Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-13/2020 01.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məqsədi olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən 04 (dörd) ədəd gümüşü kağız bükümlərində qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda hər birinin çəkisi müvafiq olaraq 0.028 qr., 0.034 qr., 0.61 qr. və 0,071 qr., ümumi təmiz çəkisi isə 0.194 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroini xx xxxxxx 2020-ci il tarixdə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış və həmin gün saat 18:00 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən şəhərin Tofiq Abbasov küçəsində Şabran şəhəri mərkəzi bazarın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və aparılmış şəxsi axtarış zamanı sözügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Şabran şəhər mərkəzi bazarı yaxınlığında piyada hərəkətdə olarkən təsadüfən bazarın kənar hissəsində yerdə bir ədəd kibrit qutusu olmasını görmüşdür. O, ətrafa nəzər saldıqdan sonra həmin qutunu yerdən götürüb açdıqda onun içində 4 (dörd) ədəd siqaret qutusunun gümüşü rəngli kağızına sarılmış bükümləri, bükümlərin içərisində isə qəhvəyi rəngli, toz halında maddənin olmasını görmüşdür. Bir neçə ildir narkotik vasitə istifadəçisi olması səbəbindən həmin maddələrin narkotik vasitə olan heroin olduğunu başa düşmüş və həmin 4 ədəd bükümlərdə olan narkotik vasitəni sonra qəbul etmək məqsədi ilə əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibinə qoymuşdur. Boş kibrit qutusunu isə xatırlamadığı yerə atmışdır. Bundan sonra o, Şabran şəhər Tofiq Abbasov küçəsi ilə yaşadığı məhəlləyə tərəf piyada gedərkən iki-üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqim edərək Şabran rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu Şabran RPŞ-yə dəvət etmişlər. Şabran rayon polis şöbəsinə gətirilərkən ilkin izahatında səmimi olaraq üzərində 4 büküm narkotik vasitə olmasını və bükümləri həmin gün Şabran şəhəri mərkəzi bazarının yaxınlığından yerdən tapmasını etiraf etmişdir. Belə olan halda, onun müdafiə hüquqları təmin edilməklə o, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbənin növbətçi hissəsində oraya dəvət olunmuş hal şahidləri və müdafiəçinin iştirakları ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli dəri gödəkcənin sol yan cibindən bir qutu «Vest» markalı siqareti, bir qutu kibriti və gödəkcənin sağ yan cibindən 4 ədəd siqaret qutusunun gümüşü rəngli kağızların bükülmüş qəhvəyi rəngli kütlələri çıxarıb masanın üzərinə qoymuş və bükümləri açaraq onların içərisində toz şəkilində olan kütlələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə bükümlərini həmin gün Şabran şəhər mərkəzi bazarı yaxınlığında yerdən tapdıqdan sonra istifadə etmək məqsədi ilə cibində saxladığını bildirmişdir. Həmin bükümlər hal şahidləri və şəxsi axtarışda iştirak edən digər şəxslərin gözü önundə elektron tərəzidə çəkilərək ümumi çəkilərinin təxminən 0,1 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq zərfə qoyulmuşdur. Bu barədə tərtib olunmuş müvafiq protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Onun üzərindən aşkar olunmuş həmin narkotik vasitələri həqiqətən də, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl qeyd etdiyi yerdən tapmış və satış məqsədi ilə deyil, yalnız müəyyən ağrılarını sakitləşdirmək məqsədi ilə, yəni şəxsi istifadəsi üçün üzərində saxlamışdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, xeyli müddətdir ki, ev şəraitində «kəskinləşmə mərhələsində, xroniki B,C virus mənşəli hepatit, qaraciyər funksiyasının pozulması» xəstəliyindən intensiv müalicədə olduğundan “COVİD 19” infeksiyasına yoluxma ehtimalını artırır, odur ki, qanunla nəzərdə tutulmuş qaydada ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-ın rəisi polis mayoru Şahid1 göstərdi ki, Şabran rayon polis şöbəsinin cinayət-axtarış bölməsinə ünvan 1 ünvanda yaşayan X5 narkotik tərkibli maddələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə saat 18 radələrində CAB-ın əməliyyat müvəkkilləri – polis baş leytenantı Şahid2, polis leytenantı Şahid3 və polis leytenantı Şahid4 iştirakları ilə əməliyyat tədbiri keçirilmişdir. Daxil olmuş əməliyyat məlumatını dəqiqləşdirmək məqsədi ilə X14 şəhəri T.Abbasov küçəsində saxlanılmış və üzərində şəxsi axtarış keçirilməsindən ötrü Şabran RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs rayon polis şöbəsində verdiyi ilkin izahatında üstündə 4 büküm narkotik vasitə olan heroin olmasını səmimi etiraf etmiş və həmin bükümləri saxlanıldıqdan bir neçə dəqiqə əvvəl Şabran rayon mərkəzi bazarının yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkili Arif Həbibzadənin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Polis şöbəsinin növbətçi hissəsində dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Vuqar Səfərəliyevə üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olinmuş və o ciblərindən içərisində bir neçə ədəd kibrit çöpü olan 01 kibrit qutusu, içərisində bir ədəd siqaret olan “Vest” markalı siqaret qutusunu və əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 4 (dörd) ədəd siqaretin gümüşü kağızı ilə sarılmış bükümləri çıxarıb stolun üzərinə qoymuşdur. Vuqar Səfərəliyevə həmin bükümləri özünün açıb təqdim etməsi təklif olunmuş və sonuncu, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 4 ədəd bükümü açaraq onların heroin olduğunu, həmin gün axşam saatlarında Şabran şəhəri mərkəzi bazarının yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş bükümlər Vuqar Səfərəliyev, onun müdafiəçisi, hal şahidlərinin həmçinin şəxsi axtarışda iştirak edən digər şəxslərin gözü önündə elektron tərəzidə çəkilmiş və 4 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlələrin ümumi çəkisinin 0.1 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq zərfə qoyulmuşdur. Bu barədə tərtib olunmuş müvafiq protokol ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş CAB-ın əməliyyat müvəkkilləri – polis baş leytenantı Şahid2, polis leytenantı Şahid3 və polis leytenantı Şahid4 polis mayoru Şahid1 ifadəsində göstərdiyi halları təsdiqləyərək anoloji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında olan zaman bir nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq Şabran RPŞ-nin əməkdaşı olmasını bildirib ondan rayon polis şöbəsində saxlanılan bir nəfər şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarışda hal şahidi qismində iştirak etməyi xahiş etmişdir. O, həmin polis əməkdaşı ilə razılaşıb birlikə Şabran RPŞ-yə gəlmiş və şöbənin növbətçi hissəsinə daxil olan zaman orada polis əməkdaşlarından başqa tanımadığı iki nəfər şəxsin olmasını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslərdən biri şübhəli şəxs qismində tutulmuş Şabran şəhər sakini X11, digəri isə onun vəkili Arif Həbizadədir. Demak olar ki, ondan 1-2 dəqiqə sonra bir nəfər tanımadığı şəxs də Şabran rayon polis şöbəsinin növbətçi hissəsinə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxs də keçirilən şəxsi axtarışda onunla birgə hal şahidi qismində iştirak edəcəkdir. Orada olan polis əməkdaşları ona və digər hal şahidinə şübhəli şəxs qismində tutulmuş Şabran şəhər sakini Vuqar Səfərəliyevi və onun müdafiəçisini rəsmi olaraq təqdim etdikdən, həmçinin onlara hüquq və vəzifələrini izah etdikdən sonra Vuqar Səfərəliyevə üzərində olan bütün əşyaların təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs ciblərindən içərisində bir neçə ədəd çöp olan kibrit qutusu və içərisində bir ədəd siqaret olan “Vest” markalı siqaret qutusunu, həmçinin əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 4 (dörd) ədəd siqaretin gümüşü kağızı ilə sarılmış bükümləri çıxarıb stolun üzərinə qoymuşdur. Vuqar Səfərəliyevə həmin bükümləri özünün açıb təqdim etməsi təklif olunmuş və o, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 4 ədəd bükümü açaraq onların narkotik vasitə olan “kokos” kimi adlandırılan heroin olduğunu, həmin gün axşam saatlarında Şabran şəhəri mərkəzi bazarının yaxınlığında yol kənarında yerdən tapdığını və bir neçə müddətdir ki, narkotik vasitə aludəçisi olmasına görə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Vuqar Səfərəliyevin üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı cinayət xarakterli əşya və yaxud predmet aşkar olunmamışdır. Aşkar olunmuş bükümlər Təqsirləndirilən şəxs, müdafiəçinin, hal şahidlərinin və orada olan digər şəxslərin iştirakı ilə elektron tərəzidə çəkilərək təxminən 0,1 qram çəkidə olması müəyyən edilmiş və iştirakçıların gözü önündə qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Bu barədə tərtib olunmuş müvafiq protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 da xx.xx.2020-ci il tarixdə Vuqar Səfərəliyevin üzərinə keçirilən şəxsi axtarışda hal şahidi qismində iştirak etməsini bildirib digər hal şahidi Şahid5la eyni məzmunlu ifadə verərək, onun tərəfindən qeyd edilənləri təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 17 saylı rəylə müəyyən edilmişdir ki, X5 üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar olunmuş və zərfdə qablaşdırılaraq tədqiqata təqdim edilmiş 04 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,028, 0,034, 0,61 və 0,071 qram, ümumi təmiz çəkisi isə 0,194 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və həmin heroinlər kimyəvi tərkibinə görə eynilik təşkil edirlər. İş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 225 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X6 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya və intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəzəyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X11 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Vuqar Səfərəliyev məhkumluğu ödənilməmiş hesab edilir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 727 saylı məktubdan görünür ki, X1 şəhəri, X.Xoyski küçəsi ev 20 ünvanda ailə üzvləri – həyat yoldaşı-X3, uşaqları – 2002-ci il təvəllüdlü X9 və 2006-cı il təvəllüdlü X10 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 734 saylı xasiyyətnamədən görünür ki, X11 yaşayış yeri üzrə müsbət xaraetrizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon X12 Hüquqi Şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2279 saylı arayışdan görünür ki, X11 «narkomaniya» diaqnozu ilə xəstədir, müayinə və müalicə olunması üçün Respublika Narkoloji Dispanserinə getməsi vacib haldır. Təqsirləndirilən şəxs COVİD 19 testi üçün analiz vermiş və testin cavabları tam hazır olmadığından onun Bakı şəhərin buraxılmasına icazə verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Ümumi laboratoriya analizlərindən və xx xxxxxx 2020-ci il tarixli 3293 saylı arayışdan görünür ki, X1 RMX-da dispanser qeydiyyatındadır, «xroniki B, C virus mənşəli hepatit, kəskinləşmə mərhələsində, qaraciyər funksiyasının pozulması» diaqnozu ilə müntəzəm sürətdə müalicələrini qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsilə yanaşı şahid ifadələri ilə, məhkəmə ekspertizası rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən haldır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxs X5 etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır xəstəliklə, yəni qaraciyər funksiyasınını pozulması ilə bağlı intensiv müalicədə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə təqsirləndirilən şəxs X5 barəsində cəzasını yüngülləşdirən halların məcmusunu, o cümlədən «kəskinləşmə mərhələsində, xroniki B,C virus mənşəli hepatit, qaraciyər funksiyasının pozulması» xəstəliyi ilə bağlı “COVİD 19” infeksiyasına yoluxma və bununla da ətrafdakılar, o cümlədən azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər üçün təhlükə yaranması ehtimalının böyüklüyünü müstəsna hal kimi nəzərə alaraq, CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. X5 üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin “Covid 19” infeksiyasına yoluxma riskinin olması nəzərə alınaraq X5 üzərinə kütləvi və digər tədbirlərdə iştirak etməmək kimi əlavə vəzifə də qoyulmalıdır. Hökmün icrası X5 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin X11 yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 109 (bir yüz doqquz) manat X4 tutulub Respublika büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş ekspert tədqiqindən sonra istintaqa qaytarılmış içərisində 0.154 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olan 1 ədəd zərf məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona qəti olaraq 02 (iki) il 11 (ay) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X5 üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X5 üzərinə kütləvi və digər tədbirlərdə iştirak etməmək kimi əlavə vəzifə də qoyulsun. X5 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X5 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. X5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X11 yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 109 (bir yüz doqquz) manat X4 tutulub Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş ekspert tədqiqindən sonra istintaqa qaytarılmış içərisində 0.154 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olan 1 ədəd zərf məhv edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə Şabran rayon məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-13/2020
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-13/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver