Məhkəmə qərarları › İş №1(031)-12/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-12/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-12/2024 10.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X17 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, X18 Sənaye və Ticarət A.Ş. Azərbaycan filialında mühafizəçi vəzifəsində çalışan, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan, xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 3(031)-427/2021 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2023-cü il tarixinə kimi 9000 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun iki qızı var. O, həmin uşaqların saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq aliment ödənişlərini edib. Hazırda qızlarından biri onun yanında qalır, digəri isə qaçırılıb. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq xx.xx.2009-cu il təvəllüdlü X5 onun yanında qaldığını, xx.xx.2007-ci il təvəllüdlü X7 qaçırıldığını, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişlərini etdiyini, Zərərçəkmiş şəxs ilə boşansalar da, övladlarının bəzən onun, bəzən isə analarının yanında qaldıqlarını, müdafiəçinin suallarına cavab olaraq uşaqlarının hər ikisinin mütəmadi olaraq həmin onun həm də analarının yanında qaldıqlarını, lakin xx.xx.2007-ci il təvəllüdlü X7 2023-cü ilin iyul ayında qaçdığını, uşaqlar Zərərçəkmiş şəxs yanında qaldıqları zaman aliment ödənişlərini etdiyini, lakin uşaqların onun yanında qaldıqları zaman isə həmin pulu uşaqlarının aylıq xərclərini qarşılamağa yönəltdiyini, hazırda xx.xx.2009-cu il təvəllüdlü X5 onun yanında yaşadığını, xx.xx.2009-cu il təvəllüdlü X5 artıq 02 (iki) aya yaxın müddətdir ki onun yanında qaldığını, sədrlik edənin sualına cavab olaraq isə Şabran Rayon Məhkəməsinin 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş 180 manat məbləğində aliment ödənişlərini artıqlaması ilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs boşandıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X12 onun yanında yaşayıblar. Lakin xx.xx.2007-ci il təvəllüdlü X10 2023-cü ilin iyul ayında qaçırıblar və pis vəziyyətdə onlara geri qaytarıblar. Hazırda xx.xx.2007-ci il təvəllüdlü X14 onun yanında yaşayır. xx.xx.2009-cu il təvəllüdlü X12 isə onun yanında yaşasa da, Təqsirləndirilən şəxs və onun ailəsi ilə aralarında normal münasibətlərin olması səbəbi ilə babasıgildə də onun yanında da qalıb. Təqsirləndirilən şəxs da Təqsirləndirilən şəxs atasında mütəmadi olaraq uşaqlara maddi yardıb göstəriblər və aliment ödənişlərini də ödəyiblər. Lakin Təqsirləndirilən şəxs hazırda aliment borcu yığılıb. Həmin aliment borcunun tam şəkildə olmasa da, ən azından yarısının ödənildikdən sonra yerdə qalan hissəsinin isə hissə-hissə ödənişlər edilərək ona verilməsinə də razıdır. Hazırda maddi vəziyyəti ağırdır. Kirayə yaşayır. Bununla yanaşı xx.xx.2007-ci il təvəllüdlü X7 qaçırılıb və sonradan geri qaytarılıb. Hazırda təcili pula ehtiyacı var. Bu halların nəzər alınmasını xahiş edir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Şabran Rayon Məhkəməsinin 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi üzrə yığılmış 9000 manat məbləğində aliment borcundan ona hər-hansı bir ödəniş edilmədiyini, Təqsirləndirilən şəxs atasının onun uşaqlarına etdiyi maddi yardımların hansı məbləğdə olduğunu dəqiq bilmədiyin, həmin maddi yardımlara sözü gedən 9000 manat məbləğində aliment borcunun lap 5000 manat hissəsini keçdiyini, lakin aliment borcunun yerdən qalan hissəsinin ona ödənilməsini tələb etdiyini, bundan əlavə sədrlik edənin suallarına cavab olaraq xx.xx.2007-ci il təvəllüdlü X7 2023-cü ilin iyul ayında “Mirzaman” adlı oğlan tərəfindən qaçırıldığını, bununla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət etdiyini və Təqsirləndirilən şəxs aliment borcundən ona hər-hansı bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X7 2023-cü ilin iyul ayında qaçırılması faktı ilə bağlı məlumat məhkəmə iclası zamanı məhkəməyə daxil olduğundan, bu barədə müvafiq araşdırmanın aparılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsindən ötrü Şabran rayon prokurorluğuna müvafiq məlumat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90 manat ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin qətnamə üzrə Camalov X4 Sevda Elman oğlu tələbkarın xeyrinə heç bir ödəniş etməmiş, və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 9000 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 (on) gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbər edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək cəmi 9000 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Tələbin Təqsirləndirilən şəxs əmlak və gəlirlərinə yönədilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirlmişdir. Lakin Təqsirləndirilən şəxs əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Zərərçəkmiş şəxs Şabran rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 bildirmişdir ki, hazırkı cinayət işi müvafiq üzrə icra işi Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 icraatındadır. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, həmin icra işi üzrə Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90 manat ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməli olması, Təqsirləndirilən şəxs həmin qətnamə üzrə aliment ödənişlərinin etməməsi, bu səbəbdən barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq sözü gedən qətnaməni icra etməyə başlamaması, onun hazırda 9000 manat məbləğində aliment borcunun yaranması və bu səbəbdən də Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilməsinin ona məlum olduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində toplanmış material əsasında AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 1-2-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə təqdimatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir (cinayət işinin 7- 8-ci vərəqələri). - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)- 1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnamə müvafiq qaydada icraya yönəldilmişdir (cinayət işinin 11-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2006-cı il tarixdə Dəvəçi rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur və boşanma haqqında şəhadətnamə verilərkən 15 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs alınması, Zərərçəkmiş şəxs həmin rüsumdan azad edilməsi və Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (cinayət işinin 12-14-cü vərəqələri). - xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar əsasında Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)- 1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır (cinayət işinin 16-ci vərəqəsi). - xx.xx.2018-ci il tarixli, 5420/18 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində könüllü icra etməsi xahiş olunmuşdur (cinayət işinin 17-ci vərəqəsi). - xx.xx.2018-ci il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçiriblər və orada Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya qiymətli əşya aşkar edilməmişdir (cinayət işinin 18-ci vərəqəsi). - Zərər çəkmiş şəxs X2 Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə hər-hansı bir ödəniş etmədiyini bildirmiş və Təqsirləndirilən şəxs müvafiq aliment ödənişlərinin həyata keçirməsinin təmin edilməsinə köməklik edilməsini cxahiş etmişdir (cinayət işinin 19-cu vərəqəsi). - xx.xx.2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 1620 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 23-24cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-206/2018 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh təbiri tətbiq edilmişdir (cinayət işinin 26-27-ci vərəqələri). - xx.xx.2018-ci il tarixli, 5420/18 nömrəli bildirişdən görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsi tələfindən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə yaranmış 2160 manat məbləğində ödənilməmiş aliment borcunu 10 (on gün) müddətində X3 ödədikdən sonra müvafiq ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi təklif edilmiş, əks təqdirdə barəsində hərəkətlərinin məhkəmə qətnaməsinin icra etməmə kimi qiymətləndirilərək barəsində AR CM-nin 306.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət ediləcəyi onun nəzərinə çatdırılmışdır (cinayət işinin 28-ci vərəqəsi). - Zərər çəkmiş şəxs X2 Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 2160 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır, Təqsirləndirilən şəxs həmin aliment borcunu ödəməkdən boyun qaçırır və zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir (cinayət işinin 29-cu vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 8(031)-284/2018 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (cinayət işinin 33-cü vərəqəsi). - Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, xx.xx.2006-cı il tarixli nikah kitabının 42-ci səhifəsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında nikah bağlanmışdır (cinayət işinin 39cu vərəqəsi). - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2018-ci il tarixli, 244 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında heç-bir hesablaşma hesabı yoxdur (cinayət işinin 41-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində sakinlərə hörmətlə yanaşmamış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamış, özündən böyüklərə hörmətlə yanaşmamış, valideynlərinin öyüd və nəsihətlərinə əməl etməmiş, məhəllənin ictimai işlərində iştirak etməmiş və onun barəsində məhəllə komitəsinə şikayətlər daxil olmuşdur (cinayət işinin 42-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3756 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır (cinayət işinin 45-ci vərəqəsi). - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2018-ci il tarixli, 339 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında heç-bir hesablaşma hesabı yoxdur (cinayət işinin 46-cı vərəqəsi). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran Rayon Şöbəsinin Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanladığıxx.xx.2018-ci il tarixli, 391968 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran Rayon Şöbəsindən heç-bir növ üzrə pensiya və sosial müavinət almır (cinayət işinin 47-ci vərəqəsi). - Zərər çəkmiş şəxs X2 Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 1620 manat məbləğində aliment borcunun yarandığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 50-ci vərəqəsi). - xx.xx.2019-cu il tarixli izahat verməkdən imtina barədə aktdan görünür ki, və Təqsirləndirilən şəxs Şabran rayon İcra və Probasiya Şöbəsində izahat verməkdən imtina etmişdir (cinayət işinin 51-ci vərəqəsi). - xx.xx.2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 1620 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 53-54-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-374/2019 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh təbiri tətbiq edilmişdir (cinayət işinin 55-56-cı vərəqələri). - xx.xx.2020-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 3240 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 59-60-cı vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-346/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh təbiri tətbiq edilmişdir (cinayət işinin 55-56-cı vərəqələri). - Zərər çəkmiş şəxs X2 Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 5400 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır, Təqsirləndirilən şəxs həmin aliment borcunu ödəməkdən boyun qaçırır və zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir (cinayət işinin 63-cü vərəqəsi). - xx.xx.2020-ci il tarixli, 5420/18 nömrəli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)- 1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 3600 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 64cü vərəqəsi). - xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 5760 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 67-68-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-427/2021 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh təbiri tətbiq edilmişdir (cinayət işinin 69-71-ci vərəqələri). - xx.xx.2021-ci il tarixli, 5420/18 nömrəli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)- 1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 6120 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 74cü vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4601 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında yaşayır (cinayət işinin 45-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində özünü normal aparmış, sakinlərin narazılığına səbəb olan nöqsanlara yol verməmişdir. Qonşular və ailə üzvləri tərəfindən onun barəsində ərazi məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 78-ci vərəqəsi). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 10 saylı Ərazi Məşğulluq Filialı tərəfindən X1 Filialının Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş, lakin ona təklif edilmiş işdən imtina etmişdir (cinayət işinin 80-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixdə “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış Təqsirləndirilən şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olubolmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir (cinayət işinin 82-85-ci vərəqələri). - xx.xx.2022-ci il tarixli, 192985/2020 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 8100 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 87ci vərəqəsi). - xx.xx.2022-ci il tarixli, 5420/2020 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 6660 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 91ci vərəqəsi). - xx.xx.2023-ci il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçiriblər və orada Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya qiymətli əşya aşkar edilməmişdir (cinayət işinin 92-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 192985/2020 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 8820 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 93cü vərəqəsi). - Zərər çəkmiş şəxs X2 Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 8640 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır, Təqsirləndirilən şəxs həmin aliment borcunu ödəməkdən boyun qaçırır və zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilməsini xahiş etmişdir (cinayət işinin 94-cü vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-74/2-1950/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında yaşayır (cinayət işinin 495-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-1954/2023 nömrəli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, Z. Bünyadov küçəsi, ev 22 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, ailəsinin və valideynlərinin öyüd nəsihətinə əməl etmişdir. Onun barəsində ərazi məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 96-cı vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə AR CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, lakin AR CM 39.1.11ci maddəsinə əsasən ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir (cinayət işinin 111-ci vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən AR CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 117-118-ci vərəqəsi). -xx.xx.2023-cü il tarixli şəxsin məcburi gətirilməsi haqqımda qərara əsasən, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilmiş və onun xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq idarəsinə məcburi gətirilməsi qərara alınmışdır (cinayət işinin 126-cı vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 128-131-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (cinayət işinin 132-133-cü vərəqələri). - xx.xx.2023cü il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin 135-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılmışdır (cinayət işinin 138-139-cu vərəqləri). - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs yeri xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir və o, tutularaq həmin günü saat 19:30 radələrində Bakı Şəhəri Nərimanov Rayon Polis Şöbəsinin X11 təhvil verilmişdir (cinayət işinin 143-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin 144-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 165-166-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli müvəqqəti saxlama təcridxanasında azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Polis Şöbəsinin X6 azad edilmişdir (cinayət işinin 169-cu vərəqəsi). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, AR CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən AR CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. AR CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, AR CM-nin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, AR CM-nin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şabran Rayon Məhkəməsinin 3(031)-427/2021 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarı ilə olmaqla dəfələrlə Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. Göründüyü kimi, AR CM-nin 306.1-ci maddəsinin sanksiyasında 05 (beş) növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin hazırki vaxtadək zərər çəkmiş şəxsə olan aliment borcunu ödəməməsini, ibtidai və məhkəmə istintaqında yayınmasını, barəsində həmin ibtidai həm də məhkəmə istintaqı zamanı axtarış elan edilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1236/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi üzrə 9000,00 manat məbləğində aliment borcunu xx.xx.2017-ci il tarixdən, son təqdimat verilən xx.xx.2023-cü il tarixədək qərəzli olaraq qəsdən ödəməmiş və məhkəmə istintaqı dövründə də yaranmış aliment borcunu ödəməyə cəhd etməmiş, buna dair hər hansı müsbət davranış sərgiləməmişdir. Bu hal onun qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə laqeyd münasibətinin göstəricisidir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz edilməli, onun barəsində seçiləcək "həbs" növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü i tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 01 (bir) gün müddət onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalıdır. Belə ki, AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü i tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 01 (bir) gün müddət 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar