Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-12/2023 06.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi2 və X3, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1999-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağalıq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 12 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində razılaşdırılmış plan üzrə aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evinin yaxınlığında küçədə pusquda dayanıb onu gözləyən zaman həmin evin həyətyanı bağ sahəsindəki qapıdan qanunsuz içəri daxil olub, evin həyətyanı sahəsində yerləşən taxta materialdan hazırlanmış pəncərəsini açaraq pəncərə üzərindəki toru cırıb oradan evin yataq otağına daxil olmuş, daha sonra həmin yataq otağındakı kamotun yuxarı siyirtməsindəki plasmas qabın içərisindən 1275 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 15 qram çəkidə qadın boyunbağısını, 595 manat dəyərində dəyərində 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 07 qram çəkidə qadın qolbağını, 520 manat dəyərində 583 əyarlı qızıldan komplekt şəklində fantaziya formasında hazırlanmış hərəsinin üzərində 03 ədəd ağ sadə qaşları olan cəmisi 10 qram çəkidə bir cüt sırğa və bir ədəd üzüyü, ümumi dəyəri 661 manat olan 01 ədəd 583 əyarlı qızıldan hazırlanmış üzərində 06 ədəd xırda brilliant qaşları olan 06 qram çəkidə kişi nişan üzüyünü və 01 ədəd 583 əyarlı qızıldan gül formasında hazırlanmış üzərində 01 ədəd xırda brilliant qaşı olan 07 qram çəkidə qadın nişan üzüyünü, eləcə də 10 manat dəyərində 01 ədəd sadə dəmirdən hazırlanmış üzərində bir ədəd sadə kulonu olan uşaq boyunbağısını, ümumilikdə isə 3061 (üç min altmış bir) manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 12 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində razılaşdırılmış plan üzrə aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq etməklə Təqsirləndirilən şəxs1 sığortalamaq məqsədi ilə Zərərçəkmiş şəxs evinin yaxınlığında küçədə pusquda dayanıb gözləmiş və bu zaman Təqsirləndirilən şəxs1 həmin evin həyətyanı bağ sahəsindəki qapıdan qanunsuz içəri daxil olub, həyətyanı sahədə yerləşən evin taxta materialdan hazırlanmış pəncərəsini açaraq pəncərə üzərindəki toru cırıb oradan evin yataq otağına daxil olmuş, daha sonra həmin yataq otağındakı kamotun yuxarı siyirtməsindəki plasmas qabın içərisindən 1275 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 15 qram çəkidə qadın boyunbağısını, 595 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 07 qram çəkidə qadın qolbağını, 520 manat dəyərində 583 əyarlı qızıldan komplekt şəklində fantaziya formasında hazırlanmış hərəsinin üzərində 03 ədəd ağ sadə qaşları olan cəmi 10 qram çəkidə bir cüt sırğa və bir ədəd üzüyü, ümumi dəyəri 661 manat olan 01 ədəd 583 əyarlı qızıldan hazırlanmış üzərində 06 ədəd xırda brilliant qaşları olan 06 qram çəkidə kişi nişan üzüyünü və 01 ədəd 583 əyarlı qızıldan gül formasında hazırlanmış üzərində 01 ədəd xırda brilliant qaşı olan 07 qram çəkidə qadın nişan üzüyünü, eləcə də 10 manat dəyərində 01 ədəd sadə dəmirdən hazırlanmış üzərində bir ədəd sadə kulonu olan uşaq boyunbağısını, ümumilikdə isə 3061 (üç min altımış bir) manat dəyərində özgənin əmlakını gizli olaraq talaması nəticəsində Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Ağalıq kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 12 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Ağalıq kəndində yerləşən bərbərxananın qarşısında olduğu zaman dayısı Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə avtobusa minərək Şabran şəhər istiqamətinə getdiyini görmüşdür. Dayısının evdən çıxıb getməsini öz gözləri ilə gördüyünə görə onun evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də dostluq etdiyi Ağalıq kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evə gedib dayısı Zərərçəkmiş şəxs evindən oğurluq etməyi ona təklif etmişdir. Riyad razılaşdıqdan sonra sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmişdir. Riyad küçədə pusquda dayandıqdan sonra dayısı Vahabın yaşadığı evin bağ sahəsində olan taxta qapıdan həyətə daxil olub evə yaxınlaşmışdır. Evin taxta materialdan olan pəncərəsini əli ilə açaraq onun üzərindəki toru cırıb evin yataq otağına daxil olmuşdur. Yataq otağında pəncərənin əks tərəfində yerləşən kamotu axtardığı zaman kamotun yuxarı siyirməsinin içərisindən bir ədəd plasmas qab görüb onun içərisinə baxmışdır. Qabın içərisində qızıl-zinyət əşyaları olmasını gördüyü üçün onları cibinə qoyub oğurlayaraq evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Bundan sonra həyətə daxil olduğu qapıdan küçəyə çıxıb Riyada yaxınlaşaraq sonuncu ilə birlikdə oğurladığı qızılzinyət əşyalarına baxmışlar. Evdən 03 ədəd qızıl üzüklər, 01 ədəd qızıl boyunbağı, 01 ədəd sadə dəmirdən boyunbağı və 01 ədəd qızıl qolbağı oğurlamaları onlara məlum olmuşdur. Qızılları sataraq pul əldə etmək məqsədilə bundan sonra Təqsirləndirilən şəxs2la birlikdə Bakı-Xaçmaz avtomobil yoluna çıxaraq tanımadıqları avtomobillə Xaçmaz şəhərinə getmişlər. Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən “Buşra butik” mağazasına gedib və adı yadında qamadığı satıcıya Riyadın şəxsiyyət vəsiqəsi ilə oğurladıqları 02 ədəd nişan üzüklərini 661 manat pula sataraq qayıdıb yaşadıqları kəndə getmişlər. Riyad kənddə yerləşən yaşadığı evə dəydikdən sonra yenidən Bakı-Xaçmaz avtomobil yoluna çıxaraq tanımadıqları taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çataraq “20 yanvar” metrostansiyasının yaxınlığındakı kafedə yeyib-içdikdən sonra gecəni səhərə qədər Bakı şəhərindəki yadında qalmadığı müxtəlif barları gəzərək əldə etdikləri pulları xərcləmişlər. Ertəsi gün Riyadla birlikdə Bakı şəhəri “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Orada yerləşən qızıl məlumatlarının alış-satışı ilə məşğul olan mağazada adı Züleyxa olan qadın satıcya 01 cüt sırğaları və 01 ədəd qızıl üzüyü Riyada məxsus şəxsiyyət vəsiqəsi ilə 520 manata satmışlar. Bundan sonra Riyadla birlikdə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığına gedərək 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl üzüyü orada yerləşən qızıl mağazasında adı dəqiq yadında qalmadığı satıcıya Riyadın şəxsiyyət vəsiqəsi ilə 1560 manat pula sataraq həmin puldan 500 manat Riyada vermişdir. Dostluq etdiyi həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə qızıl boyunbağı və qolbağın satışından əldə etdikləri ümumilikdə 1560 manat məbləğində pulları 13 oktyabr 2022-ci il tarixdə axşama qədər bar və restoranlarda xərcləmişlər. Həmin gün axşam saatlarında Riyad yaşadığı kəndə getmək istədiyini ona deyərək çıxıb getmiş, özü isə Bakı şəhərində qalaraq yerdə qalan pulları bar və restoranlarda xərcləmişdir. Bundan başqa üzərində kulonu olan bir ədəd uşaq boyunbağısı sadə dəmirdən hazırlanması ona məlum olduğuna görə onu yadında qalmadığı yerdə küçədə tullamışdır. Polis əməkdaşları onu Şabran rayon PŞ-nə dəvət etdikləri üçün 16 oktyabr 2022-ci il tarixdə PŞ-nə gələrək etmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Ağalıq kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 12 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Ağalıq kəndində yerləşən evində olduğu zaman dostluq etdiyi Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək dayısı Zərərçəkmiş şəxs evdən çıxıb getdiyini və buna görə də onun yaşadığı evdən oğurluq etməyi ona təklif etdikdən sonra onun təklifi ilə razılaşmışdır. Elnurla birlikdə sonuncunun dayısının yaşadığı evin yaxınlığına gedib küçədə pusquda dayandıqdan sonra Elnur dayısının yaşadığı bağ sahəsində yerləşən qapını açaraq oradan həyətə daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Elnur həyətdən çıxdıqdan sonra onunla birlikdə oğurladıqları qızıl-zinyət əşyalarına baxdıqda evdən 03 ədəd qızıl üzükləri, 01 ədəd qızıl boyunbağını, 01 ədəd sadə dəmirdən boyunbağını və 01 ədəd qızıl qolbaq oğurlamaları onlara məlum olmuşdur. Həmin qızıl-zinyət əşyalarını sataraq pul əldə etmək məqsədilə bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə Bakı-Xaçmaz avtomobil yoluna gedərək tanımadıqları avtomobillə Xaçmaz şəhərinə getmişlər. Xaçmaz şəhərinin N.Nərimanov küçəsində xəstəxananın yaxınlığında yerləşən “Buşra butik” mağazasına gedib və özünün şəxsiyyət vəsiqəsi ilə Ehtiram adlı satıcıya oğurladıqları 02 ədəd nişan üzüklərini 661 manat pula sataraq yaşadıqları kəndə qayıdıb gəlmişlər. Kənddə yerləşən yaşadığı evə gedib şəxsi əşyalarını evindən götürdükdən sonra Elnurla yenidən Bakı-Xaçmaz avtomobil yoluna çıxaraq tanımadıqları yol taksisi ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərinə çatıqdan sonra “20 yanvar” metrostansiyasının yaxınlığındakı yadında qalmadığı kafedə yeyibiçdikdən sonra gecəni səhərə qədər Elnurla birlikdə Bakı şəhərindəki müxtəlif barları gəzərək əldə etdikləri pulları xərcləmişlər. Ertəsi gün Elnurla birlikdə Bakı şəhəri “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Orada gəzdikdən sonra yaxınlıqda yerləşən qızıl məlumatlarının alış-satışı ilə məşğul olan mağazada adı Züleyxa olan qadın satıcya 01 cüt sırğaları və 01 ədəd qızıl üzüyü ona məxsus şəxsiyyət vəsiqəsi ilə 520 manata satmışlar. Bundan sonra “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığına gedərək 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl üzüyü orada yerləşən qızıl mağazasında adı dəqiq yadında qalmadığı satıcıya ona məxsus şəxsiyyət vəsiqəsi ilə 1560 manat pula satmışlar. Elnur həmin 1560 manat məbləğində puldan 500 manat pul ona vermişdir. Oğurluqdan əldə etdikləri bütün pulları axşama qədər bar və restoranlarda xərclədikdən sonra həmin gün, yəni 13 oktyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı kəndə getmək istədiyini dostluq etdiyi Elnura deyərək Bakı şəhəri “20 yanvar” metrostansiyasının yaxınlığına getmişdir. Həmin ərazidə tanımadığı taksi avtomobilinə əyləşərək yaşadığı Şabran rayonu Ağalıq kəndinə gəlmiş və ertəsi gün onu polis əməkdaşları RPŞ-nə dəvət etdikləri üçün özü Şabran rayon PŞ-nə gəlmiş və orada törətdiyi cinayəti etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şabran rayonu Ağalıq kəndində ailəsilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 12 oktyabr 2022-ci il tarixdə saat 13 radələrindən azyaşlı uşaqlarının məktəb sənədlərini hazırlamaq məqsədilə evinin qapı və pəncərələrini bağlayaraq arvadı X7 və azyaşlı uşaqları ilə birlikdə avtomobil yoluna çıxıb avtobusla Şabran şəhərinə getmişlər. Şabran şəhərinə çatdıqdan sonra sənəd işlərini görüb qurtardıqdan sonra saat 15:30-da qayıdıb yaşadıqları kəndə gəlmişlər. Həyətlərinə yaxınlaşıb darvazanın əl qapısını açmaq istəyərkən qapının arxadan bağlı olduğunu görmüş və darvazanı açaraq içəri daxil olmuşlar. Bundan sonra həyətdə yerləşən bir mərtəbəli evinin yataq otağının taxta pəncərəsinin açıq olduğunu və onun üzərindəki torun cırıldığını görmüşdür. Evə daxil olub əşyalarına baxdığı zaman evində heç bir dağıntı görməsə də, arvadı ilə birlikdə yataq otağındakı kamota baxdıqda kamotun yuxarı siyirməsinin içərisindəki plasmas qabda qoyduqları 1000 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 15 qram çəkidə boyunbağının, 500 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış 07 qram çəkidə qadın qolbağısının, 350 manat dəyərində komplekt şəklində 583 əyarlı qızıldan fantaziya formasında hazırlanmış hərəsinin üzərində 03 ədəd ağ sadə qaşları olan cəmi 10 qram çəkidə bir cüt sırğa və bir ədəd üzüyün, 200 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan hazırlanmış üzərində 06 ədəd xırda brilliant qaşları olan 06 qram çəkidə kişi nişan üzüyünün, 250 manat dəyərində 01 ədəd 583 əyarlı qızıldan gül formasında hazırlanmış üzərində 01 ədəd xırda brilliant qaşı olan 07 qram çəkidə qadın nişan üzüyünün və 10 manat dəyərində 01 ədəd sadə dəmirdən hazırlanmış üzərində bir ədəd sadə kulonu olan uşaq boyunbağısının oğurlanması onlara məlum olmuşdur. Həmin gün saat 13 radələrindən 15:30 radələrinə qədər yaşadığı evdə olmadığı müddət ərzində yaşadıqları evə daxil olumuş naməlum şəxs və ya şəxslərin evlərindən qızıl-zinyət əşyalarını oğurlamalarını başa düşmüşdür. Buna görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verdikdən bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib baxış keçirərək sənədləşdirmə işləri aparmışlar. Evindən oğurluq baş verməsi barədə ərizə ilə RPŞ-nə müraciət etmiş və baş vermiş oğurluq hadisəsinə görə ümumilikdə ona təxminən 2310 manat məbləğində maddi ziyan dəymişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, onun evindən oğurluq edən bacısı oğlu Elnur və Riyad adlı şəxslərdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Xaçmaz rayonu Sayad kəndində ailəsi ilə birlikdə yaşayır və təxminən 3 ildir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Buşra butik” mağazasında qızıl məmulatlarının alışsatışı ilə məşğul olur. 12 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində mağazada olduğu zaman adları sonradan ona məlum olmuş Elnur və Riyad adlı adlı şəxslər mağazaya daxil olmuşlar. Elnur özlərini Şabran şəhər sakinləri kimi təqdim edib pula ehtiyacı olduğuna görə ailə üzvlərinə məxsus 02 ədəd qızıl üzükləri satdığını ona bildirmişdir. Həmin üzüklərin oğurluq olub-olmamasını onlardan soruşduqda Elnur həmin üzüklərin oğurluq olmadığını ona dediyi üçün inanmışdır. Bundan sonra həmin qızıl üzükləri ala biləcəyini onlara dedikdən sonra Elnur cibindən 02 ədəd qızıl üzükləri çıxarıb ona göstərmişdir. Həmin qızıl üzükləri mağazada elektron tərəzidə çəkib onların təxminən 13 qram olmasını müəyyən edərək həmin üzükləri lom qiymətinə, yəni 661 manat pula ala biləcəyini bildirmişdir. Onlardan şəxsiyyət vəsiqəsi istədiyi üçün Elnurun yanında olan Riyad adlı şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb ona verdikdən sonra onların satdığı qızıl üzükləri Riyadın şəxsiyyət vəsiqəsinin fotoşəkillərini öz mobil telefonuna çəkmişdir. Elnura 661 manat pul verdikdən sonra ikisi də birlikdə mağazadan çıxaraq getmişlər. Həmin gün axşam saatlarında həmin 02 ədəd qızıl üzükləri əridərək taksi avtomobil ilə Bakı şəhərinə satmaq üçün göndərmişdir. Polis əməkdaşları Şabran rayon PŞ-nə dəvət etdikdən sonra 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsdən mağazada aldığı 02 ədəd qızıl üzüklərin Elnur tərəfindən oğurluq yolu ilə əldə olunması sonradan ona məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 2 ünvanda yaşayır. Təxminən 1 ildir ki, Bakı şəhəri Nizami rayonu “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən qızıl məmulatlarının alış-satışı mağazasında satıcı işləyir. 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında mağazada olduğu zaman 02 nəfər adları sonradan ona məlum olmuş Elnur və Riyad adlı şəxslər mağazaya daxil olmuşlar. Təqsirləndirilən şəxs2 cibindən 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbaq çıxardaraq ona göstərib, təcili olaraq pula ehtiyacları olduğu üçün ailə üzvlərinə məxsus qızıl-zinyət əşyalarını satdığını ona bildirmişlər. Həmin 01 ədəd qızıl boyunbağına və 01 ədəd qızıl qolbağa baxaraq onları elektron tərəzidə çəkdikdən sonra həmin qızıl əşyalarına görə onlara 1560 manat pul ödəyə biləcəyini demişdir. Onlar bu təkliflə razılaşdıqdan sonra 1560 manat məbləğində pul onlara verərək 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbağı onlardan almışdır. Həmin şəxslər çıxıb getdikdən sonra onlardan aldığı 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl qolbağı “Laçın” ticarət mərkəzində tanımadığı qızıl məmulatlarının alış-satışı ilə məşğul olan şəxsə 1600 manat pula satmışdır. Polis əməkdaşları onu Şabran RPŞ-nə dəvət etdikdən sonra Elnur və Riyad adlı şəxslərdən aldığı qızıl-zinyət əşyalarının oğurluq yolu ilə əldə olunması ona məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Ələsgər qızı göstərmişdir ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 2013-cü ildən Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən mağazada qızıl-məmulatlarının alış-satışı ilə məşğul olur. 13 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində mağazada olduğu zaman adları sonradan ona məlum olmuş Elnur və Riyad adlı şəxslər mağazaya daxil olmuşlar. Həmin şəxslər pula ehtiyacı olduğuna görə özlərinə məxsus 01 ədəd komplekt şəklində qızıl üzük və bir cüt sırğaları satdıqlarını ona bildirmişlər. Həmin qızıl əşyaların oğurluq olubolmamasını onlardan soruşduqda Elnur həmin komplekt şəklində qızıl əşyaların oğurluq olmadığını və anası xəstə olduğuna görə satdığını ona dediyi üçün inanmışdır. Həmin 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğaları götürüb mağazada elektron tərəzidə çəkdikdə onların təxminən 11 qram olmasını müəyyən edərək həmin qızılları lom qiymətinə, yəni 520 manat pula onlardan ala biləcəyini bildirmişdir. Onlardan şəxsiyyət vəsiqəsi istədiyi üçün Elnurun yanında olan Riyad adlı şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb ona verdikdən sonra şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq qeydiyyat aparmışdır. Qızıl əşyalara görə 520 manat pulu onlara verdikdən sonra həmin şəxslər pulları ondan alıb birlikdə mağazadan çıxaraq getmişlər. Həmin gün axşam saatlarında həmin 01 ədəd komplekti, yəni 01 ədəd üzük və 01 cüt sırğaları tanımadığı şəxsə 540 manat pula satmışdır. Polis əməkdaşları onu Şabran rayon PŞ-nə dəvət etdikdən sonra 13 oktyabr 2022-ci il tarixdə Elnur və Riyad adlı şəxslərin satdıqları 01 ədəd qızıl komplektin oğurluq yolu ilə əldə olunması ona məlum olmuşdur. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı qızıl-zinyət əşyalarının saxlanıldığı plasmas qabdan götürülmüş 04 ədəd əlbarmaq izlərindən 01 ədədi Təqsirləndirilən şəxs1 sağ əlinin baş barmağının əksi ilə eynilik təşkil etmişdir. Zərərçəkmiş şəxs 17 noyabr 2022- ci il tarixdə RPŞ-nə və 06 mart 2023-cü il tarixdə Şabran rayon məhkəməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 valideynləri tərəfindən ona dəymiş olan maddi ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs1, eləcə də Təqsirləndirilən şəxs2 barəsində hər hansı bir şikayət, tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2022-ci il tarixli 9/7534 saylı rəyindən görünür ki, 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış boyunbağı 1275 manat, 01 ədəd 583 əyarlı qızıldan zəncir formasında hazırlanmış qadın qolbağı 595 manat olmaqla ümumilikdə 1870 manat təşkil edir. 583 əyarlı qızıldan komplekt şəklində fantaziya formasında hazırlanmış hərəsinin üzərində 03 ədəd ağ sadə qaşlar olan bir cüt sırğa və bir ədəd üzük, 01 ədəd 583 əyarlı qızıldan hazırlanmış üzərində 06 ədəd xırda brilliant qaşlar olan kişi nişan üzüyü, 01 ədəd 583 əyarlı qızıldan gül formasında hazırlanmış üzərində 01 ədəd xırda brilliant qaşı olan qadın nişan üzüyünün üzərində olan qaşların istehsal yeri, sayı, ölçüsü, keyfiyyəti və saatların modeli, təmiz qızıl çəkisi məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qiymətləndirilməsi mümkün olmayan qızıl zinət əşyaları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1, Şahid2, Şahid3 Ələsgər qızına satdıqları qiymət həmin qızıl zinət əşyalarının real qiyməti kimi nəzərə alınmışdır, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs 350 manat dəyərində olmasını göstərdiyi 583 əyarlı qızıldan komplekt şəklində fantaziya formasında hazırlanmış hərəsinin üzərində 03 ədəd ağ sadə qaşlar olan bir cüt sırğa 520 manat, 200 manat dəyərində olmasını bildirdiyi 01 ədəd 583 əyarlı qızıldan hazırlanmış üzərində 06 ədəd xırda brilliant qaşlar olan kişi nişan üzüyü və 250 manat dəyərində olmasını bildirdiyi 01 ədəd 583 əyarlı qızıldan gül formasında hazırlanmış üzərində 01 ədəd xırda brilliant qaşı olan qadın nişan üzüyü ümumilikdə 661 manat, bir ədəd sadə kulonu olan uşaq boyunbağısı 10 manat dəyərində qiymətləndirilmişdir. İş üzrə 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar qarşılıqlı olaraq bir-birlərinin vermiş olduqları ifadəni təsdiqləyib törətmiş olduğları cinayət əməlini səmimi olaraq etiraf etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli tələbnamədən və bununla bağlı toplanmış sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır cinayətlər məhkəməsinin 29 avqust 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 66.5-ci maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 321 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağalıq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 322 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 4(031)-47/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 305 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndində ailə üzvləri – anası X4 və uşağları – 2018-ci il təvəllüdlü X5 və 2020-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 304 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 4(031)-46/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin səmimi etirafedici ifadələri ilə yanaşı, iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onların əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdılar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki iş üzrə 04 ay 18 gün həbsdə olmasını onun cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki iş üzrə 04 ay 18 gün həbsdə olmasını onun cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə cəzasını ağırlaşıdran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 oktyabr 2022-ci ildən 06 mart 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 04 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirici halların olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 16 oktyabr 2022-ci ildən 06 mart 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 04 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 AZN Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Respublika büdcəsinə ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı qızıl-zinyət əşyalarının saxlanıldığı plasmas qabdan götürülmüş 01 ədəd zərfin içərisində 01 ədəd təqsirləndirilən Təqsirləndirilən şəxs1 sağ əlinin baş barmağının əksi olan yapışqanlı lent kəsiyində olan əl-barmaq izləri, eləcə də X1 Təqsirləndirilən şəxs2 adına olan qızılın alqı-satqı qəbzləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (oy) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 04 ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 02 (iki) il 24 (iyirmi dörd) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 04 ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan – aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 AZN məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut hesab edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı qızıl-zinyət əşyalarının saxlanıldığı plasmas qabdan götürülmüş 01 ədəd zərfin içərisində 01 ədəd təqsirləndirilən Təqsirləndirilən şəxs1 sağ əlinin baş barmağının əksi olan yapışqanlı lent kəsiyində olan əl-barmaq izləri, eləcə də Şahid3 Təqsirləndirilən şəxs2 adına olan qızılın alqı-satqı qəbzləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-12/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-12/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver