Məhkəmə qərarları › İş №1(031)-12/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-12/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-12/2025 05.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şabran Rayon Məhkəməsinin 1(031)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının 01 (bir) il 04 (dörd) gün müddətində hissəsini çəkməmiş, Şabran şəhəri, X16 küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, Şabran Rayon Məhkəməsinin 4(031)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan şəraitdə, mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, yəni 0.864 qram ümumi təmiz çəkisi olan narkotik vasitə olan heroini, 37 millilitrlik qabın içərisində olan metadon suyunun tərkibindəki 0,037 qram narkotik vasitə olan metadonu, xeyli miqdarda 1,541 qram psixotrop maddə olan metamfetamini və çəkisi 2,35 qram narkotik vasitə olan marixuananı əldə edib Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında saxlamış, xx.xx.2024cü il tarixdə, saat 17:10-da Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, X16 küçəsində yerləşən evinə baxış keçirilərkən evin yataq otağında olan döşəmənin altından çəkiləri 0,032 qram, 0,030 qram, 0,025 qram, 0,032 qram, 0,025 qram, 0,035 qram, 0,112 qram, 0,238 qram olub cəmi 08 (səkkiz) bükümdə və evin həyətyanı sahəsində olan yardımçı tikilidə olan dolabdan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olmaqla ümumilikdə 0,864 qram tünd boz rəngli narkotik vasitə olan heroin və evin yataq otağında olan döşəmənin altından 01 (bir) ədəd bükümdə 1,541 qram psixotrop maddə olan metamfetamin, bundan başqa evin girişində olan döşəmənin altında ümumilikdə 08 (səkkiz) ədəd bükümdə hər birində 0,28 qram, 0,29 qram, 0,33 qram, 0,38 qram, 0,32 qram, 0,29 qram, 0,15 qram, 0,31 qram olmaqla ümumilikdə çəkisi 2,35 qram narkotik vasitə olan marixuana və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 25 ildir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Maştağa qəsəbəsində yerləşən narkoloji xəstəxananın yanından tanımadığı şəxsdən bir ədəd bükülüdə heroin olan bükülünü və bir ədəd balaca şüşə qabda metadon suyu alaraq şəxsi istifadəsi üçün Şabran şəhərində yerləşən evinə gətirmiş, bununla yanaşı əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün evinin müxtəlif yerlərində narkotik və psixotrop maddələr olan bükülüləri sonrakı istifadəsi üçün gizlətsə də, gizlətdiyi narkotik vasitə olan bükülülərin yerlərini xatırlamamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqla şübhəli olduğuna görə onu şübhəli şəxs qismində tutaraq vəkil ilə təmin etmiş, sonradan onun etirazı olmadığı üçün evinə və həyətinə vəkilinin iştirakı ilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı onun istifadə etdiyi heroin olan 01 (bir) ədəd folqa otağındakı masanın üzərindən, bir müddət əvvəl aldığı metadon suyu evinin mətbəxində olan soyuducudan aşkar edilmişdir. O, hər şeyi olduğu kimi etiraf edərək metadon suyunu və folqada olan heroini təxminən 10 (on) gün qabaq Bakı şəhərindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Baxış zamanı evinin yataq otağından əvvəllər istifadə etdiyi vaxtlarda şəxsi istifadəsi üçün gizlətdiyi bükülülərdə olan narkotik vasitə qalıqları bükülülərdə döşəmənin altından aşkar edilərək polis tərəfindən qablaşdırılması üçün videoçəkilişlə götürülmüş, daha sonra həyətində yerləşən tövlədən bir ədəd bükülüdə əvvəllər gizlətdiyi narkotik vasitə damın altından aşkar edilmişdir. Evə keçirilən baxış zamanı evinin yataq otağından boş əvvəllər istifadə etdiyi flakonlar və kağızda olan ağ və qara paraşoklar, şprislər aşkar edilmişdir. Həmin paraşokların, qabda olan kristalların, nə olduğunu bilmir, çünki artıq narkotik vasitədən istifadə etmir. Metadon suyu olan şüşəni və bir ədəd folqada olan heroini Bakı şəhərindən almış, digər tapılan bükümləri və şprisləri flakonlarla birlikdə əvvəllər istifadə etdiyi müddətdə gizlətməsi səbəbi ilə sonradan yerini xatırlamadığı üçün yerini unutmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Lakin o, CM 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, yəni narkotik vasitələrin və ya psixotrop maddələrinin satışı ilə məşğul olmamışdır. Özünü CM 234.1-ci maddəsi ilə təqsirli bilir. Xahiş edir ki, barəsində CM 234.1-ci maddəsinin sanksiyası həddində yüngül cəza təyin edilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman ona zor tətbiq edilmədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, mətbəxdə döşəmənin altında aşkarlanan elektron tərəzinin isə çoxdan ora qoyduğunu və orada olduğunu unutduğunu, aşkar edilmiş sink-fosfid maddəsinin ona aid olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və satışı ilə məşğul olmasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində qeydiyyatda olmaqla yaşadığı Şabran şəhəri, X16 küçəsi ev 7 ünvanın qarşısında saxlanılmış, müdafiəçisi Müdafiəçi ona təqdim edilmiş və onun razılığı ilə yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə və həyətyanı sahədə olan yardımçı tikililərə videoçəkiliş ilə və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya olması soruşulduqda, o, yataq otağında masanın üzərindən olan gümüşü rəngli içərisində özünün “patı” adlandırdığı psixotrop maddə olan metamfetaminin istifadə edildikdən sonra üzərində izləri olan gümüşü rəngli folqanı təqdim etmiş, daha sonra otağa baxış keçirilmiş, bundan sonra digər otağa baxış keçirilərkən orada şkafın üzərindən müxtəlif bükümlərdə qara rəngli maddələr və dərman vasitələri, otaqda olan külqabının içərisindən gümüşü rəngli folqalar aşkar edilmiş, həmçinin şkafdan 1510 (min beş yüz on) manat və 25 (iyirmi beş) manat məbləğində pul vəsaitləri aşkar edilərək müdafiəçinin və Təqsirləndirilən şəxs yanında sayılaraq götürülmüş, həmin otağa baxış keçirilərkən Təqsirləndirilən şəxs otağın girişində qapının qarşısında duraraq döşəmədə olan yarığı ayağı ilə örtmək istəməsi diqqət cəlb etmiş və həmin yerə döşəmənin taxtasının altına baxış keçirilmiş və oradan müxtəlif ölçüdə bükümlər, gümüşü folqalar, şüşə flakonlar aşkar edilmişdir. Daha sonra evin mətbəxinə baxış keçirilərkən soyuducudan Təqsirləndirilən şəxs “metodon suyu” adlandırdığı psixotrop maddə aşkar edilmişdir. Soyuducuya baxış keçiriləkən Təqsirləndirilən şəxs haradan götürdüyü məlum olmayan bükümü ağzına apararaq udmaq istəmiş, bunu müəyyən edən zaman onun udquna bilmədiyini görərək qaytaması üçün cəhd edilsə də, o yerə uzanaraq ağzına atdığı bükümü udmuş, udduğunun nə olduğu ondan soruşulduqda isə “turşu” yediyini bildirmişdir. Təqsirləndirilən şəxs metadon suyunu 10 (on) manat müqabilində Bakı şəhərindən aldığını və bir hissəsini istifadə etdiyini bildirmişdir. Mətbəxin döşəməsinin altından sellofanın içərisində elektron tərəzi və xırda bükümlər, gümüşü folqalar, şüşə flakonlar aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və digər predmetlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra fərdi yaşayış evinin həyətində olan tövləyə baxış keçirilmişi və oradan 01 (bir) ədəd bükülüdə narkotik vasitə damın altından aşkar edilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Digər otağa və yardımçı tikiliyə baxış keçirilsə də oradan qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlıınun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan zaman və sonrasında ona qarşı hər hansı psixoloji və ya fiziki təzyiq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və iclasda iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş Şahid2 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun məhkəmə iclasında verdiyi ifadədə göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Pəııah oğlu onun oğludur. Oğlu Natiq qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər məhkum edilmişdir. Hazırda o, elektron qolbaq daşıyıcısıdır. xx.xx.2024-cti il tarixdə, saat 17:00 radələrində polis əməkdaşlarının oğlu Natiq ilə birlikdə evə gəlmişlər, oğlu Natiqin yaşadığı otaqlara baxış keçirilmiş, daha sonra onun otağına razılığı ilə baxış keçirilmiş, həmçinin evin həyətində olan tikililərə baxış keçirilmişdir. Onun oğlu Natiqin evdə narkotik vasitə saxlamasından xəbəri olmamışdır. Lakin yataq otağında aşkar edilmiş sink-fosfıd maddəsi ona aiddir. Gəmiricilərə və həşəratlara qarşı mübarizə üçün istifadə etmək məqsədi ilə həmin maddəni şkafa qoymuş, lazım olduqda götürüb gəmiricilərə qarşı istifadə etmişdir. Baxış keçirilən zaman videoçəkiliş aparılırmış və ona aid olan otaqdan qanunsuz hər hansı əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şabran şəhəri, X16 küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında saxlanılaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı qaldığı evin otağına daxil olduqda masanın üzərindən bir ədəd folqa, folqanın üstündə narkotik vasitə olan heroinə bənzər toz kütləsi, yataq otağından otağa olan giriş qapısının qarşısından, döşəmənin altından flakonların və 23 (iyirmi üç) ədəd bükümlərin olması, həmin bükümlərdə narkotik vasitə olan heroinə və psixotrop maddəyə bənzər kütlələrin olması, otaqda olan şkafdan 01 (bir) ədəd böyük tabletin, 06 (altı) ədəd kiçik həcmli tabletlərin, iki ədəd ayrı-ayrı kağızlarda qara və açıq rəngdə olan tozun, folqalar və şprislərin olması, həmçinin perekis üçün nəzərdə tutulmuş və içərisində ağ kristal maddələr olan qara rəngdə qab aşkar olunmuşdur. Bundan əlavə həmin evin girişində yerləşən soyuducunun içindən bir ədəd şüşə qabda su aşkar edilərkən, Təqsirləndirilən şəxs həmin şüşədə metadon suyu olmasını bildirmişdir. Daha sonra evinin mətbəxində döşəmənin alt hissəsindən 01 (bir) ədəd kiçik həcmli predmet və əşyaların ölçülməsi üçün nəzərdə tutulmuş elektron tərəzi aşkar edilərək götürülmüşdür. Otaqdan çıxaraq həyətdə yerləşən tövləyə baxış keçirilərkən orada tavanın altından 01 (bir) ədəd bükülüdə narkotik vasitəyə oxşar şabalıd rəngi kütlənin və folqa ilə şprislərin olması aşkarlanmışdır. Qeyd olunan bükümlər, şpris, metadon suyu olan şüşə qab və ümumilikdə yuxarıda qeyd olunanlar ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, satışında, üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 5-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə28/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, satışında, üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 6-7-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, satışında, üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğundan, onun ətrafında əməliyyat müşahidələri keçirilməsi və dərhal onun narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 8-9-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10-dan etibarən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizəsində Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında yerləşən evinə və həmin evin həyətyanı sahəsinə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 30-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid4 Həmiq qızı həmin ərizəsində Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında yerləşən evinə və həmin evin həyətyanı sahəsinə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 30-A vərəqəsi). - xx.xx.2024-cü il tarixli Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında keçirilmiş baxış və götürmə haqqına protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, 04.10,2024-cü il tarixdə saat 17:14-də Təqsirləndirilən şəxs məxsus Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə başlanmışdır. Ərazidə bir yaşayış evi yerləşməklə ərazi hasara alınmış, əraziyə girişdə dəmir materialdan olan qapı, həyətdə bir qaraj və bir ədəd saxlanc otağı ilə toyuq hini yerləşir. Təqsirləndirilən şəxs həyətdə və evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda sonuncu evində qanunla qadağan edilmiş əşya və ya predment olmadığını bildirmişdir. Sonra ona yaşadığı evə və həyətinə baxış keçirilməli olduğu ona bildirilmişdir. Təqsirləndirilən şəxs isə buna etiraz etməyərək bununla bağlı ərizə verə biləcəyini demişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilməsinə başlanılmişdır. Həyətə dəmir qapıdan daxil olan kimi həyətin yer hissəsi torpaq örtüklü olmaqla, girişlə üzbə-üz 15 (on beş) metr məsafədə yaşayış evi yerləşir. Girişdən solda əşyaların saxlanılması üçün tikili və arxasında toyuq hini yerləşir. Girişdən sağda qaraj, qaraja girişdə dəmir materialdan olan iki laylı qapı yerləşir. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs, polis əməkdaşları və müdafiəçi evə daxil olurlar. Evin girişində taxta materialdan olan qapını açdıqda mətbəxə daxil olurlar. Mətbəxdə qab yuyan yer və bir ədəd soyuducu yerləşir. Mətbəxin yer hissəsi taxta materialdandır. Girişdən solda qonaq otağına giriş qapısı yerləşir. Həmin otağa daxil olduqda orada bir ədəd masa və arxasında bir ədəd çarpayı yerləşir. Masanın üzərinə baxdıqda orada bir ədəd ağ kağız və üzərində ağ rəngə oxşar toz kütləsi qalığının olması müşahidə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs soruşduqda o, həmin kağızın üzərində olan narkotik vasitə olan heroin olduğunu bildirməklə həmin narkotikdən bir müddət əvvəl istifadə etdiyini qeyd etmişdir. Həmin otaqda başqa qanuna zidd hər hansı bir əşya aşkar edilmədikdən sonra oradan giriş qapısı yataq otağına yerləşdiyi üçün həmin otağa daxil olunmuşdur. Otaqda 01 (bir) ədəd televizor, 01 (bir) ədəd divan, 02 (iki) ədəd kreslo, 01 (bir) ədəd şkaf, 01 (bir) ədəd masa yerləşidiyi müşahidə edilir. Otağın döşəməsi taxta materialdandır. Otaqda 02 (iki) ədəd pəncərə yerləşir. Otağa baxış keçirlərkən şkafdan 1510 (min beş yüz on) manat və 25 (iyirmi beş) manat məbləğində pul vəsaitləri aşkar edilərək müdafiəçinin və Təqsirləndirilən şəxs yanında sayılaraq götürülmüş, həmçinin 07 (yeddi) ədəd tablet olan kağız və 01 (bir) ədəd tablet aşkar edildi. Daha sonra iki ədəd kağızda ağ və qara rəngdə olan tozlar aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin tabletlərin və tozların nə üçün həmin yerdə olmasını bilmədiyini bildirmişdir. Daha sonra otaqda olan giriş qapısının qarşısında olan döşəmə taxtasının aralı olması və Təqsirləndirilən şəxs həmin aranı ayağı ilə bağlaması aşkar edilərək orada nə olduğunu ondan soruşduqda o, həmin yerdə heç bir şey olmadığını demişdir. Həmin yerə yaxından baxdıqda orada bir neçə ədəd bükümlərin olması aşkar edilmişdir. Taxtanın altına baxıldıqda orada bir neçə ədəd kağız bükülü və sellofan bükülülər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükülülərdə nə olduğunu və həmin yerdə haradan olduğunu da bildirə bilməmişdir. Bundan sonra həmin otağın şkafından bir ədəd qara qabda kristallara bənzər tox aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tozun duz olmasını ehtimal etmişdir. Başqa qanuna zidd əşya aşkar edilmədiyindən orada aşkar olunmuş bükümlər və kağızda olan tozlar, tabletlər və kristallar olan qab, qonaq otağına qablaşdırılması üçün aparılmış və bir qədər əvvəl aşkar edilmiş kağız parçasında olan heroinə bənzər kütlənin yaxınlığına, masanın üzərinə qoyulmuşdur. Bundan sonra mətbəxə baxış keçirilmişdir. Orada yerləşən soyuducudan 01 (bir) ədəd şüşə içərisində maye aşkar edilmişdir. Muradəliyev Naitq həmin mayenin metadon suyu olduğunu və şəxsi istifadəsi üçün 10 (on) gün qabaq Bakı şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra soyuducuda olan digər əşyalar baxış keçirildiyi zaman Şabran Rayon Polis X6 müstəntiqi X1 Natiqin nə isə udduğunu görüb onu dayandırmağa çalışır, polis əməkdaşları ona köməklik etməyə çalışsalar da buna nail ola bilmirlər. Bundan sonra mətbəxə baxış keçirilərkən orada döşəmənin aralı olması müşahidə edildiyi üçün döşəmənin altına baxdıqda orada 01 (bir) ədəd kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tərəzinin orada hardan olduğunu bildirə bilməmişdir. Daha sonra qeyd olunanlar hamısı ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra otaqdan çıxaraq Təqsirləndirilən şəxs anası Şahid4 Həmid qızının da iştirakı ilə onun otağına onun razılığı ilə baxış keçirilmiş, lakin hər hansı bir qanuna zidd əşya aşkar edilməmişdir. Daha sonra həyətdə olan tikiliyə baxış keçirilmişdir. Orada heç bir qanuna zidd əşya aşkar edilməmişdir. Sonra isə tikilinin arxasında yerləşən toyuq hininə baxış keçirlərkən orada damın altından 01 (bir) ədəd sellofan bükülüdə narkotik vasitəyə oxşar kütlə və 02 (iki) ədəd şpris flakonla birlikdə aşkar edilmişdir. Həmin aşkar edilmiş bükülü və şprislə flakon Təqsirləndirilən şəxs qaldığı evin otağında qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sonra həyətdə yerləşən qaraja baxış keçirilmişdir. Qarajda hər hansı bir qanuna zidd əşya aşkarlanmamışdır. Baxış zamanı evdən içərisində 07 (yeddi) ədəd dərman olan 01 (bir) ədəd büküm, ayrıca 01 (bir) ədəd bükümsüz dərman, içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 08 (səkkiz) ədəd ağ rəngli kağız bükümü, içərisində qara rəngli toz olan 01 (bir) ədəd kağız büküm, içərisində ağ rəngli toz olan 01 (bir) ədəd kağız büküm, 01 (bir) ədəd şpris, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olar 02 (iki) ədəd yaşıl rəngli bükülü, 06 (altı) ədəd gümüşü rəngli bükülü, 01 (bir) ədəd plastik qabda psixotrop maddəyə bənzər kütlələr, 01 (bir) ədəd plastik qabda maye, 15 (on beş) ədəd üzərində izlər olan bükümlər (folqalar) 01 ədəd üzərində Zastront plasent yazısı olan şüşə flakon, bir ədəd elektron tərəzi, həmin evin həyətində olan tikilinin damından 02 (iki) ədəd şpris, 01 (bir) ədəd şüşə flakon, içərisində psixotrop maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 31-34-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında keçirilmiş baxış və götürmə zamanı aşkar edilərək götürülmüş 1535 (min beş yüz otuz beş) manat pulun ona geri qaytarıldığını öz imzası ilə təsdiq etmişdir (cinayət işinin İ cildinin 35-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş “DVD” diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 37-39-cu vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1675 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,29 qram, 0,33 qram, 0,38 qram, 0,32 qram, 0,29 qram, 0,15 qram və 0,31 qram olmaqla ümumi çəkisi 2,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 45-47-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 2.35 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuananın 0,16 qram çəkidə hissəsi tədqiqata sərf edilmiş, 2,19 qram hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 48-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4808 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində AR DİN “zərflər üçün № 60 möhür əksi, “Təqsirləndirilən şəxs evindən götürülmüş..” və.s. yazılar, soyadlar, imzalar olan 03 ədəd kağız paketdə (paketlər eksert tərəfindən 1-3 sayla işarələndi); -1 nömrəli paketdə olan 01 ədəd bükümdə təmiz çəkisi 1,541 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,030 qram, 0,025qram, 0,032 qram, 0,025 qram, 0,035 qram, 0,0112 qram, 0,238 qram qəhvəyi rəngli və 01 ədəd bükümdə təmiz çəkisi 0,335 qram tünd boz rəngli, ümumilikdə təmiz çəkiləri 0,864 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd plastik qabda çəkisi 80 qram şəffaf rəngli kristal şəkilli maddə kütləsi nəzarətdə olmayan limon turşusudur. 20,529 qram qara rəngli toz şəkilli kütlə sink-fosfıd maddəsidir, üzərində “spirt” yazısı olan plastik flakondakı 37 millilitr həcmində şəffaf rəngsiz maye-narkotik vasitə-metadon məhluludur. Məhlulda metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,037 qram təşkil edir. Ümumilikdə 15 (on beş) ədəd folqa, siqaret kağızı, sellofan kəsiklərində heroinin izləri müəyyən edildi, üzərində “ekstrakt plasenti” yazısı olan istifadə olunmamış dərman ampulundakı maye preparat üzərindəki göstəricilərə əsasən və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,374 qram bozumtul-ağ rəngli maddə kütləsi tərkibinə görə nəzarətdə (qadağan olunan, məhdudlaşdırılan) olan maddələrə aid deyildir; 2 nömrəli paketdə olan 02 (iki) ədəd 01 millilitrlik, 01 (bir) ədəd 2,0 millilitrlik istifadə olunmuş boş şprislərdə üzərində “water” yazısı olan 01 (bir) ədəd sınıq boş dərman ampulunda narkotik vasitə heroinin izləri müəyyən edildi, 07 (yeddi) ədəd dəyirmi və 01 (bir) ədəd bir bölgü xətti olan ağ rəngli dərman tabletlərinin tərkibində nəzarətdə (qadağan olunan, məhdudlaşdırılan) olan maddələr müəyyən edilmədi; 3 nömrəli paketdə olan 01 (bir) ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri müəyyən edildi. Predmetlərdə (material kəsiklərində, tərəzidə, şprislərdə, ampul qırığında) heroin iz şəklində olduğundan təmiz çəkisi müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 49-53-cü vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 1,541 qram çəkidə metamfetaminin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 1,491 qram çəkidə hissəsi isə geri qaytarılmış, 0,864 qram çəkidə heroinin 0,18 qram hissəsi tədqiqata sərf edilmiş, 0,684 qram hissəsi isə geri qaytarılmış, 3,374 qram çəkidə bozumtul-ağ maddənin 0,3 qram hissəsi tədqiqata sərf edilmiş, 3,074 qram hissəsi isə qalı olaraq geri qaytarılmış, 80 qram çəkidə limon turşusunun 01 qram hissəsi tədqiqata sərf edilmiş, 79 qram hissəsi isə geri qaytarılmış, 20,529 qram qara rəngli maddənin 0,1 qram hissəsi tədqiqata sərf edilmiş, 20,429 qram çəkidə hissəsi isə geri qaytarılmış, tabletlər (7 ədəddən 2 ədəd), 01 tabletdən(xətli) 0,5 hissəsi tədqiqata sərf edilmiş, 37 millilitr metodon məhlulunun 10 millilitr hissəsi tədqiqata sərf edilmişdir (cinayət işinin İ cildinin 54-cü vərəqəsi). -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 56-57-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 77-79-cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin İ cildinin 85- 87-ci vərəqələri). - Şabran Rayon Mərkəzi X9 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-34/2-776/2024 saylı məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs psixonevroloji kabinetdə qeydiyyatı olmasa da, xx.xx.2024-cü il tarixdən etibarən “F11.2 opioidlərin istifadə edilməsi nəticəsində asılıq sindormu” diaqnozu ilə narkoloji kabinetdə dispanser qeydiyyatındadır (cinayət işinin İ cildinin 90-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-74/2-3830/2024 saylı məktubundan görünür ki, Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həyat yoldaşı xx.xx.1974-cü il təvəllüdlü X4 və qızı xx.xx.2004-cü il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 91-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-3831/2024 saylı xasiyyətnamədən görünür ki, Şabran şəhəri, X16 küçəsi, ev 7 ünvanında qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə qayda pozuntularına yol vermiş. Sakinlərə qarşı hörmətsizlik etməmişdir (cinayət işinin İ cildinin 92-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X14 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6887 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 109-110-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, ekspertiza icraatından sonra qaytarılan 02 (iki) ədəd kağız paketdə ümumi çəkisi 2.19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurdulmuş marixuana, 1,491 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə təmiz çəkiləri 0,684 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 30 millilitr həcmində şəffaf rəngsiz mayenarkotik vasitə-metadon məhlulu və əlavə olaraq üzərində narkotik vasitə heroinin izləri olan 15 (on beş) ədəd folqa, siqaret kağızı və sellofan kəsiklər, 02 (iki) ədəd şpris və 01 (bir) ədəd sınıq ampula, 02 (iki) ədəd 1 millilitrlik , 01 (bir) ədəd 2,0 millilitrlik istifadə olunmuş boş şprislər, üzərində “water” yazısı olan 01 (bir) ədəd sınıq boş dərman ampulu, 01 (bir) ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsv etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis X7 Saxlanc Anbarına təhvil verilmiş, iş üzrə baxış və götürmə və şəxsi axtarış aparılmasıa dair istintaq hərəkətlərinin vidogörüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cinayət işinin İ cildinin 112-122-ci vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Şabran Rayon Məhkəməsinin 1(031)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 69.3 və 234.1-ci maddələri ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 93-94, 100-1-4-cü vərəqələri). - İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 25/23-29 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 1(031)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gününü çəkmişdir. CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 9-cu bəndinə əsasən CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X15 27-ci bəndində həmçinin göstərilmişdir ki,....təqsirkarın əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq CM-nin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi sübuta yetirildi və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq CM-nin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların aşkar edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1 və CM-nin 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 1(031)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 04 gün azadlığın məhdudlaşdırılması cəzası üzrə (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 6 (altı) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası hesablanmalı, hazırkı hökmlə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, o təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dətişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar olan Şabran Rayon Polis X12 Saxlanc Otağında saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 2.19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuana, 1,491 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə təmiz çəkiləri 0,684 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 30 millilitr həcmində şəffaf rəngsiz maye-narkotik vasitə-metadon məhlulu və əlavə olaraq üzərində narkotik vasitə heroinin izləri olan 15 (on beş) ədəd folqa, siqaret kağızı və sellofan kəsiklər, 02 (iki) ədəd şpris və 01 (bir) ədəd sınıq ampula, 02 (iki) ədəd 1 millilitrlik, 01 (bir) ədəd 2,0 millilitrlik istifadə olunmuş boş şprislər, üzərində “water” yazısı olan 01 (bir) ədəd sınıq boş dərman ampulu, 01 (bir) ədəd elektron tərəzi hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə, onun üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalı və Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ekspertiza tədqiqatlarının dəyəri 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərcləri tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin 1(031)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 06 (altı) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası hesablansın və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar: ekspertiza tədqiqatından sonra ümumi çəkisi 2.19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuana, 1,491 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə təmiz çəkisi 0,684 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 30 millilitr həcmində şəffaf rəngsiz maye-narkotik vasitə-metadon məhlulu və əlavə olaraq üzərində narkotik vasitə heroinin izləri olan 15 (on beş) ədəd folqa, siqaret kağızı və sellofan kəsikləri, 02 (iki) ədəd şpris və 01 (bir) ədəd sınıq ampula, 02 (iki) ədəd 1 millilitrlik, 01 (bir) ədəd 2,0 millilitrlik istifadə olunmuş boş şprislər, üzərində “water” yazısı olan 01 (bir) ədəd sınıq boş dərman ampulu, 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilməsi və onun üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelkyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar