaşı və iki azyaşlı övladının valideynlərinin evində olmalarını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs və iştirakçılarla birlikdə həyət darvazasından içəri daxil olduqdan sonra, bir mərtəbəli yaşayış binasının giriş qapısının qarşısına gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və predmet olmasını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvanda özünə məxsus narkotik vasitə olan marixuana olmasını bildirmiş və ona həmin narkotik vasitəni təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs mənzilin giriş qapısından daxil olduqdan sonra mətbəx kimi istifadə olunan otaqdan içəri, yəni qonaq otağına keçdikdən sonra sağ tərəfdə yerləşən və əşyalarının saxlanılması üçün istifadə olunan otaqda narkotik vasitə olmasını bildirib baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları həmin otağa Təqsirləndirilən şəxs və iştirakçılar ilə birlikdə daxil olduqdan sonra və otağa baxış keçirilən zaman paltarların olduğu yerin altında döşəmənin üzərindən 01 (bir) ədəd tətik hissəsinin altında E5589 nömrəsi olan qoşalülə tüfəng aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin tüfəngin atası Şahid4 məxsus olduğunu bildirmişdir. Otaqda baxış keçirilən zaman otağın giriş qapısı ilə üzbəüz yerləşən pəncərənin pəncərəaltı hissəsində 01 (bir) ədəd qutunun içərisindən 01 (bir) ədəd sellofan torbanın içərisində spesifik iyə malik bitki kütləsi aşkar edilmişdir. Aşkar olunmuş sellofan torba içərisinə baxış keçirildikdən sonra 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Həmin pəncərənin alt hissədən aşkar olunmuş 01 (bir) ədəd “Tecno” markalı qutunun içərisindən 01 (bir) ədəd siqaret sellofanında içərisində spesifik iyə malik bitki kütləsi, 01 (bir) ədəd qızlı folqada toxumlar və 01 (bir) ədəd kağız bükümdə toxumlar aşkar edilmişdir. Həmin pəncərəaltı hissədən 01 (bir) ədəd üzərində "Starsat" yazısı olan qutunun içərisindən 01 (bir) ədəd bükümdə toxumlar və 01 (bir) ədəd sellofan bükümdə içərisində bitki kütləsi aşkar olundu. Aşkar olunmuş bükümlər 01 (bir) ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmin otaqda giriş qapısının sağ tərəfində divarda asılqandan asılmış vəziyyətdə olan paltar çexolunun içərisinə baxış keçirən zaman 04 (dörd) ədəd patron aşkarlanıb götürüldü. Həmin otaqda baxış sona çatdırdan sonra qonaq otağına qayıdıldı və qonaq otağının qarşısındakı yataq otağında Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığını bildirmiş və baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı yataq otağında giriş hissədəki döşəyin divar hissəsində döşəyin altından içərisində bitki kütləsi olan 01 (bir) ədəd sarı rəngli sellofan, 01 (bir) ədəd sellofan torbanın içərisində hər birinin içərisində bitki tərkibli spesifik iyə malik kütlələr olan ümumilikdə 07 (yeddi) ədəd kibrit qutusu, 01 (bir) ədəd qutunun içərisindən içərisində bitki tərkibli kütlə olan 01 (bir) ədəd salfet kağızı və toxumlar aşkar edilmiş və həmin toxumlar 01 (bir) ədəd sellofan bükümə yığılmışdır. Bundan sonra 01(bir) ədəd "Unit" markalı elektron tərəzi aşkar edilmişdir. Aşkarlanmış predmetlər ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 60 nömrəli möhürü ilə möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür (cinayət işinin 33-34-cü vərəqələri). - 04 (dörd) ədəd "DVD" diskə köçürülmüş videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı evə yaxınlaşır, bu zaman polis əməkdaşı ondan evdə narkotik vasitə olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs buna cavab olaraq evdə narkotik vasitə olduğunu bildirir, bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları evə daxil olurlar, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisi qonaq otağında masanın yanında əyləşir, Təqsirləndirilən şəxs isə polis əməkdaşları ilə birlikdə otaqlara baxış keçirilməsində iştirak edir, polis əməkdaşları həmin evdən 01 (bir) ədəd mülki silah aşkar edirlər, Təqsirləndirilən şəxs həmin silahın atasına məxsus olduğunu bildirir, bundan sonra otağa baxış keçirilməyə davam edilir, otaqda yerləşən sellofan bükümlərdə olan əşyalara baxış keçirilir, həmin əşyalara baxış keçirildikdən sonra otağın pəncərəsinin yanında bitki məşəli kütlələr aşkar edilir (video çəkiliş zamanı kamera polis əməkdaşları sellofan paketlərə baxış keçirən polis əməkdaşlarını çəkən zaman otaqdakı pəncərənin yanı videoya düşməmiş, bəzi polis əməkdaşları kameranın nəzarəti altında olan ərazidən çıxaraq pəncərənin yanına yaxınlaşmış və bundan sonra həmin hissəyə baxış keçirildiyi zaman bükümlər aşkar edilmişdir, bununla yanaşı həmin bitki mənşəli kütlələr aşkar edildiyi zaman Təqsirləndirilən şəxs müdafiəçisinin otaqda iştirak etməsi aşkar sürətdə görünmür), bundan sonra Təqsirləndirilən şəxs həmin bitki kütlələrinin ona məxsus olan narkotik vasitə olduğunu bildirmiş və sözü gedən bitki mənşəli kütlələr qablaşdırılmağa başlanılmısdır (1-ci disk). Aşkar edilmiş bitki mənşəli kütlələr qablaşdırıldıqdan sonra zərfə imzalar çəkilmiş, Təqsirləndirilən şəxs evdə aşkar edilmiş bükümlərlə yanaşı narkotik vasitə olduğunu bildirmiş, bundan polis əməkdaşları evin digər otaqlarına baxış keçirməyə davam etmişlər, bu zaman müvafiq kamera Təqsirləndirilən şəxs qeydə alsa da digər polis əməkdaşları evin qalan otaqlarına daxil olmuşlar (polis əməkdaşları həmin otaqlarda olduqları zaman hər-hansı bir videoçəkiliş aparılmamış və Təqsirləndirilən şəxs onlardan sonra otağa daxil olduğu zaman həmin otaqda keçirilən baxışın videoçəkiliş vasitəsi ilə qeyd alınması başlanılmışdır), Təqsirləndirilən şəxs polis əməkdaşlarından sonra otağa daxil olduğu zaman döşəyin altında elektron tərəzi, sellofan paketlərdə və kibrit qutularında bitki mənşəli kütlələr aşkar edilmişdir (2-ci disk). Aşkar edilmiş bitki mənşəli kütlələr qablaşdırılmağa başlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitələri kibrit qutularına doldurduğunu bildirmişdir, bu zaman Təqsirləndirilən şəxs müdafiəçisi otağa daxil olmuş və polis əməkdaşları ona otaqdan tərəzi aşkar etdiklərini bildirmişlər (3-cü disk). Bundan sonra aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüşdür və polis əməkdaşları, Təqsirləndirilən şəxs və onun müdafiəçisi evi tərk edərək evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Bu zaman polis əməkdaşları sözü gedən evin həyətyanı sahəsində yerləşən tikiliyə daxil olmuşlar, onlardan sonra Təqsirləndirilən şəxs və digər polis əməkdaşları həmin tikiliyə daxil olmuşlar, Təqsirləndirilən şəxs həmin tikiliyə daxil olduqdan sonra orada baş verənlər videoçəkiliş ilə qeydə alınmağa başlanılmısdır və həmin tikilidən bitki toxumları aşkar edilərək qablaşdırılıb götürülmüşdür (4-cü disk) (cinayət işinin 35-36-cı vərəqələri). Məhkəmə bioloji ekspertizası təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və onun yaşadığı evdən aşkar edilərək götürülmüş kütlələr ilə bağlı məhkəmə-bioloji ekspertizası təyin edilmiş və ekspert qarşısında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 (dörd) ədəd kağız bükülüdə olan kütlənin narkotik vasitə olub-olmaması, əgər narkotik vasitədirsə onun növü və çəkisinin nə qədər olması; Təqsirləndirilən şəxs Şabran rayonu Məliklər kəndində yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş sellofan və kağız bükülülərdə, sellofan torbalarda, kibrit qutularında olan kütlənin narkotik vasitə olub-olmaması, əgər narkotik vasitədirsə onun növü və çəkisinin nə qədər olması; Təqsirləndirilən şəxs Şabran rayonu Məliklər kəndində yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş 01 (bir)ədəd elektron tərəzinin üzərində narkotik vasitələrin izləri olub-olmaması və əgər varsa həmin izlər hansı növ narkotik vasitəyə aid olması, həmçinin həmin tərəzinin üzərində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş kütlələrə aid izlərin olub-olmaması; Təqsirləndirilən şəxs Şabran rayonu Məliklər kəndində yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş toxumların narkotik vasitə olub-olmaması, əgər narkotik vasitədirsə onun növü və çəkisinin nə qədər olması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan kütlələrlə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr eyni tərkibli olub-olmaması barədə suallar qoyulmuşdur (cinayət işinin 40-41-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/946 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sözləri yazılmış 1 nömrəli kağız paketdə 04 (dörd) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,386 qram, 2) 0,389 qram, 3) 0,198 qram 4) 2,286 qram, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunmuş” sözləri yazılmış 2 nömrəli kağız paketdə 02 ədəd şəffaf sellofanda 1) 0,479 qram, 2) 0,093 qram, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış 3 nömrəli kağız paketdə 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1) 4,925 qram, 2) 4,847 qram, 3) 4,209 qram, 4) 5,04 qram, 5) 4,784 qram,6)4,550 qram, 7) 4,402 qram,8)0,627 qram, üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş sözləri yazılmış 4 nömrəli kağız paketdə bir ədəd sellofan torbada təmiz çəkisi 50,0 qram, üzərində “ Təqsirləndirilən şəxs yataq otağından aşkar olunmuş” sözləri yazılmış 5 nömrəli kağız paketdə bir ədəd sarı rəngli sellofanda təmiz çəkisi 75,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -162,215 qramdır. Tədqiqata təqdim olunmuş beş ədəd kağız paketdə olan marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş sözləri yazılmış 2 nömrəli kağız paketdə 03 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,435 qram, 2) 0,073 qram, 3) 0,272 qram, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış 3 nömrəli kağız paketdə şəffaf sellofanda təmiz çəkisi 0,530 qram olan bitki toxumları narkotik təbiətli (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cinayət işinin 44-47-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 162,215 qram narkotik vasitə hesab edilən marixuananın 0,8 qramı nümunə olaraq götürülmüş və 161,415 qram hissəsi geri qaytarılmışdır (cinayət 48-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərardan qeyd edilmişdir ki, " xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunun Məliklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonunun Məliklər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ittiham etməyə əsas verən kifayət qədər sübutlar toplanılmışdır ona görə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ümumilikdə 162,215 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özündə olan “Unit” markalı elektron tərəzi vasitəsilə ayrı-ayrı hissələrə böldükdən sonra 02 (iki) ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,479 qram, 0,093 qram və 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 50,0 qram olan hissəsini yaşadığı Şabran rayonunun Məliklər kəndi ərazisində yerləşən evində məişət əşyalarının saxlanıldığı otaqda qutuların içərisində, 07 (yeddi) ədəd kibrit qutusu və 01 (bir) ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram, 4,847 qram, 4,209 qram, 5,04 qram, 4,784 qram, 4,550 qram, 4,402 qram və 0,627 qram, 01 (bir) ədəd sarı rəngli sellofan torbada ümumi təmiz çəkisi 75,0 qram olan hissəsini evin yataq otağındakı döşəyin altında gizlədib, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,389 qram, 0,198 qram, 2,286 qram olmaqla ümumi təmiz çəkisi 3,259 qram olan hissəsini isə əynindəki şalvarın sol yan cibinə qoyub üzərində daşımaqla narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı qeyd olunan narkotik vasitələr və “Unit” markalı elektron tərəzi yaşadığı evdə gizlətdiyi yerlərdən eləcə də üzərindən aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür". Həmin qərarda Təqsirləndirilən şəxs, onun ibtidai istintaq zamanı dövlət hesabına "müdafiəçisi" X15 və Şabran Rayon Polis X4 müstəntiqi X19 həmin qərarın Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə, saat 09:00-da elan edildiyini və ittihamın mahiyyətinin ona izah edildiyini öz imzaları ilə təsdiq etsələr də, sözü gedən qərar sadəcə təsviri-əsaslandırıcı (müəyyən etdi) hissəsindən ibarətdir və qərarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunmasının qərara alındığının qeyd edildiyi nəticəvi (qərara aldı) hissəsi ümumiyyətlə mövcud deyildir (cinayət işinin 53-54-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-28/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 68-72-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli vəsatətin tam rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satış məqsədi ilə deyil, şəxsi istifadəsi məqsədi ilə saxlamasını bildirməsi vəsatət kimi qəbul edilmiş və onun törətdiyi cinayət əməli şəxsi axtarış, baxış protokolları, ekspert rəyi, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilməsi səbəbindən tam rədd edilmişdir (cinayət işinin 73-74-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizasının təyin edilmiş və ekspertin qarşısında Təqsirləndirilən şəxs narkoman olub-olmaması, narkoman olduğu təqdirdə isə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasından ibarət suallar qoyulmuşdur (cinayət işinin 78-79-cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-24/2023 nömrəli istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələrin keçirilməsi və onun narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal onun üzərinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 83-84-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-42/2019 nömrəli cinayət işi üzrə xx.xx.2019cu il tarixdə qəbul edilmiş hökmdən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddətinə şərti hesab edilmişdir (cinayət işinin 85-89-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanan əldə etdiyi mənbənin müəyyən edilməsi barədə əməliyyat tapşırığı verilmişdir (cinayət işinin 94-cü vərəqəsi). - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X26 xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2- 587/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin 97-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunun Məliklər kəndində anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70 və 152.1-ci maddələri ilə 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə 01 (bir) il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddətini başa vurmuşdur (cinayət işinin 98-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata 0,8 qram sərf edilməklə ümumi təmiz çəkisi 161,415 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 (bir) ədəd elektron tərəzi, 1,31 qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişdir (cinayət işinin 99- 100-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 213 nömrəli şəhadətnamədən görünür ki, Şahid4 "TOZ" markalı, 117102 nömrəli, 16 çaplı qoşa lüləli (silahın kalibr markası) və İj-58 markalı, E5589 nömrəli 12 çaplı, 1964cü il (zavod istehsalı qısa lülə) mülki silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə icazə verilmişdir (cinayət işinin 114-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanan əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı Şabran Rayon Polis X8 Bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, hər-hansı bir müsbət cavab əldə edilməmişdir (cinayət işinin 117-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Uzunboyad İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-593/2023 nömrəli arayışdan görünür ki, Şabran rayonunun Məliklər kəndində yaşayan Təqsirləndirilən şəxs atası xx.xx.1969-cu il təvəllüdlü Şahid4, anası xx.xx.1974-cü il təvəllüdlü X16, həyat yoldaşı xx.xx.2003-cü il təvəllüdlü X7, oğlu xx.xx.2016-cu il təvəllüdlü X17, oğlu xx.xx.2020-ci il təvəllüdlü X10 ibarət ailə tərkibi vardır (cinayət işinin 118-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Uzunboyad İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-592/2023 nömrəli xasiyyətnamədən görünür ki, ümumilikdə Təqsirləndirilən şəxs ailəsi cəmiyyət içərisində müsbət qiymətləndirilir (cinayət işinin 119-cu vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi X12-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5303 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 120-121-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 127-137-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - AZ – İV seriyalı, 671253 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X11 atasıdır. - AZ – İ seriyalı, 396746 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X11 atası hesab edilmişdir. - AZ – İV seriyalı, 671254 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X13 atasıdır. - AZ – İ seriyalı, 396747 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X13 atası hesab edilmişdir. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Şahid4 onun atası, xx.xx.2019-cu il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X20 isə onun oğullarıdır. - Şabran Rayon Məhkəməsinin 1(031)-62/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs növündə qətimkan təbiri qüvvəsində saxlanılmışdır. - Şabran Rayon Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyat kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:30-da Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. - Şabran Rayon Məhkəməsinin 1(031)-62/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixli qərardan görünür ki, həmin qərara əsasən hazırki iş üzrə Şahid1 istifadəsində olan 070 *** ** ** mobil nömrənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər üçün anten dairələrinə dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülərək Şabran Rayon Məhkəməsinə təqdim edilməsi qərar alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş Şahid1 istifadəsində olan 070 *** ** ** mobil nömrənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər üçün anten dairələrinə dair məlumatlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 13:43:13-dən başlayaraq 22:51:43-ə kimi olan müddət ərzində Bakı şəhərində olmuş, həmin tarixdə, saat 23:01:50-dən 23:02:00-a kimi olan müddət ərzində Abşeron rayonunda, həmin tarixdə saat 23:31:59-dan 23:44:14-ə kimi olan müddət ərzində Xızı rayonunda, həmin tarixdə saat 23:57:30-dan xx.xx.2023-cü il tarixdə, saat 00:18:07-ə kimi olan müddət ərzində Siyəzən rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 00:34:33dən 00:34:41-ə kimi olan müddət ərzində Şabran şəhərinin ərazisində, xx.xx.2023-cü il tarixdə, saat 02:50:26-da Şabran rayonunun Sincanboyad kəndi ərazisində olmuşdur. - Şabran Rayon Məhkəməsinin 1(031)-62/2023 nömrəli cinayət işi üzrə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” - nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 .05.2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 42.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 350.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynəlxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” - ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə istintaqı zamanı aşkar edildi ki, Şabran Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 13:43:13-dən başlayaraq 22:51:43-ə kimi olan müddət ərzində Bakı şəhərində olmuş, həmin tarixdə, saat 23:01:50-dən 23:02:00-a kimi olan müddət ərzində Abşeron rayonunda, həmin tarixdə saat 23:31:59-dan 23:44:14ə kimi olan müddət ərzində Xızı rayonunda, həmin tarixdə saat 23:57:30-dan xx.xx.2023cü il tarixdə, saat 00:18:07-ə kimi olan müddət ərzində Siyəzən rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 00:34:33-dən 00:34:41-ə kimi olan müddət ərzində Şabran şəhərinin ərazisində, xx.xx.2023-cü il tarixdə, saat 02:50:26-da Şabran rayonunun Sincanboyad kəndi ərazisində olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Şabran rayonunun Məliklər kəndi ərazisində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayə yaşamasına və polis əməkdaşları tərəfindən həmin evə gecə saatlarında baxış keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ailə üzvləri həmin evdə olmamışlar və bu da məhkəməyə Təqsirləndirilən şəxs ailə üzvlərinin polis əməkdaşlarının təkidi ilə həmin evdən uzaqlaşdırıldıqlarını və bundan sonra evə baxış keçirildiyi nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin evə keçirilmiş baxış zamanı müvafiq videoçəkiliş tam şəkildə yox, 04 (dörd) ayrı-ayrı diskə köçürülərək məhkəməyə təqdim edilmiş və həmin videolardan da görünür ki, evə baxış keçirildiyi zaman polis əməkdaşları videoçəkiliş aparmadan Təqsirləndirilən şəxs qabaq evin otaqlarına daxil olurlar və bundan sonra Təqsirləndirilən şəxs onu müşahidə edən polis əməkdaşları ilə birlikdə otağa daxil olduqdan sonra sözü gedən evin müvafiq yerlərindən narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman 04 (dörd) büküm narkotik vasitəni yerdən aşkar edilərək götürdüklərini, Təqsirləndirilən şəxs ilk öncə həmin narkotik vasitənin onun olmadığını bildirməsinə baxmayaraq sonradan narkotik vasitənin onun olduğunu etiraf etdiyini bildirsələr də, Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyi zaman o, sözü gedən 04 (dörd) bükümü cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitənin onun olduğunu bildirmişdir. Bu hal isə məhkəməyə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalması nəticəsində narkotik vasitələrin onun olduğunu bildirdiyi nəticəsində gəlməyə kifayət qədər əsas verir. Bununla yanaşı polis əməkdaşları Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman 04 (dörd) büküm narkotik vasitəni yerdən aşkar edilərək götürdüklərini bildirsələr də, bununla bağlı onlar tərəfindən hər-hansı bir sənədlşdirmə aparılmamış, əksinə şahidlər tərəflərindən aşkar edilərək götürülmüş 04 (dörd) büküm narkotik vasitənin aqibəti ilə bağlı məlumatlarının olmadığını və həmin narkotik vasitələrin necə Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bilmədiklərini göstərmişlər. Qeyd edilən hallar ilə yanaşı məhkəmə bioloji ekspertizası təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan kütlələrlə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr eyni tərkibli olubolmaması barədə sual qoyulsa da, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/946 nömrəli ekspert rəyində bu suala münasibət bildirilməmiş və iş üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 267-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrar ekspertiza təyin edilməmiş və bu hal ilə bağlı cinayət işində hər-hansı bir əsaslandırma aparılmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, o, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə o, təqsirləndirilən şəxs qismində dindirmə zamanı etiraf edici ifadə verdiyi gün, Şabran Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona qarşı elan edilmiş ittihamda göstərilən əməl üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə psixi təzyiq altında verdiyi şübhəli ifadəsindən başqa hər-hansı bir sübutun olmadığı şəraitdə isə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ilkin ifadəsi hazırda onun əleyhinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin həmin şübhəli olan ilkin ifadəsi onun əleyhinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə narkotik vasitənin cibindən çıxararaq stolun üzərinə qoyması, onun əməlinin etirafedici ifadəsinin sübutu kimi də qəbul edilə bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı psixi təzyiq tətbiq olunaraq əldə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və X9 X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (xx.xx.1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (xx.xx.2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” xx.xx.2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və gəzdirilməsi və narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında xx.xx.1999-cu il tarixli, 728-İQ nömrəli Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması vəkil Arif Həbibzadəyə həvalə edilərək sonradan o, ibtidai araşdırma zamanı müxtəlif isintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və işin əsl hallarının araşdırılmasına təşəbbüs göstərməmiş, bununla bağlı heç bir vəsatət qaldırmamış və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdirdir. Belə olan halda təhqiqat və ibtidai araşdırma zamanı vəkil A.Həbibzadə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Bundan başqa, məhkəmə sübut kimi istinad olunan polis əməkdaşlarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır ki, bu ifadələrin də əsasən şübhəli şəxsin tutulmasının vaxtı, səbəbi və halları barədə hissələrinin, məhkəmə iclasında araşdırılmış digər sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirinin keçirilməsi barədə qərarda, nə raportda, nə də ki, əməliyyat qrupunun yaradılması haqqında əmrdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə qeyd yoxdur. Əksinə məhkəmədə şahid kimi ifadə verən polis əməkdaşları Təqsirləndirilən şəxs tutulduğu ərazidə oğurluqların artması ilə bağlı xidmətdə olduqlarını bildirmişlər. İbtidai istintaq zamanı isə şahid kimi ifadə verən polis əməkdaşları demək olar ki, nöqtə-vergülünə kimi eyni olan ifadələrində “narkotik vasitələri qanunsuz olaraq üzərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata” əsasən Təqsirləndirilən şəxs saxlandığını bildirmişlər. xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında əmr”in birinci abzasında “Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması ilə məşğul olması barədə etimad doğuran naməlum və qərəzsiz mənbədən məlumat daxil olduğu” qeyd olunmuşdur. Naməlum mənbə dedikdə məlum olmayan mənbə başa düşülür. Məlum olmayan mənbənin qərəzsiz olduğu cinayət təqibi orqanı tərəfindən necə müəyyənləşdilirib məhkəməyə aydın deyil. Adları çəkilən şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli, “X3rşı” iş üzrə 18 yanvar 1978-ci il tarixli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Hazırki işin materiallarına nəzərə yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi və onun üzərində və evində axtarışın aparılması barədə şahid kimi ifadələr vermişlər və ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmiş, bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişlər. Buna görə, məhkəmə hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının (yuxarıda ətraflı təsvir edilmiş) fonunda polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşılmasını haqlı hesab edir və bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. A,Bağırovun yaşadığı evdə axtarışın aparılmasını özündə əks etdirən videogörüntünün 4 hissədən ibarət olmasına dair məhkəmə qeyd edir ki, hər bir halda bu və ya digər istintaq hərəkətinin aparılması haqqında mühüm prosessual sənəd hesab olunan protokolda həmin istintaq hərəkətinin keçirilməsi ilə bağlı videoçəkilişin aparılması, onun ardıcıllığı, bu zaman hər hansı səbəbdən çəkilişin dayandırılması və ya fasilələrin yaranması kimi hallar əksini tapmalı, bunların da səbəbləri həmin protokolda göstərilməlidir. Lakin A,Bağırovun yaşadığı evdə axtarışın və götürmənin aparılması haqqında tərtib edilmiş 30 iyun 2023-cü il tarixli protokoldan videoçəkilişin hansı səbəblərdən 4 hissədən ibarət olması görünmür, bu isə həmin protokolun əldə olunmuş videogörüntülərlə ziddiyyət təşkil etməsinə, nəticə etibarı ilə bu halın da göstərilən istintaq hərəkətinin qanun pozuntusu ilə aparılmasına, yəni onun nəticəsində əldə edilmiş sübutların yolverilməz olmasına dəlalət edir. Ümumiyyətlə məhkəmə qeyd edir ki, CPM-nin 177.6-ci maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. CPM-nin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Bu zaman nəzərə almaq lazımdır ki, normanın məzmunu genişləndirici formada təfsir olunmamalıdır, yəni iş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o evə baxış keçirilməsinə razılıq vermişdir. Ərizədə axtarış və götürmə hərəkətlərinin aparılmasına onun tərəfindən könüllü icazənin verilməsi müəyyən olunmur, baxış da axtarış və götürməni ehtiva etmir. İstintaq hərəkəti kimi yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış isə (CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin dəvəti və ya icazəsi olmadıqda) CPM-in 177.4.1-ci maddəsinə əsasən təxirə salına bilinməyən hallarda müvafiq məhkəmə qərarı olmadan müstəntiqin (CPM-in 86.4.2-ci maddəsinə görə həm də təhqiqatçının) əsaslandırılmış qərarı əsasında müstəsna olaraq CPM-in 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda aparıla bilər ki, qeyd olunan əsaslar və hallar narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, eləcə də həmin predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə təxirəsalınmaz qaydada baxışın keçirilməsini ehtiva etmir. Belə ki, CPM-in 243.3-cü maddəsinə əsasən axtarış və götürməyə münasibətdə müəyyən olunduğu kimi təxirə salına bilinməyən hallarda yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış müstəntiqin (eləcə də təhqiqatçının) əsaslandırılmış, yəni o cümlədən baxışın zəruriliyinə və təxirə salınmadan keçirilməli olmasına dair izahı əks etdirən qərarı əsasında aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumatlar olduqda aparıla bilər: - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; - yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; - yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin dəvəti və ya icazəsi yoxdursa, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, eləcə də həmin predmetlərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə “yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış” istintaq hərəkəti müstəsna olaraq məhkəmə nəzarəti qaydasında çıxarılmış məhkəmə qərarı əsasında məcburi keçirilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri sırasında axtarış ümumiyyətlə nəzərdə tutulmadığından, istintaq hərəkəti kimi axtarış isə CPM-də “yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış”dan fərqləndirildiyindən, istər baxış məcburi qaydada, istərsə də istintaq hərəkəti kimi CPM-in 177.6-cı maddəsində göstərilən şəxslərin razılığı ilə aparıldıqda baxışın əvəzinə axtarışın keçirilməsinə yol verilmir. CPM-in 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. CPM-in 244.4-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Maddələrin məzmunundan da göründüyü kimi qanunverici axtarış və götürmənin aparılmasında müdafiəçidən başqa barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakının da təmin edilməli olması barədə imperativ norma qəbul etmişdir. Lakin istintaq orqanı tərəfindən qeyd olunan tələbə də əməl olunmamış, formal vəkildən başqa axtarış və götürmədə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməmişdir. Təhlil edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə A,Bağırovun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlir və ona bu əsasla bəraət verilməsini mümkün bilir, digər tərəfdən həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməklə və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina edir. Məhkəmə, növbəti olaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/946 nömrəli rəyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X22 Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 5303 nömrəli rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünkü, məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyrimötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi X14 dair rəy təqsirləndirilən şəxsin qəsdən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq qurudulmuş marixuana olan narkotik vasitəni qəsdən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/946 nömrəli rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X22 Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 5303 nömrəli rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə yuxarıda qeyd olunanların xülasəsi olaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamış, məhkəmə tərəfindən əməliyyat işi tələb olunsa da, məhkəməyə təqdim olunmamış, məhkəmə iclasında dindirilən polis əməkdaşları onun saxlandığı ərazidə oğurluqların çox olması səbəbi ilə xidmətdə olmalarını bildirmiş, əməliyyatçı Şahid1 Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmiş, onun üzərindən aşkar olunduğu bildirilən 4 ədəd bükün polis əməkdaşları tərəfindən “yerdən” tapılmış, yerdən tapılan bükümlərin videoçəkilişdə necə onun üzərindən çıxdığı izah edilə bilməmiş, çəkilişdə ona məxsus 2 ədəd mobil telefon götürülmüş, lakin sənədləşdirilməmiş, iclasda təqsirləndirilən şəxs həmin telefonların atasına qaytarıldığını bildirmiş, Şabran rayonu ərazisində 3 nəfər fərdi qaydada vəkil fəaliyyəti ilə məşğul olan vəkil olduğu halda təqsirləndirilən şəxsə Siyəzən rayonundan müdafiəçi təyin edilmiş, həmin müdafiəçi tərəfindən müdafiə etdiyi şəxsə ümumiyyətlə heç bir yardım olunmamış, yalnız prosessual sənədləri imzalamış, təqsirləndirilən şəxsin evinə baxış keçirmək əvəzinə baxış, axtarış və götürmə aparılmış, bu barədə hətta təqsirləndirilən şəxsin ərizəsi olsa belə müstəntiq qərar qəbul etməmiş, baxış, axtarış və götürmə mümkün olan və olmayan bütün pozuntuları törətməklə aparılmış, vəkil qonaq otağında oturmuş, evdə yanlız təqsirləndirilən şəxs və çoxlu sayda polis əməkdaşları olmuş, çəkilişin özü 4 hissədən ibarət olmaqla qeyri-peşəkarlıqla aparılmış, narkotik vasitələrin tapıldığı yerlər çəkilişdən kənar qalmış, sonradan “tapıldıqca” çəkiliş aparılmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, üzərində narkotik aşkar olunmuş şəxsin könüllü olaraq evində də olduğunu bildirməsi, müdafiəçisi yanında ola-ola buna razılıq verməsi, bununla da öz vəziyyətini pisləşdirməsi, yəni özünə daha ağır ittihamın irəli sürülməsinə rəvac verməsi ağlabatan və inandırıcı deyil. Hətta videoçəkiliş başlayanda təqsirləndirilən şəxs paltarların yığıldığı sellofan torbaları göstərir və narkotik vasitənin orada olduğunu bildirir, lakin oradan heç nə “aşkar” olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan və məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 161,415 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuana hazırkı cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktın üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübut kimi saxlanılan yuxarıda qeyd olunan narkotik vasitə həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut ekspertiza tədqiqatına 0,8 qram sərf edilməklə ümumi təmiz çəkisi 161,415 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 (bir) ədəd elektron tərəzi və 1,31 qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları onların qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk və Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsini əks etdirən 04 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatına 0,8 qram sərf edilməklə ümumi təmiz çəkisi 161,415 qram təşkil edənə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın, 01 (bir) ədəd elektron tərəzinin və 1,31 qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-10/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-10/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver