Məhkəmə qərarları › İş №1(031)-11/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-11/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-11/2021 02.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,177.2.1, 32.3,177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, xx xxxxxx 1989-cu il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3 -cü maddələri ilə, 24 oktyabr 1986-cı il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu Pirəmsən kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxx 1971-ci il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Leyti kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 15-ci məhəllə 10 nömrəli yataqxana otaq 4 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağalıq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Bayram Cavdatovun arvadı X8 və onun ailə üzvləri üçün dövlət tərəfindən inşa edilən birmərtəbəli fərdi yaşayış evinin tikinti sahəsində saxlanılan müxtəlif növ tikinti materiallarını talamaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcədən hazırladığı plan üzrə sözügedən ərazidə olub şəraitlə, eləcə də tikinti sahəsinin qeyri-rəsmi olaraq mühafizəsini həyata keçirən Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, vəd etdiyi pulun müqabilində həyata keçirmək istədiyi oğurluğa sonuncunun «göz yumub» kömək edəcəyinə əmin olduqdan sonra 2020-ci ilin sentyabrın 07-dən 08-nə keçən gecə, saat 24 radələrində, həmkəndlisi, aparmış olduğu rolların bölgüsünə əsasən bu cinayətin törədilməsində bilavasitə «icraçı» qismində nəzərdə tutduğu Təqsirləndirilən şəxs3 da gətirib sözügedən ərazi ilə şəxsən tanış edib özünün idarə etdiyi QAZ-L markalı əvvəlcədən üzərindən dövlət qeydiyyat nişanı çıxarılmış yük avtomobilini onun istifadəsinə vermiş, onun əvvəlcədən vermiş olduğu göstərişlərinə əsasən hərəkət edən Təqsirləndirilən şəxs3 bundan təxminən bir saat sonra sözügedən əraziyə gəlib avtomobili bir az aralıda saxlayaraq «gözətçi» Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında ərazisi daş çəpərlə əhatə olunmuş sözügedən tikinti sahəsinə qanunsuz daxil olmaqla oradan köməkli şəkildə uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm olan ümumi dəyəri 340 manat təşkil edən 22 ədəd 1 m3 taxtanı, «xxxx» ASC-nin istehsalı olan «Qaradağ Optimal 300» markalı, 492 manat 90 qəpik dəyərində 93 kisə sementi, hər birinin uzunluğu 3 metr, ümumi dəyəri 150 manat təşkil edən 6 ədəd dəmir profil dirəkləri, hər birinin uzunluğu 6 metr, qalınlığı 5 sm, eni isə 12 sm, ümumi dəyəri 374 manat təşkil edən 29 ədəd 1,1 m3 taxtanı, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 12 sm, ümumi dəyəri 74 manat təşkil edən 12 ədəd 0,2 m3 karniz taxtanı, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 8 sm, ümumi dəyəri 259 manat təşkil edən 70 ədəd 0,7 m3 taxta reykaları, cəmi isə 1689 manat 90 qəpik məbləğində özgə əmlakını ələ keçirib avtombilin yük yerinə yüklədikdən sonra yüklə dolu avtomobili onun Pirəmsən kəndində yerləşən evinin qarşısında saxlayıb getmiş, bununla da 1689 manat 90 qəpik məbləğində özgənin əmlakının gizli olaraq talanmasının – oğurlanmasının təşkilatçısı olmuşdur. Bundan başqa o, təkrarən Şabran rayonu Leyti kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs4 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rayonun Ağalıq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Bayram Cavdatovun arvadı X8 və onun ailə üzvləri üçün dövlət tərəfindən inşa edilən birmərtəbəli fərdi yaşayış evinin həyətyanı sahəsindən tikinti materiallarının oğurlanması barədə aralarında əvvəlcədən razılığa gələrək 2020-ci il 11 sentyabr tarixdə, gecə saat 03 radələrində, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə idarə etdiyi Kamaz markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sözügedən əraziyə gəlmiş, ətrafdakıların diqqətini cəlb etməmək və tanınmamış qalmaq üçün dövlət qeydiyyat nişanını çıxartığı avtomobili bir az kənarda saxlayaraq Elman Nuriyevlə ərazisi daş çəpərlə əhatə olunmuş sözügedən tikinti sahəsinə qansuz daxil olmaqla oradan uzunluğu 6 metr, qalınlığı 5, eni isə 10 sm, ümumi dəyəri 340 manat təşikl edən 1 m3 taxtanı, “xxxx” ASC-nin istehsalı olan “Qaradağ Optimal 400” markalı 234 manat dəyərində 39 kisə sementi və ümumi uzunluğu 138 metr, qalınlığı 8 mm, ümumi dəyəri isə 13 manat 80 qəpik təşkil edən 23 ədəd polad armaturu ələ keçirib bunun bir qismini köməkli şəkildə təxminən 25 metr aralıda saxladıqları avtomobilin yük yerinə yükləyərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, yəni öz iradəsindən asılı olmayan səbələrə görə cinayət əməllərini başa çatdıra bilməmiş, bununla da 587 manat 80 qəpik məbləğində özgənin əmlakını gizli olaraq talamağa – oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndi ərazisində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Bayram Cavdatovun arvadı X8 və onun ailə üzvləri üçün dövlət tərəfindən inşa edilən birmərtəbəli fərdi yaşayış evinin tikinti sahəsində öz təşəbbüsü ilə, qeyri-rəsmi olaraq «gözətçi» funksiyalarını yerinə yetirərkən, 2020-ci il 7 sentyabr tarixdə, saat 23 radələrində, sözügedən tikinti sahəsindən müxtəlif növ tikinti materiallarını oğurlamağı qərarlaşdırıb bu cinayətin törədilməsinə təşkilatçılıq edən, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə həmin əraziyə gələn Şabran rayonu Pirəmsən kənd sakini Təqsirləndirilən şəxs1la görüşərək sonuncunun ona vəd etdiyi 200 manat pulun müqabilində həyata keçirmək istədikləri oğurluğa «göz yumub» kömək edəcəyinə söz vermiş, bundan sonra həmin gecə təxminən saat 01 radələrində, Təqsirləndirilən şəxs1 göstərişi ilə idarə etdiyi QAZ-L markalı, dövlət qeydiyyat nişanları əvvəlcədən çıxarılmış yük avtomobili ilə həmin əraziyə gəlmiş Təqsirləndirilən şəxs3 qarşılayaraq onunla bir qrup şəxs halında ərazisi daş çəpərlə əhatə olunmuş sözügedən binanın tikinti sahəsinə qanunsuz daxil olmaqla oradan köməkli şəkildə uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm, ümumi dəyəri 340 manat təşkil edən 22 ədəd 1 m3 olan taxtanı, «xxxx» ASC-nin istehsalı olan «Qaradağ Optimal 300» markalı, 492 manat 90 qəpik dəyərində 93 kisə sementi, hər birinin uzunluğu 3 metr, ümumi dəyəri 150 manat təşkil edən 6 ədəd dəmir profil dirəkləri, hər birinin uzunluğu 6 metr, qalınlığı 5 sm, eni isə 12 sm, ümumi dəyəri 374 təşkil edən 29 ədəd 1,1 m3 taxtanı, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 12 sm, ümumi dəyəri 74 manat təşkil edən 12 ədəd 0,2 m3 karniz taxtanı, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 8 sm, ümumi dəyəri 259 manat təşkil edən 70 ədəd 0,7 m3 taxta reykaları ələ keçirib avtomobilin yük yerinə yükləyib yola salmış, bir gün sonra, 9 sentyabr tarixdə, günorta saatlarında, rayonun Pirəmsən kəndinin mərkəzində Təqsirləndirilən şəxs1la görüşərək ondan vəd etdiyi 200 manat pulu almış, bununla da 1689 manat 90 qəpik məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 həmkəndlisi Təqsirləndirilən şəxs1, rayonun Ağalıq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Bayram Cavdatovun arvadı X8 və onun ailə üzvləri üçün dövlət tərəfindən inşa edilən birmərtəbəli fərdi yaşayış evinin tikinti sahəsindən müxtəlif növ tikinti materiallarını oğurlamağı qərarlaşdırıb cinayətkar niyyətini həyata keçirmək məqsədilə sözügedən ərazi ilə şəxsən tanış edib və müvafiq göstərişlərini verdikdən sonra o, 2020-ci ilin sentyabrın 07-dən 08nə keçən gecə saat, 01 radələrində, idarə etdiyi QAZ-L markalı üzərindən dövlət qeydiyyat nişanı əvvəlcədən çıxarılmış yük avtomobili ilə sözügedən əraziyə gəlmiş, ətrafdakıların diqqətini cəlb etməmək və hər hansı təhlükənin olmamasından əmin olmaq üçün avtomobili tikinti gedən obyektdən təxminən 50 metr aralı, avtobus dayanacağının arxasında saxlayıb 1 saat gözləmiş, bundan sonra avtomobili bir az da yaxın sürərək həmin obyektdə qeyri-rəsmi olaraq «gözətçi» funksiyalarını yerinə yetirən Təqsirləndirilən şəxs1 tərəfindən pul müqabilində bu cinayətin törədilməsinə cəlb edilmiş Şabran şəhər sakini Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında ərazisi daş çəpərlə əhatə olunmuş sözügedən tikinti sahəsinə qanunsuz daxil olmaqla oradan köməkli şəkildə uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm, ümumi dəyəri 340 manat təşkil edən 22 ədəd 1 m3 taxtanı, «xxxx» ASC-nin istehsalı olan «Qaradağ Optimal 300» markalı, 492 manat 90 qəpik dəyərində 93 kisə sementi, hər birinin uzunluğu 3 metr, ümumi dəyəri 150 manat təşkil edən 6 ədəd dəmir profil dirəkləri, hər birinin uzunluğu 6 metr, qalınlığı 5 sm, eni isə 12 sm, ümumi dəyəri 374 təşkil edən 29 ədəd 1,1 m3 taxtanı, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 12 sm, ümumi dəyəri 74 manat təşkil edən 12 ədəd 0,2 m3 karniz taxtanı, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 8 sm, ümumi dəyəri 259 manat təşkil edən 70 ədəd 0,7 m3 taxta reykaları ələ keçirib avtomobilin yük yerinə yükləmiş və Təqsirləndirilən şəxs1 əvvəlcədən verdiyi tapşırığa əsasən yüklə dolu avtomobili sonuncunun Şabran rayonu Pirəmsən kəndində yerləşən evinin qarşısında saxlayıb getmiş, bununla da 1689 manat 90 qəpik məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 Şabran rayonu Pirəmsən kənd sakini Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rayonun Ağalıq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Bayram Cavdatovun arvadı X8 və onun ailə üzvləri üçün dövlət tərəfindən inşa olunan birmərtəbəli fərdi yaşayış evinin tikinti sahəsindən tikinti materiallarının oğurlanması barədə aralarında əvvəlcədən razılığa gələrək 2020-ci il 11 sentyabr tarixdə, gecə saat 03 radələrində, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə idarə etdiyi Kamaz markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sözügedən əraziyə gəlmiş, ətrafdakıların diqqətini cəlb etməmək və tanınmamış qalmaq üçün arxa dövlət qeydiyyat nişanını çıxartığı avtomobili bir az kənarda saxlayaraq Təqsirləndirilən şəxs1la ərazisi daş çəpərlə əhatə olunmuş sözügedən tikinti sahəsinə qansuz daxil olmaqla oradan uzunluğu 6 metr, qalınlığı 5, eni isə 10 sm, ümumi dəyəri 340 manat təşikl edən 1 m3 taxtanı, “xxxx” ASCnin istehsalı olan “Qaradağ Optimal 400” markalı 234 manat dəyərində 39 kisə sementi və ümumi uzunluğu 138 metr, qalınlığı 8 mm, ümumi dəyəri isə 13 manat 80 qəpik təşkil edən 23 ədəd polad armaturu ələ keçirib bunun bir qismini köməkli şəkildə təxminən 25 metr aralıda saxladıqları avtomobilin yük yerinə yükləyərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, yəni öz iradəsindən asılı olmayan səbələrə görə cinayət əməllərini başa çatdıra bilməmiş, bununla da 587 manat 90 qəpik məbləğində özgənin əmlakını gizli olaraq talamağa – oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu Pirəmsən kəndində qeydiyyatda olmasına baxmayaraq, Şabran şəhəri Q.Qasımov küçəsi ev 37 ünvanda yaşayır. Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərazidə qum və tikinti materialları bazarını icarədə işlədir. Müxtəlif yerlərdən tikinti materiallarını alaraq orada satır. 07 sentyabr 2020-ci il tarixdə gündüz saatlarında hal-hazırda xatırlamadığı nömrədən tanımadığı şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Şabran rayonu Ağalıq kəndində yerləşən tikinti şirkətində işləməsini bildirib və münasib qiymətə sement, taxta və armatur satdığını ona demişdir. Zəng edən şəxsə Ağalıq kəndinə gələrək onunla görüşüb və ətraflı danışdıqdan sonra qərar verəcəyini ona bildirmişdir. 07.09.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhərindən idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə rayona qayıdarkən həmkəndlisi Təqsirləndirilən şəxs3 zəng vurub və onu Şabran rayonu Pirəmsən kəndində yerləşən evinə çağırmışdır. Bakı şəhər sakini dostluq etdiyi Sadiq adlı şəxsə məxsus olan lakin bir neçə müddətdir ki, idarə etdiyi nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobilə əyləşib və qapının qarşısından da Loğmanı götürərək onunla birlikdə Şabran rayonu Ağalıq kəndi istiqamətinə getmişlər. Yolda olarkən Loğmana Ağalıq kəndinə həmin ərazidə olan tikinti şirkətinin cavabdeh işçisi ilə görüşməyə getdiklərini və əgər alınarsa yəni götürəcəyimiz tikinti materialları oğurluq deyilsə, onun dedikləri realdırsa, “Qazel” markalı avtomobili ona verəcəyini və özü isə yorğun olduğu üçün gedib evdə yatacağını ona bildirmişdir. Loğman həmin yerə baxdıqdan sonra onu Pirəmsən kəndində yerləşən evinə qaytarıb və onu düşürməsini tapşırmışdır. Şabran rayonu Ağalıq kəndinə gələrək kəndin girişində topdan satış dükanlarının qarşısındaki kafenin yanında dayanmış və həmin adını bilmədiyi şəxsin nömrəsinə zəng vurmuşdur. Həmin şəxs kafedən çıxaraq avtomobilə yaxınlaşmış və avtomobilin içərisindən onunla söhbət etməyə başlamışdır. Sonradan polis şöbəsində adının Ruslan olmasını bildiyi şəxs sement, taxta və armatur materiallarını satdığını ona demişdir. Ruslan 400 marka sementi 5 manatdan, çox götürdüyü halda 4 manatdan, markası üstündə göstərilməyən 300 marka sementi isə 3 manatdan, 5-10 sm taxtanın 1 ədədini 7 manatdan, armaturun isə qalınlığından aslı olaraq qiymət deyəcəyini bildirmişdir. Ruslandan həmin materialların oğurluq olubolmamasını soruşduqda Ruslan belə bir halın olmadığını qəti şəkildə ona demişdir. Belə olan halda razılaşaraq Loğmanı həmin Ruslan adlı şəxslə tanış edərək Pirəmsən kəndinə gəlmişlər. Evinin qarşısında avtomobildən düşdükdən sonra həmin avtomobili Loğmana verib və benzin vurması üçün də ona 20 manat məbləğində pul verərək evinə getmişdir. Yolda olarkən materialları götürdükdən sonra avtomobili kəndin mərkəzindəki dükan və kafenin qarşısında saxlamasını Loğmana tapşırmışdır. Ertəsi gün yəni 08 sentyabr 2020-ci il tarixdə səhər saat 09 radələrində Ruslan adlı şəxsə zəng edərək 60 ədəd sement, 10 ədəd 5-10 taxta və 6 ədəd dəmir profilin Loğmana təhvil verdiyi “Qazel” markalı avtomobilinin yük yerinə yerləşdirdiyini bildirmişdir. Avtomobilinin yanına gələrək tikinti materiallarının yük yerində olmasını görərək maşina əyləşib və işlədiyi Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qum bazarına getmişdir. Sementlərin bir kisəsini 5 manatdan, taxtaları isə birini 8 manatdan pərakəndə şəkildə tanımadığı şəxslərə satmışdır. Dəmir profilləri isə hər birini 17 manata yaxınlıqda yerləşən Arizin qapı sexinə satmışdır. 08 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ruslan ona zəng edərək ona verdiyi həmin materiallarının pulunu istəmişdir. Həmin gün saat 14 radələrində Pirəmsən kəndində Babanın kafesində olduğu zaman taksi avtomobili ilə Ruslan qaynı Tural Şahverdiyevlə birlikdə həmin kafeyə gəlmişlər. Kafenin qarşısında Ruslana 220 manat pul verib və taxta materiallarına görə 70 manat pulu borclu qalmışdır. Bundan başqa 10 sentyabr 2020-ci il tarixdə Ruslan ona zəng edərək 5-10 ölçüdə taxta, 40 kiloqramlıq sement və 8-lik, 10-luq armatur satdığını ona bildirmişdir. Həmin tikinti materiallarını neçəyə satmasını Ruslandan soruşduqda o, sementin bir kisəsini 5 manatdan, çox aldığı halda 4 manatdan, taxtanın 1 ədədini 7 manatdan satdığını, armatura isə qiymət deməyərək onun qiymətini razılaşacağını bildirmişdir. Ruslanın təklifini qəbul edərək həmin gün işləri olduğuna görə saat dəqiqləşdirmədən və Ruslan həmin materialları daşımaqdan ötrü fəhlə tapdıqdan sonra onunla əlaqə saxlayacağına razılaşmışlar. Beləliklə də, 10 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Ruslan ona zəng edərək həmin materialları daşımaqdan ötrü gecə saat 02-də fəhlə olacağını ona bildirmişdir. Ruslan 11 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində yenə də ona zəng edərək gecə saat 02:30-da gəlməsini ona demişdir. Lakin səhər saat 7-yə qədər Bakı şəhərində yük çatdırmalı olduğunu Ruslana deyərək yalnız indi gələ biləcəyimi ona demiş və saat 01:00-da idarə etdiyi lakin etibarnaməsinin vaxtı bitmiş Fikrət İsmayılova məxsus “Kamaz” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Şabran şəhərindən çıxaraq Xaçmaz rayonu istiqamətində getmişdir. İdarə etdiyi avtomobil müəyyən alqı-satqı sənədləşməsləri ilə əlaqədar həmin gün Şabran rayonu ərazisində yerləşən avtobaza adlanan yerdə təmirdə olduğu üçün oradan çıxdıqdan sonra arxa nömrəni taxa bilmədiyi üçün yük avtomobilinin arxa nömrəsi olmamışdır. Şabran rayonu Ağalıq kəndinə çatdıqda Ruslan telefonla istiqaməti ona dediyi üçün yaşayış məntəqəsinə tərəf dönüb və 25-30 metr getdikdən sonra Ruslanın əlində fənərlə ona tərəf gəlməsini görərək avtomobili saxlamışdır. Tanımadığı istiqamətdə getməkdən imtina edib, Ruslandan işlədiyi şirkətin rəhbərliyindən və ya məsul şəxslərindən kimin olub-olmamasını soruşmuşdur. Ruslan şirkətin mühafizəçisi işlədiyini və oranın məsul şəxsi, yəni cavabdehi olmasını ona bildirmişdir. Özünə məxsus tikinti materiallarını alırsa, bunu hansı səbəbdən gizli yolla əldə etməli olmasını və həmin materialları insanların olduğu yerdə, yəni bazar ərazisində alacağını ona deyərək satacağı materialları təxminən 60-70 metr məsafədə yerləşən pomidor bazarına gətirməsini Ruslandan tələb edərək Bakı-Xaçmaz avtomobil yoluna çıxaraq təxminən 500 metr yol fırlanaraq pomidor bazarına gəlməyi planlaşdırmışdır. Lakin yolda idarə etdiyi yük avtomobilinin elektrik hissəsində problemlər yarandığına görə avtomobili saxlayıb və təxminən yarım saat onun təmirini etdikdən sonra gəlib qeyd etdiyi Bakı- Xaçmaz avtomobil yolunun kənarında təxminən 25 metr içəri doğru olan hissədə yerləşən pomidor bazarına gəlmişdir. Həmin yerə çatdıqda bir neçə ədəd 5-10 taxta və bir neçə kisə sementin yığılmasını görüb və avtomobili həmin yerdə saxlamışdır. Avtomobildən düşdükdən sonra fəhlə olmadığı üçün yerdə yığılmış tikinti materiallarını, yəni sement kisələrini və taxtaları yük avtomobilinin yük yerinə tək yükləməyə başlamışdır. Ruslan isə bilmədiyi yerdən yük avtomobilini saxladığı yerə yenidən sement kisələri və taxta materiallar daşımağa başlamışdır. Tikinti materiallarını idarə etdiyi “Kamaz” markalı avtomobilin yük yerinə daşıyan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Ruslanın həmin tikinti materiallarını icazəsiz olaraq ona satmasını bildirmişlər. Bundan sonra hadisə yerinə keçirilən baxışda iştirak edərək izahat vermək üçün rayon polis şöbəsinə dəvət olunmuş və idarə etdiyi “Kamaz” markalı avtomobilinə yüklədiyi taxta materialları və sement kisələr ilə birgə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu Leyti kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Sumqayıt şəhəri 15-ci məhəllə 10 nömrəli yataqxana otaq 4-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus “Kamaz” markalı 50-CŞ-495 dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. 2020-ci ilin sentyabr ayının 10-da 11-nə keçən gecə Sumqayıt şəhəri 15-ci məhəllə 10 nömrəli yataqxana otaq 4-də yatmış və heç nədən xəbəri olmamışdır. Şabran rayonu Pirəmsən kənd sakini Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur və onunla münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağalıq kəndində yerləşən şəhid ailələri üçün yeni inşa edilmiş evlərdən oğurluq etməsindən heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 2020-ci ilin sentyabr ayının 10-dan 11-nə keçən Şabran rayonu Ağalıq kəndində şəhid ailələri üçün yeni inşa edilən evlərdən tikinti materiallarını oğurlayan zaman polis əməkdaşları tərəfindən saxlanılması sonradan ona məlum olmuşdur. 2020-ci ilin sentyabırın 10-dan 11-nə keçən gecə Təqsirləndirilən şəxs1la birlikdə heç vaxt oğurluq etməmiş və bu hadisədən heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldığı gecə onunla heç bir telefon əlaqəsi olmamış və heç nə danışmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Pirəmsən kəndində ailəsi ilə birlikdə yaşayır və heç yerdə işləmir. 07 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində həmkəndlisi həmçinin uzaq qohumu olan Təqsirləndirilən şəxs1 ona zəng edərək onu Pirəmsən kəndində yerləşən yaşadığı evin yanına çağırmışdır. Yaşadığı evin yanına gəldikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı avtomobildə oturub onu gözlədiyini görmüş və ona yaxınlaşdıqda Tale onu avtomobilə oturmasını və yük daşımağa getməsini ona bildirmişdir. Avtomobilə əyləşdikdən sonra Şabran rayonu Ağalıq kəndi istiqamətində getməyə başlamışlar. Tale Şabran rayonu Ağalıq kəndi ərazisində yerləşən pomidor bazarının arxasında olan tikinti işləri aparılan ərazini ona tanıtmaq məqsədi ilə həmin əraziyə onu apardığını deyərək və ona 20 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs1la birlikdə rayonun Ağalıq kəndinə gəlib çatdıqdan sonra Tale avtomobili tikinti gedən ərazidən bir qədər aralıda saxlamışdır. Tale maşından yerə düşərək adı sonradan ona məlum olmuş Ruslan adlı şəxslə görüşüb və təxminən 10 dəqiqə söhbət etdikdən sonra geri qayıdaraq maşına oturmuşdur. Tale söhbət etdiyi şəxsin həmin ərazinin mühafizəçisi olmasını ona deyərək geri qayıdıb və həmin şəxslə köməkləşərək oradaki tikinti materiallarını götürəcəyini ona tapşırmışdır. Şabran rayonu Pirəmsən kəndinə qayıdaraq yorğun olmasını əsas gətirmiş Təqsirləndirilən şəxs1 avtomobili ona təhvil verib və yaşadığı evə çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi nömrəsiz “Qazel” markalı yük avtomobilini sürüb və Şabran rayonu Ağalıq kəndinə gəlmişdir. Avtomobil ilə tikinti gedən əraziyə yaxınlaşdıqda Talenin az öncə görüşdüyü Ruslan adlı şəxsin ona yaxınlaşmasını görmüşdür. Ruslan yolun kənarındakı kafelərin bağlanmasını gözləməsini ondan xahiş edərək avtomobili kənarda saxlamasını ona tapşırmışdır. Avtomobili yolun kənarındaki avtobus dayanacağının arxasında saxlayaraq piyada Ruslanın yanına gəlmişdir. Ruslan belə dedikdə, götürəcəyi tikinti materiallarının oğurluq olmasından şübhələnməsinə baxmayaraq, bu barədə Ruslana heç bir söz deməmiş və təxminən 1 saat həmin ərazidə dayanaraq gözləmişlər. 2020-ci ilin sentyabr ayının 07-dən 08-nə keçən geçən gecə saat 02:30 radələrində “Qazel” markalı avtomobilini tikinti işləri aparılan ərazinin yaxınlığına sürərək həyətin təxminən 10 metrliyində saxlamışdır. Ruslanla birlikdə giriş qapısı yola tərəf olan tikinti gedən birmərtəbəli evin daş hasarla əhatələnmiş həyətyanı sahəsinə daxil olaraq oradan köməkli şəkildə 60 ədəd 40 kiloqramlıq sement kisələrini, 10 ədəd 6 metr uzunluğunda 5-10 sm ölçüdə taxtaları, reykaları və 6 ədəd təxminən 2-3 metr uzunluğunda dəmir profilləri həyətdən çıxardaraq idarə etdiyi “Qazel” markalı avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra oradan çıxıb Təqsirləndirilən şəxs1 Şabran rayonu Pirəmsən kəndində yerləşən evinin qarşısına gəlmiş və Təqsirləndirilən şəxs1 ona tapşırdığı kimi avtomobilin açarlarını üstündə qoyaraq yaşadığı evə çıxıb getmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 6ə heç bir yerdə işləmir. ünvan 7ən şəhid ailələri üçün inşa edilən evlərdən biri nişanlısının ailəsi üçün tikdiyinə görə təxminən 23-24 gün gecələri tikinti gedən ərazidə qonşunun oraya qoyduğu lapetin içərisində yatmış və gündüzlər isə nişanlısıgilin evinə gedərək orada qalmışdır. Rayon sakini kimi tanıdığı diş həkimi Tural təxminən 07 sentyabr 2020-ci il tarixdə ona zəng edərək qarovulçu dayandığı tikinti işləri gedən ərazidən sement, taxta və dəmir materiallarını oğurlamaq üçün şəraitin olub-olmamasını soruşub, həmin tikinti materiallarının qohumu rayon sakini kimi tanıdığı Tale adlı şəxsə lazım olduğunu bildirmişdir. Qarovulçu kimi dayandığı ərazinin yaxınlığında tikinti işləri getdiyini və orada müxtəlif növ tikinti materiallarının olmasını Turala telefonda bildirsə də həmin materialları oğurlamağın təhlükəli olmasını, həm də həmin evlərin şəhid ailələrinə tikildiyi üçün bu hərəkətin düzgün olmadığını bildirmişdir. Tural qohumu Təqsirləndirilən şəxs1 polis kimi bir adam olduğunu və onun heç bir təhlükədən qorxmadığını ona demişdir. Qarovulçu dayandığı yerdə olan tikinti materiallarına əl vurmağa icazə verməyəcəyini, lakin qonşuluqda yerləşən Gülnarə adlı qadın üçün tikilməkdə olan evin həyətyani sahəsindəki tikinti materiallarına cavabdeh olmayacağını və oradan nəyinsə oğurlanacağı məsələsinə qarışmayacağını bildirmişdir. Həmin gün gecə saat 12 radələrində Təqsirləndirilən şəxs1 “Qazel” markalı yük avtomobili ilə həmin əraziyə, yəni Şabran rayonu Ağalıq kəndində yerləşən, Turk (pomidor) bazarının arxasında yerləşən tikinti gedən əraziyə gəlmiş və Gülnarə xalanın evinin həyətyanı sahəsinə baxmışdır. Təqsirləndirilən şəxs1 yorğun olduğundan, gecə saatlarında Loğman adlı sürücüsünün bir neçə nəfər fəhlə ilə gələrək həmin sahədə yığılmış tikinti materiallarını oğurlayıb və aparacaqlarınlı bildirərək çıxıb getmişdir. Həmin gecə, yəni 2020-ci ilin sentyabr ayının 07-dən 08-nə keçən gecə saat 01 radələrində qaravulda dayandığı həyətyanı sahədə olan zaman həmin “Qazel” markalı nömrəsiz avtomobilin gələrək Loğman adlı sürücünün tək olmasını görmüşdür. Loğman avtomobili qapının qarşısında saxlayıb yerə düşdükdən sonra ona yaxınlaşmış və təxminən 70-80 ədəd sement kisələrini, 6 ədəd 3 metrlik dəmir profilləri, sayını xatırlamadığı sayda 20-30 döşəmə taxtalarını, reykaları oğurlayaraq avtomobilə yükləmiş və oradan uzaqlaşmışdır. Ertəsi gün səhər evin sahibi Gülnarə tikinti materilarının bir qisminin oğurlandığını görüb ağladıqdan sonra vicdan əzabı keçirmiş və şəhid ailəsinin evinə aid tikinti materiallarının oğurlanmasına yardım etdiyi üçün 09.09.2020-ci il tarixdə baş vermiş hadisədə etdiyi köməkliklə əlaqədar rayon polis şöbəsinə gəlib məlumat vermək istəmişdir. Günorta saatlarında Tural adlı şəxs onun mobil telefonuna zəng edərək onu Şabran rayonu Pirəmsən kəndinə çağırmış və Talenin onunla görüşmək istədiyini bildirmişdir. Rayon sakini kimi tanıdığı taksi sürücüsü Etibar adlı şəxsə zəng vuraraq onu Pirəmsən kəndinə aparmasını ondan xahiş etmiş və taksi avtomoli ilə rayonun Pirəmsən kəndinə getmişdir. Kəndin içərisindəki çayxananın qarşısında Tural və Tale ilə görüşdükdə Tale 200 manat pul verərək növbəti gün, yəni 10 sentyabr 2020-ci il tarixdə yenidən gələrək yerdə qalan tikinti materiallarını da oğurlayacağını bildirmişdir. Bu zaman taksi sürücüsü Etibar da Talenin ona pul verməsini görmüş və bundan sonra Turalla birlikdə Etibarın avtomobili ilə Şabran şəhərinə gəlmişlər. Tural avtomobildən düşdükdən sonra pulu gizlədərək axşam saatlarında RPŞ-nə gəlmiş və orada polis əməkdaşına 2 gün əvvəl baş vermiş oğurluq barəsində məlumat vermişdir. Polis əməkdaşı məsələni araşdıraraq həmin ərazidən oğurluq etmək üçün gələn olacağı halda ona bu barədə məlumat verməsini xahiş edib və mobil telefon nömrəsini ona vermişdir. RPŞ-dən çıxıb, Şabran rayonu Ağalıq kəndinə qayıtmış, lakin hələ də içindəki vicdan hissi onu narahat etdiyinə görə oğurluq edən şəxsləri hadisə yerində ifşa etmək üçün birbaşa Təqsirləndirilən şəxs1 zəng vurmayaraq Turala zəng edib və 10 sentyabr 2020-ci il tarixdə Talenin həqiqətən də gəlib-gəlməyəcəyini ondan soruşmuş və Tural qohumu Talenin birazdan ona zəng vuracağını bildirmişdir. Bundan təxminən bir neçə saat sonra Tale ona zəng edərək gecə saatlarında Şabran rayonu Leyti kəndindən olan Elman adlı şəxslə oğurluğa gələcəyini ona deyərək etibarlı uşaqlardan fəhlə kimi tapmasını ondan xahiş etsə də, bir adam tapa bilməyəcəyini ona demişdir. 11 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Tale arxa nömrəsi olmayan qırmızı rəngli “Kamaz” markalı yük avtomobili ilə rayonun Ağalıq kəndi ərazisinə gələrək avtomobili xeyli aralıda saxlayıb və piyada Gülnarə üçün inşa edilən evin yaxınlığına gəlmişdir. Onun qarşısına çıxıb onunla görüşdükdən sonra o, avtomobildə Elman adlı şəxsin olduğunu və onu çağırmasını ondan xahiş etmişdir. “Kamaz” markalı avtomobilə yaxınlaşaraq Elman adlı şəxsi çağırıb və Talenin onu çağırdığını ona deyərək oradan uzaqlaşmışdır. Elman adlı şəxs avtomobildən yerə düşüb Talenin yanına getdikdən sonra adını xatırlamadığı polis əməkdaşına zəng edib və bu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs1 gəldiyi həmin Elman adlı şəxslə birlikdə təxminən 40 ədəd sement kisəsini, 30-35 ədəd 5-10 taxtanı və xeyli sayda armaturu Gülnarə xala gilin həyətyanı sahəsindən çıxarab və evdən təxminən 25 metr aralıda yola yaxın əraziyə daşımışlar. Bu zaman Tale ondan kömək etməsini xahiş etsə də, əyinindəki paltarları batırmaq istəmədiyini onlara deyib və kömək etməkdən qətiyyən imtina etmişdir. Tikinti materiallarını daşıyaraq yola yaxın yerə yığdıqdan sonra Tale piyada gedərək “Kamaz” markalı yük avtomobilini materiallarını yığdıqları yerin yaxınlığına sürmüş və Elmanla birlikdə tikinti materialları avtomobilə yükləməyə başlamışlar. Taxtaları yığıb qurtardıqdan sonra sement kisələrini də “Kamaz”ın yük yerinə atmağa başlayarkən polis əməkdaşları həmin yerə gəldikləri üçün Elman adlı şəxs küçədə yola yaxın olduğuna görə həmin ərazidən qaçıb getmişdir. Lakin Tale isə materialları avtomobilin yük yerində qəbul etdiyi üçün qaçmağa macal tapmamış və polis əməkdaşları onu yaxalamışlar. Tale tikinti materiallarını ondan pulla almasını bildirsə də, bunun həqiqət olmadığını deyərək Pirəmsən kəndində Tural və taksi sürücüsü Etibarın yanında Təqsirləndirilən şəxs1 200 manat puldan başqa heç bir pul almamış və həmin pulu da istintaq zamanı təhvil vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə qismində dindirilən Qanuni nümayəndə göstərdi ki, Cəbrayıl rayonu Hovuslu kənd kəndində qeydiyyatda olmasına baxmayaraq, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır. «Avalon 12» şirkətində briqadir vəzifəsində işləyir. İşlədiyi «Avalon» şirkəti Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış evləri inşa edir və həmin tikintilərin sifarişçisi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. 2020-ci ilin avqust ayından Şabran rayonu Ağalıq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Bayram Cavdatovun arvadı X8 və onun ailə üzvləri üçün yeni ev inşa etməyə başlamışlar. Həmin ərazidə 2 (iki) ayrı-ayrı evləri inşa edərkən həmin tikinti materiallarını müvəqqəti saxlamaq üçün Gülnarə Cövdatovaya və oradakı digər ailəyə təhvil vermişlər. Həmin evlər hasarın daxilində olmuş və tikinti materiallarına gözətçiliyi isə Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 etmişdir. 11 sentyabr 2020-ci il tarixdə Gülnarə Cövdatova üçün inşa etdikləri evdən müxtəlif çeşiddə tikinti materialları oğurlanması onlara məlum olmuşdur. Həmin G.Cövdatova üçün inşa edilən evdən hər birinin uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm, ümumi dəyəri 320 manat təşikl edən 22 ədəd 1 m3 olan taxta, “xxxx” ASC-nin istehsalı olan “Qaradağ Optimal 400” markalı bir kisəsinin dəyəri 6 manat ümumi dəyəri isə 234 manat təşkil edən 39 kisə sement, ümumi uzunluğu 138 metr, qalınlığı 8 mm, ümumi dəyəri isə 110 manat təşkil edən 23 ədəd polad armatur, uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm, ümumi dəyəri 320 manat təşkil edən 22 ədəd 1 m3 olan taxta, “xxxx” ASC-nin istehsalı olan “Qaradağ Optimal 300” markalı, bir kisəsinin dəyəri 5 manat ümumi dəyəri isə 465 manat təşkil edən 93 kisə sement, hər birinin uzunluğu 3 metr, ümumi dəyəri 150 manat təşkil edən 6 ədəd dəmir profil dirəklər, hər birinin uzunluğu 6 metr, qalınlığı 5 sm, eni isə 12 sm ümumi dəyəri 352 manat təşkil edən 29 ədəd 1,1 m3 taxta, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 12 sm ümumi dəyəri 64 manat təşkil edən 12 ədəd 0,2 m3 karniz taxta, hər birinin uzunluğu 4 metr, qalınlığı 3, eni isə 8 sm ümumi dəyəri 242 manat təşkil edən 70 ədəd 0,7 m3 taxta reykalar oğurlanmışdır. O, həmin iki ailə üçün ayırdığı tikinti materiallarının dəqiqliyini araşdırmış və ona məlum olmuşdur ki, həmin evlərdən oğurlanmış malların ümumi dəyəri təxminən 2257 manatdır. Oğlurlanmış tikinti materialları barədə ilkin olaraq Şabran rayonunun Ağalıq kənd sakini Gülnarə Cavdatova ərizə ilə Şabran rayon PŞ-nə müraciət etmiş və sonradan həmin oğurluq hadisəsini törədən şəxslər müəyyən olunduğuna görə inşaat mallarının bir qismi onlara qaytarılmışdır. Nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur, ona görə də təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermiş və təqsirləndirilən şəxslərə köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Həmzalı oğlu göstərdi ki, Şabran şəhəri 5-sotlar massivi Tehran küçəsi ev 13-də ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerə işləmir. Təxminən 6-7 ildir ki, özünə məxsus “VAZ-2107” markalı **-FD- *** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 həm rayon sakini kimi, həm də müştəri kimi tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Ruslan müəyyən vaxtlarda taksi kimi onun xidmətlərindən istifadə etmiş və Ruslanı rayon ərazisində getmək istədiyi yerlərə avtomobili ilə aparmışdır. 09 sentyabr 2020-ci il tarixdə Ruslan səhər saat 09 radələrində ona bir neçə dəfə zəng (vızov) atmış konturu olmadığına görə Ruslana zəng edə bilməmişdir. Lakin sonradan Ruslan yenidən ona zənglər atmasını görmüş və tanımadığı rayon sakinin telefonundan Ruslanın ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək nə üçün ona «vızov» atmasını soruşmuşdur. Ruslan da Şabran rayonu Ağalıq kəndində yerləşən qayınanasıgildə olduğunu və onu oradan götürərək Şabran şəhərinə gətirməsini ondan xahiş etmişdir. İdarə etdiyi avtomobillə rayonun Ağalıq kəndinə gedərək Ruslanı həmin kənddən götürmüş və onu Şabran şəhərinə gətirmişdir. Ruslan Şabran şəhərində Z.Əliyeva küçəsində yerləşən bərbərxanada saçını kəsdirdikdən sonra maşına əyləşib və onu rayonun Güləmli kəndinə aparmasını ondan xahiş etmişdir. Şabran rayonu Güləmli kəndindən şəhərin H.Əliyev prospektində diş həkimi işləyən Tural adlı şəxsi də götürüb və üçü birlikdə rayonun Pirəmsən kəndinə getmişlər. Tural avtomobildə qabaqda, Ruslan isə arxa oturacaqda oturmuşdur. Pirəmsən kəndinin mərkəzində yerləşən kafenin qarşısına çatdıqda onların hər ikisi avtomobildən düşüb və kafeyə tərəf getmişlər. Təxminən 10 dəqiqə onları gözlədikdən sonra Tural, Ruslan və Tale adlı şəxslər üçü birlikdə kafenin qarşısına çıxıb və təxminən 5 dəqiqə söhbət etdikdən sonra Ruslan və Tural avtomobilə əyləşmişlər. Yolda Turaldan onların görüşdükləri şəxsin kim olduğunu soruşduqda o, yeznəsi Tale adlı şəxsin olduğunu ona bildirmişdir. Bundan sonra Şabran şəhərinə qayıdıb gələrək Turalı işlədiyi 4 yol ərazisində və Ruslanı isə “Kapital” bankın rayon filialının qarşısında düşürmüşdür. Ruslana göstərdiyi taksi xidmətinə görə ondan 12 manat məbləğində pul alaraq çıxıb getmişdir. Həmin gündən sonra Ruslan və Turalı heç yerə aparmamış və onları görməmişdir. Bir neçə gün sonra Ruslanın Şabran rayonu Ağalıq kəndi ərazisində yeni inşa edilən evlərdən oğurluq etməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Şabran rayonu Sumaqova kəndində qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri Qaçaq Nəbi küçəsi ev 106-da ailəsi ilə birlikdə yaşayır və Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qapı-pəncərə sexini işlədərək ailəsini dolanıdırır. 09 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qum bazarı” adlanan yerdə Şabran rayon sakinləri Tale və Vüsal adlı şəxslərdən dəmirçi sexində istifadə etmək məqsədilə 6 ədəd 3 metirlik dəmir profilləri 99 manat pula almışdır. Həmin dəmir profillərin oğurluq olmasını bilməmiş və həmin dəmir materialları RPŞ-nin İB-nə təhvil vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2020-ci il tarixli 9/4307 nömrəli rəyinə əsasən təzə vəziyyətdə olan 8 adda malların hazırki vaxta olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2127,70 manat müəyyən edilir. Digər 1 adda hər birinin uzunluğu 3 metr olan 6 ədəd dəmir profil dirəklər haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Bununla belə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi ifadəsində 6 ədəd dəmir profillərin bir ədədinin satış qiymətinin 25 manat, ümumi dəyərinin isə 150 manat olmasını göstərməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Yasamal rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş məlumatdan və ödəmə qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 1000 manat cərimə cəzasını dövlət büdcəsinə ödədiyi üçün 18 sentyabr 2020-ci il tarixdən Şabran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, bununla da üzərində çəkilməmiş cəzası qalmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə Qanuni nümayəndə 01 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində onun nümayəndəsi olduğu hüquqi şəxsə vurulmuş maddi ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli 685 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bəhram oğlunun aşağıdakı ailə üzvləri vardır; arvadı X4, uşaqları – 2007-ci il təvəllüdlü X7 və 2009-cu il təvəllüdlü X11. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bəhram oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli 684 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 aşağıdakı ailə üzvləri vardır: arvadı X12, uşaqları – 2006-cı il təvəllüdlü X19 və 2008-ci il təvəllüdlü X22. İş materiallarına əlavə edilmiş Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş AR seriyalı 464396 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası X3 uşaqlıqdan gözlə əlaqədar müddətsiz ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş AR seriyalı 452044 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş müayinə olunan şəxs barədə məlumatdan görünür ki, X19 «epilepsiya, doğuş travması nəticəsində baş verən qicolma tutması» diaqnozu ilə xəstədir. İş materiallarına əlavə edilmiş Azrbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş müayinə olunan şəxs barədə məlumatdan görünür ki, X23 «dəqiqləşdirilməmiş pasttravmatik hidrosefaliya, doğuş travması nəticəsində pasttravmatik hidrosefaliya» diaqnozu ilə xəstədir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən verilmiş vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair 27 noyabr 2020-ci il tarixli elektron arayışdan görünür ki, X1 və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən 07.07.2020-ci il tarixində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan və 06 noyabr 2020-ci il tarixli Histopatoloji müayinədən görünür ki, Təqsirləndirilən şəxs4 aparılan müayinələr nəticəsində «Sağ sidik axarının yenitörəməsi» diaqnozu qoyulub, 27.10.2020-ci il tarixində «Sağ ureteronefrektomiya» cərrahiyyə əməliyyatı icra olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 220401 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ilə X2 birgə münasibətlərindən 01 sentyabr 2018-ci ildə Mələk adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli 4513 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli 4523 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 12 sentyabr 2020-ci il tarixli 4(031)-30/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 11 sentyabr 2020-ci il tarixdən hesab edilmişdir. Tikinti gedən ərazidə qeyri-rəsmi gözətçilik etmiş Təqsirləndirilən şəxs2 inşaat materiallarını pulla alması, hər hansı formada oğurluqda iştirak etməməsi, eləcə də sözügedən cinayətdə iştirakı olmaması və yaşadığı Sumqayıt şəhərində olması barədə ibtidai istintaqın gedişində və məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, onlar özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs1 rayonun Ağalıq kəndi ərazisində şəhid ailələri üçün inşa edilən evin ərazisində olub, tkinti materiallarını əvvəlcədən yerini görərək təqsirləndirilən Təqsirləndirilən şəxs2lə birlikdə həmin cinayəti törətməsi ilə yanaşı, bilavasitə təşkilatçılıq və rəhbərlik edərək, digər tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də həmin cinayəti törətməyə sövq etmişdir. Belə ki, aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı və məhkəmə iclasında da Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bunu bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə oğurluqda iştirak etmələrini onun üzünə bildirmişlər. Təqsirləndirilən şəxs1 sonuncu dəfə həmin ərazidən qohumluq əlaqələri olan Təqsirləndirilən şəxs4lə oğurluq edərkən cinayət başında yaxalanmış və həmin zaman Təqsirləndirilən şəxs4 hava şəraitindən istifadə etməklə hadisə yerindən qaçmasına baxmayaraq, bir neçə gün sonra şəxsiyyəti müəyyən edilərək istintaqa cəlb edilmiş və o, ibtidai istintaq zamanı sözügedən cinayətdə iştirakı olmadığını göstərməsinə baxmayaraq şahid ifadələri, eləcə də təqsirləndirilən Təqsirləndirilən şəxs2lə aralarında keçirilmiş tanınma və üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs2 2020-ci il sentyabr ayının 10-dan 11-nə keçən gecə Təqsirləndirilən şəxs1la birlikdə oğurluğa gəlmiş şəxsin Təqsirləndirilən şəxs4 olmasını onun üzünə bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs4 təqsirləndirilən Təqsirləndirilən şəxs1la telefon əlaqəsinin olmadığını göstərməsinə və cinayətdə hər hansı formada iştirakını təkzib etməsinə baxmayaraq istifadəsində olan mobil telefona keçirilən baxış zamanı 2020-ci il sentyabırın 10-dan 11-nə keçən gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1la aralarında telefon danışığının olması da müəyyən edilmiş və bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs4 sonuncu ilə birlikdə sözügedən cinayətdə iştirak etmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-nin 32.3,177.2.1, 32.3,177.2.3 və 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,177.2.1, 32.3,177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin ifadələr ilə yanaşı iş üzrə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməllərinin isə Azərbaycan Respublikası CM-nin 32.3,177.2.1, 32.3,177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, eləcə də həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 02 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, valideynlərinin hər ikisinin ikinci qrup əlil olmasını, uşaqlarının hər ikisinin xəstə olmasını, hazırki iş üzrə dörd aydan artıq müddətdə həbsdə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, eləcə də həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 02 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, eləcə də həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onkoloji xəstəlikdən əziyyət çəkərək xəstə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 8-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilmiş cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəzaların tətbiqinin genişləndirilməsi və 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, həmçinin barələrində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,177.2.1, 32.3,177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 11 sentyabr 2020-ci il tarixdən həbsdədir. Təqsirləndirilən şəxs1 həbsdə olduğu 04 ay 21 gün bir günə iki gün hesablanmaqla 09 ay 08 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 11 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 9 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Pirəmsən kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Sumqayıt şəhəri, 15-ci məhəllə 10 nömrəli yataqxana, otaq 4-də yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı və hökmün bu hissədə icrasını Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Hökmün digər hissədə icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilməklə, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 götürülmüş 200 manat pul zərərçəkmiş şəxsə qaytarılmalı, iş üzrə maddi sübut hesab edilən “Kamaz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm, olan 32 ədəd taxtalar, 6 ədəd 3 metrlik dəmir dirəklər və “xxxx” ASC-nin istehsalı olan “Qaradağ Optimal 300” markalı 22 kisə sementin sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Məhrəm oğlundan və Təqsirləndirilən şəxs4 tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,177.2.1, 32.3,177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 04 ay 19 gün bir günə iki gün hesablanmaqla, 09 ay 08 gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azadlığa buraxılsın, hökm qanuni qüvvəsini alanadək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 11 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 9 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Pirəmsən kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Sumqayıt şəhəri, 15-ci məhəllə 10 nömrəli yataqxana, otaq 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Sumqayıt şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab edilməklə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 götürülmüş 200 manat pul zərərçəkmiş şəxsə qaytarılsın, iş üzrə maddi sübut hesab edilən “Kamaz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, uzunluğu 6 metr, qalınlığı 5, eni isə 15 sm, olan 32 ədəd taxtalar, 6 ədəd 3 metrlik dəmir dirəklər və “xxxx” ASC-nin istehsalı olan “Qaradağ Optimal 300” markalı 22 kisə sementin sahiblərinə təhvil verilməsi və istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Məhrəm oğlundan və Təqsirləndirilən şəxs4 tutulub Respublika büdcəsinə ödənilsin. Hökmdən 20 gün müddətinə Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar