Məhkəmə qərarları › İş №1(031)-11/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-11/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-11/2025 12.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Ədülmənna oğlunun və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1993-cü il tarixdə Dəvəçi rayonunun Ağbaş kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Ədülmənna oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Ədülmənna oğlu cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakım qəsdən məhv etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gələrək əynində olan köynəyi çıxarıb yandırdıqdan sonra, xx.xx.2023-cü il tarixli, 600710 nömrəli etibarnaməyə əsasən faktiki olaraq Zərərçəkmiş şəxs məxsus 1993-cü il istehsalı, “Mercedes-Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı həmin vaxt orta bazar qiyməti 15000 (on beş min) manat olan nəqliyyat vasitəsinin açıq vəziyyətdə olan sol qabaq yan şüşəsindən yanan köynəyini içəri atmaqla 1993-cü il istehsalı, “Mercedes-Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili və içərisində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və mülki etibarnaməni yandırmaqla qəsdən əmlakı məhv edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 15000 (on beş min) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Ədülmənna oğlu ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, həbs olunmamışdan əvvəl fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, bağ sahələrində meyvə yığımı ilə bağlı mövsümi olaraq Qusar rayonunda işləmiş və digər kənd sakinləri meyvə yığımına Samir adlı şəxsin idarə etdiyi “Mersedes Benz 208D” minik markalı avtomobil ilə gedirmiş. Daha sonra həmin avtomobili həmkəndlisi Röyal adlı şəxs idarə edirmiş. Belə ki, Samir adlı şəxs bağ sahələrinin sahibləri ilə meyvə yığımı üçün razılaşır və meyvəni yığmaq üçün onu və digər kənd sakinlərini bağ sahələrinə aparırmış. Şahid ilə əvvəllər münasibətləri yaxşı olub. Daha sonra o, işə görə ona verilməli olan 20 (iyirmi) manat pulu tam olaraq vermədiyi üçün Samirlə bağ sahələrinə getməmişdir. Bundan bir müddət sonra iş tapmadığı üçün Samir adlı şəxsə zəng vuraraq onunla yenidən işləmək istədiyini bildirmiş, Samir isə onunla zəng zamanı mübahisə etməyə başlamış, onu nalayiq ifadələrlə təhqir etmişdir. O, yaşadığı evə gələrək spirtli içki qəbul etmişdir. Bundan sonra yenidən Samirə zəng edərək onu nə üçün təhqir etdiyini soruşmuşdur. Samir yenə də onunla kobud və nalayiq ifadələrlə danışmağa başlamış, onu yenə də təhqir etmişdir. O da əsəbiləşib Samirə avtomobilini yandıracağını demişdir. Samir onun sözlərinə əhəmiyyət verməmişdir. “Mersedes Benz 208D” minik markalı avtomobilin həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında olduğunu bilirdi. O, xx.xx.2023-cü il tarixdə, gecə 01:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına piyada getmiş və avtomobilin orada olduğunu, ətrafa heç kimin olmadığını, sürücü tərəfdən yan güzgünün açıq qoyulduğunu görmüş, əynində olan göy rəngli qısaqol köynəyi çıxararaq cibində olan alışqanla yandırıb sürücü oturacağının üzərinə atmışdır. Lakin köynək yanmadığı üçün yenidən götürərək əlindəki alışqanla həmin köynəyi yenidən yandıraraq qabaq oturacağın üzərinə atmışdır. Sürücü oturacağının yandığını gördükdən sonra oradan uzaqlaşmış, təxminən 20 (iyirmi) metr getdikdən sonra yanğının şiddətləndiyini görüb tam oradan uzaqlaşmışdır. Həmin vaxtı o, Səmirlə aralarında olan danışıqla bağlı əsəbi və spirtli içki qəbul etdiyi üçün də sərxoş vəziyyətdə olmuşdur. Məqsədi avtomobili tam olaraq yandırmaq olmamışdır. Samir ona söyüş söydüyü üçün ondan qisas almaq, onu cəzalandırmaq istəmişdir. O, avtomobilin tam olaraq yanacağını gözləməmişdir. Avtomobili yandırdıqdan təxminən 03 (üç) ay sonra Röyal adlı şəxs avtomobilin ona məxsus olduğunu, Samirdən aldığını, lakin pulunu hissə-hissə ödədiyini ona demişdir. O, avtomobilin Samirə aid olduğunu bilərək yandımışdır. Daha sonra o, xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir və ona dövlət tərəfindən hüquqlarını müdafiə etməsi üçün vəkili Müdafiəçi təqdim edilmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Mercedes Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yanğın hadisəsi baş verməmişdən əvvəl, təxminən 2023-cü ilin iyul ayında Şahid 12000 (on iki min) manata almış və əlavə olaraq Samirə 02 (iki) il ərzində hər ay 500 (beş yüz) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin avtomobilə görə Samir ona baş etibarnamə vermişdir. Avtomobil yanan zaman faktiki olaraq onun mülkiyyətində və yaşadığı evin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs tanışıdır və həmkəndlisidir. Tural ilə əvvəllər münasibəti normal olmuşdur. O, Samir ilə birlikdə həmin avtomobil ilə Quba, Qusar və Xaçmaz rayonlarında bağlarda işləmək üçün işçilər aparırmış. Tural da həmçinin həmin bağlarda işləmək üçün onunla fəhlə kimi gedirmiş. Lakin son zamanlarda bağlarda işləyən zaman spirtli içki qəbul edərək insanlarla mübahisə yaradırmış. Bu səbəbdən də Samir ilə o, Turala bildirmişdir ki, daha onu bağ sahələrinə işləmək üçün aparmayacaqlar. Bundan sonra Tural onu və Samiri avtomobili yandıracağı ilə hədələməyə başlamışdır. Lakin bu hədələri Tural içkili vəziyyətdə dediyi üçün onlar Turalın dediklərini ciddi qəbul etməmişlər. 2023-cü ilin sentyabr ayının əvvəlində saat 14:00 radələrində o, və ailə üzvləri bağ sahəsində olmuşlar. Tural ona zəng edərək yenə hədələməyə başlamış, avtomobili yandıracağını bildirmişdir. O, bununla bağlı Turala Samirə zəng etməyini bildirmişdir, çünki bağ sahələrinə işçiləri Samir aparırmış, əməkhaqqılarını da Samir verirmiş. xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində yatdığı zaman avtomobilin yanmasını ailə üzvləri ona bildirmiş, o dərhal küçəyə çıxmış və avtomobilin şiddətli şəkildə yandığını görmüş və bu barədə 103 xidmətinə məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə də bu barədə məlumat vermişdir. Telefona baxan zaman Turalın əvvəldən ona zəng etdiyini görmüşdür. Saat 03:00 radələrində Samirlə telefon əlaqəsi saxlaya bilmədiyi üçün onun yaşadığı evə getmiş və avtomobilin yandığı haqda məlumat vermişdir. Samir onunla birlikdə Şabran rayonunu Ağbaş kəndinə gəlmiş və avtomobilin yandığı görmüşdür. Samir onun yanında xx.xx.2023-cü il tarixdə, saat 06:00 radələrində Turala zəng edərək harada olmasını soruşmuş, Tural Sumqayıtda olduğunu və avtomobili yandırmadığını demişdir. Samir də Turala avtomobili yandırması barədə heç bir sual vermədiyi halda hansı səbəbdən avtomobili yandırmadığını dediyini və bu barədə necə məlumatı olduğunu soruşmuşdur. Tural telefonla danışan zaman avtomobili yandırmasını etiraf edərək “yaxşı edib yandırmışam” demişdir. Bundan sonra təxminən 01 (bir) aydan çox müddətdə o, Turalı kənddə görməmişdir. Daha sonralar dəqiq xatırlamadığı tarixlərdə Tural ona və digər kənd sakinlərinə avtomobili Samirin olduğunu zənn etdiyi üçün yandırdığını etiraf etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Xahiş edir ki, Təqsirləndirilən şəxs Ədülmənna oğlu barəsində ağır cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, “Mercedes Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanğın hadisəsi baş verməmişdən əvvəl, təxminən 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs 12000 (on iki min) manata satmağa razılaşmış və Röyal da əlavə olaraq ona 02 (iki) il ərzində hər ay 500 (beş yüz) manat ödəməyə razılıq vermişdir. Bu şərtlərlə həmin avtomobilə görə Röyala baş etibarnamə vermişdir. Avtomobil yanan zaman faktiki olaraq Royalın mülkiyyətində və yaşadığı evin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs isə tanışıdır və Şabran rayonunun Ağbaş kəndində yaşayır. Tural ilə əvvəllər münasibətləri normal olmuşdur. O, Röyal ilə birlikdə həmin avtomobil ilə Quba, Qusar və Xaçmaz rayonlarında bağlarda işləmək üçün işçilər aparırmış. Tural da həmçinin həmin bağlarda işləmək üçün onlarla fəhlə kimi gedirmiş. Lakin, Tural son zamanlarda bağlarda işləyən zaman spirtli içki qəbul edərək insanlarla mübahisə yaradırmış. Bu səbəbdən də Röyal ilə o, Turala bildirmişlər ki, daha onu bağ sahələrinə işləmək üçün aparmayacaqlar. Bundan sonra Tural onu və Röyalı onun da onu avtomobildə aparmayacaqları təqdirdə avtomobili yandıracağı ilə hədələməyə başlamışdır. Lakin, Tural bu hədələri içkili vəziyyətdə dediyi üçün onlar Turalın dediklərini ciddi qəbul etməmişlər. Tural sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ona zəng edərək yenə hədələməyə başlamış və o, Turala kobud formada onunla danışmaq istəmədiyini deyərək zəngi söndürmüşdür. Bundan sonra Tural təkrar yığaraq ona avtomobili yandıracağını bildirmişdir, lakin o, Turala əhəmiyyət verməmişdir. Həmin gün saat 03:00 radələrində Röyal onunla telefon əlaqəsi saxlaya bilmədiyi üçün yaşadığı evə gəlmiş və avtomobilin yandığı haqda məlumat vermişdir. O, Röyal ilə birlikdə Şabran rayonunun Ağbaş kəndinə gəlmiş və avtomobilin yandığını görmüşdür. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə saat 06:00 radələrində Turala zəng edərək harada olmasını soruşmuşdur. Tural ona Sumqayıtda olduğunu və avtomobili yandırmadığını demişdir. O, Turaldan avtomobili yandırması barədə heç bir sual vermədiyi halda hansı səbəbdən avtomobili yandırmağını dediyini və bu barədə necə məlumatı olduğunu soruşduqda isə, Tural ona avtomobili yandırmasını etiraf edərək “yaxşı edib yandırmışam” sözlərini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, gecə 01:00 radələrində, Şabran rayonunun Ağbaş kəndi ərazisində baş vermiş yanğın nəticəsində 01 (bir) ədəd Mercedes-Benz markalı nəqliyyat vasitəsi yanaraq nasaz vəziyyətə düşmüşdür. Yanğın barəsində Siyəzən rayon X4 Xidmətinə xx.xx.2023-cü il tarixdə, saat 01:26-da məlumat daxil olmuş, Siyəzən rayon X4 Xidmətinin əməkdaşları həmin tarixdə saat 01:38-də hadisənin baş verdiyi əraziyə çatmışlar və xx.xx.2023-cü il tarixdə, saat 01:50-ə radələrində yanğın söndürülmüşdür (cinayət işinin İ cildinin 8-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, X7 Yanğın Nəzarət İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 10:00-dan 11:00-a kimi olan müddət ərzində Şabran rayonunun Ağbaş kəndi ərazisində “Mercedes Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində baş vermiş yanğınla bağlı hadisə yerinə baxış zamanı Əlyarov X3 Tural Ədülmənna oğlunun onu həmin nəqliyyat vasitəsini yandıracağı ilə hədələdiyini bildirmişdir (cinayət işinin İ cildinin 9-10-cu vərəqələri). - Yanğın yerinin fotoşəkillərindən görünür ki, “Mercedes Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində baş vermiş yanğın nəticəsində həmin nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdür (cinayət işinin İ cildinin 12-14-cü vərəqələri). - Zərərçəkmiş şəxs X7 Yanğın Nəzarət İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs Ədülmənna oğlunun xx.xx.2024-cü il tarixdə ona məxsus “Mercedes Benz 208 DKA” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yandırması nəticəsində ona 10000 (on min) manat məbləğində maddi ziyan dəydiyini və yanğın zamanı ona və avtomobilə dair sənədlərin yandığını bildirmişdir (cinayət işinin İ cildinin 18-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli yanğın haqqında aktdan görünür ki, izahatlar və baxış nəticəsində xx.xx.2023-cü il tarixdə, gecə 01:00 radələrində, Şabran rayonunun Ağbaş kəndi ərazisində “Mercedes Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində baş vermiş yanğın hadisəsinin səbəbi kənardan atılmış od mənbəyindən beş verməsi ehtimal olunur (cinayət işinin İ cildinin 18-20-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, gecə 01:00 radələrində, Şabran rayonunun Ağbaş kəndi ərazisində “Mercedes Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar material aidiyyəti üzrə Şabran Rayon Polis Şöbəsinə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir (cinayət işinin İ cildinin 21-ci vərəqəsi). - Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs Ədülmənna oğlunun xx.xx.2024-cü il tarixdə ona məxsus “Mercedes Benz 208 DKA” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yandırması nəticəsində ona 10000 (on min) manat məbləğində maddi ziyan dəydiyini və yanğın zamanı ona və avtomobilə dair sənədlərin yandığını bildirmişdir (cinayət işinin İ cildinin 23-cü vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7145 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1993cü ildə istehsal olunan, Vaqon tipli (8+1) istifadə olunmuş, Mersedes Benz 208 DKA minik markalı avtomobilin normal vəziyyətdə 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15000 (on beş min) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 70-71-ci vərəqələri). - Şabran Rayon Mərkəzi X5 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-34/2-754/2024 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Şabran rayonunun Ağbaş kənd sakini Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin İ cildinin 73-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ədülmənna oğlu əvvəllər məhkum olunmamışdır. (cinayət işinin İ cildinin 74-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20-dən etibarən CM-in 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 78-79-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Ədülmənna oğlu xx.xx.2024-cü il tarixdə, saat 12:50-dən 12:53-ə kimi olan müddət ərzində Şabran rayonunun Ağbaş kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gələrək orada “Mercedes-Benz 208 DKA” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayandığı yeri əyani olaraq təqdim edərək, xx.xx.2024-cü il tarixdə əynində olan köynəyi çıxarıb yandırdıqdan sonra həmin nəqliyyat vasitəsinin açıq vəziyyətdə olan sol qabaq yan şüşəsindən yanan köynəyini içəri atmaqla avtomobili yandırdığını bildirmişdir (cinayət işinin İ cildinin 102-104-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədülmənna oğlu ********* nömrəli cinayət işi üzrə CM 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 106-107-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Ədülmənna oğlu barəsində xx.xx.2024-cü il tarixdən, saat 18:20-dən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 126-132-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başcısının Ağbaş İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/82/24 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ədülmənna oğlunun anası X1 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 131-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başcısının Ağbaş İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Ağbaş kəndində yaşayan Təqsirləndirilən şəxs Ədülmənna oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 136-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 137-138-ci vərəqələri). - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazır ki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində təsvir etdiyi halları düzgün anlamaq və dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində təsvir etdiyi halları düzgün anlamaq və dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur (cinayət işinin İ cildinin 150-153-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədülmənna oğluna CM-nin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 159-163-cü vərəqələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Ədülmənna oğlu tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs Ədülmənna oğlunun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir, Təqsirləndirilən şəxs Ədülmənna oğlunun özgənin əmlakını yandırmaqla qəsdən məhv etməsi nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq CM-in 186.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi sübuta yetirilmişdir və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. CM-in 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs Ədülmənna oğluna cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq CM-nin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Təqsirləndirilən şəxs Ədülmənna oğlunun əməlində CM-in 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ədülmənna oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs Ədülmənna oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların aşkar edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ədülmənna oğlu CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Ədülmənna oğlu barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Ədülmənna oğlunun törətdiyi cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübutlar, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Ədülmənna oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ədülmənna oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ədülmənna oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Ədülmənna oğlundan məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Ədülmənna oğlunun törətdiyi cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs Ədülmənna oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar