Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-11/2024 23.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi X13, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi5, Zərərçəkmiş şəxs1 Etibar oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1984-ci il tarixdə Dəvəçi rayonunun Eynibulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunun Bor-Bor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 2i ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 3i ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 4 ünvanda yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonunun Qobu- Qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz ünvan 5i ünvanında qeydiyyatda olan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Qaraqurtlu kəndindəki evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 7 baş, 2 illik dişi hind quşunu götürüb aparmaqla ümumilikdə 525 manat məbləğində oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar xx.xx.2022-ci il tarixdə, saat 05:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə hasardan keçməklə Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsində yerləşən evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 9 baş, 3 illik dişi hind quşunu, 50 manat qiymətində və 4,5 kiloqram çəkidə olmaqla 1 baş, 1 illik erkək hind quşunu götürüb aparmaqla ümumilikdə 725 manat məbləğində oğurluq etmiş, yəni təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, alkoqol sərxoşluğu vəziyyətində təkrar xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu Qaraqurtlu kəndindəki evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 evin yaxınlığında pusquda dayanıb gözləmiş, özü isə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 4 baş, 2 illik dişi hind quşunu götürüb aparmaqla ümumilikdə 300 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs5 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz şəhəri, Günəşli küçəsi, 1 nömrəli evin yaxınlığına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs5 evin yaxınlığında pusquda dayanıb gözləmiş, o özü isə hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 9 baş, 3 illik dişi hind quşunu, 78 manat qiymətində və 7 kiloqram çəkidə olmaqla 1 baş, 2 illik erkək hind quşunu götürüb aparmaqla ümumilikdə 753 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olmuş bir qrup şəxs halında oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 01:00 radələrində Xaçmaz rayonu Qobuqırağı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinə tel hasarı aşmaqla keçib həyətyanı sahədə olan tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 1600 manat dəyərində 4 baş qoyunu qanunsuz götürüb apararaq eyni məbləğdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Quba rayonu Hacıhüseynli kəndində yaşayan Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin dəmir torlu çəpərindən aşaraq həyətinə daxil olub həmin evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin nəzarətsiz qaldığına əmin olduqdan sonra özgənin əmlakını gizli yolla talama niyyəti ilə tövlənin arxa tərəfində yerləşən şüşəsi olmayan pəncərəsinin qarşısına yığılan qurudulmuş peyinin üzərinə çıxmaqla pəncərə yerinə bərkidilmiş taxta diki əli ilə vurub aşıraraq tövləyə qanunsuz daxil olub ümumilikdə 5 baş xırdabuynuzlu heyvanı özü ilə gətirdiyi iplə bağlayıb evin giriş qapısının sağ tərəfində dəmir torun nisbətən açıq olan yerindən çıxaraq Zərərçəkmiş şəxs8 məxsus ümumi dəyəri 1030 manat olan 5 baş xırdabuynuzlu heyvanı gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixində saat 22:00 radələrində Şabran rayonu Padar kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus birmərtəbəli fərdi yaşayış evinin daş hasarından aşaraq əvvəlcə sözügedən evin həyətinə, daha sonra isə evin həyətində yerləşən xırdabuynuzlu heyvanların saxlanc yeri üçün nəzərdə tutulmuş tövlənin qapısını əli ilə açıb həmin tövləyə qanunsuz daxil olmaqla oradan 3 baş, 5 illik, ayrı-ayrılıqda hər birinin çəkisi 22 kiloqram, hər birinin ayrı-ayrılıqda qiyməti 140 manat, 1 baş isə 4 illik, 22 kiloqram çəkidə, 140 manat dəyərində olmaqla ümumilikdə 4 baş xırdabuynuzlu heyvanın ayaqlarını özü ilə gətirdiyi iplə bağlayıb Zərərçəkmiş şəxs7 məxsus evin qarşısında yerləşən yarımtikilinin arxasında gizlədərək zərərçəkmiş şəxsə ümumilikdə 560 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, о, tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olmuş bir qrup şəxs halında oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Xaçmaz rayonu Qobuqırağı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinə tel hasarı aşmaqla keçib həyətyanı sahədə olan tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 1600 manat dəyərində 4 baş qoyunu qanunsuz götürüb apararaq eyni məbləğdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2018-ci il tarixdə, saat 03:00 radələrində özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Yergüc kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus ərzaq mağazasının qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra mağazanın arxa qapısının qıfılını özü ilə gətirdiyi, istintaqa məlum olmayan dəmir alətlə sındırıb saxlanc yerinə qanunsuz daxil olmaqla mağazadan 300 manat nağd pul, 300 manat dəyərində mobil telefon danışıq kartları, 400 manat dəyərində müxtəlif markalı siqaret, həmçinin 100 manat dəyərində mağazanın videomüşahidə kamerasını qanunsuz olaraq götürüb aparmaqla, cəmi 1100 manat ziyan vuraraq, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar xx.xx.2018-ci il tarixdə, saat 15:00 radələrində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Yergüc kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus evin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra darvazanın üzərindən həyətə aşıb, evin pəncərəsinin şüşəsini sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin evdə asılqanda olan əl çantasından dəyəri 100 manat olan bir ədəd qızıl boyunbağı, dəyəri 100 manat olan bir ədəd qızıl kulonu, həmçinin həmin evdə şkafın üzərində olan 100 manat nağd pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 300 manat ziyan vuraraq təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Qaraqurtlu kəndindəki evin yaxınlığına gələrək Təqsirləndirilən şəxs4la birlikdə evin yaxınlığında pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 isə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 4 baş, 2 illik dişi hind quşunu götürüb aparmaqla ümumilikdə 300 manat məbləğində oğurluq etmiş, yəni təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs4 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Qaraqurtlu kəndindəki evin yaxınlığına gələrək Təqsirləndirilən şəxs3la birlikdə evin yaxınlığında pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 isə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapısını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 4 baş, 2 illik dişi hind quşunu götürüb aparmaqla ümumilikdə 300 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs5 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz şəhəri, Günəşli küçəsi, 1 nömrəli evin yaxınlığına gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 isə hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan hinə qapını açmaqla qanunsuz daxil olaraq hər biri 75 manat qiymətində və 6 kiloqram çəkidə olmaqla 9 baş, 3 illik dişi hind quşunu, 78 manat qiymətində və 7 kiloqram çəkidə olmaqla 1 baş, 2 illik erkək hind quşunu götürüb aparmaqla ümumilikdə 753 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törədiblər. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1ində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası Cinaəyt Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinaəyt Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtardığı üçün o, cəzaçəkmə müəssisəsindən buraxılmış və həmin gün ünvan 1inə gəlib bir müddət orada qalmışdır. Sonradan isə Xaçmaz şəhərinə gəlib bir müddət bacısının evində, sonra isə ayrı-ayrı yerlərdə kirayədə yaşamışdır. O, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 2019-cu ildən tanıyır. ünvan 5ində yaşayan Təqsirləndirilən şəxs5 isə xx.xx.2022-ci il tarixdə Ələkpərin kirayədə qaldığı evdə görüb tanımışdır. Ələkpərlə Yaşar onunla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdirlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında dəmiryol xəttinin kənarı ilə piyada Xaçmaz şəhərinə gələrkən Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində dəmiryol xəttinə yaxın evlərdən birin həyətində xeyli sayda hind quşlarının olduğunu görmüş və gecə gəlib həmin evin həyətində olan hinə daxil olub hind quşlarından bir neçəsini oğurlamaq qərara gəlmişdir. O, axşam saat 19:30 radələrinə kimi olan müddət ərzində Xaçmaz şəhərində gəzmiş, sonra isə dəmiryol xəttinin kənarı ilə piyada Xaçmaz rayonu, Qaraqurtlu kəndinə getmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 20:00 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndinə hind quşlarını gördüyü evin yaxınlığına çatıb əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafda tamamilə sakitçilik olduğuna əmin olduqdan sonra həmin evin həyətyanı torpaq sahəsinin ətrafına düzülmüş şiferin üstündən keçməklə həyətə daxil olub evin arxa tərəfində olan hinin giriş qapısına yaxınlaşmışdır. Hinin taxtadan olan qapısını çəkəndə qapı açılmış və o, 7 ədəd hind quşunu tutub ayaqlarını iplə bağladıqdan sonra küçəyə çıxıb piyada Xaçmaz rayonu, Qaraçı kəndi istiqamətində getmişdir. Bir qədər getdikdən sonra dəmiryol xəttinə yaxın yerdə yarımçıq tikili olduğunu görmüş və oğurladığı hind quşlarını həmin tikilinin içərisinə qoymuş, özü isə qayıdıb Xaçmaz şəhərinə gəlmişdir. Gecəni Xaçmaz şəhərində Ələkpərin kirayədə yaşadığı evdə qalmış, səhəri gün tezdən isə Ələkpərə heç bir söz demədən evdən çıxıb hind quşlarını gizlətdiyi yerə getmişdir. O, oğurladığı 7 ədəd dişi hind quşunu gizlətdiyi yerdən götürüb piyada Xaçmaz şəhər bazarına gətirmiş və bir ədədi 25 manat olmaqla 7 ədəd hind quşunu tanımadığı şəxslərə satıb 175 manat pul almışdır. Aldığı pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsi ilə gedərkən evlərdən birinin həyət qapısı qarşısında xeyli sayda hind quşunun olduğunu görmüş və gecə gəlib həmin evin həyətində olan hinə daxil olub hind quşlarını oğurlamaq qərara gəlmişdir ki. O, bütün günü Xaçmaz şəhərində gəzmiş, sonra isə gedib gecəni Xaçmaz şəhərində yaşayan bacısının evində qalmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 04:30 radələrində bacısının qaldığı evdən çıxıb Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 05:30 radələrində Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsinə hind quşlarını gördüyü evin yaxınlığına çatıb əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafda tamamilə sakitçilik olduğuna əmin olduqdan sonra hasarın üstündən keçməklə həyətə daxil olub evin arxa tərəfində olan hinin giriş qapısına yaxınlaşmışdır. Hinin dəmirdən olan qapısını çəkəndə qapı açılmış və o, hinə daxil olub 10 ədəd hind quşunu tək-tək tutub ayaqlarını özü ilə apardığı iplə bağladıqdan sonra hasarın üstündən keçirməklə küçəyə çıxarıb dəmiryol xəttinin kənarına yığmışdır. Bir saata yaxın dəmiryol xəttinin kənarında gözləmiş, sonra isə hind quşlarını götürüb Xaçmaz-Niyazoba kənd yolunun yaxınlığına aparmış və həmin yolla hərəkətdə olan markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili saxlatdırıb oğurladığı hind quşlarını Xaçmaz şəhər bazarına aparmışdır. Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində yerləşən evin həyətindəki hindən oğurladığı 10 ədəd hind quşunu bir ədədi 25 manat olmaqla tanımadığı şəxsə satıb 250 manat pul almış, aldığı pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Xaçmaz şəhəri, N. Nərimanov küçəsində olan parkda Yaşarla görüşmüş və onlar Xaçmaz şəhəri, H.Əliyev prospekti istiqamətində gedərkən Ələkpər qarşılarına çıxmışdır. Görüşdükdən sonra o, həyətində hind quşları saxlanılan evlər tanıdığını, birlikdə həmin evlərin həyətinə daxil olub hind quşlarını oğurlayıb və aparıb satıb pul əldə edə biləcəklərini Ələkpər və Yaşara demişdir. Ələkpərlə Yaşar hind quşları oğurlamaq istədiklərini bildirmiş və onlar Ələkpərin kirayə qaldığı evdən çıxıb piyada Xaçmaz rayonu, Qaraqurtlu kəndinə getmişlər. xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:30 radələrində onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndinə, dəmiryol xəttinin yaxınlığında yerləşən evin yaxınlığına çatmışlar. O, 7 ədəd hind quşunu oğurladığı evi Yaşarla Ələkpərə göstərib həmin evin həyətində hind quşları gördüyünü, onlara küçədə dayanıb ətrafa nəzər yetirmələrini, gələn olsa daş atmaqla ona xəbər vermələrini, özü isə həyətə daxil olub hind quşlarını götürəcəyini bildirmişdir. Bundan sonra Ələkpərlə Yaşar evin yaxınlığında küçədə dayanıb gözləmiş, o isə şiferdən düzəldilmiş hasarın üstündən keçməklə həmin evin həyətinə daxil olub hinin qapısını açaraq 4 ədəd dişi hind quşunu götürmüş və həyətə girdiyi yerdən küçəyə çıxıb Yaşarla Ələkpərin yanına getmişdir. Oğurladığı hind quşlarından ikisini Ələkpər, ikisini isə Yaşar götürmüş və onlar birlikdə dəmiryol xəttinin kənarı ilə Ələkpərin kirayədə qaldığı ev istiqamətində getməyə başlamışdırlar. Bir qədər getdikdən sonra Ələkpər onlara demişdir ki, hind quşlarını diri halda onun kirayədə yaşadığı evə aparsalar görüb şübhələnərlər, ona görə də hind quşlarının başını kəsib torbanın içərisində aparmasını təklif etmişdir. O, oğurladığı 4 ədəd hind quşunun başını özündə olan bıçaqla kəsmiş və onlar başı kəsilmiş hind quşlarını kisənin içərisinə qoyaraq Ələkpərin kirayədə qaldığı evə aparmışdırlar. Ələkpərin kirayədə qaldığı evdə olarkən oğurladığı hind quşlarını kimə satacaqları barədə düşünərkən Ələkpər onunla Yaşara Coşqun adlı şəxsi tanıdığını, Coşqunun əvvəllər ev quşları alıbsatdığını, zəng vurub Coşqunu çağıracağını və onun gəlib oğurladıqları hind quşlarını satacağını demişdir. Ələkpər Coşquna zəng edəndən bir neçə dəqiqə keçdikdən sonra X24 kirayədə qaldığı evə gəlmişdirlər. Ələkpər Coşquna özü ilə kəsib gətirdiyi 4 ədəd hind quşundan birini ona pay verdiyini, digər 3 ədəd hind quşunu satıb pulunu onlara verməsini demişdir. Coşqun hind quşlarını sata biləcəyini bildirmiş və 3 ədəd hind quşunu polietilen torbaya qoymuş, 1 ədəd hind quşu isə Ələkpərin kirayədə qaldığı evə qalmışdır. Coşqun başları kəsilmiş 3 ədəd hind quşunu aparmış və bir müddət keçdikdən sonra qayıdıb Ələkpərə 45 manat pul vermişdir. Ələkpər Coşqundan hind quşlarını kimə satdığını soruşduqda o, 3 ədəd hind quşunu ev quşlarının satışı ilə məşğul olan Valeh adlı şəxsə satdığını bildirmişdir. Coşqun pulu Ələkpərə verdikdən sonra 1 ədəd hind quşunu götürüb öz evinə getmişdir, onunla Yaşar isə Ələkpərin kirayədə yaşadığı evdə qalmışdırlar. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:00 radələrində piyada Xaçmaz şəhəri, Günəşli küçəsi ilə gedərkən həmin küçədə olan evlərdən birinin həyət qapısının yaxınlığında bir kişi hind quşları otardığını görmüş, hind quşlarının həmin evin həyətində olan hində saxlanıldığını bilmiş və axşam həmin evin həyətinə daxil olub hind quşlarını oğurlamaq qərara gəlmişdir. Oğrurladığı hind quşlarını gecə saxlamağa yeri olmadığını və satmaqda çətinlik çəkə biləcəyini bildiyi üçün bu barədə Coşquna deməyi, razı olsa həmin evin həyətində olan hind quşlarını birlikdə oğurlamağı, sonra Coşqunun oğurladıqları hind quşlarını aparıb satmasını və əldə etdikləri pulu öz aralarında bölməsini fikirləşmişdir. O, Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən "Şəxsiyyətlər" parkına gəlib Coşqunla görüşərək ona Xaçmaz şəhəri, Günəşli küçəsində yolun kənarında bir ev olduğunu, həmin evin həyətində xeyli sayda hind quşları gördüyünü, birlikdə gedib həmin evin həyətində olan hind quşlarını oğurlamalarını demişdir. Coşqun onunla razılaşmış və o, Coşquna özünün həmin evin həyətində olan hinə daxil olub hind quşlarını küçəyə çıxaracağını, onun isə oğurladıqları hind quşlarını aparıb satacağını demişdir. xx.xx.2022ci il tarixdə, təxminən saat 23:30 radələrində Xaçmaz şəhəri, Günəşli küçəsində hind quşlarını gördüyü evin qarşısına çatmış və o, evi Coşquna göstərərək hind quşlarının həmin evin həyətində olduğunu bildirmiş və onun küçədə dayanıb ətrafa baxmasını, gələn olsa ona bildirməsini, onun həyətə daxil olub hind quşlarını götürəcəyini, nə vaxt ona zəng vursa yolun kənarında dayanmış taksi avtomobillərindən birinə əyləşib olduğu yerə gəlməsini demişdir. Coşqunla razılaşdıqdan sonra o, hasarın üstündən keçməklə həyətə daxil olub evin arxa tərəfində olan hinin giriş qapısına yaxınlaşmışdır. Hinin dəmirdən olan qapısını çəkəndə qapı açılmış və o, hinə daxil olub 10 ədəd hind quşunu tək-tək tutub ayaqlarını özü ilə apardığı iplə bağladıqdan sonra hasarın üstündən keçirməklə küçəyə çıxarmışdır və Coşquna zəng vurub hind quşlarını oğurlayıb küçəyə çıxardğını, evin sağ yan tərəfində olduğunu, yolun kənarında dayanmış taksi avtomobillərdən birinə əyləşib yanına gəlməsini demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Coşqun tanımadığı şəxsin idarə etdiyi avtomobillə onun olduğu yerə gəlmiş və oğurladığı hind quşlarını Coşqunla birlikdə avtomobilin yük yerinə yığmışdırlar. O, diqqətlə baxmadığına görə avtomobilin markasını və qeydiyyat nömrə nişanını xatırlamır. Avtomobilə əyləşdikdən sonra Coşqun ona oğurladıqları hind quşlarını aparıb Valeh adlı şəxsə satacağını demişdir. Onlar birlikdə Valeh adlı şəxsin yanına getmişdirlər. Coşqun Valehə kəndlərdən hind quşları alıb gətirərək onları satdığını demişdir. Valeh hind quşlarına baxdıqdan sonra 290 manat pulu verib 10 ədəd hind quşunu almışdır. Valehdən ayrıldıqdan sonra Coşqun aldığı pulun 10 manatını onları gətirən avtomobilin sürücüsünə qalan 280 manat pulun 140 manatını özünə götürüb 140 manatını isə ona vermişdir. Bundan başqa o, 2023-cü ilin yanvar ayında Xaçmaz rayonu, Qobuqırağı kəndində yaşayan qohumlarının evinə qonaq gəlmişdir. Həmin kənddə gəzərkən yolun kənarında olan sonradan Zərərçəkmiş şəxs1 məxsus olmasını bildiyi evin həyətyanı sahəsində qoyunların otladığını görmüşdür. Bir neçə gün sonra o, ata evində xalası oğlu Təqsirləndirilən şəxs2 ilə görüşən zaman ona Xaçmaz rayonu Qobuqırağı kəndində qoyun olduğunu və onları oğurlamalarını ona təklif etmişdir. Oktay onun təklifi ilə razılaşmış və həmin qoyunları onunla birgə oğurlayacağını bildirmişdir. Onun razılığına əsas əldə edilən gəlirin bölünməsi şərti olmuşdur. xx.xx.2023cü il tarixdə onlar Xaçmaz şəhərinə gəlmişdirlər. O, tel hasarı kəsmək üçün özü ilə kəlbətin gətirmişdir. Saat 01:00 radələrində onlar artıq həmin evin qarşısına gəlmişdirlər. O, həyətyanı sahəni əhatə edən tel hasarı aşaraq həyətə daxil olmuşdur. O həmin gün günorta saatlarında tanışı Rövşənə zəng edərək onun avtomobili ilə qoyun aparacağını ona bildirmişdir. Lakin Rövşənə həmin qoyunların oğurluq olmasını bildirməmişdir. O həmin vaxt Rövşənə zəng edərək harada olmasını soruşduqda Rövşən ona hazırda Xudat şəhərində olduğunu bildirmişdir. O, olduqları yeri ona başa salaraq hazırda qoyunlarının olduğunu və onları aparmaq lazım olduğunu bildirmişdir. Rövşən də onunla razılaşmışdır. Bundan sonra Oktayla o, tel hasarı kəlbətinlə kəsmişdirlər. Onlar qoyunların ayaqlarını özləri ilə gətirdikləri iplə bağlamışdırlar. Bundan sonra 4 baş qoyunu küçəyə çıxarmış və Rövşən onların olduğu yerə gəlmişdir. Onlar qoyunları onun avtomobilinə qoymuş və Rövşən qoyunları haradan əldə etdiklərini soruşduqda o, onları borc əvəzi tanışından götürdüyünü bildirmişdir. Onlar ünvan 2inə gəlmiş və Rövşəndən qoyunların onun avtomobilində qalmasını xahiş etmişdirlər. Ertəsi gün o və Rövşən qoyunları Bakı şəhəri, Maştağa qəsəbəsində ümumilikdə 530 manata satmış, o, Rövşənə zəhmət haqqı qarşılığında 100 manat, 178 manat isə Oktaya vermişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhər ərazisində yerləşən kafelərin birində spirtli içki qəbul etdikdən sonra Quba rayonuna yollanmışdır. Quba rayonuna çatdıqda o, gəldiyi avtomobildən düşərək Hacıhüseynli kəndi istiqamətində piyada getməyə başlamışdır. Həmin kəndə çatan zaman yolun kənarında bir qadının heyvan otardığını görüb onu müşahidə etmişdir. Hava qaralmağa başlayan zaman həmin qadının heyvan sürüsünü yaşadığı evin həyətindəki tövləyə saldığını müşahidə etmişdir. O həmin evin sakinlərinin yatması üçün gecə saatlarınadək həmin ərazidə gəzişməyə başlamışdır. Gecə saat 02:00 radələrində evin işıqlarının söndüyün görüb dəmir torlu çəpərdən tullanmaqla evin həyətinə daxil olmuşdur. Sonra tövlənin arxa tərəfinə keçib tövlənin arxa pəncərəsinin qarşısına yığılmış peyinin üzərinə çıxmış və pəncərəyə bərkidilmiş taxta parçasını önə doğru itələyərək pəncərəni açmışdır. Həmin yerdən tövləyə daxil olub oradan 5 baş xırdabuynuzlu heyvanı tövləyə daxil olduğu kimi çıxardaraq onların ayaqlarını iplə bağlamışdır. Bundan sonra dəmir torun nisbətən açıq olan yerindən evin həyət hissəsini tərk edərək küçəyə çıxıb Xaçmaz rayon istiqamətində piyada hərəkət etməyə başlamışdır. Oğurladığı qoyunları Xaçmaz bazarına aparıb tanımadığı şəxsə 450 manata satmışdır. Bundan başqa o, ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayının 20-dən Şabran rayonu Padar kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evini uzaqdan müşahidə edirmiş və həmin ev sahibinin xırdabuynuzlu heyvan saxlamasını bilirmiş. xx.xx.2023-cü il tarixdə, axşam saat təxminən 22:00 radələrində həmin evin qarşısına gəlmişdir. Ətrafda heç kəsin olmadığını gördükdə əvvəlcə evin təxminən 1 metr hündürlüyündə olan daş hasarından aşaraq evin həyətinə enmiş, bundan sonra sol tərəfdə yerləşən tövlənin taxta materialdan hazırlanmış qapısını əli ilə açıq olub-olmamasını yoxlayan zaman qapının sadəcə olaraq örtüldüyünü görmüşdür. O, həmin qapını açaraq tövləyə daxil olaraq ümumilikdə 2 baş qoyunun ayaqlarını özü ilə gətirdiyi iplə bağlayıb daş hasarın yanına gətirmişdir. Əvvəlcə həmin 2 baş qoyunu hasarın çöl tərəfinə aşırtmış, daha sonra isə özü hasardan aşaraq küçəyə enmişdir. Bundan sonra həmin 2 baş qoyunu sözügedən evin qarşısında yerləşən yarımtikilidə gizlədib, yenidən həmin daş hasardan evin həyətinə enmişdir. Tövlənin qapısınını yenidən əli ilə açaraq əvvəlcə tövləyə daxil olub daha sonra isə tövlənin baş hissəsində yerləşən və birbaşa küçəyə açılan dəmir qapının içəri hissədən kilidini açıb 2 baş qoyunu sürərək həmin yarımtikiliyə aparmışdır. Bir neçə dəqiqə keçdikdən sonra həmin 4 baş qoyunu sürərək Şabran rayon Bor-Bor kənd qəbiristanlığına aparıb tanışı Rövşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona, özünə məxsus 4 baş qoyunun olduğunu və onları satmaq lazım olduğunu bildirmişdir. O, həmin yerdə Rövşəni bir müddət gözlədikdən sonra Rövşən özünə məxsus “Mercedes E-klass” minik markalı, Gürcüstan Respublikasına məxsus qeydiyyat nömrə nişanlı avtomobil ilə onun yanına gəlmişdir. O, həmin 4 baş qoyunu avtomobilin arxa hissəsinə yerləşirib özü Rövşənin yanında əyləşmişdir. Rövşəndən onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. Beləliklə, Rövşənlə o, ünvan 2indən çıxaraq Bakı şəhərinə yollanmışdırlar. Yolda olan zaman o, Rövşəndən onu Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən heyvan bazarına aparmasını xahiş etmişdir. Heyvan bazarında olan alverçilərdən birinə yaxınlaşıb onda qoyun olduğunu və pul lazım olduğundan onları satmaq istədiyini bildirmişdir. Alverçi ondan həmin qoyunların kimə məxsus olmasını soruşduqda o, qoyunların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra alverçi həmin qoyunlara baxaraq onlara ümumilikdə 400 manat pul verə biləcəyini bildirmişdir. O da onunla razılaşmış və 400 manat pul qarşılığında Şabran rayonu, Padar kəndindən oğurladığı qoyunları həmin şəxsə satmışdır. Törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 Etibar oğlunu əvvəllər tanımamışdır. Onunla arasında hər hansı bir münaqişə və ədavət olmamışdır. Əvvəllər oğurluq, soyğunçuluq və quldurluq törətməsi bağlı məhkum edilmişdir. Sonuncu dəfə 2012-ci ildə quldurluq və oğurluq törətməsi ilə bağlı 11 il müddətinə azadlıqdan məhrum edilmiş və 2022-ci ildə azadlığa çıxmışdır. Onun Təqsirləndirilən şəxs1 adında qohumu olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zamiq onun yaşadığı evə gəlmiş, ona oğurluq qoyunların olmasını və onları birlikdə oğurlamalarını bildirmişdir. O, Zamiqlə razılaşmış və həmin qoyunları oğurlamaqda ona kömək edə biləcəyini bildirmişdir. Əldə edəcəkləri gəliri bərabər böləcəkləri barədə razılaşmışdırlar. Lakin Zamiq ona həmin gün haradan oğurluq edəcəklərini bildirməmişdir. Ertəsi gün onlar tanımadıqları yoldan keçən taksi ilə Xaçmaz şəhərinə gəlmişdirlər. Bundan sonra onlar yaxınlıqdakı kafedə əyləşərək onun dostunu gözləmişlər. xx.xx.2023cü il tarixdə saat 01:00 radələrində Rövşən adlı şəxs özünə məxsus olan avtomobillə onların olduğu kafenin qarşısına gəlmişdir. Onlar onun avtomobilinə əyləşmiş, Zamiq ona yolu başa salaraq Xaçmaz rayonu, Qobuqırağı kəndinə avtomobili sürdürmüşdür. İlk öncə Zamiq avtomobillə oğurluq edəcəkləri evin yaxınlığından keçərək evi ona göstərmişdir. Bundan sonra Evin ətrafında olan tel hasarı əyərək üzərindən evin həyətyanı sahəsinə daxil olmuş, tövlənin taxta qapısını itələyərək açmış və tövləyə daxil olmuşdurlar. Onlar qoyunların ayağını iplə bağlamış və Zamiq taksi kimi fəaliyyət göstərən tanışı Rövşən adlı şəxsə zəng edərək həmin evi ona tərif edib evin yaxınlığına gəlməsini bildirmişdir. Rövşən gəldikdən sonra Zamiq və o, qoyunları iki dəfə olmaqla hərəsi birini götürərək avtomobilin yük yerinə yığmışdırlar. Bundan sonra onlar özü də avtomobilə əyləşərək oradan ayrılmışdırlar. Onlar avtomobillə Şabran rayonu, Borbor kəndinə getmiş, orada o və Zamiq onun yaşadığı evdə düşmüşdürlər. Onlar növbəti gün qoyunları Bakı şəhərinə aparıb satmaları barədə razılaşmışdırlar. Rövşən yaşadığı Siyəzən rayonu Həmyə kəndinə getmişdir. Həmin gün saat 06:00 radələrində yenidən onlara gəlmiş və Bakı şəhərinə qoyunları satmağa getmişdirlər. Saat 12:00 radələrində o da Sumqayıt şəhərinə getmiş, onlar orada görüşmüş və Zamiq ona 113 manat pul vermişdir. Törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında oğurluq etməklə pul əldə etmək qərarına gəlmişdir. O, Xaçmaz rayonu, Yergüc kəndində Niftəli adlı şəxsin işlətdiyi mağazanın olmasını və mağazanın gecələr bağlı olduğunu bilmiş, buna görə həmin mağazadan oğurluq etmək məqsədilə xx.xx.2018-ci il tarixdə, saat 03:00 radələrində Xaçmaz rayonu, Yergüc kəndinə həmin mağazanın yerləşdiyi yerə getmişdir. O. ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra özü ilə gətirdiyi dəmir alətdən istifadə etməklə mağazanın arxa qapısının qıfılını sındırmışdır. Bundan sonra mağazaya daxil olmuş, kassanı açıb baxmış və içindəki 1 manatlıq pulları cibinə, qəpik pulları isə sellofan torbaya yığmışdır. Bundan başqa mağazadan başqa bir sellofan götürərək xeyli sayda müxtəlif markada siqaretləri, həmçinin Azercell, Bakcell və Nar mobil operatorlarına aid danışıq kartlarını (kontur) sellofana yığmışdır. Bundan sonra isə mağazada müşahidə kamerasının yaddaş qurğusunu görüntülərinin yaddaşda qalmaması üçün sökmüşdür. Oğurladığı pulları və digər əşyaları götürüb mağazadan çıxmış və oradan uzaqlaşmışdır. O, mağazadan xeyli uzaqlaşdıqdan sonra yaddaş qurğusunu yol kənarında yerə vurub sındırmış və atmışdır. Sonra isə yol kənarında dayanıb və yoldan keçən avtomobillərdən biri ilə Xaçmaz şəhərinə gəlib oradan da yaşadığı evə getmişdir. Evdə pulları sayan zaman 1 manatlıq pulları təxminən 200 ədəd olmasını, qəpik pulların isə 100 manat olmasını müəyyən etmişdir. Siqaretlərin isə çoxunu özü üçün saxlamış və zamanla istifadə etmiş, danışıq kartlarının çoxunu tanımadığı şəxslərə satmış, bir neçəsini özü istifadə etmişdir. Danışıq kartlarının ümumi dəyəri təxminən 400 manat olsa da onları satmaqla təxminən 350 manat pul əldə etmişdir. Bundan başqa o, yenidən xx.xx.2018-ci il tarixdə, günorta saatlarında Xaçmaz rayonu, Yergüc kəndində piyada gəzərək gecə oğurluq etmək üçün yer axtarmışdır. O, saat 15:00 radələrində evlərdən birinin qapısında qıfıl olmasını görmüşdür. Bir neçə dəqiqə ətrafda gəzişmiş və evə heç kimin gəlmədiyini müəyyən etmişdir. O, ətrafa baxıb küçədə heç kimin olmadığı anda həyətin dəmir darvazasından aşmaqla həyətə daxil olmuşdur. Bundan sonra evin pəncərəsinə yaxınlaşmış, pəncərənin birinin həşəratların evə daxil olmaması üçün taxılan plastik toru çıxarıb yerə atmış, sonra da pəncərənin mismarlarını boşaldıb, şüşəsini çıxartmışdır. Şüşəni çıxarandan sonra həmin pəncərədən evə daxil olmuşdur. İlk öncə evin yataq otağını axtarmış, lakin heç nə tapa bilməmiş, sonra evin digər otaqlarının birində şkafın üzərindən 100 manat pul tapmış, həmçinin evdə asılqanda olan qadın əl çantasından 1 ədəd qızıl zəncir və 1 ədəd qızıl kulon tapmışdır. O, 100 manat pulu, qızıl zənciri və qızıl kulonu götürüb evə daxil olduğu formada çıxaraq oradan uzaqlaşmışdır. Sonra da Quba şəhərinə gedərək qızılları tanımadığı qızıl alverçisinə 70 manata satmışdır. Həmin qızıl alverçisinə qızılların özünə məxsus olduğunu demişdir. Bundan başqa o, əslən ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs1 2019-cu ildən və ünvan 5ində yaşayan Təqsirləndirilən şəxs5 isə 2022-ci ilin noyabr ayından tanımışdır. Zamiq onunla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Mətanət adlı qadını isə 2022-ci ilin noyabr ayının əvvəllərində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən "Şəxsiyyətlər" parkında görüb tanış olmuşdur. Sonradan o, bilmişdir ki, Mətanət Coşqunla da tanışdır. Mətanətlə tanış olduqdan sonra o, onun qalmağa yeri olmadığını bilmiş, bu səbəbdən Mətanət özünün də bir neçə gün gecələr gəlib onunla kirayə qaldığı evdə qalmışdır. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Xaçmaz şəhərində təsadüfən Zamiqlə rastlaşmışdır. Həmin vaxt onlarla birlikdə 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Yaşar da Zamiqin yanında olmuşdur. Bir qədər söhbət etdikdən sonra Zamiq onunla Yaşara yeni ilin yaxınlaşdığını, həyətində hind quşları saxlanılan evlər tanıdığını, birlikdə həmin evlərin həyətinə daxil olub hind quşlarını oğurlamalarını və aparıb satıb pul əldə edə biləcəklərini demişdir. O, Zamiqin evlərin həyətindən hind quşları oğurlayıb satmaq barədə təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:30 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində, dəmiryol xəttinin yaxınlığında yerləşən bir mərtəbəli evin qarşısına çatanda Zamiq onlara həmin evin həyətində hind quşları gördüyünü, Yaşarla onun küçədə dayanıb ətrafa nəzər yetirmələrini, gələn olsa daş atmaqla ona bildirmələrini, özünün isə həyətə daxil olub hind quşlarınını götürəcəyini demişdir. Bundan sonra onunla Yaşar evin yaxınlığında küçədə dayanıb gözləmiş, Zamiq isə həmin evin həyətinə daxil olmuşdur. Təxminən 10 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Zamiqin hər əlində 2 ədəd olmaqla 4 ədəd hind quşunu ayaqlarından tutub gətirdiyini görmüşdür. Zamiq onların yanına gəlmiş və hind quşlarından ikisini o, ikisini Yaşar götürmüş və onlar birlikdə dəmiryol xəttinin kənarı ilə onun kirayədə qaldığı ev istiqamətində getməyə başlamışdırlar. Bir qədər getdikdən sonra Zamiqə hind quşlarının başını kəsib torbanın içərisində aparmalarını demişdir. Zamiq onunla razılaşaraq 4 ədəd hind quşunun başını bıçaqla kəsmiş və onlar hind quşlarını kisənin içərisinə qoyaraq onun kirayədə qaldığı evə aparmışdırlar. Kirayədə qaldığı evdə olarkən oğurladıqları hind quşlarını kimə satacaqları barədə düşünərkən o, X51 adlı şəxsi tanıdığını, Coşqunun əvvəllər ev quşları alıbsatdığını, zəng vurub Coşqunu çağıracağını və onun hind quşlarını satacağını demişdir. Zamiqlə Yaşar etiraz etməmiş və o, zəng vurub Coşquna qonaqları olduğunu və onun kirayədə qaldığı evə gəlməsini demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Coşqun onun kirayədə qaldığı evə gəlmiş və o, Coşquna Zamiqin özü ilə 4 ədəd hind quşu kəsib gətirdiyini, həmin hind quşlarından birini ona pay verdiyini, digər 3 ədəd hind quşunu satıb pulunu onlara verməsini demişdir. Coşqun hind quşlarını sata biləcəyini bildirmiş, 3 ədəd hind quşlarını polietilen torbaya qoymuş, bir ədəd hind quşu isə onun kirayə qaldığı evdə qalmışdır. Coşqun başları kəsilmiş 3 ədəd hind quşunu aparmış və bir müddət keçdikdən sonra qayıdıb onun kirayədə qaldığı evə gələrək ona 45 manat pul vermişdir. Coşqundan hind quşlarını kimə satdığını soruşduqda 3 ədəd hind quşunu ev quşlarının satışı ilə məşğul olan Valehə satdığını demişdir. Coşqun pulu ona verdikdən sonra 1 ədəd hind quşunu götürüb öz evinə getmiş, Zamiqlə Yaşar isə onun kirayədə qaldığı evdə qalmışdırlar. Törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs4 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün o, cəzaçəkmə müəssisəsindən buraxılmışdır. ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs1 və Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs3 2019-cu ildən tanımış, ünvan 5ində yaşayan Təqsirləndirilən şəxs5 isə 2022-ci ilin dekabr ayının ortalarında Xaçmaz şəhərində Ələkpərin kirayədə yaşadığı evdə görüb tanımışdır. Zamiqlə Ələkpər onunla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdirlər. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Xaçmaz şəhəri, N. Nərimanov küçəsində olan parkda Zamiqlə görüşmüş və onlar piyada Xaçmaz şəhəri, Heydər Əliyev prospekti istiqamətində gedərkən Ələkpər qarşılarına çıxmışdır. Görüşdükdən sonra Zamiq onunla Ələkpərə yeni ilin yaxınlaşdığını, həyətində hind quşları saxlanılan evlər tanıdığını, birlikdə həmin evlərin həyətinə daxil olub hind quşlarını oğurlamalarını və aparıb satıb pul əldə edə biləcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində, dəmiryol xəttinin yaxınlığında yerləşən bir mərtəbəli evin qarşısına çatanda Zamiq onlara həmin evin həyətində hind quşları gördüyünü, Yaşarla onun küçədə dayanıb ətrafa nəzər yetirmələrini, gələn olsa daş atmaqla ona bildirmələrini, özünün isə həyətə daxil olub hind quşlarınını götürəcəyini demişdir. Bundan sonra onlar Ələkpər evin yaxınlığında küçədə dayanıb gözləmiş, Zamiq isə həmin evin həyətinə daxil olmuşdur. Təxminən 10 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Zamiqin hər əlində 2 ədəd olmaqla 4 ədəd hind quşunun ayaqlarından tutub gətirdiyini görmüşdür. Zamiq onların yanına gəlmiş və hind quşlarından ikisini o, ikisini isə Ələkpər götürmüş və onlar birlikdə dəmiryol xəttinin kənarı ilə Ələkpərin kirayədə qaldığı evə istiqamətində getməyə başlamışdırlar. Bir qədər getdikdən sonra Ələkpər Zamiqə demişdir ki, hind quşlarının başını kəsib torbanın içərisində aparmalarını demişdir. Zamiq Ələkpərlə razılaşaraq 4 ədəd hind quşunun başını bıçaqla kəsmiş və onlar başı kəsilmiş hind quşlarını kisənin içərisinə qoyaraq Ələkpərin kirayədə qaldığı evə aparmışlar. Ələkpərin kirayədə qaldığı evdə olarkən oğurladığları hind quşlarını kimə satacağları barədə düşünərkən Ələkpər onunla Zamiqə Coşqun adlı şəxsi tanıdığını, Coşqunun əvvəllər ev quşları alıb-satdığını, zəng vurub Coşqunu çağıracağını və onun hind quşlarını satacağını demişdir. Bundan sonra Ələkpər zəng vurub Coşquna zəng vurub qonaqları olduğunu və onun kirayədə qaldığı evə gəlməsini demişdir. Bir neçə dəqiqə keçdikdən sonra X24 kirayədə qaldığı evə gəlmiş və Ələkpər Coşqunu onlarla tanış etdikdən sonra ona demişdir ki, Zamiq özü ilə 4 ədəd hind quşu kəsib gətirdiyini, həmin hind quşlarından birini ona pay verdiyini, digər 3 ədəd hind quşunu satıb pulunu onlara verməsini demişdir. Coşqun hind quşlarını sata biləcəyini bildirmiş və 3 ədəd hind quşlarını polietilen torbaya qoyub, 1 ədəd hind quşu isə Ələkpərin kirayədə qaldığı evə qalmışdır. Coşqun başları kəsilmiş 3 ədəd hind quşunu aparmış və bir müddət keçdikdən sonra qayıdıb gələrək Ələkpərə 45 manat pul vermişdir. Ələkpər Coşqundan hind quşlarını kimə satdığını soruşduqda demişdir ki, 3 ədəd hind quşunu ev quşlarının satışı ilə məşğul olan Valehə satdığını demişdir. Coşqun pulu Ələkpərə verdikdən sonra 1 ədəd hind quşunu götürüb öz evinə getmiş, onunla Zamiq isə Ələkpərin kirayədə yaşadığı evdə qalmışdırlar. Törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs5 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs3 2022-ci ilin dekabr ayının əvvəllərindən tanımışdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən "Şəxsiyyətlər" parkında olan zaman Ələkpər ona zəng vurub qonaqları olduğunu və onun kirayədə qaldığı evə gəlməsini demişdir. O da bu barədə çayxanada işləyən Mətanətə bildirmiş və onlar birlikdə çayxanadan çıxıb Ələkpərin kirayədə qaldığı evə getmişdirlər. Ələkpər yanında olan şəxsləri onunla tanış edərək birinin adının Zamiq, digərinin adının isə Yaşar olduğunu bildirmişdir. Sonra Ələkpər ona Zamiqin özü ilə 4 ədəd hind quşları kəsib gətirdiyini, həmin hind quşlarından birini ona pay vediyini, digər 3 ədəd hind quşunu onun satıb pulunu onlara verməsini demişdir. O, Ələkpərlə razılaşaraq 3 ədəd hind quşlarını polietilen torbaya qoymuş, bir ədəd hind quşu isə Ələkpərin evində qalmış və o, evdən çıxıb ev quşlarının alqı-satqısı ilə məşğul olan Valehin yanına gələrək ona kəndlərdən hind quşlarını alıb gətirdiyini, avtomobildə quşların sayı çox olduğu üçün 3 ədədini kəsdiyini, kəsdiyi hind quşlarını isə satdığını demişdir. O, əvvəllər kəndləri gəzib ev quşları almış və gətirib Valehə satdığına görə Valeh ona inanmış və 47 manat pul verib 3 ədəd kəsilmiş hind quşunu almışdır. O qayıdıb Ələkpərin kirayədə qaldığı evə gəlmiş və 47 manat pulu Ələkpərə verdikdən sonra bir ədəd hind quşunu götürüb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Zamiqlə görüşərkən ona Xaçmaz şəhəri, Günəşli küçəsində yolun kənarında bir evin həyətində xeyli sayda hind quşu gördüyünü, birlikdə gedib həmin evin həyətində gördüyü hind quşlarını oğurlamalarını demişdir. O Zamiqlə razılaşdıqda Zamiq özünün həmin evin həyətində olan hinə daxil olub hind quşlarını küçəyə çıxaracağını, onun Zamiqə köməklik göstərəcəyini, oğurladığları hind quşlarını aparıb satacaqlarını demişdir. O, Zamiqə etiraz etməmiş və onun dediyi ev istiqamətində getmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Xaçmaz şəhəri, Günəşli küçəsində olan evə yaxınlaşanda həmin evin tanıdığı Eldarın evi olduğunu görmüşdür. O, Eldarın evindən bir qədər aralıda dayanıb gözləmiş və təxminən 10 dəqiqə vaxt keçdikdən sonra Zamiq ona zəng vurub hind quşlarını oğurlayıb küçəyə çıxardığını, onun taksi avtomobili ilə evin sağ yan tərəfinə gəlməsini demişdir. O da yolun kənarında dayanmış tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşmiş, taksi onu Eldarın evinin sağ yan tərəfinə aparmışdır. X9 yaşadığı evin sağ yan tərəfində dayandığını, yanında da ayaqları bağlanmış 10 ədəd hind quşu olduğunu görmüşdür. Sürücü avtomobili saxlamış və o, yerə düşüb Zamiqə kömək edərək 10 ədəd hind quşlarını avtomobilin yük yerinə yığmışdır. Özləri avtomobilə əyləşdikdən sonra onlar birlikdə Valehin yanına getmiş və o, Valehə kəndlərdən hind quşları alıb gətirdiyini, onları satmaq istədiyini demişdir. Valeh hind quşlarına baxdıqdan sonra 290 manat pulu verib 10 ədəd hind quşunu almışdır. Valehdən ayrıldıqdan sonra aldığı pulun 10 manatını onları gətirən avtomobilin sürücüsünə vermiş, qalan 280 manat pulun 140 manatını Zamiqə verib 140 manatını isə özünə götürmüşdür. Törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 Etibar oğlu göstərmişdir ki, o, Xaçmaz rayonu Qobu qırağı kəndində ailəsi ilə birgə yaşayır. Həyətində 4 ədəd "qla" cinsi quzu və bir qədər toyuq vardır. xx.xx.2022-ci il tarixdə ailəsi ilə birgə toya getmişdir. Səhər saat 08:00 radələrində həyət düşən zaman görmüşdür ki, tövləni qapısı açıqdır və quzular yoxdur. Sonra həyətə baxanda görümüşdür ki, həyətin çöl yol hasarı kəlbətinlə kəsilmişdir. Bu zaman o, həyətindəki tövləyə oğru girdiyini bilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 bildrimişdir ki, o, qızı Rəqsanə və anası Mehbarə ilə birlikdə Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsində yaşayır. Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsində olan evinin həyətyanı torpaq sahəsi 0,03 hektardır. Yaşadığı ev bir mərtəbəlidir, evinin arxa tərəfində isə hin yerləşir. Yaşadığı evlə hin arasında olan məsafə isə təxminən bir metrdir. Həyətində olan hin mişar daşından inşa edilmişdir, hinin giriş qapısı isə bir laylı dəmir qapıdır. O, həyatində olan hində müxtəlif ev quşları və 10 ədəd hind quşları saxlayır. O, hər gün səhər saat 09:00 radələrində hinin qapısını açıb hind quşlarını həyətə buraxaraq dən verir, axşam saat 18:00 radələrində isə yenidən hind quşlarına dən verdikdən sonra hinə salıb qapını örtür. Həmişə olduğu kimi xx.xx.2022-ci il tarixdə, səhər saatlarında hində saxladığı toyuqları və hind quşlarını həyətə buraxıb dən vermiş, axşam saat 18:0 radələrində isə 10 ədəd hind quşunu sayaraq toyuqlarla birlikdə hinə salıb qapını bağlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 09 radələrində o özü evdən çıxıb gəlmiş, hinin qapısını açıb hində saxladığı toyuqları və hind quşlarını həyətə buraxmışdır. Hinin qapısını açanda toyuqlar həyətə çıxsalar da, hind quşları çıxmamışdır. O hinə daxil olub baxanda görmüşdür ki, 10 ədəd hind quşu yoxdur. Hindən çıxıb ətrafı axtarsa da hind quşlarını tapa bilməmiş və gecə kiminsə qapını açıb hinə daxil olaraq hind quşlarını oğurladığını başa düşmüşdür. Bu səbəbdən də o, əvvəl Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzinə zəng vurub həyətində olan hindən 10 ədəd hind quşunun oğurlanması barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-yə gəlib bununla bağlı şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində olan evinin həyətyanı torpaq sahəsi 0,04 hektardır. Həyətində olan hində müxtəlif ev quşları və 31 ədəd hind quşu saxlayır. Həmişə olduğu kimi xx.xx.2022-ci il tarixdə, səhər saatlarında hində saxladığı toyuqları və hind quşlarını həyətə buraxıb dən vermiş, axşam saat 18:00 radələrində isə 31 ədəd hind quşunu sayaraq toyuqlarla birlikdə hinə salıb qapını bağlayaraq evə getmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 09:00 radələrində o, özü evdən çıxmış, hinin qapısını açıb hində saxladığı toyuqları və hind quşlarını həyətə buraxmışdır. Hinə tərəf gələndə hinin qapısının açıq olduğunu, hind quşlarının həyətdə gəzdiyini görmüşdür. O, hind quşlarını sayanda 7 ədəd dişi hind quşunun olmadığını görmüşdür. Ətrafı axtarsa da hind quşlarını tapa bilməmiş və bu barədə heç bir yerə şikayət etməmişdir. Sonrakı günlərdə o, yenə də səhər saat 09 radələrində hində qalmış 24 ədəd hind quşlarını həyətə buraxıb dən vermiş, axşam saat 18 radələrində isə hinə salıb qapını örtmüşdür. xx.xx.2022-ci il tarixdə, axşam saat 18 radələrində həyətində saxladığı hind quşlarına dən verdikdən sonra hinə salıb qapını örtmüş, sonra isə şəxsi işi ilə bağlı Xaçmaz şəhərinə gəlmişdir. Həmin gün saat 20:00 radələrində yaşadığı evə gələndə hinin qapısının açıq olduğunu, hind quşlarının həyətdə gəzdiyini görmüşdür. Evə daxil olub arvadı Məhluqədən hinin qapısını onu açdığını soruşmuş, Məhluqə hinin qapısını açmadığını bildirmiş və o, hinə gəlib baxanda yerdə ayaq izlərinin olduğunu görmüşdür. Kiminsə hinə daxil olduğunu bilmiş və hində olan hind quşlarını sayanda 4 ədəd dişi hind quşunun olmadığını görmüş, yenə də kiminsə hinə daxil olub 4 ədəd hind quşunu oğurladığını başa düşmüşdür. Bundan sonra o, əvvəlcə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub həyətində olan hindən ayrıayrı günlərdə 7 ədəd və 4 ədəd olmaqla ümumilikdə 11 ədəd hind quşlarının oğurlanması barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-yə gəlib bununla bağlı şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, yaşadığı ev Xaçmaz şəhəri, Günəşli küçəsi, ev 1 ünvanında yerləşir və evi birmərtəbəli fərdi yaşayış evidir. Həyətində mişar daşından hin inşa etdirmişdir. Həmin hində müxtəlif ev quşları və 10 ədəd hind quşu saxlayır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında hində saxladığı hind quşlarını və toyuqları həyətə buraxıb onlara dən vermiş, axşam saat 18:00 radələrində isə onları hinə salaraq evə getmişdir. xx.xx.2022-ci il tarixdə hinin qapısını açan zaman hind quşlarının həyətə çıxmadıqlarını görmüşdür. O, hinə baxan zaman 10 ədəd hind quşunun olmadığını görmüş və bu zaman o, özünə məxsus 10 ədəd hind quşunun oğurlandığını bilmişdir. İbtidai istindaq zamanı Zərərçəkmiş şəxs5 verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərilmişdir ki, o, xx.xx.2018-ci il tarixdə saat təxminən 13:00 radələrində ailə üzvləri ilə birgə Quba rayonuna toy mərasiminə getmişdirlər. Həmin gün saat 18:00 radələrində yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evinə gəlmişdir. Bu zaman evin 1-ci mərtəbəsində dəhlizin pəncərəsinin açıq olduğunu, Pəncərə şüşəsinin yerdə olduğunu görüb evə oğru girməsini bilmişdir. Evin yataq otağına baxanda əşyaların dağılmasını gördükdə yataq otağında asılqanda olan əl çantasından 1 ədəd 100 manat dəyərində "tros" formalı qızıl boyunbağının, bir ədəd qızıl kulonun, paltar dolabının üzərində olan 100 manat nağd pulun yerində olmadığını görmüşdür. Bundan sonra baş vermiş hadisə ilə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ailəsi ilə birgə Xaçmaz rayonu Yergüc kəndində yaşadığını bildirmişdir. Yaşadığı kənddə ona məxsus dükan olduğunu bildirmiş, xx.xx.2018-ci il tarixdə, saat 08:00 radələrində dükana gedən zaman dükanın arxa qapısının qıfılları sındığını görmüşdür. Bu zaman o, dükana daxil olub dükandan təxminən 200 ədəd bir manatlıq, 100 manata yaxın qəpik pullar, 300 manat dəyərində Azercell, Bakcell və Nar operartorlarna aid mobil telefon danışıq kartları, 400 manat dəyərində siqaretlər o cümlədən 100 manat dəyərində dükanın video-müşahidə kamerasının yaddaş blokunun oğurlandığını aşkar etmişdir. İbtidai istindaq zamanı Zərərçəkmiş şəxs8 verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə səhər tezdən tövlənin qapısını açan zaman tövlənin arxa tərəfindəki nəfəsliyin yerdə olmasından şübhələnib qoyunları saymağa başlamışdır. Bu zaman o, tövlədə 5 baş xırdabuynuzlu heyvanın olmadığını müəyyən etmişdir. Bundan sonra yaşadığı evin həyətindəki tövlədən baş vermiş oğurluq hadisəsi ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat vermişdir. Bundan sonra həmin oğurluğu Təqsirləndirilən şəxs1 tərəfindən edildiyini öyrənmişdir. İbtidai istindaq zamanı Zərərçəkmiş şəxs7 verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, səhər saat təxminən 07:00 radələrində yuxudan oyanaraq həyətindəki tövləyə daxil olmuşdur. Oradakı qoyunları sayan zaman qoyunlardan 4 baş qoyunun əksik olduğunu görmüşdür. O, gecə qoyunları tövləyə salan zaman onları saymaq yadından çıxmışdır. Bu səbəbdən də qoyunların örüş vaxtı itməsi və yaxud onları tövləyə salmamışdan əvvəl küçəyə çıxmalarını düşünərək Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə onun yadına düşmüşdür ki, xx.xx.2023-cü il tarixdə qoyunları tövləyə salan zaman onları saymışdır. Yəni 19 baş qoyunun hər biri yerində olmuşdur. Bundan sonra o dərhal yenidən tövləyə nəzər salan zaman tövlənin baş hissəsindəki birbaşa küçəyə açılan dəmir qapının içəridən cəftəsinin açıldığını gördükdə ona məxsus 4 baş xırdabuynuzlu heyvanın naməlum şəxs (şəxslər) tərəfindən oğurlanması ona məlum olmuşdur. Bundan sonra o, Şabran Rayon Polis Şöbəsinə gələrək təkrar ərizə ilə müraciət edib qoyunlarının oğurlanmasını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə Şahid1 oğlunun iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən Şahid1 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək hazırki işə Şahid1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. İbtidai istindaq zamanı Şahid1 verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərilmişdir ki, o, yaşadığı evin həyətində ev quşlarının satışı ilə məşğuldur. Xaçmaz rayonu, Qobu-qıraq kəndində yaşayan Təqsirləndirilən şəxs5 təxminən 3-4 il olarki tanımışdır. Coşqun özü də kəndləri gəzib ev quşları almış və aldığı ev quşlarını gətirib ona satmışdır. 19.12.022-ci il tarixdə, axşam saatlarında Coşqun onun yanına gəlib kəndlərdən hind quşları alıb gətirdiyini, avtomobildə quşların sayı çox olduğu üçün 3 ədəd hind quşunun başını kəsdiyini, kəsdiyi hind quşlarını isə satdığını demişdir. Əvvəllərdə Coşqundan hind quşları və başqa evə quşları aldığı üçün ona inanmış və başları əksilmiş hind quşlarına baxdıqdan sonra Coşqunla razılaşaraq 45 manat pul verib 3 ədəd hind quşunu almışdır. 2022-ci ilin dekabr ayının 20-dən 21-nə keçən gecə yenidən Coşqun yaşadığı evə gələrək ona kəndlərdən 10 ədəd hind quşu alıb gətirdiyini və onları satdığını demişdir. O, Coşquna inanmış və onun gətirdiyi hind quşlarına baxdıqdan sonra birini 29 manatdan almaq istədiyini bildirmiş və Coşqun da onunla razılaşmışdır. O, Coşquna 290 manat pul verib onun gətirdiyi 10 ədəd hind quşunu almışdır. Coşqun ondan pulu aldıqdan sonra çıxıb getmiş və o, Coşqundan aldığı hind quşlarını sonrakı günlərdə ayrı-ayrı şəxslərə satmışdır. Coşqun həmin vaxt satmaq istədiyi hind quşlarını kəndləri gəzib ayrıayrı şəxslərdən aldığını ona bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə Şahid2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən Şahid2 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid2 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. İbtidai istindaq zamanı Şahid2 verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışı olduğunu bildirmişdir. O, özünə məxsus "Mercedes E klass” minik markalı, Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərib pul qazanır. 2023-cü ilin fevral ayında Zamiq ona zəng edərək harada olduğunu soruşmuşdur. O da Zamiqə hal hazırda Xudat şəhərində olduğunu bildirsə də, Zamiq ona çatacaq qoyunların olmasını və onları avtomobil ilə aparmaq lazım olduğunu bildirmişdir. O, zəhmət haqqı qarşılığında onunla razılaşmışdır. Zamiq ona Xaçmaz rayonu, Qobuqırağı kəndinə gəlməsini bildirmişdir. O da özünə məxsus "Mercedes E klass” minik markalı, Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zamiqin dediyi ünvana gəlmiş, Zamiqin yanında adının sonradan Oktay olduğunu bildiyi şəxs də olmuşdur. Onlar 4 baş qoyunu onun avtomobilinə yükləmişdirlər. O, Zamiqdən bu qoyunların kimə məxsus olmasını soruşduqda Zamiq ona həmin qoyunları borc qarşılığında götürdüyünü və onun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar Şabran rayonuun Bor-Bor kəndində gəlmiş və Zamiq ondan həmin qoyunların onun avtomobilində qalmasını xahiş etmişdir. Ertəsi gün Zamiq və o, qoyunları Bakı şəhəri, Maştağa qəsəbəsinə aparmış və Zamiq onları 530 manata satmışdır. Bununla yanaşı xx.xx.2023-cü il tarixdə o, Xaçmaz şəhərində olan zaman tanışı Zamiq onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu Şabran rayon Padar kəndinə çağırmışdır. O da öz avtomobili ilə Zamiqin dediyi yerə gələn zaman Zamiqin yanında 4 baş qoyun olduğunu görmüşdür. O, həmin qoyunların Zamiqə məxsus olmasını bilib heç bir söz soruşmamışdır. Zamiq də qoyunları avtomobilinin arxa hissəsinə yükləmişdir. Padar kəndindən çıxan zaman Zamiq ondan həmin qoyunları satmaq üçün onu Bakı şəhəri, Maştağa qəsəbəsinə aparmasını xahiş etmişdir. Şabran şəhər mərkəzinə çatan zaman o, Zamiqdən həmin qoyunların kimə məxsus olmasını soruşduqda Zamiq ona onları satmaq üçün Bakı şəhəri, Maştağa qəsəbəsinə apardığını bildirmişdir. O da heç bir söz demədən Zamiqi Maştağa qəsəbəsinə gətirmiş və orada Zamiq həmin qoyunları onun tanımdığı şəxsə 400 manata sataraq ona da zəhmət haqqı qarşılığı və avtomobilin quru təmizlənməsi üçün 200 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şabran Rayon Polis X10 müstəntiqi Əhməd Muradov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - Zərərçəkmiş şəxs7 Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində yaşadığı evin həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını və nəticədə ona ümumilikdə 800 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir (cinayət işinin İ cildinin 6-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxışın keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 10:40-dan 11:05-ə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs7 yaşadığı evə keçirdikləri baxış zamanı Zərərçəkmiş şəxs7 həmin evin yanında yerləşən tövləni polis əməkdaşlarına təqdim edərək 4 baş xırdabuynuzlu heyvanın məhz həmin tövlədən oğurlandıqlarını bildirmişdir (cinayət işinin İ cildinin 6-cı vərəqəsi). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 ona məxsus olan 04 baş xırdabuynuzlu heyvanların oğurlandığı tövləni əyani surətdə təqdim etmişdir (cinayət işinin İ cildinin 10-11-ci vərəqələri). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Zərərçəkmiş şəxs7 ona məxsus olan 04 baş xırdabuynuzlu heyvanların Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığı aşkar edilmiş və Təqsirləndirilən şəxs1 saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir (cinayət işinin İ cildinin 13cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 17-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutuma haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 22-23-cü vərəqələri) - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 18:00-a şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 24-25-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsində saat 20:10-dan 20:25-ə kimi olan müddət ərzində keçirilmiş üzləşdirmə nəticəsində Təqsirləndirilən şəxs1 Şahid2 üzünə xx.xx.2023-cü il tarixdə oğurladığı 4 baş qoyunu ona məxsus nəqliyyat vasitəsinə yüklədikdən sonra Şahid2 heyvanların oğurluq olduqlarını dediyini, Şahid2 isə Təqsirləndirilən şəxs1 üzünə sonuncunun ona sözü gedən qoyunların oğurluq olduğunu dediyini bildirmişdir (cinayət işinin İ cildinin 43-44-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutuma haqqında protokoldan görünür ki, Şahid2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 46-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 Şabran rayonunun Padar kəndində gələrək Zərərçəkmiş şəxs7 yaşadığı fərdi yaşayış evinin qarşısında dayanıb həmin evin yanında yerləşən tövlədən 4 baş xırdabuynuzlu heyvanı oğurlayaraq gizlətdiyi yerləri əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 64-65-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonunun Padar kəndində gələrək Zərərçəkmiş şəxs7 yaşadığı fərdi yaşayış evinin qarşısında dayanıb həmin evin yanında yerləşən tövlədən 4 baş xırdabuynuzlu heyvanı oğurlayaraq gizlətdiyi yerləri əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 66-67-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 yaşadığı fərdi yaşayış evinin yanında yerləşən tövlədən oğurladığı 4 baş xırdabuynuzlu heyvanı Bakı şəhərinin Maştağa qəsəbə sakini X1 (cinayət işinin İ cildinin 69-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, həmin qərara əsasən X17 Təqsirləndirilən şəxs1 aldığı 4 baş xırdabuynuzlu heyvanın götürülməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 70-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, X17 Təqsirləndirilən şəxs1 aldığı 4 baş xırdabuynuzlu heyvan X14 götürülmüşdür (cinayət işinin İ cildinin 71-72-ci vərəqələri). - Foto cədvəldən görünür ki, X2 Zamiq Mustafa oğlundan aldığı 4 baş xırdabuynuzlu heyvan əyani surətdə təqdim etmişdir (cinayət işinin 74-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən X14 götürülmüş 4 baş xırdabuynuzlu heyvan maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs7 təhvil verilmələri qərara alınmışdır (cinayət işinin İ cildinin 76-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 özünə məxsus 4 baş xırdabuynuzlu heyvanın ona təhvil verildiklərini öz imzası ilə təsdiq etmişdir (cinayət işinin İ cildinin 77-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 78-79-cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-8/2023 saylı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə "həbs" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 93-97-ci vərəqəsi). - Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının Eynibulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 62 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən ünvan 1i ünvanında qeydiyyatdadır, lakin onun faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşaması ilə bağlı nümayəndəlikdə dəqiq məlumat yoxdur (cinayət işinin İ cildinin 103-cü vərəqəsi). - Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının Eynibulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 123 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, nümayəndəlikdə Təqsirləndirilən şəxs1 barəsində hər hansı müsbət xarakteristika yoxdur və o, əvvəllər məhkum olunmuşdur (cinayət işinin İ cildinin 104-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1984-ci il tarixdə Dəvəçi rayonunun Eynibulaq kəndində anadan olmuş Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə CM 143, 3; 42-1 maddələri ilə 2 il sınaq müddəti olmaqla şərti olaraq 2 il sınaq müddəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Füzuli, Qubadlı, Qarabağ Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 "A", 242 "A", 38,39 maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir və xx.xx.2003-cü il tarixli amnistiyaya əsasən həmin cəzadan azad edilmişdir. Dəvəçi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2012-ci il tarixdə cəzasını sonu ilə həmin cəzası çəkib bitirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 5 ilə endirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə 2 il 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə həmin cəzanı çəkib bitirmişdir (cinayət işinin İ cildinin 105-106-cı vərəqələri). - xx.xx.2023cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İİ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 08:38-də ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzinə zəng edərək, ona məxsus dəmir hasarı kəsməklə tövləsindən 4 baş qoyun oğurlanması barədə verdiyi məlumatı Xaçmaz Rayon Polis Şöbəsində qeydə alınmışdır (cinayət işinin İİ cildinin 4-cü vərəqəsi). - Zərərçəkmiş şəxs1 Xaçmaz Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında yaşadığı evin həyətinə tor hasarı kəsmək yolu ilə daxil olmuş naməlum şəxslərin tövlədən 4 ədəd 1 illik quzu oğurladıqlarını bildirmişdir (cinayət işinin İİ cildinin 5-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonunun Qobuqqıraq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsinə keçirdikləri baxış nəticəsində Zərərçəkmiş şəxs1 sözü gedən evin dəmir torla çəkilmiş hasarının kəsilmiş hissəsini göstərərək naməlum şəxslərin həmin yerdə həyətə daxil olaraq qapısı açıq vəziyyətdə olan tövlədən 4 ədəd 1 illik quzu oğurladıqlarını bildirmişdir (cinayət işinin İİ cildinin 7-ci vərəqəsi). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 Xaçmaz rayonunun Qobuqqıraq kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qapısı açıq vəziyyətdə olan tövlə vardır və sözü gedən evin dəmir torla çəkilmiş hasarının bir hissəsi kəsilmiş vəziyyətdədir (cinayət işinin İİ cildinin 8-9-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İİ cildinin 13-14-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus 4 ədəd 1 illik quzunun Şabran rayonunun Bor-Bor kəndində yaşayan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Siyəzən rayonunda olması müəyyən edilən Rövşən adlı şəxs tərəfindən oğurlandıqları aşkar edilmişdir (cinayət işinin İİ cildinin 22-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqına qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cinayət işinin İİ cildinin 28-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İİ cildinin 34-35-ci vərəqələri). -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18:40-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 77.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İİ cildinin 46-47-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 77.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İİ cildinin 53-54-cü vərəqələri). - Xaçmaz Rayon Məhkəməsinin 4(067)-32/2023 saylı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdə, saat 18:40-dan hesablanmaqla 2 ay müddətinə "həbs" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İİ cildinin 69-71-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonunun Qobuqqıraq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gələrək həmin evin dəmir torla çəkilmiş hasarının kəsilmiş hissəsini göstərib evə oradan daxil olduqlarını və bundan sonra tövlədən 4 baş qoyunu oğurladıqlarını bildirmişdir (cinayət işinin İİ cildinin 77-78-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonunun Qobuqqıraq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evi, həmin evə daxil olmaq üçün dəmir torla çəkilmiş hasarı kəsdikləri hissəni və 4 baş qoyunu oğurladıqlarını tövləni əyani surətdə təqdim etmişdir (cinayət işinin İİ cildinin 79-80-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İİ cildinin 91-92-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki,220780233 nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir (cinayət işinin İİ cildinin 109-110-cu vərəqələri). - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs2 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İİ cildinin 114-cü vərəqəsi). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 055 *** ** ** saylı mobil nömrə vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, ona məxsus 10 ədəd hind quşunun oğurlanması barədə məlumat vermişdir (cinayət işinin İİ cildinin 118-ci vərəqəsi). - Zərərçəkmiş şəxs2 Xaçmaz Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə ona məxsus 10 ədəd hind quşunun oğurlanması nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir (cinayət işinin İİ cildinin 119-cu vərəqəsi). - xx.xx.2022-ci il tarixli baxışın keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:35-dən 11:55-ə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs2 həmin evin həyətində olan hini təqdim edərək oradan ona məxsus 10 ədəd hind quşunun oğurlandığını bildirmişdir (cinayət işinin İİ cildinin 120-ci vərəqəsi). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus hind quşlarının oğurlandığı yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİ cildinin 120-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 ona məxsus 10 ədəd hind quşunun Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığı aşkar edilmişdir (cinayət işinin İİ cildinin 137-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs3 077 *** ** ** saylı mobil nömrə vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, 5 gün əvvəl ona məxsus 7 ədəd hind quşunun, xx.xx.2022-ci il tarixdə isə ona məxsus 4 ədəd hind quşunun oğurlanması barədə məlumat vermişdir (cinayət işinin İİ cildinin 148-ci vərəqəsi). - Zərərçəkmiş şəxs3 Xaçmaz Rayon Polis şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizədə xx.xx.2022-ci il tarixdə ona məxsus 7 ədəd hind quşunun, xx.xx.2022-ci il tarixdə isə ona məxsus 4 ədəd hind quşunun oğurlandığını bildirmişdir (cinayət işinin İİ cildinin 149-cu vərəqəsi). - xx.xx.2022-ci il tarixli baxışın keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 21:20-dən 22:30-a kimi olan müddət ərzində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs3 həmin evin həyətyanı sahəsində yerləşən hini təqdim edərək, oradan xx.xx.2022-ci il tarixdə ona məxsus 7 ədəd hind quşunun, xx.xx.2022-ci il tarixdə isə ona məxsus 4 ədəd hind quşunun oğurlandığını bildirmişdir (cinayət işinin İİ cildinin 151-ci vərəqəsi). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki hini polis əməkdaşlarına təqdim etmişdir (cinayət işinin İİ cildinin 152-153-cü vərəqəsi). - xx.xx.2022-ci il tarixli istintaq aidiyyatı üzrə göndərilmə barədə qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evindən xx.xx.2022-ci il tarixdə ona məxsus 7 ədəd hind quşunun, xx.xx.2022-ci il tarixdə isə ona məxsus 4 ədəd hind quşunun oğurlandığını etiraf etməsi səbəbi ilə Zərərçəkmiş şəxs3 şikayəti əsasında toplanmış material istintaq aidiyyatı üzrə Xaçmaz Rayon Polis X11 göndərilmişdir (cinayət işinin İİ cildinin 155-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İİ cildinin 159-cu vərəqəsi). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs4 050 *** ** ** saylı mobil nömrə vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, ona məxsus 10 ədəd hind quşunun oğurlanması barədə məlumat vermişdir (cinayət işinin İİ cildinin 168-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evində xx.xx.2022ci il tarixdə, saat 09:05-dən 09:20-ə kimi olan müddət ərzində keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs4 həmin evin bağ sahəsində yerləşən hini təqdim edərək, oradan ona məxsus 10 ədəd hind quşunun oğurlandığını bildirmişdir (cinayət işinin İİ cildinin 169-170ci vərəqələri). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı Xaçmaz şəhəri, Günəşli küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evini əyani surətdə təqdim etmişdir və həmin evin bağ sahəsində quşların saxlanılması üçün hin vardır (cinayət işinin İİ cildinin 171-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə, saat 01:00-dan 08:00-a kimi olan müddət ərzində ona məxsus 10 ədəd hind quşunun oğurlandığını bildirmişdir (cinayət işinin İİ cildinin 172-ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli istintaq aidiyyatı üzrə göndərilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 verdiyi ifadədə xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən Coşqun adlı şəxslə birlikdə 10 ədəd hind quşunun oğurlandığını bildirməsi səbəbi ilə Zərərçəkmiş şəxs4 ərizəsi üzrə toplanmış material istintaq aidiyyatı üzrə Xaçmaz Rayon Polis X11 göndərilmişdir (cinayət işinin İİ cildinin 175-176-cı vərəqələri). - xx.xx.2023cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İİ cildinin 180-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X4 rayonu, Qaraqurtlu kəndində olarkən xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində onunla Təqsirləndirilən şəxs4 dəmir yolu xətinin yaxınlığında dayanıb gözlədiklərini, Təqsirləndirilən şəxs1 isə həmin ərazidə yerləşən evin həyətində olan hindən 4 ədəd hind quşu oğurladığını bildirmişdir (cinayət işinin İİ cildinin 197-198-ci vərəqələri). - Foto cədvəldən görünür ki, X4 rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən və həyətində hind quşları oğurladıqları fərdi yaşayış evini və Təqsirləndirilən şəxs4 ilə birlikdə Təqsirləndirilən şəxs1 gözlədikləri yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİ cildinin 199-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Xaçmaz rayonu, Qaraqurtlu kəndində olarkən xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində onunla Ələkbər Yarışovun dəmir yolu xətinin yaxınlığında dayanıb gözlədiklərini, Təqsirləndirilən şəxs1 isə həmin ərazidə yerləşən evin həyətində olan hindən 4 ədəd hind quşu oğurladığını bildirmişdir (cinayət işinin İİ cildinin 200-201-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs4 Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yerləşən və həyətində hind quşları oğurladıqları fərdi yaşayış evini və Ələkbər Yarışov ilə birlikdə Təqsirləndirilən şəxs1 gözlədikləri yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİ cildinin 202-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonunun Qobu-Qıraq kəndində anadan olmuş Təqsirləndirilən şəxs5 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İİ cildinin 203-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş Təqsirləndirilən şəxs3 Dəvəçi Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökm ilə Azərbaycan SSR CM 111, 127, 38, 23-1 maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə (əməyə mütləq cəlb etmə ilə) cəzasına məhkum edilmişdir. Ağdam QARN Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökm ilə CM 243, 220 (1,2), 220-1 maddələri ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, barəsində Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 1 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə əməli CM 333.6 maddəsinə tövsif edilmiş və cəzası 8 ilə endirilmişdir. Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının 5 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İİ cildinin 206-207-ci vərəqələri). - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-71/2019 nömrəli cinayət işi üzrə xx.xx.2019cü il tarixdə qəbul edilmiş hökmdən görünür ki, həmin hökmə əsasən X40 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.2019-cu il tarixdən hesablanmaqla 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir (cinayət işinin İİ cildinin 208-215-ci vərəqələri). - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-57/2017 nömrəli cinayət işi üzrə xx.xx.2017ci il tarixdə qəbul edilmiş hökmdən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2016-cı il tarixdən hesablanmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir (cinayət işinin İİ cildinin 216-219-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İİ cildinin 221-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 222-ci vərəqəsi). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/841 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən – 1 baş diri çəkisi 06 kiloqram olan, üç illik hind quşu - 75 manat, 1 baş diri çəkisi 4,5 kiloqram olan bir ədəd bir illik erkək hind quşu - 50 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin İİ cildinin 229-231-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 Xaçmaz şəhəri, Günəşli küçəsinə gələrək xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 ilə ora gəldikdən sonra Təqsirləndirilən şəxs1 həmin ərazidə yerləşən evə hasarın üzərindən keçərək evdən 10 ədəd hind quşu oğurladığını, onun isə bu vaxt evin yaxınlığında Təqsirləndirilən şəxs1 gözlədiyini bildirmiş və həmin sözü gedən fərdi yaşayış evini əyani surətdə təqdim etmişdir (cinayət işinin İİ cildinin 236-237-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs5 Xaçmaz şəhəri, Günəşli küçəsi ərazisində yerləşən və Təqsirləndirilən şəxs1 ilə birlikdə hind quşlarını oğurladığı evi və onun Təqsirləndirilən şəxs1 gözlədiyi yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİ cildinin 238-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə, X40, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cinayət işinin İİ cildinin 239-240-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cinayət işinin İİ cildinin 241-242-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cinayət işinin İİ cildinin 248-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən X40 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İİİ cildinin 1-2-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən X40 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İİİ cildinin 8-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X40 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İİİ cildinin 9-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cinayət işinin İİİ cildinin 23-24-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İİİ cildinin 41-42-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cinayət işinin İİİ cildinin 44-45-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs5 Ağakisi oğlu barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İİİ cildinin 62-63-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, "ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs1 hind quşlarını oğurladığı evləri göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs1 bildirdi ki, o, hind quşlarını Xaçmaz rayonu, Qaraqurtlu kəndində, Xaçmaz şəhəri, H. Seyidbəyli və Xaçmaz şəhəri, Günəşli küçəsində yerləşən evlərin həyətində olan hinlərdən oğurlamışdır. Biz Təqsirləndirilən şəxs1 təklifi ilə Xaçmaz Rayon Polis Şöbəsinin "Ford" markalı avtomobilinə əyləşib əvvəlcə Xaçmaz şəhəri, Atatürk küçəsi ilə daha sonra isə sağa dönüb dəmiryol xəttinin kənarı ilə Xaçmaz rayonu, Qaraqurtlu kəndinə getdik. Xaçmaz rayonu, Qaraqurtlu kəndində dəmiryol xəttinin sol kənarında yerləşən bir mərtəbəli evin qarşısına çatanda Təqsirləndirilən şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində şiferdən düzəldilmiş hasarın üstündən keçməklə həmin evin həyətinə, daha sonra isə həyətdə olan hinə daxil olaraq 07 baş, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində isə yenədə həmin evin həyətində olan hindən 04 baş hind quşlarını oğurlamışdır. Biz, Təqsirləndirilən şəxs1 təklifi və Zərərçəkmiş şəxs3 razılığı ilə həyətə daxil olduq və Təqsirləndirilən şəxs1 evin arxa tərəfində olan hini göstərib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində həmin hindən 07 baş, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində isə 4 baş olmaqla ümumilikdə 1 baş hind quşunu oğurlamışdır. Bundan sonra biz Təqsirləndirilən şəxs1 təklifi ilə avtomobilə əyləşib Xaçmaz, şəhəri, H. Seyidbəyli küçəsinə getdik. Xaçmaz şəhəri, H. Seyidbəyli küçəsində yolun sol kənarında olan bir mərtəbəli evin qarşısına çatanda Təqsirləndirilən şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 05:30 radələrində mişar daşından inşa edilmiş hasarın üstündən keçməklə həmin evin həyətinə, daha sonra isə həyətdə olan hinə daxil olaraq 10 baş hind quşunu oğurlamışdır. Biz Təqsirləndirilən şəxs1 təklifi və Zərərçəkmiş şəxs2 razılığı ilə həyətə daxil olduq və Təqsirləndirilən şəxs1 evin arxa tərəfində olan hini göstərib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində həmin hinə daxil olaraq 10 baş hind quşunu oğurlamışdır. Bundan sonra biz Təqsirləndirilən şəxs1 təklifi ilə avtomobilə əyləşib Xaçmaz şəhəri, Günəşli küçəsinə getdik. Xaçmaz şəhəri, Günəşli küçəsində yolun sağ kənarında olan bir mərtəbəli evin qarşısına çatanda Təqsirləndirilən şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs5 evin yaxınlığında gözləmiş, o, özü isə mişar daşından inşa edilmiş hasarın üstündən keçməklə həmin evin həyətinə, daha sonra isə həyətdə olan hinə daxil olaraq 10 baş hind quşunu oğurlamışdır. Biz Təqsirləndirilən şəxs1 təklifi və Zərərçəkmiş şəxs4 razılığı ilə həyətə daxil olduq və Təqsirləndirilən şəxs1 evin arxa tərəfində olan hunu göstərib bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində həmin hinə daxil olaraq 10 baş hind quşu oğurlamışdır" (cinayət işinin İİİ cildinin 65-67-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Qaraqurtlu kəndində Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinə daxil olduğu yeri və həmin evdə hind quşlarının olduğu yeri, Xaçmaz şəhərinin H. Seyidbəyli küçəsində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olduğu yeri və həmin evin həyətində hind quşlarının olduğu yeri, Xaçmaz şəhəri, Günəşli küçəsində Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinə daxil olduğu yeri və həmin evin həyətində hind quşlarının olduğu yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin İİİ cildinin 68-70-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişlər və istintaq ********* nömrə ilə davam etdirilmişdir (cinayət işinin İİİ cildinin 71-72-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Xaçmaz Rayon Polis X10 müstəntiqi Sail Tağıyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraatına qəbul edilmişdir (cinayət işinin İİİ cildinin 75-ci vərəqəsi). - Zərərçəkmiş şəxs5 Xaçmaz Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində xx.xx.2018- ci il tarixdə, saat 13:00-dan 18:00-a kimi olan müddət ərzində naməlum şəxsin (şəxslərin) Xaçmaz rayonunun Yergüc kəndində yerləşən evin pəncərə şüşəsini sındırmaq yolu ilə evə daxil olub oradan ona məxsus 1 ədəd 100 manat dəyərində qızıl boyunbağının, 1 ədəd boyunbağıya məxsus kulonu və 100 manat pulu oğurlaqlarını bildirmişdir (cinayət işinin İİİ cildinin 78-ci vərəqəsi). - xx.xx.2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs5 yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən yaşayış evində keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs5 həmin evin pəncərə şüşəsini sındırmaq yolu ilə evə daxil olub oradan ona məxsus 1 ədəd 100 manat dəyərində qızıl boyunbağının, 1 ədəd boyunbağıya məxsus kulonu və 100 manat pulu oğurlaqlarını bildirmişdir (cinayət işinin İİİ cildinin 79-81ci vərəqələri). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs5 yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən yaşayış evində pəncərə şüşəsini sındırdığı yeri və 1 ədəd 100 manat dəyərində qızıl boyunbağının, 1 ədəd boyunbağıya məxsus kulonu və 100 manat pulu oğurluqları yerləri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİİ cildinin 82-86-cı vərəqələri). - xx.xx.2018-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İİİ cildinin 105-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki,180780103 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İİİ cildinin 109-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatdabirləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir cinayət işinin İİİ cildinin 116-117-ci vərəqələri). - xx.xx.2018-ci il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İİİ cildinin 121-ci vərəqəsi). - Zərərçəkmiş şəxs6 Xaçmaz Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində yaşadığı kənddə atasına məxsus dükandan 300 manat nağd pulun, 300 manat dəyərində müxtəlif operatorlara aid danışıq kartları, 400 manat dəyərində müxtəlif markalı siqaretlərin və dükanın kameralarının yaddaş blokunun oğurlandığını bildirmişdir (cinayət işinin İİİ cildinin 124-cü vərəqəsi). - xx.xx.2018-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İİİ cildinin 132-ci vərəqəsi). - xx.xx.2018-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İİİ cildinin 126-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat axtarış təbirləri nətiçəsində Zərərçəkmiş şəxs6 atasına məxsus dükandan 300 manat nağd pulun, 300 manat dəyərində müxtəlif operatorlara aid danışıq kartları, 400 manat dəyərində müxtəlif markalı siqaretlərin və dükanın kameralarının yaddaş blokunun Təqsirləndirilən şəxs3 tərəfindən oğurlandığı aşkar edilmişdir (cinayət işinin İİİ cildinin 151-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İİİ cildinin 152-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cinayət işinin İİİ cildinin 159-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs3 Xaçmaz rayonunun Yergüc kəndində Zərərçəkmiş şəxs6 atasına məxsus dükana gələrək oradan xx.xx.2018-ci il tarixdə, saat 03:00 radələrində qapının qıfılını qıraraq oradan kağız və qəpik pullar, siqaretlər, mobil danışıq kartları və mağazanın müşahidə kamerasının yaddaş qutusunu söküb öz ilə apardığını bildirmişdir (cinayət işinin İİİ cildinin 181-182-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayonunun Yergüc kəndində Zərərçəkmiş şəxs6 atasına məxsus dükanı, həmin dükana daxil olduğu yeri və dükandan oğurladığı əmlakların yerlərini əyani surətdə təqdim etmişdir (cinayət işinin İİİ cildinin 183-184-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs5 Xaçmaz rayonunun Yergüc kəndində yerləşən evinin pəncərə şüşəsini sındırmaq yolu ilə evə daxil olub oradan sonuncuya məxsus 1 ədəd qızıl boyunbağını, 1 ədəd boyunbağıya məxsus kulonu və 100 manat pulu oğurladıqlarını bildirmişdir (cinayət işinin İİİ cildinin 185-186-cı vərəqəsi). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs5 Xaçmaz rayonunun Yergüc kəndində yerləşən evinin pəncərə şüşəsini sındırmaq yolu ilə evə daxil olduğu geri və həmin evdən oğurladığı 1 ədəd qızıl boyunbağının, 1 ədəd boyunbağıya məxsus kulonun və 100 manat pulun olduqları yerləri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİİ cildinin 187-188-cı vərəqəsi). - Xaçmaz rayon icra Hakimiyyətçi Başçısının Müşkür kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 376 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayır (cinayət işinin İİİ cildinin 193-cü vərəqəsi). - Xaçmaz rayon icra Hakimiyyətçi Başçısının Müşkür kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 377 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qonşuları və kənd sakinləri ilə münasibəti həmişə normal olmuş və onun barəsində nümayəndəliyə heç-bir şikayət daxil olmamışdır (cinayət işinin İİİ cildinin 194-cü vərəqəsi). - Xaçmaz rayon icra Hakimiyyətçi Başçısının Çarxı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 154 nömrəli arayışdan görünür ki, X4 rayonunun Çarxı kəndində yaşayır və onun xx.xx.1964-cü il təvəllüdlü həyat yoldaşı X37, xx.xx.1994-cü il təvəllüdlü oğlu X27 və xx.xx.1995-ci il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır (cinayət işinin İİİ cildinin 195-ci vərəqəsi). - Xaçmaz rayon icra Hakimiyyətçi Başçısının Çarxı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 153 nömrəli xasiyyətnamədən görünür ki, Xaçmaz rayonunun Çarxı kəndində X56 daim öz çirkin əməlləri ilə tanınan bir insandır. Heç bir ictimai işlə məşğul olmur, tüfeyli həyat sürür. Dəfələrlə törətdiyi əməllərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun barəsində nümayəndəliyə dəfələrlə yazılı və şikayət xarakterli məlumatlar daxil olmuşdur (cinayət işinin İİİ cildinin 196-cı vərəqəsi). - Xaçmaz rayon icra Hakimiyyətçi Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 196 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayır və xx.xx.1961ci il təvəllüdlü həyat yoldaşı X18, xx.xx.2014-cü il təvəllüdlü oğlu X15 və xx.xx.2017-ci il təvəllüdlü qızı X3 ibarət ailə tərkibi vardır (cinayət işinin İİİ cildinin 197-ci vərəqəsi). - Xaçmaz rayon icra Hakimiyyətçi Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 197 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşadığı Xaçmaz rayonunun Qobuqıraq kəndində kənd sakinləri ilə yaxşı münasibətdədir və onun barəsində nümayəndəliyə hər-hansı bir şikayət daxil olmamışdır (cinayət işinin İİİ cildinin 198-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu Qobuqıraq kəndi ərazində Zərərçəkmiş şəxs1 Etibar oğlunun yaşadığı evin yanına gələrək həmin evin həyətinə çöl yol setkasını kəsərək daxil olduğunu bildirmiş və həmin yeri, o cümlədən həmin evin tövləsindən 4 baş qoyunu oğurladığını bildirərək tövlənin yerini əyani surətdə təqdim etmişdir (cinayət işinin İİİ cildinin 199-200-cü vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu Qobuqıraq kəndi ərazində Zərərçəkmiş şəxs1 Etibar oğlunun yaşadığı evi, həmin evə daxil olduğu yeri və həmin evin həyətyanı sahəsində yerləşən və onun 4 baş qoyunu oğurladığı yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İİİ cildinin 201-202-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş Təqsirləndirilən şəxs4 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67, 177.2.1 və 177.2.3-cü maddələri ilə 5 il azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İİİ cildinin 204cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsi ilə istintaq aidiyyəti üzrə Şabran Rayon Polis X11 göndərilmişdir (cinayət işinin İİİ cildinin 218-221-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək cinayət işinin ibtidai istintaqı həmin maddələr ilə davam etdirilmişdir (cinayət işinin İV cildinin 2-4-cü vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorun birinci müavini X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 23-0000-xx-xx-000470 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 05 ayadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır (cinayət işinin İV cildinin 24-25-ci vərəqələri). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1961 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2023-cü ilin fevral ayına 3 baş 5 illik ayrı-ayrılıqda hər birinin 22 kiloqram çəkidə olan qoyunlar bir ədədinin orta bazar qiyməti 140 manat olmaqla ümumilikdə 420 manat, 01 baş 4 illik 22 kiloqram çəkidə olan qoyunların orta bazar qiyməti isə 140 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin İV cildinin 73-75ci vərəqələri). - Şabran rayon istehlak X7 11 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 9 baş, hər biri 6 kiloqram olmaqla üç illik diri hind quşunun və 1 baş 7 kiloqram çəkidə olmaqla iki illik erkək hind quşunun 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə ümumilikdə təxminən 753 manat təşkil edir (cinayət işinin İV cildinin 83-cü vərəqəsi). - Şabran rayon istehlak X7 12 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 4 baş hər biri 6 kiloqram çəkidə olan hind quşunun 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə ümumilikdə təxminən 300 manat təşkil edir (cinayət işinin İV cildinin 84-cü vərəqəsi). - Şabran rayon istehlak X7 13 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 7 baş 2 illik dişi hind quşunun 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə ümumilikdə təxminən 525 manat təşkil edir (cinayət işinin İV cildinin 85ci vərəqəsi). - Şabran rayon istehlak X7 14 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 4 baş 1 illik cins quzunun 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə ümumilikdə təxminən 1600 manat təşkil edir (cinayət işinin İV cildinin 86-cı vərəqəsi). - Şabran rayon istehlak X7 15 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl kulonun 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə ayrı-ayrılıqda 100 manat olmaqla ümumilikdə 200 manat təşkil edir (cinayət işinin İV cildinin 87-ci vərəqəsi). - Şabran rayon istehlak X7 16 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1 ədəd müşahidə kamerasının yaddaş blokunun 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə 100 manat təşkil edir (cinayət işinin İV cildinin 88-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İV cildinin 91-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə protokoldan görünür ki, Quba rayonu Hacıhüsyenli kəndində yaşayan Zərərçəkmiş şəxs8 Quba Rayon Polis Şöbəsinə yaşadığı evin həyətindəki tövlədən 5 baş xırdabuynuzlu heyvanın naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını bildirmişdir (cinayət işinin İV cildinin 93-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs8 məxsus 5 baş xırdabuynuzlu heyvanın Təqsirləndirilən şəxs1 olduğu aşkar edilmişdir (cinayət işinin İV cildinin 102-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İV cildinin 110-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Hacıhüsyenli kəndinə gələrək Zərərçəkmiş şəxs8 yaşadığı evi əyani surətdə təqdim etmiş və oradan xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində 5 baş qoyun oğurladığını bildirmişdir (cinayət işinin İV cildinin 135-136cı vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Hacıhüsyenli kəndinə gələrək Zərərçəkmiş şəxs8 yaşadığı evi, həmin evə daxil olduğu yeri və 5 baş qoyun oğurladığını sözü gedən evin tövləsini əyani surətdə təqdim etmişdir (cinayət işinin İV cildinin 137-138-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İV cildinin 147- 148-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün istintaq aidiyyatı üzrə Şabran Rayon Polis şöbəsinə göndərilmişdir (cinayət işinin İV cildinin 159-160-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək cinayət işinin ibtidai istintaqı həmin maddələr ilə davam etdirilmişdir (cinayət işinin V cildinin 2-5-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan görünür ki, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir (cinayət işinin V cildinin 8- 9-cu vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorun birinci müavini X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2-05/2-000162/2023 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 07 ayadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır (cinayət işinin V cildinin 44-45-ci vərəqələri). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3790 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2023-cü ilin fevral ayına 01 baş yerli cins, diri çəkisi 16 kiloqram olan erkək qoçun orta bazar qiyməti 230 manat, 04 baş yerli cins hər biri 16-17 kiloqram olan dişi qoyunların orta bazar qiyməti - 800 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin V cildinin 89-91-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunun Bor-Bor kəndində anadan olmuş Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasının Rostov Vilayətinin Matveyevko-Kurqan Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökm ilə CM 146 maddəsinin 2 hissəsi, 145 maddəsinin 3 hissəsi 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2001-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1 və 181.2.2, 181.2.4, 181.2.5 və 66.3-cü maddələri ilə 11 il müddətinə alaqlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi hökmdən xaric edilib. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 10 il 6 aya endirilib. xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin Qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib (cinayət işinin V cildinin 93-94-cü vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-280/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonunun Bor-Bor kəndində yaşayır. Kəndə yaşadığı müddət ərzində uzun müddət məhkumluq həyatı yaşamış özünü bacarıqlı, işgüzar və intizamlı bir şəxs kimi göstərmiş, kəndin ictimai işlərində yaxında iştirak etmişdir. Kənd sakinləri arasında müsbət xarakretizə olunur (cinayət işinin V cildinin 126-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona hamin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir (cinayət işinin V cildinin 140-143-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar qüvvəsində saxlanılmışdır (cinayət işinin V cildinin 157-188-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran Rayon Məhkəməsinin 1(031)-64/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir. - Şabran Rayon Məhkəməsinin 1(031)-64/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında tutulması haqqında protokoldan görünür ki, X19 yeri Bakı şəhərinin Nərimanov rayonu ərazisində aşkar edilərək tutulmuş və o, xx.xx.2023-cü il tarixdə, saat 16:10-da Şabran Rayon Polis X12 təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 yeri Xaçmaz şəhəri ərazisində aşkar edilərək tutulmuş və o, xx.xx.2023-cü il tarixdə, saat 21:10-da Şabran Rayon Polis X12 təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 yeri Xaçmaz şəhəri ərazisində aşkar edilərək tutulmuş və o, xx.xx.2023-cü il tarixdə, saat 18:15-də Şabran Rayon Polis X12 təhvil verilmişdir. - Zərərçəkmiş şəxs8 Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq nəticəsində ona dəymiş maddi ziyan ödənilməyib. - Zərərçəkmiş şəxs5 Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun X16 hər-hansı bir şikayət və ya tələbi yoxdur. - Zərərçəkmiş şəxs7 Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq nəticəsində ona dəymiş maddi ziyan ödənildiyindən, onun Təqsirləndirilən şəxs1 hər-hansı bir şikayət və ya tələbi yoxdur. - X19 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində barəsində olan şəxsi işindən çıxarışdan görünür ki, o, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-71/2019 nömrəli cinayət işi üzrə xx.xx.2019-cü il tarixdə qəbul edilmiş hökm ilə barəsində təyin edilmiş cəzanı xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə çəkib qurtarmış və azadlığa buraxılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə tərtib edilmiş tələbnamələrə, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-71/2019 nömrəli cinayət işi üzrə xx.xx.2019-cü il tarixdə qəbul edilmiş hökmünə, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-57/2017 nömrəli cinayət işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 hazırda məhkumluğu olmayan şəxslərdir. Bununla yanaşı Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində isə cinayətlərin təhlükəli residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda (18.2.1) və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə (18.2.2) təhlükəli sayılır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər (18.4.1); yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər (18.4.2); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar (18.4.3) və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar (18.4.4) nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən AR CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Şəxsin əməlində residivin mövcud olması üçün onun əvvəllər qəsdən cinayət törətməyə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması və yenidən qəsdən cinayət törətməsi tələb olunur. Cinayət Məcəlləsinin 18-ci maddəsində törədilən cinayətlərin ağırlıq dərəcəsindən və məhkumluğun sayından asılı olaraq residivin sadə, təhlükəli və xüsusilə təhlükəli növləri fərqləndirilmişdir.Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur. Məhkumluğun səbəb olduğu cinayəthüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir. Cəzanın çəkilməsindən sonra qanunla müəyyən edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin və cəzanın tətbiqini labüd edir. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. Residivin mütləq şərti olaraq məhkumluqdan bəhs etdikdə, cinayət qanunu sadəcə şəxs barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasını deyil, bu hökmlə şəxsə cəza təyin edilməsini də nəzərdə tutur. Belə ki, Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.1-ci maddisinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.2-ci maddisinə əsasən eyni əməllər təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin "Qeyd" – nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının 26-cı bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” - inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 törətmiş olduğu cinayət əməli düzgün olaraq isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin müvafiq bəndlərində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin n 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, davam edən cinayətlərin anlayışının cinayət qanunvericiliyində təsbit edilməməsinə baxmayaraq, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş bir sıra qərarlarda təcrübədə və nəzəriyyədə belə cinayətlərə rast gəlindiyi qeyd olunmuş və davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan və mütəmadi törədilən eyni cinayət əməlləri kimi göstərilmişdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə onun törətdiyi cinayət əməllərini etiraf etməsini və səmimi peşmançılıq hisi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallar aşkar etmir. Təqsirləndirilən şəxs2 münasibətdə onun törətdiyi cinayət əməllərini etiraf etməsini və səmimi peşmançılıq hisi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 münasibətdə onun törətdiyi cinayət əməllərini etiraf etməsini və səmimi peşmançılıq hisi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 münasibətdə onun törətdiyi cinayət əməllərini etiraf etməsini və səmimi peşmançılıq hisi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs5 münasibətdə onun törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşmançılıq hisi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 02 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallar aşkar etmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğluna cəza təyini məsələsini müzakirə edərək, onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini və şəxsiyyətlərini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyətlərini və törədikləri cinayət əməllərinin xarakterini, o cümlədən Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivinin, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərində isə cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq, onlara azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs5 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddət ərzində Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan ünvan 5i ünvanında yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı Təqsirləndirilən şəxs5 xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 4 ay 12 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan 4 baş xırda buynuzlu heyvanın Zərərçəkmiş şəxs7 təhvil verilməsi nəzərə alınmalı və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada 150 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 04 (dörd) ay 12 (on iki) gün müddət barəsində təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə barəsində təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində daimi yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan ünvan 5i ünvanında yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut 4 (dörd) baş xırda buynuzlu heyvanın Zərərçəkmiş şəxs7 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X8, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Siyəzən rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs4 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Siyəzən rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X20 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs5 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-11/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-11/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver